Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident Gənclər Siyasəti üzrə I Qlobal Forumda - FOTOLAR

Prezident Gənclər Siyasəti üzrə I Qlobal Forumda - FOTOLAR
735 dəfə oxunub

"Azərbaycan təhlükəsizliklə bağlı məsələlərdə əsasən gənc nəslə bel bağlayır". 

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Gənclər Siyasəti üzrə I Qlobal Forumda çıxış edərkən deyib.

Prezidentin sözlərinə görə, bu gənc azərbaycanlılar sərhədlərimizi qoruyanlardır: "Hazırda onlar öz Vətənlərini qorumaq üçün erməni təcavüzkarlarla üz-üzə dayanıblar. Erməni təcavüzü zamanı şəhidlərimizin əksəriyyəti gənc nəslin nümayəndələri olub".

İlham Əliyev bildirib ki, bu münaqişə regional təhlükəsizlik üçün ən böyük təhdiddir: "Təəssüf ki, ötən əsrin 80-ci illərinin sonları - 90-cı illərinin əvvəllərində Azərbaycan amansız erməni təcavüzünün, etnik təmizləmənin obyektinə çevrildi, tarixi torpaqlarımız işğal olundu. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanlılar uzun əsrlər boyu buralarda yaşayıblar və Ermənistanın dəstəklədiyi təcavüzkar separatçılıq indiki vəziyyətə gətirib çıxarıb".

Dövlət başçısı qeyd edib ki, 20 ildən çoxdur Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin 20 faizi Ermənistanın işğalı altındadır: "Bunun nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Ermənilər Xocalı soyqırımını törədiblər. 600-dən çox günahsız insan sadəcə azərbaycanlı olduğuna görə öldürülüb. Hazırda erməni işğalı, Ermənistandakı cinayətkar rejim ən böyük təhdiddir. BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib".

Prezidentin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq təşkilatların qərar və qətnamələrinə əsaslanmalı, xüsusilə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir: "Analoji qərarlar Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəkləyən ATƏT, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən qəbul edilir. Biz görürük ki, bəzi hallarda qətnamələr bir neçə gün ərzində yerinə yetirilir. Bizimlə bağlı qətnamələr isə 20 ildən artıqdır ki, hələ də kağız üzərində qalır".

İlham Əliyev qeyd edib ki, münaqişənin həllinin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanması üçün daha səylə işləmək lazımdır.

Dövlət başçısı əmin olduğunu bildirib ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağda və digər işğal olunmuş ərazilərdəki doğma yurdlarına qayıdacaqlar: "Beynəlxalq ictimaiyyət tərəfindən bizə yalnız bu məsələdə güclü dəstək verilmir. Bunun ən yaxşı göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu və biz iki il ərzində - 2012-2013-cü illərdə Şuranın üzvü olduq. Biz beynəlxalq ictimaiyyətin mütləq əksəriyyəti tərəfindən seçildik, 155 ölkə Azərbaycana səs verdi. Bu, ona görə bizim üçün xüsusilə vacibdir ki, Azərbaycan müstəqilliyinin cəmi 20 ili ərzində beynəlxalq birliyin üzvü oldu və biz 155 ölkənin belə güclü dəstəyinə nail ola bildik".

Prezidentin sözlərinə görə, təəssüf ki, hazırda Azərbaycanı əhatə edən regionlarda - Yaxın Şərqdə, Avropada və dünyanın digər yerlərində mürəkkəb hadisələrin baş verdiyini müşahidə etmək olar: "Bəzən bu hadisələr faciə ilə nəticələnir. Buna görə də dünya terrorçuluqla mübarizədə və beynəlxalq hüquq və ədalətin müdafiəsində həmrəy olmalıdır. Azərbaycan beynəlxalq təhlükəsizlik, sabitlik məsələlərində regionda vacib rol oynayır. Ölkəmiz regionda sabitlik, inkişaf, proqnozlaşdırmanın mümkün olduğu adadır. Azərbaycan regionda sabitləşdirici qüvvə və amildir, belə ki, biz regional əməkdaşlıq, iqtisadi təşəbbüslər, energetika və nəqliyyatla bağlı təşəbbüslərin köməyi ilə çox şeyə nail ola bilərik. Bizim siyasətimiz hər zaman çox aydın olub - iqtisadi maraqlar, təhlükəsizlik və sabitlik daxil olmaqla, regional əməkdaşlıq və milli maraqların qarşılıqlı dəstəklənməsi".

İlham Əliyev vurğulayıb ki, hər bir ölkə təhlükəsizlik və sabitlikdə maraqlıdır və bunu maksimum səviyyəyə çatdırmağa hazırlaşır, çünki bu, inkişaf üçün əsas şərtdir: "Əgər təhlükəsizlik və sabitlik mövcud deyilsə, investisiyalar da olmayacaq, investisiyalarsız isə hətta dünyanın inkişaf etmiş ölkələri irəli gedə bilməz. Eyni zamanda, hər bir ölkə hüdudlarından kənarda təhlükəsizlik və sabitlikdə maraqlı olmalıdır. Çünki siz adada yaşamırsınız, sizin qonşularınız var. Buna görə də biz ölkənin daxilində olduğu kimi, sərhədlərimizdən kənarda da sabit və əvvəlcədən söylənilə bilən vəziyyətdə maraqlıyıq. Regional təhlükəsizlik və regional əməkdaşlıqla bağlı məsələlər bizə belə görünür".

Dövlət başçısı əlavə edib ki, başlanılan iqtisadi, enerji və nəqliyyat təşəbbüsləri bütün iştirakçıların xeyrinədir: "Yalnız uduşlu vəziyyətdə maksimum nəticələr əldə edə bilərik. Azərbaycanda vacib çoxmilli, transkontinental layihələr, o cümlədən enerji təhlükəsizliyi, enerjidaşıyıcıların şaxələndirilməsi ilə bağlı layihələr işə salınıb. Nəticədə həmin layihələrdə iştirak edən ölkələr fayda götürürlər".

Prezident qeyd edib: "Biz müstəqil dövlət olanda iqtisadiyyatımız tam tənəzzüldə idi. Bizdə siyasi və hərbi böhran müşahidə edilirdi, erməni təcavüzü, vətəndaş müharibəsi ilə üzləşmişdik - ötən əsrin 90-cı illərində mənzərə belə idi. Uğurlu inkişafın səbəbləri - siyasi sabitlik, siyasi islahatlar, demokratik inkişaf, iqtisadi inkişaf, KİV azadlığı. Hazırda bizdə, məsələn, internetə pulsuz giriş mövcuddur və ölkəmizin əhalisinin 70 faizindən çoxu internet istifadəçisidir. Siyasi islahatlar olmadan davamlı uğura nail olmaq mümkün deyil. Siz müəyyən dövr üçün uğur qazana bilərsiniz, lakin davamlı uğur üçün insanları fundamental azadlıqla təmin etməlisiniz, çünki hamı azad doğulur və təhlükəsizliyə və bütün əsas hüquqlara malik olmaqla azad cəmiyyətdə yaşamalıdır".

İlham Əliyevin sözlərinə əsasən, Azərbaycanda siyasi islahatlar iqtisadi islahatlarla möhkəmlənib: "İqtisadi islahatlar olmadan siyasi islahatları reallaşdırmaq çox çətindir və bizim məqsədimiz özünü təmin edən, güclü iqtisadiyyatın yaradılması olub. Bu, əminlik və iqtisadi müstəqillik yaratdı. İqtisadi əsaslar olmadan siyasi cəhətdən müstəqil olmaq və müstəqil siyasət yürütmək çətindir. Hələ də özünü təmin edə bilməyən iqtisadiyyatları olan, digər ölkələrdən asılı vəziyyətə düşən ölkələr müəyyən dərəcədə siyasi sahədə də digərlərindən asılıdır. Hər bir ölkə, ilk növbədə, iqtisadi müstəqilliyinin qayğısına qalmalıdır, bundan sonra siz azad ola, əminlik əldə edə, müstəqil qərarlarınızı qəbul edə bilərsiniz".

İlham Əliyev bəyan edib ki, Azərbaycanda hələ də davam edən iqtisadi islahatlar artıq rəqəmlərdə öz əksini tapıb: "Son 10 ildə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə artan iqtisadiyyat olub. Ən böyük uğurlardan biri işsizliyi 5 faizədək azaltmağımız oldu. Bu gənc nəslə kömək edir, ilk növbədə ona görə ki, biz yaxşı əmək resurslarının və yaxşı demoqrafik vəziyyətin olduğu ölkəyik. Bununla da iş yerlərinin açılması mütəmadi proses olmalıdır. Biz son 10 ildə 1,3 milyon iş yeri açmağa müvəffəq olduq və Azərbaycanda işsizlik kimi sosial problem mövcud deyil. Bizim ÜDM-ə nisbətdə xarici borcumuz çox aşağı səviyyədədir - cəmi 8 faiz. Buna görə də iqtisadiyyatımız böyük maliyyə resurslarını qəbul edə bilər. Lakin biz bu rəqəmi üstələməyə çalışmırıq, çünki xarici borcun ÜDM-ə nisbətdə göstəricisi iqtisadi sabitliyin əsas elementlərindən biridir. Hamımız bilirik ki, daim borc alan ölkələr gözəl günlərin birində böyük hesab verməli oldular".

Dövlət başçısının sözlərinə görə, beləliklə, siyasətçilərin məsuliyyəti və iqtisadiyyata görə məsuliyyət də vacib məsələlərdəndir: "Çünki bilirik ki, bəzi seçki kampaniyaları zamanı bir sıra ölkələrdəki siyasi vəziyyətlə əlaqədar bir çox vədlər verilir ki, problemlər aradan qaldırılacaq, məvaciblər və pensiyalar artırılacaq və cənnət yaradılacaq. İnsanlar belə sözlərə inananda və həmin siyasətçiləri seçəndə vədlər yerinə yetirilməlidir. Lakin vədlər icra olunmur, çünki iqtisadi məhdudiyyətlər, qaydalar və s. var. Bu halda onlar nə edirlər? Beynəlxalq maliyyə institutlarından, ölkələrdən borc alırlar və bu, piramida kimi görünməyə başlayır - siz daim borc alırsınız və günlərin birində hər şey dağılır. Bəs sonra? Kim əziyyət çəkir? İnsanlar. Populist çıxışlara aldanan insanlar əziyyət çəkirlər, çünki məvaciblər, pensiyalar və iş yerləri azalır. Buna görə də hər bir ölkənin iqtisadi vəziyyəti real şəraitə əsaslanmalıdır".

Prezident vurğulayıb ki, islahatlar aparmaq üçün yaxşı biznes mühitə, sabit siyasi vəziyyətə və proqnozlaşdırıla bilən gələcəyə malik olmaq lazımdır: "Bu zaman sərmayədarlar gələcəklər, çünki hazırda onları cəlb etmək çox çətindir, buna səbəb isə dünya bazarında baş verənlərdir - maliyyə-iqtisadi böhran hələ də davam edir. Bizim bu sahədə müəyyən təcrübəmiz var və hazırda iqtisadiyyatımız sabitdir, şaxələndirilib və davamlı inkişaf əsas məqsədimiz olub".

Prezident İlham Əliyev bəyan edib ki, forum təkcə müzakirələrə görə deyil, həm də Azərbaycan haqqında daha çox öyrənmək imkanı baxımından böyük əhəmiyyət kəsb edir: "Azərbaycan gənc, müstəqil, müasir ölkədir. Ölkəmiz prioritet və məqsədlərini dəqiq müəyyənləşdirib. Gənclər kimi hərəkət edən qüvvə ilə gələcəkdə daha çox uğurlar qazanacağıq".

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi icra olunub
23:59 05.08.2020

Prezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Aunaya başsağlığı məktubu göndərib
23:50 05.08.2020

Dövlət dəstəyi davam edir - 109 şəhid ailəsi və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi
23:45 05.08.2020

Onlayn yolla narkotik maddə alveri - Şəbəkəni idarə edən iran vətəndaşı olub
23:36 05.08.2020

Mübahisə zəminində paytaxt sakini qətlə yetirildi - Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
23:29 05.08.2020

Olimpiya kompleksləri xəstəxanaya çevrildi - İki Olimpiya kompleksinə koronaviruslu xəstələr yerləşdiriləcək
23:21 05.08.2020

“Koronavirus bəlasından hələ qurtulmamışıq” - “Həmrəy olub, qaydalara əməl edək”
23:14 05.08.2020

“Turaz Qartalı – 2020” - Taktiki uçuş təlimləri davam edir
22:58 05.08.2020

Kütləvilik daha çox yoluxmaya səbəb ola bilər - “Toylara qoyulan məhdudiyyət boşuna deyil”
22:41 05.08.2020

193 nəfər koronovirusa yoluxdu - 492 nəfər sağaldı, 3 nəfər vəfat etdi
22:36 05.08.2020

Ermənistanın tükənməyən uğursuzluqları - Müdafiə nazirliyində vəzifəli şəxslər hansı səbəbdən azad edilir?
22:26 05.08.2020

Ölkədə tütünçülüyün inkişafı davam etdirilir - 800 tonadək quru tütün məhsulu istehsal ediləcək
22:14 05.08.2020

Sahibkarlara dəstəyin 2-ci mərhələsi başlayır - Avqust-sentyabr aylarında 250 manat ödəniləcək
21:58 05.08.2020

Fransız alimlərdən COVİD-19 açıqlaması - Ölkə ikinci dalğa ilə qarşılaşacaq
21:36 05.08.2020

Böyük Britaniya alimlərdən xəbərdarlıq - İngiltərədə güclü ikinci COVİD-19 dalğası gözlənilir
21:26 05.08.2020

Koronavirus təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tamamilə pozub
21:21 05.08.2020

Almaniya ikinci dalğanın başlanğıcındadır - İnfeksiyanın yayılmasının səbəbləri araşdırılır
21:12 05.08.2020

Yaponiyada virusa yoluxanların sayı sürətlə artır - Aiçi prefekturasında fövqaladə vəziyyət rejimi elan olunub
20:59 05.08.2020

Sosialyönümlü siyasət davam etdirilir - Sosial sahədə ödəmələr 3 milyondan çox vətəndaşı əhatə edib
20:47 05.08.2020

Sərhədçilər əməliyyat keçirtdi - Şübhəli avtomobildən 23 kiloqram narkotik maddə tapıldı
20:36 05.08.2020

Ezamiyyə vərəqi əsasında rayona getmək mümkündür - Ezamiyyələr icaze.e-gov.az portalından alınır
20:26 05.08.2020

Rezidenturaya qəbul imtahanı keçirildi - İmtahanda iştirak üçün 1525 nəfər ərizə təqdim edib
20:14 05.08.2020

Göyçayda mal-qara oğurlayan şəxslər saxlanıldı - 5 min manatlıq heyvanlar 1300 manata satılıb
19:54 05.08.2020

Kürdəmirdə polis əməliyyat keçirdi - 28 kq-dan çox marexuana saxlanıldı
19:21 05.08.2020

Tovuzda yol qəzası - 11 yaşlı piyadanı avtomobil vurdu
18:54 05.08.2020

Beyrutda ölənlərin sayı 100-ü ötdü - Terror aktı, yoxsa, məsuliyyətsizlik?
18:21 05.08.2020

Millət vəkilləri təklif etdilər - Məktəb və ticarət mərkəzləri açılsın
17:58 05.08.2020

Dövlət büdcəsinə dəyişikliklər müzakirə olunur - Maliyyə naziri büdcədəki azalmalardan danışdı
17:21 05.08.2020

Hərbi hissələrdə döyüş hazırlığı - Qoşunlarda yay tədris dövrü başlayıb
16:54 05.08.2020

Avstraliyada ştatlar arasında sərhədlər bağlanır - Estoniyada koronavirusun ikinci dalğası başlandı
16:21 05.08.2020

Virusa yoluxanların sayı 18 milyon 722 mini ötüb - Epidemiya qurbanlarının sayı 704 mindən çoxdur
15:58 05.08.2020

Paytaxtdakı çimərliklər fəaliyyətə başladı - Qızdırma ölçüldükdən sonra çimərliyə keçidə icazə verilir
15:21 05.08.2020

Sahibkarlara 250 manat yardım yenidən veriləcək - Yeni müraciətlər avqustun 10-dək qəbul ediləcək
14:58 05.08.2020

Beyrutda azərbaycanlılar xəsarət almayıb - Xarici İşlər Nazirliyi açıqlama yaydı
14:36 05.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
14:25 05.08.2020

Pakistan şurası ədalət tələb edir! - Bəyanatda ermənilərin əməlləri pislənib
14:12 05.08.2020

Çinli mütəxəssislər Bakıya gəlib - Azərbaycanli həmkarları ilə birgə çalışacaq
23:56 04.08.2020

Milli şuraçıların cılızlığı - Xalqa düşmən münasibəti bu videodan tam aydın görünür
23:41 04.08.2020

Daha 5 ekspres avtobus xətti fəaliyyətə başlayır - Mərdəkan, Nardaran istiqamətində də ekspres avtobuslar işləyəcək
23:36 04.08.2020

İkitərəfli münasibətlərə zərər vuran silah satışı - Serbiya Azərbaycanın etdiklərini niyə unudur?
23:14 04.08.2020

226 yeni yoluxma faktı qeydə alınıb - 588 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib
23:02 04.08.2020

Polis əməliyyat keçirdi - 10 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarıldı
22:59 04.08.2020

ÜST-dən bədbin proqnoz - “Normallaşmağa gedən yol uzun olacaq”
22:21 04.08.2020

Meksikada məktəblər yeni tədris ilində açılmayacaq - Koronavirusa yoluxanların sayı sürətlə artır
21:54 04.08.2020

Almaniyada koronavirusun ikinci dalğası başladı - Gündəlik yoluxma min nəfərə yaxındır
21:39 04.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
21:21 04.08.2020

Daxili İşlər Nazirliyinin açıqlaması - Rayonlara ölkə daxili icazəsi olanlar gedə biləcək
20:54 04.08.2020

Qarabağ həqiqətləri italiya qəzetində - Səfir erməni təxribatından danışdı
20:36 04.08.2020

Sabahdan çimərliklərə getməyə icazə veriləcək - Qaydalar nədən ibarətdir?
20:14 04.08.2020

Qazaxa yeni içməli su və kanalizasiya xətləri çəkilir - İşlər bu ilin sonunadək başa çatacaq
19:58 04.08.2020

Beynəlxalq münasibətlərin təhlili mərkəzi vebinar keçirdi - "Qoşulmama hərəkatı və COVİD-19 pandemiyası”
19:25 04.08.2020

Bir çox məhdudiyyətlər niyə hələ də qüvvədədir? - “Əldə olunan naliyyətlər qorunmalıdır”
18:21 04.08.2020

Qazaxda ailə münaqişəsi zəminində qətl törədildi - Ər öz həyat yoldaşını güllələdi
17:54 04.08.2020

Prezident adminstrasiyasının rəhbəri virusa yoluxdu - Braqa özünü təcrid edib
17:36 04.08.2020

Tramp ABŞ tarixinin ən böyük səhvini açıqlayıb - ABŞ prezidenti Əfqanıstandakı hərbçilərin sayını azaldır
17:21 04.08.2020

İraq Türkiyəyə uçuşları yenidən dayandırdı - Türkiyədə virusa yoluxma sayı artmaqdadır
16:51 04.08.2020

Virusa yoluxanların sayı 18 milyon 463 mini ötüb - Epidemiya qurbanlarının sayı 697 mindən çoxdur
16:21 04.08.2020

Cənubi Koreya leysan yağışları 12 nəfərin ölmünə səbəb oldu - 14 nəfər itkin düşdü, 7 nəfər xəsarət aldı
15:54 04.08.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar
15:21 04.08.2020

Kürdəmirdə keçmiş məhkum saxlanıldı - Həyətindən 15 kq narkotik maddə aşkar olundu
14:54 04.08.2020

Masallıda narkotik vasitə satan şəxs saxlanıldı - 1 kq-dan artıq tiryək müsadirə edildi
14:36 04.08.2020

Mingəçevirdə polis qapalı məkanlarda reyd keçirdi - İctimai nəqliyyat yoxlanıldı, maskasız şəxslər cərimələndi
14:21 04.08.2020

Fəttah Heydərov vəfat edib - Mərhum millət vəkili birinci fəxri xiyabanda dəfn olunub
13:56 04.08.2020

Meksika qəzeti Erməni təxribatından yazdı - “Enerji və ərazi mübahisələri Qafqazda”
13:21 04.08.2020

Milli Məclisdə büdcə müzakirələri başladı - Komitə sədri: “Sosial ödənişlərdə azalma olmayacaq”
12:56 04.08.2020

Salyanda zəncirvari qəza - 3 nəfər ağir xəsarət aldı
12:21 04.08.2020

Tramp Boston terrorçusunun edamını tələb edir - ABŞ prezidenti məhkəmənin qərarı ilə razılaşmır
23:36 03.08.2020

Erməni saxtakarlığı davam edir - Müdafiə nazirliyinin adından saxta "Twitter" hesabı açılıb
23:12 03.08.2020

Şəmkirdə yük maşını ilə minik avtomobili toqquşdu - Yağışlı hava qəzaya səbəb oldu
22:59 03.08.2020

241 nəfər yoluxdu, 647 nəfər sağaldı - COVID-19 analizi müsbət çıxmış 6 nəfər vəfat edib
22:36 03.08.2020

İtaliya Azərbaycana tibbi missiya göndərir - 11 nəfərdən ibarət ölkəmizə gəlir
22:14 03.08.2020

Müsbət dinamikanı qorumaq bizim əlimizdədir - Belə olan halda, qaydalar daha da yumuşaldılacaq
21:56 03.08.2020

Erməni lobbisinin məğlubiyyəti - Azərbaycan diasporunun uğuru Paşinyanı sınaq qarşısında qoyub
21:21 03.08.2020

SMS icazə ləğv olunur - 5 avqustdan etibarən karantin rejimi yumşaldılacaq
21:17 03.08.2020

Bakı-Sumqayıt yolunda təmir işləri davam edir - Sulutəpə qəsəbəsi və Şamaxı yolu istiqamətindəki körpü genişləndirilir
20:56 03.08.2020

Ənənəvi yoxsa distant təhsil? - İbtidai təhsil ənənəvi qaydada keçirilməlidir
20:21 03.08.2020

Zərdabda 2 kiloqram marixuana müsadirə edildi - Narkotik tərkibli bitgilərə qulluq etdiyini etiraf etdi
20:14 03.08.2020

Türkiyəli həkimlər tovuzda - Şəhid ailələrinə qurban sovqatı paylanıldı
19:58 03.08.2020

Tovuzda karantin rejimi qaydaları pozuldu - Yas mərasimi keçirənlər, sürücü və sərnişinlər cərimələndi
19:36 03.08.2020

Karantin qaydalarını pozanlar saxlanıldı - Karantin keçid postlarını keçmək istəyən maşınlar geri qaytarıldı
19:21 03.08.2020

Bütün xəbərlər