Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ

İbtidai siniflər üzrə məşhur vəsaitlər müəllifi kitablarının sirrini açdı - MÜSAHİBƏ
4388 dəfə oxunub

Növbəti – 2018-2019-cu illər dərs mövsümü açıq elan olundu. Tədris ilində ən çox əhəmiyyət kəsb edən, eyni zamanda tənqid olunan məsələlərdən biri dərs vəsaitləri və onların tərtibat səviyyəsi barədədir.

Bildiyimiz kimi, hər bir sinif üçün dərslik hazırlanan müəllim üçün metodik vəsait olduğu kimi, şagirdlər üçün əlavə vəsait nəşr olunur. Əlavə vəsaitlər bir növ dərsliklər üçün, açar, izah, məşq xarakteri daşıyır. Budəfki mövzumuz ibtidai siniflər üçün hazırlanan əlavə vəsaitlər haqqında olacaq. Gündəmi nəzərə alaraq, bu sahədə 40-a yaxın kitab tərtib edən, kitabları daha çox satılan tanınmış müəllim, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, əməkdar müəllim Aygün Məcidova ilə söhbətləşdik. Onunla tərtib etdiyi kitablarının fərqi, əlavə vəsaitlərin səviyyəsi, uşaqların bu kitabları qavrama yolları barədə söhbət açmışıq. Müsahibəni olduğu kimi təqdim edirik.

- Mümkünsə, özünüz barədə məlumat verərdiniz. Tanınmış əlavə vəsaitlər müəllifi kimi sizin pedaqoji fəaliyyətiniz, təcrübəniz, çalışdığınız təhsil və elm müəssisələri maraqlıdır.

- 1987-ci ildə Azərbaycan Dövlət Universitetininin mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Riyaziyyat hər bir uşaq üçün çətin fənn kimi qəbul edilir, bu fənni daha asan qəbul edilən, sevilən etmək həvəsi və ibtidai siniflərdə riyaziyyatın tədrisi məni daha çox maraqlandırdığından 1998-1999-cu illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin ibtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə tam yenidənhazırlanma kursunu bitirmiş və ibtidai sinif müəllimi işləməyə başlamışam. 30 ildir ki, pedaqoji fəaliyyətlə məşğulam. 1998-ci ildən bu günə qədər Bakı Avropa Liseyində ibtidai sinif müəllimi işləyirəm. Bununla yanaşı, ibtidai siniflər üzrə direktor müavini vəzifəsini də daşıyıram. Pedaqoji fəaliyyətə başladığım ilk günlərdən təhsil sahəsində gedən islahatlarla yanaşı, inkişaf etmişəm. Çoxsaylı treninqlərin iştirakçısı olmuş, trener kimi fəaliyyət göstərmişəm. 2004-cü ildən ADPU-nun «İbtidai riyazi təhsilin metodikası» kafedrasında saathesabı ilə pedaqoji praktika aparmış, 2007-ci ildən müəllim kimi fəaliyyət göstərməyə başlamışam. Daim pedaqoji fəaliyyətimi özümüinkişafla davam etdirmişəm. 2003-cü ildən Təhsil Problemləri İnstitutunun dissertantı olmuş, 2008-ci ildə «İbtidai siniflərin riyaziyyat təlimi prosesində ədəd anlayışının öyrədilməsi yolları» adlı tədqiqat işi əsasında müdafiə etmişəm və pedaqoji elmlər üzrə fəlsəfə doktoru adını almışam. 

- Hər halda ibtidai siniflər üçün bu qədər dərslik müəllifinin elmi təqdiqat işləri də yox olmamalıdır...

- Tamamilə razıyam. 2016-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasindan elmlər doktoru proqramı üzrə dissertanturanı bitirmişəm, "İbtidai siniflərdə müasir qiymətləndirmə konsepsiyası əsasında riyaziyyat təliminin səmərəliliyinin artırılması yolları» adlı mövzusu ilə bağlı tədqiqat işini sona çatdırmışam, eyni adlı monoqrafiyam nəşr olunmuşdur. Müdafiə ərəfəsindəyəm. Əməyin dövlətimiz tərəfindən qiymətləndirilmiş, «Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi» döş nişanı ilə təltif olunmuşam, «İlin müəllimi» müsabiqəsinin qalibi olmuş və Azərbaycan Respublikasının prezidenti tərəfindən mükafatlandırılmışam, «Əməkdar müəllim» adına layiq görülmüşəm. 2016-cı ildən pedaqoji elmlər üzrə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvüyəm. Bütün elmi və pedaqoji fəaliyyətim ibtidai siniflərdə riyaziyyat fənninin tədrisi ilə bağlı olub. Ölkədaxili və ölkə xaricində əsərlərim dərc olunmuşdur. 4 monoqrafiya, 126 kitab (dərsliklər, tədris vəsaitləri, metodik vəsaitlər, didaktik materiallar, test tapşırıqları), 46 məqalə (14 xaricdə dərc olunanlar) və 7 tezisin (5 xaricdə), 2 proqram müəllifiyəm. 

-  İbtidai siniflər üzrə bir sıra vəsaitlərinizi, o cümlədən «Riyaziyyatdan didaktik materiallar» və «Riyaziyyatdan testlər» kitabınızı demək olar ki, hər bir ibtidai sinif şagirdi tanıyır. Bu kitabların belə tanınmasına səbəb nədir?

- İbtidai siniflər üçün yazılan «Riyaziyyatdan didaktik materiallar» (I-IV siniflər), «Riyaziyyatdan testlər» (I-IV siniflər) kitabları 2008-ci ildən başlayaraq nəşr olunur. Bu kitablar təhsildə gedən islahatlar zamanı – ibtidai siniflər üzrə yeni dərsliklərin istifadəyə verildiyi bir zamanda Azərbaycanda ilk didaktik material kimi istifadə olunub. İbtidai siniflərin riyaziyyat təliminin məzmununda edilən dəyişikliklər müəllim, valideyn və şagird kontingentində yeni və tam mənimsənilməyən bir məzmun kəsb etdiyindən, bu kitablar o dövrün ibtidai riyazi təhsilində riyazi biliyin məhv olmasının qarşısını almışdır.

-  Bu kitablarınız Azərbaycanda nəşr olunan yeganə əlavə vəsaitləridir?

- Mənim üçün sevindirici bir haldır ki, artıq müxtəlif müəlliflər tərəfindən çoxsaylı tədris vəsaitləri yazılıb, nəşr olunmaqdadır. Lakin yenə də bu nəşrlər azlıq təşkil edir. Təsəvvür edin ki, Rusiyada bir fənn üzrə yüzlərlə əlavə tədris vəsaiti olduğu halda, Azərbaycan dilində çox çətinliklə ibtidai siniflər üçün çox kiçik həcmdə tədris vəsaitləri tapmaq olurdu. Bütün müəlliflərə kitab yazmaq kimi ağır bir iş prosesində uğurlar və müvəffəqiyyətlər arzulayıram.

- Bəs sizin yazdığınız kitablar digər nəşrlərdən nə ilə fərqlənir?

- Digər nəşrlərin də özünəməxsus cəhətləri var. Lakin onlarda uşaqlar əsasən riyaziyyatı öyrənməkdə çətinlik çəkir, sadəcə dərslikdə çoxsaylı çalışmalara yer çatmadığından, əlavə material kimi onlardan istifadə edirlər. Ona görə də bu tədris vəsaitlərində dərsliklərdə olduğu kimi eyni başlıqlar verilir. Müəllifi olduğum tədris vəsaitlərində isə uşaqlar riyaziyyat fənni üzrə konkret və vacib məzmun üzrə tapşırıqları yerinə yetirdikcə, müəyyən bir prinsiplə riyaziyyat elminə yiyələnirlər. Kitabın konsepsiyası bütöv bir metodik sistemə əsaslanıb və məzmun didaktik prinsiplər əsasında müəyyənləşdirilib. Siniflər üzrə materialın məzmunu elmi əsaslarla, sistemli şəkildə, düzgün ardıcıllıqla, varislik gözlənilməklə tərtib olunub; tapşırıqlar sadədən mürəkkəbə, asandan çətinə doğru düzülüb. Tapşırıqlar inkişafetdirici, düşündürücü, əyani, praktik, həyatla əlaqəli, diferensasiyalı olmaqla, şagirdlərdə şüurlu mənimsəməyə, mühakimə aparmaq bacarığını inkişaf etdirməyə, fəallığı artırmağa, səmərəli yollar axtarmağa, biliyi dərinləşdirməyə xidmət edir.

-  Riyaziyyat çətin fənn – elmlərin şahıdır. Ciddi riyazi təhsil, bu elmin dərinliklərinə yiyələnmək ibtidailər üçün çoxmu vacibdir?

- Qeyd etməliyəm ki, qonşu Rusiya Federasiyasında riyazi təhsilin məzmununa verilən tələblər və məzmunun elmi əsaslara söykənməsi məni qəne edir. Biz riyaziyyatı uşaqlara öyrətmirik ki, riyaziyyatçı olsunlar. Riyaziyyat həyatımızın hər bir sahəsində – adi məişət məsələlərindən tutmuş gördüyümüz bütün mümkün işlərdə tətbiq olunur. Riyazi bilik və bacarıqlarımızla təkcə hesab əməllərini yerinə yetirmirik. Bu elm istənilən məsələlərdə obyektiv qərar qəbul etmək üçün ağlın, zəkanın çevikliyini inkişaf etdirir.

- Siz bu fənlə bağlı tədris vəsaitlərini hazırlayarkən, hansısa mənbələrə istinad etmisiniz?

- Mənbələr deyirsiniz, mənbələrə istinad etmək doğrudur, lakin necə istinad etmək? Dünya təcrübələrinə istinad etmək olar, lakin elə etmək lazımdır ki, məzmun elmi əsasını itirməsin. Bu məsələyə böyük həssaslıqla yanaşmaq lazımdır. Belə ki, riyaziyyatı, riyazi təhsili dağıtmaqla bütün ümumbəşəri mədəniyyəti dağıtmaq olar. Cəmiyyətin inkişafında əvəzsiz rolu olan Riyaziyyat tək özü-özü üçün vacib deyil, ona bütün elmlərin ehtiyacı var.

- İbtidai sinif dərsliklərində xüsusən riyaziyyatdan mövzu və tapşırıqların ağırlığı, metodikanın çətin üsullarla aparılmasına dair fikrinizi bilmək istərdik.

- İbtidailərin riyaziyyat təlimində məzmun çox genişlənib. Məncə, məzmunu genişləndirməkdənsə, dərinləşdirmək daha düzgün olardı. Üsullara gəldikdə isə, əslində üsullar mənimsəməni asanlaşdıran bir vasitədir. Ümumiyyətlə verdiyiniz sualla bağlı hazırda ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması üçün geniş imkanlar yaradılır. Hər bir inkişafın özülü isə müəllimin fəaliyyəti ilə bağlıdır. Müəllim faktoruna qoyulan kapital, verilən dəyər yüksək olarsa, çətin açılan bağlı qapılar üçün açar tapmaq asanlaşar.

- Çoxsaylı kitabınız var. Daha hansı istiqamətlərə toxunmusunuz?

- İbtidai sinif müəllimi işlədiyimdən ana dilimizin tədrisi də məni həmişə maraqlandırmışdır. Balacalar üçün Azərbaycan dilindən də didaktik materiallar və testlər yazmışam. Bu tədris vasitələri şagirdləri dil qaydalarını daha dərindən mənimsəməyə xidmət edir. Bu yaxınlarda ibtidai siniflər üçün «Həyat bilgisindən didaktik materiallar və testlər» tədris vasitələri də nəşr olunacaq.

- Bir maraqlı kitabınız da var. «Dəryadan damlalar». Bu kitabın məzmunu nədən ibarətdir?

- İbtidai sinif müəllimliyi fəaliyyətimdə daim uşaqlara Vətənimiz Azərbaycanı dərindən sevməyi, gələcəkdə mükəmməl bir mütəxəssis kimi yetişib Vətənimizə xidmət etməyi tövsiyyə etmişəm. Ümummilli liderimiz Heydər Əliyevin bir aforizmini oxudum: «Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə, o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə, o, millətini qiymətləndirə bilməz, əgər bunu bilməsə, o, millətinə olan mənsubiyyəti ilə istənilən səviyyədə fəxr edə bilməz». Demək olar ki, müdrik insanın bu kəlmələri məni «Dəryadan damlalar» kitabını yazmağa sövq etdi. Kitabda Azərbaycan və azərbaycanlılar haqqında məlumatlar toplusu mövcuddur. Məlumatlar təqvim formasında təqdim olunub. Məqsəd hər bir günlə bağlı şagirdlərimizin bir tarixi hadisəni oxumasıdır. Gün ərzində bir-iki məlumatı oxumaq yadda daha yaxşı qalır. Bir neçə il bu kitabı stolüstü kitab kimi istifadə etdikdə, şagirdlərimiz Azərbaycanın tarixi və azərbaycanlıların nümunəvi həyatı və yaradıcı fəaliyyətləri haqqında geniş məlumata malik olacaqlar. Dövlətimizlə fəxr edəcək, müdriklərimizlə qürur duya, Azərbaycanın tarixi və azərbaycanlıların nümunəvi həyatı və yaradıcı fəaliyyətləri haqqında geniş məlumata malik olacaqlar. Dövlətimizlə fəxr edəcək, müdriklərimizlə qürur duyacaq, onlara bənzəmək əzmi ilə çalışacaqlar.

ATV.az

 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Rusiyalı tarixçi qarabağ kanalı açdı - Qarabağ: “Rusiyadan baxış”
19:52 12.07.2020

Nazirlik fermerlərə müraciət etdi - Gələcəkdə subsidiya almaya bilərsiz
19:14 12.07.2020

Azərbaycanın qlobal reytinqdə mövqeyi - Davamlı inkişaf məqsədləri üzrə regionda liderik
18:51 12.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva COVİD-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb
18:36 12.07.2020

Ölkələr karantin rejimini sərtləşdirir
18:14 12.07.2020

Ölkədə 520 nəfər koronovirusa yoluxdu - 486 nəfər sağaldı, 8 nəfər vəfat etdi
17:54 12.07.2020

Azərbaycan-Ermənistan sərhədində döyüş gedir - Hər iki tərəfdən itki var
17:36 12.07.2020

Cəbhədə düşmən təxribatı - Silahlı qüvvələrimiz vəziyyətə nəzarət edir
17:14 12.07.2020

Teymur Cəfərov EKMO cihazına qoşulub - Həkim dərin koma vəziyyətindədir
16:52 12.07.2020

Rusiyadan həkimlər gəlir - Öz təcrübələrini bölüşəcəklər
16:14 12.07.2020

COVİD-19 yoluxan daha bir xəstə saxlanılıb - Polis nəzarətinə götürülüb
15:58 12.07.2020

XİN–dən düşmən təxribatı ilə bağlı açıqlama - Məsuliyyət Ermənistanın üzərinə düşür
15:25 12.07.2020

Rusiya Çinlə ABŞ arasında vasitəçilik etməyə hazırdır - Lavrov: “Buna maraq olarsa, biz imtina etmərik”
23:17 11.07.2020

Şəhid ailəsinə yeni mənzil verildi - Heydər Əliyev fondu daha bir şəhid ailəsinə dəstək oldu
19:28 11.07.2020

Gəncədə yağan güclü yağış fəsadtörətdi - Xəstəxananın hasarı uçdu, qaz xətti yararsız vəziyyətə düşdü
19:06 11.07.2020

Futbol üzrə dünya çempionu vəfat etdi - Çarlton uzun sürən xəstəlikdən əziyyət çəkib
18:54 11.07.2020

Rusiyalı pulmanoloqun təəssüratı - “Azərbaycan reanimasiya şöbəsinin təchizatı yüksək səviyyədədir”
18:36 11.07.2020

Koronavirusla mübarizəmiz davam edir - Qaydalara əməl edilərsə, yoluxma azalacaq
18:14 11.07.2020

31-ci xüsusi sessiyanın ilkin gündəliyi açıqlandı - Gündəliyə 7 bənd daxildir
17:57 11.07.2020

Daha 531 nəfər Covid-19 yoluxub - 514 nəfər sağalıb, 6 nəfər vəfat edib
17:36 11.07.2020

Virusa yoluxanların sayı 12 milyon 660 mini ötüb - Epidemiya qurbanlarının sayı 564 minə çatır
16:54 11.07.2020

Bosniya və Herseqovina Srebrenitsa qətliamından 23 il ötür - Daha 9 nəfərin qalıqları torpağa tapşırıldı
16:36 11.07.2020

Trampdan NATO açıqlaması - “Əgər belə deməsən, ödəniş etməyəcəklər”
16:14 11.07.2020

Ərdoğan Aya Sofyanin yeni statusunu təsdiqlədi - “Bütün dövlətlər qərara hörmətlə yanaşmalıdır”
15:54 11.07.2020

Karantin rejimini pozan sürücü saxlanıldı - O, başqa taksi sürücüsünün icazəsindən istifadə edib sərnişin daşıyıb
15:14 11.07.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
14:52 11.07.2020

Binəqədidə qanvermə aksiyası keçirildi - Toplanan qan irsi qan xəstələrinə veriləcək
14:39 11.07.2020

Bağ evində narkotik əkdi - Çətənə kolu və qurudulmuş marixuana aşkarlandı
14:12 11.07.2020

BMT davamlı inkişaf hesabatını açıqladı - Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir
13:54 11.07.2020

Ağsuda iribuynuzlu heyvanları oğurlayan qəssab saxlanıldı - Oğurlanan heyvanlar sahiblərinə qaytarıldı
13:36 11.07.2020

Daha 526 nəfər koronavirusa yoluxdu - 502 nəfər sağaldi, 8 nəfər vəfat etdi
23:59 10.07.2020

XİN-in konsulluq idarəsinin rəisi həbs edildi - Onunla barəbər saxlanılan digər əməkdaş barəsində həbs qərarı verildi
23:57 10.07.2020

İspaniyada məhdudiyyətlər artırlır - Daha bir bölgədə maska taxmaq məcburi oldu
23:41 10.07.2020

Avstriyada da yoluxma halları artır - Qaydalar yenidən sərtləşdiriləcək
23:39 10.07.2020

ABŞ-ın baş infeksionisti ehtiyatlı olmağa çağırdı - “Pandemiya hələ yenicə başlayır”
23:25 10.07.2020

Türkiyədə növbəti partlayış - 3 nəfər ölüb, 6 işçi yaralanıb
23:11 10.07.2020

Rusiya peyvənd sınağının yekun mərhələsinə başladı - Könüllülərin səhhəti normaldır
22:54 10.07.2020

Xaricdə təhsil almaq istəyənlərin nəzərinə - Şərt və qaydalarda dəyişiklik nədən ibarətdir?
22:36 10.07.2020

Şəmkirdə avtoxuliqanlıq edib sosial şəbəkədə paylaşdı - Sürücülük hüququndan məhrum edildi
22:14 10.07.2020

Sahə həkimlərini tanımayan vətəndaşlar nə etməlidir? - Poliknikalara müraciətdə yaşayış yeri üzrə qeydiyyat önəmli deyil
21:58 10.07.2020

Karantin rejimi daha 60 gün uzadılacaq? - Qərarlar vəziyyət təhlil olunaraq verilir
21:14 10.07.2020

Polisdən xəbərdarlıq - 2 gün bütün küçə və prospektlərdə mobil postlar qurulacaq
20:54 10.07.2020

Tarixi abidə məhv olmaq təhlükəsi ilə üzləşib - “Qum hamamı” adı ilə tanınan abidə tullantı məkanına çevrilib
20:36 10.07.2020

Kürdə 3 nəfər batdı - Birinin meyiti tapılsa da, digər ikisi axtarılır
20:14 10.07.2020

Taktiki təlimlər keçirilir - Hədəflər məhv edilib
19:54 10.07.2020

BMT Azərbaycanın təşəbbüsünü dəstəklədi - Bu gün baş assambleyanın 31-ci xüsusi sessiyası çağırılır
19:21 10.07.2020

"Bergen anlaşması"nın müddəaları müzakirə edildi - Komitə sədri İspaniya ilə bağlı hansı təklifi etdi?
18:58 10.07.2020

Hökümətlərarası komissiyanın 6-cı iclası keçirildi - Litva ilə Azərbaycan arasında ticarət dövriyyəsi 42 faiz artıb
18:21 10.07.2020

Göranboyda yük avtomobilləri toqquşdu - Tonlarla qarpız yola dağıldı
17:54 10.07.2020

Şirvanda qətl törədilib - Dostunu bıçaqlayaraq öldürdü
17:47 10.07.2020

Daha 200 Azərbaycan vətəndaşı təxliyə ediləcək - Onlar Tbilisidə Covid-19 testindən keçiriləcəklər
17:21 10.07.2020

Serbiya da tədbirlərə əl atır - Kütləvi tədbirlərin keçirilməsi qadağan olundu
16:58 10.07.2020

Virusa yoluxanların sayı 12 milyon 414 mini ötüb - Epidemiya qurbanlarının sayı 558 mindən çoxdur
16:21 10.07.2020

ÜST-ün Rusiyadakı nümayəndəsindən xəbərdarlıq - “Belə davam edərsə, vəziyyə acınacaqlı ola bilər”
15:54 10.07.2020

Seulun itkin düşən merinin cəsədi tapıldı - Onun intihar etdiyi güman olunur
15:21 10.07.2020

41 şəhər və rayonda imtahan keçirilib - Yalnız elektron ərizələri təsdiq edilən abituriyentlər iştirak edib
14:58 10.07.2020

1440 nəfər inzibati məsuliyyətə cəlb edilib - 595 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
14:58 10.07.2020

Müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayır - Elektron sənəd qəbulu növbəti həftədən başlayacaq
14:26 10.07.2020

AZAL sərnişinlərə müraciət edib - Aviabilet alışı zamanı rəsmi internet saytından istifadə edilməlidir
14:26 10.07.2020

Erməni mediası yeni inqilab xəbərdarlığı edir - Kardaşyan Ermənistanı Paşinyandan daha çox “düşünür”
14:26 10.07.2020

Qeyri-neft sektoru inkişaf tempini saxlayıb - Azərbaycanın postpandemiya dövrünə yeni iqtisadi modellərlə daxil olur
21:14 09.07.2020

Kürdəmirdə oğurluq edən şəxslər saxlanıldı - Onlar məişət avadanlıqlarını oğurlayıblar
20:54 09.07.2020

Göygöldə 4 nəfər saxlanıldı - 2 baş heyvan oğurladıqlarına görə
20:14 09.07.2020

Gəncədə üzərindən 773 qram miqdarda heroin götürüldü - 2.5 kq heroin isə soyuducuda aşkarlandı
19:54 09.07.2020

Çirkin erməni lobbiçiliyi - Bəzi Avropa qurumlarını ələ alırlar
19:14 09.07.2020

Cavid Paşayevin səhhəti xüsusi nəzarətə götürülüb - Hazırda heç bir cihaza qoşulu deyil
18:58 09.07.2020

Prezident İlham Əliyev Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib
18:41 09.07.2020

Xarici mütəxəssilər bakıya gəldi - Onlar “COVİD-19”la mübarizədə Azərbaycan səhiyyəsinə kömək edəcək
18:21 09.07.2020

SOCAR onlayn dərslər keçirir - 37 adda vebinar təşkil olunub
17:54 09.07.2020

AZAL Berlinə xüsusi reyslər açır - Biletlərin satışı xüsusi şərtlərlə satılacaq
17:21 09.07.2020

Virusa yoluxanların sayı 12 milyon 190 mini ötüb - Epidemiya qurbanlarının sayı 552 500-dən çoxdur
16:54 09.07.2020

Qırğızıstanda Atambayevin səhhəti normallaşıb - O, yenidən təcridxanaya köçürülüb
16:21 09.07.2020

Bolton Trampın planları haqda danışdı - Qoşunlar Yaponiya və Cənubi Koreyadan çıxarıla bilər
15:54 09.07.2020

"Trabzonspor" qızıla bərabər xallar itirdi - "Qalatasaray" yenə uduzdu
15:32 09.07.2020

Şamaxıda yaşayış binası istifadəyə verilib - 6 ailə yeni mənzillə təmin olunub
15:12 09.07.2020

Ermənistan öz xalqına düşmən mövqedədir - Leyla Abdullayeva: “Rəsmi İrəvan əsl simasını göstərir”
14:52 09.07.2020

Şirvanda hərbi xidmətə gedən oğlu üçün qonaqlıq etdi - Ev sahibi və gələn qonaqlar da cərimələndi
14:21 09.07.2020

Ekspress avtobusların hərəkət qrafiki dəyişdirilib - Avtobuslar saat 21:00-dək işləyəcək
13:54 09.07.2020

Daha bir kafe aşkarlanıb - İcarədar 3 min manat cərimələnib
12:14 09.07.2020

Qeydiyyatdan keçə bilməyən sahıbkarların nəzərinə - Dövlət vergi xidmətinə müraciət edə bilərsiniz
21:51 07.07.2020

Bütün xəbərlər