Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

İrəvan göz yaşlarına inanmır

İrəvan göz yaşlarına inanmır
546 dəfə oxunub

Ermənistanda ümumxalq matəmi elan olunmasa da üç zabitin dəfn mərasimi dövlətin növbəti siyasi layihəsinin baş planına çevrildi.12 noyabrdan bu yana cəmiyyətdə hökm sürən xof və qorxunu,xüsusilə də erməni milləti üçün xarakterik olan ruh düşkünlüyünü aradan qaldırmaq üçün hakimiyyət texnoloqları var gücü ilə çalışdılar.Soyqırım ideologiyasını dövlət quruculuğunun təməl daşına çevirənlərdən başqa əməl gözləmək də sadəlövhlük olardı.Vaxtilə erməni patriarxı Vazgenin dediyi kimi,bir ölmüş erməni beş sağ həmvətənindən daha qiymətli hesab olunduğundan düşmən əleyhinə propoqandaya yarayan belə qiymətli itkiləri sakitcə torpağa tapşırmaq böyük cinayət və tarixi səhv olardı.İndi tam əminliklə söyləmək olar ki,vertolyot qəzası müharibə tərəfdarlarının daha da fəallaşmasına səbəb olacaq.Lakin bundan öncə gərək hazırki iqtidardan narazılığı dəf edəsən,halbuki real vəziyyət tamam başqa cürdür.İqtidara nifrət o qədər güclüdür ki,Ermənistan elitasını yığıb üç tabut qarşısında müntəzir dayandırmaqla ictimai mühakimədən qurtulmaq və milli birlik yaratmaq müşkül məsələdir.

İlk baxışda,vertoloyotun vurulması ilə həyatını itirmiş şəxslərin Surb-Sarkis kilsəsindən son mənzilə yola salınmasında qəribə heç nə yoxdur.Bunu etiqaq etdikləri parfiyalı müqəddəs Qriqoryanın xristianlıq ənənələri onlardan tələb edir.Lakin zabit mundiri və Silahlı qüvvələrin şərəfi naminə istənilən ölkədə keçirilən belə dəfn törənləri hərbi akademiyalardan.yaxud dövlətin titullu salonlarından baş verərdi.İndi isə Sarqsyan rejimi onun fərqindədir ki,kilsə yenə də xalqın səfərbərliyində rol oynamasa və mənəvi sarsıntıların mülacəsi ilə məşğul olmasa,nəinki onun taxt-tacının dayaqları sarsılacaq,eləcə də cəmiyyətdəki parçalanmanın dərinləşməsi nəticəsində dövlət-vətəndaş qarşıdurması qaçılmaz olacaqdır.

Hətta Eçmiədzin kilsəsi belə hazırki şəraitdə üç zabitin tabutunu Azərbycana nifrətin simvoluna çevirə bilmir.Halbuki keçmişdə yüz minlərlə insanı ayağa qaldıraraq coşmuş millətçilik hissinin fonunda belə cansız cəsədlərin ruhi qüvvəsindən yetərincə bəhrələnərdilər.Bu dəfə isə mərasimə toplaşan və kədər içərisində göz yaşlarını axıdan insanlar qəlblərində bir ayrı havaya kökləniblər.O solğun çöhrələrə diqqətlə baxın-sanki 1-ci Qarabağ savaşını udan bunlar deyil.Əsil həqiqətdə də dövlətə başçılıq edənlərin yad ünsürə çevrilməsinin nəticəsidir ki,xalq özünü onlardan ayrı tutur və aşağı dikdiyi başıyla təkcə hüznlü duyğularını gizlətmir,həm də rəhbərlərinin simasız varlığına baxmaq istəmir. Artıq həqiqətləri gizlətmək mümkün deyil və Qarabağın ermənilər üçün “ölüm düşərgəsi”ndən başqa bir yer olmadığını,nə qədər müqəddəs epopeyalar uydurulsa da çırağı sönən minlərlə ailənin nakam həyatına səbəb olmuş müharibəni durdurmaqdan başqa çarələrinin qalmadığını hər kəs yaxşı başa düşür.Tribunada yaralı ayağı ilə intiqama səsləyən Seyran Ohanyan da fərqindədir ki,bu xalq 20 il əvvəlki deyil və “qana-qan” çağırışına səs verən bir ovuc korrupsionerin itirlmiş ictimai siması,saxta yasçılığı və vətənpərvər nekroloqları qəbirlərdə uyuyan oğulları geri qaytarmaq imkanında deyil.Qarabağdan qazananları hamı yaxşı görür,tanıyır və belələrinin erməni analarının əlindən aldıqları övladlarını tikə-tikə parçalayıb və bir süfrəyə büküb onlara qaytarmağının intiqamı çox sərt olacaq.Axı müharibəni udmuş tərəfin gerçək yaşantıları bu olmamalıydı.

Cəmiyyətin sosial psixologiyası elə qurulub ki,bir uğur hadisəsi baş verəndə bütün pisliklər müvəqqəti unudulur,yalnız yaxşıları görmək meyli artır və nailiyyətlər qabardılır.Indi isə Ermənistanda 90-cı illər Azərbaycanının ab-havası hökm sürür.Qarakənd səmasında vurulan helikopterdən sonra siyasi elitasının sayılıb-seçilən oğullarını itirən bir ölkəni sonralar həmin zərbə və məğlubiyyətlər seriyası ən azı 3 il təqib edəcəkdi.Hər rayon itirildikcə azərbaycanlılar o məşum hadisəni xatırlayacaq,çarəsiz bir şəkildə qurbanlarının ən böyüyünü məhz onda verdiklərini yaxşı başa düşəcəkdilər.İndi Mi-24 sindromu ermənilərin gerçək sosial-siyasi durumununu təyin etmək üçün ən başlıca ölçü qurğusuna çevrilib.Elə isə sual olunur,”qara qutu”nu oxumağa çalışan gerizəkalılar görmürmü ki, sadə adamlar üçün öz taleləri və qaranlıq gələcəkləri onsuz da harada və kimin tərəfindən vurluduğu bəlli olan qurgunun yanmayan lentindən daha əhəmiyyətlidir.
Dedik axı,uğursuzluğun və ya məğlubiyyətin hər iki üzü qaradır.Dünənə qədər yenilməz ordularından və güclü diplomatiyalarından danışanlar görün indi nə deyirlər?Deputat Zarui Postancan tələb edir ki, Sarqsyanı cinayətlərinə görə daş-qalaq etmək və ətrafını da ona qatmaq lazımdır.Çünki,Avrasiya Birliyinə üzv olmaqla bu gün vertolyot hadisəsində bütün dünyanın seyrçi qalmasına məhz o,səbəb olub.Xanım parlamentari iddia edir ki,Qərb Rusiya məsələsində tutduğu mövqeyə görə bundan sonrakı faciələrdə də Ermənistanın yanında olmayacaq.
Təcrübəli eksdiplomat Ara Papyan Dağlıq Qarabağı müstəqil dövlət kimi qəbul etdirə bilmədiklərindən Avropanın Azərbaycanın hərbi qüvvələri tərəfindən erməni texnikasına zərbə endirilməsini təbii hesab etməsini təəccüblə qarşılayanları qınayıb və güclənmiş “düşmən”in yalnız 2015-ci ilin Olimpiya oyunlarına görə gələn il müharibə etməyəcəyinə bel bağladığını dilə gətirib.

Edvard Nalbandyansa dünya turnesinə çıxıb və prezidentinin İrəvanda Avropa Birliyinə daxil olan ölkələrə məgik diplomatiya,yəni,ziyafət mərasimi ilə yapdıqlarını Xarici İşlər naziri Cenevrə Mərkəzində davam etdirib.O,deyib ki,Azərbaycan Minsk qrupunu saymır və qonşu ölkənin hərbi büdcəsini son on ildə 25 dəfə artıraraq gələn il üçün 4.7 milyard dollara çatdırması ilə Cənubi Qafqazın təhlükəsizliyinə açıq təhdidə səbəb olub.Onun dilindən düşməyən “balta diplomatiyası” ifadəsi isə yəqin tezliklə helikopterin üzərinə köklənəcək.Çünki facilərin xarakteri belədir-böyüyü gələndə kiçik itkiləri unutmalı olursan.

Dünən ermənilərin BMT də yaydıqları bəyanatın mətni də eyni tezisləri təkraralayır.Hələ üstəlik,2 gündür ABŞ-a səfərə çıxmış qondarma prezident Bako Saakyan da Kilikiya Apostol kilsəsi və erməni lobbisinin üzvləri ilə görüşündə dünya birliyinin sərt bir şəkildə qınamaqla Azərbaycanı ciddi cəzalandımağa çağırıb.
Amma bu bəyanatlar erməni müxalifətini belə inandıracaq gücə malik deyil və belə çağırışların heç bir nəticə verməyəcəyini hakimiyyət əleydarları açıq söyləyirlər.Onların son siyasi təhlillərində qırmızı xətlə keçən tezislərdən biri budur:ermənilər özlərini ruslara təslim etməklə dünyadan təcrid olunublar və günün birində Azərbaycan ordusu erməni nəzarətində olan rayonları azad etsə,Qərb Rusiyanın hərbi-siyasi müttəfiqinə çevrilmiş Ermənistana görə bu əməliyyata seyrçi qalacaq.Üstəlik,Qafqazlarda təzədən münaqişəni alovlandırmaq məqsədi güdən Azərbaycan bununla ruslara qarşı avropalı emissarların diqtəsi ilə sən demə 2-ci cəbhə açmaq niyyəti güdürmüş.Məqsəd şimal qonşusunun qüvvələrini parçalamaqla onu Ukrayna ilə konfrontasiyada zəiflətmək və Avropa Birliyə ilə inteqrasiyaya nail olmaqdır.İddiaların absurdluğu o yana qalsın,ancaq seçilən dilin zamanında bizim ölkəmizdəki siyasi leksionlarla necə eynilik təşkil etdiyini gördünüzmü?

Bu mülahizə,giley və ittihamlardan ən maraqlsı helikopterin rusun silahı ilə vurulmasıdır.Əvvəlcə xəbərlərdə “Strela”nı qaralamışdılar.Sonra “İqla-5”i ümumxalq mühakiməsinə çıxardılar. Guya NATO buraxılşlı tankdan-topdan həyatını itirmək o qədər ağrılı deyil,nəinki müttəfiqinin gülləsindən.Bütün tarixi qələbələrini xarici dövlətlərin köməyi ilə qazanmış bir ölkənin insanlarının qafasında bu nəinki xəyanət duyğusunu gücləndirir,üstəlik,itaətsizlik üçün geniş zəmin yaradır.İndi vertolyot hadisəsindən sonra dərinləşmiş siyasi parçalanmanın səbəblərindən və küçə etirazlarındakı əsas tələblərdən birini də “Rusiyadan ayrılmaq” şüarı təşkil edir.

Nə qədər tanış səhnələrdir,deyilmi? Sən demə adamları xoşbəxtliyinə görə eyni,bədbəxtliyinə görə fərqli sayanlar yanılırlar.Məgər o vaxtlar şəhid verərkən bizim mücərrəd və heç nəyə yaramayan dünya ictimaiyyətindən tələblərimiz elə bu cür deyildimi? Hamısı oxşar trafaret yaşantılardır. Adama elə gəlir ki,dünyanın ədalətsizliyindən danışan ermənilər,sanksiya və qətnamə tələb edən rejim rəhbərləri Azərbaycanı yalnız o vaxt təqlid etməyə başlayırlar ki,özləri ciddi itkiyə məruz qalmış olsunlar.

Ancaq dünya o göz yaşlarına necə inansın ki,ölən zabitləri Qarabağın prezidentinin əli ilə mükafatlandırıb,amma aparıb İrəvanda basdırırsan.Heç soruşan da yoxdur-İlkin Muradovun sərrast zərbəsinin yüksək qiyməti ilə müqayisədə ölən və onları gəlib daşıyanların şücaəti nədən ibarətdir? Bəlkə Qarabağda yaşayanların hamısına elə birdəfəlik “qəhrəman” statusu verələr ki,onlar Ermənistanın yüzillik tələsində girovdular!

Bir də Xankəndində hərbi hava qüvvələri mövcuddursa,onların heyət üzvləri təlim-məşq zonasında uçuşlar zamanı qətl edilibsə,o boyda məkanda dəfn yeri tapılmadığına başqalarını necə inandırasan?

Yəqin,Rusiya televiziyalarında siyasi duellərə çıxan Qərb ekspertlərini və yaxud rəsmi şəxslərini hər gün görürsünüz.Solovyov onlardan soruşur-siz “yaşıl adamlar”ın(rus hərbçilərinin) Donetskdə,Luqanskda vuruşduğunu necə sübut edirsiz,verilən cavab əksər hallarda hansısa peyk şəkilləri,yaxud kəşfiyyat məlumatları deyil,məhz qəbristanlqlara gətirilən hərbçilərin cəsədləri olur.Halbuki peşəkar və yüksək çekistlik qabiliyyətinə malik olan Putinlə müayisədə siyasi meyid Sarqsyanın əskərlərini Qarabağda tapıb çıxarmaq böyük məharət tələb etmir.Cəmisi 190 milyon dollarlıq büdcəyə malik olan separatçı bölgənin hansı səviyyəli silahlı qüvvə yaradacağını hərbçi olmadan da hesablamaq mümkündür.

İndi guya Qarabağ ordusu qəhrəmanlıq və igidlik göstərib düşmənin əlindən cəsədləri alıbsa,onda Tiqranın yetirmələrini bu müqəddəs torpağa tapşırmaqdan niyə vaz keçiblər? Buna ilk növbədə erməni anaları yol verməzdilər.Ancaq hazırda ən böyük qorxunu yaşayan da məhz erməni hakimiyyətidir.Birdən Azərbaycan müharibədə taktikanı dəyişir-daha əskərlərin atdığı atəşə qarşılıq vermir,əvəzində düşmənin hərbi obyektlərini,texnikasını ,erməni zabitlərini nişangaha çevirir,onda bu zərbələrin yaratdığı iqtisadi və siyasi təsirin qarşısında necə dayanmaq olar?Axı tarixən bütün savaşları aparan ən böyük qüvvə məhz valyutalar olub.Napoleon əbəs yerə pulu 1-ci yerə qoymurdu ki.

Lakin ikinci Qarabağ savaşı başlamasa da Sarqsyan Azərbaycan xalqının bütün istəklərini öz ölkəsində həyata keçirir.O,hərbi sərkərdə mundirini çıxarıb prezident kostyumunu geyəndən öz millətinin qəniminə çevrlib.Heç bir hökumət onun qədər bütün dünya erməniliyini belə parçalaya,milli ideyaların və xəyaların iflasına,hər il 92 min insanın ölkəni birdəfəlik tərk etməsinə,0.8 fazilik iqtisadi artıma və yoxsulluğun 24 faizə yüksəlməsinə nail ola bilməzdi.Etiraf etmək lazımdır-ermənilərin həqiqi milli potensialı diletant liderlərinin daşıdğı keyfiyyətlərədən qat-qat yuxarıdır.Heyif ki,onun 3-cü dəfə namizədliyini irəli sürmək hüququ yoxdur.Əks halda,bir xalqa bundan böyük pislik mümkün olmazdı.Dahi Nizaminin “Bayquşların söhbəti”ndə deyildiyi kimi,nə qədər o cür şahlar var,xarabazarlıqlar və göz yaşları da bir o qədər qaçılmaz olacaq.Tarixi İrəvan buna məhkum edilib.

Ataları azərbaycanlıları qətlə yetirməkləri ilə fəxr edənlərin evlərinə indi öz övladlarının cansız bədənləri gəlir.Lakin Azərbaycan düşmən də olsa,erməni ölümlərindən zövq almır.Təkcə ona görə yox ki,rəhm hissi şərqli mədəniyyətinin ayrılmaz tərkib hissədir,həm də ona görə ki,ölüm bu dünyada insan üçün verilən ən böyük cəza deyil!

 

 

Zahid Oruc

BUNU DA OXU

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
Tullantıların emalından əldə olunan məhsullar
Xəbər lenti

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Peşə təhsili müəllimlərinin işə qəbulu başlandı - Müsabiqəyə 257 vakant yer ayrılıb
15:36 24.09.2020

Terrorçu ilə əməkdaşlıq edən ermənistan - Qarabağı terrorçu yuvasına çeviriblər
15:23 24.09.2020

"Oradan-buradan" - "ATV Səhər"də - VİDEO
14:54 24.09.2020

İstixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb - 2 kilo marexuana isə həyətdən aşkar olunub
14:36 24.09.2020

SUPERKUBOK GÖRÜŞÜ - "BAVARİYA"-"SEVİLYA"YA QARŞI
14:30 24.09.2020

Diqqətli olun - Ermənilər sosial şəbəkələrdə təxribat aparır
14:21 24.09.2020

"Tez bişir" - Pendirli kətə - VİDEO
14:08 24.09.2020

İslam dünyası niyə susur? - Təcavüzkara qarşı sərt reaksiya mütləqdir
13:54 24.09.2020

TALİBAN HÜCUM ETDİ - 28 polis əməkdaşı öldürülüb
13:44 24.09.2020

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 32 MİLYONU ÖTDÜ
13:20 24.09.2020

CEYHUN BAYRAMOV GÜRCÜSTANDA RƏSMİ SƏFƏRDƏDİR
12:59 24.09.2020

Qapalı məkanlarda yoxlamalar davam edir - VİDEO
12:35 24.09.2020

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
12:10 24.09.2020

Müasir avadanlıqlarla təchiz olunan ambulanslar - VİDEO
11:47 24.09.2020

Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
11:25 24.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsinin sakinləri ilə görüşüblər - Yenilənib - VİDEO
11:01 24.09.2020

Azərbaycan əhalisinin 20 faizi vaksinasiya ediləcək - VİDEO
10:40 24.09.2020

Sabirabadda “Ağ qızıl”ın yığımına başlanılıb - Yenilənib - VİDEO
10:17 24.09.2020

Uşaqlar da koronavirusa yoluxur - Yenilənib - VİDEO
09:54 24.09.2020

Düşmənə sirr vermə - Ermənilər sosial şəbəkələr vasitəsilə məlumat əldə etmək istəyir
17:54 23.09.2020

Təcavüzkarın hərbi ritorikası - Anna Akopyan niyə “Sülh quşu” ola bilmədi?
17:25 23.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları Azərbaycan dilində oxumaq mümkün olacaq
16:25 23.09.2020

Tullantiları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
15:23 23.09.2020

85 ildən sonra incəsənət məktəbi yeni görkəm aldı - 3 mərtəbəli binada müasir şərait yaradılıb
14:36 23.09.2020

Piyada səkisinin üzərində tikilən stadion - Qurumlar “biz icazə verməmişik” deyir. Bəs, qanun nə deyir?
13:36 23.09.2020

Baba Vəziroğlu "Bağ mövsümü" verilişində - VİDEO
12:45 23.09.2020

Tullantıların emalından əldə olunan məhsullar
12:21 23.09.2020

Çörəyi dəmirdən çıxanlar - VİDEO
12:00 23.09.2020

Ermənistanın işğalçı təxribatları ifşa edildi - VİDEO
11:35 23.09.2020

Məktəblidən əsgər salamı - VİDEO
11:11 23.09.2020

Asfaltlanmayan küçələrlə bağlı müjdə - VİDEO
10:46 23.09.2020

Qubada 8 müəllim koronavirusa yoluxdu - Yenilənib - VİDEO
10:23 23.09.2020

Azərbaycan ordusu ən müasir silahlarla güclənib - VİDEO
09:59 23.09.2020

KORONAVİRUS PEYVƏNDİNİN VAXTI AÇIQLANDI - Türkiyədə
13:45 22.09.2020

Agentlik sürücülərə bunu tövsiyə etdi
13:23 22.09.2020

ÇEMPİONLAR LİQASI - BU AXŞAM 3 OYUN BAŞ TUTACAQ
12:59 22.09.2020

MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA RUSİYADA RƏSMİ SƏFƏRDƏDİR
12:34 22.09.2020

Peyvənd Azərbaycana da gətiriləcək - VİDEO
12:10 22.09.2020

Elza Seyidcahan koronavirusa şeir oxudu - "Bağ mövsümü"ndə - VİDEO
11:46 22.09.2020

Düşmən bizi provakasiyaya çəkir - VİDEO
11:23 22.09.2020

BMT-nin 75 illiyinə həsr edilmiş iclas keçirilib - VİDEO
11:00 22.09.2020

Dərslikdə erməni bayrağı iddiası - Təhsil nazirliyi açıqlama yaydı - Yenilənib - VİDEO
10:40 22.09.2020

Ehtiyyatda olan hərbçilərin təlimi başladı - Yenilənib - VİDEO
10:17 22.09.2020

Bütün xəbərlər