Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
130 dəfə oxunub

Bu il Rusiya və Azərbaycan arasında bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafı üçün çox uğurlu olub.

Atv.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Azərbaycana xoş gəlmisiniz. Sizi yenidən görməyimə şadam. İl başa çatır. Artıq indidən demək olar ki, bu il bütün istiqamətlər üzrə ikitərəfli münasibətlərimizin inkişafı üçün çox uğurlu olub. Yüksək səviyyədə, prezidentlər arasında çox mühüm görüşlər olub. Beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlərdən əlavə, prezidentlər arasında iki görüş olub. Sizin də iştirak etdiyiniz həmin görüşlərdə bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizin əsas, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafı prinsipləri təsdiq edilib. Prezidentlər “yol xəritələri”nin implementasiyası üzrə işi fəallaşdırmaq barədə tapşırıq veriblər. Şadam ki, bu proses çox uğurla gedir".

Prezident İlham Əliyev qeyd edib ki, Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində də “yol xəritələri” siyahısının genişləndirilməsi razılaşdırılıb ki, onlar yeni sahələri əhatə etsin. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır:

"Biz ili yaxşı nəticələrlə başa vururuq, əmtəə dövriyyəsi artır. Bu, sevindirici haldır, çünki əmtəə dövriyyəsi ilbəil artır. Mövcud potensialın artırılması ilk baxışda çətindir, çünki baza artır. Bununla bərabər, biz fəal qarşılıqlı əlaqələrin nəticələrini görürük. Bu nəticələr həm əmtəə dövriyyəsinin, həm də investisiyaların artmasında əksini tapır. Bu məsələ yaxın vaxtlarda Mehriban Əliyevanın səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, bizim bir-birimizə etimadımızın, həmçinin Rusiyada da, Azərbaycanda da yaxşılaşmaqda olan əlverişli investisiya mühitinin göstəricisidir. Biz bunu Dünya Bankının “Doing Business” reytinqində də, Davos Forumunun rəqabətqabiliyyətlilik reytinqində də görürük. Bu reytinqlərdə həm Azərbaycan, həm də Rusiya öz mövqelərini yaxşılaşdırır. Bu, obyektiv reallıqdır. Bu fakt onu göstərir ki, ölkəmizdə həyata keçirilən islahatlar konkret nəticələr verir".

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün Azərbaycanda çox mühüm investisiya layihəsinin - əczaçılıq müəssisəsinin açılışı olacaq:

"Bu istiqamətdə Azərbaycan bazarının genişlənməsini, əhalinin və istehlakın da artmasını nəzərə alsaq, bu, çox sevindirici haldır. Əlbəttə ki, biz bazarı özümüzün istehsal etdiyimiz məhsullarla zənginləşdirməkdə maraqlıyıq. İndiki halda Rusiya şirkətinin Azərbaycanda istehsalı başqa istiqamətlərdə, maşınqayırma, energetika və nəqliyyatda olduğu kimi, bizim münasibətlərimizin yaxşı göstəricisidir. Samur çayı üzərindən körpünün tikintisi praktiki olaraq başa çatdırılıb. Bu da onun nəticəsidir ki, yüksək səviyyədə qəbul edilən bütün qərarlar yerinə yetirilir. Zənnimcə, bu, bizim münasibətlərimizin əsas nailiyyətlərindən biridir. Biz qarşıya konkret məsələlər qoyur, onları konkret həll edir və yaxşı nəticələr görürük.

Əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd etməliyəm. Mən bu pavilyonun açılışına televizorla baxmışam, sonra isə bizim telekanallarda çoxlu reportajlar göstərilib. Bu, əlbəttə, bizim münasibətlərimiz üçün çox böyük əhəmiyyət kəsb edən olduqca əlamətdar hadisə və bizim ortaq tariximizə hörmət əlamətidir. Düşünürəm ki, bu pavilyon Azərbaycan mallarını Rusiya bazarlarında çox fəal təbliğ edəcək".

Dövlət başçısının sözlərinə görə, ikitərəfli əməkdaşlığıın bütün istiqamətləri üzrə müsbət nəticələr göz qabağındadır: "Artıq yekun vurmaq olar. Əminəm ki, növbəti il də çox uğurlu olacaq, ona görə ki, münasibətlərimizi möhkəmlətmək üçün çox ciddi niyyətlərimiz var. Bu gün Hökumətlərarası Komissiyanın iclası da keçiriləcək. Əminəm ki, geniş spektrli məsələlər müzakirə olunacaq, reallaşdırılmaq üçün konkret tapşırıqlar veriləcək. Buna görə inanıram ki, səfəriniz çox səmərəli olacaq və Bakıda vaxtınızın xoş keçməsini arzu edirəm".

Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya dövlətinin başçısına çatdırmağı xahiş edib.

ATV.az

 

BUNU DA OXU

Putinin köməkçisi vəzifəsindən istefa verdi
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb - 1030 nəfər xəsarət alıb
“Qarabağ”a yeni transferlə bağlı gözlənilməz xəbərdarlıq
Maşınlarını düzgün yerdə saxlamayan sürücülərdən fərqli addım - VİDEO
Tovuzda minik maşını qatarla toqquşub - ÖZƏL - FOTOLAR
Xəbər lenti

Zəlimxan Yaqubun 70 illiyi Gürcüstanda qeyd olunub
18:58 25.01.2020

Hələb şəhəri atəşə tutulub - 11 nəfər ölüb, 30 nəfər yaralanıb
18:33 25.01.2020

Yerə asteroid yaxınlaşır - Səma cismi fevralın 15-də yerə ən yaxın məsafədə olacaq
18:06 25.01.2020

55 yaşlı qadın süni göldə boğularaq həyatını itirib - Gəncədə
17:42 25.01.2020

Tovuz rayonunda ev yanıb - FOTOLAR
17:17 25.01.2020

Putinin köməkçisi vəzifəsindən istefa verdi
16:50 25.01.2020

Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi barədə tapşırıq verib
16:26 25.01.2020

ÜST dünyanı koronavirusa qarşı hazırlığa çağırıb - Uxan şəhəri ilə bağlı qorxulu xəbərlər yayılır
16:04 25.01.2020

Evdən qızıl oğurlayan şəxs saxlanılıb - İsmayıllıda
15:38 25.01.2020

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb - 1030 nəfər xəsarət alıb
15:15 25.01.2020

Sistemli islahatların uğurlu nəticələri - Azərbaycan Korrupsiya Qavrama İndeksində 26 pillə irəliləyib - VİDEO
14:54 25.01.2020

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
14:30 25.01.2020

Tibb işçilərinin nəzərinə! - Əməkhaqqına əlavələr ediləcək - VİDEO
13:54 25.01.2020

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib - ÖZƏL - FOTOLAR
13:30 25.01.2020

AMEA-da Rəyasət Heyətinin növbəti iclası keçirilib - Yenilənib - VİDEO
13:03 25.01.2020

“Qarabağ”a yeni transferlə bağlı gözlənilməz xəbərdarlıq
12:37 25.01.2020

İsrail-Azərbaycan münasibətləri - Yeni səfir gələcək planlardan danışdı - VİDEO
12:15 25.01.2020

Azərbaycanın artan nüfuzu - Böyük şirkətlər ölkəmizə maraq göstərir - VİDEO
11:54 25.01.2020

Maşınlarını düzgün yerdə saxlamayan sürücülərdən fərqli addım - VİDEO
11:30 25.01.2020

“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” - Bakıda mühüm tədbir təşkil edildi - VİDEO
11:07 25.01.2020

Prezident İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb - Yenilənib - VİDEO
10:42 25.01.2020

Prezident İlham Əliyev Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşüb - Yenilənib - VİDEO
10:21 25.01.2020

Ramin Quluzadə Sumqayıt şəhərinin və Xızı rayonunun sakinlərini qəbul edib - VİDEO
10:01 25.01.2020

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib - 19 nəfər ölüb, 922 nəfər xəsarət alıb
09:44 25.01.2020

Məhsullarımızın Fransaya ixracı artırılır
20:26 24.01.2020

XİN-dən təhlükəli virusla bağlı xəbərdarlıq - Çinə gedənlərə ehtiyatlı olmaq tövsiyə olunur
20:02 24.01.2020

“Brexit”lə bağlı saziş imzalandı - Avropa İttifaqı ilə Britaniya arasında dostluq qorunacaq
19:41 24.01.2020

Dəniz Baykal xəstəxanaya yerləşdirilib
19:19 24.01.2020

Gürcüstanda güclü qar çətinliklər yaradıb - Məktəb və bağçalar bağlanıb
18:50 24.01.2020

“Azəriqaz”ın rəhbərliyi üç rayonda vətəndaş qəbulu keçirib
18:28 24.01.2020

Qarabağda erməni hərbçilər arasında atışma olub
18:00 24.01.2020

Sabah hava necə olacaq?
17:33 24.01.2020

Çindən Türkiyəyə gələn bütün sərnişinlər xüsusi cihazlarla yoxlanılır
17:07 24.01.2020

Qadağan olunan psixotrop tərkibli dərmanların satışı ilə məşğul olan şəxslər saxlanılıb - VİDEO
16:44 24.01.2020

Bakıda mərkəzi rayonun yaradılması üçün üç qurum bu istiqamətdə işləri davam etdirir - VİDEO
16:18 24.01.2020

Putin özünə yeni köməkçilər təyin etdi
15:56 24.01.2020

Tovuzda minik maşını qatarla toqquşub - ÖZƏL - FOTOLAR
15:31 24.01.2020

Davos İqtisadi Forumunun əhəmiyyəti - Ölkəmizə yeni investorlar cəlb olunacaq - VİDEO
14:54 24.01.2020

Şahzadə ABŞ-ın vitse-prezidentinin əlini sıxmadı - Çarlzın bu rəftarının səbəbi məlum deyil
14:32 24.01.2020

İsrail səfiri ilk mətbuat konfransını keçirdi
14:10 24.01.2020

Şirvan sakini saxlanılıb - Üzərindən 100 qram heroin götürülüb
13:47 24.01.2020

Azərbaycan “2020-ci ilin ən yaxşı ölkələr”i siyahısına düşüb - VİDEO
13:20 24.01.2020

Fevralın 9-na təyin edilmiş parlament seçkilərinə bugünədək 2431 namizəd müraciət edib - VİDEO
12:53 24.01.2020

Sərnişinlər bir ay əvvəldən bilet ala biləcəklər - Yenilənib - VİDEO
12:32 24.01.2020

Polis Biləsuvarda 2 iranlını saxlayıb, 16 kiloqramdan çox narkotik və silah aşkarlanıb - VİDEO
12:08 24.01.2020

Cüdo üzrə "İsrail Qran-Pri"si - Şanslar əldən gedir
11:40 24.01.2020

Binəqədi rayonunda ağacların kəsilməsi faktı qeydə alınıb - VİDEO
11:18 24.01.2020

İş zamanı üç nəfəri elektrik cəryanı vurub
10:55 24.01.2020

İlham Əliyev “Swiss Re” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşüb - Yenilənib - VİDEO
10:32 24.01.2020

ABŞ İRAQDA İŞİD-Ə QARŞI MÜBARİZƏNİ DAYANDIRIB
10:17 24.01.2020

KRALİÇA “BREXİT” QANUNUNU TƏSDİQLƏDİ
09:50 24.01.2020

Qaçqın statusu alan şəxslərə “Yol sənədi” təqdim edilir
09:23 24.01.2020

İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü olub - VİDEO
21:26 23.01.2020

26 ildən sonra kimliyi bilinən şəhid Yevlaxda dəfn edilib - Yenilənib - VİDEO - FOTOLAR
21:05 23.01.2020

İçərişəhərdə qəzalı binalar təmir olunacaq
20:42 23.01.2020

Koronavirusun müalicəsi tapılıb - Virusa yoluxanların sayı 617 nəfərə çatıb
20:19 23.01.2020

Yasamalda ağac avtomobilin üzərinə aşıb
19:51 23.01.2020

Xoruldamaq hansı xəstəlikdən xəbər verir? - VİDEO
19:24 23.01.2020

Zərərvericilərə qarşı mübarizədə yeni üsul - VİDEO
18:49 23.01.2020

Putinin İsrailə rəsmi səfəri başlayıb
18:30 23.01.2020

Narkotik alverçisi və onun müştərisi tutulub
18:08 23.01.2020

Vaqif Şadlinski “Şöhrət” ordeni ilə təltif edildi
17:55 23.01.2020

Cavad Zərif Səudiyyə Ərəbistanının XİN başçısına cavab verib
17:42 23.01.2020

Seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirilib
16:56 23.01.2020

Xəzərdə suyun səviyyəsi niyə azalır? - VİDEO
16:33 23.01.2020

İlham Əliyevin Davosda İsveçrə Prezidenti Simonetta Sommaruqa ilə görüşüb
16:10 23.01.2020

Kirayə mənzil satışında prosesə yarım saat qalmış sistemdə problem yaranıb - YENİLƏNİB - VİDEO
15:48 23.01.2020

Füzuli rayonunda məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb - VİDEO
15:27 23.01.2020

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb - VİDEO
15:06 23.01.2020

Koronavirus təhlükəsi artır - VİDEO
14:44 23.01.2020

Zığ-Hövsan yolunda işlər nə vaxt yekunlaşacaq? - VİDEO
14:20 23.01.2020

Növbədənkənar parlament seçkilərinə hazırlıq davam edir
13:58 23.01.2020

İraq prezidentindən etiraf - Aksiyalarda 600-dən artıq insan öldürülüb
13:35 23.01.2020

Dəm qazı bir nəfərin həyatına son qoyub - 67 yaşlı kişi yataq otağında boğulub
13:13 23.01.2020

Siyahıyaalma davam edir - Proses ilin sonunda başa çatacaq
12:50 23.01.2020

Makron İsrail polislərini kilsədən qovdu
12:25 23.01.2020

Birinci vitse-prezident Mehriban Əliyeva Mixail Qusmanı 70 illik yubileyi münasibətilə təbrik edib
12:10 23.01.2020

“Sovetski”də söküntü dayandırılıb - İşlərə nə vaxt başlanılacaq? - VİDEO
11:52 23.01.2020

Qarabağ üçün itirilmiş il - Hikmət Hacıyev: “Erməni tərəfi formatı dəyişməyə cəhd etdi” - VİDEO
11:25 23.01.2020

Davos İqtisadi Forumu Azərbaycan üçün böyük gözləntilər vəd edir - VİDEO
11:02 23.01.2020

Bütün xəbərlər