Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Keçmiş dünya çempionu Boks federasiyasını ittiham etdi - Elvin Məmişzadədən şok açıqlamalar

Keçmiş dünya çempionu Boks federasiyasını ittiham etdi - Elvin Məmişzadədən şok açıqlamalar
   5901 dəfə oxunub

Boks üzrə dünya çempionu, “Bakı 2015” I Avropa Oyunlarının qalibi Elvin Məmişzadə “Report” agentliyinə müsahibə verib. Müsahibəni təqdim edirik:

- Həftəsonu start götürəcək Azərbaycan çempionatında iştirak edəcəksinizmi?

- Xeyr, hələlik yarışlarda iştirak etmək istəmirəm. Çünki tam formada deyiləm. Hazır olmadığımdan, Azərbaycan çempionatında döyüşməməyi qərara aldım.

- Hazır olmamağınız məşqlərə ara verməyinizlə, yoxsa zədə problemi ilə əlaqədardır?

- Məşqlərə ara verməmişəm, yenə hazırlıq keçirəm. Sadəcə, özüm istəmədim.

- Azərbaycanın boks üzrə azsaylı dünya çempionlarından biri kimi yarışlardan kənarda qalmağınız heç də yaxşı hal deyil. Yaxın vaxtlarda əvvəlki Elvin Məmişzadəni görmək mümkün olacaqmı?

- Mən də bunun üçün çalışıram. 2019-cu ildə yaxşı vəziyyətdə olacağıma inanıram.

- Milli komandanın yeni baş məşqçisi Leonid Loivski haqqında hansı fikirdəsiniz?

- Onun barəsində heç nə danışmaq istəmirəm. Yəni, nə pisdir, nə də yaxşı. Normal mütəxəssisdir. Aramızda problem yoxdur.

- Amma bir ara sizi məşqlərdən uzaqlaşdırmışdı...

- Elədir. Lakin bu, onun fikri deyildi. Kənardan müdaxilələr olmuşdu.

- Yəni, yığmada sizi istəməyənlər də var?

- Var, niyə yoxdur? Federasiyamızın daxilində də, kənarda da belə insanlar mövcuddur. Hamı məni istəmir ki?! İdman rəqabət deməkdir. Hamı istəyir ki, özü irəli getsin. Hamı hiyləyə əl atır. Bu, təkcə boksda deyil, bütün idman növlərində var.

- Çıxış etdiyiniz aşağı çəki dərəcəsində elə də çox boksçu yoxdur. Bu halda sizə kim problem yarada bilər?

- Elə bircə boksçunun olması kifayətdir. Hazırda öz çəkimdə Məsud Yusifzadə çıxış edir. Amma mən builki çempionatda Qoşqar Səfərlinin qızıl medal qazanacağını gözləyirəm. Ötən il o, gümüş medal əldə etmişdi.

- Yığmadan kənarda qalmağınıza ötən il baş məşqçi tərəfindən cəzalandırılmağınızın və gecə klubunda törətdiyiniz insidentin təsiri olub?

- O hadisəyədək mənə qarşı nələr edilməyib?! Çox şeyi deyə bilərəm. Sadəcə, demək istəmirəm. Çünki desəm, xaos baş verər. Konkret, Azərbaycan Boks Federasiyasında qırğın düşər. Kimin kim olduğunu açıq deyərdim. Amma desəm, aləm bir-birinə dəyər. Məni xalq düşməni elan edərlər. Ona görə də lazım deyil. Başıma bir hadisə gəlmişdi. Mətbuata çıxdı, aləm bir-birinə dəydi. Amma mənə olanlar bundan qabaq olmuşdu.

- Sizə qarşı elə münasibət göstərənlər kimlərdir: Federasiya rəhbərliyi, yoxsa...

- Federasiya rəhbərliyi deyil, aşağıda olub suyu bulandıranlardır. Yəni, onlar baş katib Nağı Səfərovdan da aşağıda olanlardır. Qapı açan, qapı örtən, palto daşıyan, kiminsə pencəyini tutan... Bu cür arada gəzənləri nəzərdə tuturam. İdmandan başları çıxmadığı halda, "Mən beləyəm", "Mən eləyəm" deyirlər. Halbuki indiyədək onları idmanda görən olmayıb. Belə insanlar üzündən boks bu vəziyyətdədir. Nə qədər ki, boksda bu idman növündən anlayışı olanlar, vuruşanlar, əziyyət çəkənlər çalışmayacaq, bu növ inkişaf etməyəcək. Yarış görməyən insan mənim rinqdə nələr keçirdiyimi anlaya bilməz.

- Belə çıxmırmı ki, gecə klubundakı o hadisəni sizə qarşı olanların təsiri altında törətmisiniz?

- Həmin dönəmdə yaxşı vaxtlarım deyildi. Karyeramı bitirmək, Azərbaycan adından çıxış etməmək haqda fikirləşirdim. Peşəkar boksa üz tutmaq istəyirdim. Sadəcə, düşündüm ki, niyə onlardan qaçım? Gördüyüm rinqlərin heç birini onlar görməyiblər. Özümü sübut edə bilərəm. Açıq danışaq: pis nəticələr verməmişəm. 2007-ci ildən yeniyetmələr arasında Avropa çempionu ola-ola gəlmişəm. Yenicə nəticə verib parlamıram ki... Nəticələrim göz qabağındadır, 10 ildir uğurla çıxış edirəm. Rinqi görmüş adamam. Kimlərin vaxtında vuruşduğumu da nəzərə alın. Yenə də meydanı boş qoyub getməzdim. Yığmada hazırkı rəqiblərimlə problemim yoxdur. Rəqib rinqdədir. Çıxıb vuruşarsan, kim udar-udar da. Rinqdən aşağı düşdünsə, oldun dost-qardaş. Bir yerdə tər axıtdığım adamla düşmən ola bilmərəm. Bəli, düşmənçilik edən oğlanlar var. Bu, hərənin öz düşüncə tərzindən asılıdır. Kim kin saxlayırsa, özü bilər. Problemim aşağıda suyu bulandıranlarladır. Əslən azərbaycanlı 3 dünya çempionu var – Ağasi Məmmədov, Cavid Çələbiyev və mən. Amma məni yığmaya çağırmadılar. Məni cəzalandırmaq üçün başqasını - Məsud Yusifzadəni götürdülər. O da çıxıb biabır elədi. Adama təsir edən odur ki, vaxtilə mənə inananlar bu suyu bulandılanların sözünə görə indi inanmırlar.

- Baş məşqçi Leonid Loivski ukraynalı, köməkçisi Nəriman Abdullayev isə azərbaycanlıdır. Demək olarmı ki, barənizdə mənfi rəy yaradan Abdullayevdir?

- Onda da var, niyə yoxdur ki? Deyirəm də, ölkə boksunda Nağı Səfərov da daxil olmaqla, yuxarı çox yaxşı, aşağı isə çox pisdir. Nağı müəllimə deyirlər ki, o, elədir, bu belə. Səfərov bizim içimizdə deyil deyə, görmür. Fikirləşir ki, yəqin, elə bu cürdür. Amma özümdən soruşmurlar ki, belə hərəkət etmişəm, ya yox.

- Leonid Loivski olduğu müddətdə sizi yığmada görə biləcəyik?

- 2019-cu ildə vuruşanda, onlarla mübahisə etməyəcəyəm. Bu günə qədər mübahisə etdiyim üçün məni uzaq tutmağa çalışırlar. Xoşlayırlar ki, hər sözlərinə “baş üstə” deyilsin. Onlar kimdir ki, “baş üstə” deyim? Mənim də nəticələrimə baxın, onların da. Kimsən ki, mənə boks öyrədirsən?

- Amma tapşırığı verən baş məşqçi və köməkçisidir...

- Baş məşqçi ilə heç bir problemim yoxdur. Respublika çempionatına hazırlaşanda hər gün gəlib baxır, maraqlanır, məşq keçirdi. Bir-birimizə hörmətimiz var. Yığmaya ilk dəfə çağırılmamışam ki, baş məşqçi ilə yola getməyim. 2010-cu ildən etibarən fərqli baş məşqçilər gəldi. Hamısı ilə işləmişəm. Nə oldu, bu günə qədər problem olmadı, indi yarandı? Halbuki həmin vaxtlarda nəticə verməmişdim. Amma indi nəticə qazandım, problem çıxdı? Hər zaman sözün düzünü dediyim üçün məni istəməyiblər. İnsanı boksdan iyrəndirirlər.

- Ona görə Azərbaycan çempionatında çıxış etmək istəmirsiniz?

- Hələlik ona görə çıxış etmirəm. Hazırda məşq edirəm. Bir gün gəlib elə vuruşmaq istəyirəm ki, məndə səhv tutmasınlar. Söz yox, mənim də səhvlərim olub. Böyüklük həmin səhvi bağışlamaq, yoluna qoymaqdır. Yıxılana balta vurmaq olmaz.

- Siqaret və spirtli içkilərə münasibətiniz necədir? Bəlkə, “rejimə əməl etmir” deyəndə, bunu nəzərdə tuturlar?

- Kim məni siqaret çəkən, içki içən yerdə görüb? Rejimə əməl etməmək məşqə gecikmək, onların sözü ilə oturub-durmamaqdır. İnsanam da... Sən mənim rinqdəki durumumla maraqlan.

- Xaricdən təkliflərinizin olduğunu söylədiniz...

- Bəli, yalnız peşəkar boksla bağlı təklif olub. Çəkim aşağı çəki dərəcələrinə uyğundur. Peşəkar boksa isə ağır çəkililər lazımdır. 55 kq çəki dərəcəsində vuruşacağam. Respublika çempionu olaramsa, yığmaya gedərəm. Olmazsa da, olmaz. İndi məşqçi Elbrus Rzayevin rəhbərliyi altında fərdi məşq edirəm.

- Sizi nə vaxt yaxşı formada görəcəyik?

- Yəqin ki, 2019-cu ildə. Bu il boksda elə də yarış yoxdur. Özümü gələn il keçiriləcək olimpiya lisenziyalı yarışlara hazırlayıram.

ATV.az

BUNU DA OXU

“Məktəblərə gəlməyə ehtiyac yoxdur” - Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib
Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
Pomidor haqqında bilmədiklərimiz
Güclü külək Şəkidə çinar ağacının qırılmasına səbəb olub - VİDEO
Prezident İlham Əliyev Şəkidə baş vermiş hadisəni xüsusi nəzarətə götürüb
Xəbər lenti

Məişət tullantıları çeşidlənir - Paytaxtda yeni layihəyə başlanıldı
22:48 16.07.2019

İtaliyada “narıncı” dərəcəli xəbərdarlıq elan edilib - Əlverişsiz hava şəraiti ilə əlaqədar
22:30 16.07.2019

Gənc sərhədçi zabitlər xidmətə başladılar - Akademiyada buraxlış mərasimi keçirilib
22:12 16.07.2019

Cavad Zərifdən sanksiyalarla bağlı açıqlama - “Uşaqlar üçün dərman tapılmır”
21:53 16.07.2019

Ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimləri olub
21:34 16.07.2019

11 dövlət əmlakı hərraca çıxarılıb - 6 ayda 270-ə yaxın dövlət əmlakı özəlləşdirilib
21:13 16.07.2019

Sabah hava necə olacaq?
20:54 16.07.2019

Əli Əhmədov BMT-də hesabat təqdim etdi - Azərbaycanın könüllü milli hesabatı müsbət qiymətləndirildi
20:35 16.07.2019

ABŞ-ın yeni müdafiə naziri kim olacaq? - Tramp Mark Esperin namizədliyini senata təqdim etdi
20:16 16.07.2019

"Qəbələ"dən Çexiya futboluna növbəti transfer - Samir Qurbanov "Viktoriya Jijkov"a keçdi
19:57 16.07.2019

Tankeri İranlı hərbçilər ələ keçirib? - Birləşmiş Ərəb Əmirliklərinə məxsus tankerlə bağlı iddia
19:37 16.07.2019

"Şou ATV"-də meyxana - 2-ci hissə - VİDEO
19:16 16.07.2019

Nigeriyada Türkiyə gəmisinə hücum edilib - 10 dənizçi qaçırılıb
18:55 16.07.2019

Çavuşoğlu sanksiyaları ciddi qəbul etmir - “Qərarlar yunanları razı salmaq üçün verilib”
18:34 16.07.2019

“Məktəblərə gəlməyə ehtiyac yoxdur” - Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib
18:13 16.07.2019

Döyüşə hazırlıq səviyyəsi yoxlanılır - Müdafiə naziri hərbi hissədə
17:55 16.07.2019

Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
17:34 16.07.2019

Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyaları təqdir edib
17:15 16.07.2019

Media ilə işin düzgün qurulması - BDU-da konfrans keçirilib
16:58 16.07.2019

Məhəmməd Zərif: “ABŞ odla oynayır”
16:39 16.07.2019

Beş ayda ticarət dövriyyəsi 15 % artıb - Azərbaycan-Əfqanıstan iqtisadi münasibətləri genişlənir
16:18 16.07.2019

16 İyulda tarixdə nələr baş verib? - Avropanın ilk kağız pulu, ABŞ-ın paytaxtı, Rasim Əliyev, Mirzə Babayev. . .
16:01 16.07.2019

İyun və iyul ayında ölkəyə xaricdən qarpız idxal edilməyib
15:41 16.07.2019

Sabirabad bazarında yanğın baş verib
15:20 16.07.2019

Azəri qızı Günel : "Azərbaycanın Tarkanıdır" - "ATV Maqazin 10larla"-da - VİDEO
15:01 16.07.2019

UEFA Avropa Çempionatına 19,3 milyon bilet satıldı
14:43 16.07.2019

Azərbaycan Xalça Muzeyinə “Milli” statusu verilib
14:24 16.07.2019

Yaşayış yeri və olduğunuz yer üzrə qeydiyyatdan keçin - Cərimə oluna bilərsiniz
14:05 16.07.2019

Bakı Uşaq Teatrı mövsümün son tamaşalarını təqdim edəcək - FOTOLAR
13:44 16.07.2019

Metroda siqaret çəkən şəxs tapıldı - FOTOLAR
13:26 16.07.2019

Hindistanda musson yağışları nəticəsində 51 nəfər ölüb - Daha şiddətli leysan yağışları gözlənilir
13:07 16.07.2019

Azərbaycan Beynəlxalq Ordu Oyunları - 2019-da iştirak edəcək
12:47 16.07.2019

Pakistan Hindistanın kommersiya aviareysləri üçün öz hava məkanını açıb
12:28 16.07.2019

Yevlaxda ağır yol qəzası baş verib - Xəsarət alanlar var
12:17 16.07.2019

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib
11:59 16.07.2019

Çeçenistanda təyyarə evin üstünə düşdü - Yaralılar var
11:40 16.07.2019

Şəkidə xəsarət alanlardan biri dünyasını dəyişib
11:22 16.07.2019

İki gənc çimərlikdə boğuldu - Xilasedicilər birinin meyitini hələ də tapa bilmirlər
11:03 16.07.2019

Ağstafada dəhşətli yol qəzası baş verib - Bir nəfər ölüb, xəsarət alanlar var - FOTOLAR
10:43 16.07.2019

Musiqili Teatr mövsümə yekun vurub - FOTOLAR
10:28 16.07.2019

Problemli binaların sayı azalır - İstismarına icazə verilən binaların sayı 100-ə yaxınlaşıb
10:07 16.07.2019

Avropa Gənclər Yay Olimpiya Festivalına az qaldı - Festivala 3600-dən çox idmançı qatılacaq - VİDEO
09:45 16.07.2019

Gürcüstanda əməliyyat - Ermənistan vətəndaşından radioaktiv maddə aşkar edildi
22:48 15.07.2019

Pakistanın Kəşmir regionunda daşqınlar baş verib.
22:32 15.07.2019

Latviyada II Beynəlxalq Mədəniyyət Festivalı keçiriləcək
22:13 15.07.2019

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib - FOTOLAR
21:50 15.07.2019

“Avto FM” radiosu “Cinema Radio” layihəsinə başlayır
21:29 15.07.2019

ATV-də yeni layihə - "Üçümüz" - FOTOLAR
21:09 15.07.2019

Sabah hava necə olacaq?
20:48 15.07.2019

Britaniyalı nazir ehtiyatlı olmağa çağırdı - “Nüvə silahının Yaxın Şərqdə olması ən böyük təhlükədir”
20:30 15.07.2019

15 iyul hadisələri Gəncədə anılıb - Türkiyənin Baş konsulu jurnalistlərlə görüşüb
20:11 15.07.2019

ABŞ Cavad Zərifə mane olmadı - Pompeo ona viza verilməsini təsdiqlədi
19:51 15.07.2019

İspaniyada dəmiryolçular tətil edir - 320 qatar reysi ləğv edilib
19:32 15.07.2019

Əlillər üçün yeni layihə - Dövlət orqanlarının saytlarından istifadə edə biləcəklər
19:13 15.07.2019

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən 3 il ötür
18:56 15.07.2019

Zelenskinin kortejindəki 3 avtomobil qəzaya uğradı
18:37 15.07.2019

R.H.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:15 15.07.2019

Gürcü səfir XİN-ə çağırıldı - Rəsmi Bakı izahat tələb edir
17:57 15.07.2019

Qubada kütləvi zəhərlənmə - Bir ailənin 5 üzvü xəstəxanaya yerləşdirilib
17:36 15.07.2019

Minik və yük maşınları toqquşub - Dörd nəfər xəsarət alıb
17:15 15.07.2019

Quba və Xaçmazda reyd keçirilib - Mənşəyi bilinməyən heyvan cəmdəkləri aşkarlanıb
16:53 15.07.2019

Bu gün ibtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verir
16:34 15.07.2019

15 İyulda tarixdə nələr baş verib? - “La Scala” opera teatrı, Rozetta daşı, gənclərin peşə günü, Cəlal Qaryağdı, Azər Rzayev . . .
16:13 15.07.2019

Metroda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlanıldı
15:55 15.07.2019

Yeni agent 007 rolunu qaradərili aktrisa canlandıracaq
15:36 15.07.2019

Əfqanıstanda partlayış - Beş polis əməkdaşı öldü
15:17 15.07.2019

Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
14:58 15.07.2019

Azərbaycanlı aktrisa vəfat etdi
14:39 15.07.2019

"S-400" zenit-raket komplekslərinin çatdırılması prosesi 2020-ci ilə qədər tamamlana bilər
14:18 15.07.2019

Pomidor haqqında bilmədiklərimiz
13:59 15.07.2019

Birinci sinfə qəbulda artım hiss olunur
13:38 15.07.2019

Zaqatalada dəhşətli yol qəzası baş verib - Beş nəfər xəsarət alıb
13:19 15.07.2019

Milli Məclisin nümayəndələri Ankarada səfərdədir
12:58 15.07.2019

ATV-də yeni mətbəx verilişi - "Sunayla Sına" - FOTOLAR
12:37 15.07.2019

Ulu Öndər və Dövlət Təhlükəsizlik Orqanları - VİDEO
12:18 15.07.2019

Ulu Öndər və Azərbaycan sənayesi - 13 ildə müəssisələrin sayı 1048-ə çatdırıldı - VİDEO
12:00 15.07.2019

Güclü külək Şəkidə çinar ağacının qırılmasına səbəb olub - VİDEO
11:48 15.07.2019

Dörd avtomobil toqquşdu - Gədəbəydə ağır yol qəzası baş verib
11:31 15.07.2019

ATV-də yeni layihə - "Tap Qazan" - FOTOLAR
11:10 15.07.2019

İsveçdə təyyarə qəzaya uğrayıb - Doqquz nəfər ölüb
10:50 15.07.2019

Bütün xəbərlər