Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycan ordusunun sarsıdıcı əməliyyatı - Erməni yuvası belə dağıdıldı - VİDEO

Azərbaycan ordusunun sarsıdıcı əməliyyatı - Erməni yuvası belə dağıdıldı - VİDEO
   47081 dəfə oxunub

Qarabağ müharibəsinin fonunda az da olsa qalibiyyətlə nəticələnən bir sıra hərbi əməliyyatlarımız olub. Onlardan biri də Başkəndin(Artsvaşen-red.) qaytarılması əməliyyatı olub.

1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində torpaqlarımızın içində yaradılan bu şeytan yuvası məhv edildi və bütovlükdə Qərb regionunda təhlüksizliyin təmin olunması üçün böyük nəticə əldə edildi.

 
Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı

Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Ermənilərin Başkənd kəndinə gəlişi XIX əsrin ortalarında başlayıb. Onlar burada yerli bəylərin mal-qarasını otarırdılar.İlk erməni ailələri burada yerli bəyin icazəsi ilə 1858-ci ildə məskən saldılar, 1905-1906-cı illər,1918-1920-ci illər hadisələri zamanı isə azərbaycanlıları sıxışdırıb kənddən çıxartdılar.

Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbyacanlını qətlə yetirdilər.

Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Ernənilərin hücumuna son qoymaq üçün Başkənd düşməndən azad edilməli, öz sahiblərinə qaytarılmalı idi. Başkənd ətrafında vəziyyət 1992-ci il avqustun əvvəlində gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər...

İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü, axıra qədər vuruşdu, əsgərlər və komandirləri qəhrəmanlıqla həlak oldular, lakin düşmənin hücumunu ləngitdilər. Azərbaycan Ordusu əks hücum planını həyata keçirməyə başladı.

Əməliyyata korpus komandiri general-mayor Dadaş Rzayev, polkovnink Cahangir Rüstəmov, polkovnik Rəfayıl Əsədov, polkovnik Hamlet Hüseynov rəhbərlik edirdilər. Düşmənin Mutudərə istiqamətində hücumunun qarşısı alındı və avqustun 8-də Başkənd üzərinə hücum başladı. Düşmənin ciddi müqavimətinə baxmayaraq axşama yaxın Başkənd azad edildi, düşmənin 200-dən çox canlı qüvvəsi, 4 topu,3 tankı, 1 BMP və və digər texnikası məhv edildi. Başkəndi yenidən tutmaq üçün bir neçə cəhd etdi, lakin itkilər verərək geri çəkilməli oldular. Başkənd əməliyyatı Azərbaycan Ordusunun gücünü, əsgərlərimizin rəşadətini, zabitlərimizin yüksək bacarığını nümayiş etdirdi.

Maraqlıdır, düşmən mətbuatı bunu necə izah edirdi?

 

http://razmakan.livejournal.com/ saytından istinad:

Başkəndin itirilməsi

Bu gün əməliyyatın 22-ci ildönümünü nəzərə alaraq, düşmənin Başkənd hadisələri ilə bağlı mövqeyini toxunmadan dərc edirik. Bu bir düşmən mövqeyidir, qarşı tərəfin əsassız arqumentləridir. Amma bunununla yanaşı o dövrdə düşmənin siyasi-hərbi vəziyyətindən və durumundan xəbər verdiyi üçün maraqlıdır.

 

“1992-ci ilin avqustunda Ermənistan Başkəndi itirdiyi dövrlər(?) ölkədə vəziyyət gərgin olub. Bu taleyüklü vaxtda Dağlıq Qarabağ tamamilə düşmən nəzarəti  altında idi. Azərbaycan həlledici həmlə edərək Ermənistan Respublikasının ondan çox rayonunu “zəbt etmişdi”(?). Bu həmin vaxt idi ki, Türkiyə dövləti tərəfindən hakimiyyətə gətirilmiş Əbülfəz Elçibəy Yeni ili Göyçə gölü sahilində qeyd etməyi vəd verirdi.

Başkənd əməliyyatı haqqında bizə məlum olan faktlar aşağıdakılardan ibarətdir:

1992-ci ilin avqustunda naməlum səbəblərdən Başkənd əməliyyatı iflasa uğradı. Müasir Ermənistan tədqiqatçılarının qarşısında sirli şəkildə itirilmiş(?)Başkənd əməliyyatını araşdırmaq kimi “vəzifə durur”. Bakıdakı analiz mərkəzi və Azərbaycan təbliğatı indiyədək “1992-ci ilin zəfərli yay” dövrünə hərbi-strateji üstünlük kimi baxır. Daha çox Gəncə desant diviziyasının rolu qabardılır.

Başkənd– Ermənistan hakimiyyətinin siyasi fiaskosudur. Krasnoselsk anklavının tamamilə itirilməsi məntiqi olaraq 1992-ci ilin iyunundaTürkiyə baş naziri Süleyman Dəmirəl və prezident Ter-Petrosyan arasında baş tutmuş dialoqdan sonraya təsadüf edir. Rio-de-Janeyro tarixi görüşməsi haqqında çox şeylər yazılıb, lakin hər dəfə yeni məlumatlar ortaya çıxır.

14 iyun 1992-ci ildəRio-de-JaneyrodaErmənistran prezidenti və Türkiyə baş naziri arasında baş tutan görüşdə Süleyman Dəmirəl yüksək tonla deyib:“Qarabağdan, o cümlədən Şuşa və Laçından təcili sürətdə çıxın. Min ildən sonra yenidən (?)müstəqil Ermənistan dövlətini yaratmaq imkanınız yaranıb. Lakin siz bu dövləti nifrət, intiqam və müharibə üzərində qura bilməzsiniz. Sizin qonşularınız Azərbaycan və Türkiyədir. Əgər siz onlarla dostluq münasibətləri yaratmasanız, vəziyyətiniz ağır olacaq”. Elə bu görüşdən sonrada ard-arda Çaylı, Mataqis , Karmravan, Levorx, Şaumyan, Mardakert zəbt olundu. Avqustda isə Başkənd “işğal edildi”Ⅶ.

İyunun 29-da televiziyada çıxış edən prezident Ter-Petrosyan elan etdi: “Mən alim, siyasi xadim və respublika prezidenti kimi əminəm ki, müharibə Ermənistan üçün heç bir yaxşı nəticə verməyəcək”.

Maraqlısı budur ki, prezident bu sözləri  zəfərli may ayında, yəni Şuşa və Laçının qaytarılmasından sonra deyib.  Artıq iyunda naməlum səbəblərdən Getaşen əməliyyatı da iflasa uğradı. İşğal olunmuş ərazilərdə bir neçə özünümudafiə döyüşçüsü qalmışdı. Onlar heç nəyə baxmadan partizan döyüşlərini davam etdirirdilər(?).

Levonter-Petrosyanın kədərli çıxışları buna əsas verdi: o, Şuşa və Laçında mübarizənin aparılmasında maraqlı deyildi. Başkəndin itirilməsi o zamankı Ermənistan müdafiə naziri VazgenSarkisyanın adı ilə bağlıdır. Fəlakət öncəsi o, anklava səyahət edərək hamını Başkəndin özünümüdafiə təşkilatı üçün kifayət qədər əlverişli yerdə yerləşdiyinə inandırırdı. Yüksək vəzifəlilərin təsdiqlədiyi fərmanda kəndin müdafiə edilməsi əmri verilmişdi.

1992-ci il avqustun 15-16-da Başkəndin itirilməsi nəticəsində Ermənistan Respublikası bütün fəal hərbi əməliyyatların getdiyi dövrdə ilk dəfə siyasi-inzibati ərazisinin bir neçə kvadrat kilometr ərazisini itirmiş oldu.

14 avqust 1992-ci ildə Ermənistanın müdafiə naziri Vazgen Sarkisyan televiziyaya çıxaraq elan edib: “Başkənd bizim qoşunların etibarlı müdafiəsi altındadır. Bu gündən etibarən əraziyə düşmən daxil ola bilməyəcək”.

Bir neçə dəqiqədən sonra isə ER-in Ali Şura nümayəndəsi Ara Saakyan çıxış edərək deyib: “Başkənd heç bir zaman təhvil verilməyəcək. Bunu mən sizə zəmanət verirəm”.

Başkəndin azad edilməsindən  dərhal sonra isə rayonun hərbi komendantlıq nümayəndəsi Armen Qanadyan etiraf edir: “Sözün düzü, mən nazirlə söhbət etməmişəm və buna görədə heç bir söz deyə bilmərəm. Bütün bu suallara komanda heyəti cavab verə bilər. Dörd il ərzindəki bütün zəhmətim əbəs yerə getdi. Lakin biz yaxşı hazırlaşsaydıq, o zaman kəndi əldə saxlaya bilərdik”.

Şimal-şərq ərazisinin müdafiə polkovniki Xaçaturov deyib: “Mənim fikrim nazirə çoxdan bəllidir. Hərbi nöqteyi-nəzərindən Başkənd çoxdan mübadilə edilməli idi. Başkəndi düşmən əhatəsində saxlamaq, 3 min insanın həyatını təhlükədə qoymağa nə nazir, nə də prezidentin ixtiyarı vardı”.

Hər halda, Başkəndin itirilməsinin səbəbləri zəif təşkilatçılıqvə ərazinin müdafiəsi üçün bütöv strategiyanın olmaması ilə izah edilir. Bundan əlavə, ölkə prezidentinin kədərli çıxışları erməni hərbiçilərinin psixoloji durumunugərginləşdirirdi.”

Başkənd əməliyyatlarında 2 milli qəhrəman iştirak edib:

 

Topçu İsgəndər, Məzahir Rüstəmov və Cahangir Rüstəmov.

Daha sonra Aytəkin, Gültəkin Məmmədov qardaşları və yüzlərlə bu cür igidin adını çəkmək olar.

Rüstəmov Məzahir İzzət oğlu

1960-cı il martm 2-də Bakıda doğulub. 32 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtarıb. Azərbaycan EA-nm Fəlsəfə İnstitutunda dissertant olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda işləyib. “İnsan psixologiyasmın bütövlüyü” adlı dissertasiya üzərində çalışırdı.

1992-ci il avqust aymda həlak olub. Qəbri “Şəhidlər xiyabanı”ndadır. Respublika prezidentinin fərmanı ilə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb. Təhminə admda bir qızı var. Oxuduğu orta məktəbdə büstü qoyulub.

Gədəbəyin Şınıx bölgəsində ağır vəziyyət yaranmışdı. Erməni qoşunları sərhəd kəndlərini atəşə tutur, daim təhlükə altmda saxlayırdılar. Başkənd (Artsvaşen) “barıt” çəlləyinə çevrilmişdi. Ermənilər burada təlim görmüş xüsusi bir alay saxlayırdılar. Bu alay müasir texnika ilə tam təchiz olunmuşdu. Alaym əsas vəzifəsi Şmıx kəndlərini zəbt etmək, Gədəbəy-Şəmkir istiqamətində hərəkət edib Çənlibel adlanan strateji mövqeni ələ keçirmək idi.

Rota komandirinin müavini Məzahir Rüstəmov xəritəni göy çəmənliyin üzərinə salıb fikrə getdi.

Əsgərlər bu cəsur, igid komandirin dərin biliyinə, döyüşdən baş çıxarmaq bacarığma heyran qalmışdılar. Baş leytenant İsgəndər Məzahirin nə deyəcəyini gözləyirdi. Məzahir isə susurdu. Sükutu İsgəndər pozdu:

– Krasnoselo ətrafma ermənilər yeni qüvvə gətirirlər. Deyəsən bizi ağır döyüşlər gözləyir.

– Doğrudur, İsgəndər, əsas məsələ ermənilərin hansı istiqamətdə hücum edəcəklərini öyrənməkdir.

İsgəndər Bir qədər fikirləşib:

-Keçəldağ-Nazdıxan, Mutudərə istiqamətlərində hücuma keçə bilərlər,- dedi.

Məzahir növbətçi əsgəri səslədi:

– Komandirləri yanıma çağır!

– Oldu, – deyə gənc əsgər rəsmi qaydada təzim etdi. Məzahir xəritəni açıb düşmənin hücum edəcəyi sahələri bir də onlara xatırlatdı:

– Postları özüm yoxlayacağam. Mənim əmrim olmadan heç kəs atəş açmamahdır.

Bir azdan öyrəndiklərini alay komandiri polkovnik Cahangir Rüstəmova bildirdi. Alay komandiri rahat nəfəs aldı. O, Məzahirə inanırdı. Bilirdi ki, ən çətin anlarda leytenant özünü itirmir, çıxış yolu tapmağı bacarır.

PROFESSOR OĞLU

Professor oğlu erməniləri yaman qorxuya salmışdı. Başkənddəki döyüş hissəsinin rahatlığı göyə çəkilmişdi. Leytenant Məzahir Rüstəmovun Şınığa gəlməsi onlarm arzularmı gözündə qoymuşdu. Məzahir Artsvaşenlə (Başkənd) Ermənistanı birləşdirən kabel xəttinin haradan keçəcəyini yaxşı bilirdi. Qərara almışdı ki, həmin xətti kəssin. Amma hələ tez idi.

…Saat on birə işləyirdi. Məzahir postları yoxlayıb geri qayıtdı. “Uşaqlar möhkəm dayanıblar. Ermənilərin fikrini də bilsək pis olmazdı”, – deyə düşündü. Dağlarm sinəsini parçalayıb keçən kabel xəttinə tərəf süründü. Ermənilər telefon kabelini xeyli dərinlikdə basdırmışdılar. Lakin Məzahir onların danışığma qulaq asmaq üçün əvvəlcədən özünə yer eləmişdi (hərdənbir rusca danışırdılar).

…Bir xeyli irəliləmişdi ki, hənirti duyub dayandı.

Dovşan idi. Məzahir yerindən tərpənmədi. Dovşan tez-tez ətrafma boylanır, təhlükə olmadığmı hass edib qabağındakı nəyi isə yeyirdi.

Uzaqda maşın işığı göründü. Dovşan bir göz qırpımmda yoxa çıxdı.

– Yerevandan gəlir, – deyə Məzahir düşündü.Gecə binoklunu çıxarıb ətrafı seyr etdi. Çoxdan qazdığı çalaya uzandı. Ermənilər rus dilində danışırdılar.

– “- İki gündən sonra hücuma keçəcəyik. Mayor Arutyunovun piyada bölməsi Keçəldağ istiqamətindən, tanklar isə Krasnoselo tərəfdən hərəkət edəcək”. Bundan sonra ermənilər öz dillərində danışmağa başladılar. Məzahir təəssüfləndi. Birdən Məzahir öz admı və “rota” sözünü eşitdi. Ürəyi döyünməyə başladı. Deməli, onun rotası və özü haqqmda düşmən əlində dəqiq məlumat vardı.

Gecə yarıdan keçmişdi. Ulduzlar baş-başa verib mürgü vururdular. Məzahir çadırın bir tərəfinə çəkilib ermənilərin əməliyyatmı puça çıxartmaq üçün plan hazırlayırdı. Saat dördə qalırdı. Yorulmuşdu, yatağa uzansa da yuxusu gəlmirdi. Tez-tez üzünü görmədiyi körpə qızı Təhminəni xatırlayırdı. Anası Rəfiqə xanım, atası İzzət müəllim yadma düşmüşdü. Heç belə darıxmamışdı. Çölə çıxdı. Ər dağından sərin külək əsirdi. O axşam yuxu üzünə həsrət qaldı Məzahir. Rotanm əsgərlərini səhər yeməyindən sonra sıraya düzüb dedi:

– Kəndlərimizin üstünü ölüm təhlükəsi alıb, yaxm günlərdə hücum olacaq. Dagların Üstündə etibarlı səngərlər qazılmalıdır. Gədəbəyin, Şınığm bir qarış torpağını ermənilərə vermək olmaz.

– Hücum nə vaxt olacaq? – deyə əsgərlər səbirsizliklə soruşdular.

– Heç nə deyə bilmərəm. Amma ermənilər hər an hücuma keçə bilərlər. Hər bir əsgər, komandir öz mövqeyində olsun!

Məzahir alay komandiri ilə danışdı:

– Möhkəm dayanmışıq. Polkovnik ratsiyada dilləndi:

– Allah amanmda, mənimlə əlaqəni kəsməyin!

Ermənilərin hücum etməyinə iki saatdan da az qalırdı. Məzahir bölmə komandirlərinə xəbərdarlıq etdi:

Düşmənin hansı istiqamətdən hücum edəcəyi məlumdur. Hər şey sizdən asılıdır. Möhkəm dayanın.

Dağları duman bürümüşdü. Narın-narm yağış yağırdı. Məzahir dəqiqələri, saniyələri sayırdı…

BAŞ TUTMAYAN HÜCUM

Məzahir yaxmlıqdakı səngərə girib atəş açmaq haqqmda əmr verdi. İsgəndərin başçılıq etdiyi topçular batareyası Krasnoselonu güclü atəşə tutmuşdular. Evlər alovlanıb yanırdı. Ermənilər başıpozuq dəstə halında hara gəldi qaçırdılar. Keçəldağdakı topçularımız düşmənə aman vermir, döyüş maşınlarını hərəkətə gətirməyə qoymurdular. Mayor Arutyunovun bölüyü pərən-pərən düşmüşdü. Artsvaşendən köməyə tələsən tanklar isə atəş altmda hərəkət edə bilmirdilər. 45 dəqiqəlik döyüş sona çatdı. Bizimkilər tərəfindən itki olmadı. Məzahir alay komandirinə məlumat verdi.

Ratsiyada Dilqəm Əliyev leytenantı dinləyib:

– Müşahidə məntəqəsində döyüşün gedişini izləyirdik. Afərin, “dağ qartalları”! – deyə onları alqışladı.

Polkovnik döyüşün gedişindən razı qalmışdı. Məzahir dərindən nəfəs alıb, ratsiyanı söndürdü.

  1988-ci ilə Özbəkistanın Fərqanə vadisində yerli özbəklər dinc, silahsız axiska türklərinə divan tuturlar.

Özbək millətçiliyinin qızışdırılaraq ortaya atılması və bu "yad" camaata divan tutulması Qorbaçovun yenidənqurmasının təzahürü idi .

   İnsan nə qədər düşüncəsiz olmalıdır ki, öz eyni kökündən olana-türkə qanlı divan tuta və bundan da qalib kimi həzz ala.

 

Başkəndin şanlı topçusu

 Təkcə, bu hadisələrdən sonra 50 min məhsəti türkü Azərbaycanda məskunlaşır. 

 Ölkəmizə gələn axıskalıların arasında Aznaurovlar nəsli də var idi... 

 ...Bu kələ-kötür qayaların nəhayət ki,sonu gəlib çatır, insanın gözünün görə biləcəyi məsafəyə qədər sıraya düzülən qayalar,bax,onların uzun zəncirindən sonra əzəmətli Qafqaz dağları ucalmağa başlayır.

 Buralar uzaq olmayan zəfər tarixinə şahidlik etmişdir. 

  Şəhidlər xiyabanında daha bir şəhid uyuyur: milli qəhrəmandır, Aznaurov İsgəndər Zöhrab oğlu, 

   ...Qarabağda ermənilərin işğallarından sonra Gədəbəy sərhəd rayonu olaraq atəşə məruz qalmağa başlayır. 

 Ruslardan qalma qurğuların dilini heç kəs bilmədiyindən demək olar ki,hamısı lazımsız əşya kimi düzə atılırmış və belə ağır bir zamanda İsgəndər Aznaurov könüllü olaraq milli ordu siıralarına yazılır.

Baş leytenant kimi Gədəbəydəki "N"saylı hərbi hissənin artilleriya bölməsinə komandir müavini təyin edilir.

Növbəti dəhşətli döyüşlər 1993-cü ilin yaz aylarında başlayır.

Hücuma başlamazdan əvvəl İsgəndər top atəşi ilə düşmən postunu məhv edir və cana doyan düşmən bu igidin başı üçün mükafat təsis edir.

Aprelin 18-də milli ordunun "Örükdaş"da həyata keçirdiyi döyüş əməliyyatında İsgəndər Aznaurov düşmən tankının atdığı güllə nəticəsində "dördüncü vətənində"şəhid olur.

Faktlardan da məlum olur ki, nə indi, nə də keçmişdə yerli camaatın bu böyülükdə izdihamı müşahidə edilməmişdir, kimliyindən asılı olmayaraq hamı dəfn günüdə onu son mənzilə uğurlamağa çıxır.

Ölümündən öncə ,xalqın qəhrəmanına çevrilən Aznaurov şəhid olduqdan sonra Azərbaycan milli qəhrəmanı adına layiq görülür. 

 Məzarı Şəhidlər xiyabanındadır

 

Polkovinikin sirri

Cahangir Rüstəmov

1939-cu ildə Gədəbəyin Düzrəsullu kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir.

1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir. 1988-ci ildə ordu sıralarından istefaya buraxılmışdır.

Buna baxmayaraq Qarabağ müharibəsi başlayanda yenidən hərbiyə yollanmış, Şəmkir-Gədəbəy batalyonunu yaratmışdır. Bir neçə belə özünümüdafiə batalyonları birləşdirilən vaxt müdafiə naziri tərəfindən alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur.

1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd "SU-24″, "MİQ-25″, 3 ədəd "İL-26″ təyyarələri, 1 ədəd "Mİ-8″ vertolyotu, aviatexnika, külli miqdarda hərbi sursatı müsadirə etmişdir. Elə həmin il uğurlu Başkənd (Artsvaşen) əməliyyatında iştirak etmişdir.

Cahangir Rüstəmov 1994-cü ilin mart ayında, öz hərbi vəzifəsini yerinə yetirərkən faciəli şəkildə həlak olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin 5 aprel 1994-cü il fərmanına görə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif edilmişdir.

Qeyd: mətndə Lent.az, Gedebey.info saytlarına və Sabir Hüseynovun yazılarına istinad edilib.

 

 

BUNU DA OXU

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
Xəbər lenti

Kim Çen Indan “Ağ ev”ə məktub - Şimali Koreya lideri Trampı ölkəsinə dəvət edir
23:48 16.09.2019

“The Cars” qrupun lideri Rik Okasek dünyasını dəyişib
23:29 16.09.2019

İranlı generaldan Vaşinqtona xəbərdarlıq - “ABŞ-ın hərbi bazaları atəşə tutulacaq”
23:10 16.09.2019

Brüsseldə İsfar Sarabski və Rain Sultanovun konserti olub - FOTOLAR
22:50 16.09.2019

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb - FOTOLAR
22:29 16.09.2019

Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub
22:10 16.09.2019

İran qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri saxlayıb
21:49 16.09.2019

Musiqili Teatrın rəhbəri daha bir beynəlxalq tədbirə dəvət alıb
21:28 16.09.2019

Tələbələrə vəsiqələr təqdim olundu - Bakı Ali Neft Məktəbində prezident təqaüdçülərinin sayı 150-yə çatıb
21:11 16.09.2019

Sabah 31 dərəcə isti olacaq
20:52 16.09.2019

Özbəkistan Türk Şurasına üzv oldu - Türk Şurasının 7-ci zirvə toplantısı Bakıda baş tutacaq
20:33 16.09.2019

Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - FOTOLAR
20:10 16.09.2019

12 ölkədən olan alimlər Şamaxıda - Beynəlxalq konfrans keçirilir
19:48 16.09.2019

Müalicə olunan uşaqlar üçün “Bilik günü” - Uşaqlar sosial həyata adaptasiya olunur
19:34 16.09.2019

Çoxmənzilli binaların dam örtüyü yenilənir - Xəzər rayonunda quruculuq işlərinə start verilib
19:15 16.09.2019

Abbas Müsəvi: İran və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulmayıb
18:56 16.09.2019

Qobustan qoruğunda “Açıq qapı” günü təşkil olunacaq
18:37 16.09.2019

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
18:20 16.09.2019

Azərbaycanlı model Moskvada 40 kiloqramlıq geyimdə - FOTOLAR
18:05 16.09.2019

Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
17:47 16.09.2019

Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
17:28 16.09.2019

Marneulidə yeni məktəb istifadəyə verildi - Qardabanidə isə ilk dəfə uşaq bağçası tikilib
17:11 16.09.2019

Təhsilin maddi-texniki bazası gücləndirilir - Qubada yeni məktəb binası istifadəyə verilib - FOTOLAR
16:56 16.09.2019

ATV-də "Bizimləsən"-ə start verildi - ÖZƏL - FOTOLAR
16:36 16.09.2019

İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16:18 16.09.2019

Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb - FOTOLAR
15:57 16.09.2019

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - FOTOLAR
15:38 16.09.2019

Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub
15:19 16.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verildi
15:09 16.09.2019

Kukla Teatrı yeni mövsümü açıq elan edib
15:00 16.09.2019

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”
14:39 16.09.2019

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
14:20 16.09.2019

Dünya birjalarında neft bahalaşıb - 19 faizə qədər artım qeydə alınıb
14:05 16.09.2019

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək
13:45 16.09.2019

Kukla Teatrı rusdilli tamaşaçılarını unutmayıb
13:24 16.09.2019

Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
13:24 16.09.2019

“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
13:03 16.09.2019

Hindistanda səyahət gəmisi batıb - 11 nəfər həyatını itirib
12:44 16.09.2019

Bakıda dünya çempionatı başlayır - Yarış Tokio olimpiadasına lisenziya verir
12:25 16.09.2019

İranda qadınlar da stadionlara buraxılacaq - Hökumət problemin həllini tapdi
12:04 16.09.2019

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
11:43 16.09.2019

Ordumuzun genişmiqyaslı təlimləri başladı - Təlimlərə 10 min hərbçi və müxtəlif silahlar cəlb edilib
11:24 16.09.2019

“Qızıl balıq” - mövsümün ilk tamaşası...
11:04 16.09.2019

Qobustanda dəhşətli yol qəzası - Minik maşını körpüdən aşdı
10:44 16.09.2019

Türkiyə-Suriya sərhədində güclü partlayış olub - 12 nəfər həyatını itirib
10:25 16.09.2019

Bu gün ilk dərs günüdür - 164 min 234 şagird 1-ci sinfə qədəm qoydu
10:16 16.09.2019

Cənubi Koreyada təcili yardım dronları istifadəyə veriləcək
10:09 16.09.2019

Самого опытного российского космонавта исключили из отряда
09:54 16.09.2019

Yada düşər xatirələr - Mirzə Babayev - "Pəncərəmə qondu çiçək" - VİDEO
09:35 16.09.2019

Növbəti metrostansiya gələn il təhvil veriləcək - Stansiya sayının 76-ya çatdırılması planlaşdırılır - VİDEO
22:53 14.09.2019

Yeni təhsil ocağı istifadəyə verildi - Nazir açılış mərasimində iştirak edib
22:33 14.09.2019

Yada düşər xatirələr. 1969-cu il - Elmira Rəhimova və Yaşar Səfərov - "Səadət" - VİDEO
22:11 14.09.2019

Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
21:52 14.09.2019

Ağstafada iki nəfəri cərəyan vurdu - Biri həyatını itirib, biri xəsarət alıb
21:30 14.09.2019

Məzar daşları eyni olacaq - Qəbiristanlıqlarla bağlı yeni tələblər açıqlandı
21:09 14.09.2019

“Multikulturalizmə giriş” dərsliyi təqdim edildi - Yeni dərslik ali məktəblərdə əsas fənn kimi tədris olunacaq
20:46 14.09.2019

Şirvanda faciəli hadisə - 71 yaşlı kişi kanalizasiya quyusuna düşdü
20:25 14.09.2019

Agentlikdən daşıyıcılara xəbərdarlıq - Avtobus sayı sərnişin axınına uyğun tənzimlənməlidir
20:04 14.09.2019

Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb
19:42 14.09.2019

Yük avtomobillərinə məhdudiyyət qoyulacaq - Sürücülərə xəbərdarlıq edildi
19:25 14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb
19:09 14.09.2019

Dəniz kənarı tullantılardan təmizləndi - İDEA növbəti təmizlik aksiyası keçirib
18:54 14.09.2019

Qazaxda torpaq uçqunu olub - Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
18:32 14.09.2019

İtaliyada Azərbaycan xalçalarının sərgisi keçirilir - FOTOLAR
18:15 14.09.2019

“Bürokratik maneələr götürülüb” - Xidmət rəisi viza tələbinin ləğvindən danışdı
18:00 14.09.2019

Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
17:41 14.09.2019

Səkkiz ayda 60 mindən çox şəxs işlə təmin edilib - İşlə təmin olunanların əksəriyyəti gənclərdir
17:22 14.09.2019

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə çempionatı keçirildi
17:00 14.09.2019

Unudulmaz hitlər. 1992-ci il. - "Ace of Base" - "Happy Nation"
16:40 14.09.2019

Sabah 29 dərəcə isti olacaq
16:19 14.09.2019

Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
16:03 14.09.2019

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
15:56 14.09.2019

Səudiyyə Ərəbistanında iki neft emalı zavodu yanıb
15:34 14.09.2019

Qışa tədarük - Pomidorların öz suyunda konservləşdirilməsi - VİDEO
15:13 14.09.2019

Yük və minik maşını toqquşdu - Sürücülər xəsarət aldı
14:58 14.09.2019

BMT Baş katibinin Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb
14:36 14.09.2019

Uşaqlar üçün müxtəlif fiqurlu peçenye resepti - VİDEO
14:14 14.09.2019

Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb
13:53 14.09.2019

Strateji əməkdaşlığa daha bir töhvə - Azərbaycanla Gürcüstan arasında sənəd imzalandı
13:32 14.09.2019

Yüksək bal toplayan tələbələrlə görüş oldu - Binəqədidə yeni tədris ilinə həsr olunmuş konfrans keçirildi
13:13 14.09.2019

Bütün xəbərlər