Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

XİN: "20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır"

XİN: "20 Yanvar hadisələrinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır"
767 dəfə oxunub

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

XİN-dən Atv.az-a verilən məlumata görə, bəyanatda deyilir: "1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirdi. Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu.

1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu.

Bu faciəvi hadisələrin öncəsində, Ermənistanın 1980-ci illərin sonunda Azərbaycana qarşı əsassız ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindəki şovinist təfəkkürlü ermənilərin aqressiv separatçılıq fəaliyyəti, SSRİ rəhbərliyinin bu qanunsuz fəaliyyətə göz yumması, yüz minlərlə azərbaycanlının zor gücü ilə və qəddarcasına Ermənistandan deportasiya edilməsi Azərbaycanda sovet hakimiyyətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Məhz ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusu beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in Konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətdi.

Faciəvi hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək, bu vəhşiliyi kəskin şəkildə pislədi, dinc xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya və insanlığa zidd aksiya adlandırdı, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və müzakirələrin yekunu olaraq 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi.

Tariximizin reallıqlarının düzgün təhlil edilməsi və qiymətləndirilməsi üçün 20 yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsi zəruridir. Bütün bu bəlaların əsasında 19-cu əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan və xüsusilə də Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları durub.

20-ci əsrin əvvəllərindən etibarən Azərbaycan xalqı erməni millətçilərinin zorakı və irqi ayrı-seçkilik siyasəti ilə üz-üzə qalıb və misilsiz qətliamların qurbanı olub. 1980-ci illərin sonlarından etibarən, SSRİ-nin parçalanması ilə Ermənistan Azərbaycana qarşı açıq təcavüzkar siyasət həyata keçirməyə başladı və nəticədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu hərbi işğal olundu. Ermənistan ərazisində daimi yaşayan və zor gücü ilə qovulan azərbaycanlılardan əlavə, işğal olunmuş ərazilərimizdə tarixən yaşayan yüz minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Azərbaycana olan ərazi iddialarına hər hansısa “əsas” tapmağa çalışan radikal təfəkkürlü erməni qüvvələri tərəfindən hələ 1988-ci ildə Sumqayıt şəhərində planlı şəkildə təxribat həyata keçirildi. SSRİ Baş Prokurorluğunun istintaq sənədlərinə əsasən başlıca təşkilatçılardan olan etnik erməni Eduard Qriqoryan 12 il həbs cəzasına layiq görüldü. Sonradan öz cəzasını çəkmək üçün Ermənistana göndərilən bu cinayətkarın qısa müddət sonra Ermənistanda azadlığa buraxılması hadisənin günahkarlarını ifşa edən bariz faktdır.

30 il bundan öncə baş vermiş qanlı 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir. Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub, öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır".

ATV.az

BUNU DA OXU

Şəkidə dəhşətli yol qəzası - Bir nəfər ölüb, beş nəfər ağır xəsarətlər alıb
BU İLDƏN DÜNYA MÜHƏNDİSLİK GÜNÜ QEYD OLUNACAQ
Koronavirusun ticarətə zərəri - İran mallarına qadağa qoyulsa qiymət arta bilər - VİDEO
Qonşuları İranla sərhədləri bağladı - Virusla mübarizəyə hərbçilər də cəlb olunacaq
KORONAVİRUS QIZILI BAHALAŞDIRDI - AZƏRBAYCANIN GƏLİRLƏRİ ARTACAQ
Xəbər lenti

İsgəndər Həmidov vəfat edib
09:45 26.02.2020

Birinci vitse-prezident Mehriban Əliyeva “Instagram” səhifəsində Xocalı soyqırımı ilə bağlı paylaşım edib
09:36 26.02.2020

Xocalı soyqırımından 28 il ötür
09:15 26.02.2020

Xocalı soyqırımından 28 il ötür - Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində tədbir keçrildi
21:46 25.02.2020

Xaçmazda evlərdən oğurluq edən saxlanıldı
21:24 25.02.2020

Kanar adalarına giriş bağlandı - Ada qum fırtınası və meşə yanğınlarının əsarətindədir
21:00 25.02.2020

Qüdsdə yəhudilər üçün daha 3500 ev tikiləcək - Netanyahu bununla bağlı göstəriş verdi
20:43 25.02.2020

Rauf Babayev xəstəxanaya yerləşdirildi - Heydər Əliyev fondu xalq artistini müalicəsini üzərinə götürüb
20:18 25.02.2020

“Xocalı faciəsi fotolarda” adlı sərgi keçirilib - “Bir sıra dövlətlərdə Xocalı faciəsi qətliam kimi qəbul olunub”
20:00 25.02.2020

Gəncədə qadına qarşı soyqunçuluq olub - İki nəfər saxlanılıb
19:35 25.02.2020

Şəkidə dəhşətli yol qəzası - Bir nəfər ölüb, beş nəfər ağır xəsarətlər alıb
19:18 25.02.2020

Keçmiş baş nazirlər Koçaryana zamin duracaq - Bu gün isə Sarqsyanın işinə baxılıb
18:56 25.02.2020

MSK-nın iclası - Daha bir neçə məntəqənin nəticələri ləğv olundu
18:34 25.02.2020

Sabah hansı yollar bağlanacaq? - Yol polisindən sürücülərə xəbərdarlıq
18:13 25.02.2020

Cəlilabadda əməliyyat keçirilib, iki nəfər saxlanılıb - 5 kq tiryək aşkarlandı
17:50 25.02.2020

Məktəblərdə kütləvi tədbirlər keçirilməyəcək - Təhsil nazirliyindən koronavirus təhlükəsi ilə bağlı tapşırıq
17:32 25.02.2020

Peruda iki avtobus toqquşdu - 11 nəfər öldü, 40 nəfər xəsarət aldı
17:11 25.02.2020

İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
16:50 25.02.2020

Hindistanda qarşıdurma baş verib - 5 nəfər ölüb, 50 nəfər yaralanıb
16:39 25.02.2020

Çində koronavirusdan ölənlərin sayı artıb - Cənubi Koreyada tibbi maska üçün minlərlə insan növbəyə durdu
16:18 25.02.2020

İrandan gələn 2 nəfərin səhhəti normaldır - Səhiyyə nazirliyi vətəndaşlara çağırış etdi
16:00 25.02.2020

Bakıda qardaş qardaşı öldürüb - Qətlə yetirilən polis əməkdaşı olub
15:36 25.02.2020

“Barselona” favorit sayılır - Suareslə, Jordi Alba oynamasa belə
15:15 25.02.2020

Hüsnü Mübarək vəfat etdi
15:00 25.02.2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
14:38 25.02.2020

Heyvanlar üçün klinika - VİDEO
14:20 25.02.2020

Səhər nə yeyək? - Məsləhət bizdən, əməli - sizdən - VİDEO
13:59 25.02.2020

BU İLDƏN DÜNYA MÜHƏNDİSLİK GÜNÜ QEYD OLUNACAQ
13:33 25.02.2020

”Zavod” komanda-biznes oyunu təşkil olunub - Azərbaycan sahibkarları üçün ilk dəfə - VİDEO
13:10 25.02.2020

DAHA 4 NƏFƏR KORONAVİRUSDAN ÖLÜB - İranda
12:46 25.02.2020

5 kq tiryək müsadirə edildi - Saxlanılan şəxs polisə müqavimət göstərib - Yenilənib
12:24 25.02.2020

Böyük Britaniyanın Azərbaycandakı səfiri Qubada - Yenilənib - VİDEO
12:00 25.02.2020

Şəhid əsgər dəfn olundu - FOTOLAR
11:36 25.02.2020

PAYTAXTA YAĞIŞ, DAĞLIQ ƏRAZİLƏRƏ QAR YAĞACAQ
11:15 25.02.2020

BU GÜN SU ÇƏRŞƏNBƏSİDİR
11:00 25.02.2020

Əcnəbi tələbələrə Xocalı faciəsindən danışıldı - Təhsil nazirliyində tədbir keçirilib - VİDEO
10:50 25.02.2020

Könüllülərdən maraqlı təşəbbüs - Gürcüstanda soydaşlarımızın təhsil aldığı məktəbə kitab hədiyyə edildi
10:30 25.02.2020

Qızıl hasilatı rekord həddə çatıb - Yeni yataqların istismarına hazırlıq görülür - Yenilənib - VİDEO
10:11 25.02.2020

“Azərbaycanda kоronavirusa rast gəlinməyib” - ÜST-ün Azərbaycan nümayəndəliyindən açıqlama - VİDEO
09:50 25.02.2020

Koronavirusun ticarətə zərəri - İran mallarına qadağa qoyulsa qiymət arta bilər - VİDEO
09:32 25.02.2020

Tiflisdə tanıtım aksiyası keçirildi - Onlar Xocalını bir daha xaıirlatdılar
09:13 25.02.2020

Dünyanın düz olduğunu sübut etmək istədi - Özü düzəltdiyi raketdə qəzaya uğradı
09:09 25.02.2020

“Qarabağnamə” kitabının təqdimat mərasimi keçirilib
09:01 25.02.2020

Prezident tapşırıq verdi - Vəzifəli şəxlər İranla sərhədə göndərildi - VİDEO
21:45 24.02.2020

“Məcburi köçkün qadınlarının ədalət çağırışı” - Bakıda beynəlxalq konfrans keçirilib
21:21 24.02.2020

MSK şikayətlərə baxıb - Bir neçə seçki məntəqəsi üzrə nəticələr ləğv edilib
21:00 24.02.2020

“Paşinyan özünə bəraət qazandırmağa çalışır” - “Dünya onun özünü utanc duruma salmasının bir daha şahidi oldu”
20:45 24.02.2020

Estoniyadan Portuqaliyayadək piyada gəzdi - Azərbaycanlı səyyah sağlam həyat tərzini təbliğ edir
20:20 24.02.2020

Xocalı beynəlxalq məhkəmələr müstəvisində - “Məqsəd bu hadisənin soyqırımı kimi tanıdılmasına nail olmaqdır”
20:00 24.02.2020

Qonşuları İranla sərhədləri bağladı - Virusla mübarizəyə hərbçilər də cəlb olunacaq
19:44 24.02.2020

İranlı deputat virusdan 50 nəfərin öldüyünü iddia etdi - Ölkənin səhiyyə nazirliyi isə xəbəri təkzib edir
19:21 24.02.2020

Tramp ilk dəfə Hindistana səfər etdi - ABŞ Hindistana 3 milyard dollarlıq silah satacaq
19:02 24.02.2020

Putin yeni silahar barədə danışdı - “Rusiya silahlarının dünyada analoqu yoxdur”
18:43 24.02.2020

İrandan gələn 2 nəfər xəstəxanaya yerləşdirildi - Onlar karantin nəzarətinə götürülüb
18:26 24.02.2020

İnternetdən istifadə imkanı artırılır - Əlilliyi olan şəxslər də bu resursdan asan istifadə edə biləcək
18:02 24.02.2020

TƏCİLİ TİBBİ YARDIM HAZIR VƏZİYYƏTƏ GƏTİRİLİB
17:49 24.02.2020

Salyanda yanğın olub - İkimərtəbəli ev yanaraq yararsız hala düşdü
17:32 24.02.2020

KORONAVİRUS QIZILI BAHALAŞDIRDI - AZƏRBAYCANIN GƏLİRLƏRİ ARTACAQ
17:17 24.02.2020

Nazirlər Kabinetindən Əhaliyə xəbərdarlıq
17:00 24.02.2020

İdman tariximizin unudulmaz anları. 2000-ci il. Sidney Olompiadası - Namiq Abdullayevin final güləşi - VİDEO
16:34 24.02.2020

Yeni elektron xidmət istifadəyə verildi - Sığortaolunanın tibb kabineti yaradıldı
16:02 24.02.2020

Hacıqabulda ağır qəza - Mikroavtobus piyadanı vurdu
15:41 24.02.2020

Prezidentin köməkçisindən virus təhlükəsi ilə bağlı açıqlama - “Azərbaycan lazımi tədbirlər görür”
15:17 24.02.2020

Ermənistanın təxribatının qarşısı alınıb - Sərhədçimiz şəhid olub
14:56 24.02.2020

İ.A.Ponomaryovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14:33 24.02.2020

Baş infesksionistən xəbərdarlıq - “Vacib işiniz yoxdursa İrana getməyin”
14:14 24.02.2020

Prezident İlham Əliyev Azərbaycan idmançılarının Olimpiya Oyunlarına hazırlığına dair sərəncam imzaladı
13:54 24.02.2020

İqor Ponomaryov - 60! - VİDEO
13:30 24.02.2020

Uğursuz partlayış turizm “Möcüzəsi” yaratdı - Sakinlər binanın fonunda şəkil çəkdirirlər
13:28 24.02.2020

Türkiyədə növbəti dəfə zəlzələ oldu - Dağıntı və tələfat barədə məlumat yoxdur
13:14 24.02.2020

Çində virusdan ölənlərin sayı 2592 nəfərə çatıb - Cənubi Koreyada virusa yoluxanların sayı 700 nəfəri ötüb
13:02 24.02.2020

NARKOTİK VASİTƏ SATAN ŞƏXSLƏR SAXLANILB - Balakəndə
12:48 24.02.2020

Elxan Məmmədov Rayan Giqqzla görüşüb
12:22 24.02.2020

İranda koronavirus sürətlə yayılır
11:58 24.02.2020

TRAMP “TALİBAN”LA SÜLH MÜQAVİLƏSİNDƏN DANIŞIB
11:40 24.02.2020

Xarici İşlər Nazirliyi İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib
11:22 24.02.2020

PAYTAXTDA HAVA YAĞMURSUZ OLACAQ - DAĞLIQ ƏRAZİLƏRDƏ QAR YAĞACAQ
11:00 24.02.2020

SƏHİYYƏ NAZİRLİYİDƏN AÇIQLAMA - “KORONOVİRUSLA BAĞLI YAYILAN SƏS YAZISI HƏQİQƏTİ ƏKS ETDİRMİR”
10:36 24.02.2020

Bağdad yenidən "qarışıb"
10:14 24.02.2020

YERALTI TƏKANLAR NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI ARTIB - İRANDA 5.9 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB
09:51 24.02.2020

Bütün xəbərlər