Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Bayramı günlərində paytaxtda hava əsasən yağmursuz olacaq

Bayramı günlərində paytaxtda hava əsasən yağmursuz olacaq
517 dəfə oxunub

Azərbaycanda Qurban bayramı günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin  ATV.az-a verdiyi məlumata görə avqustun 11-13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin avqustun 11-də səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, güclü şimal-qərb küləyinin əsəcəyi, axşam bir qədər mülayimləşəcəyi gözlənilir. Küləyin sürəti saniyədə 15-20, arabir 23-28 metr olacaq, gündüz yarımadanın bəzi yerlərində arabir 30-35 metr/saniyəyədək güclənəcək. Sonrakı günlərdə şimal-şərq küləyi əsəcək, gündüz saatlarında cənub-şərq küləyi ilə əvəzlənəcək, sürəti 3-8, arabir 10-12 metr/saniyə olacaq. Havanın temperaturu avqustun 11-də bir qədər sərin, gecə 20-23°, gündüz 24-27°, sonrakı günlərdə 28-31° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Avqustun 11-də arabir güclənən şimal-qərb küləyi sonrakı günlərdə zəif şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin avqustun 11-də gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, 5-10, ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək, sonrakı iki gündə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 16-21° isti, bayram günlərində 25°-dək isti olacağı proqnozlaşdırılır.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, avqustun 11-də arabir 20-25, ayrı-ayrı yerlərdə arabir 30-35 metr/saniyəyədək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı bildirilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

avqustun 11-də hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Avqustun 12-13-də gündüz saatlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Qərb küləyi əsəcək, avqustun 11-də ayrı-ayrı yerlərdə 18-23 metr/saniyəyədək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 22-27° isti, sonrakı günlərdə 30°-dək isti, dağlarda gecə 8-13°, gündüz 14-19° isti olacağı ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin avqustun 11-də səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, avqustun 11-də arabir 20-25, ayrı-ayrı yerlərdə 30-35 metr/saniyəyədək güclənəcək, sonrakı günlərdə mülayim şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 30-35° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında avqustun 11-i və 13-də səhər və gündüz saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Avqustun 11-də arabir güclənən şərq küləyi sonrakı günlərdə zəifləyəcək. Havanın temperaturunun gecə 19-22°, gündüz 25-30°, sonrakı günlərdə 33°-dək isti, dağlarda gecə 13-18°, gündüz 19-24° isti olacağı ehtimalı var.

ATV.az

BUNU DA OXU

Aviareyslər bərpa olunur? - İki şirkət Bakıdan uçuşları elan edib - Yenilənib - VİDEO
Yer kürəsinə doğru təhlükəli asteroid yaxınlaşır
Dənizkənari bulvarda selfi etmək istəyən gənc dənizə düşüb - VİDEO
Tibbi maska taxmayanlar və sosial şəbəkələrdə təhqir - Milli Məclisdə müzakirə olundu - VİDEO
Şəki şəhərinin mərkəzində qonur ayı - YENİLƏNİB - VİDEO
Xəbər lenti

Daha 325 nəfər koronavirusa yoluxdu - 101 nəfər sağalib, 5 nəfər vəfat edib
21:57 03.06.2020

Kürdəxanıda baş verən qətlin təfərruatları - Gözətçini öldürüb pulu götürən şəxslər ələ keçdi
21:41 03.06.2020

Koronavirusa qarşı preparatın sınaqlarına başlanıldı - Dərman infeksiyanın müalicəsində müsbət təsir göstərir
21:28 03.06.2020

Xamneyi islahatlarla bağlı ismarış verdi - “İranda bir çox sahələrdə dəyişikliyə ehtiyac var”
21:28 03.06.2020

Müvəqqəti vergi rejiminin tətbiqinə başlanılıb - Bu güzəştlərdən kimlər yararlana biləcək?
21:15 03.06.2020

Azərbaycanda turizm mövsümü tezliklə açıla bilər - Turizm obyektləri və otellər yeni tələblərə əsasən işləyəcək
20:54 03.06.2020

Səfirliyimiz ABŞ-da yaşayan vətəndaşlarımıza müraciət etdi - “İğtişaşların baş verdiyi ərazilərə getməyin”
20:32 03.06.2020

“Son zəng” keçirilməyəcək - Təhsil Nazirliyindən açıqlama
20:12 03.06.2020

Prezident İlham Əliyevin Sərəncam imzaladı
19:54 03.06.2020

Ermənistanda xüsusi əməliyyat - Paşinyan ona etiraz edənlərin “Ovuna” çıxdı
19:42 03.06.2020

Fransa da ayağa qalxdı - Afroamerikalının ölümünə görə etirazlar başladı
19:32 03.06.2020

Birinci sinifə şagird qəbulu - Onlayn müsahibələr gələn həftədən başlayacaq
19:15 03.06.2020

Teledərslər başa çatır - Abituriyentlər üçün verilişlər yayımlanacaq
18:54 03.06.2020

Lənkəranda bədbəxt hadisə - Ehtiyatsızlıq edib, traktorun altında qaldı
18:32 03.06.2020

Subbakalavrların nəzərinə - Ərizə qəbulu iyulun 10-dək uzadıldı
18:12 03.06.2020

Göyçayda 3 gün öncə suda batan şəxsin meyiti tapıldı - 16 yaşlı oğlan yuxarı şirvan kanalında batmışdı
17:52 03.06.2020

Biləsuvarda qətl hadisəsi - Üç uşaq atasını dostu bıçaqladı
17:32 03.06.2020

Cəlilabadda bədbəxt hadisə - 16 yaşlı məktəbli çayda boğuldu
17:12 03.06.2020

Tikinti şirkətinin təsisçilərinə cinayət işi açılıb - 143 mənzil, 13 qaraj qanunsuz olaraq satılıb
16:52 03.06.2020

Buraxılış vərəqəsi və bəyannamə çap olunur - DİM-dən imtahanlarla bağlı xəbərdarlıq
16:36 03.06.2020

Göyçayda zəncirvari qəza - İki nəfər xəsarət alıb
16:12 03.06.2020

Türkiyədə genişmiqyaslı əməliyyat - Başına 1 milyon lirə qoyulan terrorçu tutuldu
15:42 03.06.2020

Dünyada koronavirusla bağlı son statistika - Virus qurbanlarının sayı 382 mini ötüb
15:12 03.06.2020

Balakəndə əməliyyat keçirilib - Narkotik becərən şəxs saxlanılıb
14:42 03.06.2020

İranla sərhəddə əməliyyat - Ukraynaya yarım ton heroin aparılmasının qarşısı alındı
14:21 03.06.2020

Gəncədə içməli su və kanalizasiya sistemi yenidən qurulur - Yenilənib - VİDEO
13:50 03.06.2020

ÜÇ UŞAQ ATASINI DOSTU BIÇAQLADI - Biləsuvarda
13:25 03.06.2020

Tibbi maska taxılmamasına görə cərimələrin bu gündən tətbiqinə başlanıb
12:58 03.06.2020

İndiyədək Azərbaycanda 5935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib
12:40 03.06.2020

AVROPA İTTİFAQI ERMƏNİSTANI “QARA SİYAHIYA” SALDI
12:14 03.06.2020

ABŞ-DAKI ETİRAZLARDA 11 NƏFƏR ÖLÜB
11:49 03.06.2020

UEFA yarımçıq dayandırılan avrokubokların formatını dəyişdirməyə hazırlaşır
11:22 03.06.2020

Ötən il dövlət büdcəsinin xərcləri proqnozlaşdırılandan aşağı olub - VİDEO
11:00 03.06.2020

"Asiya İnkişaf Bankı" sərmaye yatırmaq niyyətindədir - Yenilənib - VİDEO
10:36 03.06.2020

Aviareyslər bərpa olunur? - İki şirkət Bakıdan uçuşları elan edib - Yenilənib - VİDEO
10:12 03.06.2020

Bu abiturientlərin imtahan nəticələri ləğv olunacaq - VİDEO
09:53 03.06.2020

ÜST xəbərdarlıq etdi - Konqoda “Ebola” xəstəliyi yenidən yayılmağa başlayıb
23:12 02.06.2020

FƏTÖ-yə qarşı əməliyyat - İstanbulda 118 nəfər saxlanılıb
22:48 02.06.2020

Şirkət rəhbərinə cinayət işi açıldı - İşə götürmək adı ilə vətəndaşlardan rüşvət alıb
22:23 02.06.2020

Koronavirusun müalicəsində yeni metod - Rusiyalı mütəxəssislərdən nikbin açıqlama
22:23 02.06.2020

Ölkə başcısının tapşırığı uğurla davam etdirilir - Paytaxtın mərkəzi ilə yanaşı digər ərazilər də abadlaşdırılır
22:03 02.06.2020

2019-cu ilin dövlət büdcəsi uğurla icra edilib - Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib
21:41 02.06.2020

Daha 273 nəfər koronavirusa yoluxdu - 56 nəfər sağalib, 3 nəfər vəfat edib
21:28 02.06.2020

Göyçayda taxıl biçininə hazırlıq işləri başa çatır - Ayın əvvəlində biçinə start veriləcək
21:15 02.06.2020

Abituriyentlər üçün vacib məlumat - Yanlış bəyannamə verənlərin nəticələri ləğv olunacaq
20:32 02.06.2020

Arif Məlikova abidə ucaldıldı - Heykəlin müəllifi xalq rəssamı Ömər Eldarovdur
20:15 02.06.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
20:12 02.06.2020

Siyəzəndə alternativ enerji istehsalı - Fermer günəş və küləkdən enerji əldə edir
19:58 02.06.2020

Çikaqoda baş verən toqquşmalarda 2 nəfər öldü - Vaşinqtonda isə komendant saatı 2 gün uzadıldı
19:42 02.06.2020

Koronavirusa yoluxan Paşinyan sərt tənqid olundu - “O, Qarabağdakı ziyafətdə artıq virus daşıyıcısı idi”
19:28 02.06.2020

Laboratoriya akreditasiyadan keçib - İxrac olunan məhsullara inam artacaq
19:12 02.06.2020

Tədris prosesi dayandırıldı - Nazirlər kabineti qərar verdi
18:42 02.06.2020

Şəkidə kütləvi dava olub - 2 nəfər xəsarət alıb
18:26 02.06.2020

Goranboyda avtomobil qoyun sürüsünə çırpılıb - 9 baş heyvan tələf olub
17:52 02.06.2020

İcma sədrindən Kanadalı deputatla bağlı açıqlama - “Erməni mənşəli köməkçi ona saxta məlumatlar verib”
17:32 02.06.2020

190 manat ödəmə ilə bağlı rəsmi açıqlama - İyun ayında 190 manatlıq birdəfəlik ödəmə verilməyəcək
16:43 02.06.2020

Masallıda keçmiş məhkum saxlanıldı - Evindən heroin tapıldı
16:13 02.06.2020

Şəkidə mal-qara otaran gənci ilan sancdi - Onun vəziyyəti orta-ağir qiymətləndirilir
15:58 02.06.2020

“Amanda” qasırğası davam edir - 15 nəfər qasırğanın qurbanı olub
15:36 02.06.2020

ABŞ-da gərginlik artır - Müxtəlif şəhərlərdə iğtişaşlar davam edir
15:12 02.06.2020

Masallıda avtomobil su kanalına aşdı - Sürücü həyatını itirdi
14:52 02.06.2020

10 gün iş olmayacaq - Bu ayın qeyri - iş günləri açıqlandı
14:36 02.06.2020

Bakıda karantin qaydalarını pozanlar aşkarlandı - 25 nəfər cərimələndi
14:12 02.06.2020

DVİZİON VƏ GƏNCLƏR LİQASI ERKƏN YEKUNLAŞDIRILDI - "TURAN TOVUZ" VƏ "QƏBƏLƏ" ÇEMPİON ELAN EDİLDİ
12:59 02.06.2020

ÜST ABŞ-LA ƏMƏKDAŞLIĞI DAVAM ETDİRMƏK İSTƏYİR
12:33 02.06.2020

Yer kürəsinə doğru təhlükəli asteroid yaxınlaşır
12:11 02.06.2020

SON STATİSTİKA - 302 MİNDƏN ÇOX TEST APARILIB
11:46 02.06.2020

Heydər Əliyev Fondunun bayram hədiyyəsi - dörd azyaşlı ürək əməliyyatı olundu - VİDEO
11:24 02.06.2020

Ekologiya postu sökülür - VİDEO
11:01 02.06.2020

Karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb - Gəncədə - VİDEO
10:38 02.06.2020

Dənizkənari bulvarda selfi etmək istəyən gənc dənizə düşüb - VİDEO
10:15 02.06.2020

Tibbi maska taxmayanlar və sosial şəbəkələrdə təhqir - Milli Məclisdə müzakirə olundu - VİDEO
09:54 02.06.2020

Gəncədə karantin qaydalarını pozan tədris mərkəzi aşkarlanıb - Mərkəzin rəhbəri və əməkdaşları məsuliyyətə cəlb olunub
19:47 01.06.2020

Əmanətlərin qaytarilmasina başlanılıb - Vəsaitin böyük hissəsini mərkəzi bank təmin edəcək
19:26 01.06.2020

Pandemiya dövründə turizmin vəziyyəti müzakirə edildi - “Bərpaya doğru yol”
18:19 01.06.2020

Ağsuda 1 ton çətənə kolu aşkarlanıb - Xaçmazda daş karxanasında narkotik becərən şəxs saxlanıb
17:54 01.06.2020

Göygöldə "KamАz" qoyun sürüsünə çırpılıb - Çoban xəsarət aldı, 25-ə yaxın qoyun tələf oldu
17:37 01.06.2020

Milli məclis sədri hesabat verdi - Yaz sessiyasında 12 iclas olub, 23 qanun və qərar qəbul edilib
17:35 01.06.2020

Nəzarət gücləndiriləcək - Maska taxmayanlar avtobusa buraxılmayacaq
17:12 01.06.2020

Rezidentura və magistraturaya imtahan - Şifahi müsahibələr onlayn olacaq
16:52 01.06.2020

Bütün xəbərlər