Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Xədim olunan, almayla intihar edən unudulmuş dahinin - dəhşətli həyat hekayəsi

Xədim olunan, almayla intihar edən unudulmuş dahinin - dəhşətli həyat hekayəsi
23161 dəfə oxunub

Bir adam düşünün. Elə bir adam ki, İkinci Dünya müharibəsinin istiqamətini dəyişdirəcək layihəyə imza atmış olsun, minlərlə insanın həyatını qurtarsın, Avropanı faşist işğalından qorumuş olsun. Hətta eyni adam bu gün hamımızın əlinin altındakı kompüterlərin və süni zəkanın təməllərini atmış olsun. Konseptual olaraq ortaya atdığı fikirlər ölümündən illər sonra belə süni zəkadan nano-texnologiyaya, molekulyar biologiyadan riyaziyyata qədər hər sahədə hələ də etibarlıdır, hələ də istifadə olunur. Amma bu fəaliyyətlərinə baxmayaraq, bu adam nə məktəblərdə yad edilib, nə də adı filmlərdə çəkilir. Bax, bu unudulmuş dahinin adı Alan Turinqdir.

XX əsrin ən böyük riyaziyyatçılarından olan və kompüter elmlərinin, süni zəkanın atası sayılan Alan Turinq çoxumuzun çox gec eşitdiyi, ya da bəlkə də heç eşitmədiyi addır.

23 iyun 1912-ci ildə Londonda bir oğlan dünyaya göz açır. Bu uşaq sayəsində illər sonra kompüterlər həyatımızın imtinaedilməz parçası halına gələcəkdi, yenə bu uşaq sayəsində İngiltərə İkinci Dünya müharibəsində faşistləri məğlub edəcəkdi və dəniz qüvvələrində döyüşən çox əsgərin həyatı xilas olacaqdı. Dünya tarixini dəyişdirəcək bu uşağın adı Alan Matison Turinq idi.

Hələ kiçik yaşlarından müəllimləri Turinqin olduqca ağıllı, öyrənməyə meylli, xüsusilə də riyaziyyat məsələlərində güclü olduğunu görüblər. O, 14 yaşı olanda Dorsetdə yerləşən Şerborn məktəbinə getməyə başlayır. Məktəbə başlaması tarixi İngiltərədəki 1926-cı il aksiyası ilə üst-üstə düşür. Amma Turinq məktəbin ilk gününə çatmağa əzm göstərir, təkbaşına velosipedlə 100 km pedal çevirir, yolda başına min cür oyun gəlir, lakin məktəbə çata bilir. Özü də vaxtında.

Şerborn Turinqin həyatının dönüş nöqtələrindən biri olacaqdı. Burada əvvəlcə həyatının ilk sevgisi Kristofer Marko ilə qarşılaşır. Turinq dəlicəsinə aşiq olduğu bu həmcinsi sayəsində homoseksual olduğunu başa düşür. Məktəblər bitənə yaxın Markonun vərəmdən ölməsi onun Tanrıya olan inancını sarsıdır və insan təbiətindəki bütün hadisələrin tamamilə təbii səbəbli olduğunu başa düşür.

Şerborndan sonra Kembricə “Kings College”ə gəlir və buranı riyaziyyat üzrə ən uğurlu şagird kimi bitirir. 1936-ci ildə “On Computable Numbers with an Application to the Entscheidungsproblem” (Nömrələr: Qərar Verme probleminin bir Tətbiqi) məqaləsini yazır. Bu məqalə sonralar kompüter elminin bazası olaraq qəbul ediləcəkdi. Həmin yazıda o, məşhur riyaziyyatçı Kurt Gödelin 1931-ci ildə etdiyi hesablamaları yenidən və daha sadə düsturlara çevirir. Bunları hazırlayarkən hər hansı kompüter alqoritmini süni hazırlamağa yarayan və öz icadı mücərrəd qurğu olan Turinq maşını anlayışını da ortaya çıxır.

“Mexanika” anlayışı Turinq tərəfindən ilk dəfə ortaya qoyulanda ətrafda konkret bir mexanizm yox idi. Maşın iki istiqamətdə sonsuz uzunluqda olduğu fərz edilən və üzərində yazı yazıla bilən kağız lent və bunu oxuya bilən, bir də müəyyən dərəcədə əmrlər yerinə yetirən cədvəldən ibarət idi. Bu anlayış kompüter elmlərinin doğulması üçün ilkin addım idi. Hər nə qədər bu qurğu sadə və primitiv görünsə də, bu gün müasir sistem bloklarının həyata keçirdiyi hər cür hesablama bu maşınla gec-gec də olsa edilə bilərdi.

“King'S College”dən məzun olandan sonra ABŞ-a gedən Turinq 1936-1938 illərdə Princeton Universitetində magistratura oxuyur. Burada Riyaziyyat və kriptologiya (şifrə çözümü) üzərində daha çox işləyir. 1938-ci ildə İkinci Dünya müharibəsinin qızğın dövründə İngiltərəyə qayıdır. Qayıdan kimi də İngilis ordusu tərəfindən kriptologiya qrupuna daxil edilir.

Süni zəka haqqında ilk fikirlər və “Eniqma”

Alman hökuməti müharibə zamanı yazışmaları dəyişən şifrəli mesajlardan istifadə edirdi və bu şifrələnmə “Eniqma” adı verilən maşın həyata keçirirdi. Turinq əvvəlcə Alman dəniz qüvvələrinə aid şifrələrin qırılması üçün işləyən kriptoanaliz qrupunun başına keçirilir. Vəzifəsi zamanı Alman şifrələrini qırmaq üçün fərqli üsullar inkişaf etdirir və “Eniqma” cihazı tərəfindən həmin şifrələri qırmağa yarayan “Bombe” adlı bir elektromexanik maşınının dizaynına kömək edir. Rəqəmsal kompüterlərin atası hesab olunan Bombelər faşistlərin şifrəli mesajlarını aşkara çıxarmaqla faşist Almaniyası qarşısında çox böyük üstünlüyə rəvac verir. Turinqin bu kəşfi sayəsində çox adamın həyatı xilas edilir və müharibənin istiqaməti faşistlərin əleyhinə çevrilir.

Turinq müharibədən sonra beynindəki riyazi məntiq mənşəli fikirləri kriptologiyaya tətbiq edərkən əldə etdiyi təcrübə və daha əvvəldən qazandığı təcrübələrlə elektron məlumatları birləşdirir və ilk müasir kompüter dizaynı üzərində işə başlayır. İlk planlarına London Milli Fizika Laboratoriyası tərəfindən icazə verilsə də, dizaynı eyni dövrdə kompüter elmi üzərinə çalışan Amerika layihə qruplarının fikirlərinin kölgəsində qalır. Çünki Turinqin müharibə illərində qazandığı müvəffəqiyyətli fikirləri hələ “çox gizli” status altında inkişaf edirdi. Və elmi yazıların ilk ağıla gələn mövzusu idi.

Qarşısına çıxan məhdudiyyətlərlə kriz keçirən Turinq sənaye, ya da ticarət layihələrindən vaz keçərək yenidən süni zəka üzərində işə başlayır. Bir tərəfdən də beynini rahatlaşdırmaq üçün hər gün uzun məsafələr qaçmağa başlayır. Hər işə özünü sonuna qədər təslim edən bu qəribə adam stress atmaq üçün başladığı qaçmaq işini o qədər inkişaf etdirir ki, 1947-ci ildə “Walton Atletik” klubunda qatıldığı marafonu 2 saat 46 dəqiqə 3 saniyədə tamamlayır. 1948-ci il olimpiadası marafonunda isə qızıl medalı, eyni məsafəni Turinqdən sadəcə 11 dəqiqə daha qısa müddətdə bitirən idmançı qazanır.

1948-ci ildə Mançester Universitetində işə başlayan Turinq burada qeyri-adi davranışları ilə diqqət çəkir. Allergiyaya olduğu üçün velosipedə minərkən qaz maskası taxır, qəhvə fincanı oğurlanmasın deyə onu qızdırıcı zəncirlə bağlayır, ürəyi sıxılanda 40 km qaçıb gələn bu adam bütün qəribəliklərinə baxmayaraq, dövrünə görə çox dahi fikirlər irəli sürürdü. 1949-ci ildə “Kompüter mexanizmi və Zəka” adlı məşhur məqaləsini yazır. Bu məqalədə xüsusilə süni zəka mövzularına toxunan Turinq bir maşının “ağıllı” sayılması üçün lazım olan standartları təyin edən təcrübə hazırlayır. “Turinq testi” adı verilən bu test maşının qarşısındakı təcrübənin görmədən ünsiyyət yaradan prosesin  maşın, yoxsa insan olduğunu müəyyən edir. Təcrübə qarşısındakının maşın olduğunu anlamasa, maşının bir növ “düçünmək” qabiliyyət olduğu aşkar olur. Bu gün əsası Turinq testinə gedib çıxan və “CAPTCHA” adlı tətbiq internetdəki istifadəçilərin insane, yoxsa robot olduğunu anlamaqda istifadə edilir.

Turinq həyatının son illərində riyazi biologiya üzərində işləyir.

Göydən üç alma düşür…

1952-ci ildə evinə oğru girən Turinq polisə verdiyi ifadəsində homoseksual olduğunu açıq-aydın deyir. Həmin illərdə İngiltərədə homoseksualizm cinayət sayılırdı. 1952-ci ildə homoseksual olduğu üçün “əxlaqsızlıq” qanunu ilə uzun müddət həbsə məhkum edilən Turinqə kimyəvi yolla xədim edilmə seçimi verilir. Xədim edilməyi seçən Turinqə məhkəmə qərarı ilə yüksək dozada qadınlıq hormonları yeridilir. Bu müalicə nəticəsində onun cinsi istəkləri yox olur, sinəsi böyüyür. Lakin bəlkə də özü üçün ən əhəmiyyətli olan düşünmək bacarığı da bununla iflas edir. Yenilikçi və qeyri-adi Turinq günbəgün yox olmağa başlayır.

O illərdə homoseksual olmağın və bunu açıqca deməyin cəzası ağır idi. Həm də mərhəmətsiz. Bədənindəki və zehnindəki dəyişikliklər azmış kimi bir də İngilis gizli xidməti Turinqi izləməyə başlayır. Homoseksual olduğu üçün daha etibarsız, şantaja daha açıq olduğunu düşünürlər. Hər hərəkəti izlənilir, hesabatlar və s. Bununla da hər kəs İkinci Dünya müharibəsində minlərlə insanın həyatını xilas edən Turinqi unudur. Yavaş-yavaş dostları azalır, evinə gedib-gələnlər yox olur.

1954-ci ildə, 42-ci ad günündən bir neçə həftə əvvəl evində ölü tapılır. Elə öldüyü yerin baş tərəfində yarısı dişlənmiş alma tapılır. Yarılmadan sonra onun ölüm səbəbi məlum olur. Sionid vasitəsilə intihar etmişdi. Əldə olunan məlumatlara görə, sionidi əvvəlcə həmin almaya yeridib, quruyandan sonra isə yeyib.

Fərdi seçimləri üzündən mühakimə olunan, qarşılaşdığı ayrı-seçkilik və təzyiqlərə görə, intihar edən Alan Turinq öləndə sadəcə 41 yaşı var idi. O günə qədər ortaya qoyduğu fikirlər kompüter və süni zəka haqqında müasir dünya üçün böyük cığır açmışdı. Bəlkə də yaşasaydı, elm və insanlığa daha çox kömək edəcəkdi. Amma ictimai dözümsüzlük bu dahini aramızdan çox erkən yaşda ayırdı.

Nərgiz Nənə

 

BUNU DA OXU

Özümüzü və ətrafdakıları qoruyaq - VİDEO
Ərizə qəbulunun vaxtı uzadıldı - VİDEO
ATV kanalında qaydalara riayət olunur - VİDEO
Müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb - Bu güzəştlərdən kimlər yararlana biləcək? - VİDEO
Aviareyslər bərpa olunur? - İki şirkət Bakıdan uçuşları elan edib - Yenilənib - VİDEO
Xəbər lenti

Özümüzü və ətrafdakıları qoruyaq - VİDEO
15:15 05.06.2020

Ermənilər qədim torpaqlarımıza necə köçürüldü? - VİDEO
14:47 05.06.2020

Bədii gimnastika üzrə Dünya kubokunun vaxtı açıqlanıb
14:22 05.06.2020

Ərizə qəbulunun vaxtı uzadıldı - VİDEO
14:00 05.06.2020

Səngaçalda dəhşətli qəza - Yenilənib - VİDEO
13:36 05.06.2020

Virusa yoluxma sayı niyə artır? - VİDEO
13:13 05.06.2020

Abşeron Dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarının hərəkəti dayandırılır
12:50 05.06.2020

Ərdoğan Liviyanın Baş naziri Faiz Sərracla görüşdən sonra vacib bəyanatlar səsləndirib
12:29 05.06.2020

TÜRKİYƏ PARLAMENTİNİN 3 DEPUTATI HƏBS OLUNUB
12:02 05.06.2020

İRANDA KORONAVİRUS REKORD HƏDDƏ YAYILIB
11:40 05.06.2020

Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib
11:18 05.06.2020

Şagird və Abituriyentlərin nəzərinə - VİDEO
10:56 05.06.2020

"Polis məni görmədi" deyib, keçməyin... - VİDEO
10:31 05.06.2020

Karantin qaydaları pozan çay evi aşkarlanıb - Şəmkirdə - VİDEO
10:09 05.06.2020

Daha 262 nəfərdə koronavirus aşkarlanıb
09:45 05.06.2020

ATV kanalında qaydalara riayət olunur - VİDEO
12:24 04.06.2020

"Trabzonspor" bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb
11:52 04.06.2020

"KEŞEKÇİDAĞ"DA TƏXRİBAT TÖRƏDİLƏ BİLƏR
11:27 04.06.2020

Ancelina Coli - 45! - VİDEO
11:00 04.06.2020

Həftə sonları küçəyə çıxmaq qadağan olunacaq - VİDEO
10:35 04.06.2020

“Son zəng” keçirilməyəcək - Təhsil Nazirliyindən açıqlama - VİDEO
10:12 04.06.2020

Müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb - Bu güzəştlərdən kimlər yararlana biləcək? - VİDEO
09:45 04.06.2020

Daha 325 nəfər koronavirusa yoluxdu - 101 nəfər sağalib, 5 nəfər vəfat edib
21:57 03.06.2020

Kürdəxanıda baş verən qətlin təfərruatları - Gözətçini öldürüb pulu götürən şəxslər ələ keçdi
21:41 03.06.2020

Koronavirusa qarşı preparatın sınaqlarına başlanıldı - Dərman infeksiyanın müalicəsində müsbət təsir göstərir
21:28 03.06.2020

Xamneyi islahatlarla bağlı ismarış verdi - “İranda bir çox sahələrdə dəyişikliyə ehtiyac var”
21:28 03.06.2020

Azərbaycanda turizm mövsümü tezliklə açıla bilər - Turizm obyektləri və otellər yeni tələblərə əsasən işləyəcək
20:54 03.06.2020

Səfirliyimiz ABŞ-da yaşayan vətəndaşlarımıza müraciət etdi - “İğtişaşların baş verdiyi ərazilərə getməyin”
20:32 03.06.2020

Prezident İlham Əliyevin Sərəncam imzaladı
19:54 03.06.2020

Ermənistanda xüsusi əməliyyat - Paşinyan ona etiraz edənlərin “ovuna” çıxdı
19:42 03.06.2020

Fransa da ayağa qalxdı - Afroamerikalının ölümünə görə etirazlar başladı
19:32 03.06.2020

Birinci sinifə şagird qəbulu - Onlayn müsahibələr gələn həftədən başlayacaq
19:15 03.06.2020

Teledərslər başa çatır - Abituriyentlər üçün verilişlər yayımlanacaq
18:54 03.06.2020

Lənkəranda bədbəxt hadisə - Ehtiyatsızlıq edib, traktorun altında qaldı
18:32 03.06.2020

Subbakalavrların nəzərinə - Ərizə qəbulu iyulun 10-dək uzadıldı
18:12 03.06.2020

Biləsuvarda qətl hadisəsi - Üç uşaq atasını dostu bıçaqladı
17:32 03.06.2020

Cəlilabadda bədbəxt hadisə - 16 yaşlı məktəbli çayda boğuldu
17:12 03.06.2020

Tikinti şirkətinin təsisçilərinə cinayət işi açılıb - 143 mənzil, 13 qaraj qanunsuz olaraq satılıb
16:52 03.06.2020

Buraxılış vərəqəsi və bəyannamə çap olunur - DİM-dən imtahanlarla bağlı xəbərdarlıq
16:36 03.06.2020

Göyçayda zəncirvari qəza - İki nəfər xəsarət alıb
16:12 03.06.2020

Türkiyədə genişmiqyaslı əməliyyat - Başına 1 milyon lirə qoyulan terrorçu tutuldu
15:42 03.06.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 382 mini ötüb
15:12 03.06.2020

Balakəndə əməliyyat keçirilib - Narkotik becərən şəxs saxlanılıb
14:42 03.06.2020

İranla sərhəddə əməliyyat - Ukraynaya yarım ton heroin aparılmasının qarşısı alındı
14:21 03.06.2020

Gəncədə içməli su və kanalizasiya sistemi yenidən qurulur - Yenilənib - VİDEO
13:50 03.06.2020

ÜÇ UŞAQ ATASINI DOSTU BIÇAQLADI - Biləsuvarda
13:25 03.06.2020

Tibbi maska taxılmamasına görə cərimələrin bu gündən tətbiqinə başlanıb
12:58 03.06.2020

İndiyədək Azərbaycanda 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib
12:40 03.06.2020

AVROPA İTTİFAQI ERMƏNİSTANI “QARA SİYAHIYA” SALDI
12:14 03.06.2020

ABŞ-DAKI ETİRAZLARDA 11 NƏFƏR ÖLÜB
11:49 03.06.2020

UEFA yarımçıq dayandırılan avrokubokların formatını dəyişdirməyə hazırlaşır
11:22 03.06.2020

Ötən il dövlət büdcəsinin xərcləri proqnozlaşdırılandan aşağı olub - VİDEO
11:00 03.06.2020

"Asiya İnkişaf Bankı" sərmaye yatırmaq niyyətindədir - Yenilənib - VİDEO
10:36 03.06.2020

Aviareyslər bərpa olunur? - İki şirkət Bakıdan uçuşları elan edib - Yenilənib - VİDEO
10:12 03.06.2020

Bu abiturientlərin imtahan nəticələri ləğv olunacaq - VİDEO
09:53 03.06.2020

ÜST xəbərdarlıq etdi - Konqoda “Ebola” xəstəliyi yenidən yayılmağa başlayıb
23:12 02.06.2020

FƏTÖ-yə qarşı əməliyyat - İstanbulda 118 nəfər saxlanılıb
22:48 02.06.2020

Şirkət rəhbərinə cinayət işi açıldı - İşə götürmək adı ilə vətəndaşlardan rüşvət alıb
22:23 02.06.2020

Koronavirusun müalicəsində yeni metod - Rusiyalı mütəxəssislərdən nikbin açıqlama
22:23 02.06.2020

Ölkə başcısının tapşırığı uğurla davam etdirilir - Paytaxtın mərkəzi ilə yanaşı digər ərazilər də abadlaşdırılır
22:03 02.06.2020

2019-cu ilin dövlət büdcəsi uğurla icra edilib - Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib
21:41 02.06.2020

Daha 273 nəfər koronavirusa yoluxdu - 56 nəfər sağalib, 3 nəfər vəfat edib
21:28 02.06.2020

Göyçayda taxıl biçininə hazırlıq işləri başa çatır - Ayın əvvəlində biçinə start veriləcək
21:15 02.06.2020

Abituriyentlər üçün vacib məlumat - Yanlış bəyannamə verənlərin nəticələri ləğv olunacaq
20:32 02.06.2020

Arif Məlikova abidə ucaldıldı - Heykəlin müəllifi xalq rəssamı Ömər Eldarovdur
20:15 02.06.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
20:12 02.06.2020

Siyəzəndə alternativ enerji istehsalı - Fermer günəş və küləkdən enerji əldə edir
19:58 02.06.2020

Çikaqoda baş verən toqquşmalarda 2 nəfər öldü - Vaşinqtonda isə komendant saatı 2 gün uzadıldı
19:42 02.06.2020

Koronavirusa yoluxan Paşinyan sərt tənqid olundu - “O, Qarabağdakı ziyafətdə artıq virus daşıyıcısı idi”
19:28 02.06.2020

Laboratoriya akreditasiyadan keçib - İxrac olunan məhsullara inam artacaq
19:12 02.06.2020

Tədris prosesi dayandırıldı - Nazirlər kabineti qərar verdi
18:42 02.06.2020

Şəkidə kütləvi dava olub - 2 nəfər xəsarət alıb
18:26 02.06.2020

Goranboyda avtomobil qoyun sürüsünə çırpılıb - 9 baş heyvan tələf olub
17:52 02.06.2020

İcma sədrindən Kanadalı deputatla bağlı açıqlama - “Erməni mənşəli köməkçi ona saxta məlumatlar verib”
17:32 02.06.2020

190 manat ödəmə ilə bağlı rəsmi açıqlama - İyun ayında 190 manatlıq birdəfəlik ödəmə verilməyəcək
16:43 02.06.2020

Masallıda keçmiş məhkum saxlanıldı - Evindən heroin tapıldı
16:13 02.06.2020

Şəkidə mal-qara otaran gənci ilan sancdi - Onun vəziyyəti orta-ağir qiymətləndirilir
15:58 02.06.2020

“Amanda” qasırğası davam edir - 15 nəfər qasırğanın qurbanı olub
15:36 02.06.2020

ABŞ-da gərginlik artır - Müxtəlif şəhərlərdə iğtişaşlar davam edir
15:12 02.06.2020

Masallıda avtomobil su kanalına aşdı - Sürücü həyatını itirdi
14:52 02.06.2020

Bütün xəbərlər