Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR

Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilən binada yaradılan şəraitlə tanışlıq - FOTOLAR
150 dəfə oxunub

Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına aparılan tikinti və təmir işləri barədə məlumat verdi.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

Dövlətimizin başçısı çay süfrəsi arxasında Fərdar Həsənov və anası Xuraman Həsənova ilə söhbət etdi.

Xuraman Həsənova: Xoş gəlmisiniz. Allah ən arzuladığım günü mənə qismət edib.

Prezident İlham Əliyev: Çox sağ olun. Sizi təbrik edirəm. Yeni mənzilə köçmüsünüz.

Xuraman Həsənova: Sənə qurban olum, gözəl insan, gözəl ailə başçısı. Azərbaycanımızın fəxrisən. Bayrağımızı ucaldan, ölkəmizi hər cür təmin edən canına mən özüm qurban. Çox sağ olun. Allah Sizdən razı olsun. Mənim bir əhdim olub. Heç vaxt özümə heç nə arzu etməmişəm. Ancaq həyatda uşaqlar üçün arzulamışam. Bu evlər belə olanda ancaq bir arzum olub, demişəm ki, ya Rəbbim, əgər mənə belə bir şey qismət olsa, Prezidentlə görüşüm olsun. Bugünkü gün Allah mənə onu qismət edib. Çox sağ olun. Allah Sizdən razı olsun. Sizə dəstək verənlərdən də Allah razı olsun, əziyyət çəkənlərdən də. Belə bir günü bizə qismət etmisiniz. Çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən bu il üçüncü dəfədir ki, Şamaxıdayam. Birinci dəfə o bədbəxt hadisə ilə əlaqədar gəlmişdim, fevral ayında, zəlzələ baş verəndən sonra. Müvafiq təlimatlar verildi. Bütün qüvvələr səfərbər olundu. İkinci dəfə mart ayında gəlmişdim. Artıq birinci evlərin tikintisini də qeyd etdik. Göstəriş verdim ki, maksimum çalışmalıyıq ilin sonuna qədər bütün evlər tikilsin. Şadam ki, buna nail olmuşuq. Bu da əslində misli görünməmiş məsələdir. Çünki 10 ay ərzində bütün fərdi evlər tikildi, təmir olundu. İndi düzdür, bəzilərinin tikintisi davam edir. Hündürmərtəbəli, 174 mənzilli üç bina, o cümlədən bu bina. Təkcə Şamaxı rayonunda yox, Ağsuda, İsmayıllıda da böyük işlər görülübdür. Bütün bunları biz dövlətin vəsaiti hesabına etdik. Bir daha göstərdik ki, Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır.

Biz evsiz-eşiksiz qalmış insanların problemlərini həll etməli idik, bu, bizim borcumuzdur. Amma onu da bildirməliyəm ki, inkişaf etmiş ölkələrdə belə deyil. Orada əgər zəlzələ, daşqın baş verirsə, evlər uçursa vətəndaş getməlidir sığorta şirkətinə, əgər evi sığortalayıbsa. Onda sığorta şirkəti baxır, ölçüb-biçir, vaxt gedir, vətəndaş isə haradasa yaşamalıdır. Bəzilərinin məsələsi heç həll olunmur. Amma bizdə belə deyil. Əvvəlki dövrdə də zəlzələ baş verən zaman eyni yanaşma olub, bu gün də belədir. Bu, dövlətimizin niyyətini, gücünü göstərir. Bir də onu göstərir ki, vətəndaşların problemləri diqqət mərkəzindədir. Bu ev yəqin ki, əvvəlki evdən də fərqlənir.

Xuraman Həsənova: Bəli, əlbəttə, çox fərqlənir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Siz hansı şəraitdə yaşayırdınız.

Fərdar Həsənov: Acınacaqlı vəziyyətdə. Allah köməyiniz olsun.

Xuraman Həsənova: Allah Ulu Öndərimizə rəhmət eləsin, bizə Sizin kimi Prezident bəxş edib. Allah Zərifə xanıma da rəhmət eləsin. Mehriban xanımı təbrik edirəm, Rusiya Prezidenti Putinin ona verdiyi ordenə görə. O da gözəl insan, gözəl xanımdır, hamının qeydinə qalır. Bizim Prezidentimizdən heç bir yerdə yoxdur, bir dənədir, xanımı da, özü də. Allah övladlarının canını sağ eləsin, o bir oğlunu gözünə çıraq eləsin.

Mənim atam əsl şamaxılı olub, Rəcəb kişi. O, bizə zəlzələlərdən danışardı. O vaxt heç insanlar bir-birinə kömək də etmirdilər. Şamaxı dümdüz yer olub. Zəlzələlərdən sonra bu cür olub. Allaha şükür ki, Siz bu insanlara yardım edirsiniz, belə şərait yaradırsınız. Çox sağ olun, Allah Sizdən razı olsun. Ömrünüz uzun olsun, Sizə qurban olum. Mən bu sözləri bu evə görə demirəm. Siz gözəl insansınız. Belə Prezident heç bir yerdə yoxdur.

Prezident İlham Əliyev: Çox sağ olun. Şamaxı seysmik zonada yerləşir, ona görə burada zəlzələlər tez-tez baş verir, özü də dağıntılar törətmiş zəlzələlər. İnsanlar da həlak olmuşlar. Bu dəfə xoşbəxtlikdən heç bir bədbəxt hadisə baş verməmişdir, hər kəs sağ-salamatdır. Amma siz də qeyd etdiyiniz kimi, əvvəlki dövrlərdə bütün binalar uçub-dağılmışdı, təkcə məscid qalmışdı. Məscidi elə tikmişdilər ki, həm zəlzələ, həm erməni vandallığı heç bir təsir edə bilmədi. İndi mən dəfələrlə bütün mötəbər tədbirlərdə bu məscidin adını çəkirəm.

Xuraman Həsənova: Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin, məscidləri insanlara qaytardı. Mənim rəhmətlik atam o məscidə görə Moskvaya kimi yazdı, şəkilləri çəkdi göndərdi ki, bu məscidi insanlara qaytarsınlar. Sonradan bu işlər görüldü, o görmədi, yaşlı adam idi, rəhmətə getdi. Allah ölənlərinizə rəhmət eləsin. Hər bir şey gözəldir.

Prezident İlham Əliyev: Biz onu yenidən qurduq. Bu gün bu, Azərbaycanın və müsəlman aləminin ən qədim məscidlərindən biridir. Mən şəxsən onun təmiri ilə məşğul oldum. Mehriban xanım da böyük əziyyət çəkmişdir. Xaricdən də qonaqlar dəvət olundu, onu böyük təntənə ilə açdıq. Şamaxıda zəlzələ tez-tez baş verir. Bu dəfə də bir çox, yəni, yüzlərlə, evə ziyan dəymişdir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, Şamaxı rayonu üzrə 580 fərdi ev, 44, 20 və 110 mənzildən ibarət hündürmərtəbəli üç bina tikilmişdir. Bundan başqa, çoxlu bərpa işləri də görülmüşdür. Təkcə Şamaxı rayonu üzrə 1175 evdə bərpa işləri aparılmışdır. Demək olar ki, yenidən tikilmiş evlərə bərabərdir.

Prezident İlham Əliyev: Şamaxı rayonunun kompleks inkişaf planı artıq təsdiqlənib. Mənim bir neçə sərəncamım olmuşdur, həm yolların tikintisi, həm də kommunal texnikanın alınması ilə bağlı. Burada qar yağanda bəzi yollar keçilməz olur. Ona görə kommunal texnika, müasir sərnişin avtobusları, müasir təcili tibbi yardım maşınları alınacaq. Ondan sonra dayanacaqlar, şəhər təsərrüfatı tamamilə yenilənəcək. İstəyirəm biləsiniz ki, təxminən 4-5 aydan sonra şəhərin su problemi də tamamilə öz həllini tapacaq. Şamaxıda su problemi artıq həll olunur.

Xuraman Həsənova: Bizdə su ilə bağlı çox narahatlıq olub, indi Allaha şükür ki, hər evdə su axır.

Prezident İlham Əliyev: Amma daha yaxşı olacaq.

Xuraman Həsənova: Qazımız, işığımız, hər bir şeyimiz var. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Şəhərdaxili yollara yenidən asfalt salınacaq. Şamaxı qədim tarixi yerdir. Qədim xəritələrdə Şamaxının adı var. Adı əsrlərboyu xəritələrdə öz əksini tapan şəhərlər o qədər də çox deyil. Şamaxı o şəhərlərdəndir, tarixi şəhərdir, Şirvanın mərkəzidir. Elə zəlzələdən sonra Şirvanşahlar buradan Bakıya köçüblər, Bakıda saray tikiblər. Amma onların yeri buradır. Nəsiminin vətəni buradır. Biz bunu, əlbəttə ki, qiymətləndirməliyik.

Xuraman Həsənova: Allah köməyiniz olsun. Deyir cənnət görmək istəyən Azərbaycana gəlsin. Yaxşı olacaq, inşallah. Turistlər gəlirlər, ölkəmizi bəyənirlər, hər şeydən razı gedirlər. Yeni məktəbləri, bağçaları, yolları görəndə adamın ürəyi açılır.

Prezident İlham Əliyev: Mən televizorda gördüm ki, uşaqlar narahatdırlar, deyirlər ki, bu məktəb başımıza uçur. Dərhal göstəriş verdim, komissiya göndərdim, Baş naziri, sonra Prezident Administrasiyasının digər vəzifəli şəxslərini göndərdim, dedim gedin baxın nədir. Gəldilər, sonra qayıtdılar mənə dedilər ki, bərpa ediləsi deyil, sökək. Sökdük, indi yenidən tikilir.

Xuraman Həsənova: Allah razı olsun, Sizin sayənizdə.

Prezident İlham Əliyev: Şamaxıya yeni icra başçısı təyin etmişəm, eşitmişəm ki, vətəndaşlar onu yaxşı qəbul edir, çox fəal işləyir. Biz gərək gənc kadrlara üstünlük verək. Bu gün “ASAN xidmət”in açılışında idim. İndi gedib baxarsınız, elə bil saraydır. Orada bütün xidmətlər avtomatik olacaq, daha o arayış sənin, bu arayış mənim yox. Gəldin, nömrəni götürdün, səni heç kim incitməyəcək. Bütün uşaqlar da gülərüzdür.

Xuraman Həsənova: Allah köməyiniz olsun. Allah Mehriban xanımdan da razı olsun.

Prezident İlham Əliyev: Sağ olun. Sizi bir daha təbrik edirəm. Burada xoşbəxt yaşayın.

Xuraman Həsənova: Çox sağ olun.

ATV.az

 



























BUNU DA OXU

"Qalatasaray" Azərbaycana dəstək oldu
HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
Xəbər lenti

Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində məktəblilər həlak olub
14:05 28.09.2020

PREZİDENTİN KÖMƏKÇİSİ “AL JAZEERA” KANALINA MÜSAHİBƏ VERİB
13:54 28.09.2020

Düşmənin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb
13:28 28.09.2020

"Qalatasaray" Azərbaycana dəstək oldu
13:03 28.09.2020

İNDİYƏDƏK 26 MÜLKİ ŞƏXS YARALANIB
12:42 28.09.2020

HAVA LİMANI MƏHDUD İŞ REJİMİNƏ KEÇİR
12:19 28.09.2020

Emmanuel Makron Prezident İlham Əliyevə zəng edib
11:56 28.09.2020

TALIŞ KƏNDİ ƏTRAFINDAKI YÜKSƏKLİKLƏR DÜŞMƏNDƏN TƏMİZLƏNDİ
11:33 28.09.2020

General-mayor Mais Bərxudarov: Düşməni sona qədər məhv etmək uğrunda vuruşacağıq
11:11 28.09.2020

Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
10:56 28.09.2020

Hərbi vəziyyət nədir və onun tələbləri nədən ibarətdir?
10:30 28.09.2020

DÜŞMƏN 550 NƏFƏR İTKİ VERİB
10:06 28.09.2020

Ermənilər fərdi yaşayış ev və mülki obyektlərdə yanğın törədib - FHN-in müvafiq qüvvələri Ağdam və Tərtərə cəlb edilib
22:05 27.09.2020

Baş prokurorluq məlumat yaydı - Mülki əhalidən 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb
21:44 27.09.2020

Azərbaycanda hərbi vəziyyət elan olundu - Hansı dəyişikliklər baş verə bilər?
21:21 27.09.2020

Paşinyan əhaliyə qaçmaği tövsiyə etdi - “Azərbaycan ordusu irəliləməyə davam edir”
21:14 27.09.2020

Hər bir kəs Vətən üçün döyüşməyə hazırdır - “30 ildir qələbə xəbərini gözləyirik”
21:06 27.09.2020

Paşinyandan gözlənilməz açıqlama
20:42 27.09.2020

Pakistandan Azərbaycana dəstək - “Qardaş Azərbaycan xalqının yanındayıq”
20:00 27.09.2020

İrəvandan Moskvaya təcili zəng - Paşinyan Putinlə əlaqə saxladı
19:36 27.09.2020

Murov zirvəsi azad olundu - Vardenis-Ağdərə avtomobil yolu vizual atəş nəzarətinə götürülüb
19:20 27.09.2020

Ölkədə hərbi vəziyyət elan edildi - Saat 21.00-dan 06.00-a qədər komendant saatı tətbiq olunur
19:03 27.09.2020

Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub
18:38 27.09.2020

Naftalanda 5 nəfər həyatını itirdi - Ermənistanın açdığı atəş nəticəsində bir ailənin bütün üzvü həyatını itirdi
18:18 27.09.2020

Düşmən zirehli texnikasını qoyaraq qaçır - Ərazidə qalan hərbi texnikaların video görüntüləri yayıldı
17:57 27.09.2020

Ermənistanın məşhur saytı çökdürüldü - "Qarabağ Azərbaycandır!”
17:40 27.09.2020

Prezident İlham Əliyev: Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır
15:35 27.09.2020

Zakir Həsənov: Düşmənin ön xətti yarılıb, 7 kənd işğaldan azad olunub
15:07 27.09.2020

Prezidentin mətbuat xidmətinin məlumatı
14:44 27.09.2020

15 ERMƏNİ ÖLDÜRÜLÜB - ERMƏNİSTAN İTKİLƏRİNİ AÇIQLAMAĞA BAŞLAYIB
14:28 27.09.2020

Azərbaycan Ordusu işğal altındakı bir sıra kəndləri azad edib
14:10 27.09.2020

“YETƏR, 30 İLDİR GÖZLƏDİK” - DAĞLIQ QARABAĞIN AZƏRBAYCANLI İCMASI BƏYANAT YAYIB
13:55 27.09.2020

MƏTBUAT ŞURASI KİV TƏMSİLÇİLƏRİNƏ MÜRACİƏT EDİB
13:34 27.09.2020

Tərəfləri atəşi dərhal dayandırmağa çağırırıq” - RUSİYA XİN-DƏN BƏYANAT
13:10 27.09.2020

Prezident İlham Əliyev: Azərbaycan torpaqlarının işğalı Ermənistanın planındadır və onlar bunu gizlətmirlər
12:45 27.09.2020

Azərbaycan Prezidenti: Bizim Ermənistan ərazisində hərbi hədəflərimiz yoxdur
12:22 27.09.2020

Tərtər istiqamətində bir döyüş helikopteri zədələnib
12:09 27.09.2020

ERMƏNİSTAN İTKİLƏRİNİN BİR HİSSƏSİNİ AÇIQLADI
11:46 27.09.2020

Türkiyə: Regiondakı bütün xoşagəlməz hadisələrə görə Ermənistan məsuliyyət daşıyır
11:23 27.09.2020

Müdafiə Nazirliyi: Bölmələrimiz cəbhədə düşmən üzərində tam üstünlüyə malikdir
11:01 27.09.2020

Düşmənin təxribatı nəticəsində Ağdamın Qaradağlı kənd sakini ağır yaralanıb
10:25 27.09.2020

Erməni təxribatının qarşısını almaq üçün ölkə üzrə internetin verilməsi məhdudlaşdırılıb
10:15 27.09.2020

Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb
09:57 27.09.2020

Epidemiya qurbanlarının sayı 990 mindən çoxdur - Virusa yoluxanların sayı 32 milyon 500 mini ötdü
18:23 25.09.2020

Müdafiə Nazirliyi təlim görüntülərini yaydı - Mühəndis-istehkam bölmələri ilə məşğələlər keçirilir
17:54 25.09.2020

Ermənistan müxtəlif ölkələrdən Dağlıq Qarabağa muzdlular və terrorçular cəlb edir
17:36 25.09.2020

Norveç kralının səhhəti pisləşdi - O, xəstəxanaya yerləşdirildi
17:36 25.09.2020

Parisdə silahlı hücum - Dörd nəfər xəsarət aldı
17:21 25.09.2020

Tarixi hamamlar məhv olmaq üzrədir - Fatmayı qəsəbəsindəki hamamlar niyə qorunmur?
17:01 25.09.2020

Tramp vətəndaşlara vəd verdi - “Vaksın 24 saat ərzındə bütün ərazılərə çatdırılacaq”
16:54 25.09.2020

Goranboyda iki avtomobil toqquşdu, sürücülər ağır xəsarət aldı - Avtomobillərdən biri iki yerə parçalandı
16:36 25.09.2020

Ağdam ilk tibbi yardım təlimləri başa çatdı - Təlimlər təmas xətti boyunca davam etdiriləcək
16:26 25.09.2020

BMT-nin xəbər portalı prezidentin çıxışını yaydı - Bu ölkə başçısının siyasi nüfuzunun göstəricisidir
16:23 25.09.2020

Ermənistanda çox ciddi hərbi hazırlıqlar gedir - Onların hərbi qüvvələri təmas xəttində, dövlət sərhədində cəmləşir
15:25 25.09.2020

Yeni proqramın üstünlükləri - Başqa dillərdə olan yazıları azərbaycan dilində oxumaq mümkün olacaq
14:54 25.09.2020

Tullantıları gölə atanlar özləri ərazini təmizlədi - “Müəssisələrə də cərimə tətbiq oluna bilər”
14:26 25.09.2020

Bərdədə 28 yaşlı qız xəstəxanada həyatını itirdi - O əməliyyatdan sonra dünyasını dəyişib
17:54 24.09.2020

Ali məktəblərə 5751 vakant yer var - Qəbul aparılacaq ixtisaslar sabah açıqlanacaq
17:36 24.09.2020

Qızıl ehtiyatlarının həcmi artıb - “Daşkəsən” yatağı polad məhsulların istehsalı üçün perspektiv vəd edir
17:23 24.09.2020

Rəqəmsal texnologiyanın zərərləri - Görmə qabiliyyəti və danışıq problemi olan uşaqların sayı artıb
16:54 24.09.2020

Prezident İlham Əliyev Sərəncam imzaladı
16:36 24.09.2020

XİN paşinyanın təxribatlarının siyahısını yaydı - “Ermənistan yeni ərazilər zəbt etmək məqsədi güdür”
16:25 24.09.2020

Qubada avtomobil piyadanı vurub - Piyada həyatını itirib
15:54 24.09.2020

Peşə təhsili müəllimlərinin işə qəbulu başlandı - Müsabiqəyə 257 vakant yer ayrılıb
15:36 24.09.2020

Terrorçu ilə əməkdaşlıq edən ermənistan - Qarabağı terrorçu yuvasına çeviriblər
15:23 24.09.2020

"Oradan-buradan" - "ATV Səhər"də - VİDEO
14:54 24.09.2020

İstixanada çətənə kolları yetişdirən şəxs saxlanılıb - 2 kilo marexuana isə həyətdən aşkar olunub
14:36 24.09.2020

SUPERKUBOK GÖRÜŞÜ - "BAVARİYA"-"SEVİLYA"YA QARŞI
14:30 24.09.2020

Diqqətli olun - Ermənilər sosial şəbəkələrdə təxribat aparır
14:21 24.09.2020

"Tez bişir" - Pendirli kətə - VİDEO
14:08 24.09.2020

İslam dünyası niyə susur? - Təcavüzkara qarşı sərt reaksiya mütləqdir
13:54 24.09.2020

TALİBAN HÜCUM ETDİ - 28 polis əməkdaşı öldürülüb
13:44 24.09.2020

DÜNYA ÜZRƏ VİRUSA YOLUXANLARIN SAYI 32 MİLYONU ÖTDÜ
13:20 24.09.2020

CEYHUN BAYRAMOV GÜRCÜSTANDA RƏSMİ SƏFƏRDƏDİR
12:59 24.09.2020

Qapalı məkanlarda yoxlamalar davam edir - VİDEO
12:35 24.09.2020

Müdafiə Nazirliyi Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
12:10 24.09.2020

Müasir avadanlıqlarla təchiz olunan ambulanslar - VİDEO
11:47 24.09.2020

Hikmət Hacıyev Qüdrət Həsənquliyevə cavab verdi - VİDEO
11:25 24.09.2020

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Balaxanı qəsəbəsinin sakinləri ilə görüşüblər - Yenilənib - VİDEO
11:01 24.09.2020

Azərbaycan əhalisinin 20 faizi vaksinasiya ediləcək - VİDEO
10:40 24.09.2020

Bütün xəbərlər