Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“Lənətlənmiş qocalıq gəlir” - Baş tutmamış çevriliş: Bağırov-Beriya

“Lənətlənmiş qocalıq gəlir” - Baş tutmamış çevriliş: Bağırov-Beriya
   2778 dəfə oxunub

ATVxəbər.az tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun məhkəməsinə işıq tutan araşdırmasını dərc edir. Bu tədqiqatın hər kəs üçün maraqlı olacağını düşünürük.

 (Yazının əvvəli üçün link:http://atvxeber.az/?b=news&cat=interesting&id=173-axmaq-qadin-danisan-beriyadir-baybakova-qalos-mesleheti)

Daha ətraflı:http://atvxeber.az/?b=news&cat=interesting&id=173-axmaq-qadin-danisan-beriyadir-baybakova-qalos-mesleheti
Atvxeber.az saytında yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi vacibidir.Ancaq bu əks-zərbələr heç bir nəticə vermədi. İş burasındadır ki, Beriya tərəfinin zərbəsi daha tutarlı oldu, belə ki, 20 noyabrdakı birinci istintaqda xüsusi vacib məsələlər üzrə böyük müstəntiq, podpolkovnik Mixail Rumin Ettingeri ölkə rəhbərlərini, ən başlıcası isə Aleksandr Şerbakovu “səhv müalicə” etməkdə ittiham etdi. Ettinger isə deyirdi ki, ağır xəstə Şerbakovu Vinoqradov müalicə edirdi, o, ancaq konsultant idKomissiyanın təhqiqatı zamanı aydın oldu ki, 1950-ci il dekabrın axırında Abakumov əmr veribmiş ki (yəqin anlayıb ki, bu ittiham əsassızdır-A.M.), “səhv müalicə” işi Enqelqartla qurtarsın və bu işə xitam verilsin. Lakin dindirmələrin birindən sonra Yakov Ettinger vəfat edir.Rumin Abakumovu o səbəbə görə ittiham etdi ki, niyə o, Şerbakovun səhv müalicəsi barədə ittihamı “siyirməyə qoyub” və Ettingeri daxili həbsxanadan “məhbus” üçün həddindən artıq sərt rejimə malik Lefortovoya, ən soyuq və nəm kameraya göndərib. Bu da onda stenokardiyaya, sonra isə ölümə gətirib çıxartmışdı. “Həkimlərin işi” isə məhz bundan sonra meydana gəldi (“Həkimlərin işi” ilə əlaqədar SİTA-nın rəsmi məlumatı 13 yanvar 1953-cü ildə dərc olunacaqdı-A.M.). Komissiya müəyyən etdi ki, həbs olunan yəhudi millətçi həkim Ettinger boynuna alıb ki, Şerbakovu müalicə eləyərkən onun haqqında terrorçu fikri olub və hər cür tədbir qurub ki, onun ömrünü qısaltsın. Rumini Kremlə çağırdılar və Stalinlə söhbətdən sonra o, təhlükəsizlik nazirinin müavini oldu. Ancaq bu əks-zərbələr heç bir nəticə vermədi. İş burasındadır ki, Beriya tərəfinin zərbəsi daha tutarlı oldu, belə ki, 20 noyabrdakı birinci istintaqda xüsusi vacib məsələlər üzrə böyük müstəntiq, podpolkovnik Mixail Rumin Ettingeri ölkə rəhbərlərini, ən başlıcası isə Aleksandr Şerbakovu “səhv müalicə” etməkdə ittiham etdi. Ettinger isə deyirdi ki, ağır xəstə Şerbakovu Vinoqradov müalicə edirdi, o, ancaq konsultant idi.

 Ancaq bu əks-zərbələr heç bir nəticə vermədi. İş burasındadır ki, Beriya tərəfinin zərbəsi daha tutarlı oldu, belə ki, 20 noyabrdakı birinci istintaqda xüsusi vacib məsələlər üzrə böyük müstəntiq, podpolkovnik Mixail Rumin Ettingeri ölkə rəhbərlərini, ən başlıcası isə Aleksandr Şerbakovu “səhv müalicə” etməkdə ittiham etdi. Ettinger isə deyirdi ki, ağır xəstə Şerbakovu Vinoqradov müalicə edirdi, o, ancaq konsultant idi.   

Komissiyanın təhqiqatı zamanı aydın oldu ki, 1950-ci il dekabrın axırında Abakumov əmr veribmiş ki (yəqin anlayıb ki, bu ittiham əsassızdır-A.M.), “səhv müalicə” işi Enqelqartla qurtarsın və bu işə xitam verilsin. Lakin dindirmələrin birindən sonra Yakov Ettinger vəfat edir.

    Rumin Abakumovu o səbəbə görə ittiham etdi ki, niyə o, Şerbakovun səhv müalicəsi barədə ittihamı “siyirməyə qoyub” və Ettingeri daxili həbsxanadan “məhbus” üçün həddindən artıq sərt rejimə malik Lefortovoya, ən soyuq və nəm kameraya göndərib. Bu da onda stenokardiyaya, sonra isə ölümə gətirib çıxartmışdı. “Həkimlərin işi” isə məhz bundan sonra meydana gəldi (“Həkimlərin işi” ilə əlaqədar SİTA-nın rəsmi məlumatı 13 yanvar 1953-cü ildə dərc olunacaqdı-A.M.). Komissiya müəyyən etdi ki, həbs olunan yəhudi millətçi həkim Ettinger boynuna alıb ki, Şerbakovu müalicə eləyərkən onun haqqında terrorçu fikri olub və hər cür tədbir qurub ki, onun ömrünü qısaltsın.

    Rumini Kremlə çağırdılar və Stalinlə söhbətdən sonra o, təhlükəsizlik nazirinin müavini oldu.

Yazıçı Kirill Anatolyeviç Stolyarovun fikrinə görə,  Abakumovu Jdanov irəli çəkmişdi, Siyasi büronun üzvlərini sıxışdırırdı və çalışırdı ki, onu nazir vəzifəsinə qoysun.      Malenkovun adamları Abakumovu çıxardılar və öz adamlarını - partiya məmuru Semyon Davıdoviç İqnatyevi onun yerinə qoydular, Beriya isə Sergey Qoqlidzeni onun birinci müavini etdi...”

    Həqiqətən də Malenkov DT naziri vəzifəsinə MK-nın şöbə müdiri S.D.İqnatyevi irəli çəkməyə müvəffəq oldu.

   1951-ci il 4 iyunda Abakumovu işdən uzaqlaşdırdılar, 12 iyulda prokurorluğa çağırdılar və “xüsusi həbsxanaya göndərdilər”.

    Abakumovun Kolpaçnı döngəsi, ev nömrə 11-də yerləşən 16 otaqlı mənzilində  axtarış getdi. Bu mənzil öz  mebel qarniturları, soyuducuları, radioqəbulediciləri (və hamısı da çoxlu miqdarda!) ilə əməliyyatçıları sarsıtmışdı.

    Ona qarşı  Cinayət məcəlləsinin 58-49-cu maddələri ilə iş açdılar (“Hərbi qulluqçular tərəfindən törədilmiş vətənə xəyanət”).

    Artıq Abakumovun da həbsindən sonra Stalinin ən istəklisi Beriya hesab olunurdu, artıq  o, Abakumovun başladığı meqrel millətçiliyi işinin təhqiqat komissiyasına başçılıq edrdi.

    1951-ci il 6 noyabrda araşdırmanın qızğın vaxtında Beriya Oktyabr inqilabının 34-cü ildönümü ilə əlaqədar Moskvada keçirilən iclasda məruzə edərkən, çıxışının bir hissəsində   Abakumovu vətənə xəyanətdə ittiham edirdi. Beriyanın mövqelərini laxlatmaq üçün Abakumovun cəhdləri uğursuz oldu, o, artıq meydanda tək qalmışdı, ona görə də müvəffəqiyyət qazana bilmədi. Gürcüstandakı araşdırmalarda Vlasikin təxribatçılıq rolu haqqında Beriya məlumatlı idi. Abakumova bu işdə kömək etmiş Vlasiklə isə Beriya çox asanlıqla haqq-hesabı çürütdü.

    Vlasik xatırlayır: “Beriya bunu mənə heç vaxt bağışlaya bilmirdı. Bu isə onu mənə qarşı çevirmişdi və o, məni Stalinin yanında gözdən salmaq üçün məqam axtarırdı”.

    “1951-ci ilin may ayında, -Vlasik xatırlayır, - mənə bəyan etdilər ki, mühafizə idarəsində işlər qaydasında deyil. Stalin  təklif etdi ki, komissiya təşkil edilsin və mənim başçılıq etdiyim mühafizə idarəsinin işi Malenkovun sədrliyi ilə yoxlanılsın, o da təklif etdi ki, komissiyanın tərkibinə Beriyanı salsınlar. Elə  birinci iclasdan görünürdü ki, komissiyaya Malenkov yox, Beriya rəhbərlik edir”.     

      Vlasikin sözlərinə görə, bağ evinin təminatı üçün xərclərin miqdarı süni şəkildə artırılmışdı. “Ağıla gəlməyən məbləğ əmələ gəlmişdi, onu da Stalinə təqdim etdilər, nə mənə, nə də mənim müavinimə imkan vermədilər ki, onu izah edək və hesablamanın yanlış olduğunu bildirək”.

       Komissiyanın üzvü general V.S.Ryasnoyun sözlərinə görə, N.İ.Vlasik öz xidməti vəzifəsini biabırçı şəkildə yerinə yetirirdi və komissiyanın işi ilə tanış olanda Stalin hiddətə gəlmişdi. Ryasnoyun xatırladığı kimi, “Stalin özü bütün kağızlara baxaraq:- “Bu nədir, mən bu qədər yemişəm, paltar dağıtmışam? –Stalin deyinirdi. - Mən bir botinkanı neçə ildir geyirəm! Burada Vlasikdə bir siyənəyin qiyməti min rubl göstərilir”. Ryasnoyun sözlərinə görə, Stalin onun stoluna qoyulan bir siyənəyin kağızda adi siyənəkdən min dəfə baha göstərildiyini biləndə dəhşətə gəlmişdi. - “Bu necə siyənəkdir ki! - İosif Vissarionoviç hiddətləndi. - Qoy Vlasik otursun və fikirləşsin ki, bizim dövlətdə mallar hansı qiymətədır”.

       Beləliklə, 1952-ci il aprelin 29-da mühafizə xidmətinin veteranı Vlasik vəzifədən uzaqlaşdırıldı, dekabrın 16-da isə həbs olundu.

     Xidməti vəzifədən sui-istifadədə Stalinin daimi köməkçisi Poskrebışev də təqsirli bilindi, o da vəzfəsindən uzaqlaşdırıldı.

     XIX partiya qurultayında (oktyabr 1952-ci il) əsas məruzə ilə Malenkov çıxış etdi. Bu o demək idi ki, onu Stalinin rəsmi varisi kimi qəbul etmək lazım idi. Malenkovun mövqeləri bərkimişdı, bu vaxtlar Kremlin sənədlərinə qol çəkməyi Stalin ona həvalə etmişdi. Malenkovu irəli çəkərkən Beriya ölkə rəhbərləyində öz mövqelərini də bərkitdi.

    Jdanovun digər kadrı və Leninqrad qruplaşmasının liderlərindən biri Voznesenski və onun əhatəsilə Beriya çox asanca hesablaşdı. Dövlət Plan Komitəsinin kadrlar şöbəsinin müdiri Y.Y.Andreyev məxfi sənədlərin itməsilə əlaqədar ərizə ilə müraciət edir. Onda Beriya və Malenkov sənədlərin itməsinin günahını gələcəkdə hökumət başçılığına iddialı ola biləcək Voznesenskinin üzərinə qoydular və bu barədə Stalinə məlumat verdilər. Beləliklə də onlar SSRİ Dövlət Plan Komitəsində işləyən Voznesenskinin karyerasına beləcə son qoydular. Jdanovun irəli çəkdiyi adamlardan onlar ancaq Kuznetsovun qohumu Aleksey Nikolayeviç Kosıginə yazıqları gəldi. Əslində      ona Beriya özü kömək etdi. Məsələ burasındaydı ki, Kosıginin qızı Cermen Qvişianiyə ərə gedirdi; Mixail Maksimoviç Qvişiani Beriyanın şəxsi mühafizə xidmətinin müdiri, köhnə çekist idi  (Bu köməyə görə Kosıgin Beriyanın həbsindən sonra Qvişianinin özünə kömək etdi və onu Beriyanın bütün ətrafının üzləşdiyi aqibətdən xilas etdi-A.M.).      

    Beləliklə, güc mərkəzlərini öz əlində cəmləyən Beriya, Stalinin həyatının son illərində faktiki olaraq ölkədə ikinci şəxsə çevrilmişdi. Həyatının son illərində Stalin bərk xəstə idi. O, tez-tez ayaqlarından şikayət edirdi. Vaxtaşırı onun başı bərk fırlanırdı. V.Turkov söyləyirdi ki, yıxılmaması üçün onu izləyirdilər. Oksigen çatışmamazlığı ona bərk əziyyət verirdi. İ.Orlovun dediyinə görə, sıx ağaclıqda seyrəklik aparırdılar, bu ondan ötrü idi ki, hava sərbəst dövr etsin. Buraya insult və iflicin daimi yol yoldaşı olan hipertoniyanı da əlavə etmək lazımdır. Son illər o, özü dəfələrlə deyirdi: “Lənətlənmiş qocalıq gəlir”.

     Stalin öz sağlamlığına zalım kimi yanaşırdı. Çörəyini ayrı-ayrı vaxtlarda yeyirdi. Bu, saat 15, 17, 19, 20 və hətta 22 ola bilərdi. Müalicəni həkimlərdə keçməyi xoşlamırdı, patolojı şübhəli Stalin həkimlərə inanmırdı.

      Ölümündən bir az qabaq bir qrup ziyançı, terrorçu həkimlər barəsində SİTA-nın xəbəri dərc olunmuşdu. Onların məqsədləri bir idi: ziyanlı müalicə ilə çalışırdılar ki, Sovet İttifaqının fəal xadimlərinin həyatını qısa etsinlər. “Əclaf casus və qatillərin” qurbanları arasında partiyanın görkəmli rəhbərləri A.A.Jdanov, A.S.Şerbakov və həmçinin ölkənin hərbi rəhbərliyində çalışan bir sıra şəxslərin adları çəkilirdi. 

      Terrorçu qrupun sıralarında görkəmli tibb işçilərinin, professorlardan Vovsi M.S., Vinoqradov V.N., Koqan B.B., Yeqorov P.İ., Feldman A.İ., Ettinger Y.Q., Qrişteyn A.M., həkim Mayorov Q.İ. və başqalarını göstərirdilər...

      Məlumat verilirdi ki, qrupun əksər iştirakçılarının “beynəlxalq yəhudi burjua-millətçi qurumu olan, Amerikanın agenturası tərəfindən təşkil olunan “Coynt” təşkilatı  ilə əlaqələri vardır”.     

 

“Əclaflar, atamı məhv etdiniz!” və rəhbərin son günü

 

 

  Böyük “iş” hazırlanırdı və onun təşkilatçıları tələsmirdilər. Prosesi şəxsən Stalin fikirləşmişdi və bir neçə məqsəd güdürdü. Böyük “iş” ölkədə 30-cu illərin nümunəsinə oxşar kütləvi repressiyaların başlanğıcı olmalı idi. Güman etməyə bütün əsaslar var ki, Stalin “qatil-həkimlər” işinin toz dumanında  bəzi siyasi fiqurları aradan götürmək istəyirdi. Qocalan və daha da şübhələnən Stalin yeni düşmənlərinin siyahısına Molotovu və Mikoyanı əlavə etmişdi.

    MK-nın 16 oktyabr 1952-ci il tarixli plenumunda o, Molotovun ünvanına kəskin sözlər söylədi, Mikoyanı isə “partiya qarşısında” sadaqətsizlikdə ittiham etdi. Stalinin xasiyyəti bilindiyinə görə güman etmək o qədər də çətin deyil ki, onları hansı tale gözləyirdi.

    Yəhudi Antifaşist Komitəsi (YAK) ləğv olunur, onun üzvləri (sədri görkəmli artist  Solomon Mixoels idi –A.M.) casusluqda və antisovet millətçilik fəaliyyətində ittiham olunaraq həbs edilirlər. Əslində, məqsəd “YAK işini” “həkimlərin cinayətilə” bağlamaqdan ibarət idi. Birləşdirici rolu isə S.M.Mixoelsin əmisi oğlu, professor M.S.Vovsi oynayacaqdı. Guya Mixoels ABŞ-dan “Coynt” təşkilatı üçün gələn direktivləri YAK-ın üzvü olan həkimdən alırdı.

     İri miqyaslı antisemit prosesinə - yəhudilərin Şimalın ucqar rayonlarına və Uzaq Şərqə sürgününə və kütləvi repressiyalarına hazırlıq gedirdi. 1952-ci ildə YAK üzvlərinin bir qrupu güllələndi. Ancaq hadisələrin gedişatı Stalinin ölümü ilə dəyişdi.

    1953-cü ilin 28 fevralında Stalinin Kuntsovodakı bağ evində ənənəvi ziyafətin iştirakçıları Beriya, Malenkov, Xruşşov və Bulqanin martın 1-i səhərə qədər rəhbərlə bərabər oldular. Səhərə yaxın onları mühafizə xidmətinin əməkdaşı, polkovnik Xrustalev yola salır. Həmin gün Stalinin yanında mühafizə xidmətinin əməkdaşlarından M.Starostin, V.Tukov, bağ evinın komendantının köməkçisi P.Lozqaçev, xidmət personalından M.Butusova olur... P.Lozqaçev xatırlayırdı: “28 fevralda axşam qonaqlara ancaq üzüm şirəsi verilirdi. Qaldı ki meyvə, onlar həmişə stolun üstündə olurdu... Martın 1-i səhər saat dörddə tək qalan Stalin  bizi çağırdı və dedi: “Mən yatıram, sizi daha çağırmayacağam. Siz də yatın”. Əvvəllər Stalin belə göstərişlər verməzdi. 1 martda biz hamımız - hər kəs öz sahəsində işi ilə məşğul olurdu. Günorta vaxtı mühafizəçilər Stalinin kabinetində və otaqlarda bir hərəkət hiss eləmədilər. Bu bizi  diqqət yetirməyə vadar etdi, ancaq təxminən saat 18.30-da kabinetdə və ümumi zalda işıq yandı. Bizdən kimisə çağıracaqlarını düşünərək hamı rahatlıqla köksünü ötürdü. Ancaq nə 19, nə 20 və nə də saat 22-də heç bir çağırış olmadı. Mühafizə dəstəsini həyəcan bürüyürdü, ona görə ki Stalinin iş rejimi pozulurdu, baxmayaraq ki, istirahət günü idi. Adətən istirahət günündə rejim dəyişmirdi.

    Saat 22.30-da mühafizə xidməti xoşagəlməz şeylər haqqında şübhələnməyə başladı. Starostin böyük əməkdaş olduğu halda Stalinə tərəf məni göndərirdi. Mən isə deyirdim ki, sən böyüksən, sən birinci getməlisən. Beləliklə, biz mübahisə aparırdıq, bir-birimizə deyirdik və hər birimiz çağırış olmadan Stalinin yanına getməyə qorxurduq.

    Nəhayət, poçt gəldi. Bu, imkan verirdi ki, Stalinin otağına daxil olaq. Mən məktubları götürdüm və inamlı addımlarla məruzə etməyə getdim.  Otağın birisini keçdim, o birisini, ancaq Stalin heç yerdə görünmürdü. Nəhayət, mən kiçik yemək otağına daxil olanda dəhşətli mənzərə gördüm. Dönüb qurudum qaldım, əllərim-ayaqlarım sözümə baxmırdı. Stalin dirsəyini xalçaya söykəyərək stolun yanında uzanmışdı. O, hələ şüurunu itirməmişdı, lakin danışa bilmirdi, nitqini tamam itirmişdi. Görünür, o,  mənim addımlarımı eşidibmiş və yavaşca qaldırılmış əlilə elə bil ki məni özünə sarı çağırdı. Mən cəld onun yanına qaçdım və soruşdum: “Sizə nə olub, yoldaş Stalin?”

      Cavab əvəzinə aydın olmayan “dz” səsinə oxşar bir şey tələffüz etdi. Döşəmənin üstündə  birinci Moskva zavodunun istehsalı olan cib saatı və “Pravda” qəzeti vardı. Stolun üstündə isə bir mineral suyun şüşəsi və stəkan.

      Domofon ilə mən təcili Starostini, Tukovu və Butusovanı çağırdım. Onlar o dəqiqə qaça-qaça gəldilər və onlardan kimsə soruşdu: “Yoldaş Stalin, sizi kuşetkaya uzadaq?”

      Cavab əvəzinə o, başı ilə razılığını bildirdi. Birgə səylə onu yemək otağındakı kuşetkaya uzatdıq. O dəqiqə DTN-ə İqnatyevə zəng etdik, ancaq o, məsləhət gördü ki, Beriyaya zəng edək. Xəstəni böyük zala aparmağa ehtiyac var idi. Biz hamımız bunu birgə etdik, Stalini enli divana uzatdıq və üstünü pledlə örtdük. Görünürdü ki, Stalin üşüyür, yəqin ki o, axşam saat yeddi-səkkizdən mətbəxdə köməksiz qalmışdı... Mən onun yanında növbəçiliyə durdum”.

     M.Starostin xatırlayır: “Mən o dəqiqə Malenkova zəng etdim və Stalinlə bağlı bədbəxt hadisəni danışdım. Təxminən yarım saat keçəndən sonra Malenkov zəng etdi və dedi: “Beriyanı mən tapa bilmədim. Onu özünüz axtarın”. Daha yarım saat keçdi. Beriya zəng etdi və dedi: “Stalinin xəstəliyi barəsində heç kimə deməyin və zəng etməyin”.

       P.Lozqaçev davam edir: “Xəstə Stalinin yorğan-döşəyinin yanında tək oturmuşam. Qəlbimdə ağıla sığmayan ağırlıq var. Əlacsızlıq, ruhi əzab və sıxıntı içindəyəm. Starostin qaçır, hay salır: Lozqaçev, müdiriyyətə zəng et... Stalinin xəstəliyi ilə bağlı daha kimə zəng etməliyəm, kimə lazımdırsa, bilirlər. Mənim üçün bu gecə ağır və yorucu idi. Səhərəcən mənim başım ağardı... Mən Stalinin yanında tək qalmaqdayam. Gecə saat 2-ni keçmişdi, ancaq xəstəyə heç yerdən kömək yoxdu. Martın 2-də gecə saat 3-də bağ evinə bir maşın yaxınlaşdı. Mən sevindim. Düşünürəm: nəhayət, həkimlər gəldi, mən xəstə Stalini onlara verə bilərəm. Səhv eləmişdim. Məlum oldu ki, gələnlər Beriya və Malenkovdur. Beriya başını dik tutaraq zala mənim yanıma keçdi. Malenkovun botinkaları cırıldayırdı. O, ayaqqabıları çıxartdı, qoltuğunun altında saxlayaraq, corabla içəri girdi. Silahdaşlar xəstənin yanında dayandılar, bir müddət sakit durdular. Stalin bu vaxt bərk xoruldadı. Beriya mənə müraciət edərək dedi: “Sən nə üçün şayiə yaradırsan. Görürsənmi, yoldaş Stalin bərk yatır. Səs-küy qaldırma, bizi də, yoldaş Stalini də narahat etmə”.

   Mən sübut etməyə çalışırdım ki, yoldaş Stalin bərk xəstədir, ona təcili həkim yardımı lazımdır. Ancaq silahdaşlar məni eşitmək istəmədilər və fövrən zaldan çıxdılar.  Beriya Starostinin üstünə qışqırdı və danladı. Onun sözlərindən ancaq bu ifadəni deyə bilərəm: “Kim sizin kimi  axmaqları yoldaş Stalinə təhkim etdi...”  Bununla da Beriya və Malenkov getdilər.

   Səhər saat  4-ü, 5-i, 6-nı, 7-ni vurdu. Stalinə hələ də həkim köməyi yox idi. Bütün bunlar hamısı xəyanətə oxşamağa başladı.         

   7.30-da Xruşşov gəldi və dedi ki, bir azdan Kreml xəstəxanasının həkimləri gələcək”.            

    V.Tukov xatırlayır: “Mən Molotova zəng etdim və Stalinlə bağlı hadisəni danışdım. Molotov dedi: “Siyasi büro üzvlərinə zəng edin və Stalinin xəstəliyi barədə deyin. Mən indi gəlirəm”.

    Lozqaçev davam edir: “Saat doqquzun yarısı ilə doqquz arasında həkımlər gəldi, onların arasında  P.Y.Lukomcki da var idi. Həkimlər böyük həyəcan keçirirdilər, onların əlləri əsirdi. Elə həyəcan keçirirdilər ki, hətta xəstənin köynəyini belə çıxara bilmədilər. Köynəyi qayçı ilə kəsməli oldular. Həkimlər xəstəni müayinə etdilər və diaqnoz qoydular: beyninə qan sızıb. Onlar müalicə prosedurlarına başladılar - iynə, kamfora, zəlilər, oksigen üfürmək. Cərrahi əməliyyatdan söhbət getmirdi. Hansı cərrah belə bir məsuliyyəti üzərinə götürə bilərdi? Beriya həkimlərə qorxulu sualla müraciət edirdi: “Siz yoldaş Stalinin həyatına zəmanət verirsiniz?”

   Atasının xəstəliyi barədə Vasili Stalinə ikinci gün xəbər verdilər. O, topoqrafik xəritələrlə gəlmişdi, elə bilirdi ki atası onu aviasiya rəisi kimi imtahana tutacaq. Svetlana da xəstə atasının yanına çağırıldı.”

    V.Tukovun xatirələrindən: “Vasili Stalin bağ evinə sərxoş halda gəldi və astanada qışqırdı: “Əclaflar, atamı məhv etdiniz!” Kimsə ona hirsləndi, Voroşilov isə onu dilə tutdu: “Biz yoldaş Stalinin həyatını xilas etmək üçün bütün tədbirləri görürük”.

    Stalinin xəstəliyi barədə bütün ölkə bilirdi. Bağ evinə həkimlərin konüllü zəngləri tez-tez olurdu, xahiş edirdilər ki, onları Stalinin yanına buraxsınlar, inandırırdılar ki, onu müalicə edə biləcəklər. Başqa ölkələrdən də zəng edirdilər. Biri heç əl çəkmirdi. Axırda telefona Beriya gəldi. O, həkimdən soruşdu: “Sən kimsən? Təxribatçısan, ya quldursan?” Zəng edən başa düşdü ki, o, kiminlə danışır və dəstəyi qoydu.

  Martın 2-si, 3-ü, 4-ü keçdi, Stalinin vəziyyəti ağırlaşırdı. Bir dəfə o, gözlərini açmağa cəhd göstərdi, dodaqlarını tərpətdi. Ancaq heç nə başa düşmək olmurdu. Hansısa demokratik respublikadan bir xilaskarla danışıqlar aparılırdı, ancaq o gəlmədi. 5 martda nəbz düşməyə başladı. Beriya xəstənin yanına gəldi: “Yoldaş Stalin, Siyasi büronun bütün üzvləri buradadır. Onlara bir söz deyin”. Voroşilov onun qolundan tutub dedi: “Qoy ona xidmətçilərdən biri yaxınlaşsın, onu tez tanıyar”. İ.Xrustalev yaxınlaşdı. Stalin axırıncı dəqiqələrini yaşayırdı. Həkimlər güclü bir iynə vurdular. Stalinin bədəni səksəndi. On dəqiqə keçdi, o, dərin nəfəs aldı və öldü”.

(Ardı var...)

BUNU DA OXU

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
Xəbər lenti

Kim Çen Indan “Ağ ev”ə məktub - Şimali Koreya lideri Trampı ölkəsinə dəvət edir
23:48 16.09.2019

“The Cars” qrupun lideri Rik Okasek dünyasını dəyişib
23:29 16.09.2019

İranlı generaldan Vaşinqtona xəbərdarlıq - “ABŞ-ın hərbi bazaları atəşə tutulacaq”
23:10 16.09.2019

Brüsseldə İsfar Sarabski və Rain Sultanovun konserti olub - FOTOLAR
22:50 16.09.2019

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb - FOTOLAR
22:29 16.09.2019

Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub
22:10 16.09.2019

İran qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri saxlayıb
21:49 16.09.2019

Musiqili Teatrın rəhbəri daha bir beynəlxalq tədbirə dəvət alıb
21:28 16.09.2019

Tələbələrə vəsiqələr təqdim olundu - Bakı Ali Neft Məktəbində prezident təqaüdçülərinin sayı 150-yə çatıb
21:11 16.09.2019

Sabah 31 dərəcə isti olacaq
20:52 16.09.2019

Özbəkistan Türk Şurasına üzv oldu - Türk Şurasının 7-ci zirvə toplantısı Bakıda baş tutacaq
20:33 16.09.2019

Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - FOTOLAR
20:10 16.09.2019

12 ölkədən olan alimlər Şamaxıda - Beynəlxalq konfrans keçirilir
19:48 16.09.2019

Müalicə olunan uşaqlar üçün “Bilik günü” - Uşaqlar sosial həyata adaptasiya olunur
19:34 16.09.2019

Çoxmənzilli binaların dam örtüyü yenilənir - Xəzər rayonunda quruculuq işlərinə start verilib
19:15 16.09.2019

Abbas Müsəvi: İran və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulmayıb
18:56 16.09.2019

Qobustan qoruğunda “Açıq qapı” günü təşkil olunacaq
18:37 16.09.2019

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
18:20 16.09.2019

Azərbaycanlı model Moskvada 40 kiloqramlıq geyimdə - FOTOLAR
18:05 16.09.2019

Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
17:47 16.09.2019

Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
17:28 16.09.2019

Marneulidə yeni məktəb istifadəyə verildi - Qardabanidə isə ilk dəfə uşaq bağçası tikilib
17:11 16.09.2019

Təhsilin maddi-texniki bazası gücləndirilir - Qubada yeni məktəb binası istifadəyə verilib - FOTOLAR
16:56 16.09.2019

ATV-də "Bizimləsən"-ə start verildi - ÖZƏL - FOTOLAR
16:36 16.09.2019

İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16:18 16.09.2019

Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb - FOTOLAR
15:57 16.09.2019

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - FOTOLAR
15:38 16.09.2019

Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub
15:19 16.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verildi
15:09 16.09.2019

Kukla Teatrı yeni mövsümü açıq elan edib
15:00 16.09.2019

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”
14:39 16.09.2019

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
14:20 16.09.2019

Dünya birjalarında neft bahalaşıb - 19 faizə qədər artım qeydə alınıb
14:05 16.09.2019

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək
13:45 16.09.2019

Kukla Teatrı rusdilli tamaşaçılarını unutmayıb
13:24 16.09.2019

Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
13:24 16.09.2019

“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
13:03 16.09.2019

Hindistanda səyahət gəmisi batıb - 11 nəfər həyatını itirib
12:44 16.09.2019

Bakıda dünya çempionatı başlayır - Yarış Tokio olimpiadasına lisenziya verir
12:25 16.09.2019

İranda qadınlar da stadionlara buraxılacaq - Hökumət problemin həllini tapdi
12:04 16.09.2019

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
11:43 16.09.2019

Ordumuzun genişmiqyaslı təlimləri başladı - Təlimlərə 10 min hərbçi və müxtəlif silahlar cəlb edilib
11:24 16.09.2019

“Qızıl balıq” - mövsümün ilk tamaşası...
11:04 16.09.2019

Qobustanda dəhşətli yol qəzası - Minik maşını körpüdən aşdı
10:44 16.09.2019

Türkiyə-Suriya sərhədində güclü partlayış olub - 12 nəfər həyatını itirib
10:25 16.09.2019

Bu gün ilk dərs günüdür - 164 min 234 şagird 1-ci sinfə qədəm qoydu
10:16 16.09.2019

Cənubi Koreyada təcili yardım dronları istifadəyə veriləcək
10:09 16.09.2019

Самого опытного российского космонавта исключили из отряда
09:54 16.09.2019

Yada düşər xatirələr - Mirzə Babayev - "Pəncərəmə qondu çiçək" - VİDEO
09:35 16.09.2019

Növbəti metrostansiya gələn il təhvil veriləcək - Stansiya sayının 76-ya çatdırılması planlaşdırılır - VİDEO
22:53 14.09.2019

Yeni təhsil ocağı istifadəyə verildi - Nazir açılış mərasimində iştirak edib
22:33 14.09.2019

Yada düşər xatirələr. 1969-cu il - Elmira Rəhimova və Yaşar Səfərov - "Səadət" - VİDEO
22:11 14.09.2019

Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
21:52 14.09.2019

Ağstafada iki nəfəri cərəyan vurdu - Biri həyatını itirib, biri xəsarət alıb
21:30 14.09.2019

Məzar daşları eyni olacaq - Qəbiristanlıqlarla bağlı yeni tələblər açıqlandı
21:09 14.09.2019

“Multikulturalizmə giriş” dərsliyi təqdim edildi - Yeni dərslik ali məktəblərdə əsas fənn kimi tədris olunacaq
20:46 14.09.2019

Şirvanda faciəli hadisə - 71 yaşlı kişi kanalizasiya quyusuna düşdü
20:25 14.09.2019

Agentlikdən daşıyıcılara xəbərdarlıq - Avtobus sayı sərnişin axınına uyğun tənzimlənməlidir
20:04 14.09.2019

Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb
19:42 14.09.2019

Yük avtomobillərinə məhdudiyyət qoyulacaq - Sürücülərə xəbərdarlıq edildi
19:25 14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb
19:09 14.09.2019

Dəniz kənarı tullantılardan təmizləndi - İDEA növbəti təmizlik aksiyası keçirib
18:54 14.09.2019

Qazaxda torpaq uçqunu olub - Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
18:32 14.09.2019

İtaliyada Azərbaycan xalçalarının sərgisi keçirilir - FOTOLAR
18:15 14.09.2019

“Bürokratik maneələr götürülüb” - Xidmət rəisi viza tələbinin ləğvindən danışdı
18:00 14.09.2019

Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
17:41 14.09.2019

Səkkiz ayda 60 mindən çox şəxs işlə təmin edilib - İşlə təmin olunanların əksəriyyəti gənclərdir
17:22 14.09.2019

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə çempionatı keçirildi
17:00 14.09.2019

Unudulmaz hitlər. 1992-ci il. - "Ace of Base" - "Happy Nation"
16:40 14.09.2019

Sabah 29 dərəcə isti olacaq
16:19 14.09.2019

Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
16:03 14.09.2019

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
15:56 14.09.2019

Səudiyyə Ərəbistanında iki neft emalı zavodu yanıb
15:34 14.09.2019

Qışa tədarük - Pomidorların öz suyunda konservləşdirilməsi - VİDEO
15:13 14.09.2019

Yük və minik maşını toqquşdu - Sürücülər xəsarət aldı
14:58 14.09.2019

BMT Baş katibinin Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb
14:36 14.09.2019

Uşaqlar üçün müxtəlif fiqurlu peçenye resepti - VİDEO
14:14 14.09.2019

Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb
13:53 14.09.2019

Strateji əməkdaşlığa daha bir töhvə - Azərbaycanla Gürcüstan arasında sənəd imzalandı
13:32 14.09.2019

Yüksək bal toplayan tələbələrlə görüş oldu - Binəqədidə yeni tədris ilinə həsr olunmuş konfrans keçirildi
13:13 14.09.2019

Bütün xəbərlər