Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Bakıda bakirəliyin bərpası: Harda, necə, neçəyə? - - QİYMƏTLƏR

Bakıda bakirəliyin bərpası: Harda, necə, neçəyə? - - QİYMƏTLƏR
18133 dəfə oxunub

“Əgər 2-3 günlük etdirirsizsə...”

Azərbaycanda “bakirəlik bazarı”nın qaranlıq tərəfləri, ilginc detalları; dövlət tibb müəssisələri qorxur, özəl klinikalarda qiymət “ceyran belində”... 

“İnciməyin, amma telefonunuza baxa bilərəm?” Danışığın düz ortasında, üzümə zəndlə baxandan sonra verdi bu sualı. Tez cibimdəki telefonu çıxarıb, masaya qoydum. “Lap yaxşı, elə bildim, səs yazırsız... Bir də görürsüz nazirlik adam göndərir, mediadakı mərdimazarlar gəlir. Ona görə bilmək istədim. Çox sual verdiz axı...”

“Bunu edən həkimi tutub...”

Əslində düz deyirdi. Mövzunu eninə-uzununa öyrənmək üçün “medianın mərdimazarı” kimi bol-bol sual vermişdim və müsahibimin də duyuq düşməsinə azca qalmış müzakirə qapandı. Mövzu isə bir az senzuradan kənar olsa da, Azərbaycanda bakirəliyin (qızlıq pərdəsinin) bərpası proseduru, bazarı və bu bazarın pərdə arxası idi. İlk getdiyimiz ünvan "20 Yanvar" metrosu həndəvərində yerləşən keçmiş Ailə və Sağlamlıq Ambulatoriya şöbəsi, indiki adı ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi oldu. Mərkəzin ginekoloqlarından biri (şərti adı ilə P.M.) bizə Azərbaycandakı məlum bazarın bütün detallarını anlatdı. Təbii ki, jurnalist olduğumu bilmədən, “toya bir ay qalmış məlum problemi yoluna qoymaq istəyən bir azərbaycanlı xanım”a yardım məqsədilə... 

Məlum oldu ki, dövlət səhiyyə müəssisələrində, ümumiyyətlə, bu cür əməliyyatlar qadağandır. Hətta və hətta qızların bakirəliyinin yoxlanmasına da icazə yoxdur: “Bəlkə kimsə bunun məsuliyyətini öz üzərinə götürə bilər, deyə bilmərəm. Amma qanun bu işi qadağan edir. Tanış həkiminiz olmasa, heç kəs sizə yardım edə bilməyəcək”. 

Üzümdə insan əzabının son ifadəsini görüb, yardım etməyə çalışır. Öncə özəl bir klinikadakı (hansı klinika olduğunu açıqlamır-S.T.) kolleqasına zəng edir, rədd cavabı alır. Daha bir cəhd, bu dəfə dəstəyin o biri ucundan “olar” cavabı gəlir. Amma tərəddüdlər davam edir. Zəng olunan həkim P.M.-dən müraciət edən pasiyentin kimliyini, nə dərəcədə etibarlı olduğunu soruşur, cavab gecikmir: “Tanış deyil. Elə bu gün gördüm. Küçədən keçirmiş, gəlib. Qarantiya durmuram”... 

Telefon danışığı bitir. P.M. açıq şəkildə bildirir ki, bu işlər olduqca gizli və təhlükəlidir. Ona görə də heç kim özünü təhlükəyə atmaq istəmir: “Bu, sabah həmin həkimə problem yaradacaq. Kişi bunu bilsə, aləm dəyəcək bir-birinə. İndikilər çoxbilmişdilər, hər şeyin fərqini başa düşürlər. Sizi sıxışdıracaq, siz də deyəcəksiz ki, filan həkim elədi. Gəlib polislə düşəcəklər üstümüzə. Bu məsələ hansısa instansiyadan keçsə, o yazıq həkimi ...” 

Məsələnin ən maraqlı tərəfi isə heç şübhəsiz, sözügedən prosedurun qiymətləridir. P.M. deyir ki, əməliyyatın qiyməti 600 manatdan 1500 manata qədərdir. Məbləğ əməliyyatın toydan neçə gün əvvəl keçirilməsindən asılıdır. 

DOSYE: Tibbi ədəbiyyatlarda sözügedən əməliyyatın adı himenoplastika adlanır. Evlilik həyatına başlamazdan 1 ay əvvəl edilən estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Digər bir üsulla isə toy gecəsindən 2-3 gün əvvəl qızlıq pərdəsinə tikiş qoyulur. Hər iki üsul narkozla aparılan əməliyyatdır. Bunu cərrahlar imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır. 

Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.

Özəl klinikalardan yaşıl işıq - əməliyyat 500-1300 manat məbləğindədir

Əməkdaşımız bununla bağlı bir neçə özəl klinikada sorğu (yenə də partizan üsulu ilə) keçirdi. Və ortaya ilginc nəticə çıxdı. 

“Funda” klinikasının ginekoloqu Lamiyə xanım bildirdi ki, onlar bu əməliyyatı heç bir problemsiz həyata keçirirlər. Qiymət isə 1000 manatdır. Ginekoloq qiymət sövdələşməsinə razı olmadı: “Uzaqbaşı belə edərik ki, əməliyyatdan əvvəl 60 faizi verərsiz, əməliyyatdan sonra isə qalanını. Amma endirim olmayacaq”. 

“Lanset” klinikasından “bizdə bu əməliyyat edilmir” cavabını aldıq. 

“Vital” Klinikasının ginekoloqu Afət xanım da əməliyyat üçün heç bir problem olmadığını dedi. Qiyməti isə telefonda danışmaq istəmədi: “Bu cür söhbəti telefonda edərlər heç? Ayıbdır...”

“Ankara” klinikasının əməliyyatxana şöbəsi təmirdə olduğu üçün əməliyyat müraciətimizə “yox” cavabı aldıq. 

“Medi Lux” klinikasında isə himenoplastikaya yaşıl işıq var. Klinikanın Rəna adlı ginekoloqu bildirdi ki, ilkin müayinə və söhbətdən sonra əməliyyatın vaxtını müəyyənləşdirmək olar: “Qiymətlər fərqlidir. Əgər 2-3 günlük etdirirsizsə, 500 manatdır. Yox, 1 aylıqdırsa, 1200-1300 manat verəcəksiz. Gəlin, üzbəüz danışaq...”

Adil Qeybulla: “Bu əməliyyatı edənlər qeyri-qanuni formada təqib olunurlar...”

Tibb elmləri doktoru, estetik cərrah Adil Qeybulla bildirdi ki, bu cür əməliyyatlar qanunla qadağan olunmur. Amma o, bu cür əməliyyat edənlərin qeyri-qanuni formada təqib olunduğunu dedi: “Bu, bir az mentalitetlə bağlı məsələdir. Hər halda, siz bilirsiniz ki, bu, toyqabağı problemləri ört-basdır etmək üçün nəzərdə tutulub. Nəyinsə müqabilində buna gedilə bilər. Mən bununla məşğul olmuram. Münasibətim isə normaldır”.

A.Qeybulla bildirdi ki, bu işlə açıq məşğul olan, bunun elanını verən özəl klinikalar yoxdur. Müsahibimizin sözlərinə görə, Rusiyada bu məsələ aktual olmadığına görə ictimai qınaq və rəy önəmli deyil: “Yəni Rusiyada bu məsələ ilə bağlı elan verir və qayda-qanunla həyata keçirirlər. Bizdə ictimai qınaq və rəy ön planda olduğuna görə konkret əxlaqi meyar olduğu üçün kimsə cürə edib elan verə bilməz”.

Səhiyyə Nazirliyindən gözlənilməz reaksiya: “Qadağa yoxdu, özəl klinikalar bunu edə bilər”

Amma bu gəzişmənin ən ilginc sonluğu Səhiyyə Nazirliyində baş tutdu. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirdi ki, əslində bu sayaq əməliyyatların qadağan olunması ilə bağlı deyilənlər yanlışdır: “Bakirəliyin yoxlanılması qadağandır. Bunu ancaq tibbi ekspertlər edə bilər. Amma bərpasına belə bir qadağa yoxdur. Dövlət müəssisələrində belə bir bərpa prosesi aparılmır. Amma özəl tibb müəssisələrində ginekologiya xidməti var, orda aparılır. Hər kəs plastik cərrahiyyə əməliyyatı apara bilər. 

Xanımların tam ixtiyarı var ki, hansısa motivlə qızlığı bərpasını etsinlər. Bu itirilmə travma nəticəsində də ola bilər, başqa səbəblərdən də. Pasiyentin niyyətindən asılı olmayaraq, buna məhdudiyyət qoyula bilməz. Yox, əgər pasiyent bunu öz partnyoruna başqa cür qələmə verirsə, dələduzluq edirsə, onun cəzası, mənəvi məsuliyyəti öz boynundadır. Qadağa ona var ki, valideyn öz övladını, yaxın qohumunu yoxladırsa, ginekoloq onu müəyyən etməyə, müayinənin nəticəsini deməyə ixtiyarı yoxdur. Onu ancaq ekspertiza komissiyasına ərizə şəklində müraciət edib, sonra həyata keçirmək mümkündür. Hansısa həkim bakirəliyin yoxlanılmasını həyata keçirirsə, bununla bağlı icazəsi olmalıdır”. 

Avropada da bu məsələ problemli imiş...

İsveçrədə bakirəliyin bərpası əməliyyatlarının sayının artması və bununla bağlı sığorta şirkətlərinin ödənişlərinin çoxalması geniş müzakirələrə səbəb olub. Bakirəliyin bərpası, yəni himenoplastika əməliyyatlarına məruz qalanların tam əksəriyyəti türk və kosovalı alban qadınlardır. İsveçrənin önəmli tibb mərkəzlərindən biri olan Bazel Universitetində aparılan araşdırma zamanı bəlli olub ki, əvvəllər əsla tələbatın duyulmadığı əməliyyat üçün indi türk və kosovalı alban xanımlar tərəfindən çox böyük maraq var. Belə ki, sözügedən əməliyyatla bağlı sadəcə Bazel Universitetinə 90 müraciət olub. Həmin müraciətlərin 60-ı əsasında himenoplastika əməliyyatı keçirilib.

Bazel Universitetinin professoru, qadın xəstəlikləri üzrə mütəxəssis Denis Dumon dos Santosun dediyinə görə, ölkədəki digər klinikalarda da bakirəliyin bərpası ilə bağlı aparılan əməliyyatlar nəzərə alınanda, artım “həddən ziyadə” sürətlidir.

Belə əməliyyatlara tələbat əsasən İsveçrənin alman dilində danışılan bölgələrində yaşayan türk və kosovolu alban xanımlar tərəfindəndir.

Aparılan araşdırmalara görə, xanımların bu əməliyyatlara əl atmalarının səbəbi yaşadıqları mühitdir: “Türk və alban xanımlar bakirə olmadıqları aşkarlanarsa, çox ciddi təhlükələrlə üzləşəcəklərini bildiklərindən himenoplastika əməliyyatını çarə kimi görürlər”.

İsveçrə Qadın Xəstəlikləri və Ginekologiya Cəmiyyəti (SGGG) kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edərək himenoplastika əməliyyatlarını məsləhət görmədiyini, həmin əməliyyatlara yalnız müstəsna ehtiyac duyularkən əl atılmasının gərəkdiyini bəyan edib: “Belə əməliyyatlar qadınlara qarşı düşmən münasibət və köhnə adət-ənənələrin dəstəklənməsinə xidmət edir”.

İsveçrə Sağlamlıq Sığortaçıları Birliyinin prezidenti Paul Reynin dediyinə görə, bakirəliyin bərpası əməliyyatı əslində qadınların könüllü seçimi yox, onların kişilərdən qorxduqları üçün son çıxış yoludur:

“17 qadın klinikasında belə əməliyyatlarla bağlı xərcləri sığorta şirkətləri ödəməli olub. Halbuki əslində sağlamlıqla bağlı problem yox, sırf adət-ənənələrlə bağlı əməliyyata görə sığorta təzminatının ödənməsi normal hal deyil”.

İranda da “qızlıq pərdəsinin bərpası” kimi cərrahi əməliyyat çox geniş yayılıb. Bu əməliyyatın standart qiymətinin isə 100 avro olduğu bildirilir. Lakin son zamanlar “çin möcüzəsi” kimi tanınan yeni texnologiya artıq kasıb ailələri üçün də “mümkünsüz olanı” mümkün eləyib. Belə ki, adıçəkilən ölkədə istehsal olunan və bəkarətini itirmiş qızların məlum orqanlarında gizlincə yerləşdirdikləri bu qurğu cinsi əlaqə zamanı qana oxşar maye ifraz edərək qızlıq pərdəsinin yırtılması imitasiyasını yaradır.

Mənbə: Musavat.com

BUNU DA OXU

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
Ev şəraitində necə maska hazırlamaq olar? - VİDEO
Əllərin dezinfeksiya qaydaları - VİDEO
325 mindən artıq insan koronavirusa yoluxub - ABŞ-da
Xəbər lenti

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər qəbul edilir - Sabah hansı rayonlar üzrə qeydiyyat aparılacaq?
21:28 08.04.2020

Nazir sahibkarlara dəstək mexanizmini açıqladı - Dəyən zərərin ödənilməsinə start verilir
21:02 08.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb
20:48 08.04.2020

Rusiyada 1175 yeni yoluxma qeydə alınıb
20:28 08.04.2020

Koronavirusla bağlı müayinələrin sayı artıb - Azərbaycan bəzi Avropa ölkələrini qabaqlayır
20:17 08.04.2020

“OPEC” ölkələri nazirlərinin görüşü keçiriləcək - Görüşün keçirilməsinə Azərbaycan da dəstək verib
19:59 08.04.2020

FİFA yeni qərarlar qəbul etdi - Müqavilə və maaşlar müzakirə olunacaq
19:48 08.04.2020

"Real" Ronaldonu yaşlı hesab edir - Portuqaliyalı bir daha Kral klubunda oynamayacaq
19:28 08.04.2020

PSJ İkardini göndərməyəcək - Parislilər "İnter"ə 70 milyon təklif etdi
19:12 08.04.2020

"Mançester"dən yeni transfer - "Qırmızı Şeytanlar" 16 yaşlı qapıçı aldı
18:57 08.04.2020

Ronaldinyo həbsxanadan çıxdı - Ulduz futbolçu ev dustağı olacaq
18:45 08.04.2020

İngiltərə çempionatı yarımçıq qalacaq? - Federasiya rəhbəri ümidsiz danışdı
18:25 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Karantin rejimini pozanlar cəzlandirildi
18:15 08.04.2020

Modul tipli xəstəxananın tikintisi başladı - Xəstəxanalar üçün ayrılan yerlər də məlum olub
17:59 08.04.2020

Onlayn narkotik satan şəxs saxlanılıb - Evində 5 kiloqramdan çox heroin aşkarlanıb
17:45 08.04.2020

İranda saxta içkidən ölənlərin sayı 728-ə çatdı - Ölkədə saxta spirtli içkilərdən istifadə halları artıb
17:25 08.04.2020

Uhanda karantin bitdi - Yollarda tıxaclar yarandı
17:02 08.04.2020

Koronavirus qanla yoluxurmu? - TƏBİB məsələyə aydınlıq gətirib
16:40 08.04.2020

Daha 105 nəfər koronavirusa yoluxdu - Qərargah: “Yoluxma artan xətt üzrə gedir”
16:20 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Kürdəmirdə
16:16 08.04.2020

Saxta arayış satan şəxslər tutulub - “Arayışlar” jurnal möhürü ilə “təsdiqlənib”
15:59 08.04.2020

Sosial tədbirlər davam edir - Qaradağda ahıllara yardım olundu
15:35 08.04.2020

Gürcüstanda son durum - Virusa yoluxanların sayı artır
15:08 08.04.2020

Snayperlərin hazırlığı yoxlanılır - Məqsəd döyüş vərdişlərini təkmilləşdirməkdir
14:45 08.04.2020

Türkiyədə terror aktı törədilib - 5 dinc sakin həlak olub
14:25 08.04.2020

Yeni epidemiya yayılır - 254 nəfər həyatını itirib
14:05 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - ABŞ-da virusa yoluxanların sayı 400 mini ötdü
13:59 08.04.2020

Çinin Uxan şəhərində karantin ləğv edildi - Şəhərdə iş yerləri və bazarların da fəaliyyəti bərpa olunub
13:58 08.04.2020

İqtisadiyyat nazirliyi mexanizmi açıqladı - Sahibkarlara maliyyə dəstəyi necə göstəriləcək?
13:48 08.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 12 mini ötüb - Son sutka ərzində 1736 nəfər dünyasını dəyişib
13:35 08.04.2020

Onlayn sosial etibarnamə: tətbiqinə başlandı - Pulsuz dərman almaq hüququ olan şəxslərin işi asanlaşdı
13:25 08.04.2020

Avtomobil ağaca çırpıldı - Sürücü dünyasını dəyişdi
13:18 08.04.2020

Kapitalın və əmlakın amnistiyasi nəzərdən keçirilir - Bu ölkə iqtisadiyyati üçün hansı imkanlar yaradacaq?
13:02 08.04.2020

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - Kafe sahibi və müştərilər saxlanıldı
12:58 08.04.2020

1569 nəfər cərimələndi - Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunur
12:56 08.04.2020

Tramp ÜST-ü ittiham etdi - “Yanlış tövsiyyələr vəziyyəti ağırlaşdırıb”
12:35 08.04.2020

Ramazan ayı nə vaxt başlayır? - QMİ tarixi açıqladı
12:14 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - Virusdan ölənlərin sayı 82 mini ötdü
12:03 08.04.2020

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
11:53 08.04.2020

Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
11:21 08.04.2020

Televiziyalar aktuallığını qoruyur - Yenilənib - VİDEO
10:55 08.04.2020

Kimlər 190 manat ala biləcək? - Nazir məsələyə aydınlıq gətirdi
10:29 08.04.2020

Kürdəmirdə ev yanıb - Dördotaqlı ev yanaraq külə döndü - VİDEO
10:10 08.04.2020

Heydər Əliyev mərkəzindən İrana dəstək - Koronavirusla mübarizədə həmrəyliyin ifadəsi
09:47 08.04.2020

Baharda qış havası - ÖZƏL - FOTOLAR
09:42 08.04.2020

Karantin rejimi ilə bağlı ən çox verilən 3 sual - Daxili işlər nazirliyi sualları cavablandırdı
23:45 07.04.2020

8103 nömrəsinə 2 milyon 289 min SMS göndərilib - Müraciətlərin 53 %-i aidiyyətsiz məzmunda olub
22:42 07.04.2020

SMS-in tarixini dəyişdirdi - 25 sutka həbs cəzası verildi
22:21 07.04.2020

Ata və oğlu 8103 nömrəzinə 90 dəfə SMS göndərıb - Lazımsız SMS göndərən şəxs məsuliyyətə cəlb edildi
22:02 07.04.2020

Şəmkirdə dəhşətli hadisə - Ailə üzvlərini və evini yandırdı
21:58 07.04.2020

“Formula 1” komandaları fəaliyyətini dayandırdı - Pilotların maaşı azaldıldı
21:45 07.04.2020

Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb
21:03 07.04.2020

İspaniyada koronavirus qurbanlarının sayı artır - Bir gündə 740 nəfər virusun qurbanı olub
20:42 07.04.2020

Koronavirusla bağlı daha bir fakt üzə çıxıb - Virus hüceyrələrdə gizlənir
20:18 07.04.2020

Masallı sakini saxlanılıb - “Qırmızı kitab”a düşən quşu ovladı
19:45 07.04.2020

Daha 76 nəfər koronavirusa yoluxub - Bir nəfər vəfat edib
19:28 07.04.2020

Balakəndə quldurluq edən şəxs saxlanılıb - Satıcını balta ilə hədələyib içki tələb etdi
19:15 07.04.2020

Əlilliyi olan şəxslərə qayğı - Reabilitasiya vasitələri evlərində təhvil verildi
18:59 07.04.2020

FİFA-da yeni rüşvət qalmaqalı - ABŞ ali futbol qurumunu ittiham etdi
18:47 07.04.2020

İranda koronavirusa yoluxanların sayı artdı - 62 min 589 nəfər virusa yoluxub
18:29 07.04.2020

Əfv sərəncamı icra edildi - Əfv olunan şəxslər karantinə yerləşdirildi
18:18 07.04.2020

Koronavirus xəstələri üçün xəstəxana tikilir - Xətəxanalar 45 günə istifadəyə veriləcək
18:02 07.04.2020

Merkel karantindən sonra ilk mətbuat konfransına çıxdı - “Virus AB tarixində ən ciddi böhrana səbəb oldu”
17:45 07.04.2020

Neftçalada faciəli hadisə - Ata və 5 yaşlı oğlu suda boğuldu
17:25 07.04.2020

İşsiz kimi necə qeydiyyata düşmək lazımdır? - Nazirlikdən açıqlama
17:06 07.04.2020

Civə satan şəxslər saxlanılıb - Balakəndə əməliyyat keçirilib
16:47 07.04.2020

Zaqatalada aksiya keçirildi - Həkimlərə dəstək oldular
16:28 07.04.2020

Heydər Əliyev mərkəzindən Almaniyaya dəstək - Almaniyanın bayrağı videoproyeksiya olunub
16:03 07.04.2020

Ronaldo, yoxsa Ronaldu? - Ata oğlunun saçını istədiyi kimi düzəltdi
15:48 07.04.2020

Türkiyədə tibbi maskalar pulsuz paylanılacaq - Koronavirusa görə yeni xəstəxanalar tikilir
15:26 07.04.2020

Məscidlər bağlı saxlanacaq - Səudi Ərəbistanı hökuməti qərarını açıqladı
15:12 07.04.2020

Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxdu - Virusa yoluxanların sayı 195 nəfərə çatdı
14:52 07.04.2020

Karantin rejimini pozanlar - 1499 nəfər cəriməlinib
14:45 07.04.2020

Kimlər 190 manat ala bilməyəcək? - Nazirlik məsələyə aydınlıq gətirdi
14:25 07.04.2020

Dünyada koroanvirusla bağlı son durum - Bir gündə 78 minə yaxın insan virusa yoluxub
13:45 07.04.2020

BMT-də koronavirusla bağlı müzakirə aparılacaq - İclas videokonfrans formatında olacaq
13:21 07.04.2020

VƏTƏNDAŞ SORĞULARI CAVABLANDIRILIR - 833 MİNİ AİDİYYƏTİ OLMAYAN MƏZMUNLA BAĞLI GÖNDƏRİLİB
12:22 07.04.2020

Qatarların qrafikində dəyişiklik - APRELİN 7-DƏN KARANTİN MÜDDƏTİ BİTƏNƏDƏK QÜVVƏDƏ OLACAQ
11:59 07.04.2020

Ev şəraitində necə maska hazırlamaq olar? - VİDEO
11:34 07.04.2020

BİRDƏFƏLİK ÖDƏMƏ İLƏ BAĞLI AÇIQLAMA - MƏŞĞULLUQ MƏRKƏZLƏRİNDƏ QEYDİYYATDA OLAN İŞSİZLƏRƏ ŞAMİL OLUNUR
11:11 07.04.2020

Bütün xəbərlər