Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Dəhşətli sirr açılır: Qaqarin necə öldürüldü? - TAM MƏXFİ

Dəhşətli sirr açılır: Qaqarin necə öldürüldü? - TAM MƏXFİ
   24908 dəfə oxunub

Yuri Qaqarinin həlak olması haqqında yeni sənədlər

1961-ci il aprelin 12-si... XX əsrə ilk kimi düşən hadisələrdən biri... Təyyarəçi Yuri Qaqarin Yer kürəsi ətrafında dövr edən ilk insan olub. Qaqarinin idarə etdiyi “Vostok-1” kosmik gəmisi Yerin ətrafında saatda 27 min kilometr sürətlə dövr edib. Bu  tarixi uçuş cəmi 108 dəqiqə davam edib. Uçuşun ən zirvə nöqtəsi Yerdən 327 kilometr yüksəklikdə olub. Bu uçuşda onun şifrli ləqəbi “Kedr” olmuşdu.

Sirlər...

Bir müddət əvvəl pilot-kosmonavt Aleksey Arxipoviç Leonov Yuri Qaqarinin həlak olması haqqında gizli sənədləri ortaya çıxarıb. 1968-ci il martın 27-də baş verən faciənin təfərrüatları bütün dünyaya gizli qalmışdı. Leonov isə bu faciənin son versiyasını səsləndirib. Əslində bu haqda sənədlər Dövlət Komissiyası tərəfindən möhürlənmişdi. Lakin 2011-ci ildə həmin ekipajın bütün üzvləri dünyasını dəyişəndən sonra sənədlərin məxfiliyi aradan götürülür.

Aleksey Arxipoviç müəyyən şərtlərə (məsələn, şəxsi məlumatlar hissəsinin yayılmaması kimi) əməl edərək sözügedən sənədlərlə tanış olur. Bundan başqa, orijinal versiyaların kopiyalanmaması şərtlərin ən önəmlisi idi. Amma Leonov sənədlərin təsdiq edilməsinin başqa üsullarını axtarıb tapırdı. Onun ölümündən sonra  uzun müddət müəmmalı qəzanın səbəblərinə dair rəsmi məlumatlar  bir çoxları  tərəfindən skeptik qarşılanır. Leonov, “Qaqarinin ölümü ilə həqiqəti söyləmək üçün 20 il mübarizə apardım. Qəza ilə bağlı rəsmi açıqlamada deyilir ki, guya Qaqarinin təyyarəsi ani manevr edib və yerə düşüb. Bu, tamamilə yalandır. Əslində isə hər şey fərqlidir. Qaqarinin mindiyi təyyarə havada olarkən həmin hava sahəsində başqa bir Su-15 tipli qırıcı təyyarə görünməyə başlayıb. Pilot da 450 metr hündürlüyə qalxaraq Qaqarinin təyyarəsinin 10-15 metrliyinə yaxınlaşıb. Bu da Qaqarinin təyyarəsinin yerə düşməsinə səbəb olub. Bunları mən bilirəm və hamısını şahidlər deyib. Bu anlatdıqlarım iddia deyil, Qaqarinin ölümünün əsl səbəbidir. Bunları qəzanı araşdıran komissiyanın açıqladığı gizli sənədlər də təsdiq edir. Burada gizli heç nə yoxdur” deyib.

Qaqarinin həlak olmasının səbəblərini araşdırmış Dövlət Komissiyası nəticələri o dərəcədə gizli saxlayırdı ki, hətta mövcudluğunu belə bildirmirdi. Komissiyanın bəzi materiallarında göstərilir ki, Qaqarinin uçuş zonasında əlavə təyyarə uçuşuna icazə verilmir. Lakin bu maddə sənəddən götürülüb. Hazırda tapılan sənədlərdə isə Leonovun da dediyi kimi Qaqarinin təyyarəsi havada olarkən ondan 10-20 metr məsafədə başqa təyyarənin uçuşuna icazə verilib. Ən təhlükəli məqam isə o təyyarənin səs sürətindən daha sürətli uçması idi.

Vladimir Komarov Qaqarinin ömrünü uzatdı

1968-ci il martın 3-də Jukovski adına Hərbi Hava Akademiyasının qərargahında toplaşanlar sadəcə yüksək vəzifəli şəxslər idi: Hərbi Hava Qüvvələrlərinin ali təhsil müəssisəsinin müdiri, Hərbi Hava Qüvvələrlərinin baş komandanının köməkçisi, general-leytenant, Sovet İttifaqı qəhrəmanı və başqaları. Saat 10.00-da polkovnik Qaqarin zala girir. Qısa məruzə ilə çıxış edir. Hesabatının əvvəlində nisbətən həyəcanlı idi, bütün zal ona qulaq asır, sual dolu gözlər ona dikilmişdi. Yuri öz çıxışını bitirib zaldakılara nəzər yetirir. Bir-birinin ardınca gələn suallar təkcə diplom işi ilə bağlı yox, həm də bu yaxınlarda nələrin baş verəcəyi ilə bağlı idi. Hətta zaldakılardan biri “Fibanoççi metodundan necə istifadə edirsiniz?” - deyə soruşur. Digər suallar kimi buna da dolğun və aydın cavab verilir.

Və budur, müdafiə bitir. Komissiya müdafiə aktının hazırlığı üçün müdirin kabinetində müşavirə təşkil edir. On beş dəqiqə sonra ətrafa sakitlik çökür. Komissiyanın üzvləri yenidən öz yerlərini tutur. Komissiyanın sədri hər kəs tərəfindən imzalanmış protokolu oxuyur. Nəticə “əla” olaraq qiymətləndirilir. və Qaqarin akademiyada 6 illik təhsil hüququ qazanır. Bu vaxt ərzində o kosmonavtların birinci dəstəsinin komandiri tərəfindən və Kosmonavtların Hazırlığı Mərkəzinin rəis müavini tərəfindən “İttifaq-1” kosmik raketinin uçuşu üçün hazırlaşdırılırdı. (1966-1967) Bu uçuşda Vladimir Komarovda dublyor idi. Raket orbitə çıxarılandan sonra Dövlət komissiyası komandir Qaqarinlə və ya kosmonavt Bıkovskiylə “İttifaq-2”-nin startı üçün qərar qəbul etməli idi. Amma birinci “İttifaq” orbitə çıxanda günəş batareyasının paneli açılmır. Qaqarin bu zaman əzrayilin pəncələrindən xilas olsa da, eniş sisteminin natamamlığına görə Vladimir həlak olur. Bu hadisə Qaqarinin həyatını il yarım uzadır.

Mən uçmalıyam!

Müdafiədən sonra hər kəsin əhvalı yaxşı idi. Ənənəyə görə, bu zaman şərab qədəhlərinin səsi ətrafdakı digər səsləri batırmalı idi. Qədəhlər qalxır, xidmət və təkliflərə görə təbriklər yağır. Qərargahın nümayəndəsi isə öz fikirlərini xülasə edir:

“General Kuznetsov (Kosmonavtların Hazırlığı Mərkəzinin müdiri) getməyə hazırlaşır. Yuri Aleksey, siz bu təşkilata başçılıq etmək üçün hazırsınız”.

Yuri Qaqarin isə özünə məxsus şəkildə çıxış edir:

“Mən pilot kimi özümü daha da gücləndirməliyəm və bütün şərtlərdə, gecə-gündüz uçmalıyam. Əks halda bu cür uçuş təşkilatına rəhbərlik etmək hüquqlarına malik ola bilmərəm”.

Qaqarin göylərdə həlak olur

Artıq martın 10-da Yuri təlimatçı ilə birlikdə uçmağa başlayır. 1968-ci il martın 27-si Qaqarin özünü “MİQ-17”-də sınayır. Amma bu uçuş onun əvvəlki bacarığını itirməkdə olduğunu göstərir. Yerə enən zaman düzgün hesablama apara bilmir və uzun müddət hərbi hava limanının üzərində dövrə vurmağa məcbur olur. O, yenidən kosmosa uçmaq niyyətində idi. Ona görə də Qaqarin inadla məşq edir, unutduqlarını bərpa etməyə çalışaraq gecə-gündüz hava limanından ayrılmırdı. Bununla belə, hamıya məlum idi ki, Qaqarin artıq təkbaşına uçmağa hazır deyil və bu, onu faciəyə doğru aparır. 1968-ci il mart ayının 27-də Moskva vaxtı ilə saat 10:18-də Qaqarin ve Seryogin Çkalovsk aerodromundan növbəti sınaq uçuşuna qalxırlar. Hava olduqca sakit və açıq idi. Sınaq uçuşu üçün 20 dəqiqə nəzərdə tutulmuşdu. Amma saat 10:30-da Qaqarin yerə enmək üçün icazə istəyir. Bundan sonra təyyarə ilə əlaqə kəsilir. 3 saatlıq axtarışdan sonra, saat 14:50-də təyyarənin qalıqlarını uçuş-sınaq mərkəzindən 85 kilometr aralı, Novoselovo kəndi ətrafında tapmaq mümkün olur. Bu, artıq son idi...

Əslində nələr baş vermişdi?

Martın 27-si 1968-ci il tarixinin birmənalı izahı yoxdur. Qəzanın başvermə səbəblərinin araşdırılması üzrə 3 hökumət komissiyası yaradılıb. Daha bir komissiya mövcud idi ki, onun yaradılmasından çoxlarının xəbəri olmayıb. Bir sıra ekspertlərə görə, 4-cü komissiyada "çekistlər" işləyib, məhz onların araşdırmaları "qərəzsiz" olub. Əks-kəşfiyyatın arxiv materiallarına görə, Qaqarin məhz rus səhlənkarlığının və başısoyuqluğun nəticəsində həlak olub.

Fərqli fikirlər, fərziyyələr

25 il Qaqarin adına kosmonavtlar hazırlayan Mərkəzdə işləmiş və Ulduz şəhərciyinin hərbi əks-kəşfiyyat şöbəsində xidmət etmiş N. Rıbkin qeyd edirdi:

"Sənədlər arasında mən Qaqarinin təyyarəsinin qəzasına aid kağızlara rast gəldim. Mən onları diqqətlə öyrəndim. Məndə belə bir təəssürat yarandı ki, Qaqarini əlbəttə ki, məqsədyönlü şəkildə ölümə gətirməyiblər. Qaqarin ölməyib, Qaqarini qorumayıblar...".

50-ci illərin sonlarında Qaqarinin müəllimi olmuş təlimatçı-təyyarəçi A.Kolosov xeyli fərqli düşünür:

"Nə qədər qəmli olsa da, Qaqarinin ölümünün səbəbi əsaslandırılmamış risk və səhlənkarlıqdır. Təyyarəçilər 1100-1300 metr hündürlükdə uçublar. Bu isə çox risklidir. Lakin təyyarəçilər bu riskə gediblər və uduzublar. Təyyarə buludlar arasından çıxan zaman aydın olub ki, hündürlük azdır, katapultasiya artıq gec idi. Təyyarəni şığıma vəziyyətindən çıxarmaq üçün azacıq hündürlük çatışmayıb".

Yuri Qaqarinin böyük qardaşı Valentin Qaqarin qəzanın səbəbini belə izah edirdi:

"Düşünürəm ki, bu qəza əvvəlcədən diqqətlə işlənib hazırlanmışdı. Bir adamın üzərində həddən artıq, çox böyük şöhrət cəmlənmişdi. Onu polkovnik kimi dəfn etdilər, lakin faktiki olaraq evdə general şineli onun kürsüsündən asılmışdı. Bütün generalitet onu  layiq olmadığı mövqeyi tutan adam hesab edirdi, baxmayaraq ki, mən hesab edirəm ki, onlar əslində ona qibtə edirdilər".

Maraq doğuran məqamlardan biri də kosmosa uçuşdan iki gün əvvəl, 10 aprel 1961-ci ildə Yuri Qaqarin ömür-gün yoldaşına həyatının sanki son məktubunu yazır. Əslində o dövrdə kosmosa uçuşu açıq ölüm adlandırırdılar. Bəlkə də bu səbəbdən Qaqarinin naməsinə də “ölüm məktubu” deyirdilər. Amma həmin tarixi məktub ünvanına çatmaq üçün 7 il gözləməli oldu.

Yuxarıda da qeyd etdiyim kimi, uçuş haqda sənədlərin saxtalaşdırılması və ya müəyyən dəyişikliklərin edilməsi Qaqarinin arzularını, istəklərini bu dünyada qoydu...

Nərgiz Nənə

BUNU DA OXU

Ötən il 4000-dən çox şagird sinifdə saxlanılıb
Cüdoçularımız növbəti lisenziya xalları üçün Abu-Dabiyə bu heyətlə gedir - Baş məşqçi nə düşünür? - ÖZƏL
AFFA-nın baş katibindən UEFA-ya təklif - Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunsun
"Maşın"da final həyacanı - VİDEO
Bahar Lətifqızı "Ölsəm, daha yaxşıdır" fikri ilə özünü zəhərlədi - VİDEO
Xəbər lenti

Elgiz Əliyev "Gündən-Günə"də - "Ürəyim, canım" - VİDEO
21:54 19.10.2019

“Roboday” festivalı keçirildi - “İnnovasiya həftəsi” davam edir
21:32 19.10.2019

Təhsil xərcləri 40 faizədək artırılır - Vəsait hansı sahələrə xərclənə bilər?
21:11 19.10.2019

Balıq ovuna nəzarət artırılır - Sintetik tordan istifadə edənlər həbs oluna bilər
20:52 19.10.2019

Muğamımız dünyanı fəth edir - "ATV Səhər"də - VİDEO
20:33 19.10.2019

Ələkbər Yasamal "Şou ATV"də - "Hərdənbir" - VİDEO
20:11 19.10.2019

“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinə yekun vurulub
19:52 19.10.2019

Kamilə Nəbiyeva: "Ona görə hər şeydən keçərəm" - "Şou ATV"də - VİDEO
19:35 19.10.2019

"Qarabağ Qaziləri"nə avtobus hədiyyə edildi - FOTOLAR
19:16 19.10.2019

“İdeyadan biznesə” layihəsinin final mərhələsi - 2019-cu il üzrə qaliblər məlum oldu - FOTOLAR
18:55 19.10.2019

Sabah bəzi bölgələrə leysan yağacaq
18:36 19.10.2019

BŞBPİ mitinqlə bağlı məlumat yaydı - Aksiyada 60 nəfər saxlanılıb
18:17 19.10.2019

Londonda on minlərlə insan nümayiş keçirir
17:57 19.10.2019

Kataloniyada qarşıdurmalar davam edir - 180 nəfər həbs edilib, 152 nəfər xəsarət alıb
17:38 19.10.2019

Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır
17:21 19.10.2019

Bakı ətrafında 2200 km yolun təmirə ehtiyacı var - Dövlət başçısının tapşırığına əsasən işlərə start verilir
17:02 19.10.2019

Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
16:45 19.10.2019

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
16:24 19.10.2019

İranla sərhəddə əməliyyat keçirilib
16:05 19.10.2019

Aqşin Fateh və Ələkbər Yasamal və Samirə "Şou ATV"-də - " Ana, qurbanın olum " - VİDEO
15:47 19.10.2019

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb - FOTOLAR
15:30 19.10.2019

Azərbaycanlı sənətkar tərəfindən Türkiyə prezidentinə unukal hədiyyə - təqdim olundu - ÖZƏL - FOTOLAR
15:12 19.10.2019

28 illik həsrət bitdi! - Onlar bir birinə qovuşdular - "Bizimləsən"də - VİDEO
14:54 19.10.2019

Motosiklet minik maşını ilə toqquşdu - Oğuzda
14:35 19.10.2019

Bakıda fortepiano müəllimləri üçün ustad dərslər keçirilib
14:18 19.10.2019

"Maşın Şou"-nun iştirakçıları "Zaurla Günaydın"-da - FOTOLAR
14:00 19.10.2019

Ət qutabının hazırlanma qaydası - VİDEO
13:39 19.10.2019

On dördüncü Bakı Caz Festivalının ilk konserti İçərişəhərdə təşkil edilib - FOTOLAR
13:21 19.10.2019

Trampla Ərdoğan arasında yeni telefon danışığı olub
13:03 19.10.2019

Aytən Məhərrəmli "Bağ Mövsümü"ndə - "Söylə,söylə sənə belə noldu yar? " - VİDEO
12:47 19.10.2019

Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
12:30 19.10.2019

Tbilisidə on altı mərtəbəli yaşayış binasında partlayış baş verib - Xəsarət alanlar var
12:18 19.10.2019

Vilnüsdə Azərbaycan musiqisi dinlənib - FOTOLAR
12:01 19.10.2019

Evdən gedən Lalənin videogörüntüləri hər kəsi təəccübləndirdi - "Bizimləsən"də - VİDEO
11:41 19.10.2019

Tanzaniyada məktəbliləri ildırım vurdu - 39 nəfər xəsarət alıb
11:23 19.10.2019

Çindən Çexiyaya yollanan ilk yük qatarı Azərbaycandan keçəcək
11:05 19.10.2019

Bu gün Böyük Britaniya parlamentində Brexit müqaviləsi səsverməyə çıxarılacaq
10:47 19.10.2019

Dövlət müstəqilliyinin bərpası - VİDEO
10:30 19.10.2019

NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
10:11 19.10.2019

"Maşın"ın qalibi ilk dəfə digər ölkənin vətəndaşı oldu - VİDEO
09:55 19.10.2019

İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
22:23 18.10.2019

Türkiyə Prezidenti Suriyada döyüşlərin davam etməsi barədə xəbərləri dezinformasiya adlandırıb
22:02 18.10.2019

Latviyanın turizm portalında Azərbaycanın müstəqillik tarixinə dair məqalə dərc olunub
21:42 18.10.2019

Əl işlərinin sərgi-satış yarmarkası keçirilib - İşlər özünüməşğulluq proqramı çərçivəsində hazırlanıb - FOTOLAR
21:24 18.10.2019

Gənc memarların yaradıcılıq sərgisi açılıb - Sərgi Müstəqillik Gününə həsr olunub - FOTOLAR
21:03 18.10.2019

Gülyanaq Məmmədova "Bağ Mövsümü"ndə - "Özü mənəm" - VİDEO
20:45 18.10.2019

“Qarabağ”- APOEL matçında 30 min bayraq - Bir günə yeddi min bilet satılıb
20:28 18.10.2019

“Vətənin müdafiəsinə hazıram” - Müstəqillik gününə həsr olunmuş tədbir keçirilib
20:09 18.10.2019

“Qanunsuz aksiyaya imkan verilməyəcək” - Bakı Şəhər Baş Polis İdarəsindən xəbərdarlıq
20:02 18.10.2019

Azərbaycanın Müstəqillik Günü Tbilisidə qeyd olunub
19:48 18.10.2019

Azərbaycan Bəstəkarlar İttifaqı “Yuxarı Gövhər Ağa” məscidi ilə bağlı bəyanat yayıb
19:13 18.10.2019

Bir hərbçi şəhid oldu, 2-si yaralandı - PKK hərbçilərin avtomobilini atəşə tutub
18:53 18.10.2019

Şənbə günü hava necə olacaq?
18:35 18.10.2019

Bir qrup mədəniyyət xadimi mükafatlandırıldı - Onlara orden və medallar təqdim olundu
18:16 18.10.2019

Kataloniyada iğtişaşlar davam edir - 52 nəfər xəsarət alıb
18:00 18.10.2019

Azərbaycan energetiklərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17:39 18.10.2019

Mərkəz ekspertlərin hazırlanması üçün təlimlər keçirəcək
17:20 18.10.2019

Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulacaq
17:03 18.10.2019

“Türk axını” kəmərinin birinci xəttinə qaz vurulmasına başlanılıb
16:41 18.10.2019

Müstəqillik günü qeyd edildi - 28 illik tarixə nəzər salındı
16:23 18.10.2019

Həmsədrlərlə görüşdə nələr qabardılıb? - İcma sədrindən açıqlama
16:06 18.10.2019

Cavuşoğlu görüşün təfərrüatlarını açıqladı - 120 saat vaxt verilib
15:46 18.10.2019

Daşkənd Dövlət Konservatoriyasının əməkdaşları Bakı Musiqi Akademiyasında olublar - FOTOLAR
15:28 18.10.2019

Nanə Ağamalıyeva "Şou ATV "-də - "Həsrətin deyil ki " - VİDEO
15:10 18.10.2019

“Qarabağ Azərbaycandır!” şüarına dəstək - “Emedia Group"un təşkilatçılığı ilə tədbir keçirildi
14:52 18.10.2019

Şagirdlər Milli Parkda ağac əkdilər - “Yaşıl dalğa” aksiyası keçirilib
14:34 18.10.2019

Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
14:15 18.10.2019

Türkiyə ilə ABŞ razılığa gələ bilib
13:57 18.10.2019

Bu gün hansı bürc sahibləri üçün uğurlu gün olacaq? - Ulduz falından öyrənin - VİDEO
13:40 18.10.2019

Təmir işləri aparıldığına görə - Lənkəranda və Bakının iki rayonunda qaz olmayacaq
13:21 18.10.2019

Yaponiyada ölənlərin sayı 77 nəfərə çatıb
13:03 18.10.2019

Radikal müxalifət niyə şəhərin mərkəzini seçir? - VİDEO
12:44 18.10.2019

Trampın Ərdoğana ünvanladığı məktuba Peskov da münasibət bildirib
12:28 18.10.2019

Güvənli sosial siyasət - VİDEO
12:10 18.10.2019

Prezident İlham Əliyev iqtisadi müşavirədə əldə edilən nailiyyətlərə toxundu - VİDEO
11:54 18.10.2019

“Sonuncu pərdə”nin pərdəarxası məqamları - Və ya Emil Quliyevin yeni filmi haqqında bir-neçə söz - FOTOLAR
11:35 18.10.2019

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
11:20 18.10.2019

Tarixdə bu gün - 18 Oktyabr - Qafur Məmmədov, Vaqif İbrahimoğlu və Jan-Klod Van Damm...
11:02 18.10.2019

Hazırlıq qruplarında təhsil ödənişli olacaq
10:45 18.10.2019

300-ə yaxın məktəbə yeni direktor təyin edilib - 6 şöbə müdiri, 8 direktor işdən çıxarılıb
10:29 18.10.2019

Bütün xəbərlər