Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Brejnevin nəticəsinin dəhşət dolu həyatı: “Xadiməlik işi axtarıram”

Brejnevin nəticəsinin dəhşət dolu həyatı: “Xadiməlik işi axtarıram”
2269 dəfə oxunub

QALİNA FLIPPOVA NİYƏ DƏLİXANAYA DÜŞDÜ; ONUN “BOMJ” HƏYATI KEÇİRMƏSİNIN SƏBƏBLƏRİ... 

Rusiya mətbuatında SSRİ-nin ən məşhur siması, 1966-cı ildən 1982-ci ilədək İttifaqa rəhbərlik edən Leonid İliç Brejnevin nəticəsinin sensasion müsahibəsi dərc olunub. AzNews.az həmin müsahibəsi təqdim edir:


Qalina Filippova psixoloji xəstəxanadan çıxıb



Tarix sevənlər bu tarixi qeyd edə bilərlər: oktyabrın 14-də Leonid Brejnevin ölkənin sükanı arxasında durmasının düz 50 ili tamam olur. Baş katiblik vəzifəsinin ona verdiyi bütün nemətlərdən faydalanan Brejnev çətin ağlına gətirərdi ki, onun nəticəsi “bomj” olacaq və özünə ər əvəzinə rəfiqə seçəcək. Lakin, məhz belə də oldu...

Xəstəxanadan məktub

Mən Qalina Flippova ilə görüşü yeddi il idi ki gözləyirdim. O vaxtdan ki, əlimə qadının ( o vaxt onun 33 yaşı var idi) məktubu keçmişdi. Məktubda o, anasına- baş katibin nəvəsi Viktoriya Yevqenevnaya psixoloji xəstəxanaya gəlməsi üçün yalvarırdı. Lakin, o vaxt mən məktubun sahibəsi ilə görüşə bilmədim. Həkimlər onun yanına jurnalist buraxmırdılar. 

Və budur çoxdan gözlənilən görüş baş tutdu. Bəhanə tapıldı: Leonid İlıçın nəticəsi nəhayət ki, yaşayış yeri əldə edib. Ona bağışlanan Zveniqoroddakı birotaqlı mənzilində yeni evini qeyd etməyə hazırlaşır. 

Kafedə görüşə Qalina Filippova cinsdə gəlmişdi. Payız olmağına baxmayaraq çılpaq ayağındakı çəkələklə. Başında kirpi kimi uzanan saçları, lakin, göz və dodaqları boyanmış. Söhbət Qalyanın rəsmiyyəti sevməsindən başladı. Beləcə də söhbət çoxdanın rəfiqələri kimi sizdən sənə keçdi. 

Qalina xəbər verdi ki, 14 min rubl pensiya alır: “Kofe, siqaret və ev kirayəsinə çatır. Yeməyə isə yox...”

- Anan ruhi xəstələr üçün olan internatdan çıxmağına sevinir?

- Mən dörd il dəlixanada qaldım və anam bircə dəfə də yanıma gəlmədi. İki il əvvəl mən yanına gedə bildim – Viktoriya Yevqenevna vətəndaş nikahında olduğu ərinin Moskvaətrafındakı bağ evində yaşayır. Başa düşdüm ki, ondan kömək gözləməyə dəyməz: onun özünün heç nəyi yoxdu... Nə vaxtsa mən Viktoriya Yevqenevnanın mənzillərin satışı ilə məşğul olması haqda sənəd imzalamışdım - Kutuzov prospektindəkı mənzil və Qranatnı xiyabanındakı hökumət evi. Anam, öz növbəsində, hansısa Kopstya Pekinskiyə etibarnamə verib. Daşınmaz əmlakların satışı ilə o məşğul olurdu. Deyirdilər ki, o, kriminal avtoritetdir. Ümumilikdə, biz evsiz qaldıq...

-Axı sənin atan da kasıb deyil. Bankir Mixail Filippov. Maltada yaşayır. O da kömək etmədi?

-Atamın vicdanı elə o Maltada qaldı. Onun başqa ailəsi var. Buna baxmayaraq, atam xalam Nataşaya ( Nataşa Milayeva) mənə qulluq etməsi üçün onun adına bank hesabı açmağı təklif etdi. Lakin, o imtina etdi. 

Hesablanmış evlilik

-Sən ərdə olmusan...

-Mən də, Oleq də başa düşürdük ki, bizdə hesablanmış nikahdı. Ərə getmək kifayət qədər çətin oldu. Çünki heç kim rəsmi nikah istəmir: axmaq yoxdu. Lakin, yaş sıxırdı: 25 artıq 15 deyil. Oleqlə bizim çox adi toyumuz oldu, deyə bilmərəm ki, o təmtəraqlı idi. Bir ildən sonra biz boşandıq. Oleqlə nikahdan mən pasportda ştamp qazandım, o isə bağ evi, maşın, işdə yüksəliş... Lakin, bir yerdə yaşaya bilmədik: ya mən onu tərk edirdim, ya da o məni. Axırda ayrıldıq. Nəticədə mən kirayə ev tutdum və onun evindən çıxdım. Bir müddət tez-tez yer dəyişdim: ac da qalmalı olurdum, harda gəldi yatmalı da.

- Bilirəm ki, sən ixtisasca filoloqsan, MDU-nu bitirmisən. Hardasa işləmisən?

-Atalığım mənə bir firmaya katibə düzəlməyə kömək etdi. Lakin, iş mənə maraqsız göründü: müdirə kofe vermək, zənglərə cavab vermək. İşçiləri ixtisara salanda, getməli oldum. Ev kirayəsini ödəməyə heç nəyim yox idi və mən keçmiş ərimin evinə getdim. Onun anası isə mənə dedi ki, “Ya siz- Qalina Mixaylovna küçədə yaşayacaqsız, ya meymun damında, ya da xəstəxanaya gedəcəksiz. Ona görə ki, sizi evimizə götürə bilmərik: bəsdir ailənizlə bizdən faydalandınız”. Beləcə mən dəlixanaya düşdüm. 

-Məgər səni orda saxlamağa əsas var idi?

- Bütün bu gözlənilməz dəyişikliklərdən həqiqətən bir az başım getmişdi. Xəstəxanaya Brejnevin nəticəsi olduğumu xəbər verəndə isə orda fikirləşdilər ki, xəstə düz ünvana gəlib. Lakin, sonra mən baş tibb bacısına dayəmin telefonunu verdim və mənə münasibət dəyişdi. Həkimlər getməyə yerim və yaşamağa imkanım olmadığını başa düşəndə mənim vəziyyətimi anladılar. Məni sağaltdılar. İki ay sonra küçəyə gəzməyə buraxdılar. İşsiz qalmırdım: yemək paylayırdım, döşəməni süpürüb silirdim... Baş tibb bacısı deyəndə ki, məni saxlamaq üçün əsas yoxdu, sual yarandı: hara getməliyəm? Məni əlil kimi rəsmiləşdirdilər və bununla da mən ruhixəstələr üçün internata düşdüm. 

Ər yerinə rəfiqə

-Lakin indi ,deyəsən, həyat öz qaydasına düşür. 10 il dərbədərlikdən sonra sən yeni yaşayış yerinə köçdün...

-Mən dərhal Moskvaətarfında mənzil xahiş etdim. Axı bütün ömrüm boyu mən paytaxtdan kənarda yaşamışam. Moskvaya yalnız əylənmək üçün gəlirdim. Meqopolisdə həyat təsəvvür etmirəm. Mənə birotaqlı mənzil bağışladılar, lakin artıq təmirli idi. Təkcə mebeli yox idi. İlk vaxtlar xalamın mənə aldığı döşəkdə yatırdım. Sonra divan əldə etdim.



-İş axtarmadın?

-Psixoloji xəstəxananın baş həkimi Arkadiy Lipoviç xəstələr üçün nəşr edilən qəzetdə işləməyi təklif edirdi. Lakin, mən imtina etdim: istəmirəm ki, nəsə mənə dəlixananı xatırlatsın. Mən istənilən işdən çəkinmirəm: xadimə də işləyərəm. Lakin, işədüzəlməyə tələsmirəm: 2015-ci ilə qədər öz məmnuniyyətim üçün yaşamaq istəyirəm. 

-Hələ yeni ər tapmamısan?

-Məndə hər şey qaydasındadır. Ər əvəzinə rəfiqəm Daşa var. O da psixoloji xəstəxanadandır, bir yerdə qalırdıq. İlk vaxtlar mən onun evində yaşayırdım – mənə sığınacaq verdi. İndi o mənim evimdədir. Mənzil həyatda bir dənə olur, ər isə çoxdur. Ər mənə nəyə görə lazımdır, evimi alıb məni zibilliyə atmaq?!

-Qalya, bəs sən ananı yeni mənzilinə çağıracaqsan?

-Əgər Viktoriya Yevqenyevna telefonu götürmürsə, onu necə çağırmaq olar? Qəzetdən səslənəcəm: “Ana, yeni mənzilə gəl!”

Yerigəlmişkən
Qalinaya necə mənzil verdilər

Ataları baş katibin qızı Qalina Brejneva ilə evlənən sirk artistləri Natalya və Aleksandr Milayevlər- kiçik Qalinanın ögey dayı və xalası bir neçə il bütün instansiyalara məktub yazıb, Qalya üçün kömək xahiş edirdilər. 

Qalinaya yardım etməsi üçün ögey xalası Natalya Brejneva hətta onun atası ilə də görüşüb. Xahiş edib ki, qızına ev alsın. Lakin Qalinanın atası Mixail Filippov bundan imtina edib. Əsas kimi isə Qalyanın evi satacağını bildirib. Natalya Brejneva evi öz adına almağı təklif etsə də, heç nə dəyişməyib. Birinci kanalın verilişlərindən birinə dəvət alan Natalya Brejneva buna yalnız Qalinaya ev alınmasına yardım edilməsi şərti ilə razılaşıb. Nəhayət, Brejnevin nəticəsinin yoxsul vəziyyəti barədə hekayəni izləyənlər ona yardım ediblər. 

Qalinanin gələcək taleyini necə görürsüz sualını cavablandıran Natalya Brejneva onu xadimə olaraq görmək istəmədiyi bildirib: “Qalyanın çox siqaret çəkməsi də xoşuma gəlmir. Lakin, mən onun dözümlülüyü ilə fəxr edirəm. O bütün o pislikləri qəbul edib sınmamağı bacardı”. 

Baş katibin ailəsində kim kimdir?

Leonid İlıç və onun həyat yoldaşı Viktoriya Petrovnanın 2 övladı olub: qızları Qalina və oğlanları Yuriy. Qalina Leonidovna 3 dəfə rəsmi nikahda olub. Qalina sirk artisti Yevqeniy Milayev( bu nikahdan tək qızı Viktoriya dünyaya gəlib), illüzionist İqor Kio və DİN-in polkovnik-leytenantı Yuriy Çurbanov ilə ailə qurub.

Viktoriya Yevqenevna Milayeva Mixail Filippova ərə gedib və haqqında söz açdığımız qızı Qalina dünyaya gəlib. Lakin bu ailəsi dağılıb. Brejnevin nəvəsi ikinci dəfə ailə qurub. Onun ikinci əri Qennadiy Varakuta kiçik Qalinanı öz qızı kimi böyüdüb. 

Leonid İlıç 1982-ci ildə vəfat etdikdən sonra ailənin bədbəxtliyi başlayıb. Böyük Qalinanın əri Yuriy Çurbanov bütün vəzifələrdən xaric edilib, korrupsiyada günahlandırılıb və həbs edilib. Qalina Leonidovna içki aludəçisi olub və 1998-ci il iyun ayının 29-da psixoloji klinikada vəfat edib. 

Kiçik Qalinanın atalığı Qennadiy Varakuta işsiz qaldıqdan sonra bizneslə məşğul olub və iflas olub. Sonra da ailə dağılıb. 

Brejnevin qızı Qalinadan olan nəsli oğlu Yuriydən (2013-cü ildə vəfat edib. İki varisi olub - Leonid və Andrey) olan nəsillə ünsiyyət qurmurlar. 

BUNU DA OXU

Məkkə və Mədinədə komendant saatı tətbiq olundu - İnsanlara ciddi xəbərdarlıq edildi
Rusiya Azərbaycana 50 min test təhvil verdi
ÜST-dən açıqlama - İlk üç yerdə ABŞ, İtaliya və İspaniyadır
Çinin şəhərində bir ilk - İt və pişik ətindən istifadəyə qadağa qoyuldu
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində koronavirusla bağlı paylaşım edib
Xəbər lenti

Bölgələrdə karantin rejiminə necə əməl olunur? - Tələbləri pozan şəxslər aşkarlanıb
19:47 03.04.2020

Nəqliyyatda sıxlıq müşahidə olunur - Karantin rejimi qaydaları pozulur
19:45 03.04.2020

"Evdə qal, sağlam qal" - Avropa boks federasiyasının rəsmiləri müraciət etdi
19:28 03.04.2020

Olimpiya kəndi xəstəxana olacaq - Tokio koronavirusla mübarizəni gücləndirir
19:12 03.04.2020

Kredit borcuna görə güzəşt ediləcəkmi? - İşçi qrup bununla bağlı proqram hazırlayır
18:59 03.04.2020

Karantin rejimində icazənin alınması - İcazəalma qaydaları açıqlandı
18:45 03.04.2020

Daha 298 vətəndaşımız bakıya gətirildi - Onlar karantinə yerləşdirilib
18:26 03.04.2020

Koronavirusla mübarizə tədbirləri gücləndirilir - Şamaxıya təcili yardım maşınları və reanimobil gətirildi
18:18 03.04.2020

Prezident İlham Əliyev Sərəncam imzalayıb
18:03 03.04.2020

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
17:58 03.04.2020

“Barış Pınarı” bölgəsində daha bir əməliyyat - Türkiyə ordusu 10 terrorçunu zərərsizləşdirdi
17:43 03.04.2020

BMT narahatdır - “Koronavirus kütləvi aclıqla nəticələnə bilər”
17:25 03.04.2020

ÜST avropadakı vəziyyəti açıqladı - Ölənlərin 95 faizi 60 yaşdan yuxarı olan şəxslərdir
17:12 03.04.2020

Borca görə su kəsilməyəcək - 5 kubmetr kredit götürülə bilər
16:52 03.04.2020

Tovuzda dezinfeksiya işləri davam etdirilir - Koronavirusa qarşı tədbirlər gücləndirilib
16:39 03.04.2020

Yaşlı insanlara yardım edildi - Qaradağda koronavirus əleyhinə tədbirlər artirilib
16:26 03.04.2020

Şamaxıda koronavirus pandemiyasına qarşı tədbirlər - Ərzaq, meyvə-tərəvəz satışına nəzarət gücləndirilib
16:15 03.04.2020

Koronavirusla mübarizə tədbirləri - Suraxanıda maarifləndirmə işi aparılır
16:02 03.04.2020

Məkkə və Mədinədə komendant saatı tətbiq olundu - İnsanlara ciddi xəbərdarlıq edildi
15:17 03.04.2020

Daha 43 nəfər koronavirusa yoluxdu - Ölkəmizdə virusa yoluxanlarin ümumi sayi 443 olub
14:56 03.04.2020

Sərhəddə düşmən təxribatı - Erməni silahlı qüvvələri qazaxın kəndini atəşə tutdu
14:34 03.04.2020

Bölgələrdə xüsusi karantin rejimi - Ağdamda nəzarət gücləndirilib
14:28 03.04.2020

Rusiya Azərbaycana 50 min test təhvil verdi
14:12 03.04.2020

Gürcüstanda vəziyyət sürətlə pisləşir - Gün ərzində 18 nəfər koronavirusa yoluxub
13:59 03.04.2020

Belçikada virus qurbanlarını sayı durmadan artır - Son sutka ərzində 132 nəfər həyatını itirib
13:45 03.04.2020

Kimlər fasiləsiz fəaliyyət göstərəcək? - Operativ qərargahın qərarı
13:12 03.04.2020

Ronaldo tarixə düşəcək - Portuqaliyalı 1 milyard qazanan ilk futbolçu olacaq
12:57 03.04.2020

İki həftəlik karantin bitdi - "Şalke" məşqlərə başladı
12:39 03.04.2020

UEFA assosiasiyalara məktub ünvaladı - "Çempionatı ləğv etmək əsassızdır"
12:28 03.04.2020

Nazirlər kabinetinin qərarı - Kimlər xidməti vəsiqə və ya arayışla hərəkət edə biləcək?
12:13 03.04.2020

Zəncəfil və sarımsağa tələbat artıb - VİDEO
12:12 03.04.2020

İtaliyada bir gündə 760 nəfər virusdan öldü - Ölənlərin ümumi sayı 14 minə yaxındır
11:56 03.04.2020

ONLAYN İMTAHAN TƏŞKİL OLUNACAQ
11:46 03.04.2020

ABŞ-da daha 1169 insan dünyasını dəyişib - Virus qurbanlarının sayı 6 mini ötüb
11:34 03.04.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb - 148 nəfər virusa yoluxub
11:28 03.04.2020

ÜST-dən açıqlama - İlk üç yerdə ABŞ, İtaliya və İspaniyadır
11:22 03.04.2020

ÜST-ün koronavirusla bağlı açıqlaması - Ötən gün dünyada 5 min insan koronavirusun qurbanı olub
11:19 03.04.2020

Karantin rejimini pozan 10 nəfər həbs edildi - 3581 nəfər cərimə olundu
11:03 03.04.2020

Uğurlu Aprel döyüşlərindən 4 il ötür - Ordumuzun şanlı qələbəsi - VİDEO
11:01 03.04.2020

PAYTAXTDA HAVA YAĞMURSUZ OLACAQ
10:35 03.04.2020

Çin Azərbaycana 5 min test hədiyyə edib - Yenilənib - VİDEO
10:10 03.04.2020

Bölgələrdə qabaqlayıcı tədbirlər davam edir - Mütəmadi olaraq dezinfeksiya işləri aparılır
21:03 02.04.2020

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
20:30 02.04.2020

Struktur islahatları - Milli Məclisin işi müasir standartlara uyğun təşkil edilir
20:28 02.04.2020

İspaniya yoluxma və ölüm sayına görə italiyaya çatır - Virusdan qəribə ölüm halları müşahidə edilib
20:15 02.04.2020

“Virtual məktəb” layihəsinə start verildi - Məsafədən tədris imkanları genişləndirilir
19:58 02.04.2020

Koronavirusa görə maliyyə yardımı - Proqramlarda nələr əksini tapıb?
19:48 02.04.2020

Çinin şəhərində bir ilk - İt və pişik ətindən istifadəyə qadağa qoyuldu
19:38 02.04.2020

Hər gün işlətdiyimiz əşyalar - Onları necə təmizləyək?
19:31 02.04.2020

Binəqədi rayonunda dezinfeksiya işi gücləndirilib - Maarifləndirmə işləri də davam edir
19:03 02.04.2020

Aprel qələbəsinin 4-cü ili - XİN bəyanat yaydı
18:59 02.04.2020

Kəlbəcərsiz 27 il - XİN rayonun işğalı ilə bağlı bəyanat yaydı
18:48 02.04.2020

SOCAR prezidenti Neft Daşlarında olub
18:47 02.04.2020

Göygöldə yanğın baş verib - Ev sahibi ağır yanıq xəsarətləri aldı
18:39 02.04.2020

50 min şərnişin daşınıb - “Avtobus çatışmazlığı yoxdur”
18:26 02.04.2020

Fövqəladə vəziyyət elan oluna bilər - Spirt, maska problemi yaxın günlərdə həllini tapacaq
18:15 02.04.2020

Yalan məlumat verənlər cəzalandırılır - Vətəndaşların hərəkəti elektron cihazlarla tənzimlənəcək
18:03 02.04.2020

Zərif ABŞ-ın iddialarını rədd etdi - “İran müharibəyə başlamır”
17:52 02.04.2020

ABŞ kütləvi ölüm hallarına hazırlaşır - Pentaqon cəsədlər üçün 100 min torba göndərəcək
17:39 02.04.2020

Ukraynada virusa yoluxanların sayı surətlə artır - Daha çox yoluxma Kiyevdə qeydə alınıb
17:28 02.04.2020

Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
17:19 02.04.2020

Qərbi Afrika ölkəsi Nigeriyada vəba epidemiyası yayılır
17:03 02.04.2020

Cənubi Koreyada koronaviru pandemiyasının qurbanlarının syaı artıb
16:52 02.04.2020

Rusiyada son sutka ərzində koronavirusa daha 771 yoluxma halı qeydə alınıb
16:40 02.04.2020

Gürcüstanda yeni növ koronavirusa yoluxanların sayı 130 nəfərə çatıb
16:23 02.04.2020

İsmayıllıda yanmış kişi meyiti tapılıb - Onun qətlə yetirildiyi ehtimal olunur
16:13 02.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 663-ə çatıb
16:12 02.04.2020

Gəncədə qacqınlar ücün olan qəsəbədə dezinfeksiya işləri aparılıb
16:02 02.04.2020

UEFA qərar verdi - Avropa çempionatı ləğv olundu
15:56 02.04.2020

Yeni reytinq cədvəli açıqlandı - Teymur Rəcəbov mövqeyini qorudu
15:45 02.04.2020

Sərhədi keçənlər iki dəfə test olunub - Təbib idarələrə müraciət edib
14:52 02.04.2020

Polisə müraciət edən şəxslər - İlkin yoxlamadan keçib gigiyenik normalara əməl edəndən sonra inzibati binaya buraxılır
14:41 02.04.2020

Binəqədidə aptekə dərman adı ilə girib telefonu qaçırıb - Oğurladığı telefonu 35 manata satıb
14:21 02.04.2020

Aptekə dərman adı ilə girib telefonu qaçırıb - Oğurladığı telefonu 35 manata satıb
14:03 02.04.2020

Birinci vitse-prezidenti Mehriban Əliyeva şəxsi “Instagram” səhifəsində Aprel döyüşləri ilə bağlı paylaşım edib
14:03 02.04.2020

Lənkəranda 3 avtomobil toqquşub - Bir nəfər həyatını itirib
13:52 02.04.2020

“Abşeron” yarımstansiyası yenidən qurulur - İşlər ilin sonundək başa çatdırılacaq
13:41 02.04.2020

"Uimbldon-2020" təxirə salındı - Turnirin gələn il keçirilməsi planlaşdırılır
13:21 02.04.2020

Kəlbəcərsiz 27 il - Bu gün rayonun ermənilər tərəfindən işğal edildiyi gündür
13:06 02.04.2020

Cocuqmərcanlı - böyük qayıdışın əsası - 4 ildir bayrağımız “Lələ Təpə”də dalğalanır
12:59 02.04.2020

Bütün xəbərlər