Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident iqtisadi inkişafdan danışdı - Yenilənib -3

Prezident iqtisadi inkişafdan danışdı - Yenilənib -3
   893 dəfə oxunub

13:30

"Azərbaycan iqtisadi sahəyə böyük diqqət göstərir, çünki güclü iqtisadiyyat olmasa, humanitar təşəbbüsləri irəli sürmək də o qədər asan olamayacaq". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: "Ona görə çalışırdıq ki, iqtisadi təhlükəsizliyimizi təmin edək, dövlətimizi gücləndirək və eyni zamanda, ağır vəziyyətdə yaşayan soydaşlarımız üçün yeni imkanlar yaradaq. Bizim sosial siyasətimiz məqsədyönlü şəkildə aparılır".

Azərbaycan Prezidenti bildirib ki, son 10 il ərzində pensiyalar, maaşlar dəfələrlə artıb, yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb: "Cəmi 10 il ərzində yoxsulluq 49 faizdən 5,3 faizə düşmüşdür. Demək olar ki, yoxsulluqla mübarizə artıq başa çatmaq üzrədir. Hesab edirəm ki, yaxın bir neçə il ərzində yoxsulluq Azərbaycanda tamamilə bir faktor kimi aradan götürüləcək. İşsizliklə mübarizə də ilk növbədə humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yerləri yaradılmışdır və işsizlik də kəskin şəkildə aşağı düşmüşdür, indi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir".

Dövlət başçısının sözlərinə görə, bütün bunların təməlində düşünülmüş siyasət dayanır: "Çünki iqtisadi inkişaf çox sürətli idi. Son 10 il ərzində Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olmuşdur. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artmışdır. Xarici dövlət borcu çox aşağı səviyyədə - 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artmışdır".

İlham Əliyevin sözlərinə görə, budcə gəlirlərinin düzgün bölüşdürülməsi, sosial proqramların icrası, infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin inkişafını təmin edib: "Əlbəttə ki, Azərbaycan dünyada neft-qaz ölkəsi kimi tanınır - bu, bizim böyük sərvətimizdir. Ancaq biz bilirik ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə problemlər gətirir, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır. Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib - çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər. Neft gəlirlərindən düzgün istifadə edilməsində Azərbaycanda unikal təcrübə toplanmışdır ki, necə biz qara qızılı insan kapitalına çevirək. Artıq biz buna nail olmuşuq. Gələcəkdə bizim iqtisadiyyatımız çoxşaxəli formatda inkişaf edəcək. Bu gün biz yeni texnologiyalara investisiyalara qoyuruq. Bu gün Azərbaycan artıq kosmik sənayeyə malik olan ölkədir, kosmik ölkələrin klubuna daxil edilib. Biz innovasiyalara, yeni texnologiyalara, elmin inkişafına çox böyük önəm veririk. Elmin İnkişafı Fondu yaradılmışdır. İqtisadi inkişaf, sosial məsələlərin həlli, humanitar sahəyə diqqət, deyə bilərəm ki, son illərdə Azərbaycanın uğurlu inkişafını şərtləndirən əsas amillər olmuşdur. İqtisadi sahədə biz öz işimizlə hesab edirəm ki, bölgədə gedən regional əməkdaşlığa da müsbət təsir göstərir. Bir çox hallarda nəhəng regional layihələrin - enerji, nəqliyyat layihələrinin təşəbbüskarı Azərbaycan olmuşdur və əsas iqtisadi riskləri də öz üzərinə götürmüşdür. Deyə bilərəm ki, bizim bütün təşəbbüslərimiz - iqtisadiyyatla, enerji ilə, nəqliyyatla bağlı layihələrimiz uğurla nəticələnir, bir dəfə də olsun uğursuzluq olmamışdır və əminəm ki, olmayacaq".

Prezident qeyd edib ki, Azərbaycan hazırda iqtisadi, siyasi cəhətdən müstəqil bir ölkədir, müstəqil xarici siyasəti var: "Bu siyasət dünyanın əksər ölkələri tərəfindən dəstəklənir və bu sözləri əyani şəkildə təsdiqləmək üçün sadəcə olaraq demək istəyirəm ki, Azərbaycan bir neçə il bundan əvvəl BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. BMT Təhlükəsizlik Şurası dünyanın ən mötəbər qurumudur və gənc müstəqil Azərbaycan 155 ölkənin dəstəyi ilə bu mötəbər təşkilata üzv olmuşdur. Yəni, bu da bizim dünyadakı rolumuzu, müstəqil xarici siyasətimizi əks etdirir. Çünki dünya birliyinin böyük əksəriyyəti bizə inanır və öz səsini verməklə bizə öz dəstəyini göstərmişdir".

Dövlət başçısı hesab edir ki, əgər hər bir ölkə müstəqil xarici siyasət aparsa, onda dünyada müharibələr də az olar, anlaşılmazlıq da azalar: "Hər bir ölkə o biri ölkəyə hörmətlə yanaşmalıdır. Hər bir ölkə o biri ölkənin seçiminə də hörmətlə yanaşmalıdır. Beynəlxalq müstəvidə həm dinlərarası dialoq, humanitar sahə - bütün bunlar bir-biri ilə bağlıdır. Burada əyləşən nümayəndələr, 60-dan ölkədən gələn qonaqlar müxtəlif ölkələri təmsil edirlər. Amma biz bir yerdə yığışırıq, müzakirə edirik, çalışırıq ki, yol tapaq ki, dünyada gedən prosesləri daha çox müsbət tərəfə istiqamətləndirək. Çünki bu gün gedən proseslər çox narahatedici proseslərdir. Həm müsəlman aləmində, həm Avropada radikalizm, ayrı-seçkilik, irqçilik artır. Bu tendensiyaları biz görürük və bunu narahatlıqla izləyirik".

Dövlət başçısı bildirib ki, bu günlər ərzində Bakıda bu tendenisiyaların qarşısını almaq üçün görüləcək işlərin müəyyənləşdirilməsinə çalışılacaq: "Əsas məsələ bundan ibarətdir. Çünki biz sivilizasiyalararası dialoqdan söhbət açırıq, amma eyni zamanda, bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatlardır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi nə ola bilər? Bu da çox aydındır. Bu, ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamafobiyadır, antisemitizmdir. Biz bu təhlükəli tendensiyalara qarşı öz səsimizi ucaltmalıyıq".

İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, bunu ilk növbədə dövlətlər etməlidirlər, amma eyni zamanda, dövlətlərin siyasətini böyük dərəcədə hər bir cəmiyyətin siyasi və ictimai-elmi elitası müəyyən edir, ictimai rəy müəyyən edir: "Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya bilməz, ona məhəl qoymaya bilməz. Ona görə hesab edirəm ki, birgə səylərimizlə biz bu məsələləri açmalıyıq, danışmalıyıq, narahatedici məsələlər ətrafında öz fikirlərimizi bildirməliyik, lazım gəldikdə irad tutmalıyıq. Biz tərəfdaş kimi, dost kimi bu məsələlərə öz fikrimizi bildirməliyik".

Prezident qeyd edib ki, Azərbaycan çalışır ki, bölgədə regionla əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin: "Bizim buna imkanımız var. Çünki bizim keçmişimiz imkan verir ki, bu məsələlərə böyük diqqətlə yanaşaq. Biz bu məsələləri bilirik. Çünki həm Azərbaycan özü çoxmillətli, çoxkonfessiyalı ölkədir, həm bizim keçmişimizdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamışdır, həm bu gün biz, qeyd etdiyim kimi, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının üzvü kimi bu missiyanı öz üzərimizə götürmüşük. Biz istəyirik ki, daha da çox əməkdaşlıq olsun, daha da çox qarşılıqlı anlaşma olsun. Öz rolumuzu bundan sonra da bunda görürük. Müsəlman aləmində gedən xoşagəlməz proseslər bizi çox narahat edir, çünki biz müsəlman aləminin bir parçasıyıq. Bu gün müharibələr, qanlı toqquşmalar demək olar ki, ölkələri məhv edir. Bu, çox ciddi prosesdir. Buna biz təcrid edilmiş proses kimi baxa bilmərik. Müasir dünyada biz hamımız bir-birimizlə bağlıyıq. Eyni zamanda, Avropa qitəsində miqrantlara qarşı münasibətin pisləşməsi, “multikulturalizm iflasa uğrayıb” kimi bəyanatların verilməsi və ayrı-seçkiliyə meyilli olan siyasi qüvvələrin daha da böyük səs toplaması, əlbəttə ki, bizim hamımızı narahat etməlidir. Yenə də deyirəm, bu Forumun keçirilməsi də bu məqsədi güdür".

 

 

12:00

"Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Forumun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Forumda 60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə cevrilib. Dördüncü dəfədir ki, forum keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var". Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Dövlət başçısı əminliklə bildirib ki, forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi humanitar əməkdaşlığın dərinləşməsinə xidmət göstərəcək: "Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi üçün, təhlilin aparılması üçün bu forumun müstəsna rolu var. Buna görə foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilib. Biz isə Azərbaycanda ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə dair böyük diqqət göstərmişik, cünki bizim tarixi keçmişimiz, mədəniyytimiz bunu diqtə edir".

Prezident İlham Əliyev qeyd edib ki, əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da gücləndi: "Azərbaycanda yaşayan bütün xalqlar dostluq, mehribanlıq şəraitində yaşayır, bir ailə kimi yaşayır. Azərbaycanda heç vaxt dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmamışdır və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə faktor müəyyən edir - siyasi imkanlar, iqtisadi güc və eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, iqlim və həmrəylik duyğuları. Bu baxımdan hesab edirəm ki, Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə öz müsbət töhfəmizi veririk".

 

 

11:39

"Azərbaycanın ərazi bütövlüyü pozulmuşdur, bizə qarşı işğalçı siyasət aparılır. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisi Ermənistanın işğalı altındadır". Məlumata görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, bu işğal nəticəsində torpaqlarımızın 20 faizi ermənilər tərəfindən zəbt edilib: "Bir milyondan artıq soydaşlarımız məcburi köçkün vəziyyətinə düşmüşdür və bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir ki, yüzlərlə günahsız insan o soyırımın qurbanı olmuşdur. Xocalı soyqırımını soyqırım kimi 10-dan çox ölkə rəsmi şəkildə tanıyıbdır".

BUNU DA OXU

Əvvəl onu maşın vurdu, sonra su kanalına düşərək boğuldu - Ağdaşda
“Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ötən il 4000-dən çox şagird sinifdə saxlanılıb
Cüdoçularımız növbəti lisenziya xalları üçün Abu-Dabiyə bu heyətlə gedir - Baş məşqçi nə düşünür? - ÖZƏL
AFFA-nın baş katibindən UEFA-ya təklif - Avropa və dünya çempionatlarının seçmə mərhələ oyunlarında VAR sisteminin tətbiq olunsun
Xəbər lenti

“Kitabi Dədə Qorqud”un Drezden nüsxəsinin qazax dilində təqdimatı olub - FOTOLAR
22:42 21.10.2019

Çilidə etirazlar - On nəfər yanğında həyatını itirdi
22:23 21.10.2019

“Barış bulağı” əməliyyatı yenidən başlaya bilər - 35 saat qalıb
22:04 21.10.2019

17 mindən artıq vərəsəyə ödəmə verilib - Şəhid ailələri ilə bağlı proqram yekunlaşmaq üzrədir
21:44 21.10.2019

“Bakı Elektron Ticarət forumu” başladı - Forum iki gün davam edəcək
21:26 21.10.2019

Braziliyada təyyarə avtomobillərin üzərinə düşüb - Üç nəfər ölüb,üç nəfər yaralanıb
21:08 21.10.2019

Nağdsız ödənişlərlə bağlı pilot layihə - Gənclər arasında maarifləndirici tədbirlər keçiriləcək
20:48 21.10.2019

Cəbhədə son vəziyyət - Növbəti monitorinq keçiriləcək
20:31 21.10.2019

Dilarə Əliyeva qayınanası haqqında danışdı - "Gündən-Günə"də - VİDEO
20:12 21.10.2019

“Xalqla ordu əl-ələ” - Cocuq Mərcanlıda kütləvi vətənpərvərlik bayramı keçirilib - FOTOLAR
19:54 21.10.2019

Amerikalı professor Gəncədə mühazirə oxudu - Bitki mühafizəsi üzrə kurs təşkil edilib
19:35 21.10.2019

Türkan Vəlizadə "Zaurla Günaydın"da - "Dərdim olmaz" - VİDEO
19:17 21.10.2019

Sabah hava necə olacaq?
19:01 21.10.2019

Donald Tramp: “Böyük yeddiliyin” sammiti Mayamidə keçirilməyəcək”
18:53 21.10.2019

1 gündə 650 min ağac əkiləcək - Ağacəkmə noyabrın sonlarında həyata keçiriləcək
18:35 21.10.2019

Gələn il 130 min nəfər işlə təmin olunacaq - Özünüməşğulluq proqramı genişləndirilir
18:20 21.10.2019

Boris Conson Brexitin təxirə salınmasını xahiş edib
18:03 21.10.2019

Əvvəl onu maşın vurdu, sonra su kanalına düşərək boğuldu - Ağdaşda
17:48 21.10.2019

Barselonada növbəti aksiya ...
17:42 21.10.2019

Müdafiə naziri Çində görüşlər keçirib - Hərbi-texniki əməkdaşlıq gücləndirilir - FOTOLAR
17:25 21.10.2019

Владимир Соловьев попал в Книгу рекордов Гиннесса
17:08 21.10.2019

“Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
16:55 21.10.2019

Baş nazirin müavinləri vəzifələrindən azad edildi
16:45 21.10.2019

Ruhani ABŞ-ı tənqid atəşinə tutub
16:33 21.10.2019

Beyrutda nümayişçilər əsas avtomobil yolunu bağlayıblar
16:14 21.10.2019

Model Rüstəm Cəbrayılov veriliş açmaq istəyir - Özəl - FOTOLAR
15:55 21.10.2019

Şərifzadə küçəsində istilik xətləri yenilənir - İşlər nə vaxt yekunlaşacaq?
15:35 21.10.2019

Konqoda ağır yol-nəqliyyat qəzası baş verib - 30 nəfər ölüb, 16 nəfər yaralanıb
15:17 21.10.2019

Alın yazısı - "Qartal" komandası - "Axşamın oyunu"nda - VİDEO
15:00 21.10.2019

ABŞ-ın Müdafiə naziri Əfqanıstana yollanıb
14:42 21.10.2019

Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib
14:24 21.10.2019

Xocavənddə iki mərmi və bir mina aşkarlanıb
14:05 21.10.2019

Azərbaycana keçmək istəyən qaçaqmalçıların qarşısı alınıb - 15 kilodan çox narkotik vasitə aşkarlanıb
13:45 21.10.2019

Həftənin ilk günü hansı bürc sahibləri gözlənilməz hadisələrlə qarşılaşacaq? - VİDEO
13:28 21.10.2019

İtaliyada UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidə yanır
13:10 21.10.2019

Krasnoyarskda üç günlük matəm elan olunub
12:53 21.10.2019

XİN-dən Aİ-nin bəyanatına cavab - “Azərbaycanda sərbəst toplaşma azadlığı təmin olunur”
12:34 21.10.2019

Şagirdlərin elektron yerdəyişməsinə start verilir - Ümumilikdə 54 mindən çox müraciət daxil olub
12:17 21.10.2019

Terrorçular sərhəddəki şəhərləri tərk edir - Türkiyə Müdafiə Nazirliyi prosesi izləyir
11:58 21.10.2019

Tarixdə bu gün - 21 Oktyabr - Alfred Nobel, Tomas Edison, Xəlil Rza Ulutürk, sirli “Rubikon” gəmisi...
11:40 21.10.2019

Müstəqillik günü ilə bağlı möhtəşəm konsert - FOTOLAR
11:22 21.10.2019

İki cüdoçumuz Hərbçilərin Dünya Oyunlarının bürünc mükafatını qazanıb
11:05 21.10.2019

Kürdəmirdə avtomobil qəzası baş verib - FOTOLAR
10:50 21.10.2019

Övladlarınıza cox dadlı, fərqli yupyumuşaq kökə hazırlayın - VİDEO
10:32 21.10.2019

Polis öz qanuni vəzifəsini icra etdi - VİDEO
10:15 21.10.2019

YAP bəyanat verdi - VİDEO
09:58 21.10.2019

“YARAT”da “Özünü kəşf et” adlı ustad dərsləri keçiriləcək
09:40 21.10.2019

Sabitliyi pozmağa hesablanmış təxribat - VİDEO
09:19 21.10.2019

Britaniya parlamenti Brexitin vaxtının dəyişdirilməsinə səs verib
22:45 19.10.2019

Bakı ətrafında 2200 km yolun təmirinə ehtiyac var - VİDEO
22:30 19.10.2019

“Radikal müxalifət qarşıdurma yaratmağa çalışır” - VİDEO
22:22 19.10.2019

Yaponiyada məktəbliləri aparan mikroavtobus qəzaya uğradı
22:11 19.10.2019

BŞBPİ mitinqlə bağlı məlumat yaydı - Aksiyada 60 nəfər saxlanılıb - YENILƏNIB - VİDEO
22:00 19.10.2019

Elgiz Əliyev "Gündən-Günə"də - "Ürəyim, canım" - VİDEO
21:54 19.10.2019

“Roboday” festivalı keçirildi - “İnnovasiya həftəsi” davam edir
21:32 19.10.2019

Təhsil xərcləri 40 faizədək artırılır - Vəsait hansı sahələrə xərclənə bilər?
21:11 19.10.2019

Balıq ovuna nəzarət artırılır - Sintetik tordan istifadə edənlər həbs oluna bilər
20:52 19.10.2019

Muğamımız dünyanı fəth edir - "ATV Səhər"də - VİDEO
20:33 19.10.2019

Ələkbər Yasamal "Şou ATV"də - "Hərdənbir" - VİDEO
20:11 19.10.2019

“Mənim yay tətilim-2019” rəsm müsabiqəsinə yekun vurulub
19:52 19.10.2019

Kamilə Nəbiyeva: "Ona görə hər şeydən keçərəm" - "Şou ATV"də - VİDEO
19:35 19.10.2019

"Qarabağ qaziləri"nə avtobus hədiyyə edildi - FOTOLAR
19:16 19.10.2019

“İdeyadan biznesə” layihəsinin final mərhələsi - 2019-cu il üzrə qaliblər məlum oldu - FOTOLAR
18:55 19.10.2019

Sabah bəzi bölgələrə leysan yağacaq
18:36 19.10.2019

Londonda on minlərlə insan nümayiş keçirir
17:57 19.10.2019

Kataloniyada qarşıdurmalar davam edir - 180 nəfər həbs edilib, 152 nəfər xəsarət alıb
17:38 19.10.2019

Akademik Musiqili Teatr növbəti beynəlxalq festivala hazırlaşır
17:21 19.10.2019

Bakı ətrafında 2200 km yolun təmirə ehtiyacı var - Dövlət başçısının tapşırığına əsasən işlərə start verilir
17:02 19.10.2019

Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
16:45 19.10.2019

Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib - FOTOLAR
16:24 19.10.2019

İranla sərhəddə əməliyyat keçirilib
16:05 19.10.2019

Aqşin Fateh və Ələkbər Yasamal və Samirə "Şou ATV"-də - " Ana, qurbanın olum " - VİDEO
15:47 19.10.2019

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb - FOTOLAR
15:30 19.10.2019

Azərbaycanlı sənətkar tərəfindən Türkiyə prezidentinə unukal hədiyyə - təqdim olundu - FOTOLAR
15:12 19.10.2019

28 illik həsrət bitdi! - Onlar bir birinə qovuşdular - "Bizimləsən"də - VİDEO
14:54 19.10.2019

Motosiklet minik maşını ilə toqquşdu - Oğuzda
14:35 19.10.2019

Bakıda fortepiano müəllimləri üçün ustad dərslər keçirilib
14:18 19.10.2019

"Maşın Şou"-nun iştirakçıları "Zaurla Günaydın"-da - FOTOLAR
14:00 19.10.2019

Ət qutabının hazırlanma qaydası - VİDEO
13:39 19.10.2019

On dördüncü Bakı Caz Festivalının ilk konserti İçərişəhərdə təşkil edilib - FOTOLAR
13:21 19.10.2019

Bütün xəbərlər