Əlaqə: (012) 497-46-21 [email protected]atv.az

ATV.AZ×

Azərbaycanda transplantasiyanın inkisafı orqan bağışlanmasından asılıdır - FOTOLAR

Azərbaycanda transplantasiyanın inkisafı orqan bağışlanmasından asılıdır - FOTOLAR
   520 dəfə oxunub

Orqan və ya toxumalarının transplantasiyası  dünya səhiyyəsinin ən önəmli qollarından biridir.

Son illərdə orqan və toxuma nəqli sahəsində cərrahi üsulların inkişafı, immunosupresiv, antibakterial, antiviral müalicə üsullarının istifadə edilməsi, tədarük və əməliyyat proseslərində zamanın daha effektiv istifadəsi bütün dünyada daha çox sayda xəstənin orqan və toxuma nəqlindən faydalanmasına və bu imkanlara daha asan əl çatıla bilən omasına səbəb olmuşdur. Lakin bu göründüyü qədər asan proses deyil. Organ nəqli gözləyən xəstə sayı ildən-ilə artmaqdadır. Yetərli orqanın olmaması, dünyada və ölkəmizdəki ən önəmli problemlərdən biridir. Orqan və ya toxuma transplantasiyasının keçdiyi  inkişaf yolunda qarşılaşdığı  bir çox çətinliklər  və onların önlənməsi, transplantalogiya sahəsinin daha da təkmilləşdirilməsi üçün görülən ən son tədbirlərdən söhbət açmaq üçün məhz “Transplantalogiya üzrə Dünya Konqresi”-ndə yaxından iştirak edən Azərbaycan Tibb Universitetinin  dosenti, Dr. Asiman Həsənov ATV.az-ın suallarını cavablandırıb.

-Asiman həkim, bildiyimiz kimi siz bu yaxınlarda Türkiyədə keçirilən  transplantologiya  üzrə konfransda iştirak  etmişdiniz.  Bu konfrans haqqında nə deyə bilərsiniz?

 Nəzərinizə çatdırım ki, keçən ayın 17-21 tarixlərində  I Beynəlxalq  Transplantasiya şəbəkəsi ( 1st International Transplant Network Congress ) Türkiyədə  möhtəşəm şəkildə təşkil olunmuşdu.  Dünyanın  əksər ölkələrindən 1000-ə yaxın  həkim, koordinator  və səhiyyə  idarələrinin qatıldığı  toplantıda Azərbaycanı Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, hörmətli həkim və  millət vəkilimiz Musa Quliyevin rəhbərliyi ilə 10-a yaxın  nümayəndə təmsil edirdi. Bu konfransda dünyanın  aparıcı transplantasiya mərkəzlərində çalışan təcrübəli həkimlərin ənənəvi olaraq yeni metod və  yanaşmalarla  birgə  əsas məsələ olaraq  “Dünya Transplant Şəbəkəsi” ideyası ortaya atıldı. Burada əsas məqsəd transplantasiya sahəsində vahid sistem qurmaq, orqan nəqlinin  bütün aspektlərində yeniliklərin, təcrübələrin mübadiləsi, inkişaf etməmiş və etməkdə olan ölkələrdə bu sahənin  inkişafı və ən ümdə  məsələ gələcəkdə  hər hansı  bir ölkədə beyin ölümü keçirmiş şəxsin, həmin ölkədə köçürülməsi uyğun olmayan qalan orqan və bioloji materiallarından digər ölkələrdə istifadə oluna bilməsini təmin etməkdir.

Düşünün ki, hər hansı bir ölkədə  beyin ölümü keçirmiş  şəxsin  orqanlarından bir hissəsi  transplantasiya olunub, qalan orqan və hissələr isə  toxuma uyğunsuzluğu səbəbindən   istifadə oluna bilmir. Belə ki, bağışlanmış  orqanlar  istifadə oluna bilsəydi bir neçə illərdir bu anı gözləyən xəstələr sağlamlığa qovuşardı. Dövlətlərarası  orqan mübadiləsi olmadığından,  bu orqanlar yaşaya  və yaşada biləcəyi halda məhv olunmağa məhkum olur. Bu uzun müddətli   proyekt  nə vaxtsa həllin tapsa, orqan növbəsini illərlə gözləyən xəstələrin  həyatlarını xilas etmiş olarıq.

Azərbaycanda orqan köçürmə və transplantasiya nə səviyyədədir?

Azərbaycanda artıq bir neçə illərdir ki,  çox təcrübəli cərrahların  və digər ixtisaslı həkimlərin dəstəyi ilə  qaraciyər, böyrək, sümük iliyi,  gözün buynuz  qişası toxumaları  transplantasiyası  həyata keçirilir və bu sahədə ciddi irəliləyişlər var. Lakin ölkəmizdə  qanun icazə vermədiyindən ancaq canlıdan – yaxın qohumlardan orqan köçürmə aparıla bilir.

Prof. N. Bayramovun rəhbərliyi ilə  Azərbaycan Tibb Universitetində, Uzman Dr. M. Kazıminin rəhbərliyi ilə  Mərkəzi Neftçilər Xəstəxanası və Mərkəzi Gömrük Hospitalında  canlı donordan  qaraciyər və böyrək transplantasiyaları, Uroloji Mərkəzdə ancaq böyrək transplantasiyaları, Talassemiya Mərkəzində isə  sümük iliyi köçürməsi uğurla həyata keçirilir.

Bəzi orqanlar tək olduğundan  və  anatomik - funksional baxımdan hissəvi köçürülməsi mümkün olmadığından ancaq meyitdə köçürülmə mümkün olur. Uyğun donorun tapılması çətin olduğundan canlıdan orqan nəqli də məhdud sayda olur.

Azərbaycanda bu sahəni inkişaf etdirmək üçün nəyə ehtiyac var?

Bunun üçün hər kəsin üzərinə vəzifə düşür. Həm dövlətin, həm cəmiyyətin, din xadimlərinin, tanınmış ziyalıların, səhiyyə  idarəçilərinin  və bu sahədə xüsusi təlim görmüş həkim və koordinasiya heyətinin  üzərinə böyük missiya düşür. Dünyada gedən bu sahədə inkişafa çata bilməmiz üçün  bir neçə tələblər qoyulur.

Beyin ölümü tanınması və meyitdən orqanların götürülməsi üçün müvafiq qanun  hazırlanmalı, o qanunların icrasına nəzarət mexanizmləri  işlənməli, maliyyə dəstəyi edilməli, cəmiyyətdə orqan bağışlanması barədə maarifləndirmə aparılmalı, etik dəyərlər formalaşmalıdır.

Xəstəxanada müalicə olan zaman və ya hər hansı bir  kriminal əhəmiyyət kəsb edən ölümlərdən sonra belə meyidin   təşrihinə  və  müayinəsinə kəskin qarşı çıxan insanlara  meyidin orqanlarından  transplantasiya məqsədi  ilə  istifadə  edilməsini izah etmək və onları razı  salmaq  çox çətin məsələdir. Bunun üçün cəmiyyətdə bu məsələyə müsbət  baxış formalaşdırılmalı və insanlar  tam  sağlam vaxtlarından  gələcəkdə  ola biləcək  beyin ölümü keçirmə ehtimallarında  orqanlarını  başqalarına  “həyat vermək” üçün, həm də öz orqanlarının  başqa bədəndə “yaşaması” üçün  cəsarətli  və şərəfli  addım  atmalıdırlar.

Səhiyyə müəssisələri və xəstəxanalarda bu proseslərə  başlamaq üçün ciddi addımlar atılmalı, bir neçə geniş  profilli, maddi - texniki bazası tələblərə  cavab  verən xəstəxanalarda cərrahlarla yanaşı həkimlər, orta personal və koordinatorlar yetişdirilməlidir.

  Orqan köçürmə və transplantasiya haqqında qanuna hansı dəyişikliklər nəzərdə tutulur?

Ümumiyyətlə transplantasiya ciddi, xüsusi ehtiyatlılıq və nəzarət mexanizmləri ilə idarə olunması gərəkən  multidisiplinar xidmətlər toplusudur. Burada mütləq şəkildə etik, mənəvi, tibbi və ən əsası da orqan alveri ilə bağlı olan hüquqi məqamlar diqqət mərkəzində olmalıdır. Məndə olan məlumata görə  MM-in Səhiyyə Komitəsində “İnsan orqanlarının  donorluğu və transplantasiyası haqqında” qanun  hazırlanması sahəsində ciddi işlər görülür və qanun lahiyəsi  müzakirə üçün hazırlanır.  Bu qanun imzalandıqdan sonra Azərbaycanda transplantasiya sahəsində sürətli inkişafa səbəb olacaqdır.

Rövşən Əliyev/ ATV.az

 





BUNU DA OXU

“Məktəblərə gəlməyə ehtiyac yoxdur” - Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Pomidor haqqında bilmədiklərimiz
Güclü külək Şəkidə çinar ağacının qırılmasına səbəb olub - VİDEO
Prezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürüb
Xəbər lenti

Məişət tullantıları çeşidlənir - Paytaxtda yeni layihəyə başlanıldı
22:48 16.07.2019

İtaliyada “narıncı” dərəcəli xəbərdarlıq elan edilib - Əlverişsiz hava şəraiti ilə əlaqədar
22:30 16.07.2019

Gənc sərhədçi zabitlər xidmətə başladılar - Akademiyada buraxlış mərasimi keçirilib
22:12 16.07.2019

Cavad Zərifdən sanksiyalarla bağlı açıqlama - “Uşaqlar üçün dərman tapılmır”
21:53 16.07.2019

Ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri olub
21:34 16.07.2019

11 dövlət əmlakı hərraca çıxarılıb - 6 ayda 270-ə yaxın dövlət əmlakı özəlləşdirilib
21:13 16.07.2019

Sabah hava necə olacaq?
20:54 16.07.2019

Əli Əhmədov BMT-də hesabat təqdim etdi - Azərbaycanın könüllü milli hesabatı müsbət qiymətləndirildi
20:35 16.07.2019

ABŞ-ın yeni müdafiə naziri kim olacaq? - Tramp Mark Esperin namizədliyini senata təqdim etdi
20:16 16.07.2019

"Qəbələ"dən Çexiya futboluna növbəti transfer - Samir Qurbanov "Viktoriya Jijkov"a keçdi
19:57 16.07.2019

Tankeri İranlı hərbçilər ələ keçirib? - Birləşmiş Ərəb Əmirliklərinə məxsus tankerlə bağlı iddia
19:37 16.07.2019

"Şou ATV"-də meyxana - 2-ci hissə - VİDEO
19:16 16.07.2019

Nigeriyada Türkiyə gəmisinə hücum edilib - 10 dənizçi qaçırılıb
18:55 16.07.2019

Çavuşoğlu sanksiyaları ciddi qəbul etmir - “Qərarlar yunanları razı salmaq üçün verilib”
18:34 16.07.2019

“Məktəblərə gəlməyə ehtiyac yoxdur” - Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib
18:13 16.07.2019

Döyüşə hazırlıq səviyyəsi yoxlanılır - Müdafiə naziri hərbi hissədə
17:55 16.07.2019

Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
17:34 16.07.2019

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
17:15 16.07.2019

Media ilə işin düzgün qurulması - BDU-da konfrans keçirilib
16:58 16.07.2019

Məhəmməd Zərif: “ABŞ odla oynayır”
16:39 16.07.2019

Beş ayda ticarət dövriyyəsi 15 % artıb - Azərbaycan-Əfqanıstan iqtisadi münasibətləri genişlənir
16:18 16.07.2019

16 İyulda tarixdə nələr baş verib? - Avropanın ilk kağız pulu, ABŞ-ın paytaxtı, Rasim Əliyev, Mirzə Babayev. . .
16:01 16.07.2019

İyun və iyul ayında ölkəyə xaricdən qarpız idxal edilməyib
15:41 16.07.2019

Sabirabad bazarında yanğın baş verib
15:20 16.07.2019

Azəri qızı Günel : "Azərbaycanın Tarkanıdır" - "ATV Maqazin 10larla"-da - VİDEO
15:01 16.07.2019

UEFA Avropa Çempionatına 19,3 milyon bilet satıldı
14:43 16.07.2019

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
14:24 16.07.2019

Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
14:05 16.07.2019

Bakı Uşaq Teatrı mövsümün son tamaşalarını təqdim edəcək - FOTOLAR
13:44 16.07.2019

Metroda siqaret çəkən şəxs tapıldı - FOTOLAR
13:26 16.07.2019

Hindistanda musson yağışları nəticəsində 51 nəfər ölüb - Daha şiddətli leysan yağışları gözlənilir
13:07 16.07.2019

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da iştirak edəcək
12:47 16.07.2019

Pakistan Hindistanın kommersiya aviareysləri üçün öz hava məkanını açıb
12:28 16.07.2019

Yevlaxda ağır yol qəzası baş verib - Xəsarət alanlar var
12:17 16.07.2019

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib
11:59 16.07.2019

Çeçenistanda təyyarə evin üstünə düşdü - Yaralılar var
11:40 16.07.2019

Şəkidə xəsarət alanlardan biri dünyasını dəyişib
11:22 16.07.2019

İki gənc çimərlikdə boğuldu - Xilasedicilər birinin meyitini hələ də tapa bilmirlər
11:03 16.07.2019

Ağstafada dəhşətli yol qəzası baş verib - Bir nəfər ölüb, xəsarət alanlar var - FOTOLAR
10:43 16.07.2019

Musiqili Teatr mövsümə yekun vurub - FOTOLAR
10:28 16.07.2019

Problemli binaların sayı azalır - İstismarına icazə verilən binaların sayı 100-ə yaxınlaşıb
10:07 16.07.2019

Avropa Gənclər Yay Olimpiya Festivalına az qaldı - Festivala 3600-dən çox idmançı qatılacaq - VİDEO
09:45 16.07.2019

Gürcüstanda əməliyyat - Ermənistan vətəndaşından radioaktiv maddə aşkar edildi
22:48 15.07.2019

Pakistanın Kəşmir regionunda daşqınlar baş verib.
22:32 15.07.2019

Latviyada II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək
22:13 15.07.2019

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib - FOTOLAR
21:50 15.07.2019

“Avto FM” radiosu “Cinema Radio” layihəsinə başlayır
21:29 15.07.2019

ATV-də yeni layihə - "Üçümüz" - FOTOLAR
21:09 15.07.2019

Sabah hava necə olacaq?
20:48 15.07.2019

Britaniyalı nazir ehtiyatlı olmağa çağırdı - “Nüvə silahının Yaxın Şərqdə olması ən böyük təhlükədir”
20:30 15.07.2019

15 iyul hadisələri Gəncədə anılıb - Türkiyənin Baş konsulu jurnalistlərlə görüşüb
20:11 15.07.2019

ABŞ Cavad Zərifə mane olmadı - Pompeo ona viza verilməsini təsdiqlədi
19:51 15.07.2019

İspaniyada dəmiryolçular tətil edir - 320 qatar reysi ləğv edilib
19:32 15.07.2019

Əlillər üçün yeni layihə - Dövlət orqanlarının saytlarından istifadə edə biləcəklər
19:13 15.07.2019

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən 3 il ötür
18:56 15.07.2019

Zelenskinin kortejindəki 3 avtomobil qəzaya uğradı
18:37 15.07.2019

R.H.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:15 15.07.2019

Gürcü səfir XİN-ə çağırıldı - Rəsmi Bakı izahat tələb edir
17:57 15.07.2019

Qubada kütləvi zəhərlənmə - Bir ailənin 5 üzvü xəstəxanaya yerləşdirilib
17:36 15.07.2019

Minik və yük maşınları toqquşub - Dörd nəfər xəsarət alıb
17:15 15.07.2019

Quba və Xaçmazda reyd keçirilib - Mənşəyi bilinməyən heyvan cəmdəkləri aşkarlanıb
16:53 15.07.2019

Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir
16:34 15.07.2019

15 İyulda tarixdə nələr baş verib? - “La Scala” opera teatrı, Rozetta daşı, gənclərin peşə günü, Cəlal Qaryağdı, Azər Rzayev . . .
16:13 15.07.2019

Metroda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlanıldı
15:55 15.07.2019

Yeni agent 007 rolunu qaradərili aktrisa canlandıracaq
15:36 15.07.2019

Əfqanıstanda partlayış - Beş polis əməkdaşı öldü
15:17 15.07.2019

Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
14:58 15.07.2019

Azərbaycanlı aktrisa vəfat etdi
14:39 15.07.2019

"S-400" zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər
14:18 15.07.2019

Pomidor haqqında bilmədiklərimiz
13:59 15.07.2019

Birinci sinfə qəbulda artım hiss olunur
13:38 15.07.2019

Zaqatalada dəhşətli yol qəzası baş verib - Beş nəfər xəsarət alıb
13:19 15.07.2019

Milli Məclisin nümayəndələri Ankarada səfərdədir
12:58 15.07.2019

ATV-də yeni mətbəx verilişi - "Sunayla Sına" - FOTOLAR
12:37 15.07.2019

Ulu Öndər və Dövlət Təhlükəsizlik Orqanları - VİDEO
12:18 15.07.2019

Ulu Öndər və Azərbaycan sənayesi - 13 ildə müəssisələrin sayı 1048-ə çatdırıldı - VİDEO
12:00 15.07.2019

Güclü külək Şəkidə çinar ağacının qırılmasına səbəb olub - VİDEO
11:48 15.07.2019

Dörd avtomobil toqquşdu - Gədəbəydə ağır yol qəzası baş verib
11:31 15.07.2019

ATV-də yeni layihə - "Tap Qazan" - FOTOLAR
11:10 15.07.2019

İsveçdə təyyarə qəzaya uğrayıb - Doqquz nəfər ölüb
10:50 15.07.2019

Bütün xəbərlər