Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

"İran Azərbaycan vasitəsilə Avropa ilə birləşə bilər" - Ruhani

"İran Azərbaycan vasitəsilə Avropa ilə birləşə bilər" - Ruhani
475 dəfə oxunub

“Mən bu gün çox xoşhalam ki, Xəzər dənizinin sahilində yerləşən gözəl Bakı şəhərində öz qardaş xalqımın, azərbaycanlı qardaşlarımın yanındayam. Cənab Prezident İlham Əliyevin Tehrana səfəri ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb etdi. Bizim bu gün dostlarımızla keçdiyimiz yol ölkələrimiz arasındakı inkişaf yoludur. Bu səfər də həmin inkişaf yolunun təkmilləşdirilməsinə öz töhfəsini verəcək və bunu daha da sürətləndirəcəkdir”.

ATVxəbər.az-ın məlumatına görə, bunu noyabrın 12-də sənədlərin imzalanması mərasimindən sonra İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatında deyib.

Həsən Ruhani daha sonra deyib: “Əgər desək ki, Azərbaycan və İran xalqları bir bədəndə bir ruhdur, səhv etmərik. Bu insanların yaşayışının əsas mühüm hissələrindən biri mədəniyyətdirsə, deyə bilərik ki, bu iki ölkə, bu iki xalq birdir, həm məzhəbi, həm dini birdir, müştərək tarixə, keçmiş tarixə malikdirlər və bir-birinin mədəniyyətinə bələddirlər, bir-birini çox yaxşı başa düşürlər. Həm yaşayış tərzimizdə, həm davranışımızda olan bu müştərəklik əlaqələrimizin, iki millətin əlaqələrinin inkişaf etdirilməsinə imkan yaradır və bundan istifadə etməliyik. Heç şübhəsiz ki, ölkələrimizin və xalqlarımızın əlaqələrinin yaxınlaşması, bizim əlaqələrimizin yaxınlaşması heç bir üçüncü ölkənin əleyhinə deyil.

Biz əlaqələrimizi inkişaf etdirməklə öz mənafeyimizə, öz sabitliyimizə, öz təhlükəsizliyimizə, daha sürətli inkişafımıza çalışırıq. Ölkələrin inkişafı bir-birinin iqtisadi inkişafına öz töhfəsini vermiş olar. Bu gün biz müfəssəl danışıqlar, müzakirələr apardıq. Həm geniş tərkibdə, həm də təkbətək görüşlərdə belə bir razılığa gəldik ki, əlaqələrimizi daha da inkişaf etdirək, bunu daha açıq, daha şəffaf şəkildə həyata keçirək. Araz çayı gərək bizim birliyimizi daha da möhkəmləndirsin. Biz o Arazı qəbul edirik ki, iki dövləti, iki xalqı bir-birinə birləşdirir. Biz o Arazı qəbul edirik ki, bu, hər iki ölkənin inkişafının çiçəklənməsinə töhfə vermiş olur. Biz çalışmalıyıq ki, biznesmenlərimiz, iş adamlarımız bir-birinə daha yaxın olsunlar və bir-birinin imkanlarından, hər iki ölkənin imkanlarından istifadə edib faydalansınlar. Biz enerji, ticarət, sənaye sahələrində, həm bəndlərin, həm elektrik stansiyalarının tikilməsində və buraya yeni texnologiyaların gətirilməsində, elm və tədqiqat mərkəzlərində bir-birimizlə əlaqə yaratmalı və bir-birimizin inkişafına töhfəmizi verməliyik. Biz istəyirik ki, din, məzhəb və adət-ənənələrimizdən, - hansı ki, biz bu məsələlərdə birlik təşkil edirik, - daha da səmərəli istifadə edək. Azərbaycan Respublikası, o cümlədən İran elə bir coğrafi mövqedə yerləşir ki, onlar bir-biri üçün keçid-körpü ola bilər və biz Oman dənizindən, Hind okeanından tutmuş Asiyadan Avropaya qədər körpülərimizi birləşdirə bilərik”. Həsən Ruhani qeyd edib ki, İran Azərbaycan və Qafqaz vasitəsilə Avropa ilə birləşə bilər:

“Azərbaycan da İran vasitəsilə cənub dənizləri ilə, okeanlarla birləşmiş olar. Biz gərək bu dəhlizdən çox yaxşı istifadə edək, bundan faydalanaq və bunu daha da genişləndirək və çalışaq ki, bir-birimizə kömək etməklə Qəzvin-Rəşt və Rəşt-Astara dəmir yolunun tikintisinə və birləşməsinə nail olaq. Biz bu dəhliz vasitəsilə Qara dənizə və Avropaya, Rusiyaya çıxaq, onların dəmir yolu sisteminə birləşək. Biz bu sahədə əməkdaşlıq etməliyik. Bizim ölkələrimiz gözəl Xəzər dənizinin sahilində yerləşir. Bu dənizdən istifadədə hər iki ölkə yaxşı addımlar atmışdır. Bu dəniz dostluq, inkişaf dənizidir. Bu dəniz hər iki millətin inkişafına öz töhfəsini verən dənizdir. O millətlər ki, uzun illər, əsrlər boyu bu dənizin sahilində yaşamışlar və bu dənizin Allahın verdiyi nemətlərindən istifadə etmişlər. Həm balıqçılıqda, həm ekologiya sahəsində, həm də dənizin mənbələrindən istifadədə əməkdaşlıq edə bilərik. Turizm sahəsində də geniş əməkdaşlıq imkanlarımız var. Biz istəyirik ki, İran vətəndaşları Azərbaycana, Azərbaycan vətəndaşları isə İrana çox asanlıqla, rahatlıqla səfər etsinlər. Biz buna hər iki millətin, hər iki ölkənin mənafeyinə və təhlükəsizliyinə xidmət göstərən bir amil kimi yanaşırıq. Hər iki ölkənin potensialından istifadə etməliyik və bununla əlaqədar razılaşmalar əldə olunmalıdır. Sərhəd məsələlərində də əməkdaşlığı daha da genişləndirməliyik. Narkotiklərə, qaçaqmalçılığa qarşı mübarizədə əlaqələri möhkəmləndirməliyik. Biz Qarabağın bugünkü vəziyyətini bəyənmirik. Biz istəyirik ki, bu bölgədə ədalət olsun. Biz istəyirik ki, bu bölgədə sülh, sabitlik, dostluq olsun. Biz bütün ölkələr arasında dostluğun, təhlükəsizliyin, sabitliyin, ədalətin bərqərar olması üçün əlimizdən gələni etməyə, öz tərəfimizdən lazımi addımı atmağa hazırıq. Biz bunu beynəlxalq təşkilatlar çərçivəsində, hər yerdə öz vəzifəmiz hesab edirik və buna hazırıq. Biz bilirik ki, Qarabağ məsələsi siyasi yolla həll olunmalıdır.

Bu, müharibə yolu ilə həll olunası məsələ deyil. Ona görə də bu istiqamətdə bütün köməyimizi göstərməyi öz vəzifəmiz hesab edirik və bunu etməyə hazırıq. Biz Yaxın Şərqdə, Afrikanın şimalında baş verən böhranla, hadisələrlə əlaqədar müzakirələr, fikir mübadiləsi apardıq. İndi çox böyük bir böhran ətəyimizdən yapışıb. Bu, separatizm, terrorizm, radikalizmdir.

Biz istəyirik ki, bunlar bizim bölgədən kənarda olsun və bizim ölkələrdə sabitliyə, sülhə maneə yaratmasın. Biz iki prezident təkbətək görüşdə bir-birimizə bildirdik ki, heç bir kənar qüvvələrin bizim əlaqələrimizə ixtilaf salmasına və heç bir qruplaşmanın, heç bir partiyanın, heç bir ittifaqın əlaqələrimizin inkişafına xələl gətirməsinə imkan verməyək.

Bizim yolumuz dostluq, qardaşlıq, birlikdir. Biz Azərbaycanı bütün beynəlxalq təşkilatlarda, BMT-də, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və digər təşkilatlarda həmişə müdafiə etmişik, dəstəkləmişik. Azərbaycan da uranın sülh məqsədləri üçün zənginləşdirilməsində, nüvə məsələsində İrana dəstək verib. Biz bununla əlaqədar təşəkkürümüzü bildiririk. İnkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrin haqqı çatır ki, bu sülhməramlı proqramdan istifadə etsinlər. Onların yeni texnologiyanın əldə edilməsində, yeni texnologiyaya nail olmaqda haqları var və bundan istifadə etməlidirlər.

Biz inanırıq ki, bugünkü paslanmış silahlar, yəni, bu sanksiyalar öz rolunu oynamayacaq, öz təsirini göstərməyəcək. Bu, keçmişdə qalmış formalardır. İran ilə Azərbaycan dost ölkələrdir və dost ölkələr olaraq qalacaqlar. Bu ölkələrin, bu xalqların inkişafı üçün çalışmışıq və çalışacağıq”.

BUNU DA OXU

Eynək taxmaq koronavirusa beş dəfə yoluxma riskini azalda bilər
Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
Gədəbəyə mediatur təşkil edildi - VİDEO
Sosial şəbəkələrdə 7-ci sinif tarix dərsliyi ilə bağlı video yayılıb - Artsax yoxsa Arsak? - VİDEO
Balıq mövsümündən sui istifadə edənlər - VİDEO
Xəbər lenti

Abituriyentlərin nəzərinə - İxtisas seçiminin vaxtı uzadıldı
20:52 20.09.2020

Sabirabadda yeznə qaynını güllələdi - Hadisə ov zamanı baş verib
20:05 20.09.2020

Neftçi peşəsi - Fədakarlıq və tərəqqinin təcəssümü
19:49 20.09.2020

Ermənistan yeni müharibəyə hazırlaşır - Yeni ərazilər tutmağı hədəfləyən düşmən cəzasını alacaq
19:05 20.09.2020

ABŞ İrana qarşı sanksiyaları bərpa etdi - Pompeo Tehrana kömək edəcək ölkələri də hədələdi
18:22 20.09.2020

Taksilər həftə sonu tarifi - Qiymətlər süni şəkildə qaldırılır
17:49 20.09.2020

Qanada faciə - Avtobus çaya düşdü, 8 futbolçu həyatını itirdi
17:22 20.09.2020

Putin yeni silahlar barədə danışdı - “Belə silahlardan hələ heç kimdə yoxdur”
16:48 20.09.2020

Trampa sui-qəsd - “Ağ Ev”ə zəhərli risin maddəsi göndərildi
16:15 20.09.2020

ABŞ-da növbəti polis zorakılığı - 50-dən çox aksiya iştirakçısı saxlanıldı
15:45 20.09.2020

Salyanda Ələt-Astara yolunda qəza - 2 nəfər xəsarət aldı
15:26 20.09.2020

Qubada bir gündə eyni kənddə bir neçə yanğın - Ot bağlamaları yandı
14:24 20.09.2020

146 nəfər koronovirusa yoluxdu - 154 nəfər sağaldı, 1 nəfər vəfat etdi
13:23 20.09.2020

"Sumqayıt"dan ikinci qələbə - "Səbail" yenə məğlub oldu
12:18 20.09.2020

Yerli telekanallaara müsahibə zamanı president İlham Əliyev Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub
21:15 19.09.2020

Aida İmanquliyevanın xatirə günüdür - Yaddaşlarda xoş izlər buraxan görkəmli şərqşünas alim
20:55 19.09.2020

Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib
20:15 19.09.2020

Dünya üzrə virusa yoluxanların sayı artır - 957 mindən çox insan virusun qurbanı olub
18:51 19.09.2020

Madriddə virusa yoluxma halları artır - Yenidən məhdudiyyətlər tətbiq olunacaq
18:19 19.09.2020

Koronavirusun beyinə dağıdıcı təsiri - COVİD-19-un ən çox rast gəlinən nevroloji nəticələri
17:48 19.09.2020

Türkiyədə yatağı ilə birlikdə uçan paraşütçü - Paraşütçü “Kleopatra” çimərliyinə eniş etdi
17:17 19.09.2020

Bazarlarda virus təhlükəsi - Karonavirus infeksiyasının yayılma risqi bazarlarda yüksəkdir
16:42 19.09.2020

Avtomobil detalları oğurlayan şəxs yaxalandı - O oğurladığı dəyərindən dəfələrlə ucuz satıb
15:41 19.09.2020

Bibiheybət yeni görkəmdə - Əsas məqsəd sakinlərin rifahını yaxşılaşdırmaq və qəsəbənin tarixini qorumaqdır
14:39 19.09.2020

26 il öncə imzalanan uğurlu müqavilə - “Əsrin Müqaviləsi” Azərbaycanın neft strategiyasının əsasını qoydu
13:37 19.09.2020

Tofiq Yaqublu barəsində humanist qərar - Azərbaycan dövləti insan həyatını ən ali dəyər kimi qiymətləndirir
12:33 19.09.2020

Koronavirusa yoluxanların sayı 30 milyon 300 mini ötüb
12:54 18.09.2020

BELARUS İKİ ÖLKƏ İLƏ SƏRHƏDLƏRİ BAĞLAYIR
12:30 18.09.2020

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib
12:07 18.09.2020

Eynək taxmaq koronavirusa beş dəfə yoluxma riskini azalda bilər
11:56 18.09.2020

Azərbaycanın “Avroviziya-2021”də iştirakı təsdiqləndi
11:33 18.09.2020

QAYINATA VƏ QAYINANASINI GÜLLƏLƏDİ - Xaçmazda
11:10 18.09.2020

"Neftçi" "Qalatasaray"a məğlub oldu
10:46 18.09.2020

Karantindən sonra Berlində ilk konsert - VİDEO
10:24 18.09.2020

Gədəbəyə mediatur təşkil edildi - VİDEO
09:59 18.09.2020

Şamaxıda bədbəxt hadisə - 37 yaşlı kişini cərəyan vurdu
19:21 17.09.2020

Diplomatiya Mərkəzindən tələbələrə dəstək - 13 min tələbənin illik ödənişinə yardım olunacaq
18:52 17.09.2020

ÜST-dən COVID-19 peyvəndləri ilə bağlı açıqlama - Peyvəndin 2021-ci ilin ortalarında ölkələrə çatdırılacağı planlaşdırılır
18:21 17.09.2020

Kirayə mənzillərin qiyməti artıb - Ucuz mənzillər əlçatmaz olub
17:36 17.09.2020

Qaranlığa qərq olan Bakı küçələri - 690 küçənin işıqlandırılması nə vaxt başa çatacaq?
17:21 17.09.2020

Nəzarətsizlik yoxsa məsuliyyətsizlik? - Yeni inşa edilən idman və oyun meydançaları yararsız haldadır!
16:54 17.09.2020

Almaniyada artıq bağçalar fəaliyyətini bərpa edib - Bəs, hansı qaydalar əsasında?
16:36 17.09.2020

Şəkidə iki avtomobil toqquşdu, biri alışdı - Üç nəfər xəsarət alıb
16:21 17.09.2020

Bakı şəhər icra başçısının tapşırığı necə icra olunur? - Qaradağda zibil qutuları yenisi ilə əvəzlənir
15:54 17.09.2020

Korrupsiyaya qarşı mübarizə - Keyfiyyətcə yeni müstəviyə keçilib
15:36 17.09.2020

Gədəbəyə mediatur təşkil edildi - Tarixi memarlıq abidələri ziyarət olundu
15:23 17.09.2020

QARABAĞIN AZƏRBAYCANLI İCMASI CAVAB VERDİ
13:46 17.09.2020

Məktəb ləvazimatları necə dezinfeksiya olunmalıdır? - VİDEO
13:24 17.09.2020

AZƏRBAYCAN UKRAYNANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
13:10 17.09.2020

Sosial şəbəkələrdə 7-ci sinif tarix dərsliyi ilə bağlı video yayılıb - Artsax yoxsa Arsak? - VİDEO
12:48 17.09.2020

Balıq mövsümündən sui istifadə edənlər - VİDEO
12:23 17.09.2020

Baş prokurorluq məlumat yaydı - YENİLƏNİB - VİDEO
12:00 17.09.2020

Şəhid üçün tikilən evi söküb məscid tikmək istədi - VİDEO
11:36 17.09.2020

İki ölkə arasında viza rejimi ləğv oluna bilər - VİDEO
11:10 17.09.2020

Eldar Əzizov xəbərdarlıq etdi - Yenilənib - VİDEO
10:44 17.09.2020

80 yaşını qeyd edən sənətkar həyatının ən yaddaqalan hadisələrindən danışıb - VİDEO
10:22 17.09.2020

"Qarabağ" Çempionlar Liqasını tərk etdi
09:59 17.09.2020

Qanunsuz balıq ovu - VİDEO
14:16 16.09.2020

"Bakıya qələbə dalınca gedirik" - Fatih Terim
13:54 16.09.2020

Dönər, yanında da ayran, cəmi 1 manata - VİDEO
13:35 16.09.2020

Yeni dərs ilini yeni məktəblərdə qarşılamaq ayrı bir sevinc və həyəcandır - VİDEO
13:12 16.09.2020

Şəbnəm Tovuzlu - "7 Canlı"da - VİDEO
12:47 16.09.2020

Bəzi günlər var ki, illər keçsə də, unudulmur
12:23 16.09.2020

V.Ə.Axundovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
12:00 16.09.2020

F.T.Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
11:40 16.09.2020

102 il sonra yenə çiyin-çiyinə - VİDEO
11:22 16.09.2020

"Baku Bus"a məxsus avtobusda yanğın baş verib - Yenilənib - VİDEO
11:01 16.09.2020

Azərbaycan və Türk şahinləri Gəncə səmasında
10:39 16.09.2020

Samir Nuriyev sədr seçildi - Yenilənib - VİDEO
10:17 16.09.2020

Prezident İlham Əliyev yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciət edib - YENİLƏNİB - VİDEO
09:54 16.09.2020

TEMPERATUR AŞAĞI ENƏCƏK,YAĞIŞ YAĞACAQ
14:04 15.09.2020

Koronavirusa yoluxanların sayı 29 milyon 400 mini mini ötüb
13:43 15.09.2020

MƏHDUDİYYƏTLƏR SƏRTLƏŞDİRİLİB - Fransada
13:20 15.09.2020

BAKININ BOLŞEVİK-DAŞNAK İŞĞALINDAN AZAD EDİLMƏSİNDƏN 102 İL ÖTÜR
12:57 15.09.2020

DYP valideyinlərə müraciət edib - VİDEO
12:34 15.09.2020

Dərman vasitələrinin satış qiyməti - Apteklrədrə qiymət fərqi varmı? - VİDEO
12:10 15.09.2020

Polis reydləri davam etdirir - VİDEO
11:46 15.09.2020

Gəlin qaynatasını bıçaqladı - Astarada - VİDEO
11:22 15.09.2020

Tənəffüs zamanı zəng çalınmayacaq - Yenilənib
11:01 15.09.2020

İlk dərs gününə hazırlıq - VİDEO
10:37 15.09.2020

Bütün xəbərlər