Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Xocavəndi ermənilərdən təmizləmək planının iflası - uğursuz əməliyyat…

Xocavəndi ermənilərdən təmizləmək planının iflası - uğursuz əməliyyat…
   1725 dəfə oxunub

Oktyabrın 2-si Xocavənd rayonunun işğal tarixi kimi qeyd olunur. Təəssüf ki, hətta bu gün də çoxlarının Xocavənd rayonu haqqında doğru təsəvvürü yoxdur. Azərbaycanın Xocavənd rayonu 1991- ci il 26 noyabrda keçmiş DQMV-nin Martuni və Hadrut rayonlarının  bazası əsasında yaradılıb. Rayonun icra strukturları isə 1992- ci ilin iyul ayından etibarən təşkil olunub. Həmin dövr üçün Hadrut  rayonunda  azərbaycanlıların yaşadığı Tuğ, Salakətin və Axullu kəndlərində 2700 nəfər, Martuni rayonundakı Qaradağlı, Xocavənd, Əmirallar, Muğanlı və Kuropatkin kəndlərində isə 6100 nəfər azərbaycanlı yaşayırdı. Yəni həmin dövr ücün Xocavənd rayonunun  39 000 nəfər  əhalisindən yalnız  8800 nəfərə yaxını azərbaycanlılar idi. 


1992 ci ilin oktyabr  ayında  rayonun işğal olunmamış yalnız üç yaşayış məntqəsi mövcud idi - Əmirallar, Muğanlı və Kuropatkin.

1991- ci ilin  oktyabr ayının 31- də Tuğ və Salakətin, noyabr ayının 19 -da Xocavənd, 1992- ci il yanvar ayının 10-da Axullu, fevral ayının 17-də isə Qaradağlı kəndləri erməni silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmış, əhali isə soyqırıma məruz qalmışdı.  Digər işğal olunmuş rayonlarımızdan fərqli olaraq,  Xocavəndin ərazisi və rayon mərkəzi Xocavənd ( keçmiş Martuni) şəhəri elə əvvəlcədən ermənilərin nəzarəti altında idi. 
2 oktyabrda işğal gününü qeyd etdiyimiz  Xocavənd rayonu 1992-ci ildə yalnız Əmirallar, Muğanlı və Kuropatkin kəndlərindən ibarət idi. 1988- ci ildən işğal gününə kimi bütün münaqişə və müharibə dövründə ən çox yaddan çıxan, unudulmuş, köməksiz və arxasız, baş vermiş hadisə və döyüşləri mətbuat vasitələrində ən az işıqlandırılan məhz  bura olub. 
Yalnız münaqişənin ilk günlərindən 1992- ci ilin əvvələrinə kimi ən çətin anlarda, ən ağır günlərdə hər an yanımızda olan, köməyimizə çatan, bizə arxa duran ağdamlıları və Ağdam könüllülərini və digər regionlardan olan azsaylı qəhrəman qardaşlarımızı  həmişə ehtiramla yad edirik və minnətdarlığımızı bildiririk . 

Xəritəyə baxan hər kəs görər ki, bu üç kənd - Əmirallar, Muğanlı və Kuropatkin  sanki Azərbaycandan təcrid olunub, öndə düşmən, arxa isə boş. Bu kəndlər Ağdam rayonunun Mərzili kəndindən 18 km, Ağcabədi rayonunun Salmanbəyli kəndindən  30 km, Beyləqan rayonundan 50 km, Füzuli rayonunun Aşağı Veysəlli kəndindən 20 km məsafədə yerləşirdi və bu radiusda heç bir yaşayış  məntəqəsi yox idi. 

Əmirallar və Muğanlı kəndləri keçmiş Martuni şəhəri ilə üzbəüz yerləşirdi və qarşıda torpaqlarımızın işgalında mühüm rol oynamış Monte Melkonyanın rəhbərlik etdiyi erməni qüvvələri yerləşirdi, o dövr üçün onun sərəncamında azı 35 ədəd tank var idi. Melkonyanın qarşısında isə əsasən Muğanlı özünümüdafiə dəstəsi və ölkənin müxtəlif  rayonlarından, əsasən də  Ağcabədi, Ağdaş və Salyan könüllülərindən  təşkil olunmuş  təxminən 350 nəfər canlı qüvvəsi olan  831 saylı özünümüdafiə batalyonu dayanırdı. Bu batalyonun sərəncamında 2 ədəd T-72 tankı, 3 ədəd 100 mm-lik doludağıdan top, 1 ədəd BRDM, 2 ədəd minamyot var idi. Batalyon Agdam-Füzuli magistral yolu boyu yerləşən keçmiş Martuni şəhərinin 300 m-də yerləşən Əmirallar, daha sonra Muganlı kəndləri, “Elçidaşı”,”Təkqəbir” və “Pirəbulağ-Çeyildag”  yüksəkliklərinə  qədər böyük ərazidə müdafiə döyüşləri aparırdı. Əmirallar kəndindən solda  yerləşən Qaraçux dağından  Aşağı Veysəlli istiqamətində isə sərəncamında təxminən 200 nəfər döyüşçü və  bir ədəd BMP-1-i olan 849 saylı Beyləqan batalyonu yerləşirdi.

1992 -ci ilin  oktyabrına kimi bu istiqamətdə xeyli döyuş əməliyyatları həyata keçirilmişdi, təbii ki, bunlardan uğurlu və ya uğursuz nəticələnənləri də olmuşdu. Tam əminliklə bildirirəm ki, bütün düşmən postları dəfələrlə xüsusi hazırlıq  keçmiş döyuşçülərimiz  tərəfindən darmadağın edilmiş, əsgərləri məhv olunaraq silahlari gətirilmişdi.

1992-ci ilin avqust ayından başlayaraq Xocavənd istiqamətində bir neçə uğursuz əməliyyatlar həyata keçirildi. Bu əməliyytlar ağır itkilərlərlə bərabər, əsgərlərə mənəvi-psixoloji cəhətdən ciddi təsir etdi və ruh düşgünlüyü yaratmaqla qüvvələri zəiflətdi. Eyni zamanda  sanki bu istiqamətdən düşmən ciddi təhlükəni hiss etdi və onları önləyici addım atmağa vadar etdi.

15 və 17 avqustda Xocavənd  istiqamətində həyata keçirilən uğursuz və yanlış planlaşdırılmıs döyüş əməliyyatı qüvvələrimizə ciddi təsir etdi. Əməliyyat  keçmiş Martuni şəhəri ətrafındakı Şişqaya, Gülmətəpə və Plototəpə yüksəkliklərini ələ keçirməklə Martuni şəhərinə nəzarəti təmin etməkdən ibarət idi. Əməliyyatda 831, 849 saylı batalyonlar, 771 saylı reyd dəstəsi və əlahiddə kəşfiyyat bölüyü  iştirak edird. Döyüş tapşırığı yalnız 831 saylı batalyonun döyüşçüləri tərəfindən yerinə yetirildi, “Plotəpə” yüksəkliyi ələ keçirilərək bir gün müdafiə olundu.

1992- ci ilin 18 sentyabrında Qarabağ müharibəsinin gedişatını tamamilə dəyişəcək və qısa müddətdə qələbəni təmin edəcək  döyüş əməliyyatının qarşısı alındı. 1992- ci il  16 sentyabr tarixində Beyləqan rayonundakı Daşburun dəmir yolu stansiyasına gətirilən 820 saylı Göytəpə (Prişip)  alayı həmin gün gecə saatlarında tam tərkibdə  Xocavənd  rayonu ərazisindəki Qaraçuğ dağının cənub – şərqindəki “Bəhrəmli” adlanan ərazidə yerləşdi. 1500 nəfərlik şəxsi heyəti olan alayın sərəncamında müxtəlif növ zirehli texnikalar, o cümlədən T-72 tankları, BMP-1, BMP- 2, BTR-lər və s. olmaqla ümumilikdə 72 ədəd texnika var idi. Bununla  yanaşı, digər  iri  çaplı  atıcı silahlarla 12 ədəd özüyeriyən artileriya qurğuları da alayın silah arsenalına daxil idi. 
Sentyabr ayının 17- si səhər saatlarında polka məxsus iki T- 72 tankı və bir BMP-2-nin iştirakı  ilə Xocavənd rayonunun  Əmirallar kəndi üzərindəki “Şişqaya” yüksəkliyi istiqamətində kəşfiyyat xarakterli döyüş həyata keçirildi. Düşmənin möhkəmləndirdiyi əsas blindaja qədər irəliləyən BMP-2 onun üzərində dövrə vuraraq geriyə qayıdarkən erməni snayperinin atəşi nəticəsində ekipajın komandiri  Əliyev Vaqif  Babaxan oğlu həlak oldu və  şəhid  döyüşçü  həmin gün doğulduğu Lənkəran şəhərindəki Şəhidlər Xiyabanında dəfn olundu. 

Martuni səhərində olan panika və ermənilərin başıpozuq və qorxu içərisində oranı tərk etmələri aydınca görünürdü. Sentyabr ayının 17-də  831 və 849 saylı batalyonlarla sentyabr ayının 18- nə səhər saatlarına keçmiş Martuni şəhərinin azad olunması planı hazırlandı. Lakin  sentyabr ayının 18-də elə səhər saatlarında Füzuli şəhərində yerləşən 702 saylı briqadadan  bildirildi ki, əməliyyat olmayacaq və alay Füzulu istiqamətində əməliyyat həyata keçirəcək. Bir azdan briqada komandiri  özü alayın Bəhrəmlidəki  “Əlinəzərli” bulağı adlanan ərazidəki  qərargahına gələrək, bu qüvvələrin Füzuli rayonunun Yağlıvənd kəndinə gedərək erməni qüvvələrinin möhkəmləndiyi Maçqalaşen kəndi istiqamətində hücuma keçməli olduğunu bildirdi. Alayın və yerli batalyonların rəhbərləri isə buna qəti etiraz etdilər. Briqada komandirinin nəzərinə bir daha çatdırıldı ki, Martuni (Xocavənd) şəhərini azad etmək üçün döyüş planı hazırlanıb, kəşfiyyat döyüşü aparılıb və bunun üçün çox az bir vaxt lazımdır.

702 saylı briqadanın komandirindən  müdafiə nazirinin əmri tələb olundu. Bir neçə saat sonra Füzulidəki qərargahdan müdafiə nazirinin müvafiq əmri ilə geri qayıdan  briqada komandiri alayın Yağlıvənd kəndi istiqamətində hərəkət etməsi barədə göstəriş verdi. Alayin şəxsi heyəti və hərbi texnikalar günün günorta çağı, demək olarki ermənilərin gözu qarsısında 20 km-dən cox məsafə qət edərək, deyilən əraziyə çatanda, hələ döyüş başlanmamış ermənilər Yağlıvənd kəndi yaxınlığında  tanklardan 2-ni vurmuş və Maçkalaşen istiqamətində  döyuş başlamışdı. 3-4 saat çəkən döyüşdə alayın zirehli texnikasının böyük hissəsi ermənilər tərəfindən  yararsız hala salındı, təxminən 17 ədədə qədər zirehli texnika sıradan çıxarılmış,  ermənilər tərəfindən ələ keçirilmış və canlı qüvvə sarıdan da  ciddi  itkilər verilmişdi.

Bəlkə də Qarabağ müharibəsində bu qədər ağılsız və yanlış planlaşdırılmış  əməliyyat həyata kecirilməmişdi.

Cəmisi 5 gün sonra, sentyabr ayının 23-də 702 saylı briqadanın komandanlıgı məhz Füzuli rayonunda, həmin istiqamətdə yerləşən 839 və 848 saylı batalyonlara keçmiş Martuni səhərinin azad olunması əmrini verdi. Bu tamamilə xəyanətkarcasına verilmiş bir əmr idi. Çunki cəmi bir necə gün öncə Martuni şəhərini azad etməyə qadir olan qüvvə məhz bu batalyonların yerləşdiyi əraziyə aparılaraq dagıdılmişdı. İndi - bir necə gün sonra həmin batalyonlar Martuni səhərini  azad etməyə gəlirdilər, bu da tamamilə agılsız, hec bir məntiqə sığmayan planlaşdırma idi. Xocavənd batalyonu bu əməliyyata tamamilə etiraz edərək,  döyüşdə istirak etməyəcəyini bildirdi və son anda bir bölük döyüşdə istirak etdi. 

Sentyabr ayının 23-də səhər saat təxminən 10-da qeyd olunan batalyonlar Kuropakin istiqamətindən Muğanlı kəndinə gəlməyə başladılar, yüksəkliklərdə olan ermənilər batalyonların gəlişini hətta 15 km-dən görürdülər. Hətta  adı çəkilən batalyonların özləri də  əməliyyatın yanlış oldugunu bilsələr belə,  əmri yerinə yetirmək məcburiyyətində idilər. Beləliklə, növbəti  uğursuz bir əməliyyat, 70 nəfərdən çox yaralı və şəhidlər.

Qəhrəman oğullarımızın Laçın koridorunu bağlamaq istiqamətində apardıqları gərgin döyüşlər öz bəhrəsini verdiyi zaman, yəni koridor bağlandığı  an  sentyabr  ayının 18-də  Soçi şəhərində Rusiya və Gürcüstan tərəflərinin iştirakı  ilə Azərbaycan və Ermənistan müdafiə nazirləri səviyyəsində  sentyabr ayının 25-dən etibarən iki ay ərzində  atəşkəs elan olundu. Qısa atəşkəs müddətində tamamilə gücləri tükənən ermənilər öz qüvvələrini bərpa etdilər.
Ermənistandan yeni qüvvələr, silah- sursat və texnika cəlb edərək, 2 oktyabrda atəşkəsi pozub Lacın koridorunun sağ və sol  istiqamətində qüvvələrimizə ciddi zərbə endirdilər. Eyni zamanda  uzun  müddət  fədakarcasına  müdafiə  olunan  Dağlıq Qarabağın sonuncu  Əmirallar, Muğanlı və Kuropatkin kəndlərini isğal etdilər. Bu kəndlər olduqca böyük  strateji əhəmiyyət daşıyırdı. Belə ki, buranın qorunub saxlanması Ağdam və Füzuli rayonlarının da müdafiə olunması üçün olduqca əhəmiyyətli idi. 

Qeyd olunduğu kimi mövcud qüvvələrimiz çox böyük ərazidə müdafiə döyüşləri aparırdı. Sağ və sol cinahlar tamamilə müdafiəsiz idi, hətta adi postlar demək olarki yox idi, mövcud postlar arasinda məsafələr isə bəzən bir kilometrə çatırdı. Son bir ayda  aparılan ağılsız və uğursuz əməliyyatlar, ciddi itkilər, mənəvi-psixoloji  sıxıntılar  qüvvələri  tamamilə zəiflətmişdi. Ehtiyat qüvvənin olmaması, texnika və artileriya vasitələrinin çatışmamazlığı bu istiqamətdə müdafiəni etibarlı yaratmaga imkan vermirdi.

Paytaxta ünvanlanan bütun müraciətlər isə həmişə olduğu kimi nəticəsiz idi.

2 oktyabrda  səhər saat  5 radələrində erməni qüvvələri atəşkəsi pozaraq, çox böyük ərazidə, çox böyük qüvvə ilə Əmirallar, Muğanlı və Kuropatkin kəndləri, eyni zamanda sağ və sol cinahlardakı mövqelərimizə hücuma keçdilər. Əməliyyatda düşmənin xeyli canlı quvvəsi, 15 ədəd tank, bir necə BMP istirak edirdi. Eyni zamanda düşmən tərəfdən Qrad və digər artileriya vasitələrindən də  istifadə edilirdi. Əmirallar və Muğanlı kəndində tamamilə mühasirəyə düşən döyüşçülərimiz saat 15-ə kimi düşmənə mərdliklə müqavimət göstərmiş, onun xeyli canlı qüvvəsini, iki ədəd tankını məhv etmişidi. Həmin vaxt sərəncamda olan iki ədəd T-72 tankından biri elə əvvəlcədən tamamilə yararsız vəziyyətdə idi, digər tank isə düşmənin bir tankını sıradan çıxarmış, özü isə Muganlı kəndinin aşağısında erməni tankları tərəfindən vurulmuşdu. 
Həmin gün Əmirallar, Muğanlı və Kuropatkin kəndlərinin işğalı ilə eyni zamanda “Qaraçuğ” dağ silsiləsinin çox böyük strateji əhəmiyyəti olan Böyük Oxlu- 631m yüksəklik də düşmən tərəfindən ələ keçirildi. Bu yüksəklikdən isə düşmən Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarının ərazilərini müşahidə altında saxlamaq imkanı əldə etmiş oldu. Bu döyüşdə 831 saylı batalyonun komandiri mayor Abdürrəhman Əsgərov və 43 nəfər döyüşçü qəhrəmancasına şəhid oldu.

Allah bütün  Şəhidlərimizə  rəhmət etsin!

Ayxan Sadiq,
Xocavənd batalyonun döyüşçüsü

modern.az

BUNU DA OXU

Ötən il 4000-dən çox şagird sinifdə saxlanılıb
Cüdoçularımız növbəti lisenziya xalları üçün Abu-Dabiyə bu heyətlə gedir - Baş məşqçi nə düşünür? - ÖZƏL
AFFA-nın baş katibindən UEFA-ya təklif - Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunsun
"Maşın"da final həyacanı - VİDEO
Bahar Lətifqızı "Ölsəm, daha yaxşıdır" fikri ilə özünü zəhərlədi - VİDEO
Xəbər lenti

İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
22:23 18.10.2019

Türkiyə Prezidenti Suriyada döyüşlərin davam etməsi barədə xəbərləri dezinformasiya adlandırıb
22:02 18.10.2019

Latviyanın turizm portalında Azərbaycanın müstəqillik tarixinə dair məqalə dərc olunub
21:42 18.10.2019

Əl işlərinin sərgi-satış yarmarkası keçirilib - İşlər özünüməşğulluq proqramı çərçivəsində hazırlanıb - FOTOLAR
21:24 18.10.2019

Gənc memarların yaradıcılıq sərgisi açılıb - Sərgi Müstəqillik Gününə həsr olunub - FOTOLAR
21:03 18.10.2019

Gülyanaq Məmmədova "Bağ Mövsümü"ndə - "Özü mənəm" - VİDEO
20:45 18.10.2019

“Qarabağ”- APOEL matçında 30 min bayraq - Bir günə yeddi min bilet satılıb
20:28 18.10.2019

“Vətənin müdafiəsinə hazıram” - Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib
20:09 18.10.2019

“Qanunsuz aksiyaya imkan verilməyəcək” - Bakı Şəhər Baş Polis İdarəsindən xəbərdarlıq
20:02 18.10.2019

Azərbaycanın Müstəqillik Günü Tbilisidə qeyd olunub
19:48 18.10.2019

Bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox məcburi köçkün ailəsi mənzillə təmin olunacaq - Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
19:30 18.10.2019

Azərbaycan Bəstəkarlar İttifaqı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb
19:13 18.10.2019

Bir hərbçi şəhid oldu, 2-si yaralandı - PKK hərbçilərin avtomobilini atəşə tutub
18:53 18.10.2019

Şənbə günü hava necə olacaq?
18:35 18.10.2019

Bir qrup mədəniyyət xadimi mükafatlandırıldı - Onlara orden və medallar təqdim olundu
18:16 18.10.2019

Kataloniyada iğtişaşlar davam edir - 52 nəfər xəsarət alıb
18:00 18.10.2019

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17:39 18.10.2019

Mərkəz ekspertlərin hazırlanması üçün təlimlər keçirəcək
17:20 18.10.2019

Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulacaq
17:03 18.10.2019

“Türk axını” kəmərinin birinci xəttinə qaz vurulmasına başlanılıb
16:41 18.10.2019

Müstəqillik günü qeyd edildi - 28 illik tarixə nəzər salındı
16:23 18.10.2019

Həmsədrlərlə görüşdə nələr qabardılıb? - İcma sədrindən açıqlama
16:06 18.10.2019

Cavuşoğlu görüşün təfərrüatlarını açıqladı - 120 saat vaxt verilib
15:46 18.10.2019

Daşkənd Dövlət Konservatoriyasının əməkdaşları Bakı Musiqi Akademiyasında olublar - FOTOLAR
15:28 18.10.2019

Nanə Ağamalıyeva "Şou ATV "-də - "Həsrətin deyil ki " - VİDEO
15:10 18.10.2019

“Qarabağ Azərbaycandır!” şüarına dəstək - “Emedia Group"un təşkilatçılığı ilə tədbir keçirildi
14:52 18.10.2019

Şagirdlər Milli Parkda ağac əkdilər - “Yaşıl dalğa” aksiyası keçirilib
14:34 18.10.2019

Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
14:15 18.10.2019

Türkiyə ilə ABŞ razılığa gələ bilib
13:57 18.10.2019

Bu gün hansı bürc sahibləri üçün uğurlu gün olacaq? - Ulduz falından öyrənin - VİDEO
13:40 18.10.2019

Təmir işləri aparıldığına görə - Lənkəranda və Bakının iki rayonunda qaz olmayacaq
13:21 18.10.2019

Yaponiyada ölənlərin sayı 77 nəfərə çatıb
13:03 18.10.2019

Radikal müxalifət niyə şəhərin mərkəzini seçir? - VİDEO
12:44 18.10.2019

Trampın Ərdoğana ünvanladığı məktuba Peskov da münasibət bildirib
12:28 18.10.2019

Güvənli sosial siyasət - VİDEO
12:10 18.10.2019

Prezident İlham Əliyev iqtisadi müşavirədə əldə edilən nailiyyətlərə toxundu - VİDEO
11:54 18.10.2019

“Sonuncu pərdə”nin pərdəarxası məqamları - Və ya Emil Quliyevin yeni filmi haqqında bir-neçə söz - FOTOLAR
11:35 18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
11:20 18.10.2019

Tarixdə bu gün - 18 Oktyabr - Qafur Məmmədov, Vaqif İbrahimoğlu və Jan-Klod Van Damm...
11:02 18.10.2019

Hazırlıq qruplarında təhsil ödənişli olacaq
10:45 18.10.2019

300-ə yaxın məktəbə yeni direktor təyin edilib - 6 şöbə müdiri, 8 direktor işdən çıxarılıb
10:29 18.10.2019

Qazaxda iki top mərmisi aşkarlanıb
10:11 18.10.2019

Tanınmış şair, Əməkdar jurnalist Adil Cəmilin 65 illik yubileyi qeyd edilib
09:54 18.10.2019

Dövlət Müstəqilliyinin bərpasından 28 il keçir
09:35 18.10.2019

Ərdoğan oktyabrın 22-də Soçiyə gedəcək - Suriyada aparılan əməliyyatların müzakirəsi üçün
22:55 17.10.2019

Müdafiə nazirindən bəyanat - “Türkiyə silahlı qüvvələrinin kimyəvi silahı yoxdur”
22:38 17.10.2019

Torpaqdan istifadəyə elektron nəzarət - Məmur-vətəndaş ünsiyyəti daha bir sahədə aradan qaldırılır
22:21 17.10.2019

“50 il qüdrətli Azərbaycan naminə” - BSU-da Ulu Öndərə həsr olunan tədbir keçirildi - FOTOLAR
22:02 17.10.2019

Rusiyada Azərbaycanın turizm potensialının təbliğatı genişləndirilir
21:41 17.10.2019

İstedadlı uşaqlar layihəyə cəlb edildi - Onlara incəsənətin müxtəlif növləri üzrə dərslər keçiriləcək
21:22 17.10.2019

Müəllimlər sertifikasiyadan keçiriləcək - Proses mərhələlərlə aparılacaq
21:03 17.10.2019

Kais Səid Tunisin yeni prezidenti seçilib
20:44 17.10.2019

“Qarabağ Azərbaycandır!” - Ölkə başçısının çağırışına gənclər də qoşulub
20:23 17.10.2019

Azərbaycan “Voice of Nur-Sultan” beynəlxalq estrada festivalında iştirak edəcək
20:04 17.10.2019

Ələkbər Yasamallı əsl adını açıqladı - "Şou ATV"də - VİDEO
19:45 17.10.2019

Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
19:24 17.10.2019

Qanunsuz hərəkətlərin qarşısı alınacaq - DİN və Baş Prokurorluqdan Milli Şuraya xəbərdarlıq
19:05 17.10.2019

Sabah cənub bölgəsində şimşək çaxacağ, yağış yağacaq
18:45 17.10.2019

Cəbhə xəttindəki son vəziyyət müzakirə edildi - Zakir Həsənov ATƏT nümayəndələri ilə görüşüb
18:24 17.10.2019

“Direktor bu işi özü nəzarətə götürməyib” - Nazir şagirdlərin yerdəyişməsi ilə bağlı problemdən danışdı
18:09 17.10.2019

Türk musiqisi inciləri - Tarkan - "Dudu" - VİDEO
18:00 17.10.2019

Mərkəzi Seçki Komissiyasının kursları başa çatdı - Üç gündə 6 mindən çox komissiya üzvü kursa cəlb edilib
17:43 17.10.2019

Çinin aparıcı turoperatorlarına Azərbaycanın turizm potensialı tanıdılıb
17:22 17.10.2019

F.Ə.Qarayevin 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17:10 17.10.2019

AQTA tələbələri əməkdaşlığa cəlb edir - İstedadlı və savadlı gənclər xaricdə təhsil imkanı qazanacaq
17:03 17.10.2019

Suriyanın şimalında 673 terrorçu zərərsizləşdirilib
16:44 17.10.2019

“Bir, iki – bizimki!” növbəti dəfə maraqla qarşılanıb
16:31 17.10.2019

Əlikram Bayramov həyatındakı dəhşətli günlərini xatırladı - "Şou ATV"də - VİDEO
16:20 17.10.2019

UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib - FOTOLAR
16:03 17.10.2019

Ötən il 4000-dən çox şagird sinifdə saxlanılıb
15:46 17.10.2019

Xidmət rəisi Sumqayıtda vətəndaşları qəbul edib - FOTOLAR
15:27 17.10.2019

Tarixdə bu gün - 17 Oktyabr - Ümumdünya Yoxsulluqla Mübarizə Günü,”Oyuncaqlar muzeyi”və Tarkan
15:08 17.10.2019

Güvənli sosial siyasət - “Böyük vəsait ayrılsa da inflyasiya baş vermədi”
14:49 17.10.2019

ABŞ növbəti dəfə İraqı sanksiyalardan azad edib
14:31 17.10.2019

Mənzurə Musayeva: "Bu mənim alın yazımdır..." - "Şou ATV"də - VİDEO
14:12 17.10.2019

Meyxanaçı Samirə: Soyuducuda oğlumun alın sümüyünü saxladım - "Şou ATV"-də - VİDEO
13:50 17.10.2019

Yaponiya İmperatorunun taxta çıxma mərasimindən sonra keçiriləcək parad təxirə salına bilər
13:31 17.10.2019

Delfi yarışları yeni formatda keçiriləcək
13:12 17.10.2019

Barselonada nümayişçilər Ali Məhkəmənin qərarına etiraz edirlər
12:53 17.10.2019

Respublika Uşaq Kitabxanasında “Türk birliyinə aparan yol” adlı tədbir keçirilib
12:34 17.10.2019

Bütün xəbərlər