Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Oğlunun Bağırova yazdığı inanılmaz məktub

Oğlunun Bağırova yazdığı inanılmaz məktub
1668 dəfə oxunub

Cahangir Mir Cəfər oğlu Bağırov 1919-cu il oktyabrın 6-da anadan olub. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına göndərilmiş, 1938-ci ildə Yeysk şəhərindəki hərbi dəniz-təyyarəçilik məktəbini bitirmişdi. Müharibə başlayanda Cahangir leytenant idi, sorağı Serpuxov ətrafındakı ağır döyüşlərdən gəlirdi. 

Gənc azərbaycanlı şahin partiya sıralarına keçirilmişdi. 1943-cü ilin əvvəllərində Cahangir Bağırov düşmənlə hava döyüşündə sol qolundan yaralansa da, təyyarəsini ustalıqla yerə endirdi, təslim olmadı. Yaralı şahini digər əsgərlərlə birlikdə Bakıdakı hərbi xəstəxanaya gətirdilər... Həmin ilin fevral ayının 4-də Cahangirin atasına yazdığı məktub 40 ildən sonra mətbuat səhifələrinə düşdü: 

“Əziz ata! 2 ay yarımdır ki, mən öz yerimdə sayır, indi bu qədər qiymətli olan çörəyi yeyirəm. Vətənimizin təhlükədə olduğu, minlərcə gəncin döyüş bölgəsində nə canını, nə qanını əsirgədiyi bir vaxtda müşahidəçi mövqeyindəyəm. Halbuki mən ən şiddətli döyüş yerlərində olmalıyam. Çünki sənin oğlunam, Vətənimin oğluyam, Partiyamızın oğluyam. Əgər sən bilsən ki, mən adamların gözlərinə baxanda necə xəcalət çəkirəm! Cavan, sağlam adam olsam da arxa cəbhədə vaxt keçirirəm... Ata, səndən xahiş edirəm ki, mənim cəbhəyə qayıtmaq məsələmin həllini sürətləndirəsən. Mənə burada bildirirlər ki, 2 ay yarım da gözləyim, yeni təyyarədə havaya qalxım... Mən isə hətta U-2 təyyarəsində uçmağa hazıram. Yalnız fəallyyətsizlik, döyüşdən qalmaq məni sıxır. Səbrsizlikiə cəbhəyə göndəriləcəyim günü gözləyirəm. Sübut edəcəyəm ki, sənin oğlun sənə və vətəninə layiqdir. Bərk-bərk öpürəm. Sənin Cahangirin”.

Beləliklə, peşəkar təyyarəçi Cahangir Bağırov yenidən ön cəbhəyə yollandı. Alayda heç kəs bilmirdi ki, komandanlığın ən müşkül görünən tapşırığını dəqiq yerinə yetirən bu qaynar baxışlı şahin Azərbaycan rəhbərinin oğludur.

1943-cü il iyun ayının əvvəli idi. Cahangir Bağırovun xidmət etdiyi hissə hərbi obyektimizi bombalamağa qalxan faşist təyyarələrini məhv edirdi. Düşmən təyyarələrinin qarşısına çıxan Cahangir Bağırov hər dəfə qələbə ilə qayıdırdı. İyunun 5-də növbəti əməliyyat zamanı C.Bağırov qəfildən 11 alman təyyarəsi ilə üzbəüz gəldi. Qeyri-adi məharətlə bunlardan yeddisini vurub yerə saldı. Yanacağı tükəndiyindən ölümün gözünə dik baxaraq təyyarəsini faşist təyyarəsinə vurdu...

Cəbhə qəzetlərində dərc olunmuş materiallarda C.Bağırovun qəhrəmanlıqla şəhid olması, onun ölümündən sonra “Lenin” ordeni ilə təltif olunmağa təqdim edilməsi göstərilirdi. Azərbaycanda isə yalnız iyulun 8-də respublika qəzetlərində nekroloq dərc olundu. Oxucular ilk dəfə idi ki, M.C.Bağırovun oğlunun şəklini görürdülər. Əfsuslar ki, qara haşiyədə.

1943-cü il iyunun 6-da alman-faşist işğalçılarının cinayətlərini təhqiq və müəyyən edən fövqəladə komissiyanın sədri Nikolay Şvernik M.C.Bağırova zəng vuraraq, onun oğlunun rəşadətlə həlak olması xəbərini çatdırmış, səmimi-qəlbdən başsağlığı vermişdi. 

Ölümündən sonra “Lenin” ordeni ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı -Qızıl Ulduz medalı ilə də təltif olunacağını bildirmişdi. Bunu da əlavə etmişdi ki, komandanlığın əmri ilə igid şahinin cənazəsi öz Vətəninə - Azərbaycana göndərilir.

M.C.Bağırov cavabında demişdi:

- Nikolay Mixayioviç, başsağlığı üçün minnətdaram. Ancaq xahiş edirəm, “Lenin” ordeni ilə kifayətlənəsiniz. Bir də müharibənin sərt qanunlarına riayət etməyi rica edirəm, Vətən yolunda canından keçənlərin hamısı mənim balalarımdır, oğlumun şəhid olduğu torpaqda basdırılmasına ata kimi etiraz etmirəm.

N.M.Şvernikin bu sözləri telefon danışığını tamama yetirmişdi:

- Yoldaş Bağırov, təltif barədəki xahişinizi nəzərə almaq olar. Ancaq ikincisi... gecdir. Tabut artıq hərbi təyyarədədir və Bakıya istiqamət götürmüşdür.

Cahangir Bağırovun cənazəsinin Bakıya gətirilməsinin bilavasitə təşkilatçısı olan Həzi Aslanov M.C.Bağırova təklif etmişdi ki, mərhum Dağüstü parkda dəfn edilsin. Azərbaycan rəhbəri Azərbaycan Ordusunun sərkərdəsinə “baxarıq” cavabını vermişdi. Həmin gün sübhdən Bakının Dağüstü parkından xeyli aralıda, Yasamal qəbiristanında sinə daşında “Cahangirdən və Mir Cəfərdən yadigar” yazılmış bir məzarın yanında təzə bir qəbir qazılırdı. Cahangirin əbədiyyət beşiyini anası yırğalayacaqdı. 

Bunu, şəhid oğlun atası Mir Cəfər Bağırov məsləhət görmüşdü...

 

Araz Vəliyev

BUNU DA OXU

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Paşinyanın zəngləri
Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
Cəbhədə son vəziyyət
Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib
Xəbər lenti

Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
15:50 20.10.2020

Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
15:28 20.10.2020

Prezident İlham Əliyev: Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad edilib
15:15 20.10.2020

Paşinyanın zəngləri
11:57 20.10.2020

Azərbaycan neftinin bir barreli 42,44 dollara satılır
10:33 20.10.2020

Çempionlar Liqasında qrup mərhələsinə start verilir
10:10 20.10.2020

Cəbhədə son vəziyyət
09:49 20.10.2020

VİRUSA YOLUXANLARIN SAYI 40 MİLYON 287 MİNİ ÖTDÜ
13:13 19.10.2020

DÜŞMƏN HUMANİTAR ATƏŞKƏSİ POZUR
12:51 19.10.2020

COVID-19: Fransada bir gündə 32 427 yeni yoluxma qeydə alınıb
12:28 19.10.2020

Meza Kolli "Keşlə"yə qayıtdı
11:56 19.10.2020

DTX: Həqiqəti əks etdirməyən məlumatların yayılması ümumi işimizə əngəl törədir
11:33 19.10.2020

Hikmət Hacıyev: Humanitar atəşkəsin birinci günü Ermənistan Azərbaycanın 5 rayonuna 229 mərmi atıb
11:10 19.10.2020

Prezident İlham Əliyev: Ermənistan silahlı qüvvələri razılaşdırılmış müvəqqəti humanitar atəşkəs rejimini kobudcasına pozub
10:51 19.10.2020

Cəbhədə son vəziyyət
10:30 19.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:07 19.10.2020

Prezident İlham Əliyev: Cəbrayıl rayonunun 13 kəndi azad edilib
09:49 19.10.2020

Prezident İlham Əliyev: Bu gün Füzuli şəhəri və rayonun bir neçə kəndi işğalçılardan azad edilib
10:25 17.10.2020

FHN: İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb
10:17 17.10.2020

Hikmət Hacıyev: Gəncədə 10-dan çox mülki şəxs öldürüldü, təxminən 40 nəfər yaralandı
09:50 17.10.2020

Düşmən Gəncədə yenə dinc sakinləri hədəf aldı
09:23 17.10.2020

Ermənistan silahlı qüvvələri Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
13:37 16.10.2020

Yanvar-avqust aylarında Azərbaycan 5,6 milyard dollarlıq neft ixrac edib
12:18 16.10.2020

Adil Əliyev: Zəfər bizimdir
11:56 16.10.2020

"Azərbaycan Rusiya Federasiyasından olan hərbi müşahidəçilərin Qarabağda yerləşdirilməsi fikrini dəstəkləmir” - Hikmət Hacıyev
11:30 16.10.2020

Azərbaycan neftinin bir barreli 41,90 dollara satılır
11:09 16.10.2020

Ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunur
10:45 16.10.2020

Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır
10:22 16.10.2020

Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub
10:07 16.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram
09:44 16.10.2020

KORONAVİRUSA YOLUXANLARIN SAYI 39 MİLYONA ÇATIR
11:23 15.10.2020

TƏRTƏRƏ 130-DAN ÇOX MƏRMİ ATILIB - EVLƏRƏ CİDDİ ZİYAN DƏYİB
11:00 15.10.2020

DÜŞMƏNİN XEYLİ TEXNİKASI MƏHV EDİLİB - Oktyabrın 14-dən 15-ə keçən gecə
10:35 15.10.2020

Fransada koronavirus pandemiyasının ikinci dalğası başlayıb
10:11 15.10.2020

ZELENSKİ BU GÜN TÜRKİYƏYƏ YOLLANIR
09:49 15.10.2020

Mesut Özildən Azərbaycana dəstək
12:59 14.10.2020

Müdafiə Nazirliyi: Mülki əhalimizi və yaşayış məntəqələrimizi hədəfə alan düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək
12:35 14.10.2020

TƏRTƏR ATƏŞƏ TUTULUB - BİR NƏFƏR HƏLAK OLUB, YARALILAR VAR
12:10 14.10.2020

ERMƏNİSTANIN NÖVBƏTİ BALLİSTİK RAKET KOMPLEKSİ SIRADAN ÇIXARILIB
11:46 14.10.2020

Rusiya Müdafiə naziri azərbaycanlı və erməni həmkarlarına çağırış edib
11:33 14.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram” səhifəsində paylaşım edib
11:00 14.10.2020

Azərbaycan milli komandası Kiprə qalib gələ bilmədi
10:37 14.10.2020

EVSİZ QALAN VƏTƏNDAŞLAR KİRAYƏ EVLƏ TƏMİN EDİLİB
10:10 14.10.2020

DÜŞMƏNİN HƏRBİ HƏDƏFLƏRİ ZƏRƏRSİZLƏŞDİRİLDİ
09:47 14.10.2020

Fövqəladə Hallar naziri Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağılmış binalara baxış keçirib - Gəncədə
12:25 13.10.2020

“Böyük dəbilqə” turnirində Azərbaycanı 17 cüdoçu təmsil edəcək
12:00 13.10.2020

Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü oyununu keçirəcək
11:40 13.10.2020

ERMƏNİSTAN HUMANİTAR ATƏŞKƏS REJİMİ POZUR
11:18 13.10.2020

Düşmənin bütün cəbhəboyu fəaliyyətinin qarşısı alınıb
10:53 13.10.2020

18 yaşlı oğlan dayanacaqda 6 nəfəri güllələyib - Rusiyada
10:30 13.10.2020

Silahlı Qüvvələrə Yardım Fondunda əlavə hesablar açılıb
10:11 13.10.2020

Dünyada ilk dəfə koronavirusa təkrar yoluxmadan ölüm halı qeydə alınıb
09:49 13.10.2020

EMOMƏLİ RƏHMON PREZİDENT SEÇKİLƏRİNİN QALİBİ OLUB
11:45 12.10.2020

Milli komandamız Kiprə qarşı oyuna qara sarğı ilə çıxacaq
11:22 12.10.2020

Bağlanmış 4 bankın əmanətçilərinə 542 milyon manatdan çox kompensasiya ödənilib
11:00 12.10.2020

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat üstünlüyünü qoruyur
10:34 12.10.2020

Ceyhun Bayramov ölkəmizdəki diplomatik korpusun rəhbərləri üçün brifinq keçirib
10:12 12.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: Mən dünya birliyini baş verən bu hadisələrə laqeyd qalmamağa çağırıram
09:51 12.10.2020

Hikmət Hacıyev: Ermənistanın dövlət səviyyəsində terror siyasəti davam edir
10:48 11.10.2020

Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində dağılan evlərin dağıntıları altından 17 yaralı və 5 cəsəd çıxarılıb
10:24 11.10.2020

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub - FOTOLAR
09:59 11.10.2020

Müdafiə Nazirliyi bu xəbəri qəti şəkildə təkzib etdi
11:59 10.10.2020

HUMANİTAR MƏQSƏDLƏRLƏ ATƏŞKƏS ELAN OLUNDU
11:35 10.10.2020

DÜŞMƏNİN XEYLİ SAYDA CANLI QÜVVƏSİ VƏ HƏRBİ TEXNİKASI MƏHV EDİLİB
11:11 10.10.2020

TÜRKİYƏ MİLLİ MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA - “ERMƏNİSTAN TARİXİNƏ QARA LƏKƏ YAPIŞDIRMAQDADIR”
13:24 09.10.2020

Azərbaycanın Xarici İşlər naziri Moskvaya işgüzar səfər edəcək
13:03 09.10.2020

Müflis olmuş 4 bankın əmanətçilərinə 541,7 milyon manat kompensasiya ödənilib
12:40 09.10.2020

Ermənistan ordusunun dinc əhalini hədəfə alması nəticəsində 31 nəfər həlak olub, 164 nəfər xəsarət alıb
12:00 09.10.2020

Gürcüstanda koronavirusa yoluxanların və bu virusdan ölənlərin sayı artır
11:16 09.10.2020

Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
10:50 09.10.2020

Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici İşlər Nazirlərini Moskvaya dəvət edib
10:26 09.10.2020

Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib
10:05 09.10.2020

KOÇARYAN ERMƏNİSTANA SİLAH GƏTİZDİRİB
09:43 09.10.2020

Düşmən Ağdamın işğal altında olmayan yaşayış məntəqələrini intensiv atəşə tutub
12:21 08.10.2020

ERMƏNİLƏR YENİDƏN GƏNCƏYƏ RAKET ATDI
11:57 08.10.2020

PAŞİNYAN PUTİNƏ HƏR ZƏNGDƏ YALVARIR
11:34 08.10.2020

AGENTLİK CƏBHƏYANI ƏRAZİLƏRDƏ ƏMƏLİYYAT KEÇİRDİ
11:10 08.10.2020

“QARABAĞDAKI TOQQUŞMALAR DAYANDIRILMALIDIR” - ŞOYQUDAN ÇAĞIRIŞ
10:45 08.10.2020

Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur
10:22 08.10.2020

DÖYÜŞLƏRDƏ DÜŞMƏN XEYLİ İTKİ VERİB
10:00 08.10.2020

Bütün xəbərlər