Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

İndira gülümsədi, Beant baş nazirə üç dəfə atəş açdı, artıq gec idi...

İndira gülümsədi, Beant baş nazirə üç dəfə atəş açdı, artıq gec idi...
1013 dəfə oxunub

O, Hindistan tarixində ölkəni 15 il idarə edən yeganə qadın baş nazir olub. Ölkəsinin ərazi bütövlüyünü qoruduğuna görə sikx separatçıları tərəfindən qətlə yetirilən İndira Qandinin oğlu da anasının acı taleyini təkrarladı. Belə ki, baş nazir seçilən Raciv Qandi də fanat-qatilin qurbanı oldu. 
İndira Qandi başa düşürdü ki, onun həyatı təhlükə altındadır. Qətlinə bir gün qalmış o deyirdi: "Bu gün mən yaşayıram, sabah ola bilər həyatda olmayam… Ancaq qanımın hər damlası Hindistan xalqına məxsusdur". 1984-cü il oktyabrın 31-də Qandinin məşhur ingilis yazıçısı və aktyoru Piter Ustinlə müsahibəsi olmalı idi. O bu görüşü səbirsizliklə gözləyirdi. Qandi nə geyinəcəyi barədə çox götür-qoy edəndən sonra zəfəran rəngli paltarı seçdi. Onun fikrincə, bu rəng ekranda gözəl görünməli idi. Onu kök göstərdiyinə görə, İndira həmin gün tərəddüdlə gülləkeçirməz jiletini çıxardı. 
Beant Sinqx və Satvant Sinqx baş nazirin iqamətgahından ofisə gedən yolda gözətçi dəstəsində dayanmışdılar. Sikx-mühafizəçilərə yaxınlaşan İndira gülümsədi. Beant baş nazirə tapançadan üç dəfə atəş açdı, eyni zamanda Satvant da dayanmadan avtomatdan atəş açmağa başladı. Mühafizəçilər cavab atəşi açsalar da artıq gec idi.

Tənha uşaqlıq

1917-ci il noyabrın 19-da qədim hind şəhəri olan Allahabadda ölkədə məşhur olan vəkillər ailəsində bir qız uşağı dünyaya gəldi, adını İndira qoydular. Bir neçə gündən sonra onların evinə məşhur şairə Naydudan məktub gəldi. O, məktubda yazırdı: "Bu uşaq Hindistanın yeni ruhu olacaq". Bunu o zaman heç kim ciddi qəbul etmədi. Qarşıda qızı tənha uşaqlıq, yaşına uyğun olmayan ciddi qərarların qəbulu, qayğı və əzablar gözləyirdi.

Erkən yaşlarından İndira anlayırdı ki, Hindistan təhqir olunub və ona görə də İndiraya yaxın bütün insanlar ölkəsinin müstəqilliyi, ərazisi uğrunda mübarizə aparırdılar. Mahatma Qandinin dərslərinə əsasən onlar ingilis mallarını boykot etməyi mütləq hesab edir və bir dəfə həyətdə bütün qiymətli xarici əşyaları yandırmışdılar. Yalnız İndiranın sevimli kuklası yandırılmadı, amma bir neçə müddətdən sonra o da külə çevrildi. Həyatında ilk mənəvi problemin həlli İndiraya böyük emosional gərginlik gətirdi və o, nevroz xəstəliyinə tutuldu. İndira böyüyəndə belə kibrit yandırılmasının səsini eşidə bilmirdi. 
Uşaqlıqda o, adi uşaq oyunlarını deyil, hindlilərin müstəmləkəçilərə qarşı mübarizəsini oynayırdı. O, evdə olanları bir otağa yıxıb, qarşılarında ehtiraslı çıxışlar edirdi. 

1925-ci ildə İndiranın anasında vərəm aşkar edildi, atası onları İsveçrəyə aparmağı qərara aldı. Beləliklə, qızcığaz Avropaya düşdü. O, əvvəl Cenevrədə beynəlxalq məktəbə, sonra Montandakı başqa məktəbə getdi. Ölkələrinə qayıdandan sonra valideynləri onu pansiona verdilər. Buranı bitirdikdən sonra İndira məşhur milli Taqor universitetinə daxil oldu. 1935-ci ilin yazında o, təhsilini yarımçıq qoyaraq anası ilə bərabər Almaniyaya ağ ciyər xəstəlikləri klinikasına gedir. Bu arada atası inqilabi fəaliyyətinə görə həbsxanaya salınmışdı. Azadlığa çıxandan sonra o, həyat yoldaşının yanına gəldi, amma tezliklə qadın dünyasını dəyişdi.

Qadağan olunan evlilik

Son altı il İndira vətənindən kənarda yaşadı. Bu illər ərzində o, atası ilə Asiya, Avropa, Afrikanın bir çox ölkəsini gəzdi. Tez-tez o, atasının xarici ölkələrin hökumət və ictimai xadimlərilə görüşlərində iştirak edirdi. Oksford Universitetinin Somerfil kollecini bitirən İndira hərbi vəziyyətin gərgin olmasına baxmayaraq, ölkəsinə qayıtmağı qərara alır. Onunla bərabər gələcək həyat yoldaşı, əslən pars (oda sitayiş edənlər) icmasından olan Feroz Qandi də Hindistana qayıdırdı. Fərqli dini konfessiyaları məxsus olduqlarına görə onların arasında rəsmi nikah qeyri-mümkün idi. Ancaq bütün bunlara baxmayaraq,1942-ci ilin martında onlar evlənirlər. Bal ayını bitirməmiş İndiranın atası və Hindistan milli konqress partiyasının digər üzvləri yenidən həbs olunurlar. Gənc ər-arvad gizlincə onların işini davam etdirirlər - qadağan olunan ədəbiyyatı yayır, təbliğat işi aparır, həyatlarını təhlükəyə ataraq mitinqlərdə çıxış edirdilər. 1944-cü ilin avqustunda İndiranın oğlu Raciv Ratna dünyaya gəlir. O da gələcəkdə anasının işini davam etdirərək baş nazir olur və anası kimi fanat-qatil tərəfindən qətlə yetirilir. İki ildən sonra ikinci oğlu - Sandjay anadan olur. Siyasətlə məşğul olmaq istəyinə baxmayaraq, İndira dəqiq əmin idi ki, ananın əsas vəzifəsi övladlarına qayğı göstərməkdir. Ona görə də vətəndaş və analıq vəzifəsini bərabər şəkildə yerinə yetirməyə çalışırdı. 
1947-ci ildə Hindistanın müstəqilliyi elan olunduqdan sonra İndira məcburi köçkünlərlə iş üzrə gənclər təşkilatı yaradır, atasına hökumət işlərində yardımçı olur, ölkə parlamentinə seçim kampaniyalarında iştirak edirdi. Atası qızının siyasi karyeraya can atmasına qarşı çıxmırdı, amma onu dəstəkləmirdi də. Buna baxmayaraq, 1959-cu ildə İndira Qandi Hindistan milli konqresinin sədri seçilir. Beləliklə, ölkə tarixində ilk dəfə qadın hakim partiyanın başçısı olur.

Xanım baş-nazir

Amma ev işləri onun vaxtını çox aparırdı. Bu aralar əri ürək ağrılarından tez-tez şikayətlənirdi. 1960-ci ilin sentyabrında Feroz ağır vəziyyətdə xəstəxanaya çatdırılır və dünyasını dəyişir. Həyat yoldaşının ölümü İndira üçün böyük zərbə oldu. Fiziki və mənəvi yorğunluq onu xəstəxana palatasına gətirdi. Dörd ildən sonra isə İndira atasını itirdi. Tənha qalan qadın (övladları Oksfordda təhsil alırdılar) atasının başladığı işi başa çatdırmağı qərara aldı. O, 60-cı illərin sonu baş nazir vəzifəsinə yüksələrək hökumətin bank və istehsal sahəsində rolunu artırıb stabil milli iqtisadiyyat yaratmaq istəyirdi. İqtisadi problemlərin həllinə Pakistanla 14 günlük hərbi münaqişə səbəb oldu. Hərbi əməliyyatlar, üç il davam edən quraqlıq ölkəni aclıq təhlükəsi qarşısında qoydu. Yaranmış vəziyyətə görə bütün məsuliyyət baş nazir və onun tərəfdarlarının üzərinə qoyuldu. 
1975-ci ilin yayında ölkədə fövqəladə vəziyyət elan edildi: spekulyantlara qarşı repressiya başlandı, senzura tətbiq olundu. İndira Qandini korrupsiyada, rüşvətxorluqda, adət-ənənəyə və dinə hörmətsizlikdə ittiham etdilər. Nəticədə 1977-ci ilin seçkilərində o qalib gəlmədi.
Məğlubiyyətdən sonra onu iki dəfə həbs etdilər. Ancaq rəqiblərinin bütün ittihamları sübutunu tapmadı. İndiranın populyarlığı artmağa başladı, onun həbsə alınması insanların narazılığına səbəb oldu. Azadlığa buraxıldıqdan sonra isə onun yanına bütün Hindistandan tərəfdaşlar gəlməyə başladı.

Amansız qətl

1980-ci il seçkilərində o, yenidən baş nazir seçildi və ötən onillikdə reallaşdıra bilmədiyi iqtisadi proqramı həyata keçirməyə başladı. Onun rəhbərliyi altında Hindistan beynəlxalq arenada tanındı, kütləvi qırğın silahlarının istifadəsi, hazırlanması əleyhinə çıxanlardan oldu. 
1984-cü ildə Pencab ştatında məskunlaşan sikx separatçıları ölkədə daxili vəziyyəti gərginləşdirdi. Sikxlər bu ştatın ölkədən ayrılmasını tələb edir və Amritsar şəhərində "Qızıl məbədi"nə silah-sursat yığırdılar. Hərbi mənada əməliyyat uğurlu alındı: ekstremistlər məbəddən çıxarıldı, ancaq ictimaiyyət bu addımı yaxşı qarşılamadı. Əməliyyat nəticəsində çoxlu insan həlak oldu, sikxlər intiqam alacaqlarına söz verdilər. Elə gün olmurdu ki, onlar baş naziri, övladlarını və nəvələrini ölümlə hədələməsindər. Ona dəfələrlə təklif edirdilər ki, mühafizə xidmətindən bütün sikxləri çıxarsın, amma o bunu lazım bilmirdi.

Mənbə: "Aysel" jurnalı

BUNU DA OXU

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Xəbər lenti

TƏHSİL NAZİRLİYİ KORONAVİRUSLA BAĞLI NƏTİCƏNİ AÇIQLAYIB
14:44 29.09.2020

“Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən təhlükəsizlik üzrə xüsusi nümayəndə təyin olunub
14:21 29.09.2020

Maykl Essyendən Azərbaycana növbəti dəstək
14:00 29.09.2020

Azərbaycan Prezidenti: Mülki şəxslərin öldürülməsi erməni cinayətkar rejiminin faşist mahiyyətini bir daha nümayiş etdirir
13:38 29.09.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:21 29.09.2020

Böyük Britaniya və Kanadanın Xarici İşlər nazirləri Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşi dərhal dayandırmağa çağırıblar
13:00 29.09.2020

ANKARANIN SİMVOLU AZƏRBAYCAN BAYRAĞININ RƏNGLƏRİNƏ BÜRÜNÜB
12:40 29.09.2020

Sami Yusif “Twitter”də Azərbaycanla bağlı paylaşım edib
12:27 29.09.2020

DÜŞMƏNİN 3-CÜ “MARTUNİ” MOTOATICI ALAYI DARMADAĞIN EDİLİB
12:06 29.09.2020

ERMƏNİ POLKOVNİK MƏHV EDİLDİ
11:45 29.09.2020

Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:27 29.09.2020

Düşmənin “Uraqan” yaylım atəş sistemi məhv edilib
11:09 29.09.2020

Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulub
10:48 29.09.2020

Antonio Quterreşin Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub
10:37 29.09.2020

Düşmən dinc əhalini atəşə tutmaqda davam edir
10:14 29.09.2020

Vaqif Dərgahlı: Olmayanı məhv etmək mümkün deyil
09:52 29.09.2020

Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
09:31 29.09.2020

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Bütün xəbərlər