Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Çernobılda minlərlə insan qan qusur - ətləri tikə-tikə tökülürdü

Çernobılda minlərlə insan qan qusur - ətləri tikə-tikə tökülürdü
   9804 dəfə oxunub

Düz 29 il əvvəl, 1986-cı il aprel ayının 25-i...

İlk AES qəzası ABŞ-da baş vermişdi, amma onun nəticələri elə də ağır olmamışdı. Tarixdə ilk və ən böyük texnogen atom qəzası isə SSRİ-də baş verdi. Bütün dünyanı sarsıdan bir faciənin qısa tarixçəsini xatırlayaq.

Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün növbəti yoxlama işləri aparılırdı.

Bu, həddən artıq təhlükəli bir sınaq idi. Baxmayaraq ki, əvvəllər də belə bir sınaq keçirilmişdi və heç bir problem yaranmamışdı.

2832-990x634.jpg

26 aprel saat 01.00. Bir neçə dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır.

Saat 01.23. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və çox zəif hiss edilən nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxarır. Nəticədə reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlar başlayır.

Güclü partlayışlar reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan edir. Partlayışdan dərhal sonra böyük yanğın başlayır. Gecəni gündüzə çevirən güclü alovları onlarla kilometr məsafədən seyr etmək mümkün idi.

İlk anda nə baş verdiyini heç kim anlaya bilmir. Reaktordakılar buna macal belə tapa bilmirlər. Son gördükləri güclü alov, son eşitdikləri isə partlayış səsi olur…

Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş dəhşətli bir qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırılır.

9 gün onlarla vertolyot partlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökürlər. Qısa müddətdə blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir. 130-dək Azərbaycan vətəndaşının da qatıldığı “Sarkofaq” əməliyyatı da ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi…

İlk anlardan etibarən heç bir sərhəd tanımayan radioaktiv şüalanma on minlərlə kvadrat kilometr məsafəni öz təsiri altına alır. Böyük bir bölgədə bütün canlı aləmə zərbə dəyir, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan və radioaktiv tozdan dəhşətli zərər çəkir.

3815-990x659.jpg

Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Lakin bu rəqəmləri yuvarlaşdıraraq orta sayı götürərək saysaq, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldüyünü, sonrakı illərdə isə bu rəqəm 100 mini keçdiyini deyə bilərik.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 mindən artıq sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı – 5 milyon ukraynalıdan əlavə, SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular.

İlk günlərdə qəzanın səviyyəsini əhalidən gizlətməyə çalışdılar. Sovet rəhbərliyi qısa müddətdə radiasiyanın azalacağına və nəticələrin aradan qaldırılacağına ümid edirdi. Lakin artıq bölgədə yaşayanlar güclü şüalanmanı aşkar hiss etmişdilər və SSRİ-nin hər yerində Çernobılda baş verən faciədən xəbər tutmuşdular. 2 həftəlik mübarizədən sonra Sovet İttifaqının rəhbəri M.Qorbaçov Çernobılda dəhşətli atom qəzası baş verdiyini etiraf etdi.

Bu açıqlamadan sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu…

Bu elə bir qəza idi ki, uzaqdan idarə olunan maşınlar kömək etmədi. Yüksək radiasiya bütün dünyanın rahatlığını əlindən aldı. Həmin vaxt ən etibarlı robotlar insanlar idi. Qəzadan sonra Çernobıl ətrafında işləyən minlərlə insan sonradan qan qusaraq, ətləri tikə-tikə tökülərək və ağrı-acı içində qıvrılaraq can verdi. Bu insanlar fiziki qanunların qarşısında çarəsiz olduqlarını həyatları bahasına öyrəndilər. Düzdür, onların qoruyucu geyimləri var idi, lakin radiasiya çox olduğu üçün o geyimlərdə işləyə bilmirdilər.

Qəzadan sonra Avropanın yarısını məhv edəcək 3-5 meqaton həcmi olan ikinci partlayışın da qarşısını bu insanlar almışdı.

“... Hər şeydən çox sevdiyim insan idi. Onu özüm dünyaya gətirsəm, bəlkə də bu qədər sevməzdim. Həmin insan gözlərimin qarşısında dəhşətli varlığa çevrilərək can verdi. Limfa vəzlərini götürdükləri üçün qan dövranı pozulmuşdu, burnu bir tərəfə əyilmişdi, 3 dəfə böyümüşdü. Gözləri hər iki tərəfə baxmağa başlamışdı, tamam başqa adam baxırdı sanki... Sonra bir gözü tamamilə bağlandı.

Qorxduğum tək şey onun özünü görməsi idi. Sonra məndən əl işarələriylə güzgü istədi. Özümü unutqanlığa vurub mətbəxə qaçırdım. İki gün yola verə bildim. Üçüncü gün dəftərə “Güzgünü gətir” yazıb sonuna üç nida işarəsi qoydu. Heç pıçıldaya da bilmirdi, ona görə dəftər-qələmlə danışırdıq. Axırda ən balaca güzgünü gətirdim. Özünə baxdı, baxan kimi də başını yastığa vurmağa başladı. Onu ovutmağa çalışdım...

Bu adi xərçəng deyildi, bu Çernobıl xərçəngi idi. Həkimlərin dediyinə görə, şiş bədənində metastaz versə, qısa müddətdə ölə bilərdi. Halbuki yavaş-yavaş yuxarıya, əsas da üzünə tərəf qalxmışdı. Getdikcə üzündə qara bir şey yarandı. Çənəsi itdi, dili çölə çıxdı. Damarları çölə çıxdı, qanamağa başladı. Boynundan, yanaqlarından, qulaqlarından, hər yerindən... Soyuq su gətirib onu yaş bezlərə bükürdüm. Amma heç bir faydası olmurdu...”

Valentina Timofeyevna Panaseviç

Çernobıl müdaxilə qrupunun inşaat işçilərindən birinin həyay yoldaşı.

Hadisədən sonra Çernobıl reaktorunun ətrafında yaşayanlar maraqlı hadisələrlə qarşılaşırdı. Toyuqların pipiyi qırmızı yox, qara idi. Süd isə turşumurdu, quruyub ağ toza çevrilirdi. Rəsmilər əvvəlcə evlərin, binaların damlarını yudular. Bütün tarlalar, bağlar, meşələr kollar və torpaq müəyyən dərinlikdə qazılıb xalı kimi bükülüb dərin vadilərə basdırılırdı. Bir həftə sonra gəlib işi yenidən görürdülər. Torpağı torpağa basdırırdılar.

İnsanlar nə baş verdiyini başa düşmürdü. “Nə olub, dünyanın sonudur?” deyirdilər. Heyvanları çölə çıxarıb vururdular. Bunu edənlərdən biri “Atlar, onları vurmaq üçün çölə çıxaranda ağlamağa başlayırdılar” deyirdi. İnsanlar bitkin idi... Şagirdlər dərsin ortasında partaların üstünə yıxılırdı, özlərindən gedirdilər. Hər kəs bədbəxt görünürdü... Analar gündəlik geyindikləri geyimləri niyə hər gün yumaq məcburiyyətində olduqlarını başa düşmürdü. Bağçalarında yetişən ləzzətli tərəvəzləri iki il ərzində niyə yeyə bilməyəcəklərini də başa düşmürdülər.

Anaların südü radioaktiv tərkibli idi. Uşaqlarına yemək yox, ölüm verdiklərinin fərqində belə deyildilər.

Çernobıl fəlakətindən 29 il keçsə də, uşaqlar bunun əzabını hələ də çəkirlər. Hazırki dövrdə də minlərlə uşaq şikəst və ya xəstə doğulur. Və ya sonradan üzərlərində yığılan radiasiyanın qurbanı olurlar. Xəstəxanalarda müalicə alan on minlərlə uşaq hər ötən gün daha bir dostunun radiasiyanın qurbanı olduqlarını öyrənirlər. Onlar üçün bir gün çox yaşamaq böyük xoşbəxtlikdir.

Nərgiz Nənə

BUNU DA OXU

İran ABŞ-ın 17 casusunu edam edəcək
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edib - FOTOLAR
Özünü qocaldanların nəzərinə! - “Face App” təhlükəsi haqqında
Tanker qalmaqalı böyüyür - Böyük Britaniya İrana xəbərdarlıq etdi
Abşeron göllərinin çirklənmə səbəbi açıqlandı - Problemi həll etmək üçün layihə hazırlanıb
Xəbər lenti

İranın XİN rəhbəri Britaniyanı ehtiyatlı olmağa çağırdı - “Boltona qulaq asmayın!”
22:42 22.07.2019

Şahdağ yay mövsümündə fəal istirahət üçün ən populyar kurortların ilk beşliyinə daxildir
22:21 22.07.2019

İdlib yenə bombalandı - Raket zərbələri 25 nəfərin həyatına son qoydu
22:02 22.07.2019

Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
21:40 22.07.2019

Küləkli hava sabah da davam edəcək
21:19 22.07.2019

Zelenskinin partiyası liderlik edir - “Xalqın xidmətçisi” rəqiblərini üç dəfə qabaqlayır
20:59 22.07.2019

Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib
20:40 22.07.2019

Çavuşoğlu ABŞ-a ismarış göndərdi - “Türkiyə Suriyada yeni əməliyyatlara başlayacaq”
20:19 22.07.2019

ATV-nin əməkdaşları təltif edildi - Milli Mətbuat Günü ilə əlaqədar - FOTOLAR
19:58 22.07.2019

Övladlığagötürmə ilə bağlı yenilik - Uşaq götürmək istəyənlər “DOST”a müraciət edəcək
19:39 22.07.2019

Əl-üzünü yumaq istəyirdi - Su anbarına düşüb boğuldu
19:20 22.07.2019

Baytarlıq dərmanları istehsal olunacaq - Sumqayıtda yeni zavod inşa ediləcək
18:59 22.07.2019

Dalaşan sürücülər işdən çıxarıldı - Bakı Nəqliyyat Agentliyindən açıqlama
18:38 22.07.2019

Beynəlxalq Ordu Oyunları-2019 - Ordumuz Beynəlxalq yarışa hazırlaşır
18:19 22.07.2019

“Maarifçilik" Könüllülük Akademiyası layihəsi gənclərin ictimai həyatda fəallığını yüksəldəcək
17:59 22.07.2019

Ədalət Şükürovun valehedici rəqsi - "Üçümüz"də - VİDEO
17:39 22.07.2019

Qusar sakini süni göldə batdı - Qadağan olunan göldə çimərkən boğulub
17:18 22.07.2019

Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı kitab sərgisi açılıb
16:58 22.07.2019

Aygün Kazımovanın 320 000-lik yeni evi - "ATV Maqazin 10larla"da - VİDEO - FOTOLAR
16:36 22.07.2019

Qarabağ atları əvvəlki tək meydandadır - FOTOLAR
16:15 22.07.2019

Yük avtomobillərinə müvəqqəti olaraq məhdudiyyət qoyuldu
15:56 22.07.2019

22 İyulda tarixdə nələr baş verib? - Heydər Əliyevin Naxçıvana gəlməsi, Milli Mətbuat Günü, Beynəlxalq Valyuta Fondunun yaranması, Ümumdünya Beyin Günü . . .
15:35 22.07.2019

Təhsil naziri əmr imzalayıb
15:14 22.07.2019

Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14:53 22.07.2019

İran ABŞ-ın 17 casusunu edam edəcək
14:34 22.07.2019

Türkiyədən PKK-ya qarşı növbəti əməliyyat
14:15 22.07.2019

Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq
13:56 22.07.2019

Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb - FOTOLAR
13:37 22.07.2019

Əməkdar artist Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq
13:18 22.07.2019

Bu gün üzgüçülər, atletlər və güləşçilər medal uğurunda mübarizə aparacaq
12:59 22.07.2019

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat edib
12:40 22.07.2019

“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edib - FOTOLAR
12:21 22.07.2019

Pirşağı və Lahıc bağlararı ərazisində yaşayanların nəzərinə! - Bu gün elektrik enerjisinin verilməsində fasilələr olacaq
12:02 22.07.2019

On nəfər dənizdə batmaqdan son anda xilas olundu
11:42 22.07.2019

“Əkinçi”dən başlanan yol . . . - Milli Mətbuatın 144 yaşı tamam olur
11:23 22.07.2019

Ukraynada seçki başa çatdı - “Exit-poll”un nəticələri
11:05 22.07.2019

Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətə layiqdir
10:47 22.07.2019

“Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihə həyata keçiriləcək
10:30 22.07.2019

“Qobustan” sənət toplusunun bu il üçün ikinci nömrəsi oxucuların ixtiyarına verilib
10:11 22.07.2019

Tanınmış şairin “Seçilmiş əsərləri”nin X cildi işıq üzü görüb - FOTOLAR
09:53 22.07.2019

Pol Makkartni müzikl üzərində çalışır
09:35 22.07.2019

Bakıda “Quiz Mania” Beynəlxalq Bilik Yarışmasının seçim turları keçirilib - FOTOLAR
23:10 20.07.2019

28 min 699 abituriyentdən fərqlənən məzun - Səbinə Zülfiyeva maksimum nəticə göstərdi - VİDEO
22:54 20.07.2019

Taksilər götürüldü, piyadalara xəbərdarlıq olundu - Polis Bakıda reydləri davam etdirir - VİDEO
22:35 20.07.2019

Özünü qocaldanların nəzərinə! - “Face App” təhlükəsi haqqında
22:16 20.07.2019

Milli Yaylaq Festivalı başlayır - VİDEO
22:05 20.07.2019

İran Britaniya neft tankerinin saxlanmasının səbəbini açıqladı
21:52 20.07.2019

Şahdağ Turizm Mərkəzində gənclər fləşmob keçirib
21:36 20.07.2019

Ukrayna Rusiyadakı turnirə gəlmədi - Azərbaycan yığmasının ilk oyunu baş tutmadı
21:15 20.07.2019

Sabah hava küləkli olacaq
20:57 20.07.2019

Tanker qalmaqalı böyüyür - Böyük Britaniya İrana xəbərdarlıq etdi
20:38 20.07.2019

Sabah Avropa Olimpiya festivalı başlayır - Cüdoçularımız medallara iddialıdır
19:57 20.07.2019

Abşeron göllərinin çirklənmə səbəbi açıqlandı - Problemi həll etmək üçün layihə hazırlanıb
19:35 20.07.2019

Kürdəmirdə əməliyyat - Taksi sürücüsünə 16 bıçaq zərbəsi vuran şəxslər saxlanıldı
19:16 20.07.2019

“Adekvat tədbirlər görülsün” - Nazirdən kəşfiyyatçılara tapşırıq
18:58 20.07.2019

İndoneziya hökuməti Komodo adasını turistlər üçün müvəqqəti bağlayacaq
18:37 20.07.2019

Yaşıl lobyanı bu üsulla hazırlayın - Həm yeyin, həm də arıqlayın - VİDEO
18:16 20.07.2019

Yeniyetmə velosipeddən yıxıldı - Başı hasara dəyərək ağır xəsarət alıb
17:56 20.07.2019

Türkiyə və ABŞ xarici siyasət idarələrinin rəhbərləri arasında telefon danışığı olub
17:35 20.07.2019

Ayan qızına görə kövrəldi "Bilmirəm yaşam yerim haradır..." - "ATV Maqazin 10larla"-da - VİDEO
17:14 20.07.2019

XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı təmsil edəcək idmançıların siyahısı
16:55 20.07.2019

İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin
16:36 20.07.2019

Parisin ən böyük ticarət mərkəzinə basqın olub
16:16 20.07.2019

Pyer Rişar Yessentuki kinofestivalının fəxri qonağı olacaq
15:57 20.07.2019

Perudakı Ubinas vulkanının püskürməsi ilə əlaqədar 1000-dən çox sakin təxliyə edilib
15:35 20.07.2019

Ordumuza diqqət yüksək səviyyədədir - Hərbi xidməti başa vuran gənclərlə görüş keçirilib
15:16 20.07.2019

Beynəlxalq Animasiya Festivalının münsiflər heyətinin tərkibi elan olunub - FOTOLAR
14:56 20.07.2019

Maşın piyadanı vurdu - 43 yaşlı Tovuz sakini dünyasını dəyişdi
14:37 20.07.2019

Toyda kütləvi zəhərlənmə - 19 nəfər xəstəxanaya müraciət edib
14:16 20.07.2019

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyindən qeydlər - FOTOLAR
13:58 20.07.2019

Zelenski yenə də gündəmdə - Müdafiə nazirini kobudcasına itələdi - VİDEO
13:39 20.07.2019

Avstriyada təyyarənin qayaya çırpılması nəticəsində üç nəfər həlak olub
13:20 20.07.2019

Ümummilli Liderin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə bağlı dəyirmi masa təşkil edilib - FOTOLAR
13:02 20.07.2019

“Deutschlanfunk Kultur” Azərbaycanın muğam ifaçısı haqqında yazıb
12:47 20.07.2019

Tovuza istirahətə getdi - Dərəyə yıxılıb xəstəxanalıq oldu
12:28 20.07.2019

Marneulidə dahi Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunmuş Poeziya Günü keçirilib - FOTOLAR
12:11 20.07.2019

Jurnalistlər üçün tikilən binanın verilmə tarixi bəlli oldu
11:50 20.07.2019

Lalə Azərtaş qızı ilə ilk dəfə efirdə - "Sunayla sına"da - VİDEO
11:31 20.07.2019

Tanınmış gürcü yazıçısı “Azadlıq” romanından yazdı
11:10 20.07.2019

Azərbaycan alimlərindən bir ilk - Ağciyər xərçəngi süni intellekt vasitəsilə aşkarlanacaq - VİDEO
10:49 20.07.2019

Bütün xəbərlər