Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Rublun ucuzlaşması Azərbayacana nə vəd edir?

Rublun ucuzlaşması Azərbayacana nə vəd edir?
   1707 dəfə oxunub

Şimaldan gələn soyuq hava axını Azərbaycana erkən qışla yanaşı iqtisadi narahatçılıqlar gətirməkdədir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran bizim üçün də risklər yaradır. Böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlayacayıq. Üstəgəl Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir.

Rusiya hakimiyyəti nə qədər gizlətməyə çalışsa da sanksiyaların ölkə iqtisadiyyatının tənəzzülə getdiyi göz qabağındadır. Qısaca olaraq onu qeyd etməliyik ki, milyardlarla dollar həcmində kapital ölkədən çıxarılır. Kreditlər bahalaşır, vergi dərəcələri artırılır və hətta yenisi tətbiq edilir, səhmlər ucuzlaşır. Xarici kapital son 10 ildə ən aşağı həddə düşüb.

Rusiyanın beynəlxalq ehtiyatları son 2 həftədə 3,6 milyard dollar azalaraq $458,3 milyardan $454,7 milyarda düşüb. Fitch ekspertlərinin proqnozlarına görə, sanksiya davam edəcəyi təqdirdə ehtiyatlar ilin sonuna $450 milyarda, 2015-ci ilin sonuna isə $400 milyarda düşə bilər.

Problemlər bununla bitmir. Maliyyə Nazirliyniin hesablamalarına görə, neftin qiymətinin $110-dan $93-ə düşməsi nəticəsində ixracın ildə $55 milyard azalmasına gətirib çıxaracaq. Ölkədə inflyasiya təzyiqi artır. İnflyasiya İqtisadi İnkişaf Nazirliyinin hətta son dəfə artıraraq proqnozlaşdırdığı 7,4%-lik səviyyəni ötərək 8%-ə çatıb.

Bu azmış kimi Rusiyanın Avropaya təsir rıçaqlarından biri, ildə 63 milyard kubmetr qaz ixrac etməyə imkan verən “Cənub axını” qaz kəmərinin dəyəri ümumilikdə təxminən 45% artaraq 28 milyard avrodan 40 milyard avroya yüksəldiyi məlum olub.

İqtisadiyyatda müşahidə edilən neqativ tendensiyalar milli valyutanın dəyərində özünü göstərir. Rublun ABŞ dollarına məzənnəsi təkcə 2014-cü ildə 20%-dən çox ucuzlaşaraq 40 rubla düşüb. Təkcə sentyabrda ucuzlaşma 7,5% olub. Mərkəzi Bank iyun ayından sonra bazara müdaxilə etməməyə üstünlük versə də oktyabrın əvvəli müdaxilə etmək məcburiyyətində qalıb. Mərkəzi Bank valyuta dəhlizinin sərhədlərini yenidən artıqmaq məcburiyyətində qalıb. Hazırda bu hədlər 35,85-44,85 rubl təşkil edir. Bloombergin hesablamalarına görə, Rusiya Bankı oktyabrın 2-dən sonra rublun dəstəklənməsi üçün bazarda 2 milyard dollar satmalı olub. Bu, mart ayından sonra ən böyük göstəricidir.

Bu gün dövri mətbuatı Rusiyaya münasibətdə əsasən bir məsələ düşündürür: rublun ucuzlaşması Azərbaycana mənfi təsiri varmı? Rəylər müxtəlifdir. Bunun mənfi təsir etdiyi deyənlərlə yanaşı bu təsirin olmadığını iddia edənlər də var.

Onu qeyd edim ki, ticarət tərəfdaşı olan ölkənin milli valyutasının məzənnəsində dəyişiklik mütləq öz təsirini göstərir. Xüsusən də Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olan Rusiyada milli valyutanın ucuzlaşması ölkəmizə təsiri nəzərəçarpacaq dərəcədədir. Nəzərə alandakı Rusiya soydaşlarımız üçün “iş yeridir” bu halda təsirin əhatə dairəsinin nə qədər geniş olduğunu görmək olar. Ancaq qonşu olmasına rəğmən ticarət əlaqələri olmayan Ermənistanın milli valyutasının dəyişməsinin Azərbaycana təsiri olmadığı fikrini söyləyə bilərik. Qalan ölkələr isə bu və ya digər formada təsir göstərir. Ona görə də bu ölkədə baş verən iqtisadi hadisələrin bizə təsirinin olması labüddür. Bəs, bu zərər nədən ibarətdir?

ƏVVƏLA, rus rublunun dəyərsizləşməsi Rusiyaya işləməyə getmiş 2 milyona qədər soydaşımızın gəlirlərinin azalmasında göstərir. Rublun il ərzindən 20%-dən çox ucuzlaşması onların qazanclarının azalmasına səbəb olub. Hər il soydaşlarımız tərəfindən ölkəyə rəsmi və qeyri-rəsmi şəkildə böyük həcmdə pul göndərilir. Təkcə 2013-cü ildə banklar vasitəsilə $1,2 milyard həcmində pul göndərilib. Bankdankənar pul göndərişlərini də nəzərə alsaq bu rəqəmin artdığını görə bilərik. Bu pullar təbii ki rubla qazanılır və Azərbaycana köçürüləndə ya xarici valyutaya (dollar və ya avro), ya da manata çevrilir. Bu zaman məzənnə fərqi itkiləri üzə çıxar. Əgər yanvar ayında hər 1000 rubl üçün 23 manat verilirdisə, hazırda bu rəğəm 19 manata düşüb. Deməli, ilin əvvəli ilə müqayisədə miqrantlarımız hər 1000 rubla 4 manat itirir. Sanksiyalar nəticəsində biznesin pisləşməsi də miqrantlarımızın qazancı üçün riskdir.

İKİNCİ ZƏRƏR Neft Fondunun Rusiyadakı aktivlərində yaranır. Fond 2011-ci ildə investisiya siyasətinə edilmiş dəyişikliyə uyğun olaraq 2012-ci ildən başlayaraq rus rublunu alaraq valyuta ehtiyatına daxil edib. Hazırda Fondun ehtiyatlarında rublun payı 2,07%-dir. Eyni zamanda Fond Rusiyanın ikinci ən böyük bankı olan VTB bankının $500 milyonluq səhmlərini alıb. Banka tətbiq edilən sanksiya nəticəsində hər birinin nominal dəyəri 0,041 rubl olan səhmləri ucuzlaşaraq 0,038 rubla düşüb. Həm VTB bankın səhmlərinin ucuzlaşması, həmdə rublda olan aktivlərin dəyərsizləşməsi Neft Fondunun Rusiyadakı aktivlərinin “əriməsinə” gətirib çıxarıb.

ÜÇÜNCÜSÜ, rublun ucuzlaşması Azərbaycanın ixrac potensialını zəiflədir. Milli valyutamız məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir. Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu onların rəqabət qabiliyyətliliyini aşağı salır. Rusiya ilə ticarət dövriyyəmiz ötən il $2,6 milyard olub ki, bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində gerilmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22% azaldığı halda ixracın azalması 42%-ə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili təlabatına yönəltməsi ilə bağlıdır. Rubl ucuzlaşdıqca bu ölkəyə ixracımızda problem yaranacaq. İstisna deyil ki, tezliklə Rusiya bazarları Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacaq və fermerlərimiz üçün həmin bazarda mövqeyini saxlamaq çətin olacaq. Ümid bizim məhsulların “sadiq” alıcılarına qalacaq. Manatın möhkəmlənməsi digər qonşu ölkələrlə də (məsələn, İran) ticarət dövriyəsində mənfi saldonun həcmini artırır.

DÖRDÜNCÜSÜ, rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir. Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11.5% təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir .

Dünya bazarında neft artıq 90 dollarlıq psixoloji həddi keçərək ucuzlaşıb. Bu neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir. Müxtəlif hesablamalara görə, neftin barelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Ekspertlərin digər hesablamalarına görə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki, bundan Azərbaycana pay düşəcək.

İqtisadçı - ekspert Samir Əliyev

BUNU DA OXU

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi
"Trampın qərarı münasibətlərin bərpası üçün diplomatiya yolunu tamamilə bağlayır" - İrandan Trampa sərt reaksiya
Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTOLAR
İsveçrə Gülnarə Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq
Xəbər lenti

Sabah hədsiz istilər olacaq
22:49 25.06.2019

"Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi" - Jezniçak sirləri açır
22:16 25.06.2019

Fövqəladə Hallar Nazirliyi sürücülərə müraciət etdi
21:58 25.06.2019

Natavan yenidən sosial şəbəkədə - FOTOLAR
21:40 25.06.2019

İzmirdə FETÖ əməliyyatı keçirildi, 36 nəfər saxlanıldı
20:51 25.06.2019

Xalq teatrları baza rolunda - Problemlər müzakirə edildi
20:32 25.06.2019

“Avtomobillər dayanacaqlara aparılacaq” - Agentlikdən qaydanı pozan sürücülərə xəbərdarlıq
20:15 25.06.2019

"Trampın qərarı münasibətlərin bərpası üçün diplomatiya yolunu tamamilə bağlayır" - İrandan Trampa sərt reaksiya
19:59 25.06.2019

Gədəbəydə daha üç kənd qazla təmin edildi
19:40 25.06.2019

Bakıda evdən 30 min manatlıq qızıl əşyalar oğurlayan şəxslər saxlanılıblar
19:23 25.06.2019

Rəhim Rəhimli Röyanın efirdə görünməsinə qadağa qoydu
19:07 25.06.2019

Azərbaycan Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının siyahısı təsdiqlənib
19:00 25.06.2019

İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrılıb
18:50 25.06.2019

Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib
18:31 25.06.2019

Hamı Xatirənin başına yığışdı - FOTOLAR
18:14 25.06.2019

Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib - FOTOLAR
18:08 25.06.2019

Yevkurov istefa verir - O, çətin seçim qarşısında qalıb
18:00 25.06.2019

Ermənistanın sabiq prezidenti yenidən həbs edilib
17:50 25.06.2019

Traktorla "Mersedes" toqquşdu - traktorun sürüçüsü ağır xəsarət aldı - ÖZƏL - FOTOLAR
17:40 25.06.2019

Koçəryan Paşinyanı kütləvi iğtişaşlarda ittiham edib
17:24 25.06.2019

Aslan Qara Mamba qarşısında aciz qaldı - VİDEO
17:07 25.06.2019

İsveçrə Gülnarə Kərimovaya məxsus 133 milyon dolları Özbəkistana qaytaracaq
16:50 25.06.2019

İrana qarşı yeni sanksiyalar
16:32 25.06.2019

Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib.
16:25 25.06.2019

Nigar kimə ərə getdi? - VİDEO - FOTOLAR
16:16 25.06.2019

Göygöl rayon sakini Bakıda “Mercedes”in qurbanı oldu
15:59 25.06.2019

Borc aldılar qaytarmadılar - Ötən gün borclu qismində 7 nəfər saxlanıldı
15:42 25.06.2019

ABŞ-ın pilotsuz aparatı İran ərazisində vurulub - BMT-yə sübutlar təqdim edildi
15:24 25.06.2019

Ərzaq qadağasının müddəti uzadıldı - Putindən Avropa İttifaqına cavab
15:07 25.06.2019

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb - FOTOLAR
14:50 25.06.2019

Meksikada silahlılar özünümüdafiə qüvvələrinə hücum edib, ölənlər var
14:33 25.06.2019

Aysel cazibədar geyimdə - FOTOLAR
14:14 25.06.2019

AVTOMOBİL YANDI - Tovuzda
13:57 25.06.2019

Fisker şirkəti tizer dərc etməyə davam edir
13:35 25.06.2019

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
13:18 25.06.2019

Şirməmməd Hüseynovla vida mərasimi keçirilir - Görkəmli alim II fəxri xiyabanda dəfn ediləcək
13:00 25.06.2019

Kirkorov klipində soyundu - VİDEO
12:45 25.06.2019

Kənanla Beren barışmır - Tətilə ayrı yollandılar
12:27 25.06.2019

25 İyunda tarixdə nələr baş verib? - Dənizçilərin günü, qayıqla ilk səyahətə çıxan Alfred, Maykl Cekson və Həsən Seyidbəyli
12:10 25.06.2019

Tovuzda yaşayış evində DƏHŞƏTLİ YANĞIN - ÖZƏL - FOTOLAR
12:03 25.06.2019

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək
11:51 25.06.2019

Dənizçilər peşə bayramını qeyd edir - Xəzər Dəniz Gəmiçiliyinin 161 yaşı tamam olur
11:40 25.06.2019

Kaliforniyada atışma baş verib, ölənlər var
11:34 25.06.2019

Ərdoğan seçkilərə görə iclas keçirəcək - İstanbul məğlubiyyətinin səbəbləri müzakirə olunacaq
11:16 25.06.2019

Dövlət İmtahan Mərkəzində psixoloji xidmət fəaliyyətə başlayıb
10:57 25.06.2019

С 25 июня в футболе появятся - НОВЫЕ ПРАВИЛА
10:40 25.06.2019

Sahələr üzrə maaşlar nə qədər olacaq? - Müəllimlərlə bağlı şad xəbər - VİDEO
10:20 25.06.2019

Определились все пары ¼ финала Кубка Америки
10:03 25.06.2019

Zerrin Özərin fırıldaqçı həyat yoldaşı ilə bağlı məhkəmə qərarı
09:45 25.06.2019

Müəllimlərə şad xəbər - Diaqnostik qiymətləndirmədən keçməyənlərin də maaşı artacaq
09:29 25.06.2019

Almaniyada iki qırıcı təyyarə havada toqquşub
23:40 24.06.2019

Bir gündə qəzada iki piyada öldü - Sabunçuda
23:22 24.06.2019

Sabah hava çox isti olacaq
22:58 24.06.2019

Ağsu aşırımında qeyri-adi ilan görənləri heyrətləndirib - FOTOLAR
22:39 24.06.2019

Asiyada Afrika donuz taunu yayılıb - Təhlükəli xəstəlik ölkəmizə keçə bilərmi?
22:21 24.06.2019

Təmas xəttində son durum - Sabah monitorinq aparılacaq
22:00 24.06.2019

Kia yenilənmiş Cadenza modelini təqdim edib - FOTOLAR
21:42 24.06.2019

Tunar 40 günlük oğlu üçün qonaqlıq verdi - FOTOLAR
21:25 24.06.2019

Roza Zərgərli "Zaurla Günaydın"-da - " Hipnoz " - VİDEO
21:08 24.06.2019

ABŞ-dan İranın hərbi sisteminə kiberhücum
20:53 24.06.2019

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçiriləcək
20:35 24.06.2019

Nümayəndə heyətimiz Fransada səfərdədir - AŞPA-nın yay sessiyası başlayır
20:16 24.06.2019

Sami Yusif Bakıdadır - FOTOLAR
20:00 24.06.2019

Yeni nazir əməliyyat müşavirəsi keçirdi
19:42 24.06.2019

Müğənni Elnur Məmmədov: - " Biri adımdan istifadə edir " - FOTOLAR
19:27 24.06.2019

Azərbaycan Prezidenti Sloveniyanın dövlət başçısını təbrik edib
19:09 24.06.2019

Zakir Həsənov Ordunun yaradılmasının 101 illiyi münasibətilə şəxsi heyəti təbrik edib
19:00 24.06.2019

Kadırovun sarayı qarşısında polislərə silahlı hücum - İki polis əməkdaşı güllələndi - VİDEO
18:50 24.06.2019

Prezident İlham Əliyev xorvatiyalı həmkarını təbrik edib
18:38 24.06.2019

Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib
18:27 24.06.2019

Çingiz : “Mən sənin həyatına girəcəm”
18:20 24.06.2019

Akademik Musiqili Teatri müsabiqə elan edib
18:02 24.06.2019

Beş min hektar ərazi təhlükədə - Kür qırağı ərazilərə çəyirtikə yayılıb
17:45 24.06.2019

Təhsil Nazirliyi dərsliklərlə bağlı müraciət etdi
17:27 24.06.2019

Ürəyi qoruyan ən yaxşı vasitə
17:10 24.06.2019

Dövlət qulluqçularının nəzərinə!
16:53 24.06.2019

Hindistanda anomal istilər davam edir - Xəstəlikdən ölənlərin sayı 145 nəfərə çatıb
16:35 24.06.2019

Günün FOTOSU
16:16 24.06.2019

Rozadan Elzaya: - "Ona Damla deyiləm ki, şəklimi cırıb atsın"
15:58 24.06.2019

"Şou ATV" də Nanənin bugünkü qonaqları kimlər idi? - ÖZƏL - FOTOLAR
15:40 24.06.2019

Bütün xəbərlər