Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
   524 dəfə oxunub

Xarici İşlər Nazirliyi 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

ATV.az-ın məlumatlna görə, bəyanatda bildirilir ki, 31 mart tarixi, 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.

"1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən Azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilib və on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin edilən, etnik erməni olan Stepan Şaumyan etiraf edirdi ki, Azərbaycanlılara qarşı olan qırğınlarda Bakı Sovetinin 6000 və Daşnaksutyun partiyasının 4000 silahlı əsgəri iştirak edib", - deyə bəyanatda deyilir.

Bəyanatda vurğulanır ki, Azərbaycanlılara qarşı törədilən soyqırım Bakı ilə yanaşı, Şamaxı, Quba, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və Qars bölgələrini də əhatə edib: "1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16.000-dən artıq insan öldürüldü. Ermənilər həmçinin, Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.

Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün 1918-ci ildə Fövqəladə İstintaq Komissiyası yaratmış, Komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Müxtəlif millətlərin, o cümlədən ruslar, yəhudilər, polyaklar, gürcülər və hətta ermənilər olmaqla, həmin dövrün ən yaxşı hüquqşünaslarının təmsil olunduğu Fövqəladə İstintaq Komissiyası sübutlar əsasında dinc əhaliyə qarşı müxtəlif cinayətlərə görə təqsirləndirilən 194 nəfər barəsində cinayət işi açdı və törətdikləri cinayətlərə görə Bakıda 24 və Şamaxıda təxminən 100 nəfər həbs olundu.

Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırıldı, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alındı. Yalnız 80 il sonra - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verildi və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi".

XİN bəyan edib ki, Azərbaycanlıların Soyqırımı Gününün yad edilməsi keçmişdə və hal-hazırda azərbaycanlıların qırğın və etnik təmizləmələrə məruz qalması barədə dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynayır.

"1980-ci illərin sonlarından etibarən Ermənistan Azərbaycana qarşı müharibəyə başlayaraq və ölkəmizin ərazilərini işğal edərək, Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində milyonlarla azərbaycanlının etnik təmizləməsini həyata keçirərək, çoxsaylı hərbi cinayətlər, insanlığa qarşı cinayət, eləcə də 1992-ci ilin fevralında Xocalı Soyqırımı da daxil olmaqla, soyqırım aktları törədərək mart qırğınını xatırladan siyasəti davam etdirir.

Mart qırğınının günahsız qurbanlarının xatirəsini anıraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü və davam edən siyasətini kəskin şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini bir daha vurğulayırıq", - deyə sənəddə qeyd olunur.

ATV.az

 

BUNU DA OXU

Əsgərimiz həlak oldu - Hərbçimizin nəşinin götürülməsi üçün QXK-ya müraciət edildi
“ATV Qalereya”da yeni mövsümün ilk sərgisi - Qonaqlar sərgi haqqında öz təəssüratlarını bölüşdü - FOTOLAR
13 самых нелепых смертей
«ПСЖ» дал согласие на продажу Мбаппе в "Реал"
Məhəmmədrza Purməhəmmədi: Şərqi Azərbaycan vilayətinin orta ümumtəhsil məktəblərində Azərbaycan dilinin tədrisinə başlanacaq
Xəbər lenti

İran "Stena Impero" tankerini tezliklə buraxacaq
15:33 23.09.2019

Türkiyə İraqın şimalını bombalayıb
15:16 23.09.2019

Los-Ancelesdə Paşinyana etiraz - Təyyarələr havaya “Qarabağ Azərbaycanındır” şüarı qaldırdı
15:00 23.09.2019

Pakistanda dəhşətli yol qəzası - 26 nəfər həyatını itirdi
14:42 23.09.2019

Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
14:25 23.09.2019

Ciyər peraşkisinin hazırlanması - VİDEO
14:06 23.09.2019

Sentyabrın 23-də Beynəlxalq Jest Dilləri Günü qeyd edilir
13:48 23.09.2019

Top mərmisi aşkarlanıb - Mingəçevirdə
12:30 23.09.2019

Əsgərimiz həlak oldu - Hərbçimizin nəşinin götürülməsi üçün QXK-ya müraciət edildi
12:20 23.09.2019

Teymur Əmrah "Bağ Mövsümü"-də - "Pəncərəmə qondu çiçək" - VİDEO
12:12 23.09.2019

Tarixdə bu gün - 23 Sentyabr - Sevil Qazıyeva, Sabit Rəhman, Xulio İqlesias və Neptunun kəşfi ...
11:54 23.09.2019

Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək
11:35 23.09.2019

Güləşçilərimiz iki "gümüş" , lakin bir lisenziya qazandı
11:17 23.09.2019

Tərtər və Lökbatan sakinlərinin nəzərinə! - Bu gün qaz olmayacaq
11:00 23.09.2019

Cüdoçularımız "Daşkənd Qran- Pri"sini iki medalla başa vurdu
10:40 23.09.2019

Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib - Nyu Yorkda
10:19 23.09.2019

Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş fotosərgi açılıb - FOTOLAR
10:01 23.09.2019

Milli Dram Teatrı “Ölülər”i növbəti dəfə təqdim edəcək
09:50 23.09.2019

İçərişəhərdə növbəti tədbir “Şirvanşahlar Sarayı Kompleksi” turistlərə necə təqdim olunmalıdır?” mövzusuna həsr olunub - FOTOLAR
09:35 23.09.2019

Azərbaycana payız gəldi
09:19 23.09.2019

Xalq bu siyasətə alternativ görmür - Azərbaycan xalqı prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir - VİDEO
23:55 21.09.2019

Xəttə yeni avtobuslar buraxılıb - Avtobuslar “Avro 5” standartlarına cavab verir
23:42 21.09.2019

Kazım Can "Mənimlə" - "Tap Qazan"da - VİDEO
23:27 21.09.2019

Məcburi köçkünlərə dəstək tədbirləri - 200 nəfər müayinə olunub, məktəbə hədiyyələr verilib
23:06 21.09.2019

İsmayıllıda YAP ilk təşkilat sədrlərinin bölgə müşavirəsi və gənclərlə görüş olub - FOTOLAR
22:47 21.09.2019

Hərbçimiz həlak oldu - Hadisə ilə bağlı istintaq başlayıb
22:26 21.09.2019

Fındıq oğruları ələ keçdi - Zaqatalada əməliyyat keçirilib
22:07 21.09.2019

"Əsrin müqaviləsi" - Tarixi hadisə - VİDEO
21:55 21.09.2019

Ermənilər ekskovatoru atəşə tutdu - Düşmən sərhəddə təxribat törədib
21:48 21.09.2019

ABŞ Yaxın Şərqə əlavə qoşun və hava hücumundan müdafiə vasitələri yerləşdirir - Tramp qərar verdi
21:29 21.09.2019

Əfsanəvi filmlərdən əfsanəvi səhnələr. - "Nəsimi". Dərvişlə Nəsiminin dialoqu - VİDEO
21:11 21.09.2019

ETSN-dən ayı hücumu ilə bağlı açıqlama - Meşə ərazisinə yaxın ev tikilməməlidir
20:52 21.09.2019

Minik və yük maşını toqquşdu - Üç nəfər xəsarət alıb
20:33 21.09.2019

Xəmir yoğurmadan pizza hazırlayın - VİDEO
20:14 21.09.2019

Soydaşlarımız gürcü dilini bilmir - Azərbaycanlı deputat məsələ qaldırdı
20:00 21.09.2019

Təlimlərin nəticəsi müzakirə olunub - Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
19:48 21.09.2019

Xalq artisti Elçin Əzizov Böyük Teatrda “Traviata” operasında çıxış edəcək
19:30 21.09.2019

Astarada əməliyyat - İrandan ölkəyə narkotik keçirən şəxs saxlanıldı
19:13 21.09.2019

Nəsimiyə həsr olunmuş sərgi açılacaq - Xalça eskizi müsabiqəsi yekunlaşıb
18:53 21.09.2019

“Tarixi bilgilərin mədəniyyətin inkişafında rolu” mövzusunda növbəti seminar təşkil edilib - FOTOLAR
18:32 21.09.2019

Ev şəraitində asan üsul ilə bəzəkli məktəb tortunu hazırlayın - VİDEO
18:10 21.09.2019

Zöhrə Abdullayeva oğlunun vəfatından 14 ay sonra ilk dəfə efirə çıxdı - "Bizimləsən"də - VİDEO
17:47 21.09.2019

Şamaxıda Ticarət Mərkəzi yanaraq külə döndü - İki rayondan yanğınsöndürənlər cəlb edilib
17:29 21.09.2019

Bakı metrosunda qatar tüstüləndi - "Nəriman Nərimanov" stansiyasında həyəcanlı anlar yaşanıb
16:52 21.09.2019

Müəllimlərin işə qəbulu - Müqavilə ilə işləyənlər üçün ikinci tur başlayır
16:31 21.09.2019

Yuta ştatında avtobus qəzaya uğrayıb: ölənlər və yaralananlar var
16:12 21.09.2019

X.A.Xələfovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15:52 21.09.2019

Azərbaycanın dəstəyi ilə Dərbənddə xalçaçılıq muzeyi yaradılacaq
15:39 21.09.2019

Ekologiya Nazirliyinin nümayəndəsi sabahkı küləklə bağlı xəbərdarlıq etdi
15:26 21.09.2019

İncəsənət ustaları Neft Daşlarında konsert proqramı ilə çıxış ediblər - FOTOLAR
15:05 21.09.2019

«Краснодар» расторг контракт с Мамаевым
14:45 21.09.2019

M.Ş.Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14:26 21.09.2019

Şərif Şərifov Olimpiadaya lisenziya qazandı
14:14 21.09.2019

"Bir qadın" serialının yaradıcı heyəti - "Gündən günə" verilişində - ÖZƏL - FOTOLAR
13:52 21.09.2019

Sentyabrın 21-i Beynəlxalq Altsheymer Xəstəliyi ilə bağlı Məlumatlandırma Günüdür
13:32 21.09.2019

Cüdomuzun növbəti uğuru - Leyladan gümüş medal gəldi
13:10 21.09.2019

Yaşlı qadın pulunu oğurlamaq istəyən gənc qızı belə döydü - VİDEO
12:42 21.09.2019

ABŞ dövlət katibinin müavini Andrea L.Tompson postunu tərk edir
12:23 21.09.2019

Nazir Gəncə şəhərində mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub - FOTOLAR
12:05 21.09.2019

Günay Baxşəliyevanın yeni sezonda ilk efiri - ÖZƏL - FOTOLAR
11:48 21.09.2019

Azərbaycanda traktor zavodu tikiləcək - Çin şirkəti ilə sənəd imzalandı
11:30 21.09.2019

Dünya çempionatında ilk uğurumuz - Zöhrə Ağamirova olimpiya lisenziyası qazandı - FOTOLAR
11:11 21.09.2019

"Zaurla Günaydın" yeni sezona start verdi - ÖZƏL - FOTOLAR
10:50 21.09.2019

Şəhid polisin ailəsi prezidentə müraciət etdi - VİDEO
10:29 21.09.2019

Yada düşər xatirələr. 1981-ci il - Flora Kərimova - "Keçə bilmirəm" - VİDEO
10:10 21.09.2019

“Şirinlər” növbəti dəfə Gənc Tamaşaçılar Teatrının səhnəsinə çıxacaq
09:53 21.09.2019

“Əsrin müqaviləsi” Heydər Əliyevin şah əsəridir” - Xoşbəxt Yuzifzadədən maraqlı xatırlamalar - VİDEO
09:35 21.09.2019

“Bədii layihə rəhbərliyi” – “YARAT”da növbəti mühazirə belə adlanır
23:51 20.09.2019

Əsrə bərabər 25 il - Yaxud “Əsrin müqaviləsi” nələri dəyişdi? - VİDEO
23:33 20.09.2019

“ABŞ kosmosa silah yerləşdirir” - Lavrovdan sensasiyalı açıqlama
23:10 20.09.2019

Türkiyədə baş vermiş meşə yanğınlarında PKK terror təşkilatının iştirakı var
22:47 20.09.2019

Azərbaycanın Bolqarıstandakı səfirliyi Sofiyada “Diplomatiya üçün incəsənət” layihəsində iştirak edib - FOTOLAR
22:26 20.09.2019

BDU beynəlxalq əlaqələrini genişləndirir - Beynəlxalq fizika mərkəzi ilə memorandum imzalandı
22:07 20.09.2019

Hüquqi şəxslərin qeydiyyatı asanlaşır - Elektron müraciət sistemi təqdim edilib
21:49 20.09.2019

Azərbaycan Milli Xalça Muzeyində İmadəddin Nəsimiyə həsr olunan sərgi açılacaq
21:30 20.09.2019

Cəbhə xəttində sakinlərə çıxarış verildi - Səyyar ofis 100-ə yaxın sakinə xidmət göstərdi
21:11 20.09.2019

Bu dəfə muğam və təsniflər “Rast dünyası”nda səslənib
20:53 20.09.2019

Lionda naməlum şəxs küçədən keçənlərə atəş açıb
20:34 20.09.2019

Tibb biznesi sektorunda mövcud vəziyyət - Bu sahədə çalışan sahibkarlar müzakirə apardı
20:16 20.09.2019

Ermənistan İsraildə səfirlik açır
19:58 20.09.2019

Bütün xəbərlər