Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Süni zəka haqqında bilmədikləriniz

Süni zəka haqqında bilmədikləriniz
586 dəfə oxunub

Mütəxəssislər deyir ki inkişafdan qorxmamalı, əksinə, onu fürsətə çevirməliyik.

ATV.az kaspi.az-a istinadən yazını təqdim edir. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının proqram rəhbəri Yevgeniy Sesitski VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizinin iş yerini itirə biləcəyini deyib. Y.Sesitski qeyd edib ki, quruma üzv olan 160 ölkə arasında ABŞ və Çin elmi ixtiralara görə daha çox vəsait sərf edir. Rəqəmsal texnologiyaların yeni istiqamətlər yaratdığını deyən proqram rəhbəri əlavə edib ki, nanotexnologiya, süni zəka son zamanlar çox populyar sahəyə çevrilib: "Ancaq alimlər xəbərdarlıq edirlər ki, süni zəkanın inkişafı ilə bağlı bir çox problemlər ola bilər. Süni zəkanın inkişafı nəticəsində 2025-ci ilədək dünyada insanların 50 faizi iş yerini itirə bilər. Ona görə, yeni istiqamətlərə yaradıcı baxmaq lazımdır".  Doğrudan da, son dövrlər texnika və texnologiya sahəsində böyük inkişaf baş verir. Demək olar ki, bir çox sahələrdə kompüter və robotlardan istifadə olunur. Maraqlıdır, bir neçə il sonra kompüter və robotlar bütün sahələrdə "hökmranlıq" əldə edəcəksə, onda insanların günü necə olacaq?

İnformasiya texnologiyaları üzrə mütəxəssis Qafar Əhmədov bildirdi ki, bu kimi xəbərlər uzun müddətdir ki gündəmdə dolaşır, ancaq onun doğrulma ehtimalı aşağıdır: "Yəni işsiz qalmaq söhbəti yoxdur, sadəcə iş sahələri dəyişəcək. Məsələn, Sovet dövründəki universitetləri oxuyub bitirənlər indi o sahələrdə işləyə bilmirlər. Çünki həmin iş sahələri yoxdur. Əvvəlki dövrlərdə kotan sürənlər yeni texnologiyalar gələndə əllə kotan sürmək yerinə, həmin kotanı işə salan texnologiyanı idarə etməyə başladılar. Yeni texnologiyalara uyğunlaşmaq lazımdır. Əlbəttə ki, kimsə həmişə kotanı əllə sürəcəksə, o, işsiz qalacaq. Amma yeni gələn texnologiyaya uyğunlaşıb ondan istifadə edə bilsək, işsiz qalan olmaz. İnsanların 50 faizinin işsiz qalma ehtimalı o zaman baş verə bilər ki, onlar özlərini inkişaf etdirməsinlər. Robot insanı idarə edə bilməz, istənilən halda idarəçilik insandadır. Təbii ki, işsiz qalmaq istəmirsənsə, o robotu idarə etməyi bacarmalısan".

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, hər şey işin qurulmasından asılıdır: "Kompüter işin görülməsi üçün bir vasitədir. Əlbəttə, iş çox sadə qurulanda insanı kompüter əvəz edə bilər. Amma daha dərin məzmunlu, yaradıcı işlərdə insanlara həmişə ehtiyac olacaq. Biz bu inkişafdan qorxmamalıyıq, əksinə, bundan səmərəli şəkildə istifadə edib, uğurlu işlər görməliyik. Belə baxanda, illər öncə də kompüterləşmə gedən zaman insanların işsiz qalacağı deyilirdi. Amma əksinə, kifayət qədər yeni iş yerləri açıldı. Həmin texnika və texnologiyanı istifadə edəcək insana ehtiyac oldu. Robot məsələsinə gəlincə, bizim ölkəmizdə də bu cür işlər görmək üçün kifayət qədər elmi potensial var. Yəni istəsək, biz də bu sahədə müəyyən addımlar ata bilərik. İnkişafdan qorxmaq yox, onunla ayaqlaşmaq lazımdır".

İnsan resurslarının idarə edilməsi üzrə məsləhətçisi Taleh Qasımov qeyd etdi ki, texnika və texnologiyanın sürətli inkişafı qaçılmazdır: "Hazırda süni intellektin məlumat bazasından istifadə də güclənir. Bununla yanaşı bir sıra peşə sahələri avtomatlaşdırılır, insan əməyi minimuma endirilir. Elmi texnologiyanın inkişafı daha çox süni intellekt, nano-texnologiya, robotlaşma, rəqəmsallaşma kimi istiqamətlərdə gedir. Amma onların emosional tərkibi yoxdur. Misal üçün, hansısa bir ölkədə ancaq robotların işlədiyi bir aptek olsa, insan həmin aptekdən təbii ki, narazı gedəcək. Baxmayaraq ki, robot resepti də oxuyacaq, dərmanı da düz verəcək, amma insan əczaçı ilə ünsiyyətindən aldığı rahatlığı robotdan ala bilməyəcək. İnsanı avtomat maşından fərqləndirən emosional hislərin olmasıdır".

Müsahibimin vurğuladı ki, insan istəsə, bundan da çıxış yolunu tapa bilər: "İş yerlərinin azalmasının qarşısını almaq üçün isə ilk növbədə həm təhsil sistemi, həm də şirkətlər və dövlət qarşılıqlı şəkildə, indidən hazırlıq işləri görməlidirlər. Bu işlər cəmiyyətin növbəti mərhələdə baş verəcəklərə hazırlıqlı olmaları üçün lazımdır".

ATV.az

 

BUNU DA OXU

Kamran Zahidli: "Biz Elin ilə birlikdə istirahətə getmişik" - "BizimləSən" verilişində növbəti qalmaqal - VİDEO
Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub
Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək - VİDEO
Ölümcül virus İrana da çatdı - Dünya üzrə koronavirusdan ölənlərin sayı 2011 nəfərdir
Həcc ziyarətinin qiymətində artım olacaq
Xəbər lenti

Fərdi məlumatlar qorunacaq - Elektron alış-veriş zamanı nələrə diqqət etməliyik?
23:51 21.02.2020

Sabah Almaniyada Qarabağ mitinqi keçiriləcək - Mitinqdə mindən çox soydaşımızın iştirakı gözlənilir
23:46 21.02.2020

Birinci sinifə şagird qəbulu: vaxt açıqlandı - Respublika üzrə elektron qaydada aparılacaq
23:41 21.02.2020

YAP-da könüllülərin toplantısı keçirilib - Bir qrup gənc diplomlarla təltif edilib
23:31 21.02.2020

Balakəndə “Valiko Həsrət” saxlanıldı - Üzərində heroin tapılıb
23:21 21.02.2020

Zaqatalada mübahisə qanla nəticələndi - Həmkəndlisini kürəyindən bıçaqladı
23:11 21.02.2020

Avtomobil yolları işçilərinin peşə bayramı - Qurumun əməkdaşları fəxri xiyabanı ziyarət edib
23:01 21.02.2020

“Azəriqaz”ın rəhbərliyi bölgələrdə - Sakinlərin müraciətlərinə baxılıb
22:51 21.02.2020

Bakıda mağaza sahibi həbs edildi - Aksiz markası olmayan mallar satırmış
22:41 21.02.2020

20 yanvar dairəsində dəyişiklik olacaq - Metro çıxışlarından birinin istiqaməti dəyişdiriləcək
22:21 21.02.2020

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub
22:15 21.02.2020

Kolleclərə sənəd qəbulu başladı - Qəbul martın 11-dək aparılacaq
22:11 21.02.2020

Çindən sevindirici xəbər - “Yaxın vaxtlarda koronavirusa qalib gələcəyik”
22:02 21.02.2020

İranda parlament seçkiləri keçirilir - Təhlükəsizliyi 14 min polis təmin edir
22:00 21.02.2020

Azərbaycan – İtaliya münasibətləri - İki ölkə arasında əməkdaşlıq daha da güclənir
20:12 21.02.2020

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı
17:47 21.02.2020

İraq yeni növ koronavirusla əlaqədar İranla bütün sərhəd qapılarını bağlayıb
17:17 21.02.2020

Neftçalada yük avtomobili yanıb
16:40 21.02.2020

Bu gün İranda parlament seçkiləri keçirilir
16:14 21.02.2020

Avstriyada ATAZ-ın 10 illiyi qeyd edilib - Vyanada tədbir keçirilib
15:48 21.02.2020

Kamran Zahidli: "Biz Elin ilə birlikdə istirahətə getmişik" - "BizimləSən" verilişində növbəti qalmaqal - VİDEO
15:05 21.02.2020

Xırdalanda qaldırıcı kran aşıb - VİDEO
14:00 21.02.2020

Bakıda ər-arvad dəm qazından zəhərlənərək ölüb - Qonaq getdikləri evin hamamında boğulublar
13:35 21.02.2020

Trampın keçmiş müşaviri həbs olundu - O, yalan ifadə verməkdə ittiham edilib
13:13 21.02.2020

Tovuz rayonunda agır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - ÖZƏL - FOTOLAR
12:46 21.02.2020

Fransada yenidən etirazlar başlayıb - Parisdə minlərlə insan küçələrə çıxıb
12:22 21.02.2020

Bu gün beynəlxalq Ana Dili günüdür
11:58 21.02.2020

Azərbaycan Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazandı
11:35 21.02.2020

IDMAN JURNALISTLƏRININ RESPUBLIKA TOPLANTISI KEÇİRİLDİ - VİDEO
11:12 21.02.2020

Paytaxda və rayonlarda yağış yağacaq
10:51 21.02.2020

Prezident İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb
10:29 21.02.2020

Bərdədə kollec direktoru və müavini tutulub - Onlar rüşvət almaqda ittiham edilir - YENILƏNIB - VİDEO
10:10 21.02.2020

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub
09:48 21.02.2020

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Romada naməlum əsgər abidəsini ziyarət ediblər - FOTOLAR
09:27 21.02.2020

“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir!” - Keçmiş SSRi liderinin vacib bəyanatı üzə çıxdı
09:09 21.02.2020

Multikulturalizm qış məktəbi layihəsi davam edir - Kamal Abdulla ilə görüş oldu
21:50 20.02.2020

150 yerli şirkətin məhsulu sərgidə - Yerli texnoloji avadanlıqlar da nümayiş olunur
21:29 20.02.2020

Agentlik həkim çatışmazlığını aradan qaldırmağa çalışır - Bölgə xəstəxanalarında tibbi fakültələr açılacaq
21:10 20.02.2020

Yararsız məhsullar məhv edildi - İçərisində ermənistan istehsalı olan məhsullar da var
20:49 20.02.2020

Hava limanında əməliyyat - Kokain və psixotrop maddə aşkarlandı
20:28 20.02.2020

Zaqatalada iki nəfərin mübahisəsi qanla nəticələndi - Həmkəndlisini bıçaqladı
20:05 20.02.2020

Zaqatalada yaşayış binasında yanğın olub - Yanğın binanın zirzəmisindən başlayıb
19:42 20.02.2020

Mingəçevirdə seminar keçirildi - “Sosial şəbəkələrin gənclərin həyatında rolu”
19:21 20.02.2020

Prezident İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
18:38 20.02.2020

Çavuşoğlu Ankaranın İdliblə bağlı mövqeyini açıqladı - “Əməliyyat qərarı Ərdoğanın müstəsna hüququdur”
18:17 20.02.2020

Badamdarda uçqun baş verən ərazidə son durum - Yol uçqundan təmizlənib
17:58 20.02.2020

On yaşlı dahi - Beş ayda 250 kitab oxuyub
17:34 20.02.2020

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
17:10 20.02.2020

200 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib
17:00 20.02.2020

Sərnişinlər metroya pulsuz keçdi - Ödəniş aparatı işləməyib
16:37 20.02.2020

Çində koronavirus əleyhinə dərmanın tərkibi açıqlandı
16:16 20.02.2020

Bakıda avtoyuma işçisi qəza törədib - Müştərinin avtomobili ilə iki qadını vurub
15:52 20.02.2020

Almaniyada naməlum şəxslər ətrafa atəş açıb - 8 nəfər həyatını itirib
15:30 20.02.2020

DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir - Yenilənib
15:25 20.02.2020

Kürdəmirdə ikimərtəbəli ev yandı - Hadisənin səbəbi məlum deyil
15:09 20.02.2020

Vano Merabişvili azadlığa çıxıb
14:44 20.02.2020

Səhiyyə nazirliyindən açıqlama - “Ölkəmizdə koronovirsula bağlı vəziyyət stabildir”
14:21 20.02.2020

Hövsan yaşayış kompleksi istismara hazırdır - Yaxın vaxtlarda güzəştli mənzil satışına başlanacaq
13:36 20.02.2020

Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək - VİDEO
13:11 20.02.2020

Səyyar “ASAN Qatar” Qazaxda - Sakinlərə fevralın 29-dək xidmət göstəriləcək
12:50 20.02.2020

Ağdaşın kəndində bronxit və suçiçəyi yayılıb - Həkim briqadası kəndə ezam edilib
12:28 20.02.2020

Dissertasiya işi yazanların nəzərinə - Bəzi qaydalar dəyişib
12:07 20.02.2020

Saxta sənəd hazırlayanlar ələ keçdi - 60-a yaxın firmanın möhürü, çek kitabçaları aşkarlanıb
11:46 20.02.2020

Əsgərimizin meyiti neytral ərazidən götürülüb - Hərbiçimiz bir müddət əvvəl itkin düşmüşdü
11:30 20.02.2020

Ruhanidən sanksiyalarla bağlı açıqlama - “ABŞ təzyiqlərin mənasız olduğunu dərk edir”
11:12 20.02.2020

Ölkədə kifayət qədər taxıl ehtiyatı var - İdxaldan aslılıq azalıb
10:50 20.02.2020

“Google Maps”lə narkotik satanlar tutuldu - Bakıda və Biləsuvarda əməliyyat keçirilib - Yenilənib - VİDEO
10:26 20.02.2020

Ərdoğan yeni əməliyyatların anonsunu verdi - “İdlibə hücum hər an başlaya bilər”
10:10 20.02.2020

Parklanma məkanları artırılmalıdır - Ölkə başçısı parkinqlərin azlığı problemin həlli ilə bağlı tapşırıqlar verib - VİDEO
09:55 20.02.2020

Bakıda piyada keçidinin eskalatoru ləğv edilir - Yerində pilləkən quraşdırılacaq - YENİLƏNİB - VİDEO
09:33 20.02.2020

"Atalanta"dan inamlı qələbə - "Tottenhem" öz meydanında uduzdu
09:09 20.02.2020

Tarix institutunda tədbir təşkil olunub - Nadir nəşrlər instituta təqdim edildi
21:58 19.02.2020

Yəmənin müdafiə nazirinə qarşı sui-qəsd - Ölən və yaralananlar var
21:32 19.02.2020

Bir qrup sərhədçi təltif edildi
21:11 19.02.2020

Tovuzda bədbəxt hadisə - Təkər partladı, usta öldü
20:55 19.02.2020

Kremldən Ərdoğanın bəyanatına cavab - “İdlib əməliyyatı ən pis variant olardı”
20:32 19.02.2020

Əfqanıstan 40 illik münaqişənin sonuna yaxınlaşır - ABŞ ilə "Taliban" arasında sənəd imzalanacaq
20:11 19.02.2020

Ölümcül virus İrana da çatdı - Dünya üzrə koronavirusdan ölənlərin sayı 2011 nəfərdir
19:49 19.02.2020

“Azərişiq"dan villa, MTK və otel sahiblərinə xəbərdarliq
19:20 19.02.2020

Prezident İlham Əliyev Nizami Gəncəvinin abidəsini ziyarət edib
18:44 19.02.2020

Bütün xəbərlər