Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

II və III ixtisas qrupları üzrə qəbul imtahanında 35 mindən artıq abituriyent iştirak edəcək

II və III ixtisas qrupları üzrə qəbul imtahanında 35 mindən artıq abituriyent iştirak edəcək
   89 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 19-da 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

DİM-dən ATV.az-a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunacaq.

Hazırda bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədi ilə imtahandan bir gün əvvəl DİM və Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 13-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11.00-da başlayacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədi ilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentlərin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- “İmtahana buraxılış vərəqəsi".

- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanın müddəti 3 saatdır. Yazılı cavab vermək tələb olunan açıq tipli tapşırıqların cavabları “cavab vərəqi”ində nəzərdə tutulan müvafiq yerlərdə, digər tapşırıqların cavabları isə “cavab kartı”ında qeyd olunur. İmtahanın sonunda cavab vərəqləri və cavab kartları abituriyentlərdən təhvil alınır.

İmtahanda abituriyentlərə bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə II qrupda riyaziyyat, coğrafiya və tarix fənləri üzrə, III qrupda isə Azərbaycan dili, ədəbiyyat və tarix fənləri üzrə ümumilikdə 90 tapşırıq təqdim edilir.

Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Bu imtahanda (qəbul imtahanının ikinci mərhələsi) abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. II-III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə zamanı abituriyentlərin buraxılış imtahanından əldə etdikləri nəticələri də nəzərə alınacaq və qəbul imtahanından toplanılan balın üzərinə əlavə olunacaq. Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarında topladıqları balların cəminə (maksimal bal – 300+400=700 bal) əsasən ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər

Məlumat üçün bildirək ki, imtahanda 35 422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 031 abituriyent II qrup üzrə, 21 391 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 32 585 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 12 645, III qrup üzrə 19 940 nəfər), 2837 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1386, III qrup üzrə 1451 nəfər) məzunudur. Abituriyentlərin 15 823 nəfəri oğlanlar (II qrup üzrə 9538 nəfər, III qrup üzrə 6285 nəfər), 19 599 nəfəri isə qızlardır (II qrup üzrə 4493 nəfər, III qrup üzrə 15106 nəfər). 30 654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 55 nəfər ali təhsil müəssisələrinin, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü ildən, ən gənci isə 2004-cü ildəndir.

Bakı şəhərində 15 158, Naxçıvanda 1799, Gəncədə 3750, Sumqayıtda 1709, Mingəçevirdə 1553, Şəkidə 1880, Bərdədə 2041, Göyçayda 1445, Şirvanda 2224, Lənkəranda 2387, Xaçmazda isə 1476 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 45-dək KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

ATV.az

 

BUNU DA OXU

"Tarqovı"ya giriş 7 günlük qadağan edilir - XƏBƏRDARLIQ
Bakının bu qəsəbələrində iki gün su olmayacaq
İranda qəribə olay - 11 GÜNDƏ 18 NƏFƏRİ İLDIRIM VURUB
“Arsenal”-“Çelsi” qarşılaşması - Mayın son üç günündə bəzi məhdudiyyələr olacaq
Qısqanc ər arvadının başını kəsib - Qəbələdə
Xəbər lenti

Ermənistanda əks-inqilab hazırlığı - Köçəryan azadlığa çıxdı, Paşinyana inam azaldı - VİDEO
22:30 21.05.2019

Avropa Liqasının kuboku Cocuq Mərcanlıda - Qayıdış parkında müxtəlif proqramlar təşkil edilib - VİDEO
22:12 21.05.2019

Rəqqasə və müğənninin "3 dəqiqə" si - "ATV Maqazin 10lar"-da - VİDEO
21:55 21.05.2019

Sabah yağış yağacaq
21:38 21.05.2019

İsmayıllıda 100-dən artıq ağac aşıb - Güclü külək rayonda fəsadlar törədib
21:14 21.05.2019

Bakıda mağazalardan oğurluq edən yeniyetmə saxlanılıb - FOTOLAR
20:55 21.05.2019

Çingizdən bir ilk - VİDEO - FOTOLAR
20:37 21.05.2019

Aynur Dadaşova "Gündən günə"-də - "Geri Dön " - VİDEO
20:20 21.05.2019

Texnikaların satış yarmarkası başladı - Yarmarka 6 regionda təşkil olunacaq
19:59 21.05.2019

Paytaxt sakinini aldadaraq 10 min dollarını alan şəxs saxlanılıb
19:40 21.05.2019

Heydər Əliyev Mərkəzində Seretelinin sərgisi keçiriləcək
19:22 21.05.2019

Aprelin 14-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
19:05 21.05.2019

AQTA əməkdaşları Gəncədə sahibkarlarla görüşüb - FOTOLAR
18:47 21.05.2019

Azərbaycandan zəvvarların Həccə getmə və qayıtma tarixləri məlum oldu
18:30 21.05.2019

Tikintiyə Dövlət nəzarəti bərpa edilir - Qanuna dəyişiklik Milli Məclisə göndərildi
18:13 21.05.2019

Babək prospektində yenə çökmə oldu
17:53 21.05.2019

BŞPİ: Müğənni Kərimə hücum edən şəxs müəyyən edilib - FOTOLAR
17:35 21.05.2019

Знаменитый полковник награжден медалью СГБ - FOTOLAR
17:22 21.05.2019

Firəngiz Mütəllimovadan acı etiraf - "Şou ATV"-də - VİDEO
17:17 21.05.2019

“Tarqovı” bağlanmayacaq - RƏSMİ AÇIQLAMA
17:07 21.05.2019

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Kürdəxanı qəsəbəsində olub - FOTOLAR
17:00 21.05.2019

Dünya hitləri.1978-ci il - Space - "Just Blue" - VİDEO
16:42 21.05.2019

Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə təsdiq edilib
16:26 21.05.2019

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət edib
16:06 21.05.2019

Evdar xanımların nəzərinə - Badımcan kotletinin hazırlanması - VİDEO
15:45 21.05.2019

Mikayıl Müşfiqə həsr olunmuş tamaşa göstəriləcək
15:28 21.05.2019

Avtomobildə dərman preparatları və mobil telefonlar aşkarlanıb
15:17 21.05.2019

Günay Musayeva sevgilisini bıçaqladı
15:05 21.05.2019

"Tarqovı"ya giriş 7 günlük qadağan edilir - XƏBƏRDARLIQ
14:50 21.05.2019

Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
14:32 21.05.2019

Nahidə Babaşlı ailəsindən danışdı - "Zaurla Günaydın"-da - VİDEO - FOTOLAR
14:14 21.05.2019

“Piknik zamanı uşaqları nəzarətsiz qoymayın” - Baş toksikoloqdan xəbərdarlıq
13:58 21.05.2019

İlqarə Kazımova tanınmaz halda - FOTOLAR
13:40 21.05.2019

Namiq Aygünün yeni duet ortağından danışdı - "ATV Maqazin 10lar"-da - VİDEO
13:21 21.05.2019

Axtarışda olan 28 nəfər saxlanıldı - Fərqli cinayət sahibi olduğlarına görə
13:03 21.05.2019

Naməlum şəxs qəfldən Eyfel qülləsinə dırmaşıb
12:47 21.05.2019

"Ov"un fantastik nəticələri - 1 tona yaxın narkotik məhv edildi
12:28 21.05.2019

Oğru “isti izlərlə” saxlanıldı - Ağdaşda
12:09 21.05.2019

Bakının bu qəsəbələrində iki gün su olmayacaq
11:52 21.05.2019

Prezident İlham Əliyev Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak edib - FOTOLAR
11:40 21.05.2019

Əli Kərimli qarşıdırma yaratmaq istəyir - Onun ətrafında fərqli düşünən insan qalmayıb - VİDEO
11:32 21.05.2019

Gülben Ergen yeni sevgilisi ilə görüntüləndi - FOTOLAR
11:16 21.05.2019

İranda qəribə olay - 11 GÜNDƏ 18 NƏFƏRİ İLDIRIM VURUB
11:00 21.05.2019

Müğənni Kərimi küçədə belə döydülər - VİDEO - FOTOLAR
10:50 21.05.2019

Azərbaycanın iqtisadi gücü artır - İslahatlar öz nəticəsini verir - VİDEO
10:39 21.05.2019

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edir
10:20 21.05.2019

HƏMAS VƏ İSRAİL YARIM İLLİK ATƏŞKƏS ELAN ETDİ
10:02 21.05.2019

TRAMP İRANLA DANIŞIQLARA RAZIDIR - İRAN İSƏ...
09:45 21.05.2019

Röya "Zaurla Günaydın"-da - " Kimin belə sevgilisi var" - VİDEO
09:29 21.05.2019

Meryem Uzerli Kanndakı geyiminə görə tənqid olundu - FOTOLAR
21:57 20.05.2019

Problemli kreditlərin həlli - Azərbaycan və koreya təcrübəsi müqayisə edildi
21:40 20.05.2019

Sabah hava necə olacaq?
21:21 20.05.2019

Sevinc Ağaşirinova "Bir Axşam"-da - ÖZƏL - FOTOLAR
21:04 20.05.2019

İbrahim Tatlısəsin : - "Əlvida, oğlum" - FOTOLAR
20:45 20.05.2019

Daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkarlanıb
20:29 20.05.2019

Gəncədə 73 yaşlı kişinin meyiti tapılıb
20:10 20.05.2019

Aygündən Xatuna sərt cavab
19:51 20.05.2019

Buzovna sakinində 5 kq-dan artıq marixuana aşkar olunub - FOTOLAR
19:36 20.05.2019

Kıvançın arvadının restoranına hücum olundu
19:20 20.05.2019

Mehdiabadda avtomobillə vurulan piyada xəstəxanada ölüb
19:03 20.05.2019

“Arsenal”-“Çelsi” qarşılaşması - Mayın son üç günündə bəzi məhdudiyyələr olacaq
18:48 20.05.2019

Müğənni Nurlan Təhməzli oğlu ilə ATV-də - ÖZƏL - FOTOLAR
18:30 20.05.2019

Bakı-Sumqayıt şosesində hərəkət məhdudlaşdırılır
18:11 20.05.2019

Fədayə Laçının məhkəməsi təxirə salınıb
17:55 20.05.2019

Qısqanc ər arvadının başını kəsib - Qəbələdə
17:48 20.05.2019

Səfurə yenə ana oldu - FOTOLAR
17:40 20.05.2019

Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinin başa çatdırılmasına 20 milyon manat ayırıb
17:35 20.05.2019

İki gün ərzində yol qəzalarında 6 nəfər dünyasını dəyişib
17:17 20.05.2019

Astarada ağır qəza, iki maşın toqquşub - Bir nəfər ölüb, 1 nəfər xəsarət alıb
17:00 20.05.2019

Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib
16:46 20.05.2019

Sadıq Sadıqov: “Bu səhifə mənim həyat kitabımda artıq bağlanıb" - ACF-nın vitse-prezidentindən gözlənilməz açıqlamalar - FOTOLAR
16:28 20.05.2019

Məşhur qəssab klipə çəkildi - VİDEO
16:10 20.05.2019

Gürcüstandan gələn avtomobilin yanacaq çənində siqaretlər aşkarlanıb - FOTOLAR
15:53 20.05.2019

Elnar Xəlilov həyat yoldaşı ilə ilk dəfə ATV-də - ÖZƏL - FOTOLAR
15:36 20.05.2019

30 avrodan 225 avroya qədər - UEFA qiymətləri açıqladı
15:19 20.05.2019

Dörd ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı - Lerikdə
15:00 20.05.2019

61 yaşlı Şeron Stoun yenə göz qamaşdırdı - FOTOLAR
14:42 20.05.2019

Aygün övladları ilə ATV-də - ÖZƏL - FOTOLAR
14:25 20.05.2019

Aprelin 7-də keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub
14:04 20.05.2019

Əri Natavanın ad gününü belə təbrik etdi - FOTOLAR
13:45 20.05.2019

Bütün xəbərlər