Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Ana südü xərçəngin dərmanıdır - Bunu bilirdinizmi?

Ana südü xərçəngin dərmanıdır - Bunu bilirdinizmi?
   817 dəfə oxunub

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur.

Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, yenidoğulmuş körpələr optimal boy, çəki, inkişaf səviyyəsi və səhhəti üçün ilk altı ay ərzində ana südü ilə qidalanmalıdır. Daha sonra körpələr adekvat qidalandırıcı və təhlükəsiz qidalar qəbul etməli, habelə döşdən qidalanma da iki il və daha uzun müddətə davam etməlidir.

Beləcə, ana südü uşaq üçün ilk qida mənbəyidir və erkən yaşlarında onun inkişafı prosesinə əhəmiyyətli dərəcə təsir göstərir. Döşlə qidalanma və uşaq leykozu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparılıb.

Həmin tədqiqata əsasən, analar döşlə qidalandırma yolu ilə övladlarında leykemiyanın inkişafı riskini əhəmiyyətli dərəcədə azalda bilər. “JAMAPediatrics” jurnalının məlumatına görə, həkim Efrat Amiteyin (Efrat L.Amitay) rəhbərliyi altında Hayfa Universiteti və İsrailin Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin alimlərindən ibarət birgə tətqiqat qrupunun əldə etdiyi nəticələrə əsasən, doğuşdan sonra azı altı ay ərzində ana südü ilə qidalanmış uşaqlar və yeniyetmələrdə (altı aydan az ana südü qəbul etmiş uşaqlarla müqayisədə) leykemiyaya tutulma ehtimalı 19 faiz aşağı olur.

Uşaqlar və 15 yaşdan aşağı yeniyetmələr arasında ən çox can alan ikinci xəstəlik xərçəng xəstəliyi sayılır. Leykemiya isə ən geniş yayılmış uşaq xərçəngi növüdür. Uşaqlar arasında xərçəngdən ölüm hallarının 30 faizi kəskin mieloid leykozun (sümük iliyini həddindən artıq dəyişilmiş qan hüceyrələri yaratmağa məcbur edir) və kəskin limfoblast leykozun (sümük iliyi izafi miqdarda yetkinləşməmiş ağ qan hüceyrəsi ifraz edir) payına düşür.

Leykemiya halları son on il ərzində sabit şəkildə artmaqdadır. Birləşmiş Ştatlarda 1975-2011-ci illərdə illik artım səviyyəsi 0,7 faiz təşkil edib, Avropada isə 1978-1997-ci illər ərzində xəstəliyə tutulma hallarında illik 0,6 faiz artım qeyd alınıb.

Alimlər xəstəliyə tutulma hallarında müşahidə olunan bu artımın nə ilə əlaqədar olduğunu hələ də müəyyən edə bilməyib, ancaq mümkün səbəblərdən biri Qrivs fərziyyəsinə (həmçinin, gigiyena fərziyyəsi adı ilə tanınır) işarə edir. Bu fərziyyəyə görə, döldaxili genetik mutasiya uşaqları leykemiyaya həssas edir, ardınca “infeksion agentlə” təmas doğuşdan sonra xərçəngin inkişafına yol açır.  

Bu fərziyyə doğrudursa, ana südü leykemiyaya qarşı təbii zərdab ola bilər. Uşaq qidalarından fərqli olaraq ana südündə infeksiyalara qarşı mübarizəyə kömək edən antitellər və digər immunoloji aktiv komponentlər olur. Ana südü uşaq bağırsağının mikroflorasının formalaşmasına və beləcə, immun sisteminin möhkəmlənməsinə şərait yaradır.

Alimlər döşlə qidalanma və leykoz arasındakı əlaqəni araşdıran zaman Qrivs fərziyyəsini yoxlamaq qərarına gəliblər. Onlar əvvəllər dərc olunmuş (leykemiya və döşdən qidalanma arasında qarşılıqlı əlaqəni tədqiq etmiş) 18 hesabatın məlumatlarını hərtərəfli təhlil edib.

Araşdırma leykemiya diaqnozu qoyulmuş 10292 uşaq və yeniyetmə və nəzarət qrupu kimi tədqiqata cəlb olunmuş 17517 sağlam uşağın tibbi məlumatlarını ehtiva edir.

Ümumilikdə ana südündən məhrum olmuş və ya lazımi müddət ərzində ana südü ilə qidalanmamış uşaqlarla müqayisədə, döşlə qidalanan uşaqlarda leykemiya inkişafının 19 faiz az olduğunu müəyyən edib.

Alimlər tədqiqat məlumatlarını hərtərəfli şəkildə təhlil edib və hər dəfə döşlə qidalanma ilə leykoz arasında əlaqə olduğu sübuta yetirilib.

Məsələn, əsas diqqəti inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlara yönəldən zaman müəyyən edilib ki, altı aydan çox müddət ərzində ana südü ilə qidalanmış uşaqlarda leykemiya inkişafı ehtimalı ana südündən məhrum edilmiş uşaqlarla müqayisədə, 16 faiz aşağıdır. Alim qrupu öz seçimlərinə uyğun dörd ən iri tədqiqatın məlumatlarını təhlil etdikdən sonra da eyni nəticəyə gəliblər. Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, uşağın altı aydan çox təbii qidalanması leykemiya riskini 14 faiz aşağı salır.

Onlar nəticələri hesalayaraq, bir yaşına qədər xərçəng diaqnozu qoyulmuş uşaqların məlumatlarını tədqiqatdan xaric edib: belə ki, alimlərin fikrincə, bir yaşına qədər aşkarlanmış həmin şişlər, böyük ehtimalla, döşlə qidalanma ilə heç bir əlaqəsi olmayan, ananın doğuşdan öncəki vəziyyəti ilə əlaqədar olub.

Aparılan ixtisarlardan sonra tədqiqatçılar müəyyən edib ki, altı aydan çox müddət ərzində ana südü ilə qidalanmış uşaqlarda leykemiyaya tutulma riski ana südündən məhrum olmuş uşaqlarla müqayisədə, 17 faiz daha azdır.

Bəzi tədqiqatlarda kəskin limfoblast leykozu (KLL) olan uşaqlar kəskin mieloid leykozlu (KML) uşaqlarıdan ayırılıb. Bu, alimlərin altı aydan çox ana südü ilə qidalanmış uşaqlarda KLL inkişaf riskinin 18 faiz daha az olduğunu öyrənməsinə imkan verib. Habelə döşlə qidalanma və KML arasında hər hansı qarşılıqlı əlaqə ortaya çıxmayıb.  

18 tədqiqatdan 18-də ana südü ilə qidalanmanın müddəti ilə bağlı informasiya olub. Tədqiqatçılar uşaqların tibbi məlumatlarını bu meyar əsasında təhlil edəndən sonra müəyyən  edib ki, azı bir ay ana südü ilə qidalanmış uşaqlarda, ümumiyyətlə, ana südü qəbul etməmiş və ya cəmi bir neçə həftə ərzində qidalanmış uşaqlarla müqayisədə, leykemiyanın inkişafı riski 11 faiz az olub.

Yeni tədqiqat körpələrin qidalaması ilə onların leykemiyaya həssaslığı arasında açıq-aydın statistik qarşılıqlı əlaqəni üzə çıxrır. “Uşağın altı ay və ya ondan çox müddət ərzində döşlə qidalanması hesabına Uşaq leykozu ilə bağlı bütün halların 14-19 faizinin qarşısını almaq olar”, - deyə həkim Amitey bildirib. Alimlərin fikrincə, bu məlumat ana südü ilə qidalanmanın xeyrinə güclü arqument ola bilər.

Qidalanma növü ilə qan xəstəliyi arasındakı qarşılıqlı əlaqənin səbəbləri hələlik müəyyən edilməyib. Ancaq tədqiqatçıların bununla bağlı bir neçə ideyası var. Efrat Amiteyin fikrincə, ana südü “canlı” maddədir. Yəni onun tərkibində zəngin maddələrdən savayı, ananın orqanizminin hasil etdiyi antitellər olur. Həmin antitellər bağırsaq sisteminin sağlam mikroflorasının formalaşmasına və uşağın immun sisteminin inkişafına təsir göstərir.

Digər mümkün səbəb, ana südünün körpənin mədəsində HAMLE zülal kompleksinin formalaşması üçün zəruri olan optimal turşu-qələvi tarazlığı yaratması sayılır. Gəmiricilər üzərində aparılmış sınaqlar bu kompleksin xərçəng hüceyrələrini öldürməyə qadir olduğunu göstərib.

Ana südünün tərkibində kök hüceyrələri olur. Alimlərin fikrincə, onlar da immun sistemini aktivləşdirə bilər.

Tədqiqat qrupu bu elmi araşdırmanın nəticələrin çox faydalı olduğunu düşünür və təkcə anaların yox, ümumilikdə cəmiyyətin ana südünün xeyri ilə bağlı məlumatlılığının artılmasını vacib hesab edir. Həm də o qeyd olunur ki, xərçəngə qarşı profilaktika baxımından döşlə qidalanma “əslində, əlçatan və ucuz vasitədir”.

“Döşlə qidalanmanın faydalarını insanların diqqətinə çatdırmaq çox vacibdir. Təbii qidalanmanın sosial baxımdan daha məqbul etmək və geniş kütlələr arasında təbliğ etmək üçün bu proseslə pozitiv münasibət formalaşdırmaq vacibdir”, - deyə müəlliflər qeyd edir.

Döşlə qidalanmanın faydaları mövzusu davam etdiriləcək. Belə ki, ana südü qadınlarda döş xərçəngi inkişafının erkən carçısı olur, uşağın intellekt səviyyəsinə müsbət təsir göstərir, hətta bəzi hallarda onu HİV-dən qoruyur. Bu, fərziyyə deyil, elmi faktdır.

Bu materialın orijinalı “Jama Network” portalında dərc olunub.                        

ATV.az

 

BUNU DA OXU

Əmlak bazarında qiymət artımı müşahidə edilir
Çin vətəndaşı Bakıya gələrkən pul kisəsini itirib - Onun kisəsi Goranboyda tapılıb
Ali təhsilə dəstək - BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalandı
Шатунов больше не будет петь песни "Ласкового мая"
Незабываемые песни. 1966-й год. - Полад Бюль-Бюль оглы - "Позвони" - VİDEO
Xəbər lenti

Bərdədə 2 avtomobil toqquşdu - 4 nəfər xəsarət alıb
15:32 17.08.2019

İtgin düşən bacı-qardaş 1 gün sonra tapıldı - Polisdən xəbərdarlıq - dilənçilərdən ehtiyatlı olun
14:57 17.08.2019

Bir nəfəri ilan sancıb - TOVUZDA
14:56 17.08.2019

Незабываемые песни. 1965 год - Муслим Магомаев. "Королева красоты" - VİDEO
14:25 17.08.2019

Avtomobil piyadanı vurdu - 18 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb
13:54 17.08.2019

Ev şəraitində ketçupun hazırlanma üsulu - VİDEO
13:28 17.08.2019

Damla "Üçümüz" verilişində - "Gəlincik" - VİDEO
12:57 17.08.2019

Bazar günü havanın temperaturu 40 dərəcəyə yüksələcək
12:25 17.08.2019

Müslüm Maqomayev - 77 - VİDEO
12:02 17.08.2019

Qış tədarükünü indidən görün - Badımcan ikrasının asan üsulla hazırlanması - VİDEO
11:44 17.08.2019

Əmlak bazarında qiymət artımı müşahidə edilir
11:21 17.08.2019

Ərdoğan fərman imzaladı - Atom elektrik stansiyasının tikintisi sürətləndirilir
11:00 17.08.2019

DOST mərkəzlərinin sayı artırılacaq
10:39 17.08.2019

BMT təhlükəsizlik şurasında iclas - Kəşmir Hindistan və Pakistansız müzakirə ediləcək
10:17 17.08.2019

"O, öz ölkəsinin mövqeyinə zidd danışır” - “Paşinyanın və komandasının siyasi bacarığı yoxdur” - VİDEO
10:00 17.08.2019

Çin vətəndaşı Bakıya gələrkən pul kisəsini itirib - Onun kisəsi Goranboyda tapılıb
21:30 16.08.2019

Düşmən təxribata əl atdı - Naxçıvan MR istiqamətində əsgərimiz yaralandı
21:01 16.08.2019

Ali təhsilə dəstək - BDU ilə BP arasında əməkdaşlıq sazişi imzalandı
20:45 16.08.2019

Filippində denge qızdırmasından ölənlərin sayı artır
20:21 16.08.2019

Döyüş atışlı təlimlər keçirilib - Şərti düşmən məhv edildi
20:00 16.08.2019

Azərbaycanda 66 mindən artıq körpə doğulub - Boşanmaların sayı artıb
19:33 16.08.2019

Atambayev avqustun 26-dək həbsdə saxlanacaq - Eks-prezident dövlət çevrilişinə cəhddə günahlandırılır
19:00 16.08.2019

Qiyamçılar muxtariyyət tələb edir - Azı 15 nəfər öldürülüb
18:39 16.08.2019

İlin 7 ayının ixrac göstəriciləri - 12.2 milyard dollarlıq məhsul ixrac olunub
18:18 16.08.2019

Dünya hitləri. 1999-cu il - Santana - "Smooth" ft. Rob Thomas - VİDEO
17:57 16.08.2019

“MİQ-29”-un qalıqları tapılıb - Bu barədə Türkiyə Müdafiə nazirliyi məlumat yayıb
17:31 16.08.2019

Шатунов больше не будет петь песни "Ласкового мая"
17:12 16.08.2019

Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib - SİYAHI
17:00 16.08.2019

DSX əməkdaşlarına yüksək rütbələr verildi - SƏRƏNCAM
16:42 16.08.2019

Şənbə günü hava necə olacaq? - Çimərliklərə getməyə dəyərmi?
16:27 16.08.2019

DSX əməkdaşlarına fəxri adlar verildi - SƏRƏNCAM
16:20 16.08.2019

Rəsmi Seuldan tələb - KXDR raket buraxılışlarını dayandırmalıdır
16:08 16.08.2019

ABŞ-da Universitetin yaxınlığında silahlı insident baş verib - İki nəfər həlak olub, 3 nəfər yaralanıb
15:45 16.08.2019

Pyer Rişar - 85! - Dahi fransız aktyorunun doğum günüdür - VİDEO
15:21 16.08.2019

Ağcəbədi sakininin evinə baxış keçirilib - Evdən silah-sursat aşkar olunub
15:00 16.08.2019

Çində torpaq sürüşməsi - 17 nəfər itkin düşüb
14:34 16.08.2019

Незабываемые песни. 1966-й год. - Полад Бюль-Бюль оглы - "Позвони" - VİDEO
14:06 16.08.2019

“Beynəlxalq ordu oyunları-2019” davam edir - “Hərbi-tibbi estafet” müsabiqəsində Azərbaycan üçüncü oldu
13:40 16.08.2019

Siqnalizasiya səsini maşından daha gözəl çıxardan uşaq - VİDEO
13:17 16.08.2019

Avtomobil piyadanı vurub - Tovuzda
12:54 16.08.2019

İki avtomobil toqquşdu - bir nəfər həyatını itirdi
12:33 16.08.2019

FHN klubunun təmsilçisinin növbəti uğuru
12:09 16.08.2019

İsmayıllıda narkotik bitkilər becərən rayon sakini saxlanılıb
11:50 16.08.2019

Yayda yediyiniz tərəvəzləri qış üçün az duzda tutub saxlaya bilərsiniz - VİDEO
11:30 16.08.2019

Yunanıstanda meşə yanğınları davam edir
11:07 16.08.2019

“Neftçi” klubu Avropa Liqasında mübarizəni dayandırdı - VİDEO
10:45 16.08.2019

200 manata çatdırıldı - Pensiyanın minimum məbləği bu il 72,4 faiz artırılıb - VİDEO
10:29 16.08.2019

Qətərdə Türkiyəyə məxsus ikinci hərbi baza - Bu ilin payızında istifadəyə veriləcək
10:06 16.08.2019

Əməliyyat keçirildi - Qanunsuz silah saxlayan şəxslər tutuldu
09:45 16.08.2019

Rusiyada təyyarə qəza enişi etdi - Quş dəstəsi ilə toqquşduğu üçün
21:59 15.08.2019

Narkotik satanlara qarşı əməliyyat - ABŞ-da 7 polis güllələndi
21:34 15.08.2019

Bakıda daha bir həyət abadlaşdırıldı - Sakinlər yaradılan şəraitdən razıdır
21:05 15.08.2019

Toyda bıçaqlanmaya görə cinayət işi açıldı
20:42 15.08.2019

Ermənistanda növbəti aksiya - Etirazçılar hökuməti yalan bəyanat verməkdə günahlandırır
20:20 15.08.2019

Zəvvarların dönəcəyi vaxt açıqlandı
19:53 15.08.2019

Paytaxtakı qəzalı binaların sayı açıqlandı - 6 rayon ərazisində 17 bina tarixə qovuşur
19:25 15.08.2019

Qarabağ icmasının həmsədrlərə müraciəti - “Paşinyan danışıqlara bərpaedilməz zərər vurur”
18:59 15.08.2019

Beynəlxalq ordu oyunları-2019 - “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb
18:35 15.08.2019

Bu il ilk dəfə olaraq şagirdlərin yerdəyişmə prossesi onlayn qaydada aparılacaq
18:08 15.08.2019

Peşə təhsili müəssisələrinə sənəd qəbulu davam edir
17:43 15.08.2019

Dilarə Kazımovanın yeni klipi - VİDEO
17:17 15.08.2019

Con Bolton Rusiyanı oğurluqda ittiham etdi
16:54 15.08.2019

“Krosa” tayfunu Yaponiyaya yaxınlaşır - 500-dən çox insan təxliyə edilir
16:26 15.08.2019

Rəşad Məmmədov: İnanıram ki, qadın cüdoçularımız Tokioya "turist" kimi deyil, peşəkar kimi gedirlər"
16:02 15.08.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya prezidentinə minnətdarlıq məktubu ünvanlayıb
15:40 15.08.2019

Cüdo hakimlərinin sayı artdı
15:19 15.08.2019

Azərbaycanlı müğənninin bu klipi rekord vurur - Cəmi üç günə 150 min baxış - VİDEO
15:00 15.08.2019

Sabah dəniz suyunun temperaturu 26 dərəcə təşkil edəcək
14:36 15.08.2019

"Neftçi" bu axşam 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxacaq
14:14 15.08.2019

Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun vaxtı açıqlanıb
13:45 15.08.2019

Ali təhsil müəssisələrinin boş qalan vakant yerlərinə qəbul başlayıb
13:21 15.08.2019

“Dəniz kuboku 2019” bitdi
12:57 15.08.2019

Ümumdünya Təmizlik günü münasibətilə könüllülərin iştirakı ilə sahilyanı təmizlik kampaniyası keçiriləcək
12:34 15.08.2019

“Səhra mətbəxi”müsabiqəsi başa çatıb
12:10 15.08.2019

2 avtomobil toqquşdu - 2 nəfər həyatını itirdi - FOTOLAR
11:49 15.08.2019

Minik avtomobili yük avtomobili ilə toqquşub - 1 nəfər həyatını itirib - FOTOLAR
11:30 15.08.2019

Limonun məişətdə faydaları
11:09 15.08.2019

İlin birinci yarısının iqtisadi nəticələri - VİDEO
10:40 15.08.2019

Əməliyyat keçirildi - Narkotik becərən şəxs saxlanıldı
10:12 15.08.2019

Səidə Sultan "Tap qazan"-da - "Qarip Dünya" - VİDEO
09:45 15.08.2019

Bütün xəbərlər