Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Neftin ucuzlaşması bizdə ilk təsirini nədə, necə və nə vaxt göstərəcək?

Neftin ucuzlaşması bizdə ilk təsirini nədə, necə və nə vaxt göstərəcək?
839 dəfə oxunub

Məlumdur ki, dünya bazarlarında neftin 1 barelinin qiyməti artıq 60 ABŞ dollarından da aşağı səviyyədədir. Bu cür sürətlə ucuzlaşma gəlirləri bilavasitə adı çəkilən xammalın ixracından asılı olan ölkələrdən biri kimi ölkəmizin də dövlət daxilolmalarına daha çox təsir edir və bu özünü, getdikcə əyani göstərəcək. Lakin vətəndaşlarımız bunu real olaraq hələki hiss etmir və “görmürlər”. Dövlət başçımız da bu günlərdə çıxışlarının birində neftin ucuzlaşmaqda olmasının ölkəmizdə hiss edilmədiyini vurğulamışdır. O səbəbdən ki, əvvəla Azərbaycanın dövlət büdcəsi elə tərtib olunmuşdur ki, mədaxilin yarıdan çox hissəsini Dövlət Neft Fondundan (ARDNF) trasfert təşkil edir, ikincisi başa çatmaqda olan bu ilin - 2014-cü ilin dövlət büdcəsində neftin qiyməti 100 dollar götürülmüşdü, üçüncüsü isə valyuta ehtiyatlarımız bufer rolu oynayır.

Ancaq bütün bunlar müəyyən müddət üçün keçərlidir. Ucuzlaşma növbəti ildə də davam edərsə və dərinə doğru inkişaf edərsə, ölkə iqtisadyyatında mövcud makroiqtisadi sabitlk istər-istəməz pozulacaq. Və bu özünü, ilk növbədə manatın alıcılıq qabiliyyətinin zəifləməsində göstərəcək ki, ölkəmizdə makroiqtisadi sabitliyin əsasını məhz milli valyutamız manatın alıcılıq qabiliyyətinin sabit vəziyyətdə qalması təşkil edir.

Qonşu Rusiyada vəzyyət buna əyani sübutdur. Son günlər digər qonşu ölkələrdə - Türkiyə və Gürcüstanda da eyni tendensiya start götürmüşdür ki, bu da heç də rublun ucuzlaşmasından qaynaqlanmır. Düzdür, rublun enişi Azərbaycan manatına da birbaşa olaraq heç bir təsir etmir və edə də bilməz. Sözümüz bundan deyil.

Yeri gəlmişkən, Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə manat və ABŞ dollarının nəzərə alınması siyasətindən istifadə edir ki, əvvəl bu məqsədlə bivalyuta (dollar\avro) səbətindən yararlanılırdı. Hansı ki, bu mexanizmdən, yəni manatın məzənnəsinin müəyyənləşdirilməsində bivalyuta (dollar/avro) səbətindən 2008-ci ildən istifadə olunurdu.

Dediyimiz odur ki, rubl ABŞ dollarına görə məzənnədən düşdükcə manat da ona nəzərən bahalaşır. Lakin fikrimizcə ucuzlaşma əgər, növbəti ilin ortasınadək davam edərsə, yaz aylarından etibarən artıq manatın da ABŞ dollarına görə məzənnəsində üzü aşağıya doğru "titrəyiş" hiss olunmağa başlayacaq. Yeri gəlmişkən, AMB-in valyuta ehtiyatları bu ilin avqust ayından azalmağa başlayıb.

Ümumiyyətlə, hər bir ölkənin milli valyutasının dünyanın aparıcı valyutalarına nəzərən məzənnədən düşməyə başlaması və bunun davamlı xarakter daşıması həmin ölkənin iqtisadiyyatında makrosabitliyin pozulduğu göstəricisi sayılır. Milli valyutaların dəyəri əslində, məxsus olduğu ölkərin iqtisadi gücünü və onlarda istehsal olunan ümumi daxili məhsul həcmini göstərir. Bir var ki, milli valyutanı ölkənin Mərkəzi Bankı “şüurlu” və yaxud “düşünülmüş” şəkildə dəyərdən salsın, bir də var, ölkədə tədiyyə balansının pozulması, başqa sözlə desək, idxalın ixracı getdikcə kəskin üstələməsi ucuzlaşdırsın.

Məsələ bundadır ki, ixracının əsas hissəsini neft və karbohidrogen məhsulları təşkil edən ölkələrin milli valyutaları ABŞ dollarına çox bağlıdır. O səbəbdən ki, dünya bazarlarında neft və neft məhsulları məhz ABŞ dollarına alınıb-satılmaqdadır. Və Rusiya ilə Azərbaycan da bu qəbildən olan ölkələrdən sayılırlar. Belə ki, rublun ABŞ dollarına görə məzənnədən düşməsi məlum səbəblər üzündən Moskvaya qarşı tədbiq edilən iqtisadi sanksiyalarla yanaşı, həm də neftin ucuzlaşması ilə əlaqədardır.

Belə ki, sözügedən ölkəyə demək olar, hər gün bir qədər də az dollar daxil olduğundan dövriyyədə artıq rubl kütləsi yaranır. Və odur ki, ya rubl sərbəst buraxılmalı, ya da dövriyyəyə müdaxilə edilərək artıq rubl kütləsi “müsadirə” olunub çıxarılmalıdır.

Bu isə dövlətin əlində mövcud valyuta ehtiyatları vasitəsilə həyata keçirilə bilər. Başqa sözlə desək, sözügedən müdaxilə müəyyən limitə sahibdir və Rusiyada da bunndan istifadə artıq çoxdan maksimum həddə yaxınlaşmışdır.

Bütün deyilənlər ölkəmiz üçün də xarakterikdir.

Belə ki, bizdə manat hələki sabit xarakter daşıyır. Ona görə ki, əvvəla ölkəmizə qarşı Rusiyadan fərqli olaraq iqtisadi sanksiyalar tədbiq edilməyib. İkincisi də Azərbaycan Rusiya kimi böyük ölkə olmadığından xırda ölkələr üçün sahib olduqları iqtisadi “təhlükəsizlik yastığı” daha uzun müddətə yararlı xüsusiyyət kəsb edir. Üçüncüsü isə ölkəmizin tədiyyə balansı müsbət saldoya malikdir.

Lakin nəzərə almaq vacibdir ki, neftin qiyməti düşməkdə davam edir.

Bir az əvvəl qeyd etdik ki, neftin ucuzlaşması ilə əlaqədar AMB-in valyuta ehtiyatları avqust ayından azalmağa başlayıb. Növbəti ildən bu tendensiya ARDNF üzrə də müşahidə edilməyə başlayacaq. Belə ki, maliyyə naziri Samir Şərifov da bu günlərdə neftin ucuzlaşmasınin dövlət büdcəsində olmasa da, icmal büdcədə özünü əyani göstərəcəyini qeyd edib. Məsələ bundadır ki, dövlət büdcəmizin bayaq qeyd edimiz kimi yarıdan çox hissəsini ARDNF-dən transfert təşkil etdiyindən bu təsir özünü bilavasitə onda hiss etdirə bilməz. Odur ki, neftin ucuzlaşmasının dövlət büdcəsinə təsirsiz olduğu əslində, çox əhəmiyyətsiz arqumentdir.

Sözümüz bunda deyil.

İcmal büdcə "əriyərsə" onun daxilində dövlətin əsas maliyyə sənədi üzrə də gəlir və xərclər nəzərdə tutulduğu kimi həyata keçirilə bilməz. Ardınca büdcə xərcləri də azaldılmalıdır. Dövlət büdcəsindən isə sosial xərclər azaldıla bilməz, ona görə ki, bunlar sekvestri mümkün olmayan xərclərdir. Deməli, investisiyalar dayandıılmalıdır.

Bu isə avtomatik olaraq, qeyri-neft sektorunu maliyyələşdilməyi dayandırmaq deməkdir.

Odur ki, arzu edək ki, ucuzlaşma tezliklə dayansın.

 

Pərviz Heydərov

 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Qeyri-neft sektoru inkişaf tempini saxlayıb - Azərbaycanın postpandemiya dövrünə yeni iqtisadi modellərlə daxil olur
21:14 09.07.2020

Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı - Onlar məişət avadanlıqlarını oğurlayıblar
20:54 09.07.2020

Göygöldə 4 nəfər saxlanıldı - 2 baş heyvan oğurladıqlarına görə
20:14 09.07.2020

Gəncədə üzərindən 773 qram miqdarda heroin götürüldü - 2.5 kq heroin isə soyuducuda aşkarlandı
19:54 09.07.2020

Çirkin erməni lobbiçiliyi - Bəzi Avropa qurumlarını ələ alırlar
19:14 09.07.2020

Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb - Hazırda heç bir cihaza qoşulu deyil
18:58 09.07.2020

Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib
18:41 09.07.2020

Xarici mütəxəssilər bakıya gəldi - Onlar “COVİD-19”la mübarizədə Azərbaycan səhiyyəsinə kömək edəcək
18:21 09.07.2020

SOCAR onlayn dərslər keçirir - 37 adda vebinar təşkil olunub
17:54 09.07.2020

AZAL Berlinə xüsusi reyslər açır - Biletlərin satışı xüsusi şərtlərlə satılacaq
17:21 09.07.2020

Virusa yoluxanların sayı 12 milyon 190 mini ötüb - Epidemiya qurbanlarının sayı 552 500-dən çoxdur
16:54 09.07.2020

Qırğızıstanda Atambayevin səhhəti normallaşıb - O, yenidən təcridxanaya köçürülüb
16:21 09.07.2020

Bolton Trampın planları haqda danışdı - Qoşunlar Yaponiya və Cənubi Koreyadan çıxarıla bilər
15:54 09.07.2020

"Trabzonspor" qızıla bərabər xallar itirdi - "Qalatasaray" yenə uduzdu
15:32 09.07.2020

Şamaxıda yaşayış binası istifadəyə verilib - 6 ailə yeni mənzillə təmin olunub
15:12 09.07.2020

Ermənistan öz xalqına düşmən mövqedədir - Leyla Abdullayeva: “Rəsmi İrəvan əsl simasını göstərir”
14:52 09.07.2020

Şirvanda hərbi xidmətə gedən oğlu üçün qonaqlıq etdi - Ev sahibi və gələn qonaqlar da cərimələndi
14:21 09.07.2020

Ekspress avtobusların hərəkət qrafiki dəyişdirilib - Avtobuslar saat 21:00-dək işləyəcək
13:54 09.07.2020

Daha bir kafe aşkarlanıb - İcarədar 3 min manat cərimələnib
12:14 09.07.2020

Qeydiyyatdan keçə bilməyən sahıbkarların nəzərinə - Dövlət vergi xidmətinə müraciət edə bilərsiniz
21:51 07.07.2020

Kürdəmirdə 15 yaşlı gənc kürdə batdı - Axtarışları davam edir
21:14 07.07.2020

Daha 537 nəfər koronavirusa yoluxdu - 453 nəfər sağaldı, 7 nəfər vəfat etdi
20:57 07.07.2020

Prezident Ilham Əliyev Yaponiyanin İmperatoru Əlahəzrət Naruhitoya başsağlığı ünvanlayıb
20:36 07.07.2020

“Buzlu Şüşə” yalnız COVİD-19 üçün səciyyəvi deyil - Bu normal insanlarda da müşahidə oluna bilər
20:14 07.07.2020

Bərdədə karantin rejiminə nəzarət güclənib - Qaydaları pozalar cəzalandırılır
19:54 07.07.2020

Təkcə bir klinikada 33 həkim koronavirusa yoluxub - Tədris-cərrahiyyə klinikasının 27 həkiminin müalicəsi davam etdirilir
19:25 07.07.2020

İy-qoxunun səbəbləri bilindi - ETSN monitorinqin nəticələrini açıqladı
19:14 07.07.2020

“Zaminbank”ın vəzifəli şəxslərinin əməlləri ifşa olundu - Sabiq sədr həbs edilib
18:54 07.07.2020

Qırğızıstan parlamentinin keçmiş spikeri vəfat etdi - O, ikitərəfli pnevmaniyadan əziyyət çəkirmiş
18:21 07.07.2020

Virusa yoluxanların sayı 11 milyon 765 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 541 mindən çoxdur
17:54 07.07.2020

Türkiyə sahillərində əməliyyat - Göyərtəsində 276 miqrant olan gəmi saxlanılıb
17:21 07.07.2020

Türkiyədə meşə yanğını - Yalova kəndi tamamilə boşaldıldı
16:54 07.07.2020

Türkiyə Superliqası: 30-cu tur - "Beşiktaş"dan sürpriz məğlubiyyət
16:14 07.07.2020

Yevlaxda yük avtomobili piyadanı vurub - 32 yaşlı qadın dünyasını dəyişib
15:54 07.07.2020

Masallıda quldurluq yolu ilə evə daxil olublar - Pul və telefon oğurlayıblar
15:36 07.07.2020

Sabirabadda ağır yol qəzası - İki nəfər həyatını itirib, iki nəfər xəsarət alıb
15:14 07.07.2020

Astarada toy etmək istəyənlər saxlanılıb - Astara polisi 7 nəfəri cərimələyib
14:51 07.07.2020

Bakı sakinini Şamaxıda maşın vurub - 24 yaşlı qızın vəziyyəti ağırdır
14:21 07.07.2020

Yaponiyada sel ağır fəsadlara yol açdı - 50 nəfər təbii fəlakətin qurbanı oldu
23:32 06.07.2020

İsrailin müdafiə naziri iddiaları yalanladı - “İranla bağlı hər insidenti İsraillə bağlamaq düzgün deyil”
23:14 06.07.2020

Ruhanidən İranla düşmən ölkələrə ismarış - “İqtisadiyyatını məhv etmək onlara nəsib olmayacaq”
22:54 06.07.2020

Lənkəranda Milli Parkda yanğın baş verib - Taxıl zəmisində baş verən yanğın hadisəyə səbəb olub
22:21 06.07.2020

Oksford Universitetinin qənaəti - “Covid-19” virusu çində yox, ispaniyada meydana gəlib”
21:54 06.07.2020

Virusa yoluxanların sayı 11 milyon 604 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 538 mindən çoxdur
21:32 06.07.2020

İctimai iaşə müəssisələrində müştəri qəbulu - Müştəri qəbulu necə tənzimlənəcək?
21:14 06.07.2020

Daha 513 nəfər koronovirusa yoluxdu - 440 nəfər sağaldı, 8 nəfər vəfat etdi
20:54 06.07.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Ilham Əliyevə məktub ünvanlayib
20:36 06.07.2020

Prezident İlham Əliyev Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevə zəng edib
20:02 06.07.2020

Göyçayda yanğın baş verdi - Alov tövlədən yaxınlıqdakı evə keçib
19:54 06.07.2020

Dövlət Təhlükəsizlik Xidməti əməliyyat keçirdi - Xarici İşlər nazirliyinin vəzifəli şəxsləri saxlanıldı
19:36 06.07.2020

Beynəlxalq videokonfrans keçirildi - Diasporla iş üzrə dövlət komitəsinin 18-ci ildönümünə həsr olundu
19:14 06.07.2020

Yalamada karantin rejimini pozanlar saxlanıldı - Toy dayandırıldı, bəy cərimə edildi
18:54 06.07.2020

Saatlıda yük avtomobili qatarla toqquşdu - Xəsarət alan sürücünün qolu amputasiya edildi
18:36 06.07.2020

İsmayıllıda qadın sürücü yük maşını ilə qəza törətdi - Sürücü dünyasını dəyişdi, sərnişini xəsarət aldı
18:14 06.07.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva modul tipli hospitalının açılışında iştirak ediblər
17:54 06.07.2020

Məktəb seçiminə başlanılır - Valideynlər hansı məktəbləri seçə bilər?
17:21 06.07.2020

Morrikone 91 yaşında vəfat etdi - O, saysız-hesabsız musiqilərin bəstəkarı idi
16:54 06.07.2020

İran dairələri hadisənin səbəblərini açıqladı - “Natanzda baş verən partlayışa yanğın səbəb olub”
16:21 06.07.2020

Virusa yoluxanların sayı 11 milyon 580 mini ötüb - Epidemiya qurbanlarının sayı isə 537 mindən çoxdur
15:54 06.07.2020

190 manat kimlərə veriləcək? - Birdəfəlik ödəməmin veriləcəyi rayonlar məlumdur
15:36 06.07.2020

"Real"dan minimal hesabli qələbə - Ramos yenə qol vurdu
15:14 06.07.2020

DİM və Təhsil Nazriliyi birgə məlumat yaydı - Bəzi məzunlara attestat veriləcək
14:54 06.07.2020

Ermənistan reallıqları dərk etmir - Qarabağın Azərbaycanlı icması bəyanat yaydı
14:21 06.07.2020

İstirahət mərkəzində əməliyyat keçirildi - Daha bir hotel karantin qaydalarını pozdu
13:54 06.07.2020

Ermənistandan növbəti təxribatçı addım - Mnatsakanyan qondarma rejimin lideri ilə görüşüb
13:39 06.07.2020

Taktiki təlimlər keçirilib - Şərti düşmən hədəfləri məhv edilib
13:15 06.07.2020

Magistrlərin qeydiyyatı başladı - İyulun 15-nə qədər davam edəcək
12:51 06.07.2020

Abituriyentlərin nəzərinə - 41 şəhər və rayonda imtahan keçiriləcək
12:25 06.07.2020

Oteldə istirahət edənlər saxlanılıb - Polis karantini pozan şəxslərə qarşı əməliyyat keçirib
20:35 05.07.2020

Koronavirusla mübarizə - Türkiyə Azərbaycana tibbi yardım göndərib
20:14 05.07.2020

Dünya koronovirusun çəngində - Yoluxanların sayı 11 415 900 nəfəri ötüb
19:54 05.07.2020

Ölkəmizdə daha 523 nəfərdə Covid-19 aşkarlanıb - 9 nəfər vəfat edib
19:35 05.07.2020

4 yeni doğulmuş körpə koronavirusa yoluxub - Körpələr sağalaraq evə buraxılıb
19:14 05.07.2020

Ağcabədidə qonaqlıq təşkil edən şəxslər cərimələnib - Qanunu pozanlar cəzalandırıldı
18:54 05.07.2020

Yevlaxda qanunsuz işləyən trenajor zalı aşkarlandı - Qanunu pozanlar cəzalandırıldı
18:21 05.07.2020

Bir qrup qadın ad günü şənliyi keçirdi - Qaydaları pozanlar məsuliyyətə cəlb olundu
17:54 05.07.2020

Ögey ata həyat yoldaşını və qızını bıçaqladı - Naftalanda ailə münaqişəsi ölümlə nəticələndi
17:48 05.07.2020

8103 sms icazə sistemi ilə bağlı yeniliklər - İcazəsi ləğv edilən qurumlar yenidən icazə ala bilməyəcək
17:21 05.07.2020

Vahid Əhmədov Türkiyəyə aparılıb - Deputatın səhhətində problemlər yaranıb
16:54 05.07.2020

Hacıqabulda iki yük maşını toqquşdu - Sürücünün vəziyyəti ağırdır
16:21 05.07.2020

Bütün xəbərlər