Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Ariz Tarverdiyev: - "Bir nömrəli tənqidçilərim onlardı" - FOTOLAR

Ariz Tarverdiyev: - "Bir nömrəli tənqidçilərim onlardı" - FOTOLAR
8248 dəfə oxunub

ATV.az-ın "Bizim ATV" rublikasının bu dəfəki qonağı xəbərlər proqramının yeni siması olan Ariz Tarverdiyevdi. 

- Özünüzü təqdim edin.

-  1988-ci il 11 oktyabrda  Zəngəzurun məşhur Nüvədi kəndində doğulmuşam. Mən doğulandan təqribən 40 gün sonra digər həmyerlilərimiz kimi bizdə tarixi torpaqlarımızdan deportasiyaya məruz qalıb, Bakı şəhərinə köçmüşük. 2006-cı ildə Tərəqqi texniki-humanitar liseyini bitirib BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olmuşam. 2010-cu ildə unveristeti bitirib, hərbi xidmətə yollanmışam. 

- Televiziyaya gəlişiniz necə oldu?

 - Magistaturada oxuyarkən mən də daxil olmaqla təqribən 10 nəfərə yaxın tələbəni prorektor çağırıb dedi ki, “ATV international” kanalında müsabiqə elan ediblər. Xarici dilləri bilən işçi axtarılır. Biz də bu xəbəri eşidib, ATV-yə gəldik. Burda bizi imtahan elədilər,  mətnləri tərcümə etdik, səsimizi yoxladılar. Bir ay sonra mənə zəng vurub dedilər ki, namizədlərin içindən sizi seçmişik, sabahdan etibarən gəlib təcrübəçi kimi işə başlaya bilərsiz. Qısa müddət sonra müxbir, tərcüməçi vəzifələrində işlədim, hətta bir müdət sonra fars dilində yayımlanan analitik-informasiya proqramının aparıcılığını da mənə həvalə etdilər. Sonra isə hazırda çalışdığım "ATV xəbər"dən mənə təklif gəldi və artıq beş ildir ki, ATV kanalında çalışıram.

- Xəbərləri aparıcısı kimi  ilk efir gününü necə xatırlayırsız?

- İlk efir günümdə çox həycanlı idim, yəqin ki, ekran vasitəsi ilə də həycanım hiss olunurdu.    .

- Siz digər aparıcılardan hansı dəsti- xətt ilə fərqlənəcəksiz?

- Bu kifayət qədər iddialı sualdır, iddialı da cavab tələb edir.  Kifayət qədər iddialı insanam, amma iddiam heç vaxt bacarıqlarımın hüdudunu aşmır. Əksi olan halda onun adı da başqa olur. Bir neçə aydır ki, aparıcı kimi efirə çıxıram. İndiki halda çalışıram ki, bu missiyaya bütünlüklə adaptasiya olum. Mən hesab edirəm ki, dəsti-xətt düzgün hesab etdiyin yeniliklərin tədricən tamaşaçılar tərəfindən qəbul olunub, məhz sənin adınla tanınmasıdır. Bunun üçün də bizim kifayət qədər vaxtımız var. Qısacası, bu haqda danışmaq məncə bir az tezdir.

- Hansı aparıcıları özünüzə nümünəvi hesab edirsiz?

- Desəm ki, hansısa aparıcıdan nəyisə nümunə götürmüşəm bir az düzgün olmaz. Bəzən də elə olur ki, kimdəsə bəyəndiyin hansısa nüans şüuraltına hopur, özündə bilmədən sənə siraət edir və kimdən götürdüyünün fərqinə belə varmadan, onu təkrar edirsən. Əlbəttə, dünya televiziyalarında bəyəndiyim kifayət qədər peşəkar aparıcılar var. Bu o demək deyil ki, mən yerli tele-aparıcıları bəyənmirəm. Doğma ATV kanalında kifayət qədər peşəkar aprıcılar olub və hazırda da var, çiyin-çiyin çalışırıq. Praktik cəhətdən nəyisə öyrənmək məsələsinə gəlincə, bir neçə il öncə mən Türkiyədə, TRT kanalında təcrübə mübadiləsində iştirak etmişdim. Təlimlərdə, praktiki məşğələlərdə Türkiyənin məşhur xəbər aparıcısı Fulin Arıkan bizimlə çalışırdı. Onu  hətta kiçik yaşlarımda belə ekranda görəndə çox bəyənirdim, intelektual səviyyəsi məni heyran etdi. Məsələn, praktik baxımdan, bədən dili, artikulyasiya məsələlərilə bağlı danışdığı çox faydalı şeylər yadımda qalıb. Onun mühazirəsindən etdiyim qeydləri hələ də saxlamışam. Hazırda o pedaqoq kimi çalışır. Mən hesab edirəm ki, Fulin Arıkan bizim xanım aparıcılarımız üçün də çox gözəl nümunə ola bilər.

 - Bəzi adamlar xəbərləri yalnız sosial şəbəkələr vasitəsi ilə izlədiyini bildirir. Bu fikirə münasibətiniz necədir? 

- İnsanı informasiyasız  təsəvvür etmək qeyri-mümkündü. Cəmiyyət içində hətta mən deyərdim ki, bu mümkün deyil. Yəqin  Robinzo Kruzo yadınıza gəlir. Kimsəsiz adada təkbaşına dəli olmaq hədinə gəlib çıxır. Filmdə isə hətta özündən yalançı bir televizor da düzəldib guya xəbərləri izləyirmiş kimi imitasiya edir. Bu onun tələbatıdır. İnformasiya insanın bir növ gündəlik tələbatıdır. Və bizdə təklif edirik ki, bu tələbatı bizimlə ödəyin (gülür). Səhər tezdən gözümüzü açandan, gecə yuxuya gedənə qədər beynimiz yüzlərlə informasiyanı qəbul edib, bəzilərini emal edir, bəzilərini bir neçə saniyə sonra silir. Bu proses mütamadi olaraq davam edir. Müasir dövrümüzdə  bilirsiniz ki, nə qədər informasiya mənbələri var.  İnformasiya saytları, çoxsaylı sosial şəbəkələr...

- Əlbəttə televiziya və qəzet klassik informasiya mənbələri sayılır. Amma mən hesab edirəm ki, televiziyadakı informasiya proqramları olmasa, cəmiyətdə xaos yaranar. Sosial şəbəkələr nə qədər operativ, nə qədər çevik informasiya mənbələri olsa da, heç bir halda televiziyadakı dəqiq xəbərləri əvəz edə bilməz. Bəzi insanlar ümumiyyətlə yerli televizyalardan xəbərləri izləmədiklərini deyirlər. Mən onların səmimiyyətinə qətiyyən inanmıram. Onlar saytlarda, sosial şəbəkələrdəki  informasiyanı axşam evdə xəbərlərdə gördükdə inanırlar. Çünki biz informasiyaya görə məsuliyyət daşıyırıq və bu bizim işimizdir. Demək istəyirəm ki, alternativ informasiya mənbələri televizyanın rolunu üstələmək iqtidarında deyillər. Ən azından hələki belədir.

- Gün ərzində neçə saat mütailə edirsiz?

- İşdən sonra çox yorğun oluram. Zehni əmək fiziki əməkdən iki qat ağır və çətindi. Amma hər bir halda məndə belə bir vərdiş formalışıb ki, yuxuya getməzdən əvvəl kitabı əlimə almamış yatmıram. O ki, qaldı nə qədər oxuya bilirəm, bu yuxunun tutmasından asılıdır. Bir cümlə də ola bilər, bir neçə səhifədə. 

- Bəs fars dilinə maraq sizdə necə yarandı?

- Bizim vaxtımızda universitetə sənəd qəbulu başqa cür idi. Əvvəl ixtisası seçirdin, sonra seçdiyin bala uyğun olaraq həmin yerə daxil olurdun. Mənim politoloq sahəsinə həvəsim var idi. İmtahandan sonra bu ixtisasa düşəndə bir az pis oldum. Amma  universitetdə müəllimlərim mənə  dili necə sevdirdilərsə, bu dilə marağım yarandı və sevindim ki, nə yaxşı ki, bu fakültəyə daxil olmuşam. 

 - Sizi nə təccübləndirə bilər?

 - Yaxşı sualdı. Mən çox nadir hallarda nələrəsə təccüblənirəm. Axırıncı dəfə nəyə təccübləndiyimi indi yadıma sala bilmirəm.

Ailə üzvləriniz necə, işinizlə bağlı məsləhətlər və iradlar bildirlər ?

- Atam və anam çox tələbkar insanlardır. Hər iksi ixtisaca filoloqdur. İşim onların sahəsinə yaxın olduğu üçün, efirimə baxıb hər hansı bir qüsur olduqda evə gedən kimi dərhal nöqsanlarımı deyillər. Ən uğurlu efirimdə belə kiçik bir nöqsan onların gözündən qaçmır. Mənim bir nömrəli tənqidçilərim ailə üzvlərimdir.

- Gələcəkdə necə televiziya sahəsində yoxsa öz ixtisasınız üzrə davam elətdirmək fikiriniz var?

 - Mənim ixtisasım hazırda çalışdığım işimə zidiyyət təşkil etmir, əksinə, onunla paralel bəzən köməklikdə göstərir. Jurnalist kimi fəaliyyətimdə daha çox Şərq ölkələrinən bağlı xəbərlər araşdırıram. Eyni zamanda işdən sonra tərcümə işlərinən də məşğul oluram . Elmi sahədə də fəaliyyətimi davam etdirirəm. Azərbaycan Elmlər Akademiyasının Şərqsunaslıq inistutunun disertantıyam.  

- Bildiyim qədəri ilə siz şeirlər də yazırsız. Şeir yazmağa həvəsiniz neçə yaşından yaranıb?

- Bəli, şeirlər də yazdığım vaxtlar olur arada. Ümumilikdə ədəbiyyatı çox sevirəm və məktəb vaxtından şeirlər yazıram. Yazdığım şeirlər ənənəvi yox, biraz fərqli janr və üslubdadı. "Hayku" şeirləri deyirlər, biraz onlara bənzəyir. Yapon ədəbiyyatında yayılan bir formadı. Məsələn, yadımda olanlardan bir neçəsini deyim:

***

Ölümdən qaçmaq üçün

torpaqdan qaçdım.

Dənizin ortasında

cəsədimi yandırıb

suya tökdülər. 

**********

***
Heç kim
anlamır
ağ vərəqə
yazdığım

şeirləri.
 

Müxbir: Ülviyyə Nurəddinova 

Foto: Səfiyar Məcnun 













BUNU DA OXU

Yalan məlumat yayan qadin həbs olundu - Polis əməliyyat keçirib - VİDEO
Xəzərdə yeni neft yatağı kəşf olunub
Virusdan özümüzü necə qoruyaq? - VİDEO
BOKSÇULARIMIZDAN TOKİO-2020-YƏ İLK LİSENZİYA
ATV-nin Novruz Xonçası - VİDEO
Xəbər lenti

Ronaldo 4 milyon avronu kluba bağışladı - "Yuventus"un 4 futbolçusu maaşdan imtina etdi
21:21 28.03.2020

Braziliyalı futbolçudan çağırış - "Çempionat dayandırılsın"
21:03 28.03.2020

Milli komanda FIDE-yə məktub yazdi - "Rəcəbov iddiaçilar turnirinə qaytarilsin"
20:52 28.03.2020

Zaqatalada əməliyyat keçirilib - Yalan məlumat yayan 2 nəfər saxlandı
20:36 28.03.2020

Goranboyda avtomobil dəmir arakəsməyə çırpıldı - İki nəfər yaralandı
20:25 28.03.2020

Daha az işçi ilə maksimum işləmək - “Azəriqaz” yeni iş rejiminə keçir
20:17 28.03.2020

Xüsusi karantin rejimi ilə bağlı qayda təsdiqləndi - Polis postlarından kimlər buraxılacaq?
20:03 28.03.2020

Horadizdə dezinfeksiya işləri gücləndirilib - Könüllülər isə əhali ilə maarifləndirmə işi aparır
19:21 28.03.2020

Dövlət təhlükəsizliyi xidmətinin tarixi - Yüksək peşəkarlıq, intellektual səviyyə, ciddi xidmət və icra intizamı
19:07 28.03.2020

Ölkəmizdə xüsusi karantin rejimi - Bu gecədən tətbiq ediləcək
18:52 28.03.2020

Lənkəran polisi əməliyyat keçirib - Narkotik satan şəxslər saxlandı
18:26 28.03.2020

Daha 17 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb - Operativ qərargahdan açıqlama
18:04 28.03.2020

Rusiya koronavirusa qarşı dərman hazırladı - Malyariyaya qarşı preparat əsasında
17:36 28.03.2020

Koronavirusla mübarizə - Çindən Azərbaycana kömək təklifi
17:02 28.03.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak ediblər
16:52 28.03.2020

Koronavirusla mübarizəyə dəstək - Fonda ayrılan məbləğ 90 milyon manatı ötüb
16:25 28.03.2020

Birinci sinfə qəbul - Aprel ayına nəzərdə tutulan müsahibələr təxirə salındı
16:02 28.03.2020

ABŞ Azərbaycana 1.7 milyon dollar yardım ayırdı - Koronavirusla mübarizə üçün
15:23 28.03.2020

Xüsusi karantin rejimi - Hansi sahələrdə qadağalar tətbiq ediləcək
15:03 28.03.2020

Nigeriyada xüsusi əməliyyat - “Boko-Haram”ın 100-dən çox üzvü məhv edildi
15:03 28.03.2020

Türkiyədə koronavirusdan ölənlərin sayi 92-yə çatdı - Virusa yoluxanların da sayi sürətlə artır
14:52 28.03.2020

“ASAN xidmət” və “ASAN kommunal”in fəaliyyəti - Hər iki qurum sabahdan xüsusi iş rejiminə keçir
14:03 28.03.2020

Bakı Nəqliyyat Agentliyindən xəbərdarlıq - Marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər - VİDEO
12:59 28.03.2020

Evdə qalmasaq nə baş verər? - “Bir nəfər 450-dən çox insanı yoluxdura bilər” - VİDEO
12:37 28.03.2020

Xalq artistləri “evdə qal” deyir - Xuraman Qasımova və Arif Quliyevin əhaliyə çağırışı - VİDEO
12:02 28.03.2020

"Votsap"da dezinformasiya yayan 3 nəfər həbs edildi - VİDEO
11:25 28.03.2020

ABŞ yoluxma sayına görə ilk sıraya yüksəldi - Bu ölkədə hər gün 2300-ə qədər insan ölə bilər
22:02 27.03.2020

Koronavirusla mübarizə fonduna dəstək olan təşkilat və şirkətlər
21:25 27.03.2020

Trampla Si Çinpin arasında telefon danışığı olub - Koronavirusla mübarizə yolları müzakirə olunub
21:15 27.03.2020

“İttihamlar əsassızdır” - Maduro onun həbsi üçün ABŞ-ın mükafat vədini pislədi
21:02 27.03.2020

Bakıya gəlmək üçün görün nələrə əl atdılar? - Polis 3 nəfəri saxladı
20:15 27.03.2020

Daha 43 nəfər koronavirusa yoluxub - Operativ qərargahdan açiqlama
20:02 27.03.2020

Prezident İlham Əliyev Rauf Yusuf oğlu Babayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
19:25 27.03.2020

Şirvanda dezinfeksiya işləri davam etdirilir - Şəhər ərazisi xüsusi dərmanla yuyulur
19:12 27.03.2020

Bəzi yerlərdə qaz xətləri sıradan çıxır - “Azəriqaz” karxana sahiblərinə müraciət etdi
18:02 27.03.2020

Koronavirusa qarşı qabaqlayıcı tədbirlər - Xəzər rayonunda dezinfeksiya işləri aparılıb
17:15 27.03.2020

Hərbi xidmətə çağırış - Müddət mayın 31-dək uzadıla bilər
17:02 27.03.2020

Heydər Əliyev Fondundan nəcib təşəbbüs - Ahıllara və tənha şəxslərə ərzaq çatdırılır
16:45 27.03.2020

6 milyon manatlıq siqaret aşkarlandı - Gömrükçülər əməliyyat keçirib
16:36 27.03.2020

Rayonlara giriş–çıxış məhdudlaşdırılıb - Daxili işlər nazirliyindən açıqlama
15:52 27.03.2020

İspaniyada vəziyyət nəzarətdən çıxıb - Son sutkada 769 nəfər koronavirusdan ölüb
15:33 27.03.2020

Türkiyədə maskaya görə silahlı insident baş verdi - 4 nəfər yaralandı
15:12 27.03.2020

Gəncədə mövcud qadağalara necə əməl olunur? - Polis vətəndaşlara çağırış etdi
15:02 27.03.2020

Kremldə koronavirusa yoluxma halı qeydə alınıb - Peskov məlumatı təsdiqləyib
14:42 27.03.2020

Bakı nəqliyyat agentliyindən xəbərdarlıq - Marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər
14:20 27.03.2020

“Vitka” ləqəbli narkotacir saxlanılıb - Balakən polisi Qullar kəndində əməliyyat keçirdi
13:45 27.03.2020

Rauf Babayev dünyasını dəyişib
12:42 27.03.2020

Bakıda polis əhaliyə çağırış etdi - YENİLƏNİB - VİDEO
11:00 27.03.2020

Yalan məlumat yayan qadin həbs olundu - Polis əməliyyat keçirib - VİDEO
10:33 27.03.2020

YAP-ın könüllülərindən təqdirəlayiq addım - 2500-dən artıq tənha və ahıla yardım edilib - Yenilənib - VİDEO
10:11 27.03.2020

Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın iclası keçirilib
21:18 26.03.2020

200 məhkum azadlığa buraxıldı - Ədliyyə nazirliyindən açıqlama
20:45 26.03.2020

AZAL-dan uçuşlarla bağlı açıqlama - Uçuşlar yalnız Moskva və London şəhərlərinə yerinə yetiriləcək
20:36 26.03.2020

Bakı-Naxçıvan-Bakı aviareysi - Həftədə bir dəfə yerinə yetiriləcək
20:25 26.03.2020

Koronavirusa yoluxan ilk şəxsin kimliyi məlum oldu - Uhan bazarında satıcı işləyirmiş
20:03 26.03.2020

Karantinə əməl etməyənlər təhlükə yaradır - Etinasızlıq həyatımız bahasına başa gələ bilər
19:56 26.03.2020

Operativ qərargahdan xəbərdarlıq - Ölkə daxilində insanların bir-birini yoluxdurması faktları aşkarlanır
19:32 26.03.2020

Koronavirusla mübarizə fonduna dəstək olan təşkilat və şirkətlər
19:23 26.03.2020

Balakəndə əməliyyat keçirilib - Üç nəfər narkotiklə tutulub
17:36 26.03.2020

Xaçmazda əməliyyat keçirilib - “Tramadol” satan şəxs saxlanıldı
17:12 26.03.2020

Yeni Zelandiya terrorçu günahını etiraf etdi - Bir il əvvəl 51 nəfəri qətlə yetirmişdi
17:02 26.03.2020

İspaniya ölü sayına görə Çini keçdi - Baş nazirin 1-ci müavini də koronavirusa yoluxdu
16:52 26.03.2020

Koronavirus əleyhinə mübarizə tədbirləri - Zaqatala və Qaxda dezinfeksiya işləri davam etdirilir
16:36 26.03.2020

Bəzi vətəndaşlar çağırışa əməl etmirlər - Nazirlik valideynlərə müraciət etdi
16:03 26.03.2020

Daha 29 nəfərdə koronavirus aşkarlanib - Bir nəfər ölüb, 5 nəfər sağalib
16:03 26.03.2020

Hamilə qadınlar üçün koronavirus təhlükəsi - İnfeksiya körpələrə yoluxurmu?
15:52 26.03.2020

Tənha vətəndaşlara ərzaq çatdırılır - Heydər Əliyev fondundan sosial layihə
15:36 26.03.2020

Sənəd qəbulu dayandırılıb - Dövlət imtahan mərkəzindən açıqlama
15:03 26.03.2020

Koronavirus əleyhinə qabaqlayıcı tədbirlər - Binəqədi rayonunda dezinfeksiya işləri davam etdirilir
14:52 26.03.2020

10 mindən artıq tənha vətəndaşa evində xidmət göstərilir - Nazirlikdən açıqlama
14:23 26.03.2020

Neftçalada dezinfeksiya işləri aparılır - Çox sayda müəssisə, park və yollar dezinfeksiya edilib
14:02 26.03.2020

Maskaların istehsalında istifadə olunan xammal gömrük rüsumlarından azad olunub
13:37 26.03.2020

Türkiyə ordusu yenə şəhid verdi
13:13 26.03.2020

Referendum təxirə salındı - Rusiyada
12:45 26.03.2020

Dünyada koronavirusdan ölənlərin sayı 21300-ə çatıb
12:11 26.03.2020

Tərtərdə sürücülərə spirt, maska və əlcək verildi - Polis aksiya keçirib - VİDEO
11:24 26.03.2020

Altı yeni koronavirusa yoluxma qeydə alınıb - Bir nəfər vəfat edib - Yenilənib - VİDEO
10:53 26.03.2020

Taksilər dezinfeksiya edilir - Yenilənib - VİDEO
10:29 26.03.2020

Yaşlı insanlara evlərində sosial xidmət - Müraciətlər əsasında siyahı tərtib edilib - VİDEO
10:02 26.03.2020

Gələn həftə də iş olmayacaq - Bir sıra müəssisə və təşkilatlar istisna təşkil edir
23:52 25.03.2020

Bütün xəbərlər