Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycanda inflyasiya niyə və nə qədər sabitdir?

Azərbaycanda inflyasiya niyə və  nə qədər sabitdir?
3059 dəfə oxunub

Neftin ucuzlaşması ilə əlaqədar, dünya bazarlarında yanacağın qiyməti aşağı düşür. Buna uyğun olaraq bir çox istehlak mallarının da qiymətləri enir. Xüsusən də ərzaq məhsullarının... Azərbaycanda isə ərzağın qiyməti ötən ay bəlli olduğu kimi yüksəlib. Elə indinin özündə də ərzaq məhsullarının qiymətlərində bahalaşmaya meyl var. Odur ki, sual yaranır ki, bu, nəylə bağlıdır?

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehlak mallarının qiymətləri və xidmət tarifləri noyabr ayı ərzində oktyabr ayı ilə müqayisədə 0,1, on bir ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən isə 1,5 faiz bahalaşıb. Oktyabr ayına nisbətən noyabrda ərzaq məhsulları 0,2 faiz bahalaşsa da qeyri-ərzaq mallarının qiymətləri və xidmət tariflərisə əvvəlki ayla eyni səviyyədə qalıb. Ümumiyyətlə, ilin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1,1, qeyri-ərzaq mallarının 3,5, xidmət tarifləri isə 0,4 faiz bahalaşıb.

Noyabr ayı ərzində mal, qoyun və toyuq ətləri, balıq məhsulları, limon, portağal, naringin, alma, heyva, nar, xurma, kələm, göyərti, baş soğan, kök, çuğundur kimi məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunduğu halda, buğda unu, əla növ çörəyi, düyü, qarabaşaq yarması, kolbasa məmulatları, süd və süd məhsulları, yumurta, kərə və zeytun yağları, üzüm, qoz, fındıq, şabalıd, xiyar, pomidor, kartof, sarımsaq, duz, şəkər tozunun qiymətlərində bahalaşma qeydə alınmışdır.

Qısa desək, il sona yaxınlaşdıqca 2014-cü ildə inflyasiyanın hansı səviyyədə qeydə alınacağı ciddi maraq doğurur. Keçən il ölkədə istehlak qiymətləri indeksi 2,4 faizlə yekunlaşmışdı ki, başa çatmaqda olan cari il üçün isə Azərbaycan Mərkəzi Bankı (AMB) 3,5 faiz inflyasiya proqnozlaşdırıb.

2012-ci ildə ölkəmizdə inflyasiya 1,1, 2011-də 7,9, 2010-da 5,7, 2009-da isə 1,5 faiz qeydə alınmışdı ki, 2009-cu ildən bəri ölkədə o, birrəqəmli səviyyədə əldə olunur. Hansı ki, hökumət bunu qoruyub saxlamağa çalışır. Çünki mövcud makroiqtisadi sabitlik naminə bu, vacib sayılır. 2008-ci ilin yekununa görə isə 20,8 faiz inflyasiya qeydə alınmışdı.

Sözümüz bunda deyil.

Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, Azərbaycanda real iqtisadi vəziyyətin yaxşı olduğunu göstərən amillərdən biri əhalinin gəlirlərinin artım səviyyəsinin istehlak qiymətləri indeksini – inflyasiya səviyyəsini üstələməsidir. Bu vəziyyət neçə ildir ki, davam edir. Bunun iki səbəbi var. Birincisi, ölkəmiz inflyasiyanın aşağı səviyyədə olmasına görə dünyada liderdir, ikincisi isə ölkə vətəndaşlarının pul gəlirləri zəif templə də olsa hər il artır. Məsələn, ötən il bizdə inflyasiya göstəricisi 2,4 faizə bərabər olmuşdusa, dünya üzrə bu göstərici 3,6 faiz təşkil etmişdi. Elə cari ilin yanvar-noyabr ayları ərzində əldə olunan 1,5 faizlik inflyasiya səviyyəsi də 2014-cü ildə də sözügedən tendensiyanın qorunub saxlandığını göstərir.

Təkrar edirik ki, hökumət 3,5 faiz proqnozlaşdırıb.

Ancaq əhalinin gəlirləri isə artır. Son statistikaya əsasən, 2014-cü ilin yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz artaraq 33,6 milyard manata, onun əhalinin hər nəfərinə düşən məbləği isə 3,4 faiz çoxalaraq 3573,3 manata çatmışdır. Gəlirlərin 69,5 faizi son istehlaka, 9,1 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf olunmuşdur. Əhalinin sərəncamında 30,6 milyard manat məbləğində gəlir qalmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artıqdır.

Bəs, ərzağın armağa meyilli olması nəylə əlaqədardır?

Ərzağın qiymətinin artmağa meyilli olması bir neçə səbəblə bağlıdır. Əvvəla, kənar ölkələrdə neftin ucuzlaşması ilə əlaqədar ölkəyə inflyasiya idxalı yaranmış, ikincisi isə bizdə yanacağın qiyməti ucuzlaşmamışdır. Üçüncüsü də ölkədə əhalinin gəlirləri yüksəlməkdədir.

Bu siyahını bir az da uzatmaq olar. Lakin iş ondadır ki, sadaladığımız amillər ciddi xarakter kəsb edir. O mənada ki, bunlar bahalaşmanın növbəti ildə də davam edəcəyi üçün stimul yaradır. Ölkədə qeyri-neft sektorunun istənilən səviyyədə inkişaf etməməsi neftin ucuzlaşması faktını dolayı yolla əleyhimizə işlədir ki, əhalinin gəlirlərinin artması ölkədə ərzaq istehlakını genişləndirir.

Bu mövzuda əvvəlki şərhimizdə də sual etmişdik ki, əhalinin gəlirləri artdıca görəsən, ərzaq istehlakı niyə artır? Ölkəmiz inflyasiya səviyyəsinə görə qeyd etdik ki, dünyada liderdir. Əhalinin gəlirlərinin daha çox hissəsinin ərzağa xərclənməsi qiymət artımı ilə əlaqədar deyilsə, o zaman natural və yaxud həcm etibarilə artım təbii olaraq ciddi sual doğurur.

Məsələ bundadır ki, bu, əhalinin gəlirləri ilə də bağlı məsələ deyil. Xarici ölkələrin təcrübəsi sübut edir ki, ölkələrdə əhali tərəfindən ərzağa xərclənilən vəsait heç də onların real pul gəlirləri ilə bağlı deyil. Məsələn, ABŞ əhalisi gəlirləri baxımından əksər ölkələrin əhalisindən üstün olsa da, ailə büdcəsindən evdən kənarda yemək də daxil olmaqla 15 faizə yaxın pul xərclənir.

Azərbaycana gəldikdə isə gəlirlərin təxminən 70 faizi son istehlaka sərf olunur. Bu isə o deməkdir ki, ölkəmizdə ərzaq məhsullarına yüksək tələb mövcuddur. O zaman, istehlak qiymətləri indeksi – inflyasiya da bizdə deməli, yüksəlməyə meyillidir. Və əhalinin gəlirlərinin onu üstələməsi həm də hökumətin bilavasitə sözügedən göstəricini “basqı” altında saxlamasının nəticəsi hesab olunur. Bu isə idxala rəvac verən amillərdəndir.

Ona görə də kənd təsərrüfatında istehsal istənilən templə artmamaqdır.

Yeri gəlmişkən, növbəti il – 2015-ci il üçün Azərbaycanda bu ildəkindən də az – 2,3 faiz inflyasiya proqnozlaşdırılıb. Bizcə, bunu qorumaq çətin olacaq. Əvvəla, ona görə ki, ölkəyə inflyasiya idxalı mövcuddur. İkincisi isə neftin ucuzlaşması ilə əlaqədar manatın alıcılıq qabiliyyətinin azalması ehtimalı var ki, neftə görə Rusiyada milli pul vahidinin - rublun sürətlə dəyərdən düşməsi iqtisadiyyatı “qara qızıl”dan, o cümlədən dövlət gəlirləri məhz onun qiymətindən asılı olan bütün ölkələr üçün xarakterikdir. Belə ki, real olaraq Azərbaycan manatının da dəyərinin ucuzlaşması təhlükəsi var. Manatın ipini əvvəl “sakit dayandığı” üçün əgər, sərbəst buraxmaq mümkün idisə indi əksinə, “üzü aşağı dartınmağa” başladığı üçün onu bacardıqca möhkəm saxlamaq zərurəti yaranıb.

Üçüncüsü isə, ölkə Prezidentinin tələbi ilə gələn il kredit faizləri aşağı salınacaq. Bu isə baş tutarsa, istehsal və ixracın stimullaşması inflyasiyanı istər-istəməz yüksəldəcək. Çünki ötən yazılarımızda da qeyd etmişik ki, ixracı stimullaşdırmağın ən real yolu mərkəzi kreditləşdirmə üzrə uçot dərəcəsindən keçsə də bizdə bu, mexanizm işləmir. AMB rəhbərliyi də əvvəlki illərdə etiraf etmişdir ki, uçot dərəcəsi makroiqtisadi proseslərə təsir etmədiyi üçün məsələn, sərbəst məzənnə siyasətinə keçid heç bir nəticə verə bilməz.

Odur ki, 2015-ci ildə ola bilsin ki, müəyyən bahalaşma ilə üzləşək.

 

Pərviz Heydərov 

BUNU DA OXU

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
“Light” neftinin qiyməti bahalaşır
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Paşinyanın zəngləri
Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
Xəbər lenti

Prezident İlham Əliyev: Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır
14:16 22.10.2020

Çempionlar Liqasında I tura yekun vuruldu
13:54 22.10.2020

Ermənistana məxsus daha bir PUA məhv edilib
13:32 22.10.2020

Prezident İlham Əliyev: Azərbaycanın haqq işi Türkiyə mətbuatı vasitəsilə dünyaya çatdırılır
13:08 22.10.2020

Baş Prokurorluq: Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb
12:43 22.10.2020

AVROPADA 1 MİLYONDAN ÇOX COVİD-19 XƏSTƏSİ OLAN İLK ÖLKƏ
12:19 22.10.2020

NATO-nun BAŞ KATİBİNDƏN QARABAĞ AÇIQLAMASI
11:57 22.10.2020

BANKA SOXULAN CİNAYƏTKAR TƏSLİM OLUB - Gürcüstanda
11:32 22.10.2020

ERMƏNİSTAN ORDUSUNDA PKK TERRORÇULARI - “ONLAR ÖN MÜDAFIƏ XƏTTINƏ TƏYIN OLUNUR”
11:11 22.10.2020

YAŞAYIŞ MƏNTƏQƏLƏRİNDƏ RAKETLƏR TAPILDI
10:50 22.10.2020

Müdafiə Sənayesi Nazirliyi “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalını davam etdirir
10:24 22.10.2020

Siyəzən, Qəbələ və Kürdəmir rayonları Ermənistan ərazisindən raket atəşinə tutulub
09:57 22.10.2020

Cəbhədəki son vəziyyət
09:44 22.10.2020

Luçesku Çempionlar Liqasının tarixinə düşdü
13:27 21.10.2020

Ermənistan ordusuna məxsus pilotsuz uçuş aparatı vurulub
13:04 21.10.2020

Doqquz ayda Azərbaycandan 2722 çeşiddə məhsul ixrac olunub
12:40 21.10.2020

VİRUSA REKORD SAYDA YOLUXMA HALI QEYDƏ ALINIB - Böyük Britaniyada
12:19 21.10.2020

HİKMƏT HACIYEV : “ERMƏNİLƏR MÜLKİ VƏTƏNDAŞLARA QARŞI MÜHARİBƏ CİNAYƏTLƏRİNİ DAVAM ETDİRİR”
11:56 21.10.2020

Düşmənin dinc əhalini hədəfə alması nəticəsində həlak olan mülki şəxslərin sayı 63-ə çatıb
11:30 21.10.2020

“Light” neftinin qiyməti bahalaşır
11:08 21.10.2020

Cəbhədə oktyabrın 21-nə olan son vəziyyət
10:45 21.10.2020

General Şəkinski vəfat etdi
10:23 21.10.2020

Çempionlar Liqası: "Bavariya" "Atletiko"ya, "Liverpul" "Ayaks"a qarşı
10:00 21.10.2020

Millimizin və "Qarabağ"ın ev oyunları ilə bağlı qərar qəbul olundu
09:39 21.10.2020

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

FHN: İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb
10:17 17.10.2020

Hikmət Hacıyev: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı
09:50 17.10.2020

Düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı
09:23 17.10.2020

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
13:37 16.10.2020

Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib
12:18 16.10.2020

Adil Əliyev: Zəfər bizimdir
11:56 16.10.2020

"Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir” - Hikmət Hacıyev
11:30 16.10.2020

Azərbaycan neftinin bir barreli 41,90 dollara satılır
11:09 16.10.2020

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur
10:45 16.10.2020

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
10:22 16.10.2020

Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub
10:07 16.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram
09:44 16.10.2020

KORONAVİRUSA YOLUXANLARIN SAYI 39 MİLYONA ÇATIR
11:23 15.10.2020

TƏRTƏRƏ 130-DAN ÇOX MƏRMİ ATILIB - EVLƏRƏ CİDDİ ZİYAN DƏYİB
11:00 15.10.2020

DÜŞMƏNİN XEYLİ TEXNİKASI MƏHV EDİLİB - Oktyabrın 14-dən 15-ə keçən gecə
10:35 15.10.2020

Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
10:11 15.10.2020

ZELENSKİ BU GÜN TÜRKİYƏYƏ YOLLANIR
09:49 15.10.2020

Mesut Özildən Azərbaycana dəstək
12:59 14.10.2020

Müdafiə Nazirliyi: Mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək
12:35 14.10.2020

TƏRTƏR ATƏŞƏ TUTULUB - BİR NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR
12:10 14.10.2020

ERMƏNİSTANIN NÖVBƏTİ BALLİSTİK RAKET KOMPLEKSİ SIRADAN ÇIXARILIB
11:46 14.10.2020

Rusiya Müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına çağırış edib
11:33 14.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” səhifəsində paylaşım edib
11:00 14.10.2020

Azərbaycan milli komandası Kiprə qalib gələ bilmədi
10:37 14.10.2020

EVSİZ QALAN VƏTƏNDAŞLAR KİRAYƏ EVLƏ TƏMİN EDİLİB
10:10 14.10.2020

DÜŞMƏNİN HƏRBİ HƏDƏFLƏRİ ZƏRƏRSİZLƏŞDİRİLDİ
09:47 14.10.2020

Fövqəladə Hallar naziri Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağılmış binalara baxış keçirib - Gəncədə
12:25 13.10.2020

“Böyük dəbilqə” turnirində Azərbaycanı 17 cüdoçu təmsil edəcək
12:00 13.10.2020

Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü oyununu keçirəcək
11:40 13.10.2020

ERMƏNİSTAN HUMANİTAR ATƏŞKƏS REJİMİ POZUR
11:18 13.10.2020

Düşmənin bütün cəbhəboyu fəaliyyətinin qarşısı alınıb
10:53 13.10.2020

18 yaşlı oğlan dayanacaqda 6 nəfəri güllələyib - Rusiyada
10:30 13.10.2020

Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb
10:11 13.10.2020

Dünyada ilk dəfə koronavirusa təkrar yoluxmadan ölüm halı qeydə alınıb
09:49 13.10.2020

EMOMƏLİ RƏHMON PREZİDENT SEÇKİLƏRİNİN QALİBİ OLUB
11:45 12.10.2020

Milli komandamız Kiprə qarşı oyuna qara sarğı ilə çıxacaq
11:22 12.10.2020

Bağlanmış 4 bankın əmanətçilərinə 542 milyon manatdan çox kompensasiya ödənilib
11:00 12.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur
10:34 12.10.2020

Bütün xəbərlər