Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Ölkəni şoka salan cinayətin sensasion detalları - Reportaj

Ölkəni şoka salan cinayətin sensasion detalları - Reportaj
   2501 dəfə oxunub

Oktyabrın 1-i, sübh saat 4:00 radələrində Goranboyda dəhşətli qətliam baş verib. Rayonun Səfikürd kəndində yerli sakin Rafiq Hüseynov əl qumbarası və odlu silahla qayınatasının evinə hücum edərək, 5-i qadın olmaqla, 7 nəfəri öldürüb, 2 nəfəri isə yaralayıb. Bu tükürpədici cinayət ailədaxili münaqişə zəminində baş verib, öldürülənlər arasında həyat yoldaşı Südabə Hüseynova da var. 

*   *   *

Evə olunan silahlı hücum nəticəsində qətlə yetirilən şəxslərin adları bunlardır: 1958-ci il təvəllüdlü Diləzbər Alı qızı Məmmədova, 1983-cü il təvəllüdlü Fərqanə Allahyar qızı Məmmədova, 1951-ci il təvəllüdlü Ofelya İsa qızı Məmmədova, 1963-cü il təvəllüdlü Həvayət Xanlar qızı Məmmədova, 1984-cü il təvəllüdlü Südabə Allahyar qızı Hüseynova, 1989-cu il təvəllüdlü Namiq Allahyar oğlu Məmmədov və 2011-ci il təvəllüdlü İsa Elvin oğlu Məmmədov. 

Onlar qatilin həyat yoldaşının qohumlarıdır. Yaralılar 28 yaşlı Natiq Məmmədov və 30 yaşlı Günel Məmmədova isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Natiq və Namiq öldürülən gəlinin qardaşları olub.

*  *  *

...Səfikürd kəndində hər kəs bu terrorun şokunu yaşayır. Hadisənin baş verdiyi mənzildə otaqların altı üstünə çevrilib. Qatilin evə əl qumbarası atması nəticəsində 5 nəfər bir otaqda tələf olub, digər otaqda olan iki nəfəri isə əlindəki tüfənglə öldürüb. Natiq isə ona müqavimət göstərərək yaralı vəziyyətdə evdən çıxarıb.

Bununla qane olmayan R.Hüseynov üç yaşlı körpənin də başından güllə ilə vurub öldürüb. Otaqların döşəməsi qan gölməçəsinə dönüb, güllələr pəncərələrin şüşələrini çilik-çilik edib, otaqlarda yorğan-döşək dağılıb tökülüb. 

Hadisə baş verən evin həyətində isə qohum-qonşu toplaşıb, qətliamın səbəblərini danışırlar. Hadisə baş verən yerə çatan qonşulardan biri elə zənn edib ki, qaz partlayıb. Evə girəndə hər yerdə cəsəd, qan gölü görüb. 

Kənd sakinlərinin sözlərinə görə, qatil hadisədən qabaq qayınatası evinə zəng edərək “hamınızı yer üzündən siləcəyəm” deyərək təhdid edib. 

Səfikürd sakinləri deyirlər ki, Rafiq qaraqabaq bir adam olub, ayaqqabı tikməklə məşğul imiş. Bu, onun həyatında ikinci evliliyidir. İlk ailəsi ilə cəmi 8 ay yaşayıb. Öldürdüyü həyat yoldaşı ilə 1 ay 4 gün əvvəl nikaha girib. 

Camaatın dediyinə görə, arvadı ilə arasında mübahisə olub. Səbəb isə arvadının onun istədiyi ayaqqabını səhv gətirməsi olub. İkinci mülahizə isə onların evinə arvadının əmisi oğlunun gəlməsidir. 

R.Hüseynovun arvadı evə qonaq gələn əmisi oğlu ilə öpüşüb-görüşüb. 

Bu da onun xoşuna gəlməyib və arvadının qohumunu döyüb. Sonra isə arvadını vəhşicəsinə döyməyə başlayıb. Südabə Hüseynova ölümünə döyüldükdən sonra atası evinə qaçıb. Burada isə onun qohumları da olublar. Rafiq “hamınızı yer üzündən siləcəyəm” dedikdən sonra gecəyarısı qayınatası evinə gələrək kütləvi qətl törədib.

*   *   *

Yas məclisi qurulan həyətə də baş çəkib, hadisənin detallarını öyrənirik. S.Hüseynovanın qohumu olan Allahverdi Allahquliyev deyir ki, Rafiqin etdiyi cinayət ağlasığmazdır: “Südabəni başından vurub, sonra qaynı Namiqi öldürüb. 

Uşağın gözünə qəlpə girib, özüm gördüm. Yaralıların da vəziyyəti çox pisdir. Bu manyak üç ailəni məhv etdi. Üç ailəni gülləbaran etmək nə deməkdir? Adam, deməli, hazırlıqlı gəlib".

A.Allahquliyev bildirdi ki, ailədə kimsə qalmayıb, yas məclisini rayon icra hakimiyyəti təşkil edib: “Gör necə qəddar adamdır ki, körpəni də vurub. Bütün nəsli məhv etdi. Heç kim ailədə qalmadı. Bir ailədən dördü ölüb, biri yaralıdır”.

Onu da deyək ki, yas yerində kənd icra nümayəndəsi Eldəniz Həsənəliyev də var idi, məclisin təşkilinə rəhbərlik edirdi. Yas mərasimində rayonun icra başçısı, polis rəisi iştirak ediblər, köməklik göstəriləcəyini bildiriblər. Bakıdan istintaq qrupu da kəndə gəlib, qatilin yaşadığı evin önündə polis postu qoyulub.

*   *   *

R.Hüseynov 7 nəfəri öldürdükdən sonra qonşusuna da hücum çəkib, ona güllə atıb. Xoşbəxtlikdən güllə qonşusu Aydın Yusifovdan yan keçib: “5-6 ay qabaq onun atası ilə aramızda məhkəmə çəkişməsi vardı. Guya onların yoluna çəpər çəkmişəm, yolu bağlamışam. Özü ilə heç bir əlaqəm yox idi. Deməli, 7 nəfəri öldürüb, ikisini ağır yaralayıb, hirsi soyumayıb. Əvvəlcə gəlib qardaşımı çağırıb, deyib xəstə uşaq var, təcili həkimə çatdırmaq üçün maşın istəyib. Qardaşım deyib ki, maşın texniki baxışdan keçməyib. O da gəlib məni çağırdı. Sübh saat 5-in yarısı idi, qapını döydü. Yuxulu vəziyyətdə oyandım, bayıra çıxdım, dedi ki, uşaq xəstədi, maşın lazımdı, elə bunu deməklə güllə atmağı bir oldu. Güllə yanımdan keçib, darvazaya dəydi. Tez içəri qaçdım, qapını arxadan bağladım. 

Başladı qapını təpikləməyə. Sonra gedib qardaşımın həyətinə güllə atdı. Yəqin fikirləşib ki, həbs olunacaq, birdəfəlik bizimlə də haqq-hesab çəkmək istəyib. Allah üzümə baxdı ki, güllə yan keçdi. Əgər qardaşımı və məni də vursaydı, o yaralı iki nəfər də ölsəydi, bir gecəyə 11 adam öldürmüş olacaqdı".

*   *   *

Qatilin birinci qayınatası, Aydının qardaşı Raqif Muxtarov keçmiş kürəkəni haqda bunları danışdı: “Mənim qızımla 2007-ci ildə ailə qurmuşdu. Haradasa 8 ay evli olublar. Bu müddətdə mən rayonda olmamışam. Sonra öyrəndik ki, qızıma işgəncə verib, döyürmüş, əlini isti suya salırmış, başına vururmuş. Mən bunları bilmirdim. Ondan sonra qızımı ayırdım. 

Adam deyil, psixdir, xəstədir. Mən bu işgəncələrdən xəbər tutanda Rafiq Moskvaya qaçdı. Biz onlarla qohumuq, əmi oğlu sayılırıq. Ağlı başına adam bunları etməz. Mənim qızıma olmazın işgəncələr verib. İndi bir aydır ki, evlənmişdi, üç ailənin həyatına qəsd etdi. Cinayəti eləyəndən sonra təslim olmaq istəməyib. Evə gələndə qardaşı əlindən silahı alıb, polisə aparıb".

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. /musavat.com/

BUNU DA OXU

ATV-də yeni serial - "Duzkomediya" - FOTOLAR
Муж 30 лет скрывал от жены, что продал ее квартиру дочери от первого брака
AFFA-nln Baş katibi : "Tənqid hər insanın haqqı və hüququdur"
Rahidə Baxışova və İslam Mehrəliyevdən maraqlı səhnəcik - "Üçümüz" də - VİDEO
Ərdoğandan qondarma "erməni soyqırımı" ilə bağlı açıqlama - “Hadisənin uydurma olduğunu sənədlərlə sübut etdik”
Xəbər lenti

Qəhrəman dənizçilər mükafatlandırıldı - Onlar 14 nəfəri partlayışdan sağ çıxarmışdılar - FOTOLAR
19:35 20.11.2019

İsrailin Suriyaya hava hücumu
19:16 20.11.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
18:57 20.11.2019

Sabah bəzi rayonlara sulu qar yağacaq
18:40 20.11.2019

Daha 50 ailəyə mənzil verildi - Şəhid ailəsi və Qarabağ əlillərinin mənzil problemi həll olunur
18:21 20.11.2019

“Qarabağın statusu ilə bağlı qəlizlik yoxdur” - Politoloq Lavrovun fikirlərinə münasibət bildirdi
18:02 20.11.2019

Quba rayonunda 6 kənddə 948 fərdi evə qaz verildi - FOTOLAR
17:41 20.11.2019

Əfqanıstanda “Taliban” hərbi bazaya hücum edib
17:23 20.11.2019

Qadın fermerlər avadanlıq problemi ilə üzləşib - Onlara AFAQ layihəsi çərçivəsində kömək ediləcək - VİDEO
17:04 20.11.2019

38 ildən sonra atasına qovuşdu - “Bizimləsən” - VİDEO
16:45 20.11.2019

Xamenei: “Düşməni geri oturtmuşuq"
16:27 20.11.2019

Bakı şəhərinin Sabunçu rayonu ərazisində avtomobil yollarının, həmçinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
16:08 20.11.2019

ATV-də yeni serial - "Duzkomediya" - FOTOLAR
15:50 20.11.2019

Муж 30 лет скрывал от жены, что продал ее квартиру дочери от первого брака
15:32 20.11.2019

Almaniyanın sabiq prezidentinin oğlu mühazirə zamanı öldürülüb
15:17 20.11.2019

Azərbaycanın bu rayonlarına yeni icra hakimləri təyin edildi
15:00 20.11.2019

Azərbaycanın bu rayonlarının icra hakimləri işdən azad edildi
14:45 20.11.2019

Bakı-İstanbul təyyarəsi təcili eniş edib - Sərnişinlərdən birinin halı qəfildən pisləşib
14:34 20.11.2019

Masallıda evdən oğurluq olub - Pul və qızıl-zinət əşyaları götürülüb
14:16 20.11.2019

Balakəndə əl qumbaraları tapılıb
13:59 20.11.2019

İranda aksiyalarda ölənlərin sayi 106 nəfərə çatıb - Aksiyanın təşkilatçıları edam olunacaq
13:48 20.11.2019

AFFA-nln Baş katibi : "Tənqid hər insanın haqqı və hüququdur"
13:29 20.11.2019

Bakıda Quba yolunda sürət həddi endirildi - Səbəb yolda qəzaların sayının artmasıdır - VİDEO
13:10 20.11.2019

Sumqayıtın 70 illiyi qeyd olunub - Ümümşəhər tədbiri möhtəşəm paradla yadda qalıb YENİLƏNİB - VİDEO - FOTOLAR
12:52 20.11.2019

Mourinyo "Tottenhem"də!
12:35 20.11.2019

Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektindəki parka 10 tutuquşu buraxılıb - FOTOLAR
12:30 20.11.2019

Özəl məhkəmə ekspertizası yaradılır - İkinci qanunvericilik paketi müzakirəyə çıxarıldı
12:17 20.11.2019

Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan 20 komanda bəlli oldu
12:00 20.11.2019

Bakıda evlərdən oğurluq edən qadın tutuldu - VİDEO
12:00 20.11.2019

ABŞ Səudiyyə Ərəbistanına əlavə qüvvələr göndərəcək
11:40 20.11.2019

Sənədsiz evlər nə vaxt sənədləşdiriləcək? - Komissiya araşdırma işlərini davam etdirir - VİDEO
11:23 20.11.2019

Səkkiz oyundan bir xal - AÇ-2020-in seçmə mərhələsinin acı nəticəsi
11:05 20.11.2019

Almaniyada miqrant qalmaqalı - Azərbaycandan miqrant qəbulu dayandırılıb - VİDEO
10:46 20.11.2019

Tarixdə bu gün - 20 Noyabr - Qədir Rüstəmov, Lev Tolstoy və uşaqlar
10:28 20.11.2019

Rahidə Baxışova və İslam Mehrəliyevdən maraqlı səhnəcik - "Üçümüz" də - VİDEO
10:09 20.11.2019

Azərbaycanın UNESKO üzrə milli komissiyasının 25 illiyi keçirilib
09:52 20.11.2019

Qarakənddə baş vermiş faciədən 28 il ötür
09:35 20.11.2019

Xəzərdə batan neftçinin meyiti tapıldı - VİDEO
09:20 20.11.2019

644 vakant iş yeri təqdim olundu - Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib
21:54 19.11.2019

Ərdoğandan qondarma "erməni soyqırımı" ilə bağlı açıqlama - “Hadisənin uydurma olduğunu sənədlərlə sübut etdik”
21:35 19.11.2019

Vəzifəli şəxsin 7 milyonluq əmlakına həbs qoyuldu - Onun 3 milyon dollari təyinati üzrə istifadə etmədiyi aşkarlanıb
21:19 19.11.2019

Qaranlığa qərq olan yaşayış kompleksi - Elektirik enerjisinin verilməsində problem yaşanır
21:00 19.11.2019

Bakı-Şamaxı-Yevlax yolunda çat əmələ gəldi - Çökmə nəticəsində asfalt örtüyünə ziyan dəyib
20:41 19.11.2019

Faiq Ağayev: “Zövqlər çox dəyişib” - VİDEO
20:22 19.11.2019

Rahidə Baxışova maraqlı suallara belə cavab verdi - “Üçümüz”də - VİDEO
20:00 19.11.2019

Xamneinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi - Dörd nəfər saxlanıldı
19:40 19.11.2019

Talıb Tale Əflatun Qubadovu "aldatdı" - “Üçümüz”də - VİDEO
19:21 19.11.2019

Günəş enerjisi ilə işləyən avtomobil - Saatda 90 km sürətlə hərəkət edir - FOTOLAR
19:04 19.11.2019

"Boeing 737" перестал быть самым продаваемым самолетом в мире
18:45 19.11.2019

Sabah hava metohəssas insanlar üçün əlverişsizdir
18:28 19.11.2019

Paytaxtda avtomobil qəzası baş verib - Sürücü xəsarət alıb
18:11 19.11.2019

Prezident İlham Əliyev Bakı dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurma işlərindən sonra açılışında iştirak edib - Yenilənib - FOTOLAR
17:52 19.11.2019

Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulmasına 5 milyon manat ayrılıb
17:34 19.11.2019

“Müxtəliflik həftəsi”nə həsr olunmuş növbəti tədbir - FOTOLAR
17:17 19.11.2019

Nəsiminin 650 illiyi qeyd edilir - Bakı Slavyan Universitetində tədbir keçirilib - FOTOLAR
17:00 19.11.2019

Cənubi Koreya və ABŞ hərbi xərclərin bölünməsi üzrə razılığa gələ bilməyib
16:38 19.11.2019

İran ordusu hərbi təlimlərə başladı
16:19 19.11.2019

Луис Энрике вернулся в сборную Испании
15:58 19.11.2019

Afət Fərmanqızı :"Tərəddüd etdiyimdən uşağı abort etdirdim” - VİDEO
15:40 19.11.2019

Bakıda məşhur fotoqrafın sərgisi açıldı - Azərbaycana aid fotolar da nümayiş olunur
15:23 19.11.2019

“İnterfaks”ın redaktoru Moskvada itib
15:05 19.11.2019

Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib - VİDEO
14:50 19.11.2019

Qubada ağır qəza - Körpə dünyasını dəyişdi
14:14 19.11.2019

Qəza törədən sürücü hadisə yerindən qaçdı
13:40 19.11.2019

“Barış bulağı” əməliyyatı yenidən başlayacaq - Türkiyə XİN-dən ABŞ və Rusiyaya xəbərdarlıq
13:21 19.11.2019

Gömrük Komitəsində kollegiya iclası olub - 10 ay ərzində görülən işlər müzakirə edilib
13:20 19.11.2019

Yeni duetlər - Nigar Camal ft Aygun Bəylər - "Nəfəsim, qəlbim" - VİDEO
13:03 19.11.2019

Tarixdə bu gün - 19 Noyabr - Beynəlxalq Kişilər Günü, Pelenin mininci qolu və Azərbaycan parlamenti
12:45 19.11.2019

Bakı metrosunun inkişaf planı açıqlanıb - VİDEO
12:38 19.11.2019

Qarabağ İcması ABŞ-da görüşlərini davam etdirir - Qarabağ münaqişəsi haqqında məlumat verilib
12:30 19.11.2019

Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb - YENİLƏNİB - VİDEO
12:12 19.11.2019

Sərnişinlərin nəzərinə! - Bakı-Sabunçu-Bakı elektrik qatarlarının hərəkəti dayandırılıb
11:55 19.11.2019

TANAP-ın açılacağı tarix məlum oldu - VİDEO
11:39 19.11.2019

Gürcüstan parlamenti fəaliyyətini bərpa edib - 37 etirazçı saxlanılıb
11:20 19.11.2019

Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun qəbul etdi - VİDEO
11:02 19.11.2019

Andorralı futbolçu tarixə düşdü
10:47 19.11.2019

Cəlil Məmmədquluzadənin Polşada yaşayan nəticəsi və kötükcəsi ölkəmizdə səfərdədirlər - VİDEO
10:30 19.11.2019

Avro 2020-nin seçmə mərhələsi - İtaliyadan 10 qələbə, Danimarka və İsveçrə - final mərhələdə
10:11 19.11.2019

Ən çox şikayət elektrik təchizatı ilə bağlıdır - İstilik sisteminin inkişafi üçün Alman şirkəti cəlb olunub
09:56 19.11.2019

160 min uşaq ünvanlı yardımla əhatə edilib - Uşaqların sosial müdafiəsi üçün ildə 485 milyon manat ayrılır
09:35 19.11.2019

Bütün xəbərlər