Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

İƏT Gənclər Forumunun yeni sədri seçildi

İƏT Gənclər Forumunun yeni sədri seçildi
342 dəfə oxunub

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) hazırladığı və yayımladığı press relizdə bildirilir ki,

Bu gun İstanbulda "Çırağan" sarayında keçirilən rəsmi mərasimdə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) yeni rəhbərliyinə keçirilən seçkilərin nəticələri elan edilib.

Forumdan verilən məlumata görə, Forumun II Baş Assambleyasında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 45 üzv ölkəsini təmsil edən 60-dan artıq təşkilatın nümayəndə heyətlərinin iştirak etdiyi seçkilərin nəticələrinə görə Elşad İskəndərov yekdilliklə İƏT Gənclər Forumunun yeni sədri seçilib.

Bu gün isə İƏT-in baş katibi İyad Amin Mədəni, Türkiyənin gənclər və idman naziri Çağatay Kılıc, İƏT Parlament Assambleyasının baş katibi Erol Kılıc, BMT-nin Sivilizasiyalararası Alyansının baş müşaviri Jan Kristof Bas, İstanbul valisi Vasip Şahin, TURGEF fondunun prezidenti Bilal Erdoğan və bir sıra digər beynəlxalq təşkilatlar, həmçinin İƏT olkələrinin rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən İƏT Gənclər Forumu Bas Assambleyasının təntənəli bağlanış mərasimində E.İskəndərovun beynəlxalq təşkilatın yeni rəhbəri vəzifəsinə seçilməsi rəsmən elan edilib.

Seçkilərin nəticələrinə görə sədrin müavinləri vəzifələrinə Türkiyə, Əlcəzair, İordaniya və İran nümayəndələri seçiliblər. Eyni zamanda, İKGF-nin ümumi sayı 9 nəfərdən ibarət, hər biri bir ölkəni təmsil etməklə yeni İdarə Heyəti də seçilib.

Mərasimdə çıxış edən İslam Əməkdaşlıq Təşkilatının baş katibi İ.Mədəni E.İskəndərovun ötən müddətdə Forumun baş katibi kimi qurumun inkişafındakı rolunu yüksək qiymətləndirib, bundan sonrakı fəaliyyətində ona uğurlar arzulayıb. Eyni zamanda, o, Forum tərəfindən qəbul olunan "10 il - 10 hədəf" adlı İstanbul Gənclik Bəyannaməsinin İƏT Xarici İşlər Nazirlərinin növbəti Şurasında İƏT-in gənclər siyasəti sahəsində proqram sənədi kimi qəbul ediləcəyini bildirib.

Türkiyənin gənclər və idman naziri Ç.Kılıc isə öz çıxışında rəhbərlik etdiyi nazirliyin Forumun istər Türkiyə, istərsə də beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətinə dəstək göstərəcəyini bildirib.

Sonra Türkiyə Baş nazirinin baş müşaviri Ali Sarıkaya Baş nazir Əhməd Davudoğlunun İKGF Baş Assambleyasına ünvanladığı təbrik məktubunu oxuyub. Təbrik məktubunda Baş nazir Ə.Davudoğlu İƏT Gənclər Forumunun Baş Assambleyasını təbrik etdiyini, yeni sədr seçilmiş E.İskəndərovla bərabər yeni İdarə Heyətinə uğurlar dilədiyini bildirib: "Qurulmasına qardaş ölkə Azərbaycanla bərabər öncüllük etdiyimiz İƏT Gənclər Forumunun fəaliyyətlərini təqdir edir, Turkiyənin Forumun fəaliyyətinə verdiyi dəstəyin bundan sonra da davam edəcəyini ifadə edirik".

Baş nazirin məktubunda daha sonra İKGF-nin qəbul etdiyi "10 il - 10 hədəf" adlı İstanbul Bəyannaməsində İƏT-ə üzv ölkələrdə və İƏT-də ən yüksək səviyyədə keçirilməsi nəzərdə tutulan proqramlara da Türkiyənin hərtərəfli dəstək verəcəyi, İstanbulun 2015-2016-cı illərdə "İslam dünyası Gənclər Paytaxtı" elan olunmasını məmnuniyyətlə qarşıladıqları bildirilib.

Türkiyə Baş nazirinin baş müşaviri vəzifəsini tutan, İKGF-nin ilk sədri A.Sarıkaya səlahiyyət müddətinin sona yetməsi ilə bağlı çıxış edərək, bu müddət ərzində Foruma başçılıq etməsindən qürur duyduğunu bildirib. Daha sonra o, İKGF sədri səlahiyyətlərinin rəmzi olan İKGF plaketini qurumun yeni rəhbəri E.İskəndərova təhvil verib, onun bu vəzifədə İKGF-nin inkişafına böyük töhfə verəcəyinə inandığını bildirərək gələcək işlərinə uğurlar arzulayıb. Bundan başqa, A.Sarıkaya Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Forum təsis olunandan bəri göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Mərasimdə çıxış edən E.İskəndərov seçkilərdə ona etimad göstərmiş İƏT üzv ölkələrinin nümayəndə heyətlərinə, həmçinin Forumun üzvü olan beynəlxalq təşkilatlar və musəlman diasporlarını təmsil edən gənclər təşkilatları nümayəndələrinə öz təşəkkürünü bildirib. O, İKGF-nin uğurlu inkişafına xüsusui dəstək verən Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti R.T.Ərdoğana təşəkkürlərini bildirib, göstərilən etimadı yeni vəzifəsində də doğrulda bilməsi üçün bütün imkanlarını əsirgəməyəcəyini qeyd edib.

İKGF-nin yeni sədri, eyni zamanda, Forumun garşıdan gələn 5 ildə fəaliyyətləri sırasında dünyada islamofobiya ilə mübarizə, üzv olkələrdə gənclərin təhsil və intellektual inkişafı, ekstremist və təkfirçi ideologiyaların yayılmasına qarşı mübarizə kimi sahələrin prioritet olacağını vurğulayıb. Bununla əlaqədar Baş Assambleyada qəbul edilmiş "10 il - 10 hədəf" adlı İstanbul Bəyannaməsinin xüsusi onəmi olduğunu bildirib.

Daha sonra mərasimdə iştirak edən yusəksəviyyəli qonaqlar tərəfindən xüsusi panoda hazırlanmış bəyannamə imzalanıb.

Qeyd edək ki, İƏT-in 57 üzv ölkəsindən 45-də təmsil olunan İKGF 2004-cü ildə Bakıda keçirilən Təsis Assambleyasinda yaradılıb, 2005-ci ildə İslam Əməkdaşlıq Təşkilatına bağlı beynəlxalq təşkilat statusu alıb. 2009-cu ildən Baş Qərargahı Türkiyədə, 2010-cu idən isə Avrasiya Regional Mərkəzi Bakıda diplomatik təsisatlar olaraq qeydiyyatdan keçiblər. DƏ-İKGF növbəti Baş Assambleyasının 2014-cü ildə keçirilməsi haqqında qərar Forumun İdarə Heyəti tərəfindən bu ilin yanvar ayında qəbul edilib. /Trend/

BUNU DA OXU

“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
20 Yanvar faciəsinin ilk siqnalı - Dövlət Televiziyasının enerji bloku necə partladılıb? - VİDEO
“Vikipediya”da 84 məqalə yerləşdirilib - 20 Yanvar hadisələrinin beynəlxalq aləmdə təbliğinə ehtiyac var
Müstəqillik hərəkatını boğmağa cəhd - 20 Yanvar hadisələri ABŞ Konqresində anılıb
Agentlik sədrindən xəbərdarlıq - Qida təhlükəsizliyi ilə bağlı daha sərt tədbirlərə əl atılacaq - VİDEO
Xəbər lenti

Lənkəranda 20 Yanvar şəhidləri anılıb - Şəhidlərin xatirə kompleksi ziyarət olunub
18:22 20.01.2020

Ələt-Astara magistralında ağır qəza - Sürücü yanaraq həyatını itirib
17:49 20.01.2020

“Qırmızı kitab”a düşən maralları satmaq istəyən şəxs saxlanılıb
17:10 20.01.2020

Gəncədə 20 Yanvar şəhidləri anılıb - Şəhidlər abidəsi ziyarət olunub
16:46 20.01.2020

Sovet Ordusunun ən qəddar əməliyyatı - 20 Yanvar şəhidləri Sofiyada anılıb
16:15 20.01.2020

Qaz xətlərinə qanunsuz müdaxilə edənlər kimlərdir? - Yaxın günlərdə reydlərə başlanılacaq - VİDEO
15:50 20.01.2020

20 Yanvar faciəsinin ilk siqnalı - Dövlət Televiziyasının enerji bloku necə partladılıb? - VİDEO
15:26 20.01.2020

“Vikipediya”da 84 məqalə yerləşdirilib - 20 Yanvar hadisələrinin beynəlxalq aləmdə təbliğinə ehtiyac var
15:25 20.01.2020

Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb - Dövlət Sərhədində mövcud əməliyyat şəraiti müzakirə olunub - VİDEO
14:58 20.01.2020

Azərbaycanda “WhatsApp” çökdü - VİDEO
14:33 20.01.2020

"Qarabağ" klubunun keçmiş futbolçusundan 20 Yanvar paylaşımı - FOTOLAR
14:04 20.01.2020

20 Yanvar şəhidləri bölgələrdə anılır - Qazaxda mərasim təşkil edilib
13:37 20.01.2020

20 Yanvar şəhidləri Berlində anılıb
13:09 20.01.2020

Rəşad Ələkbərovun "Kölgə" kompozisiyası - ATV-də - VİDEO
13:00 20.01.2020

Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib - FOTOLAR
12:42 20.01.2020

Müstəqillik hərəkatını boğmağa cəhd - 20 Yanvar hadisələri ABŞ Konqresində anılıb
12:23 20.01.2020

İRAN KÜVEYTİN 3 GƏMİSİNİ SAXLAYIB
11:50 20.01.2020

Agentlik əməliyyat keçirib - Ağcabədidə tank əleyhinə mina tapılıb
11:28 20.01.2020

Yol polisindən sürücülərə xəbərdarlıq! - Bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
11:00 20.01.2020

BEYRUTDA TOQQUŞMALAR BAŞ VERİB - 70-DƏN ARTIQ İNSAN XƏSARƏT ALIB
10:40 20.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva: "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub"
10:17 20.01.2020

20 YANVARIN 30-CU İLİ - ŞƏHİD QANI İLƏ YAZILAN TARİX
09:50 20.01.2020

Şəhidlər Xiyabanına ziyarət başlayıb
09:30 20.01.2020

XİN: "20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır"
18:00 19.01.2020

Yol-nəqliyyat hadisəsi 48 yaşlı kişinin həyatına son qoydu
16:55 19.01.2020

Xatırlayın! Yaşadın! Unutmayın! - 20 Yanvar şəhidlərinin əşyaları sərgidə - VİDEO
15:42 19.01.2020

62 yaşlı qadını inək vurdu - Şamaxıda
14:50 19.01.2020

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edilib - VİDEO
14:06 19.01.2020

Məntiq üzrə test tapşırıqları olmayacaq - Müəllimlərin işə qəbul qaydaları dəyişdirildi - VİDEO
13:50 19.01.2020

Uşağı döyən müəllim işdən çıxarıldı - Bakı Şəhər İcra Hakimiyyətində Komissiya yaradılıb - VİDEO
12:46 19.01.2020

“Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” - Davos Forumunun saytında Prezident İlham Əliyevin məqaləsi yerləşdirilib - VİDEO
11:54 19.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Yeni Azərbaycan Partiyasında anım tədbiri keçirildi - VİDEO
10:48 19.01.2020

"20 Yanvar - Qürur mənbəyimizdir" fotosərgisi açıldı - ATV-də - Yenilənib - VİDEO - FOTOLAR
10:00 19.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Şəhidlər Xiyabanında hazırlıq işləri başa çatıb - VİDEO
21:00 18.01.2020

MSK növbəti seminarı keçirdi - Müraciətlərə baxılması prosesi ilə bağlı məlumat verildi
20:29 18.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Qanlı hadisələri əks etdirən foto və video nümayiş olundu - FOTOLAR
20:02 18.01.2020

“Xamenei öz sözlərində diqqətli olmalıdır” - Trampdan İranın Ali Dini Liderinə xəbərdarlıq
19:40 18.01.2020

Zelenski Baş nazirin istefasını qəbul etmədi - Gizli səs yazısı ilə bağlı cinayət işi açıldı
19:09 18.01.2020

Erməni deputatın avtomobili qarət edilib - Şəxsi sənədlərin olduğu çanta oğurlanıb
18:20 18.01.2020

Gürcüstanda silsilə tədbirlər davam edir - 20 Yanvar şəhidləri anılır
17:58 18.01.2020

Yol polisindən sürücülərə xəbərdarlıq - Bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
16:56 18.01.2020

Qəbələnin turizm imkanları genişlənir - 2020-ci il üçün xüsusi proqram hazırlanıb - VİDEO
16:17 18.01.2020

Bir ailənin beş üzvü göbələkdən zəhərləndi - Zəhərli göbələyi necə ayırd edək? - VİDEO
15:55 18.01.2020

Agentlik sədrindən xəbərdarlıq - Qida təhlükəsizliyi ilə bağlı daha sərt tədbirlərə əl atılacaq - VİDEO
15:28 18.01.2020

Çingiz Babayevin əsərləri Vyanada nümayiş olunur - Azərbaycan Mədəniyyət Mərkəzi sərgi təşkil edib - VİDEO - FOTOLAR
14:53 18.01.2020

20 Yanvar hadisələrinin 30-cu ildönümü - Bakı Ali Neft Məktəbində anım tədbiri keçirilib - VİDEO
14:24 18.01.2020

Putin özünə yeni köməkçi təyin edir
14:00 18.01.2020

20 Yanvar hadisələri fotolarda - Metronun “20 Yanvar” stansiyasında sərgi açılıb - VİDEO - FOTOLAR
13:33 18.01.2020

Gəncənin ilk şəhidləri - Şahidlər həmin günləri xatırlayır - VİDEO
12:59 18.01.2020

İŞİD-in yüksək rütbəli üzvü Mosulda ələ keçib - onu yalnız yük maşınına otuzdura biliblər - FOTOLAR
12:32 18.01.2020

Dənizçilərlə bağlı bədii film çəkilir - Film gələn il təqdim olunacaq - VİDEO
12:07 18.01.2020

Qanlı Yanvar fotomateriallarda - Fotolar ilk dəfə geniş ictimaiyyətə nümayiş etdirildi - VİDEO
11:38 18.01.2020

Şəhidlər Xiyabanında hazırlıq işləri - İşlər sabah yekunlaşacaq - VİDEO
11:11 18.01.2020

BMT Baş katibinə məktub göndərildi - Dilqəm və Şahbazın qanunsuz həbsi ilə bağlı - VİDEO
10:54 18.01.2020

Növbədənkənar parlament seçkiləri - 81 Beynəlxalq müşahidəçi qeydiyyatdan keçib - VİDEO
10:30 18.01.2020

Xoşbəxt Yusifzadənin adını daşıyan məktəb - Bu məktəbdə fərqlənən şagirdlərə mükafat veriləcək - VİDEO
10:06 18.01.2020

“20 Yanvar.Təcavüz 1990” - Elektron nəşrin yenilənmiş versiyası təqdim edilib
09:44 18.01.2020

Bakı Dövlət Universitetində 20 Yanvar şəhidləri anılıb
09:20 18.01.2020

Şəhidlərin xatirəsi yad edilib - AMEA-da 20 Yanvar hadisələrinin 30-cu ildönümü anılıb - VİDEO
22:00 17.01.2020

278 bağlı cinayət açılıb, 57 qrup ifşa olunub - Paytaxt polisi hesabat verib
21:40 17.01.2020

Çin əhalisinin sayı 1,4 milyardı keçib - Əhalinin 715,27 milyonu kişi, 684,78 milyonu qadındır
21:12 17.01.2020

2591 məhkumun cəza müddəti azaldılıb
20:47 17.01.2020

ADA Məktəbinin şagirdləri 20 Yanvar şəhidlərinin xatirəsini anıblar
20:24 17.01.2020

20 yanvar hadisələrinin 30-cu ildönümü - AMEA-da anım tədbiri təşkil edilib
19:58 17.01.2020

Cənnət Səlimova “Şərəf” ordeni ilə təltif edildi
19:30 17.01.2020

Təmizliyə hədsiz meyillilik - Həyat tərzidir, yoxsa xəstəlik? - VİDEO
19:09 17.01.2020

“Daha sərt mövqe nümayiş etdirməlidirlər” - Əli Əhmədovdan beynəlxalq təşkilatlara irad - VİDEO
18:44 17.01.2020

Yanvarın 20-də paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
18:15 17.01.2020

Saxta spirtli içki satan dəstə ələ keçdi - VİDEO
17:50 17.01.2020

Ermənistanda müəmmalı ölüm - Təhlükəsizlik Xidmətinin sabiq direktorunun meyiti tapılıb
17:40 17.01.2020

Bakıya yeni nəsil "London taksiləri" gətiriləcək - VİDEO
17:27 17.01.2020

XİN rəhbərləri razılaşdı - İran tərəfi meyitləri Ukraynaya verməyə hazırdır
17:00 17.01.2020

Ukraynanın Baş naziri istefa ərizəsi yazıb
16:34 17.01.2020

ABŞ-da 2020-ci ilin ilk edamı - Həyat yoldaşını qətlə yetirən şəxs inyeksiya yolu ilə öldürülüb
16:16 17.01.2020

Kürdəmirdə xırda buynuzlu heyvan oğurlayan şəxslər tutulub
15:55 17.01.2020

Sərnişindaşımada problemlər - VİDEO
15:24 17.01.2020

Sosial sahədə uğurlu addımlar - Proses bu il də davam edəcək - VİDEO
14:53 17.01.2020

Rəsmi Tehrandan təzminat tələb olunur
14:30 17.01.2020

Üç Türkiyə əsgəri şəhid olub - Bomba quraşdırılmış avtomobil partladılıb
14:04 17.01.2020

Avro-2020 könüllüləri - Onlar təlimə cəlb olunacaq - VİDEO
13:42 17.01.2020

Bütün xəbərlər