Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident İlham Əliyevin Macarıstan Milli Televiziyasına - Müsahibəsi

Prezident İlham Əliyevin Macarıstan Milli Televiziyasına - Müsahibəsi
627 dəfə oxunub

Prezident İlham Əliyev Budapeştdə Macarıstan Milli Televiziyasının müxbiri Bolaş İmreyə müsahibə verib. 

 

ATVxəbər.az Azərbaycan prezidentinin rəsmi saytına istinadən həmin müsahibəni təqdim edir:

 

- Əvvəlcə, bizə müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü və dinamik iqtisadiyyata malik olan ölkəyə çevrilib. Bu, necə baş verdi?

 

- Əslində, son on il ərzində Azərbaycan əhəmiyyətli iqtisadi inkişaf dövrünü yaşayıb. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan ölkədir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionunun iqtisadiyyatında 75 faizdən artıq paya malikdir.

 

Biz çoxsaylı iqtisadi islahatlar həyata keçirmişik və həmçinin dünyanın aparıcı energetika şirkətləri tərəfindən neft və qaz sektoruna investisiyaların yatırılmasına nail olmuşuq. Buna görə də enerji amili, üstəgəl islahatlar və enerji ehtiyatlarının satışından əldə etdiyimiz aktivlərin insan kapitalına investisiya qismində yatırılması bizə iqtisadiyyatımızı şaxələndirmək imkanını verdi.

 

Bu gün biz enerjidən heç vaxt olmadığı kimi az asılıyıq və ümumi daxili məhsulun 50 faizdən çoxu qeyri-neft sektorunda istehsal edilir. Həmçinin beynəlxalq təşkilatlar bizim nailiyyətlərimizi tanıyır. Bu yaxınlarda Davos İqtisadi Forumunun reytinqində Azərbaycan iqtisadiyyatı qlobal rəqabət qabiliyyətliliyinə görə 38-ci yeri tutub. Beləliklə, bu, iqtisadi islahatların göstəricisidir.

 

Maliyyə vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun təqribən 8 faizini təşkil edir. Biz, həmçinin işsizliyin və yoxsulluğun çox aşağı səviyyəyə - təqribən 5 faizə qədər azaldılmasına nail olmuşuq. Bizim yaxşı perspektivlərimiz var, çünki iqtisadiyyat dinamikdir və vəziyyət sabitdir. Üstəgəl bizim bu gün beynəlxalq və Avropa bazarlarına çıxardığımız enerji ehtiyatları əlbəttə ki, ölkəmiz üçün gələcəkdə əlavə imkanlar yaradacaq.

 

- Azərbaycan Avropa İttifaqına üzv olan bir çox dövlətlərlə strateji sazişlər imzalayıb. Siz Macarıstanla da belə bir razılaşma imzalamağa hazırlaşırsınız... Azərbaycan bu ölkələrə nə verə bilər?

 

- Bir neçə dəqiqə bundan əvvəl biz Baş nazir Viktor Orban ilə Macarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannaməni imzaladıq. Sizin də qeyd etdiyiniz kimi, Avropa İttifaqının bəzi üzvləri ilə də oxşar sənədləri imzalamışıq. Bu gün Macarıstan ilə bu sənədi imzalamışıq. Bu, bizim niyyətlərimizi, eləcə də əməkdaşlığımızın səviyyəsini nümayiş etdirən tarixi bir sənəddir. Bu gün Macarıstan və Azərbaycan artıq strateji tərəfdaşlardır. Bu sənəd bir çox sahələri - siyasi, iqtisadi, enerji, mədəniyyət və investisiya sahələrini əhatə edir. Düşünürəm ki, bu cür münasibətlər və sənədlər Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək potensial sazişin əsasını təşkil etməlidir. Biz bu ideyanı neçə illərdir ki, təbliğ etdik. Mən Avropa təşkilatlarının və Avropa İttifaqının rəhbərləri ilə olan təmaslarımda Avropa İttifaqı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin əhəmiyyətini dəfələrlə qeyd etmişəm. Çünki enerji, təhlükəsizlik, ticarət, investisiyalar kimi sahələr, siyasi əlaqələr - bütün bunlar strateji əməkdaşlıq üçün əsas təşkil edir.

 

Hesab edirəm ki, bizim Macarıstan və Avropa İttifaqının digər dost ölkələri ilə ikitərəfli əlaqələrimiz gələcək əməkdaşlıq üçün yaxşı, möhkəm zəmindir. Biz Avropa İttifaqına yaxın olmaq istəyirik. Avropa İttifaqı öz üzvlərini dəstəkləyən dünya təşkilatının ən yaxşı təcrübəsini əks etdirir. Avropa İttifaqının standartlarına müvafiq yüksək həmrəylik səviyyəsinə çatmaq üçün hər bir ölkə cəhd etməlidir, o cümlədən də Azərbaycan. Buna görə də bizim Avropa İttifaqı ilə münasibətlərimiz praqmatik yanaşmaya əsaslanmalıdır. Biz bir-birimizə nə verə bilərik, qarşılıqlı maraq təşkil edən sahələr hansılardır, regionumuzda bir-birimizlə qarşılıqlı əlaqədə necə olacağıq, hansı çağırışlar var? Düşünürəm ki, bu, irəliləmək üçün ən yaxşı yoldur. Strateji maraq, enerji təhlükəsizliyi, siyasi və regional təhlükəsizlik bir-biri ilə bağlıdır.

 

- Siz Avropa üçün vacib məsələ olan enerji təhlükəsizliyini də qeyd etdiniz. Gələcəyin enerji təhlükəsizliyinə Azərbaycanın daxil olması nə üçün vacibdir?

 

- Əlbəttə ki, Avropa təşkilatları ilə münasibətlərimizdə enerji təhlükəsizliyi əsas prioritet təşkil edəcək, lakin biz bununla kifayətlənmirik. Azərbaycan artıq öz investisiyaları ilə Avropa bazarına daxil olur. Biz indi təkcə Azərbaycana yox, həm də xaricə sərmayələr yatıraraq investisiya portfelimizi şaxələndiririk. Azərbaycan artıq Avropa İttifaqının bəzi üzv ölkələrinə yüz milyonlarla avro məbləğində investisiya yatırıb. Bu proses davam edəcək. Biz Avropa İttifaqı və Azərbaycan arasında biznesin sadələşdirilməsi üzrə çox vacib saziş imzalamışıq. Bu, bizim iş adamlarına və avropalılara bir-birilərinə daha asan çıxışı təmin edəcək. Bu isə öz növbəsində xalqlar arasında əlaqələri gücləndirəcək. Çünki xalqlar arasında əlaqələr olmadan istənilən siyasi çərçivə bütöv deyil.

 

Enerji məsələsinə gəldikdə, bizim böyük enerji ehtiyatlarımız var. Biz bu ehtiyatları Avropa bazarına çıxarmaq üçün artıq çoxlu səylər göstərmişik. Avropa İttifaqının bəzi üzvləri neftin 40 faizini Azərbaycandan əldə edirlər. İndi isə biz Avropanın enerji xəritəsini tamamilə dəyişəcək “Cənub” qaz dəhlizi layihəsini həyata keçiririk. Bizim təsdiq olunmuş minimum qaz ehtiyatlarımız 2,5 trilyon kubmetr səviyyəsindədir və daha da çox olacaq. Çünki biz hələ də kəşfiyyat işləri aparırıq. Hətta bu miqdar ən azından yüz il ərzində Avropa istehlakçıları üçün etibarlı qaz mənbəyinin olmasına kifayətdir.

 

İki aydan da az müddət öncə, yəni, sentyabr ayında biz möhtəşəm “Cənub” qaz dəhlizi layihəsinə start verdik. Artıq işlər başlayıb. Bu layihə Azərbaycana bir çox Avropa ölkələri ilə əlaqələr yaratmağa və yeni müasir paylayıcı sistemin qurulmasına imkan verəcək. Biz elə bir paylayıcı sistem quracağıq ki, onun vasitəsilə 50 milyard kubmetrə qədər qaz nəql etmək mümkün olacaq. Eyni zamanda, bildiyimizə görə Avropa ölkələri arasında qaz kəmərlərini bir-birinə bağlayan layihələr də nəzərdən keçirilir. Düşünürəm ki, burada bizə sıx əlaqələndirmə işlərini aparmaq və Azərbaycan kimi istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansını qorumaq lazımdır. Bu, enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Enerji təhlükəsizliyi olmadan fiziki təhlükəsizliyi təmin etmək çətindir və bu məsələlər bir-birinə bağlıdır.

 

Enerji sahəsində ikitərəfli münasibətlərimizə gəldikdə, bu gün Baş nazir Viktor Orban ilə bu məsələni geniş müzakirə etdik və bizim əməkdaşlıq üçün yaxşı perspektivlərimiz var. Biz Macarıstanı enerji əməkdaşlığı sahəsində tərəfdaş hesab edirik və Azərbaycan qazının Macarıstana hansı marşrutlarla gətirilməsini dəyərləndiririk. Bu, Bolqarıstan-Rumıniya-Macarıstan marşrutu, ya da Balkan ölkələrindən keçəcək, sonradan da Xorvatiyadan Macarıstana gedəcək İoniya-Adriatik boru kəməri layihəsi ola bilər. Hansı marşrutun bizim hamımız üçün münasib olması məsələsi dəyərləndirilməlidir. Bizim icra etdiyimiz “Cənub” qaz dəhlizi layihəsini və Azərbaycanın qaz ehtiyatlarını nəzərə alaraq şübhəm yoxdur ki, Azərbaycan və Macarıstan qaz sahəsində tərəfdaş olacaqlar.

 

- Deyə bilərsinizmi ki, Azərbaycan və Macarıstan bir-birilərinin sərmayələrindən necə faydalana bilər?

 

- Əminəm ki, aramızda olan çox yaxın siyasi əlaqələr və artıq bu gün rəsmiləşdirdiyimiz strateji tərəfdaşlıq iqtisadi şaxələndirmə sahəsində praktiki əməkdaşlıq üçün yeni imkanlara yol açacaq. Məsələn, bu il qarşılıqlı ticarət dövriyyəsində artım üç dəfədən artıq - 300 faizdən çox olub. Bunun səbəbi də hər iki tərəfin siyasi iradə nümayiş etdirməsidir.

 

Bu gün bir azdan başlayacaq biznes forumda biz bir neçə praktiki müqavilə və anlaşma memorandumlarını imzalayacağıq. Onlar bir çox sahələri əhatə edir. Macar şirkətləri Azərbaycandakı böyük inşaat layihələrində iştirak edəcəklər. Onlar ölkəmizdə bir neçə körpü tikəcəklər. Eyni zamanda, macar şirkətləri su təchizatı və paylanılması ilə bağlı layihədə bizim tərəfdaşlarımız qismində çıxış edəcəklər.

 

Azərbaycana müxtəlif növ kənd təsərrüfatı məhsullarının çatdırılması üçün macar şirkətləri ilə kənd təsərrüfatı sahəsində artıq çox yaxşı iş təcrübəmiz var. Bu gün informasiya texnologiyaları sahəsində sənəd imzalanmışdır və burada söhbət Regional Məlumat Mərkəzinin yaradılmasından gedir. Turizm, dərman preparatlarının istehsalı, əczaçılıq sahələri kimi bir çox digər sahələr də mövcuddur. Azərbaycanda infrastruktur və inşaat ilə bağlı icra olunan bir çox layihələr var. Biz bu layihələrə tərəfdaşlıq üçün Avropadan bir çox şirkətləri Azərbaycana dəvət edirik. Biz dost ölkələrdən olan şirkətlərlə ortaq işbirliyi qurmaq istəyirik. Buna görə ticarət dövriyyəsinin üç dəfədən çox artması səbəbsiz baş verməyib. Bunun səbəbi bizim sıx siyasi əlaqələrimiz, qarşılıqlı etibarımız və qarşılıqlı hörmətimiz olub. Baxmayaraq ki, üçqat artım çox yaxşı göstəricidir, lakin mövcud olan potensial bundan qat-qat böyükdür və biz Baş nazir Orban ilə potensialın böyük olduğunu müzakirə etdik. Biz investisiya sahələrində daha çox əməkdaşlıq etmək istəyirik. Biz hökumətinizin də prioritet hesab etdiyi sahələr üzrə Macarıstana investisiya yatırmaq üçün müxtəlif fikirləri nəzərdən keçiririk ki, uzun illər ərzində davam edəcək güclü iqtisadi tərəfdaşlıq qura bilək və hər iki tərəf bundan yalnız faydalanacaq.

 

- Bu, çox vacibdir: Azərbaycan Macarıstana nə verə bilər? Ölkəniz iqtisadiyyatla bağlı bizə nə məsləhət verə bilər, yoxsa sadəcə, investisiyalarla kömək edə bilər? Necə ki, Macarıstan Azərbaycanda yol və körpülərin tikintisi ilə bağlı bunu edib.

 

- Əminəm ki, Macarıstana heç bir məsləhət lazım deyil. Sizin əhalinin böyük dəstəyini qazanmış çox dinamik, effektli hökumətiniz var. Son seçkilər də bir daha Baş nazir Viktor Orbanın yürütdüyü siyasətin milli maraqlara söykəndiyini və əhalinin əksəriyyəti tərəfindən dəstəkləndiyini nümayiş etdirdi. Buna görə də siz doğru yoldasınız və biz də sizin dostunuz kimi, əldə etdiyiniz bu möhtəşəm nailiyyətinizə görə sizi və hökumətinizi yalnız təbrik edə bilərik. Çünki ölkəniz indi müstəqil və milli maraqlara söykənən siyasət yürüdən ölkələrin rəmzidir və bu da həm sizin, həm də bizim hökumətimiz üçün yüksək prioritet təşkil edir. Aramızda bir çox oxşarlıqlar var, ola bilsin ki, bu oxşarlıqlar bizi birləşdirir.

 

Praktiki cəhətdən Azərbaycanın sərmayə ilə daxil olduğu istənilən ölkədə biz investisiya sahələri üzrə hökumət qurumları ilə məsləhətləşmələr aparırıq. Biz təbii ki, prioritet olmayan sahələrə investisiya yatıran tərəfdaş olmaq istəmirik. Biz bu layihələrə biznes və əlaqələrimizin gücləndirilməsi nöqteyi-nəzərindən baxırıq. Buna görə də bu sahələr turizm, otel biznesi, infrastruktur, ağır sənaye ola bilər. Biz Macarıstanda, o cümlədən Azərbaycanda birgə investisiya layihələrini təşkil edə bilərik. Beləliklə, çoxlu imkanlar var və biz onları reallaşdırmağa hazırıq. Mənim səfərim və Baş nazir ilə dünən və bu gün apardığım müzakirələr əsasən bu yeni fürsətlərin dəyərləndirilməsinə, üstəgəl Macarıstandan Azərbaycana daha çox şirkətlərin dəvət edilməsinə yönəlib. Bu gün biznes forumda əlbəttə ki, Azərbaycanda mövcud biznes imkanları ilə bağlı təqdimat keçiriləcək. Növbəti illərdə biz nə etməyi planlaşdırırıq və xarici şirkətlərin bizə qoşulması üçün imkanlar nədir? Əlbəttə, bizim gələcəkdə yeni layihələrimiz və yaxşı nəticələrimiz olacaq.

 

- Müsahibə verdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.

 

- Çox sağ olun.

 

BUNU DA OXU

Roy Kin milli yığmamıza başçılıq edə bilər? - AFFA-dan açıqlama
Yük yerində sərnişin keçirməyə cəhd olundu - VİDEO
DSMF-nin vəzifəli şəxsləri saxlanıldı - VİDEO
Qapalı məkanlarda diqqətli olaq - VİDEO
Ağdaşda 50 nəfərdən artıq şəxs xüsusi karantin qaydalarını belə pozub - VİDEO
Xəbər lenti

Türkiyədə silsilə partlayış - 4 nəfər həyatını itirdi, 97 nəfər xəsarət aldı
23:35 03.07.2020

Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi - Onun başından küt alətlə vurulub
23:14 03.07.2020

Neft borusunda sızma baş verib - Zəbt olunan ərazidə qəzanın qarşısı alınıb
22:54 03.07.2020

200 kq-a yaxın at əti müsadirə edilib - Yoxlama zamanı qayda pozuntuları da aşkarlandı
22:32 03.07.2020

COVID-19 virusu ilə bağlı daha bir araşdırma - Hansı qan qrupundan olanlar koronavirusa daha çox yoluxur?
22:14 03.07.2020

Maşın nömrələri üçün də icazə alınacaq - Kamera vasitəsi ilə cərimə yazılmayacaq
21:54 03.07.2020

190 manat daha kimlərə veriləcək? - Zərərçəkən sektorların siyahısına yenidən baxıla bilər
21:37 03.07.2020

Myanmarda torpaq sürüşməsi - Ölənlərin sayı 162-yə çatıb
18:36 03.07.2020

Merkel covid-19-un yaratdığı böhranı dəyərləndirdi - “Avropa birliyi tarixinin ən ağır dövrünü yaşayır”
18:14 03.07.2020

Virusdan ölüm halları 2 faizdən aşağıdır - Daha çox qadınlar virusa yoluxur
17:54 03.07.2020

Daha 583 nəfər koronovirusa yoluxdu - 395 nəfər sağaldı, 7 nəfər vəfat etdi
17:21 03.07.2020

Mağazalarda monitorinqlər davam edir - 1 ayda 4400-dən çox qayda pozuntusu aşkarlanib
16:54 03.07.2020

Artan rəqəmlərin nəticəsi - Məsuliyyətsizlik qaydaların sərtləşməsinə səbəb oldu
16:21 03.07.2020

DTX əməliyyat keçirir
15:54 03.07.2020

Tələbə köçürülməsi dayandırılır - Elektron sənəd qəbulu müvəqqəti təxirə salınır
15:36 03.07.2020

Ekspres marşrut xətlərinin fəaliyyəti bərpa olunur - Avtobuslar səhər saat 7.00-dan 20.00-dək işləyəcək
15:21 03.07.2020

Ziya Bünyadov prospekti bağlanır - Məhdudlaşma 2 gün olacaq
14:54 03.07.2020

Virusa yoluxanların sayı 11 milyonu ötdü - Epidemiya qurbanlarının sayı isə 524 mindən çoxdur
13:51 03.07.2020

Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan, Əfqanıstan və Türkmənistan Prezidentlərinin videokonfrans vasitəsilə görüşü baş tutub
13:39 03.07.2020

Goranboyda traktor yanıb - 20 ton ot bağlaması ilə birlikdə
13:21 03.07.2020

Karantin rejiminə nəzarət - Hərbi qulluçular da cəlb olunub
12:51 03.07.2020

Xüsusi karantin rejimi iyulun 20-dək uzadıldı - Həftə sonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
12:25 03.07.2020

Erməni nazir gileylidir - “Reanimasiyalarda boş yer yoxdur”
23:14 02.07.2020

BƏƏ-də 1 gündə 402 nəfər virusa yoluxdu - İyulun 7-dən Dubay turistlər üçün açıq olacaq
22:54 02.07.2020

ABŞ-ın baş infeksionisti həyəcan təbili çalır - “Gündəlik yoluxma 100 mini keçə bilər”
22:32 02.07.2020

Daxili işlər naziri karantin rejimindən danışdı - “Qaydaları pozmaqdan çəkindirən səmərəli vasitə cərimədir”
22:14 02.07.2020

Neftçalada yeni magistral su kəməri çəkilir - 80 mindən çox sakinin içməli su problemi həll ediləcək
21:59 02.07.2020

Daha 572 nəfər koronovirusa yoluxdu - 364 nəfər sağaldı, 8 nəfər vəfat etdi
21:39 02.07.2020

Ticarət obyektlərinə nəzarət gücləndi - Qaydalara əməl etməyənlərə qarşı ciddi tədbir görüləcək
21:21 02.07.2020

Dövlət imtahan mərkəzi müraciət etdi - “Saxta profillərdə verilən cavablara inanmayın”
20:54 02.07.2020

Cəlilabadda 151 şəxs barəsində protokol tərtib edildi - Xüsüsi karantin qaydalarını pozanlar cərimələndi
20:37 02.07.2020

Balakəndə qonur ayı balalarını satan şəxslər saxlanıldı - “Qırmızı kitab”a düşən balalar xilas edildi
20:14 02.07.2020

Cəlilabadda bir gündə 8 dəfə sms göndərdi - 10 sutka həbs olundu
19:54 02.07.2020

Rusiyada referendumun nəticələri elan olundu - Seçicilər konstitusiyada düzəlişləri dəstəklədi
19:31 02.07.2020

Virusa yoluxanların sayı 10 milyon 821 minə çatır - Epidemiya qurbanlarının sayı isə 520 minə yaxınlaşır
19:14 02.07.2020

Pandemiya başlanandan sonra ilk xarici səfər - Ərdoğan Qətərə yola düşdü
18:58 02.07.2020

Koronavirusa qarşı 141 peyvənd üzərində iş aparlır - ÜST: “İşlər aylarla davam edə bilər”
18:31 02.07.2020

Ermənistanda fövqəladə vəziyyət rejimi uzadılır - Hökumətdə bununla bağlı müzakirələr aparılır
18:14 02.07.2020

Birinci vitse-prezident Mehriban Əliyeva polis əməkdaşlarının peşə bayramı münasibətilə "Instagram" səhifəsində paylaşım edib
17:54 02.07.2020

Vahid nəzarət mexanizmi yaradılır - Məqsəd kadrların bilik və bacarıqlarının yoxlanılmasıdır
17:35 02.07.2020

Qəbələdə ailə faciəsi - Qardaş qardaşı güllələdi
17:14 02.07.2020

Prezident İlham Əliyev 2 iyul – Azərbaycan Polisinin peşə bayramı münasibətilə öz “Facebook” səhifəsində paylaşım edib
16:51 02.07.2020

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə zəng edib
16:21 02.07.2020

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib
15:54 02.07.2020

Polis günü - Azərbaycan polisinin yaranmasindan 102 il ötür
15:21 02.07.2020

Lerikdə avtomobil dərəyə aşdı - 3 nəfər öldü 2 nəfər yaralandı
14:51 02.07.2020

"İnter"dən darmadağın - "Milan" məğlubiyyətdən xilas oldu
14:21 02.07.2020

Yeni dərs ilinə hazırlıq - Bəzi dərsliklər ilk dəfə çap olunacaq
13:51 02.07.2020

“Bayram Nurlu” kimi tanınan şəxs saxlanıldı - Karantin rejimi qaydalarını pozduğu üçün cərimə edildi
13:36 02.07.2020

Ödənişli yolun bir hissəsi artıq hazırdır - 30 km-lik hissəsi yaxın günlərdə istifadəyə veriləcək
23:54 01.07.2020

Dağlıq Qarabağla bağlı danışıqlar yenidən canlanır - M.Brayza: “Ciddi irəliləyiş gözlənilmir”
23:14 01.07.2020

Sahibkarların güzəştli kredit imkanı - Aldıqları kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək
22:54 01.07.2020

Daha 588 nəfər koronovirusa yoluxdu - 346 nəfər sağaldı, 7 nəfər vəfat etdi
22:21 01.07.2020

Virusa yoluxanların sayı azala bilər - “Karantin qaydalarına əməl edək”
21:21 01.07.2020

Həkimlər vətəndaşlara çağırış edir - Virusla mübarizədə yeganə yol məsuliyyətli davranmaqdır
20:54 01.07.2020

Görülən tədbirlər nəticə verəcək - Sərt karantin rejimi yoluxma dinamikasını aşağı salır
20:39 01.07.2020

“Kann” film festivalına etiraz məktubu göndərildi - Ermənilərin işğaldakı torpaqlarımızda çəkdikləri filmə görə
20:21 01.07.2020

Bərdədə restoran sahibi saxlanılıb - Karantin qaydalarını pozan 7 nəfər həbs edilib
19:47 01.07.2020

AI-95 markali benzin bahalaşdı - Benzinin qiyməti 10 qəpik artdı
19:21 01.07.2020

Ölkəyə 168 min fərdi qoruyucu vasitə gətirildi - Pandemiya ilə mübarizəyə ayrılan tibb müəssisələrinə paylanılacaq
18:54 01.07.2020

"Barselona" xal itirdi - Messidən 700-cü qol
18:21 01.07.2020

“Türk Eskobar” həbs olundu - Türkiyənin daxili işlər naziri bu haqda məlumat verib
17:54 01.07.2020

Xaçmazda silah-sürsat tapılıb - 6 əl qumbarası, 361 ədəd patron anama-ya təhvil verilib
17:51 01.07.2020

Tehranda xəstəxanada partlayış olub - 18 nəfər həyatını itirib
17:21 01.07.2020

Bugündən qadağa yumşaldılır - Aİ 14 ölkə vətəndaşlarının avropaya səyahətinə icazə verəcək
16:54 01.07.2020

İranın xarici işlər naziri sanksiyalardan danışıb - Rəsmi Vaşinqtonun məsuliyyət daşıyacağını bəyan edib
16:26 01.07.2020

İstanbul-Bakı təyyarəsinin həcmi böyüyüdülüb - Aviareysə biletlərin sayı artırılıb
16:05 01.07.2020

175 nəfər təkrar qayda pozuntusuna görə məsuliyyətə cəlb edilib - 800 avtomobilin postlardan keçmək cəhdinin qarşısı alınıb
15:48 01.07.2020

Oğuzda yeni layihəyə başlanılıb - Ölkədə istehsal olunan kombaynlar biçin prosesinə cəlb olunub
15:21 01.07.2020

Həmsədrlər bəyanat yaydı - Təxribatçı ifadələr nizamlama prosessinə xələl gətirə bilər
14:54 01.07.2020

Bəhram Bağırzadə “ECMO” cihazından ayrılıb - Vəziyyətində müsbətə doğru dəyişikliklər var
14:21 01.07.2020

Pandemiyanın Azərbaycana vurduğu zərər hesablanır - Sahibkarlar yeni tələblərə uyğunlaşmalıdır
21:57 30.06.2020

Pandemiya ölkələri seçim qarşısında qoyub - İqtisadi zərər yoxsa əhalinin sağlamlığı?
21:38 30.06.2020

Koronavirusa yoluxan həkim əhaliyə çağırış etdi - “Bu gün çox böyük yük altındayıq”
21:21 30.06.2020

Goranboyda zəncirvarı yol qəzası - Yük avtomobili üç minik maşınına çırpılıb
20:54 30.06.2020

“ASAN Xidmət”in iş rejimi gücləndirilib - Gün ərzində 10 mindən çox vətəndaşın müraciəti qəbul olunur
20:02 30.06.2020

Toyuqların çəkisini süni şəkildə artırıblar - Qanunsuz fəaliyyət göstərən toyuq əti müəssisəsi aşkarlandı
19:51 30.06.2020

Cenevrədə ÜST-dən koronavirusla bağlı bədbin açıqlama - “Koronavirusun yayılması sürətlənir”
19:21 30.06.2020

İranda sayt rəhbəri edama məhkum edilib - ABŞ və İsrail kəşfiyyat xidmətlərindən maliyyə dəstəyi alıb
18:51 30.06.2020

Yeni pandemiya qorxusu - Çində təhlükəli virus tapıldı
18:21 30.06.2020

Bütün xəbərlər