Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi

Hikmət Hacıyev: Vyana görüşü Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində danışıqlara yeni impuls verdi
   344 dəfə oxunub

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev martın 29-da Vyanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü ilə bağlı AZƏRTAC-a məxsusi açıqlama verib.

ATV.az müsahibəni təqdim edir:

Hikmət Hacıyev bildirib ki, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş normal və konstruktiv şəraitdə keçdi. Uzun fasilədən sonra Azərbaycan Prezidenti ilə Ermənistan rəhbərliyi arasında ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə görüş təşkil olundu. Bu, bir daha təsdiq edir ki, danışıqların formatı dəyişməz olaraq qalır və danışıqlar prosesi Azərbaycan ilə Ermənistan arasında aparılır. Xatırladaq ki, hələ martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək danışıqlar prosesinin formatının dəyişməzliyi məqamını xüsusi vurğulamışdılar. Bildiyimiz kimi, Ermənistan tərəfindən danışıqlar prosesinin formatının dəyişdirilməsi ilə bağlı iddialar var idi. Azərbaycan da bu məsələyə qəti şəkildə etirazını bildirdi. Vyana görüşü bir daha göstərdi ki, danışıqlar münaqişə tərəfləri olan Ermənistan və Azərbaycan arasında aparılmaqdadır.

Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında iki saatdan artıq təkbətək danışıqlar aparıldı. Sonra isə danışıqlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin və hər iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə davam etdirildi. Ümumilikdə danışıqlar üç saatdan çox müddətdə aparıldı. Bu görüş münaqişənin həlli ilə bağlı danışıqlara yeni impuls verdi. Nəticə etibarilə, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən, yəni, “3+2” formatında birgə bəyanat qəbul olundu. Bu bəyanatda da danışıqlar prosesinin əsas məsələləri, substantiv məqamlar barədə geniş fikir mübadiləsinin aparıldığı qeyd olunur, həmçinin sülh prosesinin irəli aparılması üçün münbit şəraitin yaradılmasının vacibliyi vurğulanır. Eyni zamanda, danışıqlar prosesində konkret və nəticəyönümlü addımların atılmasının vacibliyi kimi məqamlar qeyd edilir. Bəyanatda da qeyd olunduğu kimi, Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında aparılmış müzakirələr nəticəsində qərara alınıb ki, bundan sonra xarici işlər nazirləri səviyyəsində görüş keçirilsin və danışıqlar prosesinin irəliyə aparılması məsələləri müzakirə olunsun. Burada, həmçinin atəşkəslə bağlı məsələlər də qeyd olunur. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, atəşkəsin gücləndirilməsi məsələsi substantiv danışıqların aparılması prosesi ilə paralel istiqamətlərdir və bir-birini tamamlamalıdır.

Prezident İlham Əliyevin Avstriyaya işgüzar səfəri çərçivəsində keçirdiyi görüşlərə, ölkələrimiz arasındakı əlaqələrə toxunan şöbə müdiri deyib: “Dövlətimizin başçısı səfər çərçivəsində Avstriyanın Federal Kansleri, Federal Prezidenti, vitse-kansleri ilə görüşlər keçirdi. Bu görüşlərdə Azərbaycan ilə Avstriya arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələrdən məmnunluq ifadə olundu, ölkələrimizin iqtisadi-ticarət, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığı ilə bağlı məsələlər müzakirə edildi. Görüşlərdə biznes dairələri arasında işgüzar əlaqələrin yaradılması və inkişaf etdirilməsi mühüm məqam kimi qeyd olundu. Hər iki tərəfin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası da yaradılıb ki, bu da əlaqələrimizin daha da inkişaf etdirilməsi baxımından mühüm bir formatdır. Qeyd edək ki, martın 29-da Vyanada bu formatda da görüş keçirildi. Burada da aidiyyəti qurumların rəhbərləri müxtəlif sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi apardılar”.

Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycanın regionda yaratdığı nəqliyyat imkanları Avstriya tərəfindən də maraqla qarşılanır. Bu nəqliyyat imkanlarından da istifadə etməklə Avstriya şirkətləri yeni bazarlara çıxış əldə edə bilərlər.

ATV.az

 

BUNU DA OXU

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
Xəbər lenti

Kim Çen Indan “Ağ ev”ə məktub - Şimali Koreya lideri Trampı ölkəsinə dəvət edir
23:48 16.09.2019

“The Cars” qrupun lideri Rik Okasek dünyasını dəyişib
23:29 16.09.2019

İranlı generaldan Vaşinqtona xəbərdarlıq - “ABŞ-ın hərbi bazaları atəşə tutulacaq”
23:10 16.09.2019

Brüsseldə İsfar Sarabski və Rain Sultanovun konserti olub - FOTOLAR
22:50 16.09.2019

İrəvan Teatrı yeni mövsümü “Soyqırımı tarixinin dastanı” ilə açıb - FOTOLAR
22:29 16.09.2019

Yanvar-iyul aylarında Azərbaycanda 79 mindən artıq körpə doğulub
22:10 16.09.2019

İran qaçaqmalçılıq yolu ilə neft daşıyan tankeri saxlayıb
21:49 16.09.2019

Musiqili Teatrın rəhbəri daha bir beynəlxalq tədbirə dəvət alıb
21:28 16.09.2019

Tələbələrə vəsiqələr təqdim olundu - Bakı Ali Neft Məktəbində prezident təqaüdçülərinin sayı 150-yə çatıb
21:11 16.09.2019

Sabah 31 dərəcə isti olacaq
20:52 16.09.2019

Özbəkistan Türk Şurasına üzv oldu - Türk Şurasının 7-ci zirvə toplantısı Bakıda baş tutacaq
20:33 16.09.2019

Bakı Kitab Mərkəzi bir yaşını qeyd edib - FOTOLAR
20:10 16.09.2019

12 ölkədən olan alimlər Şamaxıda - Beynəlxalq konfrans keçirilir
19:48 16.09.2019

Müalicə olunan uşaqlar üçün “Bilik günü” - Uşaqlar sosial həyata adaptasiya olunur
19:34 16.09.2019

Çoxmənzilli binaların dam örtüyü yenilənir - Xəzər rayonunda quruculuq işlərinə start verilib
19:15 16.09.2019

Abbas Müsəvi: İran və ABŞ prezidentlərinin görüşü nəzərdə tutulmayıb
18:56 16.09.2019

Qobustan qoruğunda “Açıq qapı” günü təşkil olunacaq
18:37 16.09.2019

Dünya çempionatında Azərbaycan gimnastlarının NƏTİCƏLƏRİ
18:20 16.09.2019

Azərbaycanlı model Moskvada 40 kiloqramlıq geyimdə - FOTOLAR
18:05 16.09.2019

Azərbaycanın “Avroviziya-2020” mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
17:47 16.09.2019

Emin Ağalarovun Almaniya qastrolları başa çatıb
17:28 16.09.2019

Marneulidə yeni məktəb istifadəyə verildi - Qardabanidə isə ilk dəfə uşaq bağçası tikilib
17:11 16.09.2019

Təhsilin maddi-texniki bazası gücləndirilir - Qubada yeni məktəb binası istifadəyə verilib - FOTOLAR
16:56 16.09.2019

ATV-də "Bizimləsən"-ə start verildi - ÖZƏL - FOTOLAR
16:36 16.09.2019

İran və Türkiyə liderlərinin görüşü iki saatdan artıq davam edib
16:18 16.09.2019

Dövlət Turizm Agentliyinin sədri beynəlxalq tədbirdə Azərbaycanın turizm potensialından danışıb - FOTOLAR
15:57 16.09.2019

Bakının azad edilməsinin 101-ci ildönümü münasibəti ilə yürüş keçirilib - FOTOLAR
15:38 16.09.2019

Rusiyanın qırıcı təyyarəsi Türkiyə səmasında uçub
15:19 16.09.2019

Bədii gimnastika üzrə 37-ci dünya çempionatına start verildi
15:09 16.09.2019

Kukla Teatrı yeni mövsümü açıq elan edib
15:00 16.09.2019

Dürüstlük, humanizm, yardımsevərlik aşılayan tamaşa - “Piter Pen: Yoxlandiyaya səyahət”
14:39 16.09.2019

İncəsənət Gimnaziyasında "Bilik Günü" belə qeyd olundu - FOTOLAR
14:20 16.09.2019

Dünya birjalarında neft bahalaşıb - 19 faizə qədər artım qeydə alınıb
14:05 16.09.2019

Bakıda üçüncü dəfə “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı təşkil ediləcək
13:45 16.09.2019

Kukla Teatrı rusdilli tamaşaçılarını unutmayıb
13:24 16.09.2019

Bu gün Ankarada Rusiya, İran və Türkiyə liderlərinin Sammiti keçiriləcək
13:24 16.09.2019

“ATV Səhər” Cocuq Mərcanlıda - İki saat canlı yayımda tamaşaçılarla - FOTOLAR
13:03 16.09.2019

Hindistanda səyahət gəmisi batıb - 11 nəfər həyatını itirib
12:44 16.09.2019

Bakıda dünya çempionatı başlayır - Yarış Tokio olimpiadasına lisenziya verir
12:25 16.09.2019

İranda qadınlar da stadionlara buraxılacaq - Hökumət problemin həllini tapdi
12:04 16.09.2019

İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
11:43 16.09.2019

Ordumuzun genişmiqyaslı təlimləri başladı - Təlimlərə 10 min hərbçi və müxtəlif silahlar cəlb edilib
11:24 16.09.2019

“Qızıl balıq” - mövsümün ilk tamaşası...
11:04 16.09.2019

Qobustanda dəhşətli yol qəzası - Minik maşını körpüdən aşdı
10:44 16.09.2019

Türkiyə-Suriya sərhədində güclü partlayış olub - 12 nəfər həyatını itirib
10:25 16.09.2019

Bu gün ilk dərs günüdür - 164 min 234 şagird 1-ci sinfə qədəm qoydu
10:16 16.09.2019

Cənubi Koreyada təcili yardım dronları istifadəyə veriləcək
10:09 16.09.2019

Самого опытного российского космонавта исключили из отряда
09:54 16.09.2019

Yada düşər xatirələr - Mirzə Babayev - "Pəncərəmə qondu çiçək" - VİDEO
09:35 16.09.2019

Növbəti metrostansiya gələn il təhvil veriləcək - Stansiya sayının 76-ya çatdırılması planlaşdırılır - VİDEO
22:53 14.09.2019

Yeni təhsil ocağı istifadəyə verildi - Nazir açılış mərasimində iştirak edib
22:33 14.09.2019

Yada düşər xatirələr. 1969-cu il - Elmira Rəhimova və Yaşar Səfərov - "Səadət" - VİDEO
22:11 14.09.2019

Niderland hökuməti ölkədəki müsəlman məktəblərində yoxlamalar aparır
21:52 14.09.2019

Ağstafada iki nəfəri cərəyan vurdu - Biri həyatını itirib, biri xəsarət alıb
21:30 14.09.2019

Məzar daşları eyni olacaq - Qəbiristanlıqlarla bağlı yeni tələblər açıqlandı
21:09 14.09.2019

“Multikulturalizmə giriş” dərsliyi təqdim edildi - Yeni dərslik ali məktəblərdə əsas fənn kimi tədris olunacaq
20:46 14.09.2019

Şirvanda faciəli hadisə - 71 yaşlı kişi kanalizasiya quyusuna düşdü
20:25 14.09.2019

Agentlikdən daşıyıcılara xəbərdarlıq - Avtobus sayı sərnişin axınına uyğun tənzimlənməlidir
20:04 14.09.2019

Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb
19:42 14.09.2019

Yük avtomobillərinə məhdudiyyət qoyulacaq - Sürücülərə xəbərdarlıq edildi
19:25 14.09.2019

Qorbaçovun “sarayı” satışa çıxarılıb
19:09 14.09.2019

Dəniz kənarı tullantılardan təmizləndi - İDEA növbəti təmizlik aksiyası keçirib
18:54 14.09.2019

Qazaxda torpaq uçqunu olub - Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
18:32 14.09.2019

İtaliyada Azərbaycan xalçalarının sərgisi keçirilir - FOTOLAR
18:15 14.09.2019

“Bürokratik maneələr götürülüb” - Xidmət rəisi viza tələbinin ləğvindən danışdı
18:00 14.09.2019

Azərbaycanda malyariyanın qarşısı alınıb - Dünya səhiyyə təşkilatı ölkəmizlə bağlı müsbət rəy verdi
17:41 14.09.2019

Səkkiz ayda 60 mindən çox şəxs işlə təmin edilib - İşlə təmin olunanların əksəriyyəti gənclərdir
17:22 14.09.2019

FHN-in qurumları arasında səmti müəyyən etmə idman növü üzrə çempionatı keçirildi
17:00 14.09.2019

Unudulmaz hitlər. 1992-ci il. - "Ace of Base" - "Happy Nation"
16:40 14.09.2019

Sabah 29 dərəcə isti olacaq
16:19 14.09.2019

Bu qeyri-adi bostan bitkisi Yeni Yasamalda satılır - Günün fotosu - ÖZƏL - FOTOLAR
16:03 14.09.2019

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırıldı - Prosesə oktyabrın 15-də yenidən start veriləcək
15:56 14.09.2019

Səudiyyə Ərəbistanında iki neft emalı zavodu yanıb
15:34 14.09.2019

Qışa tədarük - Pomidorların öz suyunda konservləşdirilməsi - VİDEO
15:13 14.09.2019

Yük və minik maşını toqquşdu - Sürücülər xəsarət aldı
14:58 14.09.2019

BMT Baş katibinin Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb
14:36 14.09.2019

Uşaqlar üçün müxtəlif fiqurlu peçenye resepti - VİDEO
14:14 14.09.2019

Çin ABŞ-ın bəzi məhsullarına tətbiq olunan əlavə tarifləri dayandırıb
13:53 14.09.2019

Strateji əməkdaşlığa daha bir töhvə - Azərbaycanla Gürcüstan arasında sənəd imzalandı
13:32 14.09.2019

Yüksək bal toplayan tələbələrlə görüş oldu - Binəqədidə yeni tədris ilinə həsr olunmuş konfrans keçirildi
13:13 14.09.2019

Bütün xəbərlər