Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrini qəbul edib
307 dəfə oxunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

AZƏRTAC xəbər verir ki, son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev dedi:

- Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli dedi:

-Çox sağ olun, cənab Prezident. Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq.

Eyni zamanda, məlumat üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.

Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında “Koroğlu” habının açılışında bu barədə tapşırıq vermisiniz.

Avtobus sürücüləri ilə bağlı əsas problemlərdən biri onların peşə hazırlığına və iş rejiminə daşıyıcılar tərəfindən ciddi nəzarət olunmamasıdır. Biz bu problemin üzərində işləyirik. Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus sürücüsü Mərkəzdə təlim keçib.

Yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Bundan əlavə, 2018-ci ildə taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər əksini tapıb. Cənab Prezident, biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik. Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır.

Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzilbaşına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır. Çünki şəxsi nəqliyyat vasitəsilə bir nəfər gedir, avtobusda isə 70-80 nəfərə qədər sərnişin olur. O bir nəfər avtomobilini yolda qeyri-qanuni park etdiyinə görə, avtobusun hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir, bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, Sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq.

Prezident İlham Əliyev: Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.

Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır.

Bir də maraqlanmaq istəyirəm, - indi şəhərin mərkəzi hissələrində avtobus xidməti kifayət qədər səmərəlidir, - qəsəbələrdə vəziyyət necədir? Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?

Vüsal Kərimli: Cənab Prezident, son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq.

Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək.

Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.

Prezident İlham Əliyev: Yaxşı, bu il görüləsi işlər çoxdur. Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər.

ATV.az

BUNU DA OXU

“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq
Yalan məlumat yayan qadin həbs olundu - Polis əməliyyat keçirib - VİDEO
Xəzərdə yeni neft yatağı kəşf olunub
Virusdan özümüzü necə qoruyaq? - VİDEO
BOKSÇULARIMIZDAN TOKİO-2020-YƏ İLK LİSENZİYA
Xəbər lenti

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva xalqa müraciət edib
13:52 01.04.2020

Gürcüstan XİN-dən bəyanat - “Dağlıq Qarabağdakı qondarma "seçkilər"i tanımırıq”
13:45 01.04.2020

İtaliyda koronavirusdan ölənlərin sayı 12 mini ötüb - Ötən gün 837 nəfər virusun qurbanı olub
13:03 01.04.2020

Fransada virusdan ölənlərin sayı 3523 nəfərə çatıb - Ötən gün 499 nəfər həyatını itirib
12:52 01.04.2020

Tramp amerikalıları xəbərdar etdi - “Qarşıda bizi ən çətin iki həftə gözləyir”
12:23 01.04.2020

ABŞ-da vəziyyət nəzarətdən çıxıb - Koronavirus qurbanlarının sayı 4000-i keçib
12:03 01.04.2020

UEFA qərar verdi - Çempionlar Liqası azarkeşsiz olacaq
11:52 01.04.2020

Bölgələrdə karantinə necə əməl olunur? - Cəlilabada yaşlılara ərzaq yardımı edilib
11:40 01.04.2020

"Sampdoriya"nin hücumçusu sağaldı - "Həkimlərlə əlaqə saxlayıb, evdə müalicə aldım"
11:21 01.04.2020

"Marsel" klubunun sabiq prezidenti vəfat etdi - Pap Diuff koronavirusa məğlub oldu
11:02 01.04.2020

Karantin rejimində nəqliyyatın hərəkəti - VİDEO
11:25 31.03.2020

Avropa Komissyası 140 milyon avro ayırdı - Koronavirusla mübarizəyə dəstək - VİDEO
10:52 31.03.2020

Məsuliyyətli ol! Evdə qal! - Bulvar boyunca xəbardaredici lövhələr yerləşdirilib - VİDEO
10:23 31.03.2020

Bakı Olimpiya Stadionu da Ümumdünya Səhiyyə Təşkilatının koronavirus pandemiyası ilə bağlı #evdəqal aksiyasına qoşulub
20:56 30.03.2020

A seiyasında fasilə uzadılacaq - İtaliyanın idman nazirindən açıqlama
20:32 30.03.2020

İmişlidə koronavirus əleyhinə tədbirlər - Karantin postları qurulub
20:02 30.03.2020

Şiraz həbsxanasında qiyam - Qiyam zamanı atəş səsləri də eşidilib
19:52 30.03.2020

“ABŞ İrana qarşı “tibbi terror” həyata keçirir - Cavad Zərifdən Vaşinqtona sərt ittiham
19:42 30.03.2020

ABŞ-da 143 minə qədər insan koronavirusa yoluxdu - Tramp mübarizə tədbirlərinin müddətini uzatdı
19:36 30.03.2020

Əcnəbilərin ölkədə olma müddəti uzadılıb - Rüsum ödəməklə daha 2 ay qala biləcəklər
19:21 30.03.2020

İranda ötən həftə İranın 5 vilayətində baş verən leysan yağışlar və nəticədə əmələ gələn daşqınlar 20-yə qədər insanın ölümünə yol açıb
19:03 30.03.2020

Almaniyada koronavirusdan son sutka ərzində daha 66 nəfər həyatını itirib
18:52 30.03.2020

Daha 64 nəfərdə koronavirus aşkarlandı - 3 nəfərin vəziyyəti ağırdır, 11 nəfər sağalıb
18:35 30.03.2020

Türkiyədə koronavirusun erkən müalicəsi tapılıb
18:23 30.03.2020

Milli Elmlər Akademiyasının əməkdaşları əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilir
18:19 30.03.2020

Parklara, istirahət məkanlarına giriş məhdudlaşdırlıb - Xəzər rayonunda tədbirlər həyata keçirilir
18:03 30.03.2020

İranda koronavirusa yoluxmuş daha 117 nəfər həyatını itirib
17:52 30.03.2020

Xüsusi lövhələr qoyulub - Koronavirusla mübarizi tədbirləri davam etdirilir
17:23 30.03.2020

İsraildə koronavirusa yoluxanların sayı son sutkada 482 nəfər artıb
17:03 30.03.2020

İspaniyada son 24 saat ərzində daha 812 nəfər koronavirus infeksiyasının qurbanı olub
16:58 30.03.2020

Şirvan sakinindən silah və narkotik götürülüb - Keçmiş baş redaktor saxlanılıb
16:48 30.03.2020

İtaliyada daha 779 nəfər koronavirusdan öldü - Bu ölkədə 74 mindən artıq koronavirus xəstəsi var
16:26 30.03.2020

Çin ABŞ-a yardım etdi - Yardım yükündə xeyli sayda tibbi ləvazimat var
16:21 30.03.2020

Nazirlikdən açıqlama - Avtomobillərin sayını azalması nəticəsində Bakıda hava təmizlənib
16:03 30.03.2020

Qubada pul və qızıl olan seyfi oğurladılar - Oğurluq edən gənclər saxlanıldı
15:52 30.03.2020

Xüsusi karantin rejiminin gücləndirilməsi - Prosesə daxili qoşunlar da cəlb edildi
15:38 30.03.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
15:12 30.03.2020

Dünyanı bürüyən koronavirus pandemiyasının yayıldığı Çinin Uxan şəhəri karantindən çıxıb
15:03 30.03.2020

İranda 100 min məhkum müvəqqəti olaraq azadlığa buraxılıb
14:52 30.03.2020

Dünya üzrə koronavirus pandemiyasından ölənlərin sayı 33 min 993 nəfərə çatıb
14:38 30.03.2020

Azərbaycan futzalına ağır itki üz verib - Ağarza Rzayev 66 yaşında vəfat edib
14:18 30.03.2020

Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin iştirakı ilə taktiki təlim keçirilib
14:02 30.03.2020

Gəncədə karantin rejimini pozub futbol oynadılar - Polis onlarla xəbərdaredici söhbət apardı
12:52 30.03.2020

Hərbi xidmətə çağırış müddəti uzadılıb - Layihə Milli Məclisin iclasında qəbul edilib
12:42 30.03.2020

HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ MÜDDƏTİ UZADILIB
12:22 30.03.2020

"Qalatasaray"lılar koronavirusa qalib gəldi - Fatih terim və Abdulrahman Albayrak sağalıb
12:16 30.03.2020

DİN-dən karantin rejimi ilə bağlı açıqlama - Hansı obyektlər işləyəcək?
12:03 30.03.2020

“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyacaq
11:54 30.03.2020

Gürcüstanda ciddi karantin rejimi - Salome Zurabişvili soydaşlarımızla görüşüb
11:52 30.03.2020

Ruhanidən xalqa xəbərdarlıq - “Vaksinin tapılması iki il çəkə bilər”
11:42 30.03.2020

KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNDA 93 MİLYON MANATDAN ARTIQ VƏSAİT TOPLANIB
11:27 30.03.2020

Filippində təyyarə qəzaya uğrayıb - 8 nəfər həyatını itirib
11:22 30.03.2020

BU GÜN PAYTAXTDA 17 DƏRƏCƏ İSTİ OLACAQ - Rayonlarda isə...
11:01 30.03.2020

“İyunun 1-nə qədər səbr etmək lazımdır” - Tramp iqtisadiyyatın dirçəldiləcəyi tarixi açıqladı
11:01 30.03.2020

5 yeni ekspress marşrut xətti təşkil edilib - VİDEO
10:38 30.03.2020

“CHANEL” QORUYUCU MASKA İSTEHSAL EDƏCƏK
10:16 30.03.2020

"Azəriqaz”dan sosial aksiya - Yaşı 65-dən yuxarı olanlar quruma müraciət edə bilər
20:36 29.03.2020

Prezident İlham Əliyevin "Alov qüllələri"ndə də həkimlərə bizim münasibətimiz öz əksini tapacaq" vədi yerinə yetdi
20:30 29.03.2020

Dezinfeksiya üçün pul tələb edilə bilməz - BŞİH-dən əhaliyə xəbərdarlıq
20:02 29.03.2020

Generallar karantin zonasında - Karantinə alınan şəxslərlə görüşüblər
19:52 29.03.2020

Daha 27 nəfər koronavirusa yoluxub - Hazırda 190 nəfər koronavirus xəstəsi həkim nəzarətindədir
19:23 29.03.2020

Futbolçular təklifi qəbul etmədi - Oyunçular klub prezidenti ilə razı deyil
18:36 29.03.2020

Futbolçuların maaşları azaldıldı - "Yuve" 90 milyon avro irəli düşəcək
18:25 29.03.2020

“Cərimə və məhdudiyyət nəzərdə tutulmayıb” - Vaqif Əsədov yayılan məlumata aydınlıq gətirdi
18:02 29.03.2020

Rüştü Rəçbər koronavirusa yoluxdu - Sabiq qolkiper xəstəxanaya yerləşdirilib
17:15 29.03.2020

“ATV Qərargah”da qaldırılan məsələyə aydınlıq gətirildi - Bərbərxana və gözəllik salonları da bağlanıb
17:12 29.03.2020

Prezident İlham Əliyev Sərəncam imzalayıb
16:52 29.03.2020

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevayanın rəsmi “Instagram” səhifəsində tibb işçilərimizlə bağlı edilən paylaşım
16:26 29.03.2020

Koronavirusa qarşı ehtiyat tədbirləri - Məhəllələr və yaşayış binaları dezinfeksiya olunur
16:03 29.03.2020

Daha iki nəfər saxlanıldı - Karantin rejimini pozublar
15:52 29.03.2020

Toxum və gübrə təminati - Karantin dövründə fermerlərə dəstək veriləcək
15:26 29.03.2020

Karantin rejimini pozanlar həbs edildi - Maşının yük yerində Bakıya girmək istəyirdi
15:12 29.03.2020

Vergi ödənişi - Müddət aprelin 6-dək artırılıb
15:02 29.03.2020

Evdə qalaraq həyat xilas edin - Karantinə əməl etməyənlər təhlükə törədir
14:52 29.03.2020

Biz birlikdə güclüyük - Milli həmrəylik bu sınaqdan uğurla çıxmanın başlıca şərtidir
14:21 29.03.2020

Həkimlərimiz əsl peşəkarlıq, iradə nümayiş etdirir - Eşq olsun Azərbaycan həkimlərinə!
14:02 29.03.2020

Ronaldo 4 milyon avronu kluba bağışladı - "Yuventus"un 4 futbolçusu maaşdan imtina etdi
21:21 28.03.2020

Braziliyalı futbolçudan çağırış - "Çempionat dayandırılsın"
21:03 28.03.2020

Milli komanda FIDE-yə məktub yazdı - "Rəcəbov iddiaçılar turnirinə qaytarılsın"
20:52 28.03.2020

Zaqatalada əməliyyat keçirilib - Yalan məlumat yayan 2 nəfər saxlandı
20:36 28.03.2020

Bütün xəbərlər