Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Qeysəriyyə əməliyyatı olunan qadınların sayı niyə - ARTIR?

Qeysəriyyə əməliyyatı olunan qadınların sayı niyə - ARTIR?
1230 dəfə oxunub
Azərbaycanda qeysəriyyə əməliyyatı ilə doğuşların sayının artması təhlükəli tendesiyadan xəbər verir. Bu gün maarifləndirmə işinin zəif olması ilə əlaqədar gənc anaların əksəriyyəti qeysəriyyə əməliyyatı ilə doğuşun qadın orqanizminə zərərindən xəbərsizdir. Narkozla keçirilən hər bir cərrahi əməliyyat riskdir. Digər tərəfdən, bu, təkrar doğuşlarda onlar üçün böyük problem yaradır. Çünki təkrar doğuşlar da qeysəriyyə əməliyyatı ilə keçirilməlidir.
 
 Digər tərəfdən, qeysəriyyə əməliyyatı normal doğuşdan xeyli baha başa gəldiyinə görə, özəl klinikalarda sui-istifadə edilərək belə əməliyyatlara üstünlük verilir.
 
 "Son illərdə Azərbaycanda cərrahi yolla doğuşların tezliyinin artması uşaqlığında çapıq olan qadınların sayının artmasına və nəticə etibarilə təkrar qeysəriyyə kəsiyi əməliyyatlarının artmasına gətirir". Bunu Trend-ə Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi səlahiyyətlərinin icraçısı, həkim-ginekoloq Leyla Məmmədova deyib.
 
Onun sözlərinə görə, müasir dövrdə bütün ölkələrdə qeysəriyyə əməliyyatlarının tezliyinin artması müşahidə edilir. Müxtəlif ölkələrdə bu, doğuşların 5-50%-ni təşkil edir. Azərbaycanda 2012-ci ilə qədər ölkədə qeysəriyyə kəsiyi əməliyyatlarının sayı nəzərəçarpan dərəcədə artıb. Belə ki, 2006-cı ildə ancaq dövlət tibb müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşların sayı ümumi doğuşların 7,45%-ni, 2007-ci ildə – 8,91%-ni, 2008-ci ildə 11,29%-ni, 2009-cu ildə 13,23%-ni, 2010-cu ildə 15,59%-ni, 2011-ci ildə 17,76%-ni təşkil edib.
 
2012-ci ildə respublikada (2012-ci ildən başlayaraq, Dövlət Statistika Komitəsi dövlət tibb müəssiələri ilə yanaşı, özəl və idarə tabeli tibb müəssisələrinin göstəricilərini də bu statitiskaya əlavə edib) baş verən doğuşların 20,48%-ni, 2013-cü ildə isə 19,74%-ni qeysəriyyə kəsiyi əməliyyatları ilə nəticələnən doğuşlar təşkil edib.
 
L.Məmmədova deyib ki, Azərbaycanda özəl klinikalarda doğuşların əməliyyatla başa çatma tezliyi dövlət klinkalarından yüksəkdir. Ötən il ölkə üzrə respublikada qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 19,7%-ni təşkil edib. 2013-cü ildə 146 615 doğuşun 28954-ü qeysəriyyə kəsiyi əməliyyatı yolu ilə olub. 2012-ci illə müqayisədə ötən il dövlət tibb müəssisələrində cərrahi yolla doğuşların tezliyi bir qədər azalıb.
 
Onun sözlərinə görə, qeysəriyyə əməliyyatı tezliyinin artması perinatal itkilərin azalmasına gətirir. Lakin qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi 15%-dən yüksək olduqda bu, perinatal itkilərin səviyyəsinə təsir göstərmir.
 
 Hazırda dövlət tibb müəssisələrində qeysəriyyə əməliyyatlarının ciddi nəzarət altında olduğunu deyən L.Məmmədova bildirib ki, son illərdə bu əməliyyatların sayının artması həm subyektiv, həm də obyektiv amillərlə bağlıdır: “Təəssüf ki, əhali arasında məhz qeysəriyyə kəsiyi əməliyyatı ilə doğuşların daha təhlükəsiz olması fikri formalaşıb. Digər tərəfdən, əməliyyatı icra etmək bacarığı olan mama-ginekoloqların da sayı artıb. Bəzi özəl tibb müəssisələrində cərrahi doğuşlara ciddi göstəriş olmadıqda belə hamilənin təkidi ilə əməliyyat icra olunur. Obyektiv səbəblər isə son illərdə antenatal və intranatal dövrdə qeysəriyyə kəsiyi əməliyyatına göstəriş olan vəziyyətlərin, məsələn dölün hipoksiyasının, cift gəlişlərinin və s. diaqnostikasının təkmilləşməsidir”.
 
 L.Məmmədova bildirib ki, köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklərin sayının artması da cərrahi doğuşların tezliyinə təsir göstərir. Qeysəriyyə əməliyyatına göstərişlərin strukturunda ekstragenital xəstəliklərin də faizi yüksəkdir.
 
Onun sözlərinə görə, bu gün Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının tezliyi doğuşayardım müəssisəsinin səviyyəsindən asılı olaraq fərqlənir. Belə ki, I səviyyəli doğuşayardım müəssisələrində əməliyyatların tezliyi aşağıdır, Perinatal Mərkəzlərdə və III səviyyəli doğuşayardım müəssisələrində isə yüksəkdir: “Səhiyyə nazirinin 24 saylı əmrinə əsasən, respublikanın bütün doğuşayardım müəssisələri 3 səviyyəyə ayrılıb və hər bir səviyyə üçün onların qəbul etməli olduğu pasiyent qrupları göstərilib. Ona görə də I səviyyəli doğuşayardım müəssisəsində əsasən fizioloji hamiləliyi olan qadınlar qəbul olunduğundan, onların arasında cərrahi doğuşların tezliyi aşağıdır. III səviyyəli doğuşayardım müəssisələri isə əsasən ciddi mamalıq və ya ekstragenital patologiyası olan hamilələr üçün nəzərdə tutulduğundan cərrahi doğuşların tezliyi də yüksəkdir”.
 
Qeysəriyyə kəsiyi əməliyyatının aparılması üçün tələb olunan tibbi göstərişlərə gəldikdə, institut nümayəndəsi bildirib ki, Səhiyyə Nazirliyi kollegiyasının 03.10.2013 tarixli 30 saylı qərarı ilə təsdiq olunmuş “Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokol”a əsasən, qeysəriyyə əməliyyatına göstərişlər 5 qrupa bölünüb. I qrupa anamnezdə qeysəriyyə kəsiyi və ya uşaqlıq üzərində digər əməliyyatın olması halları aiddir. Bu göstərişlərlə də əməliyyatlar adətən doğuşların 44,2%-ni təşkil edir. İkinci qrupa doğuşa mane olan səbəblərin olması (14,9%) aiddir. Üçüncü qrupa dölün çanaq gəlişi (11,6%), dördüncü qrupa dölün distressi (18,2%), beşinci qrupa digər səbəblər, məsələn cift pozuntuları, çoxdöllü hamiləliklər, dölün xəstəlikləri, İİV infeksiyası, anamnezində uzun müddətli sonsuzluq olan, köməkçi reproduktiv texnologiyaların köməyi ilə baş vermiş hamiləliklər aiddir. Qeysəriyyə kəsiyi əməliyyatına göstəriş doğum tarixçəsində qeyd olunmalı və göstərişi təsdiq edən sənəd mütləq doğum tarixçəsinə əlavə olunmalıdır.
 
L.Məmmədova əlavə edib ki, tibbi göstəriş olmadan cərrahi əməliyyatın aparılması sübut olunarsa, əməliyyatı icra edən həkim və tibb müəssisəsinin rəhbərliyi məsuliyyət daşıyır. Ona görə də cərrahi əməliyyata göstəriş olduqda hamiləyə bu barədə məlumat verilir. Doğum tarixçəsində mütləq cərrahi əməliyyata göstəriş və tibbi göstərişi təsdiq edən sənədlər qeyd olunmalıdır: “Məsələn, əgər hamilənin görmə qabiliyyətinin pozğunluğu əməliyyata göstərişdirsə, oftalmoloqun yazılı rəyi təqdim olunmalıdır. Əgər dölün hipoksiyası əməliyyata göstərişdirsə, dölün kritik vəziyyətini təsdiq edən müayinələrin nəticələri doğum tarixçəsində qeyd edilməlidir. Doğum tarixçələrini təhlil etməklə, əməliyyatın aparılmasına göstəriş olub-olmamasını müəyyən etmək mümkündür”.
 
Trend.az

BUNU DA OXU

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
Ev şəraitində necə maska hazırlamaq olar? - VİDEO
Əllərin dezinfeksiya qaydaları - VİDEO
325 mindən artıq insan koronavirusa yoluxub - ABŞ-da
Xəbər lenti

Birdəfəlik ödəmə ilə bağlı müraciətlər qəbul edilir - Sabah hansı rayonlar üzrə qeydiyyat aparılacaq?
21:28 08.04.2020

Nazir sahibkarlara dəstək mexanizmini açıqladı - Dəyən zərərin ödənilməsinə start verilir
21:02 08.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 881 nəfərə çatıb
20:48 08.04.2020

Rusiyada 1175 yeni yoluxma qeydə alınıb
20:28 08.04.2020

Koronavirusla bağlı müayinələrin sayı artıb - Azərbaycan bəzi Avropa ölkələrini qabaqlayır
20:17 08.04.2020

“OPEC” ölkələri nazirlərinin görüşü keçiriləcək - Görüşün keçirilməsinə Azərbaycan da dəstək verib
19:59 08.04.2020

FİFA yeni qərarlar qəbul etdi - Müqavilə və maaşlar müzakirə olunacaq
19:48 08.04.2020

"Real" Ronaldonu yaşlı hesab edir - Portuqaliyalı bir daha Kral klubunda oynamayacaq
19:28 08.04.2020

PSJ İkardini göndərməyəcək - Parislilər "İnter"ə 70 milyon təklif etdi
19:12 08.04.2020

"Mançester"dən yeni transfer - "Qırmızı Şeytanlar" 16 yaşlı qapıçı aldı
18:57 08.04.2020

Ronaldinyo həbsxanadan çıxdı - Ulduz futbolçu ev dustağı olacaq
18:45 08.04.2020

İngiltərə çempionatı yarımçıq qalacaq? - Federasiya rəhbəri ümidsiz danışdı
18:25 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Karantin rejimini pozanlar cəzlandirildi
18:15 08.04.2020

Modul tipli xəstəxananın tikintisi başladı - Xəstəxanalar üçün ayrılan yerlər də məlum olub
17:59 08.04.2020

Onlayn narkotik satan şəxs saxlanılıb - Evində 5 kiloqramdan çox heroin aşkarlanıb
17:45 08.04.2020

İranda saxta içkidən ölənlərin sayı 728-ə çatdı - Ölkədə saxta spirtli içkilərdən istifadə halları artıb
17:25 08.04.2020

Uhanda karantin bitdi - Yollarda tıxaclar yarandı
17:02 08.04.2020

Koronavirus qanla yoluxurmu? - TƏBİB məsələyə aydınlıq gətirib
16:40 08.04.2020

Daha 105 nəfər koronavirusa yoluxdu - Qərargah: “Yoluxma artan xətt üzrə gedir”
16:20 08.04.2020

17 nəfər cərimələndi, 2 nəfər həbs edildi - Kürdəmirdə
16:16 08.04.2020

Saxta arayış satan şəxslər tutulub - “Arayışlar” jurnal möhürü ilə “təsdiqlənib”
15:59 08.04.2020

Sosial tədbirlər davam edir - Qaradağda ahıllara yardım olundu
15:35 08.04.2020

Gürcüstanda son durum - Virusa yoluxanların sayı artır
15:08 08.04.2020

Snayperlərin hazırlığı yoxlanılır - Məqsəd döyüş vərdişlərini təkmilləşdirməkdir
14:45 08.04.2020

Türkiyədə terror aktı törədilib - 5 dinc sakin həlak olub
14:25 08.04.2020

Yeni epidemiya yayılır - 254 nəfər həyatını itirib
14:05 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - ABŞ-da virusa yoluxanların sayı 400 mini ötdü
13:59 08.04.2020

Çinin Uxan şəhərində karantin ləğv edildi - Şəhərdə iş yerləri və bazarların da fəaliyyəti bərpa olunub
13:58 08.04.2020

İqtisadiyyat nazirliyi mexanizmi açıqladı - Sahibkarlara maliyyə dəstəyi necə göstəriləcək?
13:48 08.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 12 mini ötüb - Son sutka ərzində 1736 nəfər dünyasını dəyişib
13:35 08.04.2020

Onlayn sosial etibarnamə: tətbiqinə başlandı - Pulsuz dərman almaq hüququ olan şəxslərin işi asanlaşdı
13:25 08.04.2020

Avtomobil ağaca çırpıldı - Sürücü dünyasını dəyişdi
13:18 08.04.2020

Kapitalın və əmlakın amnistiyasi nəzərdən keçirilir - Bu ölkə iqtisadiyyati üçün hansı imkanlar yaradacaq?
13:02 08.04.2020

Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb - Kafe sahibi və müştərilər saxlanıldı
12:58 08.04.2020

1569 nəfər cərimələndi - Karantin rejimini pozanlar məsuliyyətə cəlb olunur
12:56 08.04.2020

Tramp ÜST-ü ittiham etdi - “Yanlış tövsiyyələr vəziyyəti ağırlaşdırıb”
12:35 08.04.2020

Ramazan ayı nə vaxt başlayır? - QMİ tarixi açıqladı
12:14 08.04.2020

Dünyada koronavirusla bağlı son durum - Virusdan ölənlərin sayı 82 mini ötdü
12:03 08.04.2020

Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
11:53 08.04.2020

Bu gün Ağdaban soyqırımın baş verməsindən 28 il ötür
11:21 08.04.2020

Televiziyalar aktuallığını qoruyur - Yenilənib - VİDEO
10:55 08.04.2020

Kimlər 190 manat ala biləcək? - Nazir məsələyə aydınlıq gətirdi
10:29 08.04.2020

Kürdəmirdə ev yanıb - Dördotaqlı ev yanaraq külə döndü - VİDEO
10:10 08.04.2020

Heydər Əliyev mərkəzindən İrana dəstək - Koronavirusla mübarizədə həmrəyliyin ifadəsi
09:47 08.04.2020

Baharda qış havası - ÖZƏL - FOTOLAR
09:42 08.04.2020

Karantin rejimi ilə bağlı ən çox verilən 3 sual - Daxili işlər nazirliyi sualları cavablandırdı
23:45 07.04.2020

8103 nömrəsinə 2 milyon 289 min SMS göndərilib - Müraciətlərin 53 %-i aidiyyətsiz məzmunda olub
22:42 07.04.2020

SMS-in tarixini dəyişdirdi - 25 sutka həbs cəzası verildi
22:21 07.04.2020

Ata və oğlu 8103 nömrəzinə 90 dəfə SMS göndərıb - Lazımsız SMS göndərən şəxs məsuliyyətə cəlb edildi
22:02 07.04.2020

Şəmkirdə dəhşətli hadisə - Ailə üzvlərini və evini yandırdı
21:58 07.04.2020

“Formula 1” komandaları fəaliyyətini dayandırdı - Pilotların maaşı azaldıldı
21:45 07.04.2020

Prezident İlham Əliyev koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb
21:03 07.04.2020

İspaniyada koronavirus qurbanlarının sayı artır - Bir gündə 740 nəfər virusun qurbanı olub
20:42 07.04.2020

Koronavirusla bağlı daha bir fakt üzə çıxıb - Virus hüceyrələrdə gizlənir
20:18 07.04.2020

Masallı sakini saxlanılıb - “Qırmızı kitab”a düşən quşu ovladı
19:45 07.04.2020

Daha 76 nəfər koronavirusa yoluxub - Bir nəfər vəfat edib
19:28 07.04.2020

Balakəndə quldurluq edən şəxs saxlanılıb - Satıcını balta ilə hədələyib içki tələb etdi
19:15 07.04.2020

Əlilliyi olan şəxslərə qayğı - Reabilitasiya vasitələri evlərində təhvil verildi
18:59 07.04.2020

FİFA-da yeni rüşvət qalmaqalı - ABŞ ali futbol qurumunu ittiham etdi
18:47 07.04.2020

İranda koronavirusa yoluxanların sayı artdı - 62 min 589 nəfər virusa yoluxub
18:29 07.04.2020

Əfv sərəncamı icra edildi - Əfv olunan şəxslər karantinə yerləşdirildi
18:18 07.04.2020

Koronavirus xəstələri üçün xəstəxana tikilir - Xətəxanalar 45 günə istifadəyə veriləcək
18:02 07.04.2020

Merkel karantindən sonra ilk mətbuat konfransına çıxdı - “Virus AB tarixində ən ciddi böhrana səbəb oldu”
17:45 07.04.2020

Neftçalada faciəli hadisə - Ata və 5 yaşlı oğlu suda boğuldu
17:25 07.04.2020

İşsiz kimi necə qeydiyyata düşmək lazımdır? - Nazirlikdən açıqlama
17:06 07.04.2020

Civə satan şəxslər saxlanılıb - Balakəndə əməliyyat keçirilib
16:47 07.04.2020

Zaqatalada aksiya keçirildi - Həkimlərə dəstək oldular
16:28 07.04.2020

Heydər Əliyev mərkəzindən Almaniyaya dəstək - Almaniyanın bayrağı videoproyeksiya olunub
16:03 07.04.2020

Ronaldo, yoxsa Ronaldu? - Ata oğlunun saçını istədiyi kimi düzəltdi
15:48 07.04.2020

Türkiyədə tibbi maskalar pulsuz paylanılacaq - Koronavirusa görə yeni xəstəxanalar tikilir
15:26 07.04.2020

Məscidlər bağlı saxlanacaq - Səudi Ərəbistanı hökuməti qərarını açıqladı
15:12 07.04.2020

Gürcüstanda daha 7 nəfər koronavirusa yoluxdu - Virusa yoluxanların sayı 195 nəfərə çatdı
14:52 07.04.2020

Karantin rejimini pozanlar - 1499 nəfər cəriməlinib
14:45 07.04.2020

Kimlər 190 manat ala bilməyəcək? - Nazirlik məsələyə aydınlıq gətirdi
14:25 07.04.2020

Dünyada koroanvirusla bağlı son durum - Bir gündə 78 minə yaxın insan virusa yoluxub
13:45 07.04.2020

BMT-də koronavirusla bağlı müzakirə aparılacaq - İclas videokonfrans formatında olacaq
13:21 07.04.2020

VƏTƏNDAŞ SORĞULARI CAVABLANDIRILIR - 833 MİNİ AİDİYYƏTİ OLMAYAN MƏZMUNLA BAĞLI GÖNDƏRİLİB
12:22 07.04.2020

Qatarların qrafikində dəyişiklik - APRELİN 7-DƏN KARANTİN MÜDDƏTİ BİTƏNƏDƏK QÜVVƏDƏ OLACAQ
11:59 07.04.2020

Ev şəraitində necə maska hazırlamaq olar? - VİDEO
11:34 07.04.2020

BİRDƏFƏLİK ÖDƏMƏ İLƏ BAĞLI AÇIQLAMA - MƏŞĞULLUQ MƏRKƏZLƏRİNDƏ QEYDİYYATDA OLAN İŞSİZLƏRƏ ŞAMİL OLUNUR
11:11 07.04.2020

Bütün xəbərlər