Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Təranə Səmədova ilk dəfə danışdı - "Həbsimi sifariş etmişdilər"

Təranə Səmədova ilk dəfə danışdı - "Həbsimi sifariş etmişdilər"
608 dəfə oxunub

Prodüser Təranə Səmədova... Son günlər mediada adı ən çox hallanan simalardan biridir. Həbs edilməsi qədər, azadlığa çıxması da səs-küy yaratdı. İlk vaxtlar heç kimə müsahibə verməyəcəyini desə də, "saqqızını” oğurlaya bildik. Kameramız qarşısına keçib 6 ay 6 gün həbsxanada yaşadıqlarını bölüşdü. Suallarımızı cavablandırarkən gah ağladı, gah güldü.

Təranə Səmədovanın Axşam.az-a müsahibəsini təqdim edirik:

-  Artıq 3 həftədir azadlıqdasınız. Həyatınızda nə dəyişiklik hiss edirsiniz?

- Mənə sual verirdilər ki, nə edəcəksən? Çıxan kimi işə davam edəcəksən? Deyirdim, bilmirəm. Düşünürdüm ki, cəmiyyətin qınağı, gerçəyi bilmədən insanın üstünə getməyi var. Şərhlər məni qorxudurdu. Çıxandan sonra hamının mənə arxa çevirəcəyini, daha soyuq münasibət bəsləyəcəyini düşünürdüm. Mənə qəribə və yuxarıdan aşağı baxacaqlar. Amma əksini gördüm, heç gözləmədiyim insanlar belə mənə bir addım yaxın gəldi. Hələ azadlığa tam alışa bilmirəm.

- Yəqin orada olanda planlar qururdunuz...

- Fikirləşirdim ki, buradan çıxıb, özümü anama və övladıma həsr edəcəm. Heç vaxt fikirləşmədim ki, gedib layihələr edəcəm, iş görəcəm... Əminlik var ki, nəsə etsəm, əvvəkindən uğurlu olacaq. Orada bizə nəzarət edən insanlar təsəlli verirdilər ki, dahi, görkəmli insanların belə buradan yolu keçib. Həyat sınağıdır, əzilmə, özünə qapanma.

"QINAQLARDAN QORXURDUM..."

- Həbsxanaya düşmək tənqid olunası bir durum deyil. Heç kim heç nədən sığortalanmayıb. Amma açıq etiraf edək ki, cəmiyyətimizdə belə bir düşüncə var: həbsxanada yatan insana başqa cür baxırlar. Hamı onları bir növ qınayır.

- Çox böyük qınaq gözləyirdim, qorxurdum da... Ən çox çəkindiyim də bu idi. Elə məqamlar var ki, susmalıyam. Elə bir şeydə ittiham olundum ki, ağırdır. Çəkisi çox ağırdır, onu daşımaq çətindir.

- Dəfələrlə məhkəmə olmuşdu, hamı aranın sakitləşdiyini düşünürdü. Amma qəfil Təranənin məhkəmə zalından həbs edildiyi xəbəri yayıldı.

- Qətiyyən gözləmirdim. Müəyyən vaxt cəza çəkib, azadlığa çıxandan sonra nələrsə danışmaq, onların mənim əleyhimə çevrilməsini istəmirəm. Susmağı seçirəm... Məhkəmədə bəraət alacağıma ümid edirdim. Üsyançı obrazı yaratmaq istəmirəm. Mən orada susmağı öyrəndim. 

"HƏBSİMİ SİFARİŞ ETMİŞDİLƏR"

- Hətta ətrafda danışıldı ki, kimlərsə sənin həbsini istəyib, sifariş verilib.

- Bunu mən də eşitdim. Bir yox, bir neçə insan bunun kimin arzusu olduğunu dedi.  Həbsimi sifariş etdilər... Hər dəfə məhkəməyə gələndə düşünürdüm ki, buradan azadlığa buraxılacam. Amma məyus halda yenidən həbsxanaya qayıdırdım. İçəri girəcəyimi düşünmürdüm. Vəkillər əlindən gələni edirdi. Hətta mənə "Ən yüngül cəza veriləcək, amma övladının yanında olacaqsan" vədi verildi. Deyirdim, eybi yox, nahaqdan "məhkum" adı alaram, amma azadlıqda olaram. Nə azadlıq, mən hətta nahaqdan həbs də yatdım. Azərbaycanda yaxşı qanunlar var. Müəyyən vəzifədə oturanlar onlardan aşağıda əyləşənlərin hər əməlindən xəbərdar deyillər. Hər məhkəmədə, apellyasiyada ümid edirdim ki, gedəcəm evə. Son gün məhkəmə zalından çıxdım, arxamca gələnlərə dedim, olmadı (ağlayır). Həyatda kimisə qınamışamsa, bir balaca mənfi düşüncəm olubsa, hər şeyi yaşayıram. İnsan kimisə qınayırsa, onu yaşamadan bu dünyadan köçməyəcək. Mənə bu pislikləri edənlər dünyanı tutub durmayacaqlar ki...

"MƏHKƏMƏDƏ ÜZÜMƏ DURDULAR"

-  Hər dəfə ümidlə məhkəmə zalına gəlirdin. Ümidin boşa çıxırdı...

- Həyatda hər zaman qalib ola bilməzsən. Müəyyən məqamda məğlub olmalısan, dostu düşməndən ayıra bilmək üçün lazımdır. Bu pisliyi mənə edənlər... Şərhlərdə oxuyuram, məndən şikayət edən insanları qurban kimi qələmə verirlər: onların da anası var. O qınayan insanlar həmin şəxslərin həyatına kənardan baxsınlar. Görün, o şikayət edənlər əziyyət çəkən ananın övladlarına oxşayır? Cəmiyyətin çox yüngül həyat tərzi keçirən üzvləridir. Onlar üçün bu həyatda itirəcək heç nə yoxdur. Belə bir oyunun qurbanı olmaq dəhşətdir. Onlar vicdan əzabı çəkən deyildi. Günahı özümdə görürəm. O qədər ürəyi yumşaq olmuşam. Kimsənin qəlbinə dəyə bilmirdim. Yüngül həyat tərzi yaşayan, hansısa əxlaqsızlıq edənlərin mənfi tərəfin heç vaxt görmürdüm. Hər zaman deyirdim ki, hərənin öz həyatı var. Bu sınaq dövrü mənə öyrətdi ki, kimisə yazıq olduğu üçün yaxına buraxmaq olmaz. Özümü qınayıram ki, niyə mən onlara sirrimi dedim? Boşluqlarımdan istifadə edib, məhkəmədə üzümə durdular.

"BU QƏDƏR ÖNƏMLİ DÜŞMƏN OLDUĞUMU BİLMİRDİM"

-  Sizdən şikayət edən qadınların sosial şəbəkədə dəfələrlə videoların gördük. Sizin dediyiniz kimi, yüngül həyat tərzi keçirən şəxslər Təranə Səmədova tərəfindən satıldıqlarını iddia edirdi...

- Görünür, şikayətin ciddi qəbul edilməsi üçün çalışanlar oldu. Mən bu qədər önəmli, yüksək çəkili düşmən olacağımı bilmirdim. Mənə göstərdilər ki, nə qədər önəmli biri imişəm. Kimlərəsə mane olur, yolunu kəsirmişəm.

- Təranə Səmədova kimə nə etmişdi ki, intiqam onu barmaqlıqlar arasına qədər aparıb saldı?

- İndi açıb hər şeyi töküm? (gülür) Heç kimə böyük pislik etməmişəm. Cüzi bir pislik etmişəmsə, demək, həmin adam ona layiq olub. Etmişəm ki, başa düşsün insanı vurmaq olmaz. Mənim sifarişimi verən insanlara isə heç bir pisliyim olmayıb. Adı hallanan insanın bu gün cəmiyyətdə tanınmasında, ayaqüstə durmasında, önəmli yer tutmasında vasitəçilərdən biri də mən olmuşam. Niyə etdi...?

"RƏQSANƏ ANAMA ZƏNG VURUB"

-  Həbsxanaya girəndən sonra bir vaxtlar sizə "düşmən" olanlar, statuslar yazıb, dəstək olduqlarını göstərməyə başladılar. Dedilər, ailənizə yardım etməyə hazırdılar.

 Açıq adlarını çəkək: müğənnilər Rəqsanə İsmayılova və Kərim Abasov. Kömək etdilər ailənizə?

- İllər keçib, eyni şəxslərlə bağlı mövzunu danışmayım. O insanlar hər cüzi məqamdan faydalanıb, yaxşı obraz yaratmağa çalışırlar. Heç bir kömək olmayıb, buna ehtiyac da duymayıb ailəm. Mənə olan maddi yox, mənəvini ödəməyi bacarardılar, sonra... Rəqsanə anama zəng vurub. O da cavab verib ki, gətir, Təranəyə olan borcu qaytar, heç nəyin lazım deyil. Zamanında ona böyük məbləğdə pul kömək etmişəm. Soruşanda deyir ki, Təranənin pulu hardan idi? Müəyyən insanlar var idi ki, mənə və anama güvənib pulu verdi. Rəqsanə qaytarmadı onu. Özüm verdim borcu. Həmin adamlar indi dünyasını dəyişib. İndi kimsə evimə gəlib təmirsiz görəndə, deyir ki, sən illərdir qazanmısan, bu nə evdir? O qədər acınacaqlı durumdayam ki... İllərdir mənə vurulan zərbələrin altından çıxmaq üçün güzəranımı düzənləyə bilməmişəm. Kamera qarşısında mənə baxan bilməz ki, maddi sıxıntım var. Çantamda 3 manatım olub, heç kimə hiss etdirməmişəm. Mənliyimi qorumuşam, etimadımı itirməmək üçün çox çabalamışam. burada kim nə paylaşırdısa, orada çalışanlar gəlib deyirdi. Sədəqə dilənirəm? Həyatımda olan insan 6 ay elə dəstək durdu ki...

"HƏBSXANANIN ÖZ QAYDALARI VAR İDİ"

-  Azadlığa çıxanda kimlər zəng vurdu?

- Həbsdə olanda məni axtarmayanları yola verdim... Həyat davam edir. Sınaqdır... Məni çətin günümdə tək buraxmayanları, heç vaxt yarıyolda qoymaram.

- 6 ay bizim üçün qısa müddət kimi gəlir. Amma yəqin orada günlər keçmirdi...

- 2,5 ay təcridxanada qaldım. 4 ay isə cəzaçəkmə müəssisəsində oldum. Təcridxanada qapalı yerdə idim, hələ tam dərk etmirdim. Cəzaçəkmə müəssisəsinə keçəndən sonra başa düşdüm... Artıq qaydalar var idi. Hər gün səhər saat 7-də zəng çalınır, gözümü açanda deyirdim, yox, hələ yuxu bitməyib. Elə bilirdim dəhşətli bir yuxudayam. Elə bir gecə yox idi ki, iki-üç dəfə ayılıb, saata baxmayım. Böyük sarsıntı keçirdim.

-  İndi azadlığa adaptasiya olmağınız çətindir?

- Elə bil yuxuda idim, oyandım. İndi evimdə rahat yatıram, gecələr ayılmıram da. Amma harasa restorana gedəndə, qəribə gəlir mənə.

"ELƏ MƏHKUMLAR VAR Kİ, DEYİRSƏN, BUNU YANDIRMAQ LAZIMDIR"

- Vaxtınızı necə keçirirdiniz orada?

- Mütaliə edirdim. Nə qədər kitab oxudum. Hər bir kitab həyat təcrübəsi idi. Yoqa ilə məşğul olurdum. Özümə qapanmamaq üçün müxtəlif vasitələrdən istifadə edirdim.

- Filmlərdən, seriallardan həbsxana həyatı bizim üçün qəddar tərəfləri ilə dolu bir aləm kimi görünür. Yeni gələnləri digər məhkumlar döyür, özlərinə tabe etmək istəyirlər...

- Mənim üçün də dəhşətli işgəncəli, "palajeniya" olan bir yer kimi gəlirdi. Ölkədə bir dənə qadın cəzaçəkmə mərkəzi var. Ən ciddi qaydalar orada hökm sürür. Qadınlar mürəkkəb varlıqlardır, onlarla mübarizə aparmaq çətindir. Amma orada sakitlik, mehribanlıq yaradılıb. Heç kim dalaşmaz, küsülü qalmaz. Hər şeyin öz saatı var. Qırmızı ərazidir, daxili türmə qaydaları yoxdur. 85 faiz günahının cəzasını çəkir. 15 faiz isə hansısa şər, böhtan qurbanı olub. Elə ana-bacılar var ki, çöldəki ən dəyərli xanım belə onun əlinə su tökməyə dəyməz. Eləsi də var ki, deyirsən, bunu yandırmaq lazımdır.

- Yəqin ki, müxtəlif həyat hekayələri dinlədiniz...

- Dəhşət idi... Ora girən rejissor neçə senari, yazıçı neçə kitab yazar. Kimi övladını, kimi doğmasın öldürüb. Qınamayın, günahdır. Allah heç kimin ağlını başından almasın. Allahdan arzulayıram ki, ağlımı alınca, canımı alsın. Həyat yoldaşını, kimisə öldürəni qınamıram. Amma övladı öldürmək...

- Məhbuslar arasında çəkindiyiniz var idi?

- Bir qadın gəlmişdi, cibgir idi. Deyirdi ki, məndən soruşanda işin nədir, cavab verirəm avtobusda çalışıram. Bir dəfə elə bildim yatıb, arxasınca danışırdım ki, cibgir eşitmişdim, demək belə olurmuş? Sən demə, oyaq imiş. Qayıtdı ki, buynuzum, yoxsa quyruğum olmalıydı? (gülür). Ondan çəkinirdim, pulqabımı gizlədirdim. Özünə də etiraf etdim ki, pulqabımı gizlədirəm səndən. Deyirdi ki, çöldə işimdir, burada yox. Sözlə gördüklərim izah ediləcək deyil.

- Məşhur olmağın üstünlükləri var idi?

- Əvvəl özümə qapanmışdım. Sakit dayanıb, oradakılara baxırdım. Elə bilirdilər ki, tanınmışam deyə, özümü yüksək tuturam. Sonra gördülər ki, yox... Bayram günü zalın bu başından o başına hamıyla oynadım. Qayıtdılar ki, elə bil əhd eləmişdin içəri girim, oynayım. Bu da bir həyat sınağı idi.

- Görüşə gələnlərdən nə soruşurdunuz?

- Həbsxanada olanları azadlıqda baş verənlər maraqlandırmır. Hətta yanıma gələnlər danışanda, qıcıq olurdum.

- 6 ay 6 gün sonra azadlıq xəbəri gəldi...

- Çimmək günləri fərqli idi. Çimdim gəldim, oturub corabımı tikirdim. Həftənin bazar ertəsi nə telefon, nə görüş olur. Dedilər, Təranə səni çağırırlar. Təəccübləndim ki, nə etmişəm? Gəldim, dedilər, məhkəməndi, yəqin buraxılacaqsan. O dəqiqələri gözləyəndə, nələr yaşadım. Dəmir darvazaya baxırdım, deyirdim, görəsən onun o tərəfində olacam? Allah hamının qapısını açsın. Çörək kəsdiyim qadınlar soruşurdu ki, çıxsan, bizdən danışacaqsan? Sahibə, Gülər, Yeganə, Elvira və Sevinc var idi... Alnıaçıq çıxdım oradan. Həbsxanada həm cəzaçəkənlərin, həm əməkdaşların hörmətini qazandım.

- Təranə həbs olunan gün çantasında nə qədər pul var idi?

- Burada dostluğumuzdan sui-istifadə edirsən (gülür). Rəfiqəm bizdə qalmışdı, çantamda 1 manat var idi. Rəfiqəm 10 manat qoydu ki, məhkəməyə gedəndə taksiyə ver. 2 manat taksi etdi, 9 manat qaldı. Oradan aparıldım cəzaçəkmə müəssisəsinə. Çantamı içəri girəndə yoxlayırdılar. Təəccübləndilər ki, tanınmış adamsız, 9 manatınız var?

"FƏDAYƏ LAÇINI GÖRDÜM"

- Fədayə Laçını görürdünüz?

- İstintaq Təcridxanasında məhkumlar bir-biri ilə görüşmürdü. Bir dəfə üzləşdik, çox dəyişib. Qapalı yerdir deyə, qadın oturur, kökəlir. Ona yaraşırdı, qəşəng idi. Tezliklə azadlığa çıxmağı arzulayırdı. Bizə eyni gündə cəza verdilər. Mən qısa müddətdə qurtuldum. Fədayə isə uzun illər orada qalacaq. Həyatda kimin səhvi yoxdur ki...

- Bayaqdan danışırıq, belə başa düşdüm ki, həyatınızda biri var...

- Həbsxanada olduğum müddətdə həmin şəxs nə məni, nə anamı tək qoydu. Ailəmə sahib çıxdı, mənim arxamda dayandı. Onun ailəsinə təşəkkür edirəm ki, belə bir tərbiyəli övlad böyüdüblər. 

- Təranə Səmədova özünə hansı sərhədləri qoydu?

- Sərhədlər qoymuşam, amma nə qədər davam edəcək bilmirəm. Bu ürəyin sahibi mənəm. Olmur qəddarlaşmaq...

- Çıxandan sonra iş təklifi almadınız?

- Hansısa müğənnidən təklif almamışam. Məni axtarmağa qorxurdular, o da qaldı işləməyə. Qorxaq insanlarıq... Birinin başının üstünü qara bulud alanda, ətrafdakılar qaçıb gizlənir ki, mənə dəyməsin. Hansı müğənni ilə işləməyi arzulayım? Ağlıma gəlmir. Yeni biri ilə isə işləməkdən qorxuram.

- Sizdən şikayət edənlərə zəng vurub "Niyə" sualını verdiniz?

- Çıxdığım gün ortaq tanıdıqlarımız dedilər ki, filankəslərin qara günü başladı, intiqam alacaqsan. Pislik edənə o cür cavab verən deyiləm. Onlar "Niyə" sualını verməyimə layiq şəxslər deyil. Gəlib üzümə dururlar, 3 il həbsimi istəyirlər, onlara sual verməyə dəyər?

ATV.az

BUNU DA OXU

Yalan məlumat yayan qadin həbs olundu - Polis əməliyyat keçirib - VİDEO
Xəzərdə yeni neft yatağı kəşf olunub
Virusdan özümüzü necə qoruyaq? - VİDEO
BOKSÇULARIMIZDAN TOKİO-2020-YƏ İLK LİSENZİYA
ATV-nin Novruz Xonçası - VİDEO
Xəbər lenti

Ronaldo 4 milyon avronu kluba bağışladı - "Yuventus"un 4 futbolçusu maaşdan imtina etdi
21:21 28.03.2020

Braziliyalı futbolçudan çağırış - "Çempionat dayandırılsın"
21:03 28.03.2020

Milli komanda FIDE-yə məktub yazdi - "Rəcəbov iddiaçilar turnirinə qaytarilsin"
20:52 28.03.2020

Zaqatalada əməliyyat keçirilib - Yalan məlumat yayan 2 nəfər saxlandı
20:36 28.03.2020

Goranboyda avtomobil dəmir arakəsməyə çırpıldı - İki nəfər yaralandı
20:25 28.03.2020

Daha az işçi ilə maksimum işləmək - “Azəriqaz” yeni iş rejiminə keçir
20:17 28.03.2020

Xüsusi karantin rejimi ilə bağlı qayda təsdiqləndi - Polis postlarından kimlər buraxılacaq?
20:03 28.03.2020

Horadizdə dezinfeksiya işləri gücləndirilib - Könüllülər isə əhali ilə maarifləndirmə işi aparır
19:21 28.03.2020

Dövlət təhlükəsizliyi xidmətinin tarixi - Yüksək peşəkarlıq, intellektual səviyyə, ciddi xidmət və icra intizamı
19:07 28.03.2020

Ölkəmizdə xüsusi karantin rejimi - Bu gecədən tətbiq ediləcək
18:52 28.03.2020

Lənkəran polisi əməliyyat keçirib - Narkotik satan şəxslər saxlandı
18:26 28.03.2020

Daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb - Operativ qərargahdan açıqlama
18:04 28.03.2020

Rusiya koronavirusa qarşı dərman hazırladı - Malyariyaya qarşı preparat əsasında
17:36 28.03.2020

Koronavirusla mübarizə - Çindən Azərbaycana kömək təklifi
17:02 28.03.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər
16:52 28.03.2020

Koronavirusla mübarizəyə dəstək - Fonda ayrılan məbləğ 90 milyon manatı ötüb
16:25 28.03.2020

Birinci sinfə qəbul - Aprel ayına nəzərdə tutulan müsahibələr təxirə salındı
16:02 28.03.2020

ABŞ Azərbaycana 1.7 milyon dollar yardım ayırdı - Koronavirusla mübarizə üçün
15:23 28.03.2020

Xüsusi karantin rejimi - Hansi sahələrdə qadağalar tətbiq ediləcək
15:03 28.03.2020

Nigeriyada xüsusi əməliyyat - “Boko-Haram”ın 100-dən çox üzvü məhv edildi
15:03 28.03.2020

Türkiyədə koronavirusdan ölənlərin sayi 92-yə çatdı - Virusa yoluxanların da sayi sürətlə artır
14:52 28.03.2020

“ASAN xidmət” və “ASAN kommunal”in fəaliyyəti - Hər iki qurum sabahdan xüsusi iş rejiminə keçir
14:03 28.03.2020

Bakı Nəqliyyat Agentliyindən xəbərdarlıq - Marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər - VİDEO
12:59 28.03.2020

Evdə qalmasaq nə baş verər? - “Bir nəfər 450-dən çox insanı yoluxdura bilər” - VİDEO
12:37 28.03.2020

Xalq artistləri “evdə qal” deyir - Xuraman Qasımova və Arif Quliyevin əhaliyə çağırışı - VİDEO
12:02 28.03.2020

"Votsap"da dezinformasiya yayan 3 nəfər həbs edildi - VİDEO
11:25 28.03.2020

ABŞ yoluxma sayına görə ilk sıraya yüksəldi - Bu ölkədə hər gün 2300-ə qədər insan ölə bilər
22:02 27.03.2020

Koronavirusla mübarizə fonduna dəstək olan təşkilat və şirkətlər
21:25 27.03.2020

Trampla Si Çinpin arasında telefon danışığı olub - Koronavirusla mübarizə yolları müzakirə olunub
21:15 27.03.2020

“İttihamlar əsassızdır” - Maduro onun həbsi üçün ABŞ-ın mükafat vədini pislədi
21:02 27.03.2020

Bakıya gəlmək üçün görün nələrə əl atdılar? - Polis 3 nəfəri saxladı
20:15 27.03.2020

Daha 43 nəfər koronavirusa yoluxub - Operativ qərargahdan açiqlama
20:02 27.03.2020

Prezident İlham Əliyev Rauf Yusuf oğlu Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
19:25 27.03.2020

Şirvanda dezinfeksiya işləri davam etdirilir - Şəhər ərazisi xüsusi dərmanla yuyulur
19:12 27.03.2020

Bəzi yerlərdə qaz xətləri sıradan çıxır - “Azəriqaz” karxana sahiblərinə müraciət etdi
18:02 27.03.2020

Koronavirusa qarşı qabaqlayıcı tədbirlər - Xəzər rayonunda dezinfeksiya işləri aparılıb
17:15 27.03.2020

Hərbi xidmətə çağırış - Müddət mayın 31-dək uzadıla bilər
17:02 27.03.2020

Heydər Əliyev Fondundan nəcib təşəbbüs - Ahıllara və tənha şəxslərə ərzaq çatdırılır
16:45 27.03.2020

6 milyon manatlıq siqaret aşkarlandı - Gömrükçülər əməliyyat keçirib
16:36 27.03.2020

Rayonlara giriş–çıxış məhdudlaşdırılıb - Daxili işlər nazirliyindən açıqlama
15:52 27.03.2020

İspaniyada vəziyyət nəzarətdən çıxıb - Son sutkada 769 nəfər koronavirusdan ölüb
15:33 27.03.2020

Türkiyədə maskaya görə silahlı insident baş verdi - 4 nəfər yaralandı
15:12 27.03.2020

Gəncədə mövcud qadağalara necə əməl olunur? - Polis vətəndaşlara çağırış etdi
15:02 27.03.2020

Kremldə koronavirusa yoluxma halı qeydə alınıb - Peskov məlumatı təsdiqləyib
14:42 27.03.2020

Bakı nəqliyyat agentliyindən xəbərdarlıq - Marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər
14:20 27.03.2020

“Vitka” ləqəbli narkotacir saxlanılıb - Balakən polisi Qullar kəndində əməliyyat keçirdi
13:45 27.03.2020

Rauf Babayev dünyasını dəyişib
12:42 27.03.2020

Bakıda polis əhaliyə çağırış etdi - YENİLƏNİB - VİDEO
11:00 27.03.2020

Yalan məlumat yayan qadin həbs olundu - Polis əməliyyat keçirib - VİDEO
10:33 27.03.2020

YAP-ın könüllülərindən təqdirəlayiq addım - 2500-dən artıq tənha və ahıla yardım edilib - Yenilənib - VİDEO
10:11 27.03.2020

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib
21:18 26.03.2020

200 məhkum azadlığa buraxıldı - Ədliyyə nazirliyindən açıqlama
20:45 26.03.2020

AZAL-dan uçuşlarla bağlı açıqlama - Uçuşlar yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək
20:36 26.03.2020

Bakı-Naxçıvan-Bakı aviareysi - Həftədə bir dəfə yerinə yetiriləcək
20:25 26.03.2020

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu - Uhan bazarında satıcı işləyirmiş
20:03 26.03.2020

Karantinə əməl etməyənlər təhlükə yaradır - Etinasızlıq həyatımız bahasına başa gələ bilər
19:56 26.03.2020

Operativ qərargahdan xəbərdarlıq - Ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır
19:32 26.03.2020

Koronavirusla mübarizə fonduna dəstək olan təşkilat və şirkətlər
19:23 26.03.2020

Balakəndə əməliyyat keçirilib - Üç nəfər narkotiklə tutulub
17:36 26.03.2020

Xaçmazda əməliyyat keçirilib - “Tramadol” satan şəxs saxlanıldı
17:12 26.03.2020

Yeni Zelandiya terrorçu günahını etiraf etdi - Bir il əvvəl 51 nəfəri qətlə yetirmişdi
17:02 26.03.2020

İspaniya ölü sayına görə Çini keçdi - Baş nazirin 1-ci müavini də koronavirusa yoluxdu
16:52 26.03.2020

Koronavirus əleyhinə mübarizə tədbirləri - Zaqatala və Qaxda dezinfeksiya işləri davam etdirilir
16:36 26.03.2020

Bəzi vətəndaşlar çağırışa əməl etmirlər - Nazirlik valideynlərə müraciət etdi
16:03 26.03.2020

Daha 29 nəfərdə koronavirus aşkarlanib - Bir nəfər ölüb, 5 nəfər sağalib
16:03 26.03.2020

Hamilə qadınlar üçün koronavirus təhlükəsi - İnfeksiya körpələrə yoluxurmu?
15:52 26.03.2020

Tənha vətəndaşlara ərzaq çatdırılır - Heydər Əliyev fondundan sosial layihə
15:36 26.03.2020

Sənəd qəbulu dayandırılıb - Dövlət imtahan mərkəzindən açıqlama
15:03 26.03.2020

Koronavirus əleyhinə qabaqlayıcı tədbirlər - Binəqədi rayonunda dezinfeksiya işləri davam etdirilir
14:52 26.03.2020

10 mindən artıq tənha vətəndaşa evində xidmət göstərilir - Nazirlikdən açıqlama
14:23 26.03.2020

Neftçalada dezinfeksiya işləri aparılır - Çox sayda müəssisə, park və yollar dezinfeksiya edilib
14:02 26.03.2020

Maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub
13:37 26.03.2020

Türkiyə ordusu yenə şəhid verdi
13:13 26.03.2020

Referendum təxirə salındı - Rusiyada
12:45 26.03.2020

Dünyada koronavirusdan ölənlərin sayı 21300-ə çatıb
12:11 26.03.2020

Tərtərdə sürücülərə spirt, maska və əlcək verildi - Polis aksiya keçirib - VİDEO
11:24 26.03.2020

Altı yeni koronavirusa yoluxma qeydə alınıb - Bir nəfər vəfat edib - Yenilənib - VİDEO
10:53 26.03.2020

Taksilər dezinfeksiya edilir - Yenilənib - VİDEO
10:29 26.03.2020

Yaşlı insanlara evlərində sosial xidmət - Müraciətlər əsasında siyahı tərtib edilib - VİDEO
10:02 26.03.2020

Gələn həftə də iş olmayacaq - Bir sıra müəssisə və təşkilatlar istisna təşkil edir
23:52 25.03.2020

Bütün xəbərlər