Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Gürcü arzusu" parçalanma astanasında - Yolun sonu?

"Gürcü arzusu" parçalanma astanasında - Yolun sonu?
579 dəfə oxunub

 

Gürcüstanın hakim koalisiyası – “Gürcü arzusu” parçalanmaq həddinə çatıb. Koalisiyanın fəal üzvlərindən hesab edilən “Azad demokratlar” birliyi tərk etməyə hazırlaşır. Müdafiə naziri İrakli Alasaniyanın rəhbərlik etdiyi partiyanın koalisiyanı tərk etməsinin səbəbi yüksək rütbəli beş hərbçinin həbsidir. Onlar iki milyon dollardan artıq büdcə vəsaitini mənimsəməkdə ittiham edilirlər. Saxlanılmış şəxslər arasında nazirliyin təchizat departamentinin sabiq rəhbəri, eləcə də hazırkı əməkdaşları var. İstintaq müəyyən edib ki, onlar ötən il şəbəkə avadanlığı və optik-lif kabellərinin alınması üzrə məxfi tenderin keçirilməsi vaxtı onun nəticələrini “Silknet” şirkətinin xeyrinə dəyişdiriblər. Bununla da 2,3 milyon dollar həcmində büdcə vəsaitinin mənimsənilməsinə yol veriblər. Baş Prokurorluq tenderə qatılan “Silknet”-in 9 rəqibinə bilərəkdən səhv məlumatın verildiyini vurğulayır. İstintaqa istənilən sənədləri təqdim etməyə hazır olduğunu bildirən “Silknet” nümayəndələri isə tender vaxtı “hüquqi qaydalara” əməl olunduğunu bəyan edirlər. Gürcüstanın Müdafiə Nazirliyi də tenderin tam qanuna uyğun şəkildə aparıldığını bildirib. Müdafiə Nazirliyi təchizat sistemin şəffaflığını maksimal dərəcədə artırmaq üçün çoxsaylı addımların atıldığını bildirib. “Tender komissiyalarının iclaslarında müşahidəçi statusu ilə qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər” – deyə Müdafiə Nazirliyi bəyan edib. Gürcüstan ordusuna əsasən 2013-cü ildə “ölkədə keçirilən antikorrupsiya islahatlarını müsbət” dəyərləndirən NATO ekspertləri həmin təcrübəni partnyor ölkələrlə bölüşməyi təklif ediblər: “Müdafiə Nazirliyi əsaslı istintaqın keçirilməsində maraqlıdır və bütün tərəflərlə intensiv əməkdaşlığa hazır olduğunu bildirir”.

Müdafiə naziri İrakli Alasaniya hazırda rəsmi səfərlə Almaniyadadır. Bu arada prokurorluq “cinayətdə əli olan” başqa rəsmilərin müəyyənləşdirilməsi ilə bağlı istintaqın davam etdirildiyini qeyd edir. Bir faktı da qeyd edək ki, həbslər nazirin sədri olduğu partiyanın bu günlərdə keçirəcəyi qurultay ərəfəsində həyata keçirilib. Müdafiə Nazirliyinin yüksək rütbəlilərinin adlarının korrupsiyada hallanması isə birbaşa nazirə zərbədir. Alasaniya bir neçə dəfə bəyan edib ki, noyabrın 8-də sədri olduğu qurumun gücləndirilməsi və yenidən təşkili üzrə yeni proqram təqdim etməyə hazırlaşır. Keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, bu gün “Azad Demokratlar”ın lideri Gürcüstanın ən nüfuzlu siyasətçisidir. Onun reytinqi baş nazir İrakli Qaribaşvili (54 faiz) və “Gürcü arzusu” koalisiyasının faktiki lideri hesab edilən milyarder Bidzina İvanişvilini belə ötüb keçir. Sonuncunun reytinqi 45 faiz göstərilir. Korrupsiya qalmaqalı hələ ki, müdafiə nazirinin reytinqinə təsir etməyib. Lakin bununla belə, müdafiə nazirinin əleyhdarları onun istefası və başqa işə keçməsinin zəruriliyi barədə danışmağa başlayıblar. “Ya Alasaniya həqiqətən də korrupsiyaya bulaşıb, ya da ki, açıq şəkildə bəyan etməlidir ki, siyasi baxışlarına görə təqib olunur” deyə “Vahid Milli Hərəkat”dan olan deputat Akakiy Minaşvili bəyan edib.

Alasaniyanın partiyadaşları hələ ki, bu məsələdə ehtiyatlı mövqe nümayiş etdirirlər. “Biz proseslərin hansı şəkildə cərəyan edəcəyini ciddi şəkildə izləyəcəyik və fikirlərimizi sonra açıqlayacağıq” - deyə “Azad Demokratlar”dan olan deputat Viktor Dolidze bəyan edib.

Hakimiyyətin kursu ilə razı olmadığını hakim koalisiyaya daxil olan Respublika Partiyası da bəyan edib. Alansaniyanın sədri olduğu partiya ilə yanaşı, Respublika Partiyasının da koalisiyanı tərk edəcəyi bildirilir. Partiyanın sədri David Usupaşvili bununla bağlı müəyyən üstüörtülü bəyanatlar səsləndirib. Spiker David Usupaşvilinin sədri olduğu bu partiyanın yaydığı bəyanatda vurğulanır ki, ölkədə problemlər durmadan atır. Və bu problemləri artıq “Vahid Milli Hərəkat”ın adına yazmaq olmur. Usupaşvilinin tərəfdarlar əmindirlər ki, koalisiya üzvləri ən əhəmiyyətli məsələlərlə bağlı öz mövqelərini ifadə etməkdə daha çox azadlığa malik olmalıdırlar. Hər iki partiyanın - həm “Azad Demokratlar”, həm də Respublikaçılar Partiyasına müstəqilliklərini ifadə etməyə yaxın vaxtlarda imkan verilə bilər. Artıq yayılan məlumatlara görə, hər iki qurum hökumətin cinayət törətməkdə şübhəli bilinən şəxslərin telefon danışıqlarını dinləməyə imkan verən qanuna dəyişikliyə səs verməyəcəklər. Gürcü ekspertləri istisna etmirlər ki, bu məsələ ilə bağlı səsvermə başda prezident Georgi Marqvelaşvili başda olmaqla yeni koalisiyanın qurulması istiqamətində ilk addım ola bilər. Nəzəri cəhətdən buna “Vahid Milli Hərəkat” da qoşula bilər. “Biz qərbyönümlü qüvvələrlə ölkənin müstəqilliyinin qorunması istiqamətində əməkdaşlıq etməyə hazırıq” - deyə bu partiyadan olan deputat Serqo Ratiani bildirib. Bidzina İvanişvilinin keçmiş müşaviri Georgi Xuxaşvili bildirib ki, Respublikaçılar və “Azad demokratlar”ın üzvləri əslində koalisiyadan çıxmaqda maraqlı deyillər. Çünki, çox gözəl anlayırlar ki, təklikdə 2016-cı ildə keçiriləcək parlament seçkilərində təkbaşına uğurla çıxış edə bilməyəcəklər. Bununla yanaşı, onlar öz səlahiyyətlərinin genişləndirilməsini istəyirlər və bu səbəbdən də “Gürcü arzusu”na bir növ ultimatum təqdim ediblər. Xuxaşvilinin sözlərinə görə, baş nazirin partiyasında qalmaqalın yaranmasından çox qorxurlar və koalisiya üzrə tərəfdaşlarının oranı tərk etməsinin qarşısını almaq üçün hər şeyi edirlər. Bu tezisin təsdiqi kimi “Gürcü arzusu”nun liderlərindən olan Manana Kobaxidze bildirib ki, hakim koalisiyada əməkdaşlığın yeni formalarını işləyib hazırlamaq üçün normal proses gedir. Və bu səbəbdən də onun dağılması təhlükəsinin olmasından danışmaq gərək deyil. Bütün bunlara baxmayaraq, hakim koalisiyanın dağılma ərəfəsində olması barədə söhbətlərin yayılması artıq faktdır. Proseslər belə gedərsə, onda onun parçalanması labüd ola bilər.

Kaspi.az

BUNU DA OXU

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
UEFA-dan Avro-2020 açıqlaması
Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
Xəbər lenti

Mövlud Çavuşoğlu: Azərbaycanın ərazi bütövlüyü hər kəs tərəfindən qeyd-şərtsiz dəstəklənməlidir
15:00 04.11.2020

Cəbhənin Ağdərə istiqamətində düşmənin UAZ-ı sıradan çıxarılıb
14:04 04.11.2020

Fuad Muradov: Azərbaycan və Türkiyə icmaları dünyanın 50-dən çox ölkəsində birgə fəaliyyət göstərir
13:36 04.11.2020

İndiyədək Azərbaycanda COVID-19 xəstələrinin donoru olmaq üçün 150 nəfər müraciət edib
12:58 04.11.2020

Ermənistanın təxribatları nəticəsində 2734 ev, 98 yaşayış binası və 500 mülki obyekt yararsız vəziyyətə düşüb
12:42 04.11.2020

Donald Tramp: Biz seçkilərdə qalib gəlirik
12:14 04.11.2020

Leyla Abdullayeva: Ermənistan prezidenti RBK kanalına müsahibəsində faktları təhrif edib
11:50 04.11.2020

Çempionlar Liqasında 3-cü tura start veridi
11:21 04.11.2020

Əlcəzair prezidenti koronavirusa yoluxub
11:00 04.11.2020

HİKMƏT HACIYEVDƏN AÇIQLAMA - KƏNDLƏRİMİZ ARTİLLERİYADAN ATƏŞƏ TUTULUR
10:34 04.11.2020

CƏBHƏDƏ SON VƏZİYYƏT
10:10 04.11.2020

ABŞ-da prezident seçkilərini, hələ ki, Donald Tramp öndə aparır
09:49 04.11.2020

Azərbaycanda koronavirus infeksiyasına daha 1242 yoluxma faktı qeydə alınıb
15:00 03.11.2020

Neft Fondu Seuldakı daşınmaz əmlakını satıb
14:36 03.11.2020

Adil Əliyev: Ermənistana qarşı sanksiyalar tətbiq edilməsi üçün hələ də gec deyil
14:07 03.11.2020

Bakıda yağış yağacaq
13:45 03.11.2020

Ronaldu ən yaxşı bombardirlər siyahısında liderdir
13:24 03.11.2020

DÜŞMƏN ATƏŞKƏSİ POZDU LİD - MEŞƏDƏ YANĞIN BAŞLADI
12:59 03.11.2020

BMT SƏNƏD YAYDI - ERMƏNİSTANIN UŞAQLARI ƏSGƏR KİMİ CƏLB ETMƏSİ PİSLƏNİB
12:36 03.11.2020

BMT-NİN İNSAN HÜQUQLARI ÜZRƏ ALİ KOMİSSARI ERMƏNİSTANIN HÜCUMLARINI PİSLƏDİ
12:13 03.11.2020

Bu gün Çempionlar Liqasında 3-cü tura start veriləcək
11:48 03.11.2020

UEFA-dan Avro-2020 açıqlaması
11:22 03.11.2020

ABŞ-DA 59-CU ÜMUMİ SEÇKİLƏR KEÇİRİLİR
11:00 03.11.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
10:34 03.11.2020

ANAMA 28 əməliyyat həyata keçirib
10:10 03.11.2020

Cəbhədə noyabrın 3-nə olan son vəziyyət
09:48 03.11.2020

Azərbaycan Prezidenti: Paşinyanın Rusiya Prezidentinə məktub göndərməsi, əslində, Ermənistanın məğlubiyyətinin etirafıdır
14:55 02.11.2020

PAŞİNYAN MƏĞLUBİYYƏTƏ GÖRƏ RUSİYANI GÜNAHLANDIRIR
12:56 02.11.2020

BİNƏLİ YILDIRIM AZƏRBAYCANA DƏSTƏYƏ GƏLDİ
12:30 02.11.2020

Вüşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
12:03 02.11.2020

BAŞ PROKURORLUQDAN AÇIQLAMA - QARABAĞDA QIZIL YATAQLARINDAN QANUNSUZ İSTİFADƏ EDƏNLƏR BEYNƏLXALQ AXTARIŞA VERİLİB
11:44 02.11.2020

RUSİYA SƏFİRLİYİ ERMƏNİ YALANINI İFŞA ETDİ
11:20 02.11.2020

Balaş Qasımovun komandası “Kim? Harada? Nə vaxt?” intellektual yarışmasının payız finalının qalibi olub
10:57 02.11.2020

Cəbhədə noyabrın 2-nə olan son vəziyyət
10:32 02.11.2020

İzmirdə 3 yaşlı qız 65 saat sonra dağıntılar altından sağ çıxarılıb
10:10 02.11.2020

Hikmət Hacıyev ermənilərin saxtakarlığını ifşa edib - FOTOLAR
09:49 02.11.2020

Prezident: Yeddi rayon bizə qaytarılmalıdır, Dağlıq Qarabağdan qovulmuş azərbaycanlılar da oraya qayıtmalıdır
12:54 31.10.2020

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var
12:45 31.10.2020

Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər
12:33 31.10.2020

Ceyhun Bayramov: Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
12:18 31.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Cəbrayılın, Zəngilanın və Qubadlının 9 kəndini işğaldan azad edib
15:15 30.10.2020

Baş prokuror: Ermənistan ordusunun mülki əhalini atəşə tutması nəticəsində 7 ailə tamamilə məhv olub
15:01 30.10.2020

Cari ildə 234,7 min ton meyvə-tərəvəz idxal edilib
14:37 30.10.2020

TÜRKİYƏNİN SABİQ BAŞ NAZİRİ DÜNYASINI DƏYİŞİB
12:19 30.10.2020

Maradona - 60! - VİDEO
11:58 30.10.2020

Avropa Liqasında gecənin nəticələri
11:33 30.10.2020

FHN: Ermənistan ölkəmizə qarşı növbəti ekoloji terror aktları törədib
11:09 30.10.2020

ANAMA-ya Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə müraciət daxil olub
10:44 30.10.2020

"Qarabağ" İstanbudla "Vilyarreal"a uduzdu
10:20 30.10.2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb
09:57 30.10.2020

Ermənistanın iki Su-25 təyyarəsi məhv edilib
14:06 29.10.2020

Prezidentin Mətbuat Xidmətinin məlumatı
13:38 29.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva qardaş Türkiyə xalqını 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik edib
13:05 29.10.2020

MN: Azərbaycan HHQ-nin aviasiya vasitələri bugünkü döyüşlərdə tətbiq olunmayıb
12:46 29.10.2020

Hikmət Hacıyev: Azərbaycan Ordusu düşmənin cavabını verir və onları iti qovan kimi qovuruq
12:22 29.10.2020

UNİCEF MÜNAQİŞƏ İLƏ BAĞLI BƏYANAT YAYIB
12:00 29.10.2020

CEYHUN BAYRAMOV Aİ-nin ALİ NÜMAYƏNDƏSİ İLƏ DANIŞIB
11:35 29.10.2020

"Qarabağ" "Vilyarreal"a qarşı
11:14 29.10.2020

Çempionlar Liqasında 2-ci tura yekun vurulub - Nəticələr
10:52 29.10.2020

Müdafiə Nazirliyi: Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib
10:30 29.10.2020

“MÜLKİ ŞƏXSLƏRİN HƏDƏF ALINMASI QƏBULEDİLMƏZDİR” - AVROPA İTTİFAQINDAN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ BAĞLI BƏYANAT
10:07 29.10.2020

Qızıl Aypara cəmiyyətinin könüllüsü həlak olub - Bərdədə
09:45 29.10.2020

Prezident İlham Əliyev: Azərbaycan Ordusu Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad edib
16:40 28.10.2020

Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək
16:25 28.10.2020

Ermənistanın Bərdəyə raket hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb
15:10 28.10.2020

Baş Prokurorluq: Ermənistan ordusunun Bərdəni raket atəşinə tutması nəticəsində həlak olanların sayı 14-ə çatıb
14:39 28.10.2020

Düşmən Bərdəni yenidən “Smerç” raketləri ilə atəşə tutub
14:05 28.10.2020

Çempionlar Liqasında 2-ci tura start verilib - Nəticələr
13:40 28.10.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 34 min 858-ə çatıb
13:18 28.10.2020

“SƏRHƏDSİZ REPORTYORLAR” FRANSALI JURNALSİTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏDİ
12:57 28.10.2020

ÇAVUŞOĞLUDAN SƏRT SÖZLƏR - “TƏHQİR ACİZLƏRİN SİLAHIDIR”
12:33 28.10.2020

"Barselona"nın prezidenti istefa verdi
12:11 28.10.2020

ERMƏNİ TƏXRİBATI NƏTİCƏSİNDƏ 69 MÜLKİ ŞƏXS HƏLAK OLUB
11:45 28.10.2020

ERMƏNİSTANDA FƏRARİLİYİN QARŞISINI ALMAQ ÜÇÜN CƏZALAR SƏRTLƏŞDİRİLİB
11:20 28.10.2020

İran parlamentinin sədri koronavirusa yoluxub
10:57 28.10.2020

Bu gün "Dünya Cüdo Günü" kimi qeyd edilir
10:34 28.10.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olanların yaxınlarına başsağlığı verib
10:10 28.10.2020

Cəbhədə oktyabrın 28-nə olan son vəziyyət
09:49 28.10.2020

HİKMƏT HACIYEV "EURONEWS" ÇƏKİLİŞ QRUPUNA HÜCUMU PİSLƏDİ
13:33 27.10.2020

Doqquz ayda Azərbaycan ən çox Rusiyadan məhsul idxal edib
13:10 27.10.2020

Bütün xəbərlər

ÇOX OXUNANLAR