Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Bu il metro stansiyalarına havalandırmanı yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq

Bu il metro stansiyalarına havalandırmanı yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq
   195 dəfə oxunub

Bu il metro stansiyalarında havalandırmanın yaxşılaşdırılması üçün 7 ventilyator quraşdırılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Elektromexanika Xidmətinin rəisi Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, "Bakı Metropoliteni" QSC stansiya və tunellərdə köhnə ventilyasiya avadanlıqlarının yeniləri ilə əvəzlənməsi məqsədilə 2019-cu il üçün nəzərdə tutulmuş ilk əhəmiyyətli tədbirini həyata keçirib. Rusiyanın “Ventprom” maşınqayırma zavodunda istehsal olunaraq Bakıya gətirilmiş 7 yeni güclü ventilyatordan ikisi “Qara Qarayev” və Yaşıl xəttin “Memar Əcəmi” stansiyalarında istismara verilib.

Son illərdə Bakı metropolitenində müasir sistemlərin tətbiqi daha geniş vüsət almaqdadır. Metropolitenin sosial əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, sərnişin təhlükəsizliyi və rahatlığının daha da yüksək standartlar səviyyəsinə çatdırılması məqsədilə əhəmiyyətli yeniliklər edilir. 2019-cu ildə də bu istiqamətdə mühüm addımlar atılır. Ölkə başçısının tapşırığına uyğun olaraq, ehtiyat elektrik təchizatı mənbələrinin yaradılması, vaqon parkının yenilənməsi, yeni və mövcud xətlərdə qatarların hərəkətinin təşkili və tənzimlənməsində müasir avadanlıqların, sistemlərin tətbiqi xüsusi qeyd oluna bilər. Stansiya və tunellərdə süni havalandırmanın təşkilində xüsusi rol oynayan ventilyasiya qurğularının yeni nəsil avadanlıqları ilə əvəzlənməsi də bu qəbildən diqqət çəkən yeniləşmə nümunələridir.

Ümumən "Bakı metropoliteni"nin stansiya və tunellərindəki istismar müddəti başa çatmış ventilyasiya sisteminin daha məhsuldar və səmərəli avadanlıqlarla əvəz edilməsi məqsədilə ötən il dünyanın aparıcı şirkətlərinin istehsalı olan məhsullarının monitorinqi aparılıb. Yekun nəticə kimi metropolitenin bütün tələblərinə uyğun gələn ən optimal variant - Rusiyanın Artyomovsk şəhərində yerləşən “Ventprom” maşınqayırma zavodunun məhsulları seçilərək, müqavilə imzalanıb.

İstehsal prosesindən sonra güclü ventilyatorların zavod şəraitində sınağı keçirilib. Qurğuların bütün texniki parametrlərinin, idarəetmə lövhələrinin, nəzarət-məlumat vericilərinin “Bakı Metropoliteni” QSC-nin texniki tapşırıqlarına uyğunluğu yoxlanılıb. Yeni ventilyatorun iş rejimini axından sovurmaya və əksinə 20 saniyə ərzində dəyişmək mümkündür. Bu isə təhlükəsizliyin artırılması, fövqəladə hallarda bir rejimdən digərinə daha çevik keçid baxımından əhəmiyyət kəsb edir. Hava axınının daha səmərəli və məhsuldar yayılmasına, həmçinin platforma səviyyəsinə birbaşa yönəlməsi məqsədilə quraşdırma zamanı hər bir detala, hətta ventilyatorların döşəmə səviyyəsindən hündürlüyünə də xüsusi diqqət yetirilib.

"Bakı Metropoliteni” QSC-nin texniki tapşırığına əsasən, ventilyatorun idarəetmə sistemləri istehsalçı müəssisə tərəfindən “Siemens” və “Schneider” şirkətlərinin avadanlıqları üzərində qurulub. Həmçinin relelər, avtomat açarlar və digər cihazları normal temperatur rejimində saxlamaq üçün idarəetmə paneli ventilyatorla, eyni zamanda avtomatik yanğınsöndürmə vasitəsi ilə təchiz edilib.

Yeni ventilyatorların səsi normalardan aşağı olsa da, sərnişin rahatlığı baxımından müasir səsboğucularla da təmin olunacaq. Yeni səsboğucular daha effektiv və istismar üçün daha əlverişlidir.

“Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında quraşdırılmış “VOM 24R” tipli ventilyatorların elektrik mühərrikinin gücü 75 kVt-dır. Məhsuldarlığı, texniki göstəriciləri "Bakı metropoliteni"nin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Ən əsası, yeni ventilyatorlar istismardan çıxarılmış avadanlıqlarla müqayisədə tunellərdə süni havalandırmanın keyfiyyətini bir neçə dəfə yaxşılaşdıracaq. Müqayisə üçün qeyd edək ki, əvvəlki avadanlıqlar, ən yaxşı halda 20-30 kubmetr/saniyə məhsuldarlıqla işləyirdisə, yenilərinin havalandırma imkanı 70 kubmetr/saniyədir. Həmçinin yeni ventilyatorların faydalı iş əmsalı, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri dünya standartlarının ən yüksək tələblərinə cavab verir.

Mart ayından yeni ventilyatorun quraşdırılması məqsədilə “Qara Qarayev” stansiyasının şaxtasında hazırlıq tədbirləri yerinə yetirilib. Köhnə ventilyator sökülərək, yenisinin quraşdırılması üçün texniki tələblərə uyğun özül hazırlanıb. Görülən işlər çərçivəsində yeni dəmir-beton döşəmə oturacaq hazırlanıb, daha sonra ventilyator quraşdırılıb, elektrik xətləri tamamilə yenilənib, idarəetmə dolabları qoyulub, texniki sazlama və qoşulma işləri aparılıb. Quraşdırmanın mühüm yeniliklərindən biri fiberoptik kabellərdən istifadə olunmasıdır. Hazırda metropolitendə bununla bağlı mühüm işlər aparılır. Ventilyasiya sahəsində optik kabelləşmə informasiyanın daha etibarlı, səmərəli, dəqiq ötürülməsi, idarəetmənin daha keyfiyyətli və səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir.

Yeniliklərdən biri kimi ventilyatorların fəaliyyətini qiymətləndirməyə, həmçinin ətraf mühitin, mikroiqlim şəraitinin fərqli parametrlər üzrə öyrənilməsinə xidmət göstərəcək ölçü cihazının quraşdırılmasıdır. Bu isə əyani müşahidələr aparmağa kömək edəcək.

May ayının ikinci ongünlüyündən istehsalçı şirkətin mütəxəssislərinin iştirakı ilə avadanlığın quraşdırılması, mərkəzi və yerli idarəetmə sistemlərinin qoşularaq sazlanması və digər texniki parametrlərin yoxlanılması, həmçinin sınaqları aparılıb. Yeni qurğular ventilyatorların müvafiq iş qrafikinə uyğun işə salınıb. Ventilyatorların imkanları nəzərə alınaraq, qrafikdə müvafiq dəyişikliklər edilib.

Qeyd edək ki, “Qara Qarayev” və “Memar Əcəmi” stansiyalarında eyni parametrli daha iki havalandırma qurğusunun quraşdırılması məqsədilə hazırlıq işlərinə başlanılıb.

Digər 3 ventilyator “Nizami” və "Nəriman Nərimanov-Ulduz" stansiya və mənzil tunellərində quraşdırılacaq. “VOM 20” tipli bu qurğuların elektrik mühərrikinin gücü 55 kVt-dır.

Qeyd edək ki, bu, metropolitenin stansiya və tunellərinin ventilyasiya sistemi ilə bağlı 2019-cu il ərzində həyata keçirəcəyi yeganə tədbir deyil. “Bakı Metropoliteni” QSC stansiya və tunellərin təbii havalandırılması istiqamətində yeni layihənin həyata keçirilməsinə başlayacaq. Bu məqsədlə dünyanın aparıcı şirkətlərinin məhsullarının "Bakı metropoliteni"ndə tətbiq imkanları, keyfiyyəti, səmərəsi və digər texniki detalları araşdırılıb. Yaxın vaxtlarda bununla bağlı ilk əhəmiyyətli addımlar da atılacaq. Bu barədə də ictimaiyyətə əlavə məlumat təqdim ediləcək.

ATV.az

 

BUNU DA OXU

Güləşçilərimiz qızıl medal qazandılar - FOTOLAR
İran ABŞ-ın 17 casusunu edam edəcək
“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edib - FOTOLAR
Özünü qocaldanların nəzərinə! - “Face App” təhlükəsi haqqında
Tanker qalmaqalı böyüyür - Böyük Britaniya İrana xəbərdarlıq etdi
Xəbər lenti

497 abituriyent biliyini sınadı - Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib - FOTOLAR
18:17 23.07.2019

Cəmiyyətdə vətənpərvərlik hissləri yüksəkdir - Hərbi xidməti başa vuran gənclərlə görüş keçirildi
17:59 23.07.2019

“YARAT”da “Mənşə” adlı videotəqdimat olacaq
17:40 23.07.2019

Yeni baş nazir məlum oldu - Britaniya hökumətinə Boris Conson rəhbərlik edəcək
17:19 23.07.2019

“Real həyat - real incəsənət” müsabiqəsi davam edir - FOTOLAR
16:58 23.07.2019

Tacikistan – Qırğızıstan sərhədində atışma: Yaralılar var
16:30 23.07.2019

İki azyaşlı zəhərləndi - Nəzarətsiz qalıb sirkə turşusu içdilər
16:09 23.07.2019

Rusiya bu ölkənin hava məkanını pozdu - Qırıcılar atəş açdı
15:49 23.07.2019

“Son nəfəsədək” filmi nümayiş olunub
15:28 23.07.2019

Xırdalanda olay: müştəri satıcını aldatdı - 30 manatlıq paltar, 70 manat da qalıq pul aldı
15:07 23.07.2019

İki azyaşlı xəstəxananın dəhlizinə atıldı - Onların kim tərəfindən atıldığı araşdırılır
14:49 23.07.2019

Antonio Quterreş narahatlığını dilə gətirdi
14:30 23.07.2019

23 İyulda tarixdə nələr baş verib? - Ağdamın işğalı günü, Delfinlərin və Balinaların Müdafiəsi Günü, Maral Rəhmanzadə, Flora Kərimova . . .
14:11 23.07.2019

Türkiyənin Şanlıurfa şəhərində yaşayış evinə raket düşüb - Yaralananlar var
13:52 23.07.2019

Krakovda multikultural küçə festivalı keçirilib
13:33 23.07.2019

Aparıcıların Elza Seyidcahana sevgi etirafı - "Üçümüz"də - VİDEO
13:15 23.07.2019

Güləşçilərimiz qızıl medal qazandılar - FOTOLAR
12:56 23.07.2019

Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
12:37 23.07.2019

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib - Xəsarət alan var - FOTOLAR
12:17 23.07.2019

Bakı Nəqliyyat Agentliyi küləkli hava ilə əlaqədar nəzərinizə çatdırır ki...
12:00 23.07.2019

FHN-in İdman-Sağlamlıq Mərkəzində maraqlı görüş keçirilib - FOTOLAR
11:41 23.07.2019

Mayk Pompeo: "ABŞ-ın bu ölkəylə müharibə etmək fikri yoxdur"
11:22 23.07.2019

İndoneziyanin incisi – Bali - FOTOLAR
11:05 23.07.2019

Tramp Əfqanıstandakı müharibə haqda danışıb
10:49 23.07.2019

Şamaxı bölgəsinə etnomusiqi ekspedisiyası təşkil olunub
10:27 23.07.2019

Teatr Xadimləri İttifaqında Boris Şukin Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş
10:06 23.07.2019

Afrika sahillərində sizə tanış olmayan 8 ada
09:45 23.07.2019

“Heydər Əliyev azad medianın təməlini qoydu” - Əli Həsənovun Milli Mətbuatın 144 illiyi ilə bağlı açıqlaması - VİDEO
22:58 22.07.2019

İranın XİN rəhbəri Britaniyanı ehtiyatlı olmağa çağırdı - “Boltona qulaq asmayın!”
22:42 22.07.2019

Şahdağ yay mövsümündə fəal istirahət üçün ən populyar kurortların ilk beşliyinə daxildir
22:21 22.07.2019

İdlib yenə bombalandı - Raket zərbələri 25 nəfərin həyatına son qoydu
22:02 22.07.2019

Milli Mətbuat Günü - “Əkinçi”nin ilk sayının nəşrindən 144 il ötür - VİDEO
21:50 22.07.2019

Bakıda “Gənc Qırğız şeiri antologiyası” şeirlər toplusunun təqdimatı olub
21:40 22.07.2019

Küləkli hava sabah da davam edəcək
21:19 22.07.2019

Zelenskinin partiyası liderlik edir - “Xalqın xidmətçisi” rəqiblərini üç dəfə qabaqlayır
20:59 22.07.2019

Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib
20:40 22.07.2019

Çavuşoğlu ABŞ-a ismarış göndərdi - “Türkiyə Suriyada yeni əməliyyatlara başlayacaq”
20:19 22.07.2019

ATV-nin əməkdaşları təltif edildi - Milli Mətbuat Günü ilə əlaqədar - FOTOLAR
19:58 22.07.2019

Övladlığagötürmə ilə bağlı yenilik - Uşaq götürmək istəyənlər “DOST”a müraciət edəcək
19:39 22.07.2019

Əl-üzünü yumaq istəyirdi - Su anbarına düşüb boğuldu
19:20 22.07.2019

Baytarlıq dərmanları istehsal olunacaq - Sumqayıtda yeni zavod inşa ediləcək
18:59 22.07.2019

Dalaşan sürücülər işdən çıxarıldı - Bakı Nəqliyyat Agentliyindən açıqlama
18:38 22.07.2019

Beynəlxalq Ordu Oyunları-2019 - Ordumuz Beynəlxalq yarışa hazırlaşır
18:19 22.07.2019

“Maarifçilik" Könüllülük Akademiyası layihəsi gənclərin ictimai həyatda fəallığını yüksəldəcək
17:59 22.07.2019

Ədalət Şükürovun valehedici rəqsi - "Üçümüz"də - VİDEO
17:39 22.07.2019

Qusar sakini süni göldə batdı - Qadağan olunan göldə çimərkən boğulub
17:18 22.07.2019

Milli Kitabxanada “22 İyul – Milli Mətbuat və Jurnalistika Günü” adlı kitab sərgisi açılıb
16:58 22.07.2019

Aygün Kazımovanın 320 000-lik yeni evi - "ATV Maqazin 10larla"da - VİDEO - FOTOLAR
16:36 22.07.2019

Qarabağ atları əvvəlki tək meydandadır - FOTOLAR
16:15 22.07.2019

Yük avtomobillərinə müvəqqəti olaraq məhdudiyyət qoyuldu
15:56 22.07.2019

“YUĞ” Teatrının şimal rayonlarına qastrolu başa çatıb
15:47 22.07.2019

22 İyulda tarixdə nələr baş verib? - Heydər Əliyevin Naxçıvana gəlməsi, Milli Mətbuat Günü, Beynəlxalq Valyuta Fondunun yaranması, Ümumdünya Beyin Günü . . .
15:35 22.07.2019

Təhsil naziri əmr imzalayıb
15:14 22.07.2019

Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14:53 22.07.2019

İran ABŞ-ın 17 casusunu edam edəcək
14:34 22.07.2019

Türkiyədən PKK-ya qarşı növbəti əməliyyat
14:15 22.07.2019

Heydər Əliyev Mərkəzində tezliklə “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq
13:56 22.07.2019

Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb - FOTOLAR
13:37 22.07.2019

Əməkdar artist Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq
13:18 22.07.2019

Bu gün üzgüçülər, atletlər və güləşçilər medal uğurunda mübarizə aparacaq
12:59 22.07.2019

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri vəfat edib
12:40 22.07.2019

“EYOF Bakı 2019”un birinci günündə medal siyahısına Azərbaycan yığma komandası başçılıq edib - FOTOLAR
12:21 22.07.2019

Pirşağı və Lahıc bağlararı ərazisində yaşayanların nəzərinə! - Bu gün elektrik enerjisinin verilməsində fasilələr olacaq
12:02 22.07.2019

On nəfər dənizdə batmaqdan son anda xilas olundu
11:42 22.07.2019

“Əkinçi”dən başlanan yol . . . - Milli Mətbuatın 144 yaşı tamam olur
11:23 22.07.2019

Ukraynada seçki başa çatdı - “Exit-poll”un nəticələri
11:05 22.07.2019

Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətə layiqdir
10:47 22.07.2019

“Mən, yay, uşaqlar - Ən yaxın dostlar” adlı layihə həyata keçiriləcək
10:30 22.07.2019

“Qobustan” sənət toplusunun bu il üçün ikinci nömrəsi oxucuların ixtiyarına verilib
10:11 22.07.2019

Tanınmış şairin “Seçilmiş əsərləri”nin X cildi işıq üzü görüb - FOTOLAR
09:53 22.07.2019

Pol Makkartni müzikl üzərində çalışır
09:35 22.07.2019

Bakıda “Quiz Mania” Beynəlxalq Bilik Yarışmasının seçim turları keçirilib - FOTOLAR
23:10 20.07.2019

28 min 699 abituriyentdən fərqlənən məzun - Səbinə Zülfiyeva maksimum nəticə göstərdi - VİDEO
22:54 20.07.2019

Taksilər götürüldü, piyadalara xəbərdarlıq olundu - Polis Bakıda reydləri davam etdirir - VİDEO
22:35 20.07.2019

Özünü qocaldanların nəzərinə! - “Face App” təhlükəsi haqqında
22:16 20.07.2019

Milli Yaylaq Festivalı başlayır - VİDEO
22:05 20.07.2019

İran Britaniya neft tankerinin saxlanmasının səbəbini açıqladı
21:52 20.07.2019

Şahdağ Turizm Mərkəzində gənclər fləşmob keçirib
21:36 20.07.2019

Ukrayna Rusiyadakı turnirə gəlmədi - Azərbaycan yığmasının ilk oyunu baş tutmadı
21:15 20.07.2019

Sabah hava küləkli olacaq
20:57 20.07.2019

Bütün xəbərlər