Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Rusiya üçün bahalı yük - AİB

Rusiya üçün bahalı yük - AİB
420 dəfə oxunub

 

Avrasiya İqtisadi Birliyi Rusiya büdcəsinə illik 5,2 milyard dollara başa gələcək

Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə inteqrasiyası Rusiyaya il ərzində 5,2 milyard dollara başa gələcək. Yeni yaradılan qurum hələ “bissimillah” deməmiş artıq Rusiyanın özündə narazılıqlara yol açıb. Bu ölkənin bir sıra mətbu orqanları artıq indidən öz proqnoz və hesabatların dərc edir, qurumun Rusiyaya zərər gətirəcəyini bildirirlər. Beləliklə, 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyinin yaradılması ilə bağlı razılaşma qüvvəyə minir. Ermənistan parlamenti də ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulması barədə sazişi ilin sonuna kimi təsdiqləyəcək. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə Komissiyasının sədri Artak Zakaryan bildirib. O bildirib ki, Konstitusiya Məhkəməsinin yekun qərarından sonra prezident Serj Sarkisyan sənədi ratifikasiya üçün ölkə parlamentinə göndərəcək.

Qırğızıstan prezidenti Almazbek Atambayev isə dünən bəyan edib ki, ölkəsi “mümkün qiymət artımına baxmayaraq” Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına daxil olmalıdır. Onun sözlərinə görə, Gömrük İttifaqına birləşmək istehlak qiymətlərinin artmasına gətirə bilər, lakin qrupdan kənarda qalmaq “qiymətlərin daha sürətlə artmasına və inflyasiyaya” səbəb olar. Adları çəkilən ölkələrin quruma üzvlüyü prosesinin necə olacağına və Rusiyanın bunun üçün nələrdən keçdiyinə qısaca nəzər salaq.

Belarus “əmirliyi”

Belarusun quruma üzvlüyü məsələsi dəfələrlə gərginlik yaradıb. Hətta Minsk qurumdan çıxacağını belə bəyan edib. Prezident Aleksandr Lukaşenko tərəfdaş dövlətlər içərisində ən yolagəlməzi olub, desək, yanılmarıq. O, dəfələrlə təkid edib ki, Avrasiya İqtisadi Birliyi üzv dövlətlər üçün gömrük məhdudiyyətlərini aradan qaldırmalıdır. Rusiya isə buna qarşı çıxırdı və bu səbəbdən də dəfələrlə üzvlüklə bağlı sənədin qəbulu gecikirdi. Nəticədə isə Lukaşenkonun istədiyi oldu. Rusiya neftin ixracı ilə bağlı rüsumları ləğv etdi. İndi tərəflər arasında əldə olunan razılaşmaya görə, Belarus Rusiya neftini rüsumsuz ixrac edir. Lakin neft məhsullarının ixracından əldə olunan vəsaitə görə Rusiya büdcəsinə vəsait köçürür. Lukaşenkonun sözlərinə görə, əgər rüsumlar Belarus büdcəsində qalarsa, o, ölkəsində Əmirlik qura bilərdi. Həmin vəsait isə hesablamalara görə, ildə 5,1 milyard dollar təşkil edir.

Qazaxıstan - suverenlik ikona deyil

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Lukaşenkodan fərqli olaraq daha tez yola gələndir. Hər halda, o, Belarus lideri kimi ölkəsi ilə bağlı daha çox sövdələşmə aparmaq istəmir. Onu daha çox ölkəsi quruma üzv qəbul olduqdan sonra bunun suverenliyinə təsir edib-etməyəcəyi maraqlandırıb. Nazarbayevin əsas iradı qurumun funksiyaları ilə bağlıdır. O hələ ötən il bəyan edib ki, Gömrük İttifaqına üzvlüyün onlar üçün xeyirdən çox zərəri var. Ölkənin ticarət balansında disproporsiya artır: ixrac 4 faiz azalacaq (7 milyard dollar), idxal isə 17 milyard dollara yüksələcək. Qazaxıstanın ərzaq məhsullarının bazara çıxarılması çətinlikləri qalır. Prezident bəyan edib ki, ilk növbədə ət və ət məhsullarının Rusiya bazarına ixracında problemlər yaranır: “Rusiyanın enerji bazarına azad şəkildə daxil olmaq çətinləşir, elektrik enerjisinin tranziti imkanları məhdudlaşır. Bundan əlavə, Qazaxıstan mütəmadi olaraq Moskva qarşısında istehsal etdiyi qazın “Qazprom” vasitəsilə Avropaya çatdırılmasında sərbəst çıxış məsələsini qaldırır. Nəhayət, Qazaxıstan Avrasiya İnkişaf Bankının investisiya portfelindən yararlanır. Bankın investisiya portfeli bu ilin oktyabr ayının 1-nə kimi 5,27 mlrd. dollar təşkil edib. Bu vəsaitin 33 faizi Qazaxıstanda layihələrin reallaşmasına sərf edilir.

Ermənistan: Rusiya imperiyasına “yox”

Ermənistanla bağlı vəziyyət isə tamam fərqlidir. Bu ölkənin quruma üzvlük məsələsi uzun müddət müzakirə olundu və təxirə düşdü. Bəlli oldu ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrə daşınacaq malların gömrük rüsumlarının cəmi 1 faizini alacaq. Ermənistan həmçinin birliyə daxil olmaqla idxal etdiyi qazın qiymətini 270 dollardan 170 dollara kimi endirilməsinə çalışır. Lakin ən əsası, Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv qəbul olmaqla təhlükəsizlik təminatı almaq istəyir. Görünən odur ki, qurum bu məsələdə ona dəstək verməyəcək. Ermənistan əvvəldən istəyirdi ki, işğal altında saxladığı Qarabağla birgə quruma üzv qəbul olsun. Amma Qazaxıstan prezidentinin israrlı təkidindən sonra bu, baş vermədi. Ermənistan öz sərhədləri daxilində quruma üzv qəbul edildi. Rusiya nəşri xüsusi vurğulayır ki, Ermənistanın quruma üzvlüyü Rusiyanın mənəvi təzyiqləri ilə müşayiət olunur. Ölkə əhalisinin üçdə biri quruma üzvlüyün əleyhinə çıxış edir. Müxalifət “Məcburi SSRİ adlı quruma üzvlüyə yox, Rusiya imperiyasına yox” şüarları ilə aksiyalar keçirir.

Qırğızıstan: çətin seçim

Qırğızıstanın quruma üzvlüyü isə nə az, nə çox, düz beş dəfə təxirə salınıb. Roza Otunbayeva prezident olanda ölkə Avropa İttifaqı ilə yaxınlaşdı. 2011-ci ilin sonundan Almazbey Atambayevin rəhbərliyi dövründə isə Qırğızıstanın simpatiyası Avrasiya İqtisadi Birliyinə doğru dəyişdi. May ayında Atambyev rəsmən bəyan etdi ki, ölkə 2015-i ili qurumda üzvlüklə qarşılayacaq. Dərhal da onun “ağrısız” olaraq quruma üzvlüyünün qiyməti bəlli oldu - 1 milyard dollar. Məhz bu qədər məbləği Rusiya rəsmi Astanaya ayıracağını söz verib. Bundan əlavə, nizamnamə kapitalı 500 milyon dollar olacaq Fond da yaradılır, elə bu həcmdə də güzəştli kredit ayrılır. Məlumat üçün bildirək ki, Qırğızıstanın ÜDM-i bütövlükdə 6,5 mlrd. dollar təşkil edir. Qırğızıstanın 5,5 milyonluq əhalisi əsasən Çin mallarının digər ölkələrə ixracı hesabına dolanır. İl ərzində bu vəsait 10 mlrd. dollar təşkil edir. Bişkek ətrafında Mərkəzi Asiyanın ən iri topdansatış ticarət mərkəzi yerləşir. Burada ən ucuz mallar satılır.

İnteqrasiyanın qiyməti

Yuxarıda qeyd etdiyimiz kimi, birbaşa xərcləri hesablasaq, onda inteqrasiya Rusiya büdcəsinə 2015-ci ildə minimum 5,2 mlrd. dollara başa gələcək. Lakin Rusiya prezidentinin müşaviri Sergey Qlazyev əmindir ki, inteqrasiya məsələsində qənaət etmək olar: “Biz daha çox kapitalın ölkədən getməsi zamanı itiririk. Bu, yüz mlrd. dollarlar edir. Ofşor oliqarxiya ilə mübarizə aparmaq lazımdır”. Avrasiya İqtisadi Birliyinin iqtisadi komissiyasının rəhbəri Viktor Xristenko isə hesab edir ki qurumun yaradılmasından kimin udduğunu və yaxud uduzduğunu qoymaq düzgün deyil. Ekspertlər bildirirlər ki, Avropa İttifaqı qurumun genişlənməsindən mənfəətini 10-15 il sonra almağa başlayıb. Bu səbəbdən də indidən gəlirlər barədə danışmaq yersizdir. Beləliklə, Moskvanın Aİ-yə alternativ kimi yaratdığı Avrasiya İqtisadi Birliyi artıq indidən Rusiyanın özündə belə narazılıq yaradır. Hal-hazırda rusları belə bir sual düşündürür - axı belə bir qurum yaratmağa nə ehtiyac var idi? O ki qaldı onun Aİ-yə alternativ qurum kimi görünməsi, bu, ümumiyyətlə düzgün deyil. Tək bir faktı demək kifayətdir: Aİ könüllük əsasında yaradılan bir qurumdur, Avrasiya İqtisadi Birliyi isə zor və təzyiq yolu ilə formalaşdırılır. Zorakılıq və təzyiq yolu ilə yaradılan qurumlar isə müvəqqətidir. Hər halda, gözümüzün qabağında SSRİ təcrübəsi var.

Kaspi.az

BUNU DA OXU

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir - VİDEO
RUSİYADA COVİD-19-A QARŞI İLK VAKSİN QEYDİYYATDAN KEÇİB
Çimərlik ərazisində təmizliyə riayət edilmir - Yenilənib
Türkəçarə yoxsa həkim müalicəsi? - VİDEO
Kafe və restoranlar hansı qaydalar əsasında açıla bilər? - VİDEO
Xəbər lenti

Azərbaycan-Belarus əlaqələri inkişaf edir - Münasibətlərin yüksək səviyyədə olması beynəlxalq arenada da özünü göstərir
19:17 11.08.2020

Qubada karantin rejimini pozub, toy etdilər - Restoranın sahibi, bəy və onun 28 dostu saxlanıldı
19:15 11.08.2020

ÜST-dən ilk peyvəndin qeydiyyatına münasibət - Peyvəndin standartlara uyğun olub-olmaması müzakirə olunur
19:06 11.08.2020

Oğurladığı 1200 manatlıq velosipedi 30 manata satdı - Polis şübhəlini “iş” başında yaxaladı
19:05 11.08.2020

Üzərindən kibrit qutusunda olan marexuana tapıldı - Evindən isə 12 kq narkotik maddə aşkarlandı
19:05 11.08.2020

Rəqəmlərin azaldığını görüb arxayınlaşmayaq! - Bəzi ölkələrdə virusa yoluxma sayı yenidən artmağa başlayıb
19:01 11.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
19:01 11.08.2020

Müəlllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır - İmtahana 46 228 namizəd iştirak hüququ qazanıb
18:59 11.08.2020

Daha 84 nəfər Covid-19-a yoluxub - 3 nəfər vəfat edib
18:57 11.08.2020

Mənzillərin altını-üstünə çevirənlər yaxalandı - 4 il ərzində 80 evi qarət ediblər
18:56 11.08.2020

Azərbaycan hərbi xərclərini artırır - Dövlət büdcəsində müdafiə xərcləri 4 milyard manata yaxındır
18:55 11.08.2020

245 veterana ərzaq yardımı edilib - Aksiya pandemiya dövründə, kömək məqsədi ilə keçirilib
18:52 11.08.2020

Putinin qızı koronavirusa qarşı peyvənd olunub - Peyvənddən sonra qızının hərarəti 38 dərəcə olub
18:51 11.08.2020

Rusiyada COVİD-19-a qarşı ilk vaksin qeydiyyatdan keçib - Putin əhalinin pulsuz peyvənd edilməsini tapşırıb
18:51 11.08.2020

ABŞ-da Ağ ev yaxınlığında atışma - Tramp mətbuat konfransından uzaqlaşdırılıb
18:50 11.08.2020

Qeyts tarix açıqladı - Dünya 2022-ci ilin sonunda koronavirusdan qurtulacaq
18:49 11.08.2020

Venesuelada karantin sentyabrın 13-dək uzadıldı - Koronavirusa qarşı mübarizə davam edir
18:47 11.08.2020

Qusarda 18 nəfər saxlanıldı - İcazələri olmadan istirahətə gedənlər cərimələndi
18:43 11.08.2020

Virusa yoluxanların sayı 20 milyon 264 mini ötüb - Epidemiya qurbanlarının sayı 739 min 300-dən çoxdur
18:42 11.08.2020

Xaçmaz karantin rejimini pozanlar saxlanıldı - Sürücü və 27 sərnişin cərimələndi
18:41 11.08.2020

Canni De Byazinin köməkçiləri müəyyənləşib
14:43 11.08.2020

Ölkəmizdə koronavirusla bağlı müsbət tendensiya davam edir - VİDEO
14:14 11.08.2020

Dünya üzrə yeni növ koronavirusa yoluxanların sayı 20 milyon 264 mini ötüb
13:50 11.08.2020

RUSİYADA COVİD-19-A QARŞI İLK VAKSİN QEYDİYYATDAN KEÇİB
13:27 11.08.2020

XARİCİ İŞLƏR NAZİRİ CEYHUN BAYRAMOV TÜRKİYƏDƏDİR
13:00 11.08.2020

Serbiyanın Baş Nazirinin müavini Neboyşa Stefanoviç Azərbaycana səfər edib
12:37 11.08.2020

PAYTAXTDA HAVA YAĞMURSUZ KEÇƏCƏK
12:12 11.08.2020

Bölgələrdə karantin rejimini pozanlar saxlanılıb - VİDEO
11:56 11.08.2020

Çimərlik ərazisində təmizliyə riayət edilmir - Yenilənib
11:30 11.08.2020

Türkəçarə yoxsa həkim müalicəsi? - VİDEO
11:09 11.08.2020

Bakı-Sumqayıt qatarının fəaliyyəti dayandı
10:45 11.08.2020

Peşə məktəblərinə qeydiyyat başladı - Qəbul 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılacaq - VİDEO
10:21 11.08.2020

Prezident İlham Əliyev Qarabağ yatağının dayaq bloku dənizə yola salınma mərasimində iştirak edib - VİDEO
09:58 11.08.2020

Dünyanın ən bahalı maskası hazırlanır - Maska 3600 ədəd ağ və qara brilyantla bəzədiləcək
22:54 10.08.2020

Azərbaycan və Türkiyə qırıcıları uçuşlar keçiriblər - Hərbi təyyarəçilər pilotaj texnikasi, qoşa və manqa ilə məşq ediblər
22:32 10.08.2020

Macarıstanda məhdudiyyətlər qüvvədə qalacaq - Yumşalmalar riskli hesab edilir
22:10 10.08.2020

Türkiyədə yoxlamalara başlanılır - Sabahdan ciddi tədbirlər tətbiq olunacaq
21:52 10.08.2020

Yaponiyada əhaliyə çağırış edildi - Covid-19-a qarşı mübarizə tədbirləri gücləndiriləcək
21:50 10.08.2020

Uğurlu neft strategiyası - “Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı
21:21 10.08.2020

Biz birlikdə güclüyük! - Gündəlik yoluxma sayı sürətlə azalır
20:54 10.08.2020

Polad Həşimovun yaşadığı bina təmir olunur - Şəhidin adına bulaq və barelyefin qoyulma məsələsi də gündəmdədir
20:12 10.08.2020

Gəncədə şübhəli şəxs qismində saxlanıldı - Əl çantasından 3 kiloqramdan artıq narkotik maddə çıxdı
19:54 10.08.2020

Qubada dağlıq ərazilərdə yanğın baş verdi - Alovun ətrafa yayılmasının qarşısı alınıb
18:54 10.08.2020

Aleksandr Lukaşenko 6-cı dəfə prezident oldu - Prezident seçkilərındə 81 faiz səs toplayıb
18:14 10.08.2020

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib
17:58 10.08.2020

Livanda etirazçılar nazirliklərin binasına daxil oldu - Daha bir nazir istefa verdi
17:21 10.08.2020

Fransada koronavirusla mübarizə davam etdirilir - 100-dən artıq küçədə maska taxmaq məcburi oldu
16:54 10.08.2020

Virusa yoluxanların sayı 20 milyonu ötüb - Epidemiya qurbanlarının sayı 734 min 200-dən çoxdur
16:36 10.08.2020

Pakistanda sel və daşqınlar həyatı iflic etdi - 64 nəfər dünyasını dəyişdi
16:14 10.08.2020

Kürdəmirdə karantin rejimi qaydalarını pozan kafe aşkarlandı - Ad günündə iştirak edənlər cərimələndi
15:54 10.08.2020

4 gün sonra müəllimlərin işə qəbulu imtahanıdır - Məlumatlar artıq şəxsi səhifələrə göndərilir
15:36 10.08.2020

Qəbələdə karantin qaydalarını pozanlar saxlanıldı - Gündəlik kirayə mənzillərdə istirahət edənlər cərimələndi
15:14 10.08.2020

Bakı-Sumqayıt qatarının fəaliyyəti dayandı - Sərnişinlər Bakı-Pirşağı qatarından istifadə edə bilər
14:54 10.08.2020

Azərbaycan ordusuna ağir itki üz verib - General-leytenant Fuad Məmmədov vəfat edib
14:25 10.08.2020

Kafe və restoranlar hansı qaydalar əsasında açıla bilər? - VİDEO
14:06 10.08.2020

Musa Abdullayevin anadan olmasından 93 il ötür - VİDEO
13:44 10.08.2020

İKİ QARDAŞ KÜRDƏ BATDI - ONLARDAN BİRİ XİLAS EDİLSƏ DƏ, DİGƏRİ DÜNYASINI DƏYİŞDİ
13:20 10.08.2020

GEYİM MAĞAZALARI AÇILDI
12:58 10.08.2020

SABAH PAYTAXTDA 32 DƏRƏCƏ İSTİ OLACAQ
12:35 10.08.2020

AZƏRBAYCAN ORDUSUNA AĞIR İTKİ - GENERAL-LEYTENANT FUAD MƏMMƏDOV VƏFAT EDİB
12:10 10.08.2020

“Azərsu”da Tədbirlər Planı hazırlanıb və işlərə başlanılıb - VİDEO
11:43 10.08.2020

Çimərliklərə kütləvi axın - Sıxlığın yaranması dövləti qurumlarını narahat edir - VİDEO
11:19 10.08.2020

Türkiyəyə istirahətə getmək istəyənlərin sayı artıb - Tur paketlərin qiymətində artım nə ilə əlaqədardır? - VİDEO
10:22 10.08.2020

Karantin şəraitində toy - Yenilənib - VİDEO
10:01 10.08.2020

Bu gün 87 yoluxma faktı qeydə alınıb - COVİD-19-dan daha iki nəfər vəfat edib
17:15 09.08.2020

Genişmiqyaslı döyüş atışlı taktiki təlimlər - Təlimlərə xüsusi təyinatlı bölmələr də cəlb edilib
16:58 09.08.2020

“TurAz Qartalı - 2020” - Birgə taktiki-uçuş təlimləri davam edir
16:21 09.08.2020

Qubada su təminatı yaxşılaşdırılır - 4 yeni su anbarı tikiləcək
15:54 09.08.2020

Kafe və restoranlar açılışa hazırdırmı? - İaşə obyekləri yeni qaydalar əsasında fəaliyyət göstərməlidir
15:21 09.08.2020

Qapaqları yoxa çıxan zibil qutuları - Məsuliyyətsizliyin yaradığı xoşgəlməz görüntü və qoxu
14:54 09.08.2020

Kondisionerlərdən düzgün istifadə qaydaları… - Otağin temperaturu kəskin dəyişərsə, nə baş verər?
14:25 09.08.2020

Gəncədən Balakənə istirahətə getdilər - Karantin qaydalarını pozan dostlar cərimələndi
23:13 08.08.2020

Hacıqabulda qaz kəmərində partlayış yanğına səbəb olub - Yanğın 3 saata qədər davam edib
22:36 08.08.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
22:14 08.08.2020

Bəzi sahələrin fəaliyyəti bərpa olunur - İri ticarət mərkəzləri hələlik açılmır
21:58 08.08.2020

Mingəçevirdə yağışlar sürüşməyə səbəb oldu - Evlər qəzalı vəziyyətə düşdü, ağaclar kökündən çıxdı
21:32 08.08.2020

Kafe və restoranlar avqustun 17-də açıla bilər - Rayonlara gediş-gəliş nə vaxt mümkün olacaq?
21:05 08.08.2020

Operativ qərargah videokonfrans keçirib - “Xüsusi karantin rejiminə nəzarət gücləndirilməlidir”
20:54 08.08.2020

Dələduzluqda ittiham olunan qadın saxlanıldı - Etibardan sui- istifadə edib, vətəndaşları aldadıb
20:35 08.08.2020

“Azərbaycan İnvestisiya Holdinqi”nin məqsədi - Dövlət şirkətləri səmərəlilik və şəffaflıq prinsipləri ilə işləyəcək
20:14 08.08.2020

Bütün xəbərlər