Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Ölməz Stalinin - ölüsünə sağlıq!

Ölməz Stalinin - ölüsünə sağlıq!
   28348 dəfə oxunub
Sovet tarixinin ən böyük sirlərindən biri heç kimin Stalini öldürə bilməməsi və ya öldürməyə cəhd etməməsi olub, deyəsən. Amma ölməyini istəyənlər təbii ki, çox olub. Bunlardan bəziləri NKVD arxivlərində qeydiyyatda qalıb. Əslində bu qeydlər heç kimin diqqətini çəkməzdi. Əgər işin içində yazar Andrey Platonov olmasaydı... 1939-cu il, dekabrın 1-dir. Novikov və Kauriçev əllərində ara şüşəsi Platonovun evinə gəliblər. İlk qədəhi Platonovun oğlunun tez zamanda evə qayıtması şərəfinə Novikov qaldırır. (Platonovun oğlu on il müddətinə düşərgə cəzasına məhkum edilmişdi). Novikov bir də badəsini qaldırır:

- Stalinin ölümünə!

Platonov qışqırır:

- Bu nədir belə? Təxribat? Dərhal evimi tərk edin!

Kauriçev müdaxilə edir:

- Sən qorxağın yekəsisən. Bütün dürüst insanlar belə düşünür, sənin də fərqli düşündüyünü zənn etmirəm.

Bu həyəcanlı sətirlər Lubyankaya yazılmış xəbərdarlıq məktubundandır. Üç nəfər arasında olan söhbətin NKVD-yə kimin xəbər verməsi hələ də bilinmir. Təşkilatın varisləri casusun şəxsiyyətini bu günün özündə də açıqlamır. Platonovun hadisə ilə bağlı anonim münasibəti belədir: “Bu il (1939-cu il) noyabrın sonu və ya dekabrın əvvəllərində yazar A.N. Novikovun evində aşağıdakı hadisə yaşandı. Üç nəfər idik - A.N. Novikov, Nikolay Kauriçev (o da yazardır) və mən. Novikov və Kauriçev əməlli-başlı sərxoşuydular. İkisi də öz aralarında gurultu ilə danışırdı. Birdən Novikovun qışqırığını eşitdim: “Stalinin ölümünə!” Yanlış eşitdiyimi düşünüb dediklərini təkrar etməsini istədim. Bu zaman Kauriçev ayağa qalxaraq otaqda gəzişməyə və mənimlə danışmağa başladı. Dediyinə görə, rola girməyimə ehtiyac yox imiş, oğlum həbsdə imiş, siyasi əqidəmin axırı yaxşı olmazmış.

Kauriçevə bu dediklərinə rəğmən badə qaldırmayacağımı, Stalin olmasa, hamımızın öləcəyini və son olaraq başıma gələn bədbəxtçiliyi (oğlumun həbs edilməsi) Sovet iqtidarına əks gedəcək qədər axmaq və cahil olmadığımı dedim. Bundan sonra isə Kauriçev üzümə baxaraq daxilimi oxuya bildiyini dedi. Daxili dünyamın cəmiyyətə, onun da bütünlükdə mənə qarşı açıq olduğunu dedim. İkinci dəfə də qədəh qaldırmağı qəti şəkildə rədd etdim. Bu dəfə müzakirə şiddətləndi. Badəni itələdim və sağollaşmadan oradan uzaqlaşdım.

Bu hadisə yamanca ürıyimi sıxmışdı və məni narahat edirdi. Tanışlarımdan bu cür sözlər eşidəcəyimi gözləmirdim. Mənə qarşı təxribat etdiklərini düşünürdüm. O günə kimi heç birindən elə ifadələr eşitməmişdim. Düzdür, buna bənzər ironik sözlər səslənirdi bəzən, lakin bunlar kiçik burjua xarakterli əhəmiyyətsiz şeylər idi. Yəni mənim üçün elə də əhəmiyyət kəsb etmirdi. Kauriçevlə elə bir tanışlığım yox idi. Novikovla daha yaxşı idik. Aralarında ortaq prinsiplərə söykənən böyük dostluq olduğunu görmürdüm. Onların münasibəti içki masasında toplananların əlaqəsindən başqa bir şey deyildi. Onlar şüşə dostu idilər.  Bunu da sadəcə mən yox, hər kəs bilirdi.

Kauriçevin keçmişini bilmirəm. Hesab edirəm ki, müəllim olub. Ümumiyyətlə, hər zaman Sovet ruhu ilə diqqətəçarpacaq enerjiylə danışardı. Sadəcə yuxarıda qeyd etdiyim məlum hadisədən başqa. Əslində, hər ikisi siyasi mövzuda qarışmağa ehtiyat edən insanlardır. Birlikdə olanda daha çox ədəbi mövzulara toxunardıq, amma içki içəndə ədəbiyyat anlaşılmaz hala gəlirdi”.

Bu qeydlərin ilk dəfə kim tərəfindən təşkilata verilməsi haqqında heç bir məlumat yoxdur. Bilinən tək şey üzünün köçürüldüyü yazının anonim halda NKVD rəsmilərinə verilməsidir. Ona görə də Platonovun özünün gedib ifadə verməyə məcbur olduğunu düşünənlər var.

Novikov və Kauriçev isə növbəti ilin yanvarında həbs olunub. Rəsmi qeydlərdə həbs səbəbləri kimi “son vaxtlar dostları ilə görüşəndə partiya liderləri haqqında terrorçu hisslərini ortaya qoymaları” göstərilib. Novikov üçüncü sorğuda bütün ittihamları qəbul edib. Məhkəmə isə uzun müddət onun Platonovla əlaqəsini araşdırıb.

Novikovun sözlərinə görə isə Kauriçev və Novikov Trotskinin sağlığına qədəh qaldırmaq istəyib. Platonov isə bu sözlərdən sonra badəsini yerə boşaldıb və onları evdən qovub. Bu üç nəfər dekabrın sonunda bir dəfə də görüşüb. Bu dəfə isə Stalinin ölümünə qədəh qaldırılıb. Novikov Platonovun da qədəh qaldırdığını deyir!

Məhkəmə Novikovu sıxışdıraraq guya antisovet terror qrupu yaradıqlarıyla bağlı ifadə alır. Bu qədər kiçik detal belə Platonovu həbsxanaya susuz aparmağa bəs edirdi. Lakin günü bu gün də Platonovun necə aradan çıxdığı məlum deyil. Yazarın bioqrafiyasını qələmə alan Aleksey Varlamov hələ də açılmayan Lubyanka arxivlərinin olduğuna diqqət çəkərək “Allah qoruyub, başqa açıqlaması yoxdur” deyib.

Kauriçev 9, Novikov isə 28 iyul 1941-ci ildə gülləyə qurban gedir. Şair Viktor Bokovun xatirələrində belə bir qeyd var. Yazını elə bu qeydlə tamamlamaq məqsədəuyğundur: “Oktyabr 1941-ci ildir, almanlar Moskva ətrafındadır. Platonov Bokov və bir digər dostundan soruşur:

- Andrey Novikovun “Qalaktikaların ortaya çıxma səbəbləri” adlı əhvalatını oxumusunuzmu?

Yoldaşlar oxumayıb.

“Təəssüflər” – deyə Platonov cavab verir”.

Nərgiz Nənə

 

BUNU DA OXU

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
Xəbər lenti

Kim Çen Indan “Ağ ev”ə məktub - Şimali Koreya lideri Trampı ölkəsinə dəvət edir
23:48 16.09.2019

“The Cars” qrupun lideri Rik Okasek dünyasını dəyişib
23:29 16.09.2019

İranlı generaldan Vaşinqtona xəbərdarlıq - “ABŞ-ın hərbi bazaları atəşə tutulacaq”
23:10 16.09.2019

Brüsseldə İsfar Sarabski və Rain Sultanovun konserti olub - FOTOLAR
22:50 16.09.2019

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb - FOTOLAR
22:29 16.09.2019

Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub
22:10 16.09.2019

İran qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri saxlayıb
21:49 16.09.2019

Musiqili Teatrın rəhbəri daha bir beynəlxalq tədbirə dəvət alıb
21:28 16.09.2019

Tələbələrə vəsiqələr təqdim olundu - Bakı Ali Neft Məktəbində prezident təqaüdçülərinin sayı 150-yə çatıb
21:11 16.09.2019

Sabah 31 dərəcə isti olacaq
20:52 16.09.2019

Özbəkistan Türk Şurasına üzv oldu - Türk Şurasının 7-ci zirvə toplantısı Bakıda baş tutacaq
20:33 16.09.2019

Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - FOTOLAR
20:10 16.09.2019

12 ölkədən olan alimlər Şamaxıda - Beynəlxalq konfrans keçirilir
19:48 16.09.2019

Müalicə olunan uşaqlar üçün “Bilik günü” - Uşaqlar sosial həyata adaptasiya olunur
19:34 16.09.2019

Çoxmənzilli binaların dam örtüyü yenilənir - Xəzər rayonunda quruculuq işlərinə start verilib
19:15 16.09.2019

Abbas Müsəvi: İran və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulmayıb
18:56 16.09.2019

Qobustan qoruğunda “Açıq qapı” günü təşkil olunacaq
18:37 16.09.2019

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
18:20 16.09.2019

Azərbaycanlı model Moskvada 40 kiloqramlıq geyimdə - FOTOLAR
18:05 16.09.2019

Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
17:47 16.09.2019

Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
17:28 16.09.2019

Marneulidə yeni məktəb istifadəyə verildi - Qardabanidə isə ilk dəfə uşaq bağçası tikilib
17:11 16.09.2019

Təhsilin maddi-texniki bazası gücləndirilir - Qubada yeni məktəb binası istifadəyə verilib - FOTOLAR
16:56 16.09.2019

ATV-də "Bizimləsən"-ə start verildi - ÖZƏL - FOTOLAR
16:36 16.09.2019

İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16:18 16.09.2019

Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb - FOTOLAR
15:57 16.09.2019

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - FOTOLAR
15:38 16.09.2019

Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub
15:19 16.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verildi
15:09 16.09.2019

Kukla Teatrı yeni mövsümü açıq elan edib
15:00 16.09.2019

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”
14:39 16.09.2019

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
14:20 16.09.2019

Dünya birjalarında neft bahalaşıb - 19 faizə qədər artım qeydə alınıb
14:05 16.09.2019

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək
13:45 16.09.2019

Kukla Teatrı rusdilli tamaşaçılarını unutmayıb
13:24 16.09.2019

Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
13:24 16.09.2019

“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
13:03 16.09.2019

Hindistanda səyahət gəmisi batıb - 11 nəfər həyatını itirib
12:44 16.09.2019

Bakıda dünya çempionatı başlayır - Yarış Tokio olimpiadasına lisenziya verir
12:25 16.09.2019

İranda qadınlar da stadionlara buraxılacaq - Hökumət problemin həllini tapdi
12:04 16.09.2019

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
11:43 16.09.2019

Ordumuzun genişmiqyaslı təlimləri başladı - Təlimlərə 10 min hərbçi və müxtəlif silahlar cəlb edilib
11:24 16.09.2019

“Qızıl balıq” - mövsümün ilk tamaşası...
11:04 16.09.2019

Qobustanda dəhşətli yol qəzası - Minik maşını körpüdən aşdı
10:44 16.09.2019

Türkiyə-Suriya sərhədində güclü partlayış olub - 12 nəfər həyatını itirib
10:25 16.09.2019

Bu gün ilk dərs günüdür - 164 min 234 şagird 1-ci sinfə qədəm qoydu
10:16 16.09.2019

Cənubi Koreyada təcili yardım dronları istifadəyə veriləcək
10:09 16.09.2019

Самого опытного российского космонавта исключили из отряда
09:54 16.09.2019

Yada düşər xatirələr - Mirzə Babayev - "Pəncərəmə qondu çiçək" - VİDEO
09:35 16.09.2019

Növbəti metrostansiya gələn il təhvil veriləcək - Stansiya sayının 76-ya çatdırılması planlaşdırılır - VİDEO
22:53 14.09.2019

Yeni təhsil ocağı istifadəyə verildi - Nazir açılış mərasimində iştirak edib
22:33 14.09.2019

Yada düşər xatirələr. 1969-cu il - Elmira Rəhimova və Yaşar Səfərov - "Səadət" - VİDEO
22:11 14.09.2019

Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
21:52 14.09.2019

Ağstafada iki nəfəri cərəyan vurdu - Biri həyatını itirib, biri xəsarət alıb
21:30 14.09.2019

Məzar daşları eyni olacaq - Qəbiristanlıqlarla bağlı yeni tələblər açıqlandı
21:09 14.09.2019

“Multikulturalizmə giriş” dərsliyi təqdim edildi - Yeni dərslik ali məktəblərdə əsas fənn kimi tədris olunacaq
20:46 14.09.2019

Şirvanda faciəli hadisə - 71 yaşlı kişi kanalizasiya quyusuna düşdü
20:25 14.09.2019

Agentlikdən daşıyıcılara xəbərdarlıq - Avtobus sayı sərnişin axınına uyğun tənzimlənməlidir
20:04 14.09.2019

Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb
19:42 14.09.2019

Yük avtomobillərinə məhdudiyyət qoyulacaq - Sürücülərə xəbərdarlıq edildi
19:25 14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb
19:09 14.09.2019

Dəniz kənarı tullantılardan təmizləndi - İDEA növbəti təmizlik aksiyası keçirib
18:54 14.09.2019

Qazaxda torpaq uçqunu olub - Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
18:32 14.09.2019

İtaliyada Azərbaycan xalçalarının sərgisi keçirilir - FOTOLAR
18:15 14.09.2019

“Bürokratik maneələr götürülüb” - Xidmət rəisi viza tələbinin ləğvindən danışdı
18:00 14.09.2019

Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
17:41 14.09.2019

Səkkiz ayda 60 mindən çox şəxs işlə təmin edilib - İşlə təmin olunanların əksəriyyəti gənclərdir
17:22 14.09.2019

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə çempionatı keçirildi
17:00 14.09.2019

Unudulmaz hitlər. 1992-ci il. - "Ace of Base" - "Happy Nation"
16:40 14.09.2019

Sabah 29 dərəcə isti olacaq
16:19 14.09.2019

Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
16:03 14.09.2019

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
15:56 14.09.2019

Səudiyyə Ərəbistanında iki neft emalı zavodu yanıb
15:34 14.09.2019

Qışa tədarük - Pomidorların öz suyunda konservləşdirilməsi - VİDEO
15:13 14.09.2019

Yük və minik maşını toqquşdu - Sürücülər xəsarət aldı
14:58 14.09.2019

BMT Baş katibinin Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb
14:36 14.09.2019

Uşaqlar üçün müxtəlif fiqurlu peçenye resepti - VİDEO
14:14 14.09.2019

Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb
13:53 14.09.2019

Strateji əməkdaşlığa daha bir töhvə - Azərbaycanla Gürcüstan arasında sənəd imzalandı
13:32 14.09.2019

Yüksək bal toplayan tələbələrlə görüş oldu - Binəqədidə yeni tədris ilinə həsr olunmuş konfrans keçirildi
13:13 14.09.2019

Bütün xəbərlər