Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Küskün ABŞ, iddialı Rusiya, uzaqgörən Çin - Dünya Pekinə toplaşıb

Küskün ABŞ, iddialı Rusiya, uzaqgörən Çin - Dünya Pekinə toplaşıb
637 dəfə oxunub

Qlobal geoiqtisadiyyatın mühüm oyunçusu

Asiya-Sakit okean regionu qlobal geosiyasi müstəvidə böyük güc mərkəzlərinin maraqlarının toqquşduğu məkanlardan biridir. Məhz bu region okeanın hər iki tərəfindəki dövlətlər üçün platsdarm rolunu oynayır. Keçən minilliyin sonlarından başlayaraq region ölkələrinin qruplaşması və inteqrasiya prosesləri intensivləşmişdir.

Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Forumu (ASİƏF) 1989-cu ildə Avstraliya və Yeni Zelandiya baş nazirlərinin təşəbbüsü ilə Kanberrada yaranıb. Bu təşkilat iqtisadi məsələləri müzakirə etmək üçün beynəlxalq forum, məşvərət orqanıdır. Əsas məqsədi regionda azad ticarəti inkişaf etdirmək və liberal sərmayə qoyuluşu mühitini formalaşdırmaqdan ibarətdir. ASİƏF bu şərtlər daxilində Asiya-Sakit okean məkanında inteqrasiyanı sürətləndirməyə böyük əhəmiyyət verir. Onun sərt təşkilati strukturu yoxdur. Katibliyi Sinqapurda yerləşir.

ASİƏF-ə üzv olan ölkələrin dünya iqtisadiyyatı və siyasətində oynadıqları rol onun əhəmiyyətini təsdiqləyir. Həmin təşkilatda ABŞ, Rusiya və Çin kimi müasir geosiyasətdə və iqtisadiyyatda mühüm yeri olan böyük dövlətlər vardır. Bu dövlətlər arasında dünya geosiyasətində liderlik uğrunda gedən mübarizə dinamikasının qlobal miqyasda qüvvələr nisbətinə ciddi təsir etdiyini hər kəs qəbul edir.

Bu baxımdan, ASİƏF həmin böyük dövlətlərin iqtisadi əməkdaşlıqla geosiyasi maraqları uyğunlaşdırmağın perspektivli modeli təsiri bağışlayır. Bu rolu oynaya biləcək başqa beynəlxalq qurum hələlik mövcud deyildir.

Ümumilikdə, Asiya-Sakit okean regionunun 21 ölkəsi bu qurumun üzvüdür. Dünyada ümumi daxili məhsulun 57 faizi, beynəlxalq ticarət dövriyyəsinin 46 faizi, birbaşa investisiyaların həcminin 40 faizdən çoxu ASİƏF ölkələrinin payına düşür.

Təşkilatın yüksək iqtisadi və demoqrafik potensiala malik olması təbii ki, ciddi üstünlükdür. Ona görə də onun dünya iqtisadiyyatı və siyasətində, qlobal təhlükəsizlik sisteminin formalaşmasında oynaya biləcəyi rolun təhlili diqqət mərkəzindədir.

Rusiyanın Uzaq Şərq şəhəri olan Vladivostokda 2012-ci il 2-9 sentyabr tarixində ASİƏF ölkələrinin növbəti zirvə görüşü yeni mərhələnin başlanğıcı oldu. Bu cür görüşlər hər il keçirilir. Vladivostok sammitinə dünya siyasi dairələri böyük diqqət yetirdi. Bu da səbəbsiz deyildi. Qurumun qarşısına qoyduğu məqsədlər və hazırda dünya geosiyasətində müşahidə edilən tendensiyalar Vladivostok görüşünü daha da aktuallaşdırdı.

Tədbirdə Rusiya prezidenti Vladimir Putin Asiya-Sakit okean məkanında inteqrasiya proseslərini genişləndirməklə bağlı fikirlərini ifadə edib. O, iqtisadi əməkdaşlıqla yanaşı, geosiyasi inteqrasiya prosesini də dərinləşdirməyi nəzərdə tutan model təklif edib. Hazırda Moskvanın Asiya-Sakit okean məkanında inteqrasiya modelini ekspertlər təhlil edirlər. V.Putinin fikirlərində Rusiyanın MDB-də, Gömrük İttifaqı çərçivəsində inteqrasiyanı Asiya-Sakit okean regionuna qədər genişləndirməklə bağlı addımlar əks olunub.

Rusiyanın üçsəviyyəli geosiyasi inteqrasiya planı

Moskvanın yeni planında Asiya-Sakit okean regionunda (ASR) inteqrasiya prosesi üç pillədən ibarətdir. Bunlar Gömrük İttifaqı çərçivəsində inteqrasiyanı genişləndirmək əsasında MDB məkanında geosiyasi birliyə nail olmaq və həmin modeli bütövlükdə ASR-ə yaymaqdan ibarətdir.

Rusiyanın Gömrük İttifaqı modelini, ümumiyyətlə, MDB məkanında inteqrasiya prosesinin mərkəzinə qoyması təsadüfi deyil. Bu, bütövlükdə, Moskvanın ASR-də iqtisadi inteqrasiyanı baza kimi qəbul etməsi ilə bağlıdır. Bunun isə səbəbi Rusiyanın iqtisadi əməkdaşlığın genişləndirilməsi faktorundan geosiyasi dividendlər əldə etmək məqsədi ilə bağlıdır. Yəni artıq Moskva heç bir ölkəni özünə yük etmək istəmir. O, sağlam iqtisadi mühitdə bərabər hüquqlu dövlətlərin siyasi və geosiyasi lideri olmağa çalışır.

Rusiyanın bu funksiyanı yerinə yetirməyə imkanı vardırmı? Mütəxəssislər bu suala cavabda birmənalı mövqe nümayiş etdirmirlər. Hələlik Moskvanın iqtisadi vəziyyəti bu suala müsbət cavab verməyə nikbin əsas vermir. Lakin bir neçə ildən sonra vəziyyətin necə olacağı barədə də təkzibedilməz proqnoz yoxdur. Burada Rusiya ilə bağlı müxtəlif təkamül ssenariləri yer alır. Onların sırasında bu ölkənin intensiv inkişaf edəcəyini təsdiqləyən variant da vardır.

Hər bir halda prezident Vladimir Putin inteqrasiya planını açıq ifadə etdi. ABŞ və Çin də Moskvanın MDB məkanında nüfuzunu heç kəslə bölüşmək istəmədiyini eşitdilər. Müşahidəçilər V.Putinin bu addımının təsadüf olmadığı qənaətindədirlər.

Əksər ekspertlər hesab edirlər ki, Rusiyanın strateji məqsədi özünün dünyada geosiyasi mövqeyini möhkəmlətməkdən ibarətdir. Corc Meyson universitetinin professoru Mark Kats Putinin praqmatik siyasət yürütdüyü qənaətindədir. Professor Rusiya prezidentinin inteqrasiya planının əsaslı olduğuna inanır.

Boston universitetindən tarixçi və siyasətşünas İrina Pavlovnaya görə, Rusiya həmin regionda qlobal oyunçu olmaq iddiasını ortaya qoyub. Moskva buna Avrasiya İttifaqının lideri kimi nail olmaq niyyətindədir. Əsas məqsəd isə ABŞ-ın dünyadakı geosiyasi rolunu zəiflətməkdən ibarətdir.

Beləliklə, Rusiyanın üçpilləli inteqrasiya planının arxasında ciddi geosiyasi məqsədlərin durduğuna bir əminlik var. Ona görə də ASİƏF-in Vladivostok sammitinə yalnız iqtisadi perspektiv prizmasında nəzər yetirilmir. O cümlədən, quruma daxil olan böyük dövlətlərin Moskvanın bu planlarına münasibəti ciddi maraq doğurur.

Vaşinqton və Pekinin sükutu

Çin və ABŞ Rusiyanın irəli sürdüyü ideyalara diqqətlə yanaşırlar. Eyni zamanda, öz planlarını reallaşdırmaq üçün addımlar atırlar. Çin ASİƏF-də yuanın mövqeyini möhkəmlətməyə çalışır. Hələlik Çin valyutası ilə ASİƏF məkanında yapon pul vahidi (yen) rəqabət apara bilir.

Stenford universitetinin professoru Maksim Braterski rublun yaxın perspektivdə yuan və yenə rəqib ola biləcəiyini real hesab etmir. Onun fikrincə, V.Putin bunu başa düşür və “müxtəlif valyuta ehtiyatı yaratmaq” formulunu irəli sürür.

M.Braterski bu qənaətini Rusiyanın Uzaq Şərq və Sibirdə kifayət qədər güclü iqtisadi infrasturktura malik olmaması ilə izah edir. Ona görə də o, 10-15 ilə rublun yuan və yen qarşısında dəyər qazanacağına inanmır. Eyni zamanda, professor “Amerikanın səsi” radiosuna verdiyi müsahibədə Rusiyanın MDB məkanında inteqrasiya planlarının elə də real əsasa dayanmadığını vurğulayıb. Hələlik bu inteqrasiyanın konkret iqtisadi nəticələri gözə dəymir.

Bu fikirlərdən Vaşinqton və Pekinin özünü təmkinli aparmasının səbəbləri aydın olur. Həmçinin Çin real təkliflər irəli sürür. Məsələn, ASİƏF-in son toplantısında Pekin öz iqtisadiyyatına 150 milyard ABŞ dolları həcmində sərmayə qoyacağını bəyan edib.

Bu prosesin Çin iqtisadiyyatına ciddi təkan verəcəyini düşünürlər. Hətta Rusiya Çinin sərmayə imkanlarından istifadə etmək niyyətini gizlətməyib. Bu isə yenə də yuanın mövqeyini möhkəmləndirəcək.

Təbii ki, Yaponiya Rusiya və Çinin planlarına qarşı öz mövqeyini ortaya qoyacaq. Güclü yapon iqtisadiyyatı ASİƏF-ə təsirini artırmağa çalışır. Bu prosesdə Tokioya tərəfdaşı Vaşinqton da yardım edir. İndi Yaponiya və Çin Rusiyanın Uzaq Şərq bölgəsinə nüfuz etmək uğrunda gizli rəqabət aparırlar.

Nəhayət, hələ də dünyanın ən böyük iqtisadi gücü sayılan ABŞ Rusiyanın ASİƏF-lə bağlı planlarını qəbul etmir. Amerika iqtisadi və geosiyasi vasitələrdən istifadə edərək həmin qurumda liderlik mövqeyini saxlamağa çalışır. Onun bu sahədə çox geniş imkanlara malik olduğuna şübhə yoxdur. Yaxın gələcəkdə ASİƏF daxilində rəqabətin daha da güclənəcəyini proqnozlaşdırmaq olar.

ATVxəbər.az

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Ziya Bünyadov prospekti bağlanır - Məhdudlaşma 2 gün olacaq
14:54 03.07.2020

Virusa yoluxanların sayı 11 milyonu ötdü - Epidemiya qurbanlarının sayı isə 524 mindən çoxdur
13:51 03.07.2020

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan Prezidentlərinin videokonfrans vasitəsilə görüşü baş tutub
13:39 03.07.2020

Goranboyda traktor yanıb - 20 ton ot bağlaması ilə birlikdə
13:21 03.07.2020

Karantin rejiminə nəzarət - Hərbi qulluçular da cəlb olunub
12:51 03.07.2020

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
12:25 03.07.2020

Erməni nazir gileylidir - “Reanimasiyalarda boş yer yoxdur”
23:14 02.07.2020

BƏƏ-də 1 gündə 402 nəfər virusa yoluxdu - İyulun 7-dən Dubay turistlər üçün açıq olacaq
22:54 02.07.2020

ABŞ-ın baş infeksionisti həyəcan təbili çalır - “Gündəlik yoluxma 100 mini keçə bilər”
22:32 02.07.2020

Daxili işlər naziri karantin rejimindən danışdı - “Qaydaları pozmaqdan çəkindirən səmərəli vasitə cərimədir”
22:14 02.07.2020

Neftçalada yeni magistral su kəməri çəkilir - 80 mindən çox sakinin içməli su problemi həll ediləcək
21:59 02.07.2020

Daha 572 nəfər koronovirusa yoluxdu - 364 nəfər sağaldı, 8 nəfər vəfat etdi
21:39 02.07.2020

Ticarət obyektlərinə nəzarət gücləndi - Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək
21:21 02.07.2020

Dövlət imtahan mərkəzi müraciət etdi - “Saxta profillərdə verilən cavablara inanmayın”
20:54 02.07.2020

Cəlilabadda 151 şəxs barəsində protokol tərtib edildi - Xüsüsi karantin qaydalarını pozanlar cərimələndi
20:37 02.07.2020

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Bütün xəbərlər