Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı

DTX Neftçalada keçirilən əməliyyatla bağlı məlumat yaydı
1260 dəfə oxunub

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) açıqlama yayıb.

DTX-nin İctimai Əlaqələr şöbəsindən ATV.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir:

"Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.

Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.

İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.

İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.

Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

ATV.az

 

BUNU DA OXU

Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə “Böyük dəbilqə” turniri ləğv edildi
Nəqliyyatda sıxlıq müşahidə olunur - Karantin rejimi qaydaları pozulur - Yenilənib
Daha 298 vətəndaşımız Bakıya gətirildi - Onlar karantinə yerləşdirilib
Məkkə və Mədinədə komendant saatı tətbiq olundu - İnsanlara ciddi xəbərdarlıq edildi
Rusiya Azərbaycana 50 min test təhvil verdi
Xəbər lenti

Ölkə çempionatında qalib elan olundu - Basketbol federasiyası mövsümə yekun vurdu
09:15 05.04.2020

Təhsil nazirliyinin yeni “Qaynar Xətt”i açıldı - Mənəvi-psixoloji dəstəyə ehtiyacı olanlar zəng edə bilər
23:43 04.04.2020

Bakıda cibgir saxlanıldı - O telefon və pul kisəsi oğurlayıb
23:23 04.04.2020

Bakıda əməliyyat keçirilib - Onlayn narkotik satanlar saxlanılıb
23:03 04.04.2020

ATV koronavirusa qarşı mübarizə səngərində
22:56 04.04.2020

Uxanda koronavirusun ikinci dalğası başlaya bilər - Çində koronavirus qurbanlarının xatirəsi anıldı
22:38 04.04.2020

Baş nazirin mühafizəçisi koronavirussan öldü - Onun Cüzeppe Konte ilə təmasda olmadığı bildirilir
22:12 04.04.2020

İraqda terror aktları törədildi - Ölənlər və yaralananlar var
21:59 04.04.2020

ÜST-ün nümayəndəsindən açıqlama - Koronavirus gənclər üçün təhlükəli olmağa başlayıb
21:48 04.04.2020

Pentaqon Nyu-Yorka hərbi cənazə qrupları göndərib - Nyu-Yorkda COVID-19 qurbanlarının sayı durmadan artır
21:03 04.04.2020

Nazirlər Kabineti xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsinə dair qərarlarında dəyişiklik edib
20:53 04.04.2020

Koronavirus əleyhinə tədbirlər - Binəqədi rayonunda sosial aksiyalar davam edir
20:45 04.04.2020

“Kənd sovqatı” aksiyası başlayır - Yaşlı insanlara kənd məhsulları çatdırılacaq
20:43 04.04.2020

Xüsusi karantin rejimi tətbiq ediləndən bu günədək 18 min 775 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb
20:23 04.04.2020

Zaqatalada dezinfeksiya işləri davam etdirilir - Koronavirusla mübarizə gücləndirilib
20:23 04.04.2020

Daha 78 nəfərdə koronavirus aşkarlanıb - 17 nəfərin vəziyyəti ağırdır
20:02 04.04.2020

Heydər Əliyev mərkəzindən diqqətçəkən təşəbbüs - Koronavirusun yayıldığı ölkələrə dəstək ifadə olundu
19:42 04.04.2020

Zaqatalada koronavirusla mübarizə - Peşə məktəbində qoruyucu maska tikilir
19:23 04.04.2020

Astarada əməliyyat keçirilib - Narkotacir tutuldu
19:03 04.04.2020

İspaniyada bir gündə koronavirusa yoluxanların sayı 7 mini keçib
18:41 04.04.2020

Almaniyada koronavirus infeksiyasıdan həyatını itirən xəstələrin sayı 1153, yoluxanların sayı isə 85439 nəfər olub
18:21 04.04.2020

İranda daha 158 nəfər virusun qurbanı olub
18:01 04.04.2020

Gürcüstanda koronavirusdan ilk ölüm halı qeydə alınıb
17:45 04.04.2020

Fransada təqribən 600 hərbi qulluqçuda koronavirus inveksiyası aşkarlanıb
17:25 04.04.2020

Çin baytarları Uhan şəhərindəki çöl pişiklərinin 15 faizində koronavirusa yoluxma aşkarlayıblar
17:05 04.04.2020

Ə.M.İsmayılovun Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilməsi haqqında - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17:00 04.04.2020

Rusiyada son sutka ərzində koronavirusa daha 582 yoluxma halı qeydə alınıb
16:43 04.04.2020

Fransa xəstəxanalarında daha 1120 koronavirus xəstəsi dünyasını dəyişib
16:23 04.04.2020

Bu günədək dünyada 1 milyon 118 min 45 nəfər yeni növ koronavirusa yoluxub
16:13 04.04.2020

ABŞ-da koronavirus qurbanlarının sayı 7406 nəfərə çatıb
15:58 04.04.2020

Rusiyadan gələn Azərbaycan vətəndaşlarının ölkə ərazisinə keçməsi təmin olunub
15:48 04.04.2020

Amerikalı pop ulduzu Pink koronavirusa yoluxduğunu açıqlayıb
15:43 04.04.2020

Bakıda keçirilməsi planlaşdırılan cüdo üzrə “Böyük dəbilqə” turniri ləğv edildi
15:24 04.04.2020

Çində koronavirusa yoluxanların 94%-i tamamilə sağalıb
15:23 04.04.2020

ABŞ mütəxəssisləri bütün dünyada sürətlə yayılan və minlərə insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni fakt aşkar ediblər
15:03 04.04.2020

Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
14:46 04.04.2020

Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 156 nəfərə çatıb
14:42 04.04.2020

Ermənistanda yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 770 nəfərə çatıb
14:22 04.04.2020

ABŞ-ın Merilend ştatında biri biraylıq olmaqla, 5 körpəyə koronavirus diaqnozu qoyulub
14:02 04.04.2020

Borca görə su kəsilməyəcək - Yenilənib - VİDEO
13:52 04.04.2020

Nəqliyyatda sıxlıq müşahidə olunur - Karantin rejimi qaydaları pozulur - Yenilənib
12:44 04.04.2020

ATV də Prezidentin çağırışına qoşuldu - 50 min manat ianə
12:11 04.04.2020

Çində təhsil alan azərbaycanlı tələbə ilə skayp vasitəli birbaşa bağlantı yaradıldı - VİDEO
11:27 04.04.2020

Kredit borcuna görə güzəşt ediləcəkmi? - Yenilənib - VİDEO
11:15 04.04.2020

Koronavirusla mübarizə tədbirləri gücləndirilib - Bölgələrdə qaydalara necə riayət olunur?
10:42 04.04.2020

icaze.e-gov.az portalı üzərindən 13 min 734 qurumun 194 min 796 əməkdaşının icazəsi təsdiqlənib
10:23 04.04.2020

Neftin qiyməti kəskin artıb - Qiymətin 40 dollaradək qalxacağı proqnozlaşdırılır
10:02 04.04.2020

Qitə təmsilçiləri onlayn iclas keçirdi - PFL çempionatı davam etdirmək fikrindədir
09:58 04.04.2020

"Sumqayıt" məşqləri bərpa edir - Futbolçular onlayn məşqlərə başladı
09:42 04.04.2020

"Borussiya" stadionunu xəstəxanaya çevirir - Dortmund klubu koronavirusla mübarizəyə qoşuldu
00:03 04.04.2020

Bölgələrdə karantin rejiminə necə əməl olunur? - Tələbləri pozan şəxslər aşkarlanıb
19:47 03.04.2020

"Evdə qal, sağlam qal" - Avropa boks federasiyasının rəsmiləri müraciət etdi
19:28 03.04.2020

Olimpiya kəndi xəstəxana olacaq - Tokio koronavirusla mübarizəni gücləndirir
19:12 03.04.2020

Karantin rejimində icazənin alınması - İcazəalma qaydaları açıqlandı
18:45 03.04.2020

Daha 298 vətəndaşımız Bakıya gətirildi - Onlar karantinə yerləşdirilib
18:26 03.04.2020

Koronavirusla mübarizə tədbirləri gücləndirilir - Şamaxıya təcili yardım maşınları və reanimobil gətirildi
18:18 03.04.2020

Prezident İlham Əliyev Sərəncam imzalayıb
18:03 03.04.2020

Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
17:58 03.04.2020

“Barış Pınarı” bölgəsində daha bir əməliyyat - Türkiyə ordusu 10 terrorçunu zərərsizləşdirdi
17:43 03.04.2020

BMT narahatdır - “Koronavirus kütləvi aclıqla nəticələnə bilər”
17:25 03.04.2020

ÜST Avropadakı vəziyyəti açıqladı - Ölənlərin 95 faizi 60 yaşdan yuxarı olan şəxslərdir
17:12 03.04.2020

Tovuzda dezinfeksiya işləri davam etdirilir - Koronavirusa qarşı tədbirlər gücləndirilib
16:39 03.04.2020

Yaşlı insanlara yardım edildi - Qaradağda koronavirus əleyhinə tədbirlər artirilib
16:26 03.04.2020

Şamaxıda koronavirus pandemiyasına qarşı tədbirlər - Ərzaq, meyvə-tərəvəz satışına nəzarət gücləndirilib
16:15 03.04.2020

Koronavirusla mübarizə tədbirləri - Suraxanıda maarifləndirmə işi aparılır
16:02 03.04.2020

Məkkə və Mədinədə komendant saatı tətbiq olundu - İnsanlara ciddi xəbərdarlıq edildi
15:17 03.04.2020

Daha 43 nəfər koronavirusa yoluxdu - Ölkəmizdə virusa yoluxanlarin ümumi sayi 443 olub
14:56 03.04.2020

Sərhəddə düşmən təxribatı - Erməni silahlı qüvvələri qazaxın kəndini atəşə tutdu
14:34 03.04.2020

Bölgələrdə xüsusi karantin rejimi - Ağdamda nəzarət gücləndirilib
14:28 03.04.2020

Rusiya Azərbaycana 50 min test təhvil verdi
14:12 03.04.2020

Gürcüstanda vəziyyət sürətlə pisləşir - Gün ərzində 18 nəfər koronavirusa yoluxub
13:59 03.04.2020

Belçikada virus qurbanlarını sayı durmadan artır - Son sutka ərzində 132 nəfər həyatını itirib
13:45 03.04.2020

Kimlər fasiləsiz fəaliyyət göstərəcək? - Operativ qərargahın qərarı
13:12 03.04.2020

Ronaldo tarixə düşəcək - Portuqaliyalı 1 milyard qazanan ilk futbolçu olacaq
12:57 03.04.2020

İki həftəlik karantin bitdi - "Şalke" məşqlərə başladı
12:39 03.04.2020

UEFA assosiasiyalara məktub ünvaladı - "Çempionatı ləğv etmək əsassızdır"
12:28 03.04.2020

Nazirlər kabinetinin qərarı - Kimlər xidməti vəsiqə və ya arayışla hərəkət edə biləcək?
12:13 03.04.2020

Zəncəfil və sarımsağa tələbat artıb - VİDEO
12:12 03.04.2020

İtaliyada bir gündə 760 nəfər virusdan öldü - Ölənlərin ümumi sayı 14 minə yaxındır
11:56 03.04.2020

ONLAYN İMTAHAN TƏŞKİL OLUNACAQ
11:46 03.04.2020

Bütün xəbərlər