Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Sabunçuda doğulub Tokioda edam edilən casus - FOTOLAR

Sabunçuda doğulub Tokioda edam edilən casus - FOTOLAR
   1167 dəfə oxunub

Bakıda sovet dövrü heykəllərindən biri də Rixard Zorgenin şərəfinə S.Vurğun küçəsindəki bağda ucaldılmış abidədir. R.Zorgenin fəaliyyəti Bakıda heykəlləri olan 20-30-cu illərin kommunist rəhbərlərinin fəaliyyətindən fərqlənsə də onun haqqında əhali arasında məlumatın olmaması müəyyən narahatlıq doğurur. Hər gün bu abidənin önündən keçən yüzlərlə insanı təbii olaraq bir sual maraqlandırır. Bakının mərkəzində abidəsi ucaldılmış bu şəxs kimdir? Vətəndaşlar arasında məlumatsızlığı nəzərə alaraq R.Zorge haqqında qısa məlumatı oxucuların diqqətinə çatdırmağı lazım bilirik.

Rixard Zorge 1895-ci ilin 4 oktyabrında Bakının Sabunçu kəndində anadan olub. Onun atası milliyyətcə alman olan Adolf Zorge 1885-ci ildə Bakıya gələrək neft texniki vəzifəsində çalışıb. Rixard Zorgenin atası Adolf Zorge Karl Marks və Fridrix Engelsin silahdaşı olan Fridrix Zorgenin qardaşı oğlu idi. Onun anasının milliyyətcə rus olması da gələcək fəaliyyətində müəyyən rol oynayıb.

R.Zorge 13 yaşında, yəni 1898-ci ildə ailəsi ilə birlikdə Almaniyaya qayıdıb. O, 1914-cü ildə alman ordusuna çağrılıb və həmin vaxtdan 1918-ci ilə kimi bu ordunun tərkibində vuruşub. 1916-cı ildə Birinci Dünya müharibəsi cəbhələrinin birində yaralanaraq arxa cəbhəyə göndərilib. Hospitalda müalicə olunarkən isə sol sosialistlərlə tanış olaraq onların təsiri altına düşüb.

R.Zorge 1917-1919-cu illərdə Müstəqil Sosial-Demokrat, 1919-cu ildən etibarən Alman Kommunist Partiyasının üzvü olub. O, 1919-cu ildə Hamburq Universitetini bitirərək bir müddət pedaqogika və jurnalistika sahəsində də fəaliyyət göstərib.

R.Zorge Birinci Dünya müharibəsindən çıxmaq üçün "hər bir ölkənin proletariatının silahı öz burjaziyasına qarşı çevirməlidir" və yaxud "imperialist müharibəsini vətəndaş müharibəsinə çevirmək" haqqında rus bolşeviklərinin fikirlərini müdafiə edib. O, 1918-ci ilin martında Brestdə imzalanmış alman-rus müqaviləsini dəstəkləyib və bu müqavilə ilə Rusiyanın müharibədən çıxmasını yüksək qiymətləndirib.

R.Zorgenin dünyagörüşünün formalaşmasında Birinci Cahan müharibəsi dövründə aktual olmuş sol radikal ideyalar mühüm rol oynayıb. O, kommunist ideologiyasının bu dövr üçün geniş yayılmış, lakin reallığı əks etdirməyən "bütün inkişaf etmiş kapitalist ölkələrində eyni zamanda və tezliklə sosialist inqilablarının qələbə çalacağına" ürəkdən inanıb.

1920-1923-cü illərdə Almaniyanın Axen, Vuppertal və Remşeyd şəhərlərində kommunist ideologiyasının təbliğinə rəhbərlik edən Zorge həm də Zolingen şəhərində partiya qəzetinin redaktoru olub. Almaniyada 20-ci illərin əvvəllərində daxili vəziyyət dəyişdiyindən və nasional-sosializmin getdikcə daha da güclənməsindən narahatçılıq hissi keçirən R.Zorge SSRİ-yə gələrək müxtəlif sovet idarələrində çalışıb. Bu illər ərzində beynəlxalq münasibətlərə dair bir sıra əsərlər yazıb. 1925-ci ildə R.Zorge Sovet İttifaqı Kommunist Bolşeviklər Partiyasının üzvü seçilib. 1930-1940-cı illərdə isə R.Zorge SSRİ-nin xeyrinə Almaniya və Yaponiyada casusluq edərək həmin ölkələr haqqındakı məlumatları Moskvaya göndərməklə məşğul olub.

Burada casus sözünün işlədilməsi ilə bəzi oxucular razılaşmaya da bilərlər. Çünki onların yaşamış olduqları sovet dövründə digər ölkələrin xeyrinə kəşfiyyat məlumatları toplayanlar cəsus, SSRİ-nin xeyrinə başqa ölkələrdə eyni işi görənlər isə kəşfiyyatçı adlandırılırdı. Yəni, həmin dövrdə eyni işi görən şəxslərin bir qisminə cəsus kimi nifrət bəslənilir, başqaları ilə isə kəşfiyyatçı kimi fəxr edilirdi. Fikrimizcə, hazırda bu cür düşüncə tərzinin aradan qalxmasına ciddi ehtiyac var.

SSRİ-nin ABŞ-da, Almaniyada, Yaponiyada, Türkiyədə və digər ölkələrdə fəaliyyət göstərmiş cəsus şəbəkəsinin üzvləri ilə fəxr edilməsinə son qoyulmağın vaxtı artıq çoxdan çatıb. Lakin bu deyilənlər heç də R.Zorgenin bəşəriyyəti fəlakət qarşısında qoymuş faşist Almaniyası əleyhinə gördüyü müsbət işlərin üstünə heç vəclə kölgə sala bilməz. Ancaq bir həqiqəti də yaddan çıxarmaq lazım deyil ki, R.Zorge bəşəriyyət üçün faşizm qədər təhlükəli olan kommunist ideologiyasına xidmət edib və həmin ideologiyanın fəal təbliğatçılarından biri olub.

1930-1940-cı illərdə sovet-alman münasibətləri mürəkkəb olduğundan R.Zorgenin fəaliyyətinin bəzi sahələri indiyə qədər qaranlıq olaraq qalmaqdadır. Bu barədə elmi ədəbiyyatda məlumat yoxdur. Onun haqqında M.V.Kolesnikova və M.S.Kolesnikovun 1977-ci ildə nəşr olunan "Rixard Zorge", eləcə də F.D.Volkovun 1978-ci ildə rus dilində işıq üzü görən "Rixar Zorgenin igidliyi" kitablarından da məlumat almaq mümkün deyil. Bundan başqa, ADR tarixçisi Yulius Maderin "Doktor Zorge Tokiodan xəbər verir" adlı monoqrafiyası, ona həsr olunmuş povest, hekayələrdə və onun haqqında çəkilmiş bədii filimdə də R.Zorgenin 1930-1940-cı illər fəaliyyəti haqqında məlumat yoxdur. Bəzilərin bunu R.Zorgenin gizli fəaliyyəti ilə əlaqələndirə bilərlər. Amma, yaddan çıxarmaq lazım deyil ki, onun Yaponiyadakı fəaliyyəti də gizli olub. Lakin nəşr olunmuş kitablarda R.Zorgenin fəaliyyətinin 1941-ci ilin iyunun 22-dən sonrakı dövr haqqında dolğun məlumatlar verilib. Bəs, nəyə görə R.Zorgenin 22 iyun 1941-ci il tarixinə qədər, yəni, faşist Almaniyasının SSRİ üzərinə qəfil hücumuna qədərki fəaliyyəti haqqında indiyənə qədər obyektiv məlumatlar əldə etmək mümkün olmayıb? Fikrimizcə, bunun əsas səbəbi 1930-1940-cı illərdə SSRİ ilə Almaniya arasında olmuş münasibətlərin sovet tarixşünaslığında obyektiv işıqlandırılmamasıdır.

İkinci Dünya müharibəsinin başlanmasına təkan verən hadisələr, SSRİ ilə faşist Almaniyası arasında 22 iyun 1941-ci il tarixinə qədər mövcud olmuş münasibətlər və sair məsələlər sovet tarixşünaslığında birtərəfli işıqlandırılıb. Məhz bu səbəbdən R.Zorge kimi şəxslərin o dövrdəki fəaliyyəti haqqında dolğun məlumatlar əldə etmək mümkün deyil. Müharibənin başlanmasında irqçi faşist rejimi ilə yanaşı, totalitar kommunist rejiminin oynadığı mənfi rol haqqında mövcud faktları təhrif edən sovet tarixçiləri, faciənin səbəbkarı kimi yalnız faşist Almaniyasını günahlandırıb. Onlar həmçinin qərb ölkələrini faşist təhlükəsini aradan qaldırmaq sahəsində SSRİ-nin təşəbbüslərinə qoşulmadıqlarına, onunla həmrəy olmadıqlarına görə təqsirləndiriblər. Hücum etməmək haqqında 10 il müddətinə 23 avqust 1939-cu ildə imzalanmış sovet-alman müqaviləsini isə onlar Sovet hökumətinin xarici siyasətdə atdığı müdrik addımı kimi qiymətləndiriblər. Lakin, hazırda faktlar bunun əksini sübut edir. 1985-ci ilin avqustunda AFR-in Ştutqart şəhərində keçirilmiş tarix elmlərinin XVI Beynəlxalq Konqresində SSRİ dünya əleyhinə faşist Almaniyası ilə sövdələşməkdə ittiham olunub.

İkinci Cahan müharibəsi tarixinin obyektiv tədqiqi üçün başqa məsələlərlə yanaşı, "Hücum etməmək haqqında" (23 avqust 1939-cu il) və "Dostluq və sərhədlər haqqında" (28 sentyabr 1939-cu il) sovet-alman müqavilələrinə xüsusi diqqət vermək lazımdır. Birinci müqavilənin gizli protokoluna görə, o zaman Polşanın bölüşdürülməsi, SSRİ-nin Baltikyanı əraziləri və Bessarabiyanı işğal etməsi barədə razılıq əldə olunub. Bu faktlara əsasən demək olar ki, SSRİ, faşist Almaniyasının 1 sentyabr 1939-cu il tarixdə Polşaya qarşı hücumuna və İkinci Dünya müharibəsinin başlanmasına şərait yaradıb və bu dövrdə ona ən yaxın dövlət olub.

"Dostluq və sərhədlər haqqında" (28 sentyabr 1939 - cu il) müqavilə imzalandıqdan sonra SSRİ-də dost ölkə olan faşist Almaniyası əleyhinə təbliğat qadağan olunub. Antifaşist təbliğatı ilə məşğul olanlar isə təqib və təzyiqlərə məruz qalıb. Tarixi faktlar təsdiq edir ki, SSRİ 17 sentyabr 1939-cu il tarixdə müharibədə bitərəf kimi çıxış etsə də, 2 gün sonra özünü faşist Almaniyasının müttəfiqi elan edib. 19 sentyabrda elan olunmuş sovet-alman bəyanatında hər iki dövlətin qoşunları qarşısında "Polşa dövlətinin məğlubiyyəti ilə pozulmuş qayda-qanunu və sakitliyi bərpa etmək" vəzifəsi qoyulub. SSRİ Ali Sovetinin 31 oktyabr 1939-cu il tarixli sessiyasındakı çıxışında Molotov deyib: "Polşaya əvvəl alman, sonra isə sovet ordusu tərəfindən zərbələr vurulmuşdur ki, Versal müqaviləsinin bu əcayib yetirməsindən bir şey qalmasın... Hitler ideologiyasını... qəbul etmək və ya inkar etmək olar... Lakin hər bir adam başa düşər ki, ideologiyanı güc işlətməklə məhv etmək olmaz... Buna görə də "demokratiya" uğrunda mübarizənin saxta bayrağı altında gizlənərək "hitlerizmi məhv etmək" uğrunda müharibə aparmaq nəinki ağılsızlıqdır, həmçinin cinayətdir."

SSRİ xalq deputatlarının 2-ci qurultayında komissiya sədri A.N.Yakovlevin "Hücum etməmək haqqında 1939-cu il sovet-alman müqaviləsinə hüquqi və siyasi qiymət verilməsi haqqında" çıxışında müqavilə haqqında yeni faktlar da üzə çıxarılıb.

SSRİ Elmlər Akademiyasının ABŞ və Kanada institutu 1939-1941-ci illərdə SSRİ-nin xarici siyasətinə həsr etdiyi "Dəyirmi masa"nın "Bu necə olmuşdur?" başlıqla çap edilmiş materialları, sovet tarixşünaslığında tədqiq olunmamış məsələlər barədə yeni faktların üzə çıxmasına kömək edib. Bundan başqa, alman səfiri F.V.Şulenburqun 1939-cu ilə aid arxiv sənədlərinin çap olunması, D.Nəcəfovun, O.A.Rjevskinin, O.Qorçakovun İosif Stalinlə Adolf Hitlerin 1939-cu ilin oktyabrında Lvov şəhərində gizli görüşləri barədə məqalələri, R.Medvedyevin 1939-1941-ci illərdə Stalinin diplomatik və hərbi səhvləri haqqında məqaləsi, D.A.Volkoqonovun sovet-alman gizli razılaşmaları haqqında məqaləsi, A.Finkonun Almaniyanın Rusiyanı İkinci Dünya müharibəsindən əvvəl işğal etməsi haqqında məqaləsi, Q.M.İvaniskinin 1939-1941-ci illərdə sovet-alman ticarət-iqtisadi əlaqələri haqqında məqaləsi, eləcə də V.M.Molotovun 1940-cı ilin noyabrında Berlində apardığı danışıqlar haqqında sənədlərə əsaslanan məqalələri bizə bu müharibə haqqında Sovet tarixşünaslığında əksini tapmayan məlumatlar verir. Bundan başqa, yeni məqalələrdə SSRİ-yə mühacirət etmiş 4 minə yaxın alman kommunistinin, o cümlədən 242 rəhbər alman kommunistinin məhv edilməsi və sairlər haqqında faktlar da mövcuddur.

Buradan haqlı olaraq belə bir sual ortaya çıxır. Necə olub ki, özünü kommunist hesab edən R.Zorge 1933-cü ildən sonra SSRİ-yə mühacirət etmiş alman kommunistlərinin məhv edilməsinə göz yumub? Almaniyada hakimiyyətə keçmiş nasional-sosialistlərin əleyhdarı olmuş R.Zorge, nəyə görə 1939-cu ilin avqustun 23-dən 1941-ci ilin iyunun 22-nə kimi faşist Almaniyası ilə SSRİ-nin dostluq əlaqələrinə normal yanaşıb? Onun bu məsələlər haqqında necə düşünməsi haqqında elmi ədəbiyyatda heç bir məlumat olmasa da, müəyyən mülahizələr irəli sürmək mümkündür.

R.Zorge sovet casus şəbəkəsində fəaliyyətə başladıqdan sonra SSRİ-nin məqsədlərinin həyata keçirilməsinə xidmət edib. Hətta onun ürəyində hansı məsələ barəsində fərqli münasibəti olsaydı belə, bunu açıqlamağa o zamankı rejim imkan verməzdi. Çünki əks təqdirdə onu da SSRİ-yə mühacirət etmiş alman kommunistlərinin aqibəti gözləyə bilərdi.

R.Zorge bir kəşfiyyatçı kimi çox böyük istedada malik olub. O, 1939-cu il sovet-alman müqavilələrinə inanan SSRİ rəhbərliyinə 1941-ci ilin yayında SSRİ sərhədlərinə toplanan alman diviziyalarının sayı, onların hücumunun vaxtı və hərbi əməliyyatların sxemi barədə dəqiq məlumatlar verib. Lakin Stalin bu məlumatlara inanmayaraq, bunu sovet-alman dostluğuna xələl gətirmək üçün düşmənlərin uydurduğu dezinformasiya hesab edib.

Faşist Almaniyası SSRİ üzərinə hücuma keçdiyi dövrdə Uzaq Şərqdə militarist Yaponiyanın da hücum təhlükəsi var idi. Yaponiya Uzaq Şərqdə iddia etdiyi əraziləri işğal etmək üçün məqam gözləyirdi. Buna görə də Sovet qoşunlarının bir hissəsi bu təhlükəyə qarşı Uzaq Şərqdə mövqe tutmuşdu. Belə bir dövrdə Yaponiyadan kəşfiyyat məlumatları əldə etmək üçün R.Zorge həmin ölkəyə göndərilib. O, burada müxtəlif ad altında jurnalist kimi fəaliyyət göstərib.

1941-ci ilin oktyabrında Yapon polisi R.Zorgeni həbsə alıb və uzun müddət onun ingilis casusu olduğu zənn edilib. Lakin sonradan onun SSRİ-yə işləməsi aşkarlanıb və buna görə o, 1943-cü ilin sentyabrında ölümə məhkum olunub. Bir ildən sonra isə R.Zorge edam olunub. Ölümündən 20 il sonra, yəni 1964-cü il noyabrın 5-də isə ona Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Məhərrəm Zülfüqarlı





BUNU DA OXU

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
“Çelsi”nin transfer qadağası ləğv edildi
Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
Xəbər lenti

Ailə həyatı qurmağa hazırlaşan gənclərə ətrafdakılar niyə dəstək olmadı? - “Bizimləsən”də - VİDEO
14:33 07.12.2019

Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb
14:09 07.12.2019

Yada düşər xatirələr. 2005-ci il. - Abbas Bağırov - "Məhəbbətin qüdrəti" - VİDEO
13:44 07.12.2019

Kosmonavtlar da unudulmadı - Onlara yeni il hədiyyəsi aparıldı
13:20 07.12.2019

Kirayə mənzillər necə satılacaq? - Qaydalar açıqlandı - VİDEO
12:53 07.12.2019

Avstraliyada meşə yanğınları - Dörd nəfər ölüb, 30 nəfərdən çox xəsarət alan var
12:30 07.12.2019

Qaz sayğacları ilə bağlı qanunsuz pul yığılır - “Azəriqaz”dan abonentlərə xəbərdarlıq - VİDEO
12:11 07.12.2019

Avtomobillərin toqquşması ölümlə nəticələndi - Qəbələdə - FOTOLAR
11:51 07.12.2019

Qırğızıstanın sabiq Baş nazirlərinə hökm oxunub - FOTOLAR
11:32 07.12.2019

Vətəndaşların problemlərinin həlli diqqət mərkəzindədir - VİDEO
11:11 07.12.2019

“Danışan məktub” filmi yeni versiyada - Görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün hazırlanıb - VİDEO
10:49 07.12.2019

Taliban 10 polis əməkdaşını qətlə yetirdi - Əfqanıstanda şiddətli atışma
10:25 07.12.2019

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı
10:06 07.12.2019

Xaçmazda ağır avtoqəza - Sürücü və sərnişin dünyasını dəyişdi
09:45 07.12.2019

“KOB DOSTU”nun sayı artır - Lənkəran və Cəlilabadda da fəaliyyətə başladı
20:49 06.12.2019

Braziliyanın BMT-yə 415 milyon dollar borcu var - Ölkə səsvermə hüququndan məhrum edilə bilər
20:25 06.12.2019

TRASEKA hökumətlərarası komissiyasının 14-cü iclası - Bakı Bəyannaməsi qəbul edildi - FOTOLAR
20:00 06.12.2019

Rusiya pomidor idxalına qadağa qoyur - Qadağa Azərbaycana təsir edə bilərmi?
19:33 06.12.2019

“Putinlə təkbətək görüşdən qaç” - Poroşenkodan Zelenskiyə məsləhət
19:10 06.12.2019

Tramp iddiaları təkzib etdi - “ABŞ Yaxın Şərqə əlavə qüvvə göndərməyəcək”
18:45 06.12.2019

Ağacəkmə aksiyası bölgələri də əhatə edib - Tovuz və Qaxda 30 min ağac əkilib
18:28 06.12.2019

Həlak olan neftçilərin xatirəsi anıldı - SOCAR-ın əməkdaşları 100 min ağac əkdi
18:10 06.12.2019

Daha bir müəssisə bağlandı - Küçədən yığılan butulkalardan istifadə edilirmiş
17:44 06.12.2019

“YAP seçkidə yaxından iştirak edəcək” - Əli Əhmədov parlamentin buraxılmasından danışdı
17:21 06.12.2019

“Soyuq əllər, isti ürək” yarmarkasında maraqlı anlar - VİDEO
17:00 06.12.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Şirvanda seminar-müşavirə keçirilib
16:45 06.12.2019

Aqrar sığortanın tətbiqi - Yeni sistem hansı istiqamətləri əhatə edəcək?
16:25 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR
16:22 06.12.2019

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar - FOTOLAR
16:13 06.12.2019

Xalq yazıçısı Anarla görüş keçirilib - BSU-da “Qələmin əfsunu” adlı tədbir təşkil olunub
16:07 06.12.2019

Ağacəkmə aksiyası - ATV- də nəcib təşəbbüsə qoşuldu - FOTOLAR
16:06 06.12.2019

“Çelsi”nin transfer qadağası ləğv edildi
15:45 06.12.2019

Nəbi Xəzrinin 95 illiyinə həsr olunmuş tədbir keçirilib
15:25 06.12.2019

Şənbə günü hava necə olacaq?
15:06 06.12.2019

Hansı şirkətlər kibertəhlükə ilə üz-üzə qalıb? - Bəzi müəssisələrin informasiya təhlükəsizliyi büdcəsi yoxdur - VİDEO
14:45 06.12.2019

ABŞ İran hakimiyyətini mindən çox etirazçının qətlində ittiham edib
14:23 06.12.2019

Bank kartlarını təhlükədən necə qoruyaq? - VİDEO
14:00 06.12.2019

Bərdədə pendir sexinin fəaliyyəti dayandırıldı - Məhsullar anti-sanitar şəraitdə hazırlanıb
13:41 06.12.2019

Xarici İşlər nazirləri gələn il görüşəcək - Həmsədr ölkələrin nümayəndə rəhbərləri bəyanat yaydı
13:20 06.12.2019

Bu gün 650 min ağac əkiləcək - Kampaniya bütün bölgələri əhatə edəcək - VİDEO
13:00 06.12.2019

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
12:38 06.12.2019

Şamaxıda "ASAN Həyat" kompleksi istifadəyə verilib - Prezident İlham Əliyev açılışda iştirak edib - FOTOLAR
12:17 06.12.2019

266 min manat krediti qaytarmadı - 808 min manatlıq əmlakına həbs qoyuldu
11:55 06.12.2019

Anası tərəfindən atılmış Turanənin acı taleyi - VİDEO
11:40 06.12.2019

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşüb - FOTOLAR
11:19 06.12.2019

Heydər Əliyev Fondu Rusiyada mükafata layiq görülüb
10:59 06.12.2019

Fransada gərginlik - 100-dən çox etirazçı saxlanılıb
10:18 06.12.2019

Polşa və Pribaltikanı NATO qoruyacaq - Yeni plan qəbul edildi
09:56 06.12.2019

Tarixdə bu gün - 6 Dekabr - Zəki Mürən, ilk telefon xətti, dünyanın ən iri həcmli ensiklopediyası, insulin...
09:35 06.12.2019

“Belarusla Rusiyanın birləşməsi mümkün deyil” - Lukaşenko ittifaqla bağlı qəti qərarını açıqladı
21:45 05.12.2019

“Azərbaycan ərazilərinin işğalı davam edir” - Çavuşoğludan ATƏT-in iclasında Qarabağ açıqlaması
21:38 05.12.2019

ABŞ silahla dolu İran gəmisini saxladı - Raket hissələri Husi üsyançılarına göndərilibmiş
21:22 05.12.2019

Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında - Sərəncam
21:00 05.12.2019

Serj Sarkisyana qarşı cinayət işi açıldı - O, dövlət büdcəsini mənimsəməkdə ittiham olunur
20:50 05.12.2019

Qəbul imtahanlarının vaxtı müzakirə olunur - Gözlənilən yarışlara uyğun dəqiqləşmə aparılacaq
20:25 05.12.2019

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında - Sərəncam
19:49 05.12.2019

Şəhriyarla ailə həyatı qurmağa gələn qız niyə fikirini dəyişdi? - "Bizimləsən"də - VİDEO
19:30 05.12.2019

"Müasir Azərbaycan diplomatiyasının 100 illiyi” - Ərəb dilində kitab çap olunub
18:42 05.12.2019

Əqli mülkiyyət hüquqlarının müdafiəsi - Bakıda seminar keçirilir
18:36 05.12.2019

Bakı şəhərinin Xəzər rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında - Sərəncam
18:20 05.12.2019

On ölkədə "Azərbaycan Evi" fəaliyyətə başlayacaq - Diasporla İş üzrə Dövlət Komitəsi hesabat verdi
18:18 05.12.2019

Nəsiminin 650 illiyi qeyd olunur - Elmi-praktiki konfrans keçirilib
18:11 05.12.2019

Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
18:00 05.12.2019

Əlibaba Məmmədovun 90 illiyinin qeyd edilməsi haqqında - Sərəncam
17:30 05.12.2019

“Müzakirələr kifayət qədər çətin keçdi” - Məmmədyarov erməni həmkarı ilə görüşdən danışdı
17:28 05.12.2019

Bibiheybət yolu nə vaxt təmir ediləcək? - Agentlik əlaqədar qurumlardan hesabat gözləyir
17:10 05.12.2019

İcbari tibbi sığorta haqqı necə hesablanacaq? - Dövlət Agentliyindən açıqlama
16:30 05.12.2019

Magistraturaya qəbul qaydası dəyişə bilər - İmtahanın birmərhələli keçirilməsi təklif olunub
15:39 05.12.2019

Məişət əşyaları oğurlayan şəxs tutuldu - Quba sakini həmkəndlisinin evini qarət edib
12:49 05.12.2019

Kürdəmirdə “FORD” yük maşınına çırpılıb - Ölən və xəsarət alanlar var - FOTOLAR
09:50 05.12.2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb
09:35 05.12.2019

Tarixdə bu gün - 5 Dekabr - “Bermud üçbucağı”, Könüllülər günü, Uolt Disney...
09:19 05.12.2019

Sabah hava necə olacaq?
14:55 04.12.2019

Slovakiyada Qarabağ müzakirəsi - Azərbaycan münaqişənin həllinə dair mövqeyini təqdim edib
13:39 04.12.2019

Elmi-tədqiqat işləri artıb
13:21 04.12.2019

II Xəzər innovasiya konfransı keçirilib - Konfrans “Əşyaların interneti” mövzusuna həsr edilib
13:02 04.12.2019

Qatar minik avtomobili ilə toqquşdu - Saatlıda
12:43 04.12.2019

Konstitusiya Məhkəməsi plenumunun iclası - Prezidentin Milli Məclisin buraxılması ilə bağlı sorğusuna baxılır
12:22 04.12.2019

Bakıda məktəb binası uçmaq təhlükəsi ilə üzləşib - Şagirdlər başqa məktəbə köçürüldü
12:00 04.12.2019

Salyanda qəza: piyada öldü - Sürücü hadisə yerindən qaçdı
11:41 04.12.2019

Bütün xəbərlər