Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Körpələrin qanlı bələklərində gələn "Avropa demokratiyası" - VİDEO

Körpələrin qanlı bələklərində gələn "Avropa demokratiyası" - VİDEO
6838 dəfə oxunub

Aylar ötər, illər keçər, yada düşər xatirələr.

Qoca qitə əlinə götürüb əsasını, yenə də yapışıb dünyanın xirtdəyindən. Xatirələr toplusu yığmaq adət halını alıb artıq onun üçün. Əməlli-başlı kitab da yaza bilər, öz işləri barəsində. Gözümüzü açdıq ki, İraq bir yanda dağılır, Əfqanıstan o biri tərəfdə. Kim dağıdır? Niyə dağıdır?

Bunları dünyada bilən tək biz deyilik. Sadəcə kimsə kreditlərinə boğulur səsi çıxmır, kimsə yataq otağının ələ keçirilmiş kinosu müqabilində “hamilə” qalır.

Amma biz daha yaxşı bilirik, kim kimdir.

Bir neçə gün əvvəl AP Azərbaycana qarşı qətnamə qəbul etdi.

Özü də bilirsiniz necə?

Sanki valideyndir. Uşağını sərt şəkildə cəzalandırır.

Azərbaycan Avropanın nəzərdə tutduğu uşaq olmasa da, Avropa bizim nəzərdə tutduğumuz tərbiyəsiz, örnək olmayacaq “holland” valideyndir.

Və bunlar Azərbaycanı qarşılarına alaraq, yeni bir ssenari işə saldılar.

Azərbaycanın milli təhlükəsizliyinin sabitliyini hamı yaxşı bilir, onu da bilirlər ki, ənənəvi spekulyativ nəzəriyyələr həmişə bu coğrafiyada tənəzzül edir.

Elə isə bu kağız parçasından qətiyyən narahat olmağa dəyməz.

Amma Avropa cənablarına babat arqumentlərlə cavab göndərmək olar.

Yazının adı isə elə Avropanın davranışının adı kimidir.

Xaotik...

Başından işə yanaşanda nələr görmədik ki..? Bir əsrdə 4 türk sülaləsinin dünyanın dörd böyük ölkəsində iflası, özü də ingilis zəhəri ilə...

Hindistan, Osmanlı, Çin və İran fenomeni və hələ də bitməyən savaşlar.

Əslində bizə elə gəlmir. Elə tarix özü də sübut edir ki, Avropadan kənarda davam edən bütün münaqişlər tamaşa, Avropa isə Roma sütunlarında əbədi həkk olunmuş tamaşaçı freskalarıdır.

Getdik...

İndi isə başlayaq, bayaq dediyimiz “tamaşaçıların” da iştirak etdiyi filmin ssenarisindən.

Hər şey Buş adlı "ssenarist"in Bin Laden kimi "aktyor"lardan istifadə edərək 11 sentyabr filmini çəkəndən sonra başladı. Dəhşətli terror hadisəsində 3 min günahsız insan öldü. Əlbəttə, təkcə bu hadisə amerikalıda müsəlmana qarşı nifrət yaratmağa bəs eləmişdi. Onsuz da hakimiyyətə seçki hiyləsi ilə gəlmiş prezident Buş həm də anti-islamçı kimi də məşhurlaşmışdı. Statistikaya görə, 2000-ci ildə Amerikada 28 anti-İslam hadisə baş verib. Sonrakı illərdə bu rəqəm dəhşətli nəticələr verərək, qalxdıqca, qalxır. 11 sentyabr hadisələrindən 2 il sonra isə Amerikada baş verən anti-İslam hadisələrinin sayı 149-a çatdı. Əslində 11 sentyabr ilə Buş öz məqsədinə çatmışdı, hardasa. Həm də digər tərəfdən öz sonunu gətirmişdi.

Bir gün gölün sahilində dayanarsınız, bu hamımızda olur. Kiçik bir daşı gölə atarsınız. Əvvəlcə böyük ləpələr yaranar, sonra isə o, bütün gölün səthi boyunca yayılar.  Buşun ABŞ adına atdığı "İslam daşı" bütün Avropa və dünyada ortadoksal xrsitianlığı xaç hücumlarına hazırladı.

Bax belə bir effektlə dünyada İslam fundamentalizmini, müsəlmanların isə saqqallı, kalaşnikovla obrazını yaratdı. 

İraq silah gördü, anında kor oldu

2003-cü ildə başlayan dəhşətli televiziya görüntüləri yadınızdadırmı? Onlar yuxu deyildi. O, Amerika kimi dəhşətli materikin qanlı suyunu içən ssenaristlərin Bağdada hücumu idi. Üstəgəl, bu, ABŞ-ın İraqa qarşı başlatdığı ikinci müharibə idi. Birincisi, 1991-ci ildə baş vermişdi: Körfəz Müharibəsi. 2003-cü il mart ayında ABŞ İraqa soxulanda məqsədi, daha doğrusu, bəhanəsi kütləvi qırğın silahı idi. Əlbəttə, burada rejimi dəyişmək də istisna edilmirdi. Səddam Hüseyn iqtidarının sonu da bəlli idi.

Amerika İraqa daxil olanda “biz müharibəyə başlayıb günahsızları qıracağıq” demirdi. Əsl niyyətləri də elə bu idi. Beynəlxalq arenaya isə Amerikanın İraqa girməsi Vaşinqtonun Bağdada demokratiya aparması kimi göstərildi. Düşünən insanlar üçün ABŞ-ın İraq məqsədi yəqin ki, aydın oldu.

 

“İraq tərəfdən neft qoxusu gəlir”

Bir az keçdi, başa düşdük ki, Buş o boyda Amerikadan İraqa neft iyinə gedib. Hə, gəldi neftə baxdı, gördü yox e, bu "loxma" təkcə onun boğazından keçəcək qədər balaca deyil. Və bir oxla iki quşu vurmaq üçün 49 ölkədən ibarət koalisiya yaratdı. Həm də artıq dünyaya qarşı tək savaşmayacağını bilirdi. Lakin dünya da Buşdan ağılsız deyildi. Hər biri cumdu, gəldi İraqa - qara neftin qoxusuna.

Və böyük gün çatdı. Amerika başda olmaqla, anti-İraq koalisiyasının silahlı birləşmələri İraq ərazisinə girdi. Bununla da regionun rahatlığının pozulması və darmadağın edilməsi dövrü başladı. İraq ordusu koalisiya qüvvələrinin qarşısında 20 gün belə dözə bilmədi. Səddam rejimi devrildi və o, asıldı.

4 il sonra...

ABŞ tarixinin ən səviyyəsiz prezidentlərindən hesab olunan Corc Buş bütün Amerikanın nüfuzunu aşağı salmışdı. Səhvlərinin olduğunu qəbul edən Buş bilirsiz harada yıxıldı? Sadə iraq jurnalisti Zeydinin ona ayaqqabı atasından sonra.

Sonrakı addım əsrin əvvəllərində Əfqanıstana qarşı atıldı. Avropa özündə olan demokratiya silahlarını gətirdi, tökdü ölkəyə. Oyunlar, hiylələr burada da müsəlmanların başında partladı.

Siz birdən elə bilərsiniz biz mövzudan uşaqlaşdıq və Avropanı Amerikanın gözünə qatdıq.

Elə düz anladınız. Buşun hegemoniyasının bütöv bir hissəsini Avropa təşkil edirdi.

Bu, bir növ bütöv bədənin ürək-ciyər funksiyası kimi bir şeydir.

İnsan haqlarını lokomotiv ideya kimi qəbul edən Avropa ABŞ-ın qan təknələrində bərabər çimdi.

“Ərəb Baharı”nın solmuş gülləri

Misir, Tunis, Liviya, Yəmən... “Ərəb baharı” adı altında bitdilər, yandılar, kül oldular. Suriya isə solmağa davam edir. Rəngi bozarıb, ruhu ölüb. Gedəni qaçıb, qaçanı ölüb. Ərəb dünyasına demokratiya gətirəcəkdi, hə..?

“Ərəb baharı”?

Suriya ən çətin dönəmini yaşayır. Hər gün oradan qaçan miqrantların gəmilərdə, qayıqlarda batması xəbərini yazmaq dəhşətli hissdir. Digər ərəb dövlətlərindən fərqli olaraq, Suriyanın dini, etnik və məzhəb tərkibini nəzərə alsaq, bu ölkədə vətəndaş müharibəsi ilə yanaşı, məzhəb problemi də var.

Yazıqlar, Suriya, İraq, Misir  ABŞ-dan aldığı demokratiya balonu ilə elə ləzzətlə hava alırlar ki, yüz illər keçsə də,  unutmayacaqlar.

Digər ərəb ölkələri isə varlı qul missiyasından başqa heç nəyə yaramır.

Və...

Qayıdıram Qərb-ərəb-miqrant məsələsinə. Qərbin dayanmadan Ərəb ölkələrinə tətbiq etdiyi sanskiyalar ölkələrin bomboş, sahibsiz qalmasına gətirib çıxarır. Nəticədə miqrant axını başlayır, özü də yenidən Qərbə. Sözarası bəzən hegemon Avropa ölkələri onsuz da əldən düşən miqrantlara vəd edirlər ki, “filan çayı keçin sizi qəbul edirik”. Amma nə fayda... Miqrantlar “rezin” qayıqlardaca suların əsirinə çevrilirlər. Bəzilərinin bəxti gətirir, su onları sahilə atır, torpağı qucaqlayıb köçürlər dünyamızdan. 2011-ci ildən bəri düz 300 000 suriyalı öldürülüb. Yarım milyon insan sadəcə müsəlman olduğu üçün məhv edilib, bəli.

Bu dəfə nə silah, nə qırıcı, nə də Buş

Avropa kürənin cənubunda, Şərqində oynatdığı atlardan enmir. Xatirələrinin məzmununu, müxtəlifliyini artırmaq üçün bu dəfə də üzünü Azərbaycana çevirib. Sadəcə bir qətnamə və Avropanın hər zaman təlqin etdiyi insan haqları.  Bu dəfə Avropa bunu Azərbaycana diqtə edir. Üstəgəl, biz ikitərəfli hücuma hazır olmalıyıq. Nəzərə alsaq ki, ölkədə hakimiyyətdən narazıların sayı həddən artıq çoxdur və istənilən anda həmin qruplar narazı təbəqənin lokomotivinə çevrilə bilər. Yaxın Şərqdə olduğu kimi Azərbaycanda da siyasi münasibətlər o müstəviyə qədəm basa bilər ki, liderlik narazı “xalq”ın əlində olsun.

Ada ölkəsi İngiltərə və Faşizm Almaniyasının daha müasir versiyasını qaytaran Almaniya ilə Fransa, qəbul etdiyiniz qətnamələr Azərbaycana yox, 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal edən Ermənistana tətbiq olunmalıdır. Siz kor deyilsiniz. Siz sadəcə 5-ci kolon siyasəti vasitəsilə özünüzü okeanın dibində güclə tapılan “mirvari” kimi göstərirsiniz. Və Azərbaycan dünya tarixində əzəldən bəri xatirə olmayıb. Avropanın xatirə dəftərinin səhifələri müsəlman qanı ilə bitməyəcək.

Bax belə, sizin demokratiya anlayışınız hava “quşları”nın qanadlarında Şərq ölkələrinə “həyat” gətirməkdir.

Sizin qətnamələr milyonlarla evsiz-eşiksiz müsəlmanın ölüm kağızından daha “qiymətlidir”.

Sizin təfəkkürünüz isə “İlahi Komediya”nın oynandığı son pərdənin akkordlarıdır.

Amma Dəclə və Fəratda su yerinə yenə də qan axır.

Kür və Araz isə hər gün bir az daha yaşamağa səsləyir.

 

BUNU DA OXU

Dərsliklər ictimai müzakirəyə çıxarılıb - Rəy, təklif və iradlarınızı yaza bilərsiniz
Əcnəbi vətəndaşlar cəriməni ödəməkdən yayınırlar - VİDEO
Çavuşoğludan İdlib açıqlaması - “Hələ çox iş görmək lazımdır”
Suriya ordusu ağır itkilər verir - Yüzlərlə əsgər həlak olub
Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
Xəbər lenti

Zaqatalada kəndə turisti necə cəlb edək? - Fermerlər üçün təlimlər təşkil olunur
10:46 18.02.2020

Çində koronavirusdan ölənlərin sayı 1800-ü ötüb - 66 mindən çox insan virusa yoluxub
10:25 18.02.2020

BU GÜN HAVA YAĞMURSUZ KEÇƏCƏK
10:02 18.02.2020

Dərsliklər ictimai müzakirəyə çıxarılıb - Rəy, təklif və iradlarınızı yaza bilərsiniz
09:37 18.02.2020

Əcnəbi vətəndaşlar cəriməni ödəməkdən yayınırlar - VİDEO
09:16 18.02.2020

7 məntəqənin nəticələri ləğv edildi - MSK 384 videogörüntünü araşdırır - YENİLƏNİB
21:45 17.02.2020

Türkiyədə növbəti zəlzələ - Elazığda bina çökdü
21:24 17.02.2020

Çavuşoğludan İdlib açıqlaması - “Hələ çox iş görmək lazımdır”
20:58 17.02.2020

Gəncədə Xocalı faciəsi ilə bağlı tədbir keçirildi - “Xocalı tarixin qan yaddaşı”
20:33 17.02.2020

Paşinyanın "Münhen uğursuzluğu" - Erməni baş nazir ölkəsində də tənqid olunur
20:12 17.02.2020

Zaqatalada oğurluqla məşğul olan dəstə yaxalandı - Zərərçəkmişin yaxını qarətçilərlə əlbir olub
19:48 17.02.2020

Suriya ordusu ağır itkilər verir - Yüzlərlə əsgər həlak olub
19:27 17.02.2020

Ruhani ABŞ-la danışıqları qəbul etmədi - “Bizi zəif tərəf kimi dialoqa təhrik etmək mümkün deyil”
19:00 17.02.2020

“XOCALI – tarixin qan yaddaşı” - Faciə qurbanları yad edilib
18:32 17.02.2020

Komitə sədrindən açiqlama - “7 min ailəlik qəsəbə salınacaq”
18:05 17.02.2020

Masallıda tədbir keçirilib - Milli Qəhrəmanımız anıldı
17:26 17.02.2020

Ermənistanın keçmiş müdafiə naziridən gözlənilməz açıqlama
16:23 17.02.2020

Kürdəmir sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb - FOTOLAR
15:57 17.02.2020

Multikulturalizm qış məktəbi layihəsi başladı - Qubada ilk mühazirə təşkil olunub
15:19 17.02.2020

İmişlidə turşudan zəhərlənən ailənin daha bir üzvü öldü - 15 yaşlı qız xəstəxanada həyatını itirib
14:45 17.02.2020

Çindən gələn tələbələrin səhhəti normaldır - Karantin müddəti davam edir
13:53 17.02.2020

Traktorla "Mersedes" toqquşub, xəsarət alan var - Kürdəmirdə - ÖZƏL - FOTOLAR
13:13 17.02.2020

Şəmkirdə dəhşətli yol qəzası - İki nəfər ölüb
12:45 17.02.2020

Final fitinə cəmi bir saniyə qalmış məğlubiyyətdən yaxa qurtaran Rafael Ağayev - Karate 1 Premyer Liqa turnirinin qızıl medalını qazandı - VİDEO
11:58 17.02.2020

PAYTAXTDA 10 DƏRƏCƏ İSTİ OLACAQ - DAĞLIQ ƏRAZİLƏRDƏ QAR YAĞACAQ
11:12 17.02.2020

KORONAVİRUSDAN ÖLƏNLƏRİN SAYI 1700-ü ÖTÜB - 66 MİNDƏN ÇOX İNSAN VİRUSA YOLUXUB
10:28 17.02.2020

Prezident İlham Əliyev Paşinyana tarixi və siyasət dərsi keçdi - VİDEO
10:01 17.02.2020

QARADAĞLI FACİƏSİNİN İLDÖNÜMÜDÜR
09:29 17.02.2020

Çində virusdan ölənlərin sayı 1524 oldu - Virusa yoluxanların sayı isə 66 min 578 nəfərə çatib
14:50 16.02.2020

Kənd təsərrüfatında yeni layihə - İribuynuzlu heyvanların ifrazatından metan qazı alınacaq
14:04 16.02.2020

Multikulturalizm qış məktəbi başladı - Bakı ilə yanaşı bölgələrdə də tədbirlər keçiriləcək
13:18 16.02.2020

Avropa Çempionatında Manolova gümüş medal qazandı
12:31 16.02.2020

İmişlidə dəhşətli yol qəzası - İki nəfər olüb, bir nəfər yaralanıb
11:52 16.02.2020

Qəbələdə yanğin baş verib - Bir ailənin altı üzvü xəsarət alıb
11:15 16.02.2020

Hava limanında əməliyyat - Ölkədən küllü miqdarda dollar çıxarmaq istəyən şəxs tutuldu
10:25 16.02.2020

Qarabağda daha bir erməni əsgəri öldü - Hadisənin təfərrüatları məlum deyil
09:45 16.02.2020

Müdafiə naziri müşavirə keçirdi - Təlimlərlə bağlı tapşırıqlar verildi
20:53 15.02.2020

Dünya Kubokunda idmançımız finala adladı
20:10 15.02.2020

Hərbi qulluqçumuz şəhid olub - Düşmən yenə təxribat törətdi
19:44 15.02.2020

"Mancester Siti"yə ağır cəza - "Şəhərlilər" 300 milyon funt itirəcək
18:35 15.02.2020

220-dən artıq videogörüntü araşdırılıb - MSK sədri pozuntularla bağlı görüntü yayan şəxslərə minnətdarlıq etdi
18:08 15.02.2020

Şəmkirdə yanıq xəsarəti alan 9 yaşlı uşaq öldü - Atası və babasının isə vəziyyəti ağır olaraq qalır
17:45 15.02.2020

Ağstafada ağır qəza - Bir nəfər ölüb, üç nəfər xəsarət alıb
17:11 15.02.2020

Fazil Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16:04 15.02.2020

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı
15:00 15.02.2020

MSK-ya daxil olan müraciətlərlə bağlı qərar qəbul ediləcək
14:17 15.02.2020

Nəsir İmanquliyev haqqında kitab çap edilib - “Mətbuat fədaisi” adlı kitab təqdim olundu - YENİLƏNİB - VİDEO
12:58 15.02.2020

“ABŞ ilə müharibəyə çox yaxın idik” - Zərifdən müharibə ehtimalları barədə açıqlama
12:43 15.02.2020

Badamdarda yenidən sürüşmə oldu - Ərazidə monitorinq aparılır - Yenilənib - VİDEO
12:04 15.02.2020

Türkiyə idlibdə xüsusi təyinatlılar yerləşdirir - 60 maşından ibarət hərbi karvan məntəqələrə çatıb
12:03 15.02.2020

İSMAYILLIDA DƏLƏDUZLUQ EDƏN ŞƏXS SAXLANILIB
11:39 15.02.2020

MİDA: Güzəştli mənzili bir dəfə almaq mümkün olacaq - Mənzillərin əvəzlənməsinə icazə verilməyəcək - YENİLƏNİB - VİDEO
11:12 15.02.2020

Azərbaycan Prezidenti İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb
10:43 15.02.2020

İmişlidə əməliyyat keçirilib, 2 nəfər saxlanılıb - Üç kiloqrama yaxın heroin aşkarlandı
10:21 15.02.2020

Azərbaycanın su ehtiyatları azalır - Hansı qabaqlayıcı tədbirlər görüləcək?
10:00 15.02.2020

Novxanıda oğru iş başında ələ keçdi - Bağ evindən oğurluq etmək istəyirmiş
09:35 15.02.2020

Kürdəmirdə müşavirə keçirildi - Baramaçılığın inkişafına diqqət artırılır
22:22 14.02.2020

“Göstərir Bakı” - Azərbaycan televiziyasının yaranmasından 64 il keçir - Yenilənib - VİDEO
22:00 14.02.2020

Pomidor 22 manata, xiyar 11 manata satılır - Azərbacan tərəvəzinin Rusiyada qiyməti qalxıb
21:33 14.02.2020

Ermənistanda əsgərləri daşiyan avtobus aşıb - Altı əsgər xəsarət alıb
21:02 14.02.2020

Nəticələri ləğv olunan dairələr - Təkrar seçki nə vaxt keçirilə bilər?
20:44 14.02.2020

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb
20:21 14.02.2020

Prezident İlham Əliyev Münxendə Küveyt Dövlətinin Baş Naziri Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşüb
19:59 14.02.2020

Zaqatalada qanlı hadisə - Həmkəndlisini başından bıçaqladı
19:36 14.02.2020

Prezident İlham Əliyev Münxendə Vladimir Norov ilə görüşüb
19:15 14.02.2020

İtən mobil telefonları necə tampaq olar? - VİDEO
18:58 14.02.2020

Magistraturaya sənəd qəbulu başa çatdı - 15703 bakalavr imtahanda iştirak edəcək
18:33 14.02.2020

Ədviyyatların keyfiyyətini necə yoxlamaq olar? - "ŞtrixKod" məsləhət verir - VİDEO
18:05 14.02.2020

Qida məhsullarının ixracı artıb - Yalnız 8 maşın məhsulumuz geri qaytarılıb
17:36 14.02.2020

Prezident İlham Əliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb
17:11 14.02.2020

Xarici ölkə vətəndaşlarına qadağa - Cəriməsi olanların ölkədən çıxışına məhdudiyyət qoyuldu?
16:45 14.02.2020

"Sabahın alimləri" müsabiqənin bağlanış mərasimi keçirilib
16:23 14.02.2020

Onlayn narkotik satanlar ələ keçdi - 27 nəfərlik mütəşəkkil dəstə necə ifşa olunub?
16:00 14.02.2020

Nazirlikdən işsiz gənclərə müjdə - İşçinin maaşının 50%-i dövlət tərəfindən ödəniləcək - VİDEO
15:36 14.02.2020

Bakıda Beynəlxalq konfrans başlayıb - Rəqəmsal iqtisadiyyatla bağlı müzakirələr aparılır
15:10 14.02.2020

Tanınmış amerikalı analitik Bakıda - Tomas Qoltsa fəxri doktorluq dərəcəsi verildi
14:44 14.02.2020

“Öz torpağına qayıdış!” - Ukrayna telekanalı Cocuq Mərcanlıdan reportaj hazırladı
14:22 14.02.2020

Şəkidə 19 yaşlı gənc saxlanıldı - Qızıl və pulu oğurladığını etiraf etdi
13:53 14.02.2020

Minimum əməkhaqqi artirilacaq - Növbəti 5 ildə məşğulluq sahəsində bir sira addimlar atilacaq
13:30 14.02.2020

Qadın güləşçimiz finalda - Bir qızıl, üç bürünc medal şansı
13:13 14.02.2020

Bütün xəbərlər