Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Ermənilər Tiflisə də iddia edirlər

Ermənilər Tiflisə də iddia edirlər
536 dəfə oxunub
Torpaq iddialarında islah olunmayan Ermənistan elə bir ölkəyə qarşı da belə iddialar irəli sürür ki, prinsipcə, həmin ölkə ilə ən yaxşı əlaqələr qura bilərdi.
 
Söhbət qonşu və inanc ortağı Gürcüstandan gedir. Erməni təbliğatçıları iddia edirlər ki, gürcü mədəniyyəti və ümumilikdə ərazilər əslində Ermənistanındır.
 
Misal üçün, bu yaxınlarda gürcülər növbəti dəfə şəhər günü olan “Tiflisoba” bayramını qeyd ediblər. Ermənilər qonşuluqda belə bir bayramı görərkən qəmləniblər. Nədənsə onlarda belə bir fikir formalaşıb ki, Tiflis erməni inşaatçıları və memarları tərəfindən tikilən şəhərdir. Erməni KİV-də belə yazılır: “Bu yaxınlara qədər, cəmi iki-üç nəsil əvvəlki ermənilər şəhərin tikintisi və bəzənməsi ilə məşğul idilər, Tiflisi tikirdilər. Ermənilər tək şəhəri tikmirdilər, həm də onu idarə edirdilər”.
 
Day.az saytı bildirir ki, Tiflisin ermənilər tərəfindən idarə olunmasını isbat etmək üçün 40 nəfər erməni mer haqqında nağıllar danışırlar. Guya həmin “merlər” şəhər haqqında tarixi mənbələrdə rast gəlinən ilk məlumatlardan (XII əsr) ilk Gürcüstan Respublikasının qurulmasınadək (1918-ci il) Tiflisi idarə ediblər.
 
Həmin 40 nəfər erməni mer "Tiflisi tikib, inkişaf etdirib, bəzəyib, şəhəri həyat üçün daha cazibədar və rahat edib". İndi isə ermənilər səmimi qəlbdən kədərlənirlər ki, Tiflisdə həmin erməni merlər haqqında danışmaq gülünc və marginaldır. Şəhər şurası olan Sakrebuloda bir nəfər də olsun erməni yoxdur.
 
Bax belə bir “qədim erməni kədəri” var. “Məşəqqətlər çəkmiş” xalqın nümayəndələrini bir zamanlar erməni rəhbərlər (hətta onlar Tiflisi gürcü knyazları və müsəlman əmirlərindən də əvvəl idarə ediblər guya) tərəfindən idarə olunan şəhərin indi erməni identikliyindən məhrum olması məyus edir. Bunun üzərinə gürcü kilsələrinə və tarixi abidələrinə erməni ekspansionist nostalgiyalarını da gəlsək, belə çıxır ki, gürcü torpaqlarında insan əli ilə yaradılmış hər şey ermənilər tərəfindən edilib. Gürcüstanın özü ilə bağlı vəziyyət daha da pisdir: Tiflis də, digər şəhərlər və vilayətlər də, əlbəttə ki, Samtsxe-Cavaxetiya da “qədim erməni torpaqlarıdır”.
 
Cavaxetiya bölməsindən olan erməni separatçıları, inadkarcasına bu bölgəni “Cavaxk” adlandıran ermənilər də tez-tez özlərini yada salırlar.
 
Qeyd etmək lazımdır ki, bu yaxınlarda Gürcüstanın hüquq-mühafizə orqanları ermənilərin çoxluq təşkil etdiyi bu regionlarda çoxlu sayda qeyri-qanuni saxlanılan döyüş sursatları aşkarlayıblar. Gürcüstan DİN-in məlumatında deyilirdi ki, 128 ədəd tank mərmisi, 3969 ədəd tank əleyhinə detonator, 15 min ədəd yay formasında partlayıcı aşkarlanıb. Sözsüz ki, cinayət işi də açılıb. Baxmayaraq ki, qeyri-qanuni saxlanılan arsenalın sahiblərinin adı açıqlanmayıb, ekspertlər istisna etmirlər ki, cinayətin izləri Samtsxe-Cavaxetiyada fəaliyyət göstərən erməni separatçı qruplaşmalarına gedib çıxır.
 
Erməni separatçı lideri Vaaqn Çaxalyanın gurultulu fəaliyyəti davam edir. O, 2009-cu ildə dövlət əleyhinə fəaliyyətlərinə görə həbs olunmuşdu. Ancaq 2013-cü ildə Gürcüstanın yeni hökuməti tərəfindən azadlığa buraxılıb. Erməni ekstremist faktiki olaraq Ermənistandan keçməyən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi ilə bağlı rəsmi Tiflisə hədə-qorxu gəlmişdi. Gürcüstanın Azərbaycanın mövqeləri ilə razılaşması və Ermənistanın həmin layihəyə qoşulmamasına görə Çaxalyan etirazını bildirirdi. O iddia edirdi ki, “ermənilər hazırkı hakimiyyətə səs veriblər və imkan verməzlər ki, Azərbaycan hakimiyyəti onların əvəzinə qərar qəbul eləsin”.
 
Çaxalyanın çıxışlarında abırsızlıq və xırdaçılıq özünü aydın büruzə edir. Erməni siyasətçilər bu cür üsullarla Gürcüstan rəhbərliyinə qarşı ilk dəfə deyil ki, çıxış edirlər.
 
Maraqlıdır, görəsən, hazırkı “Gürcü arzusu” hakimiyyəti “cavaxk” separatçılarının liderini belə tələsik bir şəkildə azadlığa buraxdıqlarına görə peşman deyillər?
 
Bu arada, çaxalyanlara və onların Ermənistanı izolyasiyadan qurtarmaq üçün yollar axtaran İrəvandakı ağalarına artıq çoxdan məlum olmalı idi ki, Cənubi Qafqazda lider olan və bütün nəhəng enerji və nəqliyyat layihələrinin əsas hissəsi olan Azərbaycan heç vaxt torpaqlarını işğal etmiş ölkəni öz layihələrinə yaxın buraxmaz. Avropa ilə Asiyanı birləşdirən Bakı-Tiflis-Qars layihəsi isə əsasən, Azərbaycanın vəsaitləri hesabına reallaşır. Bu səbəbdən də erməni işğalçlarının və separatçılarının mənasız hədələri nə ölkəmizi, nə də müttəfiqlərimizi, indiki halda isə Gürcüstanı qorxuda bilməz.
 
Gürcüstan hakimiyyəti istənilən separatizm, xüsusilə də erməni separatizmi təhdidlərinin qarşısını almaq üçün ikinci vətəndaşlığı olan insanların sənədlərini yoxlamağa başladı (Gürcüstan qanunvericiliyinə əsasən, ikinci vətəndaşlığı olan şəxslər avtomatik olaraq Gürcüstan vətəndaşlığından çıxarılırlar). Bu məsələ bir çox Gürcüstan ermənilərini narahat etməyə başladı. Samtsxe-Cavaxetiya sakinlərinin sənədlərinin qeydə alınması rəsmi İrəvanı da müəyyən addımlara vadar etdi. Etnik ermənilər üçün Ermənistan vətəndaşlığını almaq sadələşdirildi. Bundan da ilk növbədə Gürcüstandakı separatçı meylli ermənilər istifadə etməyə başladılar.
 
İndi isə onların vəziyyətləri çətinləşir. Ölkənin Avropa Birliyinə Assosiativ üzv qəbul edilməsi ilə əlaqədar, ölkə parlamentində bəzi ölkələrlə, o cümlədən Ermənistan ilə viza rejiminin tətbiq edilməsi barədə qərar qəbul olunub ki, miqrant axını nizamlansın.
 
Gürcüstanın Cavaxetiya vilayətində ermənilərin hüquqi statusları ilə bağlı vəziyyət rəsmi İrəvanı narahat etməyə başladı. Ermənistanda həmin regionu açıq-aşkar şəkildə öz “qədim ölkələrinin” “tarixi əraziləri” adlandırırlar.
 
Bu yaxınlarda həmin məsələlər Ermənistan parlamentinin spikeri Qalust Saakyanın Gürcüstana səfəri zamanı da müzakirə olunub. Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə söhbət zamanı xahiş edib ki, digər ölkələrin də vətəndaşlığını almış və Gürcüstan ərazisində yaşayan ermənilərin hüquqlarının təmin edilməsi üçün prosedur yüngülləşdirilsin. Hələ də məlum deyil ki, həm Cavaxetiyada erməni separatizminin qarşısını almaq, həm də qonşu Ermənistanla münasibətlərin pisləşməməsini təmin etmək üçün Gürcüstan hakimiyyəti hansı addımlar atacaq.
 
Erməniliyin Cavaxetiyaya hansı gələcəyi təmin edəcəyini bilmək üçün Gürcüstandakı erməni apostol kilsəsinin gənclər bölməsinin nümayəndələrinin Dağlıq Qarabağa səfərinə nəzər salmaq gərəkdir. Səfərin məqsədi kimi isə Gürcüstanda yaşayan eməniləri qədim erməni tarixi abidələri ilə tanış etmək göstərilirdi. Səfərin nəticəsi olaraq bəyan edildi ki, Gürcüstandan olan gənclər Qarabağın “xalqının qəhrəmanlıq nümunələrindən ruhlandılar”. Diqqət çəkən digər məqam isə odur ki, səfər Ermənistan Respublikasının İdman və Gənclər Nazirliyi tərəfindən təşkil edilib.
 
Bütün bunlar gürcü siyasətçilərin düşünmələri üçün yaxşı faktlardır. Azərbaycan torpaqlarının işğal təcrübəsini gürcüstanlı erməni gənclərə öyrətməklə rəsmi İrəvan nəyə nail olmaq istəyir?
 
(milli.az)

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Şəmkirdə təhsil şöbəsinin müdiri və ailəsi koronavirusa yoluxub - Müalicələri evdə davam edir
17:51 30.06.2020

Parlamentin növbədənkənar sessiyası başa çatdı - Sessiya dövründə 35 qanun və qərar qəbul edilib
17:36 30.06.2020

Yeni güzəştli kredit təklifi - Sahibkarlar üçün elektron kredit platformasi təqdim edilib
17:12 30.06.2020

Koronavirus üçün polikliniklara müraciət olunacaq - Səhiyyə nazirliyi xəstələrin evdə müalicəsini açıqladı
16:57 30.06.2020

Qeyri-neft sektoru üzrə ixrac azalıb - Rusiya, İsveçrə və Çinə edilən qeyri-neft məhsulların ixracı artıb
16:47 30.06.2020

Göyçayda ikimərtəbəli evdə yanğın baş verib - Əraziyə üç yanğınsöndürən cəlb olunub
16:21 30.06.2020

Gəncədə yaşayış evində yanğın baş verib - Ətrafdakı evlər yanğından mühafizə olunub
15:51 30.06.2020

Rusiyadan daha 225 azərbaycanlı vətənə gətirilir - Onlar karantinə alınacaqlar
15:21 30.06.2020

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
12:25 30.06.2020

SMS-icazə sisteminə limit qoyuldu - Yenilənib - VİDEO
12:00 30.06.2020

Daha iki yeni metro qatarı xəttə buraxıldı - VİDEO
11:36 30.06.2020

Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
11:11 30.06.2020

DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
10:49 30.06.2020

Qapalı məkanlarda diqqətli olaq - VİDEO
10:25 30.06.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib - VİDEO
10:01 30.06.2020

DSX İmişlidə İran vətəndaşını saxladı - 21,7 kq narkotik maddə aşkar edilərək götürülüb
21:32 29.06.2020

Cərimələrin tətbiq olunacağı yerlər açıqlanıb - Hansı yerlərdə maska taxmaq məcburidir?
20:54 29.06.2020

Azərbaycana göstərilən növbəti etimad - Dünya birliyi bir araya gəlməyə hazırlaşır
20:21 29.06.2020

Dəyişiklik qəbul olundu - Aztəminatlı ailələrə yaşayış sahələri veriləcək
19:51 29.06.2020

Astarada narkotik becərən 3 qonşu saxlanıldı - Toyuq hinindən 6 kq narkotik maddə çıxdı
19:21 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı - Cərimələrin artırılma səbəbinə aydınlıq gətirildi
18:21 29.06.2020

Pakistanda fond birjasının binasına silahlı hücum - Doqquz nəfər həyatını itirib
17:51 29.06.2020

Çində təbii fəlakət həyatı iflic edib - 12 nəfər həyatını itirib
17:21 29.06.2020

Dünyada koroanvirusla bağlı son durum - Virus qurbanlarının sayı yarım milyonu ötüb
16:51 29.06.2020

Cəzaçəkmə müəssisələrində səyyar xidmət - Məhbusların şəxsiyyət vəsiqələri dəyişidirilir
16:14 29.06.2020

Döyüş atışlı məşqlər keçirilib - Gözətçi gəmiləri yoxlanılıb
15:54 29.06.2020

Prezident İlham Əliyevin Sərəncam imzaladı
15:36 29.06.2020

Qazaxda mübahisə bıçaqlanma ilə nəticələndi - 48 yaşlı şəxs həyatını itirdi
15:25 29.06.2020

Zaqatalada “Xaş-Xaş 2020” əməliyyatı - 5 ton çətənə bitkisi məhv edilib
15:14 29.06.2020

Ağstafada bədbəxt hadisə - Qazax sakini su kanalında boğulub
14:25 29.06.2020

Hande Harmançı çağırış etdi - “Qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı qoruya bilərik“
14:14 29.06.2020

Maska taxmamağa görə cərimələr iki dəfə artırıldı
13:58 29.06.2020

HAMİLƏ QADIN KORONAVİRUSDAN HƏYATINI İTİRDİ - Bakıda
13:33 29.06.2020

Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
13:11 29.06.2020

Zaqatalada may balının süzümü davam edir
12:45 29.06.2020

Pandemiyanın turizm sektoruna təsiri - Yenilənib - VİDEO
12:21 29.06.2020

Paytaxt ərazisində koronavirusa ən çox yoluxma hal hansı rayondadır?
11:55 29.06.2020

Ehtiyyatlı olun! Çiyələk və pomidordan zəhərlənmə baş verə bilər - VİDEO
11:30 29.06.2020

Aygün Kazımova iki həftə karantində olub - Yenilənib - VİDEO
11:07 29.06.2020

İcazələrin bir hissəsi ləğv edilib - VİDEO
10:44 29.06.2020

BNA mətbuat katibinin koronavirus testinin nəticələri pozitiv çıxıb - VİDEO
10:20 29.06.2020

Bütün xəbərlər