Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

O, islamla kommunizmi barışdırmaq istəyirdi

O, islamla kommunizmi barışdırmaq istəyirdi
   31337 dəfə oxunub

Deyirlər, ən səmimi və həqiqi məlumatlar məktub və xatirələrdə yazılıb. Hardasa bu fikirlə razılaşmaq olar. Ən azından ona görə ki, zamanında baş vermiş və başqa cür təqdim edilən olayın əsl mahiyyətini illər keçdikdən sonra hansısa məktub və ya memuardan öyrənə bilirsən. Buna görə də, həmin materiallar hər kəsin diqqətini çəkməkdədir...

Və... Məmməd Səid Ordubadi də “Nərimançılıq” adlı xatirələrində Nəriman Nərimanov barəsində yazırdı:

"1920-ci illərdən başlayaraq doktor Nəriman Nərimanovun Komissarlar Şurası sədri olduğu zamanlarda “Nərimançılıq” adı altında millətçi bir qrupun meydana çıxdığını eşitməyən çox az idi. Lakin Nərimançılıq doğrudan da millətçilikmi? Yainki orijinal bir nəzəriyyəmi? Bunu indiyə qədər aydınlaşdıra biləcək bir ədəbiyyata rast gəlmədiyimizdən nərimançılığın tutduğu mövqe təyin edilə bilməmişdi. Elə zənn edirəm ki, mənim Nəriman haqqındakı xatirələrim nərimançılığın nə olduğu barəsində zəngin bir materialdır ki, bu material Azərbaycan tarixini yazanlar üçün də qiymətlidir. Mən 1918-ci illərə qədər doktor Nəriman Nərimanovla, onun əsərləri vasitəsilə tanış olmuşdum.Lakin 18-ci illərdə sürgündən (Saritsın) Həştərxana qayıtdığım zaman onunla yaxından tanış olmuşdum. Mən hələ Həştərxanda olduğum zamanlar Nərimanovla etdiyim söhbətlər nəticəsində onun əqidə və düşüncəsində mürəkkəb bir fikir böyüdüyünü və onu rahatsız etdiyini hiss edirdim. Buna görə də mən doktor Nərimanovu millətçi, liberal burjuaziya ziyalısı, avam və siyasət anlamayan bir şəxsiyyət kimi göstərənlərin heç birisi ilə razılaşmırdım. Mən Bakıda Ordubaddakı məktəb yoldaşım İbrahim Əbilovla görüşüb Nərimanın görüşünə getmək istədiyimi xəbər verdim. Çünki o Bakı sovetləşəndən sonra Moskvadan təzə gəlmişdi. Əbilov da bu arzuda olduğunu bildirdi. Gündüz saat 11-də icazə alıb doktorun qəbul salonuna getdik. O bizi olduqca gülər bir üzlə qəbul etdi. Rəsmi tərifdən sonra doktorun əmri olmadan bizə çay gətirdilər. Bu əsnada buzovnalı molla Mirzə Əlinin görüşə gəldiyini xəbər verdilər. Doktor onun gəlməsinə icazə verdi. O içəri girən kimi doktoru qucaqlayıb öpdü, doktor da onu çox səmimiyyətlə öpdü. Mən inqilab rəhbəri ilə bir nəfər mollanın əlaqəsində olan bu qədər səmimiyyətə təəccüb etdim. Görüşə gələnlər çox idi. Söhbət oradan-buradan idi. Saat 4-ə qədər oturub qalxdıq. Çünki Nəriman tez-tez saatına baxırdı. Hamı ayaq üstündə idi. O mənim çiynimdən basıb:

 - Otur. Səninlə Həştərxanda yarımçıq qoyduğumuz söhbəti bu gündən etibarən davam etdirməliyik!- dedi. Mən Əbilovla vidalaşıb oturdum. Nahar gətirdilər. Süfrə o qədər də zəngin və yağlı süfrə deyildi. Mən heç də təəccüb etmədim. Çünki Nəriman şöhrətpərəst olduğuna baxmayaraq təntənə və dəbdəbə sevən adam deyildi. Mən söhbətin əsas mövzuya gəlməsinə tələsirdim. Onun qəlbində hiss etdiyim toxumun göyərib göyərməməsini öyrənməyə çalışdım. Söhbətlər nəticəsində onun Həştərxanda gördüyüm Nəriman olmadığıni və onun tamamilə dəyişdiyini hiss etdim. Lakin o yenə də Həştərxanda olduğu kimi kommunist olduğunu tez-tez təkrar edirdi. Buna baxmayaraq o kommunizm məsələlərində bir çox mürəkkəb və qarmaqarışıq fikirlər meydana atırdı. Onun bütün bəhsləri özünün təzə bir əqidə müəssisi olduğunu göstərirdi. Nəriman deyirdi ki, xalqların irq və adətləri müxtəlif olduğu kimi düşüncə və zehniyyətləri də bir-birindən ayrıdır. O isbat etmək istəyirdi ki, hər mədə bir qidanı həzm edə bilməz. Buna görə də Nəriman öz nəzəriyyəsində kommunizmi şərqləşdirməyi təklif edirdi. Yaxud o şərqə məxsus bir kommunizm tərtib etməyi düşünürdü. Onun nəzəriyyəsində kommunizm ilə islamiyyəti barışdırmaq fikri mühüm yer tuturdu. Nərimançılıq eyni zamanda siniflərin təvsiyyə etmək məsələsini kommunizm ilə burjuaziyanı barışdırmaqla həll etmək istəyirdi. Lakin nərimançılıq bu fikirlə bərabər başqa bir fikir də meydana atmışdı . O deyirdi: “Dünyada bir əqidənin hakim olması milliyətin orijinallığını itirmək deməkdir. Çünki əqidənin milli adət və milli mədəniyyət üzərində böyük bir təsiri ola bilər.”

Nərimançılıq sosializm və kommunizmə sinfi mübarizə yolları ilə deyil, barışdırıcılıq yolları ilə getməyi tövsiyə edirdi. Lakin o bu qədər müxtəlif və bir-birinə zidd olan fikirləri vahid bir qəlibə salmağı bacarmırdı, o həmişə düşünür və çapalayırdı. Hərdən də bir köməksizliyindən şikayət edərək:

- Məni anlayan yoxdur – deyirdi. Ancaq nərimançılığı bir nəzəriyyə olaraq təhlil etdiyi zaman millətçiliyin qarmaqarışıq və mürəkkəb bir şəkli olduğunu görə bilərik. Nərimançılıq bir xülyadan ibarət olsa belə o özlüyündə çox qərib bir nəzəriyyə idi. Doktor Nəriman bütün ziyalı təbəqəni öz ətrafında mərkəzləşdirmişdi. Buna görə də nərimançılığa olan hər bir hücüm avam xalq tərəfindən Azərbaycan xalqına olan bir hücum kimi məna edilirdi. Nəriman öz nəzəriyyəsi ilə sovet üsul-idarəsindən razı qalmayanları da öz tərəfinə çəkmişdi. Bunu da qeyd etmək lazımdır ki, millətçiliyə təzə qan aşılamaq istəyən bu nəzəriyyə nərimançılar tərəfindən müxtəlif məzmunlarda işlədilirdi. Nərimançılardan Dadaş Bünyadzadə, İsrafilbəyov, Qədirli və daxiliyyə komissarı Həmid Sultanov və sairləri nərimançılıqda şöhrət tapsa belə, bu nəzəriyyənin nədən ibarət olduğunu anlamırdılar. Onlar ancaq bir qrupa ayrılaraq Mərkəzi Komitəyə və Bakı komitələrinin işlərinə əngəl törədirdilər. Mən elə zənn edirdim ki, Nəriman qrupuna qarşı mübarizə aparan Ruhulla Axundov, Əliheydər Qarayev, Həbib Cəbiyev, Mirzədavud Hüseynov, Qəzənfər Musabəyov və sairləri də Mərkəzi Komitənin mənafeyini müdafiə üçün mübarizə aparırdılar. Onların mübarizələrinin əsas mündərəcatı Nəriman Nərimanovu komissarlar şurası sədrliyindən atmaq, onun yerinə Mirzədavud Hüseynov və Musabəyovlardan birisini təyin etdirməkdən ibarət idi. Nərimanov düşmənlərinə qarşı hər cürə silahdan istifadə edirdi. O düşmənlərinin Levon Mirzoyan tərəfindən müdafiə olunduğunu bilməmiş deyildi. Buna görə də birinci növbədə Mirzoyanı həcv etdirir və tək-tək hökumət üzvlərini ifşa etdirməyə çalışırdı. Lakin buna baxmayaraq Nərimançıların mövqeyi o qədər də möhkəm deyildi. Çünki bu qrupun görkəmli üzvlərindən Dadaş Bünyadzadənin Nərimanovla axıra qədər həmfikir olacağına etibar yox idi. O lazım gəldiyi zaman Nərimanovu çox ucuz sata bilərdi. Mərkəzi Komitənin təşəbbüsü nəticəsində Həbib Cəbiyev, Ruhulla Axundov və Mirzədavud Hüseynov ümumittifaq Mərkəzi Komitəsi tərəfindən Moskvaya çağrıldı. Lakin bu çağırış nərimançılığın qalib gəlməsi kimi məna edilməməli idi. Çünki partiya bu nəzəriyyəni məhv etmək üçün bütün qüvvəsini sərf edirdi. Nərimançılığı tövsiyyə etmək işinə başlanmışdı. Dadaş Bünyadzadə Nərimanı aralıqda tək buraxıb Mirzoyan tərəfinə keçmiş, Həmid Sultanov isə öz müavini Siviridov ilə apardığı mübarizə nəticəsində daxiliyyə komissarlığından götürülüb İran ədalət partiyasının katibi təyin edilmişdir. Nəhayət doktor Nəriman tərksilah edildi. O razı qalmadığı işlər barəsində Moskvaya uzun bir məruzə məktubu göndərməyi qərara aldı. Məruzə məktubunda yazılan məsələləri yoxlamaq üçün məktub Azərbaycan Mərkəzi Komitəsinə gündərilmişdi. Mərkəzi Komitədə də Mirzoyan idi. Buna görə də məruzə məktubunu müzakirə etmək işini bir firqə təhqiqatı kimi aparmayaraq Nərimanov üzərində bir məhkəmə prosesi qurdular. Bu prosesdə mən özüm də iştirak edirdum. Orada məktubda yazılan məsələlərin doğru olub olmaması təhqiq edilmədi. Burada ancaq məktub yazılması işinin siyasi bir səhv olduğunu meydana atmışdılar. Nəticədə bəziləri Nərimanın partiyadan qovulmasını təklif etdilər. İran kommunistlərindən Ağazadələr yuxardakı təkliflərlə razılaşmadılar. Onlar Nərimanın güllələnməsini təklif etdilər. Bu hadisə məni o qədər də təəccubləndirmədi. Çünki Nəriman əleyhinə düzələn qruppanı Levon Mirzoyan idarə edirdi. O hər cürə olursa Nərimanı ifşa etməli və nüfuzunu düşürməli idi. Məni təəccubə ğətirən bir şey varsa o da Dadaş Bünyadzadənin Nəriman əleyhinə səs verməsi idi. Bu hadisədən sonra Nərimanla iki kərə də ğörüşdüm. O başına ğələn hadısələrdən şikayət etmirdi. Bunun faydasız olduğunu anlayırdı. O Azərbaycanda işləyə bilməyəcəyini yəqin etmişdi. O ancaq Azərbaycandakı son ğörüşümüzdə Dadaş Bünyadzadənin satqınlığından şikayətlənirdi. Moskvada çalışdığı zaman Zaqafqaziya qurultayına gəlmişdi. Tiflisdən qayıdıb Bakıya gələrkən onunla bir kərə də görüşdük. Qurultayda ona söz verməmişdilər. O, bunu böyük təhqir hesab edirdi. Hətta bu hadisə onun səhhətinə də fəna təsir bağışlamışdı, ürək xəstəliyi şiddət etmişdi. Nəhayət o, Moskvaya gedəndən bir az sonra ürək xəstəliyindən öldüyünü eşitdim".

M.S.Ordubadi”

Təqdim etdi: Rəşad Sahil

 

BUNU DA OXU

Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
Dünya çempionumuz peşəkar rinqdə döyüşlərini qələbə ilə başladı
Cəmi on dəqiqəyə hazırlanan ponciklər - Dadlı və ləzzətli - VİDEO
Xəbər lenti

Hindistanda səyahət gəmisi batıb - 11 nəfər həyatını itirib
12:44 16.09.2019

Bakıda dünya çempionatı başlayır - Yarış Tokio olimpiadasına lisenziya verir
12:25 16.09.2019

İranda qadınlar da stadionlara buraxılacaq - Hökumət problemin həllini tapdi
12:04 16.09.2019

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
11:43 16.09.2019

Ordumuzun genişmiqyaslı təlimləri başladı - Təlimlərə 10 min hərbçi və müxtəlif silahlar cəlb edilib
11:24 16.09.2019

“Qızıl balıq” - mövsümün ilk tamaşası...
11:04 16.09.2019

Qobustanda dəhşətli yol qəzası - Minik maşını körpüdən aşdı
10:44 16.09.2019

Türkiyə-Suriya sərhədində güclü partlayış olub - 12 nəfər həyatını itirib
10:25 16.09.2019

Bu gün ilk dərs günüdür - 164 min 234 şagird 1-ci sinfə qədəm qoydu
10:16 16.09.2019

Самого опытного российского космонавта исключили из отряда
09:54 16.09.2019

Yada düşər xatirələr - Mirzə Babayev - "Pəncərəmə qondu çiçək" - VİDEO
09:35 16.09.2019

Növbəti metrostansiya gələn il təhvil veriləcək - Stansiya sayının 76-ya çatdırılması planlaşdırılır - VİDEO
22:53 14.09.2019

Yeni təhsil ocağı istifadəyə verildi - Nazir açılış mərasimində iştirak edib
22:33 14.09.2019

Yada düşər xatirələr. 1969-cu il - Elmira Rəhimova və Yaşar Səfərov - "Səadət" - VİDEO
22:11 14.09.2019

Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
21:52 14.09.2019

Ağstafada iki nəfəri cərəyan vurdu - Biri həyatını itirib, biri xəsarət alıb
21:30 14.09.2019

Məzar daşları eyni olacaq - Qəbiristanlıqlarla bağlı yeni tələblər açıqlandı
21:09 14.09.2019

“Multikulturalizmə giriş” dərsliyi təqdim edildi - Yeni dərslik ali məktəblərdə əsas fənn kimi tədris olunacaq
20:46 14.09.2019

Şirvanda faciəli hadisə - 71 yaşlı kişi kanalizasiya quyusuna düşdü
20:25 14.09.2019

Agentlikdən daşıyıcılara xəbərdarlıq - Avtobus sayı sərnişin axınına uyğun tənzimlənməlidir
20:04 14.09.2019

Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb
19:42 14.09.2019

Yük avtomobillərinə məhdudiyyət qoyulacaq - Sürücülərə xəbərdarlıq edildi
19:25 14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb
19:09 14.09.2019

Dəniz kənarı tullantılardan təmizləndi - İDEA növbəti təmizlik aksiyası keçirib
18:54 14.09.2019

Qazaxda torpaq uçqunu olub - Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
18:32 14.09.2019

İtaliyada Azərbaycan xalçalarının sərgisi keçirilir - FOTOLAR
18:15 14.09.2019

“Bürokratik maneələr götürülüb” - Xidmət rəisi viza tələbinin ləğvindən danışdı
18:00 14.09.2019

Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
17:41 14.09.2019

Səkkiz ayda 60 mindən çox şəxs işlə təmin edilib - İşlə təmin olunanların əksəriyyəti gənclərdir
17:22 14.09.2019

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə çempionatı keçirildi
17:00 14.09.2019

Unudulmaz hitlər. 1992-ci il. - "Ace of Base" - "Happy Nation"
16:40 14.09.2019

Sabah 29 dərəcə isti olacaq
16:19 14.09.2019

Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
16:03 14.09.2019

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
15:56 14.09.2019

Səudiyyə Ərəbistanında iki neft emalı zavodu yanıb
15:34 14.09.2019

Qışa tədarük - Pomidorların öz suyunda konservləşdirilməsi - VİDEO
15:13 14.09.2019

Yük və minik maşını toqquşdu - Sürücülər xəsarət aldı
14:58 14.09.2019

BMT Baş katibinin Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb
14:36 14.09.2019

Uşaqlar üçün müxtəlif fiqurlu peçenye resepti - VİDEO
14:14 14.09.2019

Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb
13:53 14.09.2019

Strateji əməkdaşlığa daha bir töhvə - Azərbaycanla Gürcüstan arasında sənəd imzalandı
13:32 14.09.2019

Yüksək bal toplayan tələbələrlə görüş oldu - Binəqədidə yeni tədris ilinə həsr olunmuş konfrans keçirildi
13:13 14.09.2019

Qidanın və içkinin tərkibi yoxlanacaq - Bakıya yeni cihazlar gətirildi
12:48 14.09.2019

Növbəti metrostansiya gələn il təhvil veriləcək - Stansiya sayının 76-ya çatdırılması planlaşdırılır
12:25 14.09.2019

İran prezidenti Ankaraya səfər edəcək
12:00 14.09.2019

Лионель Месси: Я никогда не просил вернуть Неймара в «Барсу»
11:39 14.09.2019

Türkiyədə güclü zəlzələ qeydə alınıb
11:20 14.09.2019

Dünya çempionumuz peşəkar rinqdə döyüşlərini qələbə ilə başladı
10:57 14.09.2019

Bakının azad edilməsinin 101 illiyi - Türkiyədən gələn yazarların iştiraki ilə tədbir keçirildi
10:37 14.09.2019

Süfrəmizə qədər gəlib çıxan “leş”lər - Yaxud yararsız ət təhlükəsi davam edir
10:19 14.09.2019

Незабываемые песни.1988-й год - София Ротару - "Было, но прошло"
10:00 14.09.2019

“Ədəbi proses -2018” - Elmi-yaradıcılıq müşavirəsi keçirilib
09:35 14.09.2019

MSK-nın iclası keçirilib - Bəzi komissiyaların tərkibinə dəyişiklik edilib
22:50 13.09.2019

Azərbaycanlı müğənninin türk dilində oxuduğu bu mahnı rekord vurur - İki həftəyə bir milyon baxış ... - VİDEO
22:26 13.09.2019

Barama tədarükü 71 tonu ötüb - Nazirin iştiraki ilə Zərdabda respublika müşavirəsi keçirildi - FOTOLAR
22:04 13.09.2019

“Suriyada müharibə başa çatıb” - Lavrovdan münaqişə ilə bağlı açıqlama
21:39 13.09.2019

İcbari tibbi sığortaya hazırlıq - Xəstəxanalarda infrastruktur qurulur
21:17 13.09.2019

Roma Papası Yaponiyaya səfər edəcək
20:54 13.09.2019

İslahatlarla bağlı konfrans keçirildi - Ağsaqqallar Şurası Qəbələdə müzakirə təşkil edib
20:32 13.09.2019

Türkiyədə hərbi hissəyə ildırım düşməsi nəticəsində yeddi əsgər yaralanıb
20:10 13.09.2019

Əcəniblər hansı sahələrdə çalışır? - Ötən il iş icazəsi alan əcnəbilərin sayı yeddi minə yaxın olub
19:47 13.09.2019

Sabah hava dumanlı olacaq
19:26 13.09.2019

Ukrayna MSK-nın tərkibi buraxıldı - Yeni tərkib oktyabrda təsdiqlənəcək
19:04 13.09.2019

Ankarada “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub
18:42 13.09.2019

Ağsu rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
18:30 13.09.2019

Tramp amerikalılar üçün vergi azaltma planını irəli sürüb
18:21 13.09.2019

İdarəetməni itirib, maşını ağaca çırpdı - Sürücü ağır xəsarət alıb
17:59 13.09.2019

Maşınlardakı “apteçka” və odsöndürənlə bağlı sürücülərə xəbərdarlıq
17:37 13.09.2019

XİN: Fransa deputatlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərini qəti şəkildə pisləyirik
17:16 13.09.2019

Qida Təhlükəsizliyi Agentliyi monitorinqləri davam etdirir
16:55 13.09.2019

Modul tipli məktəblərin sayı artırılır - Dağ kəndlərində yeni məktəblər istifadəyə verilib
16:34 13.09.2019

Robert Koçaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib
16:12 13.09.2019

"Erməni xalqı Azərbaycana qarşı təcavüzün məsuliyyətini dərk etməlidir" - Xələf Xələfov
15:51 13.09.2019

Qadın ərini oğurluqda ittiham etdi - Bakıda
15:30 13.09.2019

İrandan gələn Azərbaycan vətəndaşının üzərindən narkotik aşkarlandı
15:08 13.09.2019

İsveçrədə parlament seçkiləri üçün rekord sayda qadın namizəd qeydiyyatdan keçib
14:46 13.09.2019

“Nəsimin məzarının bərpası ilə bağlı danışıqlar aparılır”
14:25 13.09.2019

Türkiyədə terrora qarşı yürüş keçirilib
14:04 13.09.2019

Qanun layihəsi hazırlanır - Məktəb psixoloqlarının fəaliyyəti tənzimlənir
13:42 13.09.2019

Dağlıq Qarabağın azərbaycanlı icmasından bəyanat
13:21 13.09.2019

Bütün xəbərlər