Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

“İlk qadın əsgər - Ləman Bozqurd bizə qatılıb. Söyüş söyənləri...” - FOTOLAR

“İlk qadın əsgər - Ləman Bozqurd bizə qatılıb. Söyüş söyənləri...” - FOTOLAR
64612 dəfə oxunub
Ləman Bozqurd 1932-ci ildə Sarıqamışda doğulan qarapapaq türküdür,litseyi bitirdiyi il Türkkuşu İnönü təsislərində planer təhsili alıb. Dərhal ardından Türkkuşu motorlu məktəbinə müəllim namizədi olaraq qatılıbdır. 1954-cü ildə silahlı qüvvələrə qadınların da alınmasıyla əlaqədar qərar çıxınca İzmir Hava hərb məktəbinə müraciət etmiş və oktyabr 1955-ci ildə burada təhsilə başlamışdır. Pərvanəli təyyarələrlə təhsilini tamamlayaraq 30 Avqust 1957-ci ildə məzun olmuşdur. Daha sürətli və daha yüksəyə uçmaq arzusuyla reaktiv pilotu təhsili almaq üçün 1958-ci ildə Eskişehirdeki reaktiv təhsil flotuna qatılmış və qısa bir müddətdə təhsilini müvəffəqiyyətlə tamamlamışdır. Noyabr 1958-ci ildə reaktiv pilotu olan Ləman Bozqurd 9 il müddətlə F-84 və T-33 reaktiv təyyarələrində uçmuşdur. Daha sonrakı illərdə hava qüvvələrinin qərargah xidmətlərində çalışmışdır. Personal plan şöbə müdiri və Mərkəz şöbə müdiri olaraq vəzifə yerinə yetirən Ləman Bozqurd Altınçəkic ehtiyat polkovnik olaraq təqaüdə çıxmışdır. Ay ulduzlu bayrağı göylərdə daşıyan ilk qadın reaktiv pilotu Ləman Bozqurd Altınçəkic eyni zamanda NATO hava qüvvələrinin də ilk və uzun illər boyunca da tək qadın reaktiv pilotu olmuşdur. Ləman Bozqurd Altınçəkic 4 May 2001-də İzmirdə vəfat etmişdir. Ləman Bozqurdun mu müsahibəsini Türkiyə mətbuatından tapdıq və maraqlı olduğunu nəzərə alaraq sizə təqdim edirik.

“Atatürk Qız Liseyi məzunuyam. Məktəbdə oxuyanda voleybol və basketbol komandasında 4 il oynamışam və İstanbulun bir çox komandası ilə çox maraqlı matçlarımız olub. O vaxtlar həmişə memar olmağı arzulayırdım. İstəyimə çatmışdım, amma bəzi səbəblərdən dolayı xülyam baş tutmadı...

Bir gün rəfiqəm Solmaz Doğu ilə məktəbin divarından asılmış maraqlı elan gördük. Elanda Türkkuşunun paraşütçü axtardığı yazılmışdı. Müəyyən yoxlamalardan keçəndən sonra birbaşa İnönüyə gedərək planer təlimlərinə qatıldım. Köhnə dostlarımızdan olan millət vəkili hörmətli Latif Aküzümlə görüşmək üçün Ankaraya gedəndə o mənə “evdə gözlə, qısa müddətdən sonra Türkkuşuna gedəcəksən” dedi. Latif Aküzüm,həmçinin Türk Hava Təşkilatının başçısı və Amasiya millət vəkili Mustafa Zeren bu məsələdə mənə çox kömək etdilər. Həqiqətən də üç gün kimi qısa vaxtda TürkKuşu məktəbində müəllim namizədi kimi iştirak etdim və ilk uçuşun yaşatdığı sevinci də məhz burada yaşadım.

Hava Qüvvələri Komandiri general Fevzi Uçaner podpolkovnik Burhan Gökselə vəzifə verdi. Bununla da Türkkuşunda motoatıcılıq, paraşüt və model məktəbləri fəaliyyətə başladı. Bir çox mayor və kapitan müəllimlərimiz dərsləri sistemli şəkildə tədris edirdi. Həmin dövrdə mənim müəllimim Saleh Kökçü idi. Doğrudan da möcüzə insan demək olardı ona...  Türkkuşunda ilk dəfə əsgərlər paraşüt təlimləri keçdilər. Burhan Göksel iclaslardan birində yeni məktəblərlə bağlı açıqlamalar verdi. O, bu çıxışı ilə hər kəsi vəzifəyə çağırdı. Beləliklə, Türkkuşunda qadın-kişi ayrı-seçkiliyi olmadan lazım olanda pilot, lazım olanda paraşütçü kimi uçduq.

Türkkuşunda yaradılan bu inkişaflar o dövrdə cəmiyyətin bütün təbəqələri tərəfindən maraqla və diqqətlə izlənilirdi. Milli Müdafiə vəkili Ethem Menderes məni özü ilə birgə bir yığıncağa aparmışdı. Yola çıxanda Burhan Göksel mənə bir kitab verərək “İnönüdən Ankaraya gedənə qədər mövzunu buradan oxuya bilərsən” dedi. Amma yolda o kitabı oxumadım. Çünki olduqca qalın və köhnə türkcə dilində yazılmışdı. Məclisə girəndə içəridə çox ciddi mövzu ətrafında müzakirə aparıldığı sezilirdi. Çıxışların çoxu köhnə türkcədə olduğu üçün demək olar ki, başa düşmürdüm. Və məktəbə qayıdanda Burhan Göksel yanıma gələrək müzakirələrin necə keçdiyini soruşdu. Mən də qısaca izah etdim. Sonradan öyrəndim ki, hyəmin müzakirələr qadınların orduda iştirak edib-etməməsi haqqında imiş.

Bu hadisədən qısa müddət sonra Burhan Göksel Ərzuruma uçacağını və anamı ziyarət edəcəyini dedi. Səbəbini bilmədiyim bu ziyarətdən qayıdanda mənə anamın yaxşı olduğunu dedi. Lakin anamı ziyarət səbəbini də sonradan öyrənəcəkdim. Hörmətli Burhan Gökselin Ərzuruma gedişi və anamı ziyarət etməyi mənim orduya girə bilmək üçün icazəsini almaq imiş.

Bir çoxunu zamanla başa düşdüyüm bu hadisələrdən sonra bir gün Burhan Göksellə birgə C-47 təyyarəsiylə İzmirə getdik. Elə getdiyimiz gün – 1955-ci ilin oktyabr ayında Hava Hərbi məktəbinə daxil oldum. Orada qadınlar üçün qalmağa yer olmadığına görə, polkovnik Baki Geğin məni öz evində qonaq etdi. Bu möhtəşəm insanlar və xüsusilə oynamaqdan doymadığım əkizləri həyatımın ən çətin mərhələsində mənə güc vermişdi.

Burada 1956-cı il tələbələri ilə danışırdım, söhbətləşirdim. Onlar mənim burada tək yox, başqa qızlarla qalacağımı deyirdi. Lakin mənim dərdim başqa idi. Türkkuşu üçün darıxmışdım. Oradakı dostlarımı axtarırdım və daha dəhşətlisi – mən uçmaq istəyirdim. Burada niyə vaxt itirməli idim ki?! O gecə qərarımı verdim, əşyalarımı yığışdırıb qayığa qoydum. Gecənin bir aləmində trolleybusa minərək Ankaraya gedən qatar tapdım. Türkkuşuna çatanda Burhan Göksel məni görən kimi çaş-baş qaldı. “Mən uçmaq istəyirəm, İzmirə qayıtmayacağam” dedim. Amma tez-tələsik C-47 tapıldı və biz Burhan Göksellə birlikdə yenidən İzmirə getdik. Hörmətli Baki Geğin isə bu məsələ ilə bağlı mənə bir kəlmə belə demədi...

İzmirdə 15 gün tək qalandan sonra başqa xanımlar da bizə qatıldı. Güner, Şerefnur, Gülgün, Yüksəl, Meral və mən. Hər sinif üçün bir xanım.

Gecə ilk dəfə dərsə getdim. Çavuş üzü sinfə tərəf dönərək,“İlk qadın əsgər - Ləman Bozqurd bizə qatılıb. Bundan sonra danışığınıza fikir verin. Söyüş söyənləri... Uğurlar diləyirəm” dedi. Özümü qəribə hiss edirdim, amma həqiqətən də heç vaxt artıq ifadələr eşitmədim. 1956 və 57-ci ilin dərs ilində həm dərs keçdik, həm də üzdük, istirahət etdik. İkinci il isə sırf dərslərlə keçdi. Həmin ilin sonunda hamımız Eskişehirə uçuş idarəsinə (pilotaj səhiyyə müayinəsi) göndərilmişdik. Xəstəxana yoxlamalarından qızlardan sadəcə mən uğurla keçmişdim. Qızların getməyinə pis olmuşdum. İzmirə qayıdanda uçuş icazəsi qazananların Kanadaya göndəriləcəyi deyilsə də, mən tək olduğum üçün gedə bilmədim. Həmin vaxt bəzilərimiz Qaziemirə göndərilmişdik. Mən dərsə gedirəm, amma onlar uçurlar. Niyə? Fikirləşdikcə əsəblərim pozulurdu. Həmin gecə narahat yatdığım üçün yuxuda Atatürkü gördüm. Bu möhtəşəm bir şey idi. Səhər yuxumu Perihan anaya (hörmətli Perihan Arıburun) danışdım. Bundan sonra general-leytenant Tekin Arıburun nə etdi, nə etmədi bilmirəm, amma nəhayət ki, Qaziemirə getdik. Orada iki qız da dərs keçirdi.

30 avqust 1957-ci ildə zabit kimi məzun oldum və dərhal Hava Texniki məktəbində açılan F-84 G M.T.V. kursuna qatıldım.

27 Avqust 1958 tarixində Eskişehirə getdik. Reaktiv Təlim Birliyi hava qüvvələrimizin döyüş qruplarına reaktiv pilotu yetişdirən və uçuş təlimlərini həyata keçirən birlikdir. Eskişehirdə həmin birliyə qatıldım. Heyət olduqca çalışqan, məlumatlı, arzuolunan idi. Digər tərəfdən pilot təlimlərində bacardıqca əzmli, mübarizə ruhlu, soyuqqanlı, refleksləri tənzimləməyi bacarmalı, qabiliyyətli və sağlam olmaq lazım idi. Bu təlimlərin əsas məqsədi həmin xarakteri formalaşdırmaq, həmçinin təyyarə təhlükəsizliyini təmin etməyi öyrətmək idi. Xüsusilə uçuşdan əvvəlki proseslərin əzbərlənməsi məcburiyyət idi.

Dərslər bitən kimi iclas keçirildi. Komandirimiz qısaca çıxış etdi və hər müəllimə düşəcək 3 tələbəni müəyyən etmək üçün səsvermə keçirildi. Hamımız həyəcanlı idik. Uçuş məktəbində olanda “uçuşla bağlı heç bir problemim olmayıb, uçuşu çox sevirəm və bu işi görə bilərəm” deyirdim öz-özümə. Yeni müəllimim yaxşı insan idi. Lakin uçmaqdan başqa heç bir iş görmürdük. Deyəsən, bu müəllimim qadın pilotlar üçün burada idi. Dərəcəm yaxşı olsa da, birlikdə uçurduq. Halbuki Qaziemirdə istənilən hər şeyi edirdim. Bir müddət sonra komandirin yanına gedərək hər şeyi danışdım. Ertəsi gün Bahri Kılıç gəldi və birlikdə uçuşa başladıq. Öyrəndiyim hər şeyi ona borcluyam. 22 noyabr 1958-ci ildə reaktiv təlim birliyinə uçuş müəllimi təyin edildim. Amma mən qitəyə getmək istəyirdim. Burada reaktiv müəllim kursuna başladım və bitirdim.

1960-cı il qiyamı ilə birlikdə ordu generalı Cemal Gürsel ümumi qərargah Başçısı kimi işə başladı. Gürsel paşamla Hava Hərb məktəbində görüşürdük. Həmin günlərdən birində Ankaradan rəfiqələrimdən biri zəng edərək “hərbi məktəblərdəki qızlar uzaqlaşdırılır” dedi. Dərhal komandirin yanına gedərək baş verənləri danışdım. Onun təklifi Hava Hərb məktəbinin komandiri general Tansel ilə görüşməyim idi. T-33 təyyarəsi ilə Ankaraya getdik. Vəziyyəti Tansel paşama danışdım və o da çaş-baş qaldı.

Həmin vaxt Tansel paşam içəri bir nəfər də hər şeyi danışdı. Həmin şəxs general Mucip Ataklı idi. Demə, hava, quru, dəniz məktəblərində qızların oxumaması haqqında qərar qəbul edilib, lakin Tansel paşanın bundan xəbəri olmayıb. General bunun kiçik  səhv olduğunu deyərək vəziyyətin düzəldiləcəyini söylədi.

General Mucip Ataklı “Eskişehirə - evinə get. Biz səni oraya apararıq” dedi. Bir az sonra Etimesguta gedərək Türkkuşunda müəllimimi gördüm. Ona Eskişehirə gedəcəyimi dedim, amma o mənə “səninlə məşğul olmağa vaxtım yoxdur” kimi nəzər saldı. Deyəsən, bu cavab Ankaraya gəliş səbəbimlə bağlı idi. Yaxşı ki, həmin vaxt Ataklı avtomobillə gələrək yaşı olub-olmadığımı soruşdu. Eskişehirə çatanda baş verənləri komandir və dostlarıma danışdım. Bundan sonra hər birimiz rahatca nəfəs aldıq...

Eskişehirdən sonra təyinatımı Çiğli II Əsas Reaktiv Bazasına verdilər. Uçurdum, sevinirdim. Uzunmüddətli uçuş mərhələsindən sonra Hava Qüvvələri komandirin əmri ilə uçuşlarım Çiğlidən Qaziemirə yönləndirildi. Sonradan başa düşdüm ki, uçuşlarıma mane olaraq istefama səbəb yaratmağa çalışıblar...

1967-ci ilə qədər normal uçuş istəklərini yerinə yetirdim. (F-84 və T-33) Çiğlidə olanda Qaziemir xəstəxanasının Baş həkimi tez-tez yanıma gəlib uçuşa getməməyim barəsində xəbərdar edirdi. Uşağımı düşünərək dediyi bu sözlər əsəblərimi alt-üst etmişdi. Bu müddətdə Ordu Generalı İrfan Tanselin vəzifə vaxtı bitdiyi üçün yerinə general Rəşad gəlmişdi. Lakin qadın pilotlara qarşı davam edən qəribə baxışlar hələ də qalmaqda idi..

Uçuşdan uzaqlaşdırıldığım dövrdə Ankaraya uçuş qiymətləndirmə bölümünə göndərildim. Məclisin qərarı ilə səhhətlə bağlı “problem”lərim yaranmışdı. Bu qərarla yanaşı, yoldaşım Tahir Altınçekiçin iki il müddətinə Fransaya təlim üçün gedəcəyi xəbəri də gəlmişdi. Az qala dəli olurdum. Həyat yoldaşım Fransada, mən də qızımla birlikdə İzmirdə...

Uçmaq çox gözəl idi, amma hər gözəl şey kimi bu da bitmişdi. Sonda isə qocaman polkovnik kimi təqaüdə çıxmışdım”.

Nərgiz Nənə

































BUNU DA OXU

İRAN PREZİDENTİNİN MÜAVİNİ DƏ KORONAVİRUSA YOLUXUB
Müəllimlərin işə qəbulu üçün müsabiqəyə start verilir
Kliniki Tibbi Mərkəzə koronavirus şübhəsi ilə daha 7 nəfər yerləşdirilib
Şəkidə dəhşətli yol qəzası - Bir nəfər ölüb, beş nəfər ağır xəsarətlər alıb
BU İLDƏN DÜNYA MÜHƏNDİSLİK GÜNÜ QEYD OLUNACAQ
Xəbər lenti

Ərdoğanla Putin arasında telefon danışığı olub - İdlibəki vəziyyət müzakirə edilib
19:20 28.02.2020

Mədəni marşrutlar potensialı - Ölkəmiz dünyada 5 marşrutla təmsil olunur
18:17 28.02.2020

Göygöldə heyvandarlığın inkişafı üçün sahibkarlara dəstək - Məqsəd cins-damazlıq tərkibinin yaxşılaşdırılmasıdır
18:15 28.02.2020

Azərbaycanda ilk koronavirusa yoluxma qeydə alındı - Həmin şəxsin kontaktları araşdırılır
18:12 28.02.2020

Ötən il Binəqədidə hansı işlər icra edilib? - Hesabat yığıncağı keçirildi
17:58 28.02.2020

Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
17:49 28.02.2020

Pensiyaçilara şad xəbər - Hesaba pul köçürüləndə "sms xəbərdarliq” gələcək
17:28 28.02.2020

Magistraturaya ixtisas seçimi - DİM-dən bakalavrlar üçün vacib açıqlama
17:07 28.02.2020

Ceki Çandan koronavirusa yoluxması ilə bağlı açıqlama - “Sağlam və xoşbəxtəm”
16:45 28.02.2020

Mingəçevridə xüsusi əməliyyat - Silahlı şəxs məhv edildi
16:16 28.02.2020

XİN Türkiyəyə başsağlığı verib - “Başın sağ olsun, qardaş türkiyə”
16:02 28.02.2020

Bakıda avtobuslar dezinfeksiya olunur - Qabaqlayıcı tədbirlər gücləndirildi
15:53 28.02.2020

Türkiyə şəhidlərin intiqamını aldı - Əsəd rejiminin qüvvələri bombardman edildi
15:51 28.02.2020

Ucarda beş hektar ərazidə yanğın olub - Yaşayış evləri mühafizə edilib
15:43 28.02.2020

Xomeyninin sabiq təmsilçisi koronavirusdan öldü - Daha 3 ölkədə koronavirus aşkarlanıb
15:41 28.02.2020

Rusiya müdafiə nazirliyindən açıqlama - “Türk hərbçilərini Rusiyaya məxsus təyyarə vurmayıb”
15:36 28.02.2020

Mədəniyyət sahəsində biznesin inkişafı - Hansı sahələr ölkəyə gəlir gətirə bilər?
15:25 28.02.2020

“BMT - 75 təşəbbüsü”nə ölkəmizdə də start verildi - Təşkilatın nümayəndəsi azərbaycana təşəkkür etdi
15:18 28.02.2020

Nazir gənclərlə görüşdü - Lənkəranda aqrar sahədə mütəxəssisə ehtiyac artır
14:52 28.02.2020

Operativ qərargah Azərbaycanda ilk koronavirus infeksiyasına yoluxma faktını təsdiq etdi
14:49 28.02.2020

Rezidenturaya sənəd qəbulunun vaxtı uzadıldı - 1356 namizəd ərizəsini təsdiq edib
14:31 28.02.2020

Bakıda daha bir mühüm tədbir - “Cənub qaz dəhlizi” məşvərət şurası toplanır
14:29 28.02.2020

Baş epidemioloqdan virusla bağlı vacib tövsiyələr - Hansı qoruyucu maskadan istifadə edək?
14:21 28.02.2020

309 Suriya hərbçisi öldürüldü - Türkiyə şəhidlərin qisasnı alır
14:20 28.02.2020

Kürdəmir sakinində narkotik aşkarlandı - “Arxın üstü”ndə axtarış aparıldı
14:12 28.02.2020

Komitədən turzm şirkətlərinə müraciət - Müqəddəs yerlərə ziyarətin təxirə salınması tövsiyə olunur
13:43 28.02.2020

Süleymanlı moskvada qalib oldu - Rauf Məmmədov üçüncü yeri tutdu
13:36 28.02.2020

Bakının enerji təchizatında problem yarandı - Metronun bəzi stansiyalarında hərəkət dayandı
13:25 28.02.2020

102 məktəb, 51 məscid dezinfeksiya edilib - Koronavirusla bağlı tədbirlər görülür
13:22 28.02.2020

Sərhəddə məhdudiyyət tətbiq edilməyib - DSX yayılan məlumatları təkzib etdi
13:12 28.02.2020

Xırdalanda binanın dam örtüyü uçub - Avtomobillərə və qaraja ziyan dəyib
12:43 28.02.2020

“Azərişıq" növbəti dəfə xəbərdarlıq etdi - Reydlərin nəticəsi yaxın vaxtlarda açıqlanacaq
12:06 28.02.2020

Gömrükçülər əməliyyat keçirib - Aksiz markasız siqaret aşkarlandı
11:56 28.02.2020

Daha bir deputat virusa yoluxdu - İranda koronavirusa yoluxanların say 26-a çatıb
11:02 28.02.2020

Suriya ordusu İdlibdə Türkiyə mövqelərini bombalayıb - 33 Türkiyə hərbçisi həyatını itirib
10:19 28.02.2020

İRAN PREZİDENTİNİN MÜAVİNİ DƏ KORONAVİRUSA YOLUXUB
10:00 28.02.2020

Hotellərə ulduz verilmə qaydaları - Müraciət qəbuluna may ayından başlanacaq
09:51 28.02.2020

Nazir terroçu təşkilatdakı durum barədə danışdı - “PKK terrorçularının 56 %-ni qadınlar təşkil edir”
09:51 28.02.2020

Səudiyyə Ərəbistanı hökumətindən qərar - Ümrə ziyarəti dayandırıldı
09:48 28.02.2020

Yardımlıda “Baron Şəmi” və oğlu qətlə yetirilib - Qətli törədən şəxs axtarılır
09:36 28.02.2020

“Yüksəliş” müsabiqəsi - Martın 1-dən sonuncu qabiliyyət imtahanı keçiriləcək
09:13 28.02.2020

Zaqatalada 9 il əvvəl baş verən cinayətin üstü açılıb - Cinayəti törədən şəxs saxlanılıb
09:00 28.02.2020

AQTA virus təhlükəsi ilə əlaqədar gücləndirilmiş rejimə keçdi - ABŞ-dan mütəxəssis dəvət edilib
22:50 27.02.2020

Ov mövsümü başa çatır - Martın 7-dən sonra ov edənlər cərimələnəcək
22:14 27.02.2020

186 nəfər xəstəxanaya yerləşdirilib - Gömrük komitəsi koronavirusa yoluxan şəxslə bağlı məlumat yaydı
22:06 27.02.2020

Prezident İlham Əliyev Fərman imzalayıb
22:00 27.02.2020

Göygöldə laboratoriyalara müasir avadanlıqlar gətirildi - Fermerlər analiz üçün xaricə üz tutmalı olmayacaq
21:58 27.02.2020

“Əmioğlu” ələ keçdi - Onun ağır cinayətlər törətdiyi məlum olub
21:56 27.02.2020

20-yə yaxın kəsişmədə işıqfor işləmir - Sürücülərdən hərəkət qaydalarına əməl etmək xahiş olunur
21:48 27.02.2020

Pilotlardan riskli və maraqlı addım - Təyyarə buz bağlayan gölə eniş etdi
21:30 27.02.2020

568 layihə maliyyələşdirilib - QHT-lərə dövlət dəstəyi şurası hesabat verdi
21:29 27.02.2020

Prezident İlham Əliyev Böyük Britaniya Baronessası Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
20:58 27.02.2020

Könüllülərin beynəlxalq forumu - 42 ölkədən 80-ə yaxın nümayəndə iştirak edir
20:48 27.02.2020

Elm aylığına start verilib - UNEC-də elmi-praktiki konfrans keçirilib
20:44 27.02.2020

Zelenskidən tarixi qərar - 26 fevral Krımın işğalına qarşı müqavimət günü elan edildi
20:06 27.02.2020

Putin oxşarı ilə bağli sualı cavablandırdı - “Mənim heç vaxt oxşarım olmayib”
19:59 27.02.2020

Hacıqabulda ağır qəza - Minik avtomobili aşdı, bir nəfər xəsarət aldı
19:47 27.02.2020

Hərbi Hava Qüvvələrimizin arsenalı gücləndirilir - 5-ci nəsil döyüş təyyarələri alınır
19:34 27.02.2020

Nəsimi polisi əməliyyat keçirib - Sürücünün telefonunu alan şəxs yaxalandı
19:19 27.02.2020

Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
18:56 27.02.2020

Paytaxtın bəzi ərazilərində işıq kəsildi - Qatarlar tuneldə qaldı
17:52 27.02.2020

DSX-nın 3 generalı istefaya buraxıldı
15:45 27.02.2020

Martın 1-də 40 minə yaxın şagird buraxılış imtahanı verəcək
15:21 27.02.2020

Müəllimlərin işə qəbulu üçün müsabiqəyə start verilir
14:56 27.02.2020

Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanması ilə bağlı rəsmi məlumat yayılıb
14:30 27.02.2020

Bakı metrosuna 3 il ərzində 12 qatar gətiriləcək
14:05 27.02.2020

"Real" evdə, "Yuventus" səfərdə uduzdu - Çempionlar Liqasında
13:24 27.02.2020

Ucarda fərdi yaşayış evi yanıb
13:03 27.02.2020

Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş və valideyn həsrəti ilə böyümüş gənclərin acı xatirələri - VİDEO
12:40 27.02.2020

"Bitməyən əzab" filmi Tbilisdə təqdim edildi - VİDEO
12:19 27.02.2020

ORDUMUZDA KORONAVİRUSA QARŞI TƏDBİRLƏR GÜCLƏNDİRİLİB - VİDEO
11:56 27.02.2020

İRANDA KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI ARTIB - ÇİNDƏ İSƏ VİRUSA YOLUXANLARIN SAYI 79 MİN NƏFƏRƏ ÇATIB
11:33 27.02.2020

ƏSƏD ORDUSUNUN 114 ƏSGƏRİ ÖLDÜRÜLÜB
11:11 27.02.2020

Göyçayda 6 otaqlı ev yanıb - FOTOLAR
10:50 27.02.2020

Gəncədə məktəbli qız dəm qazından boğulub
10:32 27.02.2020

Paytaxtda küləkli hava davam edəcək
10:10 27.02.2020

GƏNCƏDƏ TOP MƏRMİSİ TAPILIB
09:45 27.02.2020

Budapeştdə “Xocalı qadınları ədalət istəyir” adlı yürüş təşkil olunub
20:44 26.02.2020

DİN və Baş Prokurorluq Masallıdakı qətllə bağlı məlumat yayıb
19:30 26.02.2020

Prezident İlham Əliyev: Trampın fəal təmasları və iştirakı "Cənub Qaz Dəhlizi" ilə bağlı əvvəllər üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlməkdə çox yardımçı oldu
18:18 26.02.2020

Bütün xəbərlər