Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib
420 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlətimizin başçısının müsahibəsini yayımlayıb.

AZƏRTAC “Rossiya-24” televiziya kanalında yayımlanan müsahibəni təqdim edir.

Aparıcı: “OPEC+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

-Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar?

-Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin bugünkü səviyyəsi həm istehsalçıları, həm də istehlakçıları qane edir. Azərbaycana gəldikdə, bu il bizim büdcəmizdə neftin bir barrelinin qiyməti 55 dollar nəzərdə tutulub. Lakin indi qiymət xeyli yüksəkdir. Buna görə də düşünürəm ki, əgər hər hansı forsmajor vəziyyət yaranmasa, qiymət 55-65 dollar diapazonunda qalacaq. Üstəlik, “OPEC+” formatı çox səmərəlidir və Azərbaycan bu formatın işində fəal iştirak edir. Biz öz üzərimizə götürdüyümüz öhdəliklərlə əlaqədar hasilatı azaldırıq və mahiyyət etibarilə bu gün OPEC-ə daxil olmayan ölkələr də özlərini OPEC üzvləri kimi aparırlar. Buna görə də “OPEC+” çoxtərəfli əməkdaşlığın olduqca uğurlu formatıdır və bizim fikrimizcə, mahiyyət etibarilə, bu gün neftin qiymətinin ədalətli olduğunu müəyyənləşdirib.

-Sizin fikrinizcə, “OPEC+” sazişinin müddətini uzatmaq lazımdırmı?

-Əlbəttə, bu məsələ ən yaxın vaxtlarda müzakirə ediləcək. Lakin hesab edirəm ki, konkret nəticələr gördüyümüzü nəzərə alaraq bunun müddətinin uzadılması, əlbəttə, məqsədəuyğundur. Çünki müddət uzadılmasa, bazarın necə reaksiya verəcəyini bilmirik, yenidən müxtəlif spekulyativ meyillər yarana bilər. Buna görə hesab edirəm ki, müddətin uzadılmasının əhəmiyyəti var.

-Sizcə, bu gün dünyada çoxqütblülük əlamətləri varmı?

-Şübhəsiz, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir. Bir neçə güc mərkəzi var. Əlbəttə, bizi narahat edən məsələlər var - regionumuzda gərginliyin artması. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyillər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir.

-Hər halda, dünyada ölkələrdən birinin daha çox birqütblü dünyaya meyil etməsi əlaməti yoxdurmu?

-Bilirsiniz, iri ölkələrin həmişə öz hüdudlarından kənarda maraqları olur və hər ölkə özü üçün daha yaxşı şəraitə nail olmaq, öz təsir dairəsini genişləndirmək istəyir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlərboyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar.

-Azərbaycan Belarus Respublikasını neftlə təchiz edəcəkmi?

-Bilmirəm. Bu sual mənə deyil, yəqin ki, Neft Şirkətinə aiddir. Bir neçə il bundan əvvəl biz Belarusu neftlə təchiz edirdik və sonradan Belarus tərəfinin təşəbbüsü ilə bu proses dayandırılmışdır. Əgər yenidən belə ehtiyac yaransa, Azərbaycan Dövlət Neft Şirkəti bu məsələni nəzərdən keçirəcək. Bu gün “SOCAR Traiding” şirkəti ən iri treydinq şirkətlərindən biridir və onun satdığı neftin çox hissəsi Azərbaycanda hasil edilməyən neftdir. Buna görə, sırf texniki baxımdan Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər. Lakin qiymət məsələsi, logistika məsələsi, kontrakt öhdəlikləri ilə bağlı məsələ - bütün bunlar müvafiq şirkətlər arasında müzakirə edilməlidir.

-Çox sağ olun.

-Sağ olun.

ATV.az

BUNU DA OXU

Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək - VİDEO
Ölümcül virus İrana da çatdı - Dünya üzrə koronavirusdan ölənlərin sayı 2011 nəfərdir
Həcc ziyarətinin qiymətində artım olacaq
Hansı rayondlardan daha çox şikayət var? - 72 vəzifəli şəxs işdən çıxarılıb
“Sədərək”də yanğının qarşısı alınıb - Lakin 22 mağaza tam yanıb
Xəbər lenti

Multikulturalizm qış məktəbi layihəsi davam edir - Kamal Abdulla ilə görüş oldu
21:50 20.02.2020

150 yerli şirkətin məhsulu sərgidə - Yerli texnoloji avadanlıqlar da nümayiş olunur
21:29 20.02.2020

Agentlik həkim çatışmazlığını aradan qaldırmağa çalışır - Bölgə xəstəxanalarında tibbi fakültələr açılacaq
21:10 20.02.2020

Yararsız məhsullar məhv edildi - İçərisində ermənistan istehsalı olan məhsullar da var
20:49 20.02.2020

Hava limanında əməliyyat - Kokain və psixotrop maddə aşkarlandı
20:28 20.02.2020

Zaqatalada iki nəfərin mübahisəsi qanla nəticələndi - Həmkəndlisini bıçaqladı
20:05 20.02.2020

Zaqatalada yaşayış binasında yanğın olub - Yanğın binanın zirzəmisindən başlayıb
19:42 20.02.2020

Mingəçevirdə seminar keçirildi - “Sosial şəbəkələrin gənclərin həyatında rolu”
19:21 20.02.2020

Bərdədə kollec direktoru və müavini tutulub - Onlar rüşvət almaqda ittiham edilir
19:00 20.02.2020

Prezident İlham Əliyev Neftçala Rayon İcra Hakimiyyətinin başçısını vəzifəsindən azad edib
18:38 20.02.2020

Çavuşoğlu Ankaranın İdliblə bağlı mövqeyini açıqladı - “Əməliyyat qərarı Ərdoğanın müstəsna hüququdur”
18:17 20.02.2020

Badamdarda uçqun baş verən ərazidə son durum - Yol uçqundan təmizlənib
17:58 20.02.2020

On yaşlı dahi - Beş ayda 250 kitab oxuyub
17:34 20.02.2020

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
17:10 20.02.2020

200 avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib
17:00 20.02.2020

Sərnişinlər metroya pulsuz keçdi - Ödəniş aparatı işləməyib
16:37 20.02.2020

Çində koronavirus əleyhinə dərmanın tərkibi açıqlandı
16:16 20.02.2020

Bakıda avtoyuma işçisi qəza törədib - Müştərinin avtomobili ilə iki qadını vurub
15:52 20.02.2020

Almaniyada naməlum şəxslər ətrafa atəş açıb - 8 nəfər həyatını itirib
15:30 20.02.2020

DTX Neftçala Rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir - Yenilənib
15:25 20.02.2020

Kürdəmirdə ikimərtəbəli ev yandı - Hadisənin səbəbi məlum deyil
15:09 20.02.2020

Vano Merabişvili azadlığa çıxıb
14:44 20.02.2020

Səhiyyə nazirliyindən açıqlama - “Ölkəmizdə koronovirsula bağlı vəziyyət stabildir”
14:21 20.02.2020

Hövsan yaşayış kompleksi istismara hazırdır - Yaxın vaxtlarda güzəştli mənzil satışına başlanacaq
13:36 20.02.2020

Quduzluq təhlükəsi: vəhşi heyvanlar peyvənd olunur - Baytarlara pnevmatik silahlar da veriləcək - VİDEO
13:11 20.02.2020

Səyyar “ASAN Qatar” Qazaxda - Sakinlərə fevralın 29-dək xidmət göstəriləcək
12:50 20.02.2020

Ağdaşın kəndində bronxit və suçiçəyi yayılıb - Həkim briqadası kəndə ezam edilib
12:28 20.02.2020

Dissertasiya işi yazanların nəzərinə - Bəzi qaydalar dəyişib
12:07 20.02.2020

Saxta sənəd hazırlayanlar ələ keçdi - 60-a yaxın firmanın möhürü, çek kitabçaları aşkarlanıb
11:46 20.02.2020

Əsgərimizin meyiti neytral ərazidən götürülüb - Hərbiçimiz bir müddət əvvəl itkin düşmüşdü
11:30 20.02.2020

Ruhanidən sanksiyalarla bağlı açıqlama - “ABŞ təzyiqlərin mənasız olduğunu dərk edir”
11:12 20.02.2020

Ölkədə kifayət qədər taxıl ehtiyatı var - İdxaldan aslılıq azalıb
10:50 20.02.2020

“Google Maps”lə narkotik satanlar tutuldu - Bakıda və Biləsuvarda əməliyyat keçirilib - Yenilənib - VİDEO
10:26 20.02.2020

Ərdoğan yeni əməliyyatların anonsunu verdi - “İdlibə hücum hər an başlaya bilər”
10:10 20.02.2020

Parklanma məkanları artırılmalıdır - Ölkə başçısı parkinqlərin azlığı problemin həlli ilə bağlı tapşırıqlar verib - VİDEO
09:55 20.02.2020

Bakıda piyada keçidinin eskalatoru ləğv edilir - Yerində pilləkən quraşdırılacaq - YENİLƏNİB - VİDEO
09:33 20.02.2020

"Atalanta"dan inamlı qələbə - "Tottenhem" öz meydanında uduzdu
09:09 20.02.2020

Tarix institutunda tədbir təşkil olunub - Nadir nəşrlər instituta təqdim edildi
21:58 19.02.2020

Yəmənin müdafiə nazirinə qarşı sui-qəsd - Ölən və yaralananlar var
21:32 19.02.2020

Bir qrup sərhədçi təltif edildi
21:11 19.02.2020

Tovuzda bədbəxt hadisə - Təkər partladı, usta öldü
20:55 19.02.2020

Kremldən Ərdoğanın bəyanatına cavab - “İdlib əməliyyatı ən pis variant olardı”
20:32 19.02.2020

Əfqanıstan 40 illik münaqişənin sonuna yaxınlaşır - ABŞ ilə "Taliban" arasında sənəd imzalanacaq
20:11 19.02.2020

Ölümcül virus İrana da çatdı - Dünya üzrə koronavirusdan ölənlərin sayı 2011 nəfərdir
19:49 19.02.2020

“Azərişiq"dan villa, MTK və otel sahiblərinə xəbərdarliq
19:20 19.02.2020

Prezident İlham Əliyev Nizami Gəncəvinin abidəsini ziyarət edib
18:44 19.02.2020

AFFA ilə KOBİA memorandum imzaladı - “Avro 2020” çərçivəsində məhsul satışı təşkil olunacaq
18:15 19.02.2020

Prezident İlham Əliyev İtaliya Respublikasına dövlət səfərinə gəlib
17:43 19.02.2020

Həcc ziyarətinin qiymətində artım olacaq
17:01 19.02.2020

Nikol Paşinyan bir sıra vəzifəli şəxslərin işdən çıxarılması barədə qərar verib - Orduda artan ölümlərlə əlaqədar
16:14 19.02.2020

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Orduda silsilə tədbirlər keçiriləcək
15:40 19.02.2020

Hansı rayondlardan daha çox şikayət var? - 72 vəzifəli şəxs işdən çıxarılıb
14:57 19.02.2020

Gəncədə ağir qəza - Avtomobil əvvəlcə ağaca, sonra işiq dirəyinə və hasara çırpılıb
14:34 19.02.2020

Çindən gələn iki nəfər xəstəxanaya yerləşdirilib - Səhhətlərinin normal olduğu bildirilir
14:11 19.02.2020

Çində koronavirusdan ölənlərin sayı 2000-i ötüb - 74 min insan virusa yoluxub
13:51 19.02.2020

Həcc ziyarətinə sənəd qəbulu - Qiymətdə artım olacaq
13:26 19.02.2020

Ticarət mərkəzlərində yanğının səbəbləri - VİDEO
13:17 19.02.2020

Ronaldo sevgilisinə ayda nə qədər xərcləyir? - Məbləğ açıqlandı
13:16 19.02.2020

Kəraçi limanında güclü partlayış - 14 NƏFƏR HƏYATINI İTİRİB
12:56 19.02.2020

ƏRDOĞANIN SÖZCÜSÜ RUSİYA - TÜRKİYƏ DANIŞIQLARI HAQDA MƏLUMAT VERİB - MÜZAKİRƏLƏRİN NƏTİCƏLƏRİ ANKARANI QANE ETMİR
12:33 19.02.2020

Energetika sahəsində böyük vəsait - Ölkəmizə 400 mln. Dollara yaxın sərmayə yatırılacaq
12:25 19.02.2020

Coğrafiya institutundan xəbərdarlıq - Samur–Abşeron düzənliyi təhlükədə
12:11 19.02.2020

PAYTAXTDA VƏ BÖLGƏLƏRDƏ GÜCLÜ KÜLƏK ƏSƏCƏK
11:45 19.02.2020

“20 Yanvar” dairəsindəki xaos aradan qaldırılacaq - Xüsusi layihə hazırlanıb
11:22 19.02.2020

Elmar Məmmədyarov Brüsselə Avropa İttifaqının Komissarı Oliver Varheyli ilə görüşüb
11:00 19.02.2020

Balakəndə narkotik alverçiləri ələ keçdi - Onlardan 2 kq-a yaxın heroin götürüldü - VİDEO
10:37 19.02.2020

Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi - VİDEO
10:11 19.02.2020

Vasif Adıgözəlovun barelyefinin açılışı olub
09:45 19.02.2020

Berlində Ümumavropa Qarabağ mitinqi keçiriləcək - “Xocalıya biganə qalma!” - VİDEO
09:20 19.02.2020

Bərdə minik maşını ilə yük maşını toqquşub - Bir nəfər ölüb, bir nəfər xəsarət alıb
21:48 18.02.2020

Yunanıstanda irimiqyaslı tətil - Aksiya tıxaca səbəb oldu
21:22 18.02.2020

Zelenskidən hərbi qarşıdurma ilə bağlı açıqlama - “Bu hadisə Donbas sülh prosesini pozmaq cəhdidir”
21:00 18.02.2020

İran məhkəməsi casuslara hökm oxudu - Onlar 6 ildən 10 ilə qədər cəzaya məhkum edildi
20:35 18.02.2020

Bakıda beynəlxalq sammit keçirildi - KOBİA və USAİD–dən birgə təşəbbüs
20:12 18.02.2020

Zərgərlər assosiasiyasi yaradılacaq - Zərgərlik bazarının inkişaf perspektivləri müzakirə edilib
19:51 18.02.2020

Bir neçə məntəqənin nəticələri ləğv edildi - Mərkəzi seçki komissiyasının növbəti iclası keçirilib
19:26 18.02.2020

Pensiyaçıların kartindan pul oğurlanıb - Nazirlik xəbərdarlıq etdi
18:47 18.02.2020

Hələb tamamilə azad edildi - Sakinlər küçələrə çıxdı
18:20 18.02.2020

Gədəbəydə yeni körpülərin tikintisinə 2,7 milyon manat ayrılıb
17:58 18.02.2020

İmişlidə faciə - Motosiklet sürücüsü həyatını itirdi
17:27 18.02.2020

Bütün xəbərlər