Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi" - Jezniçak sirləri açır

"Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi" - Jezniçak sirləri açır
   250 dəfə oxunub

Mövsümün sonunda "Qarabağ"dan ayrılıb, ölkəsinin "Visla" (Plotsk) klubuna keçən polşalı müdafiəçi Yakub Jezniçak Polşanın "weszlo.com" saytına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, Ağdam klubundakı karyerasını xatırlayan Qurban Qurbanov haqda da maraqlı fikirlər səsləndirib.
Müsahibəni ixtisarla təqdim edirik.

- Bakıda başınız dinc idi?

- Hə, orada demək olar ki, qeybət portalları yoxdur. Əlbəttə, sarışın olduğum üçün insanlar onlarla şəkil çəkdirməyimi xahiş edir, bəzən isə maşına yaxınlaşaraq, formamı onlara verməyimi istəyirdilər. Yəqin ki, ötən il Çempionlar Liqasının təsnifat mərhələsinin "Kukesi" ilə oyunundan sonra olanları siz də görmüsünüz. Azarkeşlər onlarla şəkil çəkdirməyim üçün çox israr etmişdilər. Təbii ki, hər şey qarşılıqlı hörmət əsasında olmuşdu. Məsələn, Bakıda hansısa paparatsi kamera ilə sizi izləyib, market və ya hovuzda şəklinizi çəkməyəcək. Hətta deyərdim ki, məşhurlar tətil vaxtı ora getsinlər. Çünki tam sakitlikdir. Heç kim onları narahat etməyəcək.

- Deməli, siz heç bir təhlükə olmadan şəhərə çıxa bilərsiniz və baş məşqçinin bundan xəbəri olmaz...

- Qurban Qurbanovun futbolçular üzərində ciddi nəzarəti var idi. Ona görə də bu barədə danışmasaq, yaxşıdır (gülür). "Qarabağ"da Mahir Mədətov adlı istedadlı futbolçu var. Biz ona gülürdük. Çünki sanki Qurbanovun oğlu idi. Baş məşqçi ona çox diqqət göstərirdi. Ancaq səhvi olanda da sərt şəkildə cəzalandırırdı. Mahir nəsə edəndə Qurbanovun mütləq bundan xəbəri olurdu. Ona görə də bir neçə dəfə gecəni bizimlə təlim-məşq bazasında keçirib.

- Baş məşqçi hər şeyə nəzarət etməyi xoşlayırdı?

- Bir dəfə ötən ilin yazında bara getmişdik. Dərhal  xəbəri olmuşdu. Yadımdadır, oyundan sonra bizə demişdi ki, gecə hamı evində olmalıdır. Şoka düşmüşdüm. Hələ bu harasıdır ki? Bir dəfə gecəyarı komanda istirahətdə olanda "Votsap"dakı qrupa yazmışdı ki, hamı hazırda olduğu yeri bura qeyd etsin. Hamımız gülüş işarəsi göndərdik. Bir qədər sonra isə hərə qrupa bir şəkil atdı: Gerye Haitidən, mən isə Varşavadan. Ancaq bu hadisə bircə dəfə oldu. Sonra biz böyük insanlar olduğumuzu və bu yanaşmanın bir az sərt olduğunu söylədik. Ümumiyyətlə, Qurbanov çılğın insanları sevmir. Həmişə deyirdi ki, sakit olun. Sən heç kimə qəzəblənə, ucadan qışqıra, kiminsə üzərinə gedə bilməzsən. Hətta bir dəfə oyunumu tribunadan izləyən dostlarım soruşmuşdular ki, sənə nə olub. Çünki artıq hakimin üstünə qaçmırdım, qərarları müzakirə etmirdim.

- Azərbaycanda cərimələrlə yanaşı, yaxşı bonuslar olduğunu bilirik. Mükafatlar necə verilirdi?

- Bilirsiniz, qələbə qazandığımız oyunlara görə əla mükafat alırdıq. Hərdən baş məşqçi bizi motivasiya edirdi. Məsələn, mükafat oyundan dərhal sonra yox, növbəti matça bir gün qalmış verilirdi. Qurbanov düşünürdü ki, bunun sayəsində biz meydana daha istəkli çıxacağıq.

- Bəs Azərbaycanda fan-klublar necədir?

- Rəqabət demək olar ki, yoxdur. Polşa ilə müqayisəyə belə gəlməz. Maraqlısı odur ki, "Neftçi" üzərində qələbədən sonra çılğın şəkildə sevinməyimiz baş məşqçinin xoşuna gəlmirdi. Çünki o, uzun illər həmin komandada çıxış edib.

- Premyer Liqada çıxış edən klubların yarıdan çoxu Bakını təmsil edir. Səhv etmirəmsə, ən uzaq səfəriniz Qəbələyə olurdu...

- Hə, Qəbələ dağların arasında kiçik bir şəhərdir. Ötən mövsüm "Kəpəz" də var idi. Amma bu komanda son mövsümdə Premyer Liqada çıxış etmədi. "Sumqayıt" Bakıdan elə də uzaq olmayan şəhəri təmsil edir. "Neftçi", "Səbail", "Zirə" də paytaxt klublarıdır. "Keşlə" Bakının mərkəzində yerləşir. Əslində yalnız Qəbələ real səfər sayılırdı.

- Özünüzü 300-500 nəfərin gəldiyi oyunlara motivasiya etmək çətin olmurdu?

- Liqaya uyğunlaşmaq çox çətin oldu. Ancaq avrokuboklarda  50 min nəfərin qarşısında oynayırdıq. Qışdan sonra isə azarkeşlər oyuna gəlmirdi. Sanki tətildə olurduq (gülür).

- "Qarabağ"dakı karyeranıza baxıram, çempionat oyunlarında elə də çox meydana çıxmamasınız...

- Ötən il də belə olmuşdu. Qış fasiləsindən sonra cəmi 2 oyunda meydana çıxmışdım. Bu, legioner limiti ilə bağlıdır. Meydançada 5 azərbaycanlı futbolçunun olması şərtdir. Onlar əsasən müdafiəçilər idi. Hücum xətti isə əsasən legionerlərdən qurulmuşdu. Aydın məsələdir ki, baş məşqçilər əsasən ön xətdə oyunu öz üzərinə götürə bilən futbolçulara üstünlük verirlər. "Qarabağ"dan ayırlmaq mənim üçün gözlənilməz olmadı. Çünki oynamırdım. Buna görə təəssüflənmirəm. Sona qədər gözlədim. Adətən mövsümün sonunda yeni müqavilə təklif edirdilər. Bu dəfə isə dedilər ki, başqa mərkəz müdafiəçisi gətirmək istəmirlər. Üç azərbaycanlı oyunçu ilə avrokuboklarda uğur qazanacaqlar.

ATV.az

BUNU DA OXU

"Maşın"da final həyacanı - VİDEO
Bahar Lətifqızı "Ölsəm, daha yaxşıdır" fikri ilə özünü zəhərlədi - VİDEO
1000 kv/km ərazi terrorçulardan azad edilib - Ərdoğan: “Hədəfə çatana qədər davam edəcəyik”
Qazaxıstanlı proqramçılar Azərbaycan dilində mobil oyun hazırlayıblar - FOTOLAR
“Bala Tofiq” saxlanıldı - Onun həyətindən 255 kq yararsız ət aşkarlanıb - FOTOLAR
Xəbər lenti

Yanlış çalınan himn Putini təəccübləndirdi - Səudiyyə Ərəbistanı səfərindən maraqlı anlar - VİDEO
13:53 16.10.2019

Opera və Balet Teatrında “Şəhrizad” baleti nümayiş olunub
13:34 16.10.2019

“Hagibis” tufanı: 74 nəfər ölüb, itkin düşənlərin axtarışı davam edir
13:18 16.10.2019

AVRO-2020-yə hazırlıq başladı - “Könüllülər proqramı” təqdim olundu
13:00 16.10.2019

Mayk Pens və Mayk Pompeo Türkiyəyə yollanır - Ərdoğanı Suriyada sülhə razı salmaq üçün
12:41 16.10.2019

"Maşın"da final həyacanı - VİDEO
12:33 16.10.2019

Veteran cüdoçularımız dünya çempionatından uğurla döndülər - 5 qızıl, 1 gümüş və 1 bürünc
12:14 16.10.2019

İnək avtomobillərin toqquşmasına səbəb oldu - Xəsarət alanlar var
11:55 16.10.2019

Ərdoğanla Putin arasında telefon danışığı olub - Suriyadakı vəziyyət müzakirə olunub
11:36 16.10.2019

Tarixdə bu gün - 16 Oktyabr - Səməd bəy Mehmandarov, Beynəlxalq Anestizoloq Günü, Ümumdünya Qida Günü, Ümumdünya Çörək Günü...
11:17 16.10.2019

Məhv edilən terrorçuların sayı 611-ə çatıb - "Sülh bulağı" əməliyyatı davam edir
10:58 16.10.2019

“Valideynləri məktəbə cəlb etmək çətinləşib” - Nazir müavinindən açıqlama
10:40 16.10.2019

Anar Ağakişiyev ATV-də - Özəl - FOTOLAR
10:23 16.10.2019

Bahar Lətifqızı "Ölsəm, daha yaxşıdır" fikri ilə özünü zəhərlədi - VİDEO
10:06 16.10.2019

Bəzi ərazilərdə qaz təchizatı dayandırılacaq
09:47 16.10.2019

Bakıda ağac budaqları qırılıb, 3 nəfər xəsarət alıb
09:30 16.10.2019

Müstəqillik illərində din təhsili - İlahiyyat İnstitutunda müzakirə aparıldı
22:57 15.10.2019

Ordudan tərxis olunan gənclər qarşılandı - Onlarla görüş keçirildi
22:39 15.10.2019

Böyük Britaniyanın Xarici İşlər nazirindən Ankaraya xəbərdarlıq - Türkiyənin silah ixracatı nəzərdən keçiriləcək
22:21 15.10.2019

Sürücülərin nəzərinə! - Bakı-Sumqayıt yolunda işlər noyabrın 15-dək yekunlaşacaq
22:02 15.10.2019

Torpaqların uçotu prosesi davam edir - On minlərlə torpaq mübahisəsi həllini tapacaq
21:43 15.10.2019

10 məktəb direktoru işdən çıxarılıb - 29 məktəbə yeni direktor təyin edilib
21:24 15.10.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Bölgələrdə də kurslara start verilib
21:05 15.10.2019

SOCAR istiqrazlarında 12-ci faiz ödənişi olacaq - İnvestorlara 1 milyon 250 min dollar vəsait ödəniləcək
20:45 15.10.2019

1-ci sinfə qəbulla bağlı açıqlama - “Məktəblərin 85 faizində ərazi prinsipi tətbiq olunmur”
20:26 15.10.2019

Bələdiyyə seçkilərinə hazırlıq - Üç günlük kurslara start verildi
20:07 15.10.2019

1000 kv/km ərazi terrorçulardan azad edilib - Ərdoğan: “Hədəfə çatana qədər davam edəcəyik”
19:47 15.10.2019

Ramin Bağırzadə "Şou ATV" - "Görüşərsən" - VİDEO
19:28 15.10.2019

İkinci Azərbaycan Xalq Mahnıları Festivalı başa çatıb
19:09 15.10.2019

Mardin terrorçular tərəfindən atəşə tutuldu - Azı iki nəfər həyatını itirib, yaralılar var
18:50 15.10.2019

Sabah hava necə olacaq?
18:31 15.10.2019

Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü keçirilib
18:12 15.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Vasim Məmmədəliyevin hüzr mərasimində iştirak edib - FOTOLAR
17:52 15.10.2019

Suriyadakı əməliyyatın gedişatı - Baş konsul jurnalistlərə məlumat verdi
17:33 15.10.2019

İ.Ə.Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17:14 15.10.2019

Kataloniyada etiraz aksiyaları ilə əlaqədar Barselona aeroportunda reyslər ləğv edilir
16:54 15.10.2019

Xalq yazıçısı Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı çap olunub
16:35 15.10.2019

Peşə təhsilində xarici təcrübə - 26 mütəxəssis Cənubi Koreyada təlim keçib
16:16 15.10.2019

Elxan Şirinov : Mən azadlığı sevmişəm - "Şou ATV"də - VİDEO
15:57 15.10.2019

Azərbaycan Yaxın Şərqdə turizm potensialının təbliğatını genişləndirir
15:38 15.10.2019

Meksikanın qərbində 14 polis əməkdaşı qətlə yetirilib
15:19 15.10.2019

BİZİM məşqçi və ya Nikola Yurçeviç haqqında bir-neçə söz... - VİDEO
15:00 15.10.2019

Bakıda mühüm tədbir - Türk Şurasının VII zirvə görüşü keçirilir
14:47 15.10.2019

Putin krala qızılquş hədiyyə edib - Rusiya lideri ilə Səudiyyə kralı müzakirələr aparıb
14:29 15.10.2019

Qazaxıstanlı proqramçılar Azərbaycan dilində mobil oyun hazırlayıblar - FOTOLAR
14:10 15.10.2019

ABŞ-dan Türkiyə ilə bağlı sərt addım - Hökumət rəsmiləri də hədəfə alınıb
13:52 15.10.2019

Ev qarətçiləri tutuldu - Mingəçevir polisi əməliyyat keçirib
13:34 15.10.2019

Kino tariximizdə ilk rəngli bədii filmin müəllifi - FOTOLAR
13:15 15.10.2019

Xatirə İslam və Vasif Məhərrəmli "Zaurla Günaydın"-da - "Sənin kimi " - VİDEO
12:56 15.10.2019

"Maşın"ın sonunda bunlar qaldı
12:35 15.10.2019

Tarixdə bu gün - 15 Oktyabr - Ümumdünya Əlyuma Günü, Beynəlxalq Kənd Qadınları Günü, Mixail Lermontov, Hüseyn Seyidzadə...
12:20 15.10.2019

Nadir Qafarzadə "Ən Yaxşısı"nda - " Axtarma məni " - VİDEO
12:14 15.10.2019

Kürdəmir sakinin avtomobili qəfildən alışaraq yanıb - ÖZƏL - FOTOLAR
12:04 15.10.2019

ABŞ Suriyadan qoşunlarını çıxarmağa davam edir
11:50 15.10.2019

Biləsuvar, Goranboy və Suraxanı rayonları sakinlərinin nəzərinə! - Bu gün qaz olmayacaq
11:40 15.10.2019

“Bala Tofiq” saxlanıldı - Onun həyətindən 255 kq yararsız ət aşkarlanıb - FOTOLAR
11:32 15.10.2019

Türkiyə ordusu Mənbiçə hücuma keçib
11:16 15.10.2019

Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edib
10:57 15.10.2019

Pünhan İsmayıllının ayaqları tutuldu, səsini itirdi - VİDEO
10:38 15.10.2019

Qaxda zəncivari qəzada 7 avtomobil toqquşub
10:20 15.10.2019

Emil Bədəlov "Axşamın Oyunu"-da - "Я тебя люблю" - VİDEO
10:01 15.10.2019

Milli Kitabxanada “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-10” adlı kitab sərgisi açılıb
09:45 15.10.2019

Bakıda “Kitabi-Dədə Qorqud” dastanına həsr olunmuş dəyirmi masa təşkil edilib
09:28 15.10.2019

Cabir Abdullayevin can verən qardaşının başının üstündə ifası - "Bizimləsən"də - VİDEO
23:07 14.10.2019

Donald Tramp: “Heç vaxt bitməyən savaşlar bitəcək!”
22:47 14.10.2019

Sosial xidmətlərdə şəffaflığın təminatı - Beş ayda DOST mərkəzinə 40 min nəfər müraciət edib
22:26 14.10.2019

Yaşayış binasına minaatanla atəş açılıb - 130 minə yaxın sakin yaşadığı ərazıləri tərk edib
22:04 14.10.2019

“Qarabağ Azərbaycandır!” - YAP konfrans keçirdi
21:45 14.10.2019

Türkdilli dövlətlər arasında ticarət əlaqələri - Bakıda biznes forum keçirildi
21:24 14.10.2019

Ekvadorda etirazçılar hökumətlə razılığa gəlib
21:05 14.10.2019

“Konqresmenlərin Qarabağa səfəri qanunsuzdur” - Qarabağın Azərbaycanlı icmasından konqresə etiraz
20:44 14.10.2019

Bakıda Rusiyanın tanınmış pianoçusu çıxış edib - FOTOLAR
20:23 14.10.2019

İsmayıllıda mikroavtobus qəzaya uğradı - Beş nəfər xəsarət aldı
20:02 14.10.2019

Bakıda Türk Şurasının VII zirvə toplantısı - XİN rəhbərləri bir araya gəldi
19:43 14.10.2019

Vasim Məmmədəliyevlə vida mərasimi keçirildi - Akademik II Fəxri xiyabanda dəfn olundu - FOTOLAR
19:22 14.10.2019

Suriyada əməliyyatın beşinci günü - İki rayon, 1 qəsəbə və 56 kənd nəzarətə götürülüb
19:01 14.10.2019

Rasimə Seyidcahan "Ulduzlu Yayım"da - "Anacan " - VİDEO
18:41 14.10.2019

Sabah hava küləkli olacaq
18:22 14.10.2019

Sərhədçimiz yaralanıb - İranla sərhəddə insident
18:03 14.10.2019

Yaponiyanın mədəniyyət günləri - Sabirabadda Yapon ənənələri nümayiş olundu - FOTOLAR
17:43 14.10.2019

Bütün xəbərlər