Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"Xankəndidə “məhkəmə” quranlar məsuliyyətə cəlb olunmalıdır"

"Xankəndidə “məhkəmə” quranlar məsuliyyətə cəlb olunmalıdır"
440 dəfə oxunub

 

Anar Bağırov: "Həmkarlarıma sualım var: hakimlər kimdir və ya saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?!"

Son günlər ölkə ictimaiyyətini narahat edən və təbii olaraq müzakirə edilən əsas mövzulardan biri Xankəndidə qondarma “məhkəmə” qarşısına çıxarılan həmyerlilərimiz ilə bağlı məsələdir. Bu məsələ ilə bağlı ölkə ictimaiyyətində müxtəlif fikirlər səsləndirilir, təkliflər verilir və təşəbbüslər irəli sürülür. Xüsusilə, bu həssas məsələyə hüquqi aspektdən yanaşma, problemin həllinin hüquqi mexanizmləri hamıda böyük maraq doğurur.

“Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru Anar Bağırov bu məsələyə dair fikirlərini AzərTAc ilə bölüşüb.

“Bu yaxınlarda Xankəndidə həmyerlilərimizin üzərində qurulmuş “məhkəmə teatrı” bir azərbaycanlı kimi məni də çox narahat edir. Lakin bir hüquqşünas kimi, məni narahat edən digər nüans bu problemin həllinin, soydaşlarımızın müdafiəsinin düzgün hüquqi mexanizmlərinin tapılmamasıdır. Son günlər mətbuatda bəzi hüquqşünaslarımızın qondarma “məhkəmə” qarşısına çıxarılan girovlarımızın hüquqlarının qorunması üçün Xankəndiyə getmək təşəbbüsü ilə çıxış etmələrinə rast gəldim. Onların bu təşəbbüslərində olan xeyirxah niyyətlərini təqdir edirəm. Lakin hesab edirəm ki, bu, yanlış hüquqi mexanizmdir. Qoy, bəzi həmkarlarım inciməsinlər, onlara sualım var: bəs hakimlər kimdir və yaxud saxta məhkəmədə hansı vəkillikdən söhbət gedə bilər?! Bu, dolayı yolla qondarma “Dağlıq Qarabağ rejimi”ni qəbul etmək, düşmən dəyirmanına su tökməkdir”.

Bizə aydındır ki, vətəndaşlarımız ölkəmizin ərazisində sərbəst hərəkət etmək hüquqlarından xoş məramla istifadə ediblər. Lakin ermənilər bu hadisəyə saxta don geyindirib, həmvətənlərimizi diversant kimi qələmə veriblər. Bu hadisə bir daha sübut edir ki, azərbaycanlılardan heç biri, o cümlədən hüquqşünaslarımız oraya gedəcəkləri təqdirdə bənzər hallardan siğortalanmayıb. Dağlıq Qarabağda olan “bespredel” rejimdən hər şey gözləmək mümkündür.

Hüquqşünas daha bir önəmli məqama diqqət yetirib. Vəkilin sözlərinə görə, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci və 6-cı maddələrində göstərilib ki, hər bir şəxs yalnız səlahiyyətli məhkəmə tərəfindən məhkum olunduqdan sonra qanuni həbs edilə bilər. Eyni zamanda, hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Burada isə qanun əsasında yaradılmış və səlahiyyətli məhkəmədən söhbət gedə bilməz. Hətta qorxaq qondarma “Dağlıq Qarabağ rejimi” tərəfindən bu “məhkəmədə” “hakimlik” edən şəxsin kimliyi gizlədilir. Bununla aşkarlıq prinsipi də pozulub.

A.Bağırov bildirir ki, həmin qondarma məhkəmə qanunsuz olduğu üçün təbii olaraq onun qəbul edəcəyi istənilən qərar heç bir hüquqi qüvvəyə malik ola bilməz. Ona görə soydaşlarımız nəinki azad olunmalı, əksinə bu biabırçı “məhkəmə”ni quranlar, orada iştirak edənlər (hakim və s.) qanun qarşısında ciddi cavab verməli, məsuliyyətə cəlb olunmalıdırlar.

Fikrimcə, həmyerlilərimizin müdafiəsi üçün ən optimal yol Ermənistan barəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə şikayət ərizəsi təqdim etməkdir. Belə ki, Şahbaz Quliyev və Dilqəm Əhmədovun qanunsuz olaraq tutulması ilə bağlı məsələyə Avropa İnsan Hüquqları Konvensiyasının norma və prinsiplərinin pozulması nöqteyi-nəzərindən baxılması zəruridir. Məhz bu baxımdan Ermənistanın adı çəkilən şəxslərin qanunsuz tutulması və Avropa Konvensiyası ilə tanınmış hüquq və azadlıqlarının pozulması ilə nəticələnmiş hərəkətlərə görə məsuliyyəti meydana çıxa bilər. Çünki “Dağlıq Qarabağ Respublikası”nın beynəlxalq hüququn subyekti sayılmaması mübahisəsizdir. Eyni zamanda, nəzərə almalıyıq ki, Dağlıq Qarabağ və ətraf rayonlar üzərində nəzarət etmək kimi bir hüquqa malik olmasa belə, Ermənistan öz işğalçı siyasəti nəticəsində həmin ərazi üzərində hərbi və iqtisadi baxımdan effektiv nəzarəti həyata keçirir. Qısası, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Beləliklə də, münaqişə Azərbaycan Respublikasının daxili məsələsidir. Bu baxımdan hər hansı kənar dövlət tərəfindən bu məsələyə müdaxilə edilməsi beynəlxalq hüquq baxımından tamamilə yolverilməzdir.

“Bunları nəzərə alaraq, belə qənaətə gəlmək mümkündür ki, soydaşlarımızın Avropa Konvensiyasının 3-cü (“İşgəncələrin qadağan olunması”), 5-ci (“Azadlıq və toxunulmazlıq hüququ”), 6-cı (“Ədalətli məhkəmə araşdırması hüququ”) və 8-ci (“Şəxsi həyata və ailə həyatına hörmət hüququ”) maddələri ilə tanınmış hüquqları kobud şəkildə pozulub və Ermənistan dövləti buna görə məsuliyyət daşımalıdır. Avropa Məhkəməsinin buna bənzər işlər üzrə müxtəlif dövlətlərə qarşı kifayət qədər qərarları da vardır (“İlaşku və digərləri Moldova və Rusiyaya qarşı”, “Katan və digərləri Moldova və Rusiyaya qarşı”, “Drozd və Yanoçek Fransa və İspaniyaya qarşı” işlər və s. )”. “Sonda bildirmək istəyirəm ki, hazırda “Azərbaycan Hüquq İslahatları Mərkəzi”nin vəkil üzvləri tərəfindən Xankəndidə girov saxlanılan həmyerlilərimizin hüquqlarının səmərəli müdafiəsi üçün populizmdən uzaq olan lazımi hüquqi tədbirlər görülməkdədir və yaxın zamanlarda ictimaiyyətə bu barədə dolğun məlumat veriləcək”, – deyə hüquqşünas qeyd edib.

 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Ziya Bünyadov prospekti bağlanır - Məhdudlaşma 2 gün olacaq
14:54 03.07.2020

Virusa yoluxanların sayı 11 milyonu ötdü - Epidemiya qurbanlarının sayı isə 524 mindən çoxdur
13:51 03.07.2020

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan Prezidentlərinin videokonfrans vasitəsilə görüşü baş tutub
13:39 03.07.2020

Goranboyda traktor yanıb - 20 ton ot bağlaması ilə birlikdə
13:21 03.07.2020

Karantin rejiminə nəzarət - Hərbi qulluçular da cəlb olunub
12:51 03.07.2020

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
12:25 03.07.2020

Erməni nazir gileylidir - “Reanimasiyalarda boş yer yoxdur”
23:14 02.07.2020

BƏƏ-də 1 gündə 402 nəfər virusa yoluxdu - İyulun 7-dən Dubay turistlər üçün açıq olacaq
22:54 02.07.2020

ABŞ-ın baş infeksionisti həyəcan təbili çalır - “Gündəlik yoluxma 100 mini keçə bilər”
22:32 02.07.2020

Daxili işlər naziri karantin rejimindən danışdı - “Qaydaları pozmaqdan çəkindirən səmərəli vasitə cərimədir”
22:14 02.07.2020

Neftçalada yeni magistral su kəməri çəkilir - 80 mindən çox sakinin içməli su problemi həll ediləcək
21:59 02.07.2020

Daha 572 nəfər koronovirusa yoluxdu - 364 nəfər sağaldı, 8 nəfər vəfat etdi
21:39 02.07.2020

Ticarət obyektlərinə nəzarət gücləndi - Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək
21:21 02.07.2020

Dövlət imtahan mərkəzi müraciət etdi - “Saxta profillərdə verilən cavablara inanmayın”
20:54 02.07.2020

Cəlilabadda 151 şəxs barəsində protokol tərtib edildi - Xüsüsi karantin qaydalarını pozanlar cərimələndi
20:37 02.07.2020

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Bütün xəbərlər